Nəqliyyat fakultəsi Geomatika kafedrası Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi


Şəkil 1. Şəhər ekosistemində torpağın protektor funksiyaları



Yüklə 400,16 Kb.
səhifə4/62
tarix26.04.2023
ölçüsü400,16 Kb.
#107083
1   2   3   4   5   6   7   8   9   ...   62
17. Seher Torpaqların monitorinqi və muhafizəsi 2222

Şəkil 1. Şəhər ekosistemində torpağın protektor funksiyaları

Müxtəlif təbii mühitlərin, yəni təbii suların, havanın və torpaqların tibbi-ekoloji funksiyası bütün orqanizmlər, o cüm-lədən insan üçün həyatın keyfiyyətinin qorunub saxlanılmasını təmin etməkdən ibarətdir. Lakin insanların sağlamlığına bir tərəfdən suların və havanın xassələrinin, digər tərəfdən isə tor-paqların xassələrinin təsir mexanizmi müxtəlifdir. Bu vəziyyət müxtəlif təbii mühitlərin monitorinqinin metodologiyasının istər ümumi, istərsə də spesifik xüsusiyyətlərini təmin edir. Ümumi odur ki, nə vaxt bütün təbii mühitlərdə nəzarət edilən kimyəvi maddələrin miqdarı canlı orqanizmlər üçün təhlükəli olarsa, onda bu mühitlərin ekotoksikoloji vəziyyətinə nəzarət hadisələrin və onların səbəblərinin aşkar edilməsinə istiqamət-ləndirilir. Lakin nəzarət edilən kimyəvi maddələr canlı orqanizmlər tərəfindən bilavasitə sulardan və havadan, torpaq-da isə – suların və havanın torpaqla əlaqəsi vasitəsilə mənim-sənilir. Torpağın xassələrinin onunla qarşılıqlı əlaqədə olan suların və havanın ekoloji vəziyyətinə təsiri isə bilavasitə torpaq komponentləri tərəfindən pollütantların (çirkləndirici maddələrin) tutulub saxlanılmasının davamlılığından asılıdır. Tutulub saxlanılmanın davamlılığı öz növbəsində kimyəvi maddələrin bu komponentlərlə əlaqə növlərinin müxtəlifliyin-dən asılıdır. Bununla torpaq sisteminin polidispersliyinin, çoxfazalılığının və heterogenliyinin ekoloji əhəmiyyəti aydın olur.


Torpaq tərəfindən onun müxtəlif ekoloji funksiyalarının yerinə yetirilməsinin qiymətləndirilməsində bir qədər ziddiyyət üzə çıxır. Lakin bu ziddiyyət görünəndir. O, aşağıdakılardan ibarətdir. Bir tərəfdən torpaq suyu və havanı çirklənmədən mühafizə edərək çirkləndirici maddələri udur, digər tərəfdən torpağın udduğu maddələr istər istehsal edilən məhsulun miq-darına (torpaqların münbitliyinə), istərsə də məhsulun keyfiy-yətinə (çirklənmə) pis təsir göstərə bilər. Əgər nəzarət olunan kimyəvi maddələrin birləşmələrinin (davamlı və davamsız əla-qəli) müxtəlifliyini nəzərə alsaq, onda belə ziddiyyəti aradan qaldırmaq olar, yəni, ekoloji baxımdan torpağı nəinki çoxlu çirkləndirici maddələri tutub saxlayan kimi, hətta onları möh-kəm surətdə tutub saxlayan kimi də qiymətləndirmək lazımdır. Pollütantların (çirkləndirici maddələrin) davamlı fiksasiyası su, hava və bitkilərə nisbətən torpaq tərəfindən onun mühafızəedi-ci funksiyalarının yerinə yetirilməsini təmin edir. Torpaq komponentləri tərəfindən çirkləndirici maddələrin davamsız tutulub saxlanılması təhlükəli ekotoksikoloji şəraitin yaranma-sına səbəb ola bilər. Əgər suların və havanın monitorinqində çirkləndirici maddələrin ümumi miqdarının təsirli göstəriciləri onların tərkibindədirsə, onda torpaq monitorinqində istər bu maddələrin ümumi miqdarını, istərsə də onların mütəhərrik (su və hava ilə miqrasiya edən) birləşmələrini qiymətləndirmək lazımdır.
Yuxarıda qeyd olunanlar onu göstərir ki, torpaqların eko-loji monitorinqində torpağın yerinə yetirdiyi bütün göstərilən funksiyalarına nəzarət kompleks olmalıdır.

Yüklə 400,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə