Nəqliyyat fakultəsi Geomatika kafedrası Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi



Yüklə 400,16 Kb.
səhifə1/62
tarix26.04.2023
ölçüsü400,16 Kb.
#107083
  1   2   3   4   5   6   7   8   9   ...   62
17. Seher Torpaqların monitorinqi və muhafizəsi 2222


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Nəqliyyat fakultəsi
Geomatika kafedrası
Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi
Mövzu: 1. Torpaqların monitorinqi və mühafizəsi haqqında ümumi məlumat

MÜHAZİRƏNİN PLANI

  1. Giriş

  2. Torpaqların monitorinqi və mühafizəsinin əsas xüsusiyyətləri

  3. Torpaların monitorinqi anlayışı


Ədəbiyyat siyahısı

  1. İsmayılov A.İ. Azərbaycan torpaqlarının informasiya sistemi. Bakı, "Elm", 2004. -308 s.

  2. İsmayılov A.İ. Kadastrın əsasları. Ali məktəblər üçün dərslik. Bakı, 2008. -212

  3. Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi informasiya sistemləri. Dərslik. Bakı, "Müəllim", 2011. - 232 səh.

  4. Варламов А.А. Мониторинг земель: Учебное пособие. Москва, 2000. -156

  5. Наджафова С.И., Исмаилов Н.М. Экологическое состояние почвенного покрова города Баку и пути улучшения его качества. Москва, ИНФРА – М. 2018. -173 с.

  6. Сизов А.П. Мониторинг и охрана городских земель 2-е изд. перераб. и доп. Москва. Из-во МИИГАиК, 2009. -265 с.

  7. www.vevivi. Мониторинг и охрана городских земель.


Şəhər torpaqlarının öyrənilməsi və müasir təsnifatı
Şəhər torpaqlarının öyrənilməsi torpaqşünaslıq elmində yeni sahə olub, uzun müddət torpaqşünaslar tərəfindən inkar edilmişdir. Onlar əsasən şəhər parkları altında istifadə edilən yaşıllıq sahələrini meşə torpaqları kimi tədqiq etmişlər.
Beynəlxalq və Rusiya torpaqşünaslıq məktəbində böyük sənaye şəhərlərinin müxtəlif dövrlərdə salınmış parklar və bağlar altında kəskin antropogen təsirə məruz qalmış torpaq-larının “xüsusi şəhər” qrupu kimi fıziki-kimyəvi xassələrinin öyrənilməsi, morfogenetik diaqnostikası, nomenklaturası və təsnifatı haqqında ədəbiyyat mənbələri araşdırılıb.
İlk dəfə olaraq, şəhər torpaqları anlayışı J.C.Boskihem tərəfindən ədəbiyyata gətirilmişdir. Son illərdə beynəlxalq miqyasda, xüsusilə ABŞ-da E.M.Briqdes, İngiltərədə İ.M.Hollis, Almaniyada N.R.Blume, Rusiya Federasiyasında Q.V.Dobrovolskiy, Y.A.Dolotov, V.V.Ponomoryova, M.N.Stroqonova, M.Q. Aqarkova və b. tərəfindən böyük səna-ye şəhərlərində urbanizasiya prosesinin inkişafı ilə əlaqədar olaraq parklar, bağlar və digər yaşıllıqlar altında kəskin antro-pogen təsirə məruz qalmış torpaqlar şəhər torpaqları adlandırılmışdır. Torpaq ekoloji tədqiqatlarının nəticələri əsasında müxtəlif dövrlərdə salınmış parklar, nəbatət bağları və müxtəlif yaşıllıqlar altında istifadə edilən şəhər torpaqlarının morfogenetik xüsusiyyətləri, diaqnostik göstəriciləri müəyyən edilmiş, ilkin nomenklaturası, torpaq-ekoloji təsnifatının takso-nomik vahidlər sistemi hazırlanmışdır.
Onlar əsasən meşə və k/t bitkiləri altında olan torpaqları tədqiq etmişlər. Şəhərsalmada ətraf mühitin mühafizəsi prob-lemlərinin həlli torpaq və torpaq örtüyünün rolunun yeni – xü-susi formada dərk edilməsinə gətirib çıxarmışdır. Bu, torpaq-ların təsnifatı, nomenklaturası və sistematikası, həmçinin «şə-hər torpaqlarının» fıziki-kimyəvi xüsusiyyətlərinin və onların ekoloji funksiyalarının öyrənilməsində yeni yanaşma və tədqi-qat metodlarının tətbiqini təyin edir.
Moskva Dövlət Universitetinin “Torpaqşünaslıq” fakültə-sinin alimləri şəhər torpaqlarını xüsusi qrup torpaq kimi ayıraraq tədqiq etmişlər. Bu əvvəllər “şərti torpağabənzər əmələgəlmələr” və torpaq-qrunt kimi təsvir olunan şəhər torpaqlarına xüsusi ˗ antropogen-texnogen torpaqlar, şəhər torpaqları torpaq-qruntunun qarışdırılması, tökülməsi, basdırılması və urbanizem materiallarla (tikinti-məişət tullantıları) çirklənməsi hesabına baş verən daimi proseslər nəticəsində yaranır. Bu torpaqlar torpaqəmələgəlmə prosesinin zonal iqlim və antropogen faktorların birgə təsiri nəticəsində yaranır. Müəlliflər tərəfindən Avropanın torpaq xəritə-sxemi tərtib olunmuş, torpaq örtüyünün ekoloji analizi verilmişdir.
Şəhərlərdə torpağın rolu böyükdür və torpaq vacib mühityaradıcı funksiyasını yerinə yetirərək atmosfer yağıntılarının, yeraltı suların kimyəvi tərkibini dəyişir və şəhər atmosferindən bir sıra birləşmələrin qrunt sularına və çay şəbəkəsinə miqrasiya yolunda universal biokimyəvi maneə rolunu oynayır. Torpaq şəhər ərazisində qaz qarışığını yaxşı udan “baryer” və havada olan qazların (NO2, Cl, N2) tənzimləyicisi hesab olunur.
Sankt-Peterburq şəhərinin torpaq örtüyü K.A.Melnıçuk tərəfindən öyrənilməklə onun təsnifatı Moskva torpaqşünasları Q.V.Dobrovolskiy və M.N.Stroqonova tərəfindən təklif olun-muş şəhər torpaqlarının təsnifatı əsasında aparılmışdır. Təd-qiqatın nəticələri göstərir ki, Sankt-Peterburq şəhərinin torpaq örtüyü çox mürəkkəb olub, onun xarakterik xüsusiyyəti xırda konturlu və kontraslıdır. Müəyyən edilmişdir ki, Sankt-Peter-burq parklarında olan ağacların 50%-ə qədəri öz deko-rativliyini itirir və məhv olmasının əsas səbəbi onların kök sisteminin daim suda olmasıdır. Torpaqların yüksək sıxlığı (1,4-1,6 q/sm3), aşağı məsaməliyi (39-46%) və çox zəif fıltrasi-ya əmsalı kök sisteminin uzun müddət suda qalması da ağacların məhvinə gətirib çıxarır. Sankt-Peterburq şəhərinin torpaqları tədqiq olunarkən müəyyən edilmişdir ki, torpağın 0-20 sm-lik üst qatında üzvi karbonun miqdarı 5-7% təşkil edir ki, bu da Leninqrad vilayətinin podzol və çimli-podzol torpaq-larında olan üzvi maddənin miqdarından 2-3 dəfə çoxdur.
Bir çox tədqiqatçılar şəhərin park zonası torpaqlarının morfogenetik xüsusiyyətlərini öyrənərək müəyyən etmişdirlər ki, şəhər landşaftının pozulmamış və zəif pozulmuş torpaqları fraqmental şəkildə “orda-burda” saxlanmışdır. Texnogen təsirlər nəticəsində torpaqların turş-qələvi mühiti transformasiyaya uğrayır, onların su-istilik, su-hava rejimi və morfologiyası dəyişir.
Bu şəhərin torpaqlarının əsas xüsusiyyətləri torpaq profilində basdırılmış humus qatının (Ah=0,5-0,8%) olmasıdır. Şəhər torpaqlarının digər fərqləndirici xüsusiyyətləri onlarda şorlaşma əlamətlərinin olmasıdır ki, bu da hər şeydən əvvəl şəhər yollarında buz bağlamağa qarşı tətbiq edilən duz səpilməsi nəticəsində yaranır. Bu isə öz növbəsində bitkilərin inkişafına mənfi təsir göstərir.
Bir çox tədqiqatçılar Moskva şəhərinin qədim parklarında yayılmış torpaqların tərkibində olan üzvi maddələrin miqdarını, qalın humuslu akkumlyativ qatın formalaşmasını və s. xüsusiyyətlərini müəyyən etmişdir. Təsdiq olunan torpaqlarda humuslu qatın qalınlığı geniş hədlərdə: 10-15 sm-dən 35-45 sm-ə qədər dəyişir. Bu torpaqların əksəriyyəti üçün meşə örtüyünün və meşə döşəmələrinin praktiki olaraq iştirak etmədiyi qalın orqanogen profilin formalaşması xarakterikdir.
Şəhər torpaqlarının torpaqşünaslar tərəfindən öyrənilməsi elmdə xeyli cavan sahə olmasına baxmayaraq, hələ 100 il bundan əvvəl elmi torpaqşünaslığın banisi V.V.Dokuçayev Sankt-Peterburq və Rusiyanın digər şəhərlərinin torpaqlarının tədqiq edilməsinin vacibliyini göstərmişdir. O, 1890-cı ildə Sankt-Peterburq şəhəri və onun ətrafının dəqiq təbii-tarixi, fıziki-coğrafı və kənd təsərrüfatı baxımından tədqiq edilməsi fikrini irəli sürmüşdür.
Son illərdə “Şəhər torpaqlarının ekologiyası” monoqrafiyası dərc edilmişdir ki, bu monoqrafiyada Moskva şəhəri timsalında şəhər torpaqlarının ekoloji aspektləri prinsipial nəzəri cəhətdən təhlil edilməklə, genezisi, xassələri, təsnifatı və şəhər ekosistemlərində və ekoloji funksiyalarında onların rolu, istifadə nəticəsində tərkibinin dəyişməsi araşdırılır. Şəhər torpaqlarının texnogen tərkibi və bioloji diaqnostikası müfəssəl izah edilir.
Şəhər torpaqları təbii - tarixi cisim kimi müəyyən edilmiş klassik təbii torpaq anlayışına həmişə uyğun gəlmir. Şəhər tor-paqları müəyyən ekoloji funksiya yerinə yetirən canlı fazanın birbaşa iştirak etdiyi bərk, maye və qaz fazasından ibarətdir. Şəhər torpaqları da təbii torpaqları əmələ gətirən həmin amillərin təsiri altında formalaşır. Bu zaman amillər urbanizem antropogen amil hesab olunur. Geniş mənada şəhər torpaqları dedikdə, şəhər mühitində mövcud olan hər cür torpaqlar başa düşülür. Bu termin altında, şəhər ərazisi altında qalmış və şəhər əhalisinin fəaliyyəti ilə formalaşan və eyni zamanda şəhər torpaqəmələgəlməsini daim tənzimləyən aparıcı mexanizm nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, dünyada və istərsə də ölkəmizdə pozulmuş və yenidən yaradılmış torpaq qatlarının ayrılması, diaqnostikası və təsnifatı məsələsi çox zəif öyrənilmişdir. Şəhər torpaqlarının təsnifatı, funksiyası və morfoloji quruluşu haqqında məlumatlara bir çox əsərlərdə rast gəlinir.
Son illərdə şəhər ekosistemləri və bu ekosistemlərdə torpaqların rolu mövzusunun nəzəri əsasları hazırlanır. Artıq şəhərlərin ekologiyası üzrə bir çox elmi əsərlər dərc olunmuş-dur. Son illərdə şəhər torpaqlarına həsr olunmuş F.Kroulun “Şəhər torpaqları və Şəhər landşaftları” monoqrafiyası çap olunmuşdur ki, burada müasir səviyyədə yeni tədqiqatların nəticələri verilmişdir.
Böyük ərazilərdə antropogen torpaqəmələgəlmə inten-sivliyinin artması müxtəlif ölkələrin torpaqşünaslarının ümumi qəbul edilmiş təsnifatlarına pozulmuş və süni yaradılmış tor-paqların sistematikasını da əlavə etməyi lazım bilirlər.
ABŞ, Almaniya, Böyük Britaniya, Polşa və digər ölkə-lərin şəhərləri haqqında 1980-ci illərdə dərc olunmuş məqalə-lərə iri kartoqrafik işlərin əsasını təşkil edən şəhər torpaqlarının təsnifatı da daxil edilmişdir. 1987-ci ildən başlayaraq, Qərbi Avropada, xüsusən Almaniyada da şəhər torpaqlarının öyrənilməsi və xəritələşdirilməsi istiqamətində intensiv şəkildə aparılmışdır.
Şəhər torpaqları, şəhər və şəhər ətrafında torpaq səthinin çirklənməsi və qatışdırılması hesabına yaranan 50 sm-dən artıq qalınlığında kənd təsərrüfatı mənşəli olmayan antropogen qatdan təşkil olunmuş torpaq materiallarıdır. Bundan sonra şəhər torpaqlarının bu tərifi bütün dünya ölkələrində inkişaf etdirilmiş və az da olsa təkmilləşərək istifadə olunmuşdur. J.G.Boskheim və E.M.Brides ardınca Q.V.Dobrovolskiy, M.N.Stroqnova və b. da şəhər torpaqlarını insan tərəfindən yaradılan qarışdırılmış, tökülmə, basdırılma və ya “urbanizem” mənşəli materiallarla çirklənən, qalınlığı 50 sm-dən çox olan torpaqlar kimi qəbul etmişlər.
Almaniya təsnifatı sistemində, FAO-YUNESKO təsnifatında və Rusiya torpaqlarının son təsnifatlarında antropogen dəyişikliklər və antropogen torpaqlar ən yüksək taksonomik səviyyədə ayrılır. Hazırda elə bir milli və ya beynəlxalq təsnifat sistemi yoxdur ki, o, şəhər torpaqları ilə işləyən torpaqşünasların tələblərini bilsin. Yerli və xarici ədəbiyyat materiallarının analizi göstərir ki, hazırda şəhər torpaqlarının ümumləşdirici təsnifatı yoxdur və qaldırılmış problemi həll etmək üçün vahid yanaşma metodu da yoxdur.
Tədqiqatçılar tərəfindən qeyd edildiyinə görə şəhər torpaqlarının təsnifatı profilin morfoloji quruluşu, substratın xarakteri, əmələgəlmə və inkişaf mərhələsi prinsiplərinə əsaslanır.
Hazırda mövcud olan torpaq təsnifatı əsasında Avropa və Amerikanın bir çox şəhərlərinin torpaq xəritələri tərtib edilmişdir. Qərbi Birliyin torpaqlarını xəritələşdirərkən torpaqşünaslar onu 3 kateqoriyaya ayırmışlar. 1.Örtülü səthin torpaqları; 2.Təbii yolla dəyişilmiş torpaqlar; 3.Tökülmüş və qarışdırılmış çöküntülər üzərində əmələ gəlmiş torpaqlar.
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab H.Ə. Əliyevin 1999-cu il fərmanına müvafiq olaraq, Bakı şəhəri Sahil Parkına “Milli Dövlət Parkı” statusu vermiş-dir. Bunula əlaqədar olaraq, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Dənizsahili Milli Parkı və AMEA-nın Mərkəzi Nəbatət Bağında antropogen torpaqların fiziki-kimyə-vi xüsusiyyətlərinin öyrənilməsi sahəsində ilkin tədqiqatlar aparmışlar. Bakı şəhəri parkları və bağları torpaqlarının morfo-genetik diaqnostikası və təsnifatının təkmilləşdirilməsinə aid kompleks tədqiqatların aparılmasına ehtiyac duyulur.



Yüklə 400,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə