NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə34/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

 
Nяsiman Yaqublu 
 
 
116 
“Bir  yarım  ay  ərzində  Batumun  həyatında  xeyli  dəyişikliklər  ol-
muşdu. Küçələrində əhali artmış və mehmanxanaları Osmanlı məmur-
ları  və  Qafqazın  Türk-Müsəlman  yaşayan  bölgələrindən  gəlmiş  qo-
naqlarla  dolu  idi.  Küçələrdə,  bulvarda,  parklarda,  teatrlarda  Qafqazın 
ən  uzaq  nöqtələrindən  gələn  və  Osmanlılarla  birləşmək  istəyənlərə 
təsadüf edilirdi. Bulvarın “İhtisap” kazinosunda əllərini masaya daya-
yaraq sərt və atəşli sözlərlə bir-birinə müraciət edən, bəzən də məlum 
və mütəəssir düşünən bir zümrə var. Bunlar Osmanlılarla müzakirədə 
iştirak etmək üçün Batuma gələn Gəncəli, Bakılı, Tiflisli və Qarabağlı 
müsəlmanlarıdır. Hamısının da siması qayğılı və işgüzar bir görkəm-
dədir. Məqsədləri Qafqazın istiqlalı deyil. Osmanlılarla birləşməsi, yə-
ni ilhaqıdır. Fikrən azad, dinc və sərbəst yaşayan bu xalq şiəlik və sün-
nilik  kimi  adi  məzhəb  fərqlərinə  əhəmiyyət  vermir.  Şapka  geyməklə 
dini  hisslərin məhv olmayacağına inanan bu zümrə millət məhəbbəti-
ni hər növ əlaqənin, hər növ qüvvənin gücündə görür. Batum Qafqaz 
sülh  müzakirələrinin  mərkəzinə dönmüşdür. Gah Gəncədən şeyxülis-
lam gəlir, gah əhali içindən seçilmiş vəkillər Tiflisə göndərilir. Müza-
kirələr, nitqlər, teleqraflar bir-birini əvəz edir. 
Qafqaz rus üsul-idarəsindən xilas olmaq əzmini bütün fəaliyyəti ilə 
göstərir. Bunların nəzərində ruslar ana vətəni istila edən işğalçılardır. 
İndi  isə  bu  zümrəyə  daxil  olanların  nəzərləri  Türklərə,  yəni 
İstanbula dikilmişdir” (“Qafqaz yolları”, s. 72-75). 
Batuma  gəldikdən  sonra  ilk  gündən  görüşə  bilmədiyim  şəxslərlə 
də  görüşdüm.  Hamısı  eyni  fikirdə  idilər.  Bunların  arasında  vəkil, 
həkim, şeyxülislam, tacir, sənətkar, ziyalı müəllimlər də var idi. Onlar 
məni fikirlərimi söyləmək üçün sıxışdırırdılar. Onlara “İçərinizdən on 
nəfər seçin, onlarla söhbət edəcəyəm” – dedim. Razı oldular. Sakit bir 
yer  müəyyənləşdirib  orada  görüşməyi  qərara  aldıq.  Onlardan 
ayrıldıqdan  sonra  Məhəmməd  Əmin  Rəsulzadə  və  Nəsib  bəy 
Yusifbəylinin  yanına  gedərək  onlarla  görüşdüm.  Onlara  bir  neçə 
saat  ərzində  olub-keçənləri  danışdım.  Nəsib  bəy  mənə:  “Bilirsənmi, 
burada  nələr  olur?”  –  dedi.  Mən  də  “Nəsib  bəy,  hamısını  bilirəm. 
Sabah onların başa düşənləri ilə görüşəcəyəm. Ümidvaram ki, onlara 
həqiqəti  başa  sala  biləcəyəm”  –  dedim  və  onlardan  ayrıldım.  Oradan 
birbaşa Türkiyə Sülh heyəti rəisi Xəlil bəyin yanına getdim. Bir xeyli 
söhbət  etdik  və  söhbət  əsnasında  vəziyyəti  ona  da  anlatdım.  O  isə 
mənə  “Bunu  yalnız  Siz  öyrənə  bilərsiniz”  –  dedi.  Mən  də  cavabında 


 
Bakыnыn Qurtuluшu 
 
 
117 
“İlhaqçılara heç bir söz söyləmək istəmədim, çünki söyləsəm də qəbul 
etməyəcəklər. Sabah onların öz aralarından seçəcəkləri başbilənləri ilə 
görüşəcəyəm.  Əgər  onları  razılığa  gətirə  bilsəm,  Sizin  razılığınızla 
onların 7-8 nəfərini  Sizin yanınıza gətirəcəyəm. Onlar Sizi dinlərlər. 
Bizim  istiqlalımızı  bizimlə  görüşən  “İttihad  və  Tərəqqi”  Partiyasının 
mərkəzi qərargahında xəyalımızda qurub müdafiə etmişsiniz. Qurmaq 
istədiyiniz  istiqlal  qurulmadan  qara  cahillər  tərəfindən  hədələnir”  – 
dedim. Xəlil bəy  mənə: “Sizi anlayıram,  əgər  məni dinlərlərsə, sabah 
görüşün. O biri gün saat 10-da mənim yanıma gəlin. Ümid edirəm ki, 
nəyəsə  müvəffəq  olacağıq.  Nağı  bəy,  Seymin  üzvləri  ilə  görüdük  və 
anlaşdıq.  Onlardan  son  dərəcə  razı  qaldıq”  –  dedi  və  ayrıldıq.  Mən 
axşam Nəsib bəyin yanına getdim. Bərabər yemək yedik və xeyli söh-
bət  etdik.  Mənə  kədərli-kədərli:  “Anarxiya  zamanı  xalqdan  çəkmədi-
yim sıxıntını burada çəkirəm” – dedi. Ona: “Siz çox fikir etməyin. Xə-
lil bəylə görüşdüm və o biri gün bir neçə nəfərlə onu görüşdürəcəyəm. 
Ümidvaram  ki,  istədiyimizə  nail  olacağıq”  –  deyə  təsəlli  verdim. 
Ertəsi gün toplantıya getdim. Onlarla xeyli söhbət edib olub-keçənləri 
xatırlatdım. Ənvər Paşanın və Tələt Paşanın qərarlarını söylədim. Bir 
az  yumşaldılar.  Ancaq  söylədiklərimin  həqiqət  olmalarına  şübhə  ilə 
yanaşdıqlarını hiss edirdim. Onlara:  “İstəsəniz Sizi sabah Xəlil bəylə 
görüşdürərəm. Xəlil bəyin də bu fikirdə olduğunu özünüz görərsiniz” 
– dedim.  
Ertəsi gün saat 10-da on nəfərlə Xəlil bəyin yanına gedirəm. Xəlil 
bəy bizi qəbul edir. Mən onları Xəlil bəyə bir-bir təqdim  edirəm. 
Tanışlıqdan sonra onların hər biri minlərlə imza atılmış kağızları 
Xəlil bəyə göstərdilər və hamısı birdən: “Möhtərəm bəyimiz, xal-
qımız istiqlal istəmir, biz də istəmirik. Osmanlı dövlətinin bir par-
çası olmaq istəyirik” – dedilər. Xəlil bəy gözəl söhbəti ilə bunları 
razı  sala  bildi.  Onlara  son  söz  olaraq:  “Biz  süngümüzlə  Qafqaza 
girdik. Siz bizə ilhaq olmaq istəməsəydiniz də biz sizi süngü, ordu 
ilə ilhaq edərdik. Ancaq buna imkan yoxdur. Bizim birləşməmizi 
nə düşmən, nə də dost dövlətlər qəbul edər.  Biz  sizə yardım edər 
və  edəcəyik.  İstiqlaliyyət  qurub  müstəqil  yaşamanız  üçün  lazımi 
qədər əsgərimizi göndərəcəyik. Hər cəhətdən yardım edəcəyik. Öz 
vətənimiz  kimi  sizin  vətəninizi  də  qoruyacağıq.  Evlərinizə  dönün 
və qurulacaq istiqlaliyyəti dəstəkləyin” – dedi. 


 
Nяsiman Yaqublu 
 
 
118 
Axşam  Məhəmməd  Əmin  və  Nəsib  bəylə  görüşüb  Xəlil  bəylə  il-
haqçıların  arasında  olan  söhbətin  nəticəsini  bildirdim.  Onlar  vəziy-
yətin belə nəticə ilə qurtarmasından çox razı qaldılar. Sonra mən Nə-
sib  bəyin  “Gəncədə  Nuru  Paşanı  qarşılamaq  lazımdır.  Sabah  axşam 
yola düşəcəyəm” – dedim. 
İlhaqçılar yeməklərini böyük bir yeməkxanada Türk hökuməti he-
sabına  yeyirdilər.  Bir  gün  mən  də  onlarla  nahar  edərkən  onlar  mənə: 
“Canım, Türk ordusunun oraya getməsinə biz narazı deyilik. Bizə söy-
lədilər  ki,  türklər  gəlmək  istəyirlər,  ancaq  Seymin  üzvləri  mane  olur-
lar” – dedilər. Mən də onlara cavabında: “Qardaşlarım, burada qalma-
ğa  heç  bir  ehtiyac  yoxdur:  “mən  axşam  yola  düşürəm.  Bu  günlərdə 
Ənvər  Paşanın  qardaşı  Nuru  Paşa  Gəncəyə  gələcək.  Onu  orada 
qarşılamaq lazımdır” – dedim.  
Axşam  yola  düşəcək  qatara  mindiyim  zaman  bütün  ilhaqçıları  da 
Gəncəyə gedən gördüm. Gəncəyə çatdıq. Dörd aylıq ayrılıqdan sonra 
anama qovuşdum. Anam ağlayaraq mənə: “Sənin bu səfərin çox uzun 
çəkdi. Sən mənim sonbeşiyimsən. Bir daha səni gözümdən uzağa bu-
raxmayacağam” – dedi. Yazıq anam hardan bilsin ki, zalım rus təkrar 
canlanacaq,  rəngini  dəyişdirib  qızıla  boyanacaq  və  zülmünü  bir  neçə 
qat artıraraq ölkəmizi işğal edəcək. Ruslar böyük oğlunu güllələyib şə-
hid  edəcək  və  sevdiyi  sonbeşiyini  də  müqəddəs  vətənindən  didərgin 
salacaqdı. 
Gəncədə mənə xəbər verdilər ki, Nuru Paşa Qarabağa çatmış, 
bir  gün  sonra  da  Gəncədə  olacaq.  Mən  dərhal  ertəsi  gün  Yevlax 
stansiyasına  hərəkət  etdim.  Yevlaxda  bir  saat  gözlədik.  Gəncədən 
gedən heyət  Nuru Paşanı Qarabağda qarşılamışdı. İzdihamlı bir süvari 
dəstəsi arasında Nuru Paşa Yevlax stansiyasına gəlib çatdı. Görüşmə-
miz  zamanı Nuru Paşa: “Görüşdüklərimdən hey səni soruşurdum” – 
dedi.  Xalqımız  Nuru  Paşanı  çox  təmtəraqlı  qarşıladı.  Nuru  Paşa  ilə 
İstanbulda  Heydərpaşa  vağzalında  ayrılmışdıq.  Ondan  sonra  başıma 
gələnləri  ona  anlatdım,  Nuru  Paşa  özü  ilə  bərabər  gətirdiyi  zabitləri, 
çavuşları və hərbi qərargah rəisi polkovnik Nazim bəyi Bakı cəbhəsi-
nə göndərdi. 
Batumdan göndərilən və Nuru Paşanın əmrinə veriləcək hərbi qüv-
və  ilə  əvvəldən  almanlarla  anlaşmış  olan  gürcü  milləti  tərəfindən  də-
miryolu  ilə  keçib  Gəncəyə  getməklərinə  icazə  verilirdi.  Bu  vəziyyət 
qarşısında Cəmil Cahid bəyin komandanlığında olan alay Qarsdan qu-


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə