Nəqliyyat fakultəsi Geomatika kafedrası Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi



Yüklə 400,16 Kb.
səhifə8/62
tarix26.04.2023
ölçüsü400,16 Kb.
#107083
1   ...   4   5   6   7   8   9   10   11   ...   62
17. Seher Torpaqların monitorinqi və muhafizəsi 2222

Ekoloji problemlər – müxtəlif ekoloji amillər nəticəsində təbiətin stukturunun və funksiyasının dəyişməsi nəticəsində yaranan problemlərdir.
Bəşər (texnika) inkişaf etdikcə oksigen ehtiyatı azalmağa və karbon qazı çoxalmağa doğru getmişdir. Bu proses 20-ci əsrdə çox-çox sürətlənmişdir. Milyonlarla avtomobillərdən çıxan tüstülər, qazanxanalar, zavodların tüstüsü, kondinsioner-lər və s. texnika dünyamızı addım-addım məhvə doğru aparır. Düzdür, oksigen ehtiyatını okeanlarda buxarlanan su tarazlasa da, yaşıllıqlarda fotosintez prosesi getsə də, bu tarazlıq keçən əsrlərdə qalmışdır.
Dizel daxiliyanma mühərrikini ixtira edərkən gələcək ekoloji pozğunluğun bünövrəsini qoymuşdur. Alim lazımdı mexaniki enerjini elektrikdən, günəşdən, küləkdən, sudan və s. alsın. Amma iri sənaye maqnatları çətin ki, bu ixtiraların hə-yata keçməsinə və ya istehsalına imkan versin.
Ekoloji halın dözülməz hala gəlməsi, ozon qatının məhvi və oksigen qazının çox-çox azalması zəncirvari olaraq digər fəsadlar törədəcək. Günəşin zərərli şüaları, hava çatışmazlığı, kəskin iqlim dəyişkənliyi, təbii fəlakətlərin artması və bunlardan doğan mənfurluqlar. İnsan ömrünün qısalması, səhhətlərin pozulması, doğuşların qeyri-normallığı, yaşama və işləmənin çətinləşməsi. Yaxın 150-200 ilə gözlənilən bu hadisələr, həmçinin qiyamət əlamətlərini də xatırladır. İnsanların sayı artmaqla texnika və texniki tələbatlar artmağa doğru gedir.
İri şəhərlərdə sənaye və məişət tullantılarının uzun illər yığılıb istifadəsiz qalması öz növbəsində gərgin ekoloji vəziy-yətin yaranmasına səbəb olmuşdur. İri yaşayış məntəqələrində, xüsusən sənaye mərkəzlərində məişət tullantılarının daşınması və yerləşdirilməsi də xüsusi narahatlılıq doğurur. Bakı, Sumqa-yıt, Gəncə kimi şəhərlərin kənarlarında saysız miqdarda qanun-suz tullantı poliqonları yaranmışdır ki, bu da ətraf mühiti çirk-ləndirməklə bərabər, həm də insanların sağlamlığı üçün təhlükə yarada bilən xəstəlik mənbələrinə çevrilmişlər. Ekoloji baxım-dan davamlı inkişaf prinsiplərinə müvafiq olaraq tullantıların idarə olunması üçün aşağıdakı strateji tədbirlərin həyata keçirilməsi zəruridir:
• Təhlükəli sənaye tullantılarının yerləşdirilməsi üçün yeni poliqonların yaradılması;
• Məişət tullantılarının çeşidlənməsi, utilizə edilməsi və təkrar emalının təşkili məqsədilə mütərəqqi təcrübədən istifadə olunması;
• Tullantılardan bioqazın alınması üçün müvafiq üsulların tətbiq edilməsi;
• Enerji alınması, eləcə də kompost alınması məqsədilə tullantılardan səmərəli istifadə və s.
Ekoloji pozğunluğun aradan qaldırılması yolu:
1. Sənaye istehsalında oksigenə tələbatı təkmilləşdirmək və digər zərərsiz tələbatı həyata keçirmək.
2. Nəqliyyat sisteminin elektrikləşdirilməsi, mexaniki və qeyri-mexaniki. Mexaniki dedikdə əsas və işlək yollara ikitərəfli elektrik xətlərinin çəkilməsi, avtomobillərin bu sistemə görə təkmilləşdirilməsi, yeni yol hərəkəti qaydalarının yaradılması və s.
3. Torpaqların münbitləşdirilməsi və yeganə oksigen istehsal edən yaşıllıqların salınması, suvarma sisteminin təşkili və bütün bunların, ümumi və dövlət tərəfindən qorunması.
Monitorinq əsasında yaranmış ətraf mühitin göstərilən faktorlarının qiymətləndirilməsi nəinki yolverilməz çirklənmə-nin qarşısının alınması yollarının qəbul edilməsinə, hətta layi-hələndirmə zamanı bu faktorların hesaba alınmasına xidmət edir. Belə ki, məsələn: atmosferin çirklənməsi səviyyəsinə, nəinki metereoloji faktorların cəmi, eləcə də hava kütləsinin inversiyasının vəziyyəti, relyefin xüsusiyyətləri də təsir edir.
Dünyanın bütün ölkə və şəhərlərinin dayanıqlı inkişaf yoluna keçməsi ilə şəhər ekoloji mühitinin keyfiyyətinin qiy-mətləndirilməsinə yanaşma dəyişilmişdir. Bu, şəhərin dayanıqlı inkişaf səviyyəsindən asılı olmağa başlamışdır. İlk əvvəl inki-şaf etməkdə olan şəhərin dayanıqlı konsepsiyasının yaranması üçün belə bir şəhərin dəyişilməsinə uyğun real parametrlərinin olması vacib hala çevrilmişdir. Şəhərin dayanıqlı inkişafına yaxınlaşması və ya ondan uzaqlaşması sualına cavab dayanıqlı inkişafın indikatorlarla funksiyalaşması göstəricilərini müqayi-sə etməklə vermək olar.
Şəhərin dayanıqlı inkişafının indikatorları bir qayda ola-raq, şəhər və onun ekoloji mühitinin sayılan və ölçülə bilən parametrləridir. Bu parametrləri ya onların tam ölçüləri, ya da bu parametrlərin əvvəlki qiymətlərinin müqayisəsi ilə qiy-mətləndirmək olar. Bir çox hallarda bu indikatorlar sağlam və ekoloji şəhərdə insan həyatının, mühitin keyfiyyət göstəriciləri rolunu oynaya bilərlər.


Yüklə 400,16 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə