Nяsiman Yaqublu
116
“Bir yarım ay ərzində Batumun həyatında xeyli dəyişikliklər ol-
muşdu. Küçələrində əhali artmış və mehmanxanaları Osmanlı məmur-
ları və Qafqazın Türk-Müsəlman yaşayan bölgələrindən gəlmiş qo-
naqlarla dolu idi. Küçələrdə, bulvarda, parklarda, teatrlarda Qafqazın
ən uzaq nöqtələrindən gələn və Osmanlılarla birləşmək istəyənlərə
təsadüf edilirdi. Bulvarın “İhtisap” kazinosunda əllərini masaya daya-
yaraq sərt və atəşli sözlərlə bir-birinə müraciət edən, bəzən də məlum
və mütəəssir düşünən bir zümrə var. Bunlar Osmanlılarla müzakirədə
iştirak etmək üçün Batuma gələn Gəncəli, Bakılı, Tiflisli və Qarabağlı
müsəlmanlarıdır. Hamısının da siması qayğılı və işgüzar bir görkəm-
dədir. Məqsədləri Qafqazın istiqlalı deyil. Osmanlılarla birləşməsi, yə-
ni ilhaqıdır.
Fikrən azad, dinc və sərbəst yaşayan
bu xalq şiəlik və sün-
nilik kimi adi məzhəb fərqlərinə əhəmiyyət vermir. Şapka geyməklə
dini hisslərin məhv olmayacağına inanan bu zümrə millət məhəbbəti-
ni hər növ əlaqənin, hər növ qüvvənin gücündə görür. Batum Qafqaz
sülh müzakirələrinin mərkəzinə dönmüşdür. Gah Gəncədən şeyxülis-
lam gəlir, gah əhali içindən seçilmiş vəkillər Tiflisə göndərilir. Müza-
kirələr, nitqlər, teleqraflar bir-birini əvəz edir.
Qafqaz rus üsul-idarəsindən xilas olmaq əzmini bütün
fəaliyyəti ilə
göstərir. Bunların nəzərində ruslar ana vətəni istila edən işğalçılardır.
İndi isə bu zümrəyə daxil olanların nəzərləri Türklərə, yəni
İstanbula dikilmişdir” (“Qafqaz yolları”, s. 72-75).
Batuma gəldikdən sonra ilk gündən görüşə bilmədiyim şəxslərlə
də görüşdüm. Hamısı eyni fikirdə idilər. Bunların arasında vəkil,
həkim, şeyxülislam, tacir, sənətkar, ziyalı müəllimlər də var idi. Onlar
məni fikirlərimi söyləmək üçün sıxışdırırdılar. Onlara “İçərinizdən on
nəfər seçin, onlarla söhbət edəcəyəm” – dedim. Razı oldular. Sakit bir
yer müəyyənləşdirib orada görüşməyi qərara aldıq.
Onlardan
ayrıldıqdan sonra Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy
Yusifbəylinin yanına gedərək onlarla görüşdüm. Onlara bir neçə
saat ərzində olub-keçənləri danışdım. Nəsib bəy mənə: “Bilirsənmi,
burada nələr olur?” – dedi. Mən də “Nəsib bəy, hamısını bilirəm.
Sabah onların başa düşənləri ilə görüşəcəyəm. Ümidvaram ki, onlara
həqiqəti başa sala biləcəyəm” – dedim və onlardan ayrıldım. Oradan
birbaşa Türkiyə Sülh heyəti rəisi
Xəlil bəyin yanına getdim. Bir xeyli
söhbət etdik və söhbət əsnasında vəziyyəti ona da anlatdım. O isə
mənə “Bunu yalnız Siz öyrənə bilərsiniz” – dedi. Mən də cavabında
Nяsiman Yaqublu
118
Axşam Məhəmməd Əmin və Nəsib bəylə görüşüb Xəlil bəylə il-
haqçıların arasında olan söhbətin nəticəsini bildirdim. Onlar vəziy-
yətin belə nəticə ilə qurtarmasından çox razı qaldılar. Sonra mən Nə-
sib bəyin “Gəncədə Nuru Paşanı qarşılamaq lazımdır. Sabah axşam
yola düşəcəyəm” – dedim.
İlhaqçılar yeməklərini böyük bir yeməkxanada Türk hökuməti he-
sabına yeyirdilər. Bir gün mən də onlarla nahar edərkən onlar mənə:
“Canım, Türk ordusunun oraya getməsinə biz narazı deyilik. Bizə söy-
lədilər ki, türklər gəlmək istəyirlər, ancaq Seymin üzvləri mane olur-
lar” – dedilər. Mən də onlara cavabında: “Qardaşlarım, burada qalma-
ğa heç bir ehtiyac yoxdur: “mən axşam yola düşürəm.
Bu günlərdə
Ənvər Paşanın qardaşı Nuru Paşa Gəncəyə gələcək. Onu orada
qarşılamaq lazımdır” – dedim.
Axşam yola düşəcək qatara mindiyim zaman bütün ilhaqçıları da
Gəncəyə gedən gördüm. Gəncəyə çatdıq. Dörd aylıq ayrılıqdan sonra
anama qovuşdum. Anam ağlayaraq mənə: “Sənin bu səfərin çox uzun
çəkdi. Sən mənim sonbeşiyimsən. Bir daha səni gözümdən uzağa bu-
raxmayacağam” – dedi. Yazıq anam hardan bilsin ki, zalım rus təkrar
canlanacaq, rəngini dəyişdirib qızıla boyanacaq və zülmünü bir neçə
qat artıraraq ölkəmizi işğal edəcək. Ruslar
böyük oğlunu güllələyib şə-
hid edəcək və sevdiyi sonbeşiyini də müqəddəs vətənindən didərgin
salacaqdı.
Gəncədə mənə xəbər verdilər ki, Nuru Paşa Qarabağa çatmış,
bir gün sonra da Gəncədə olacaq. Mən dərhal ertəsi gün Yevlax
stansiyasına hərəkət etdim. Yevlaxda bir saat gözlədik. Gəncədən
gedən heyət Nuru Paşanı Qarabağda qarşılamışdı. İzdihamlı
bir süvari
dəstəsi arasında Nuru Paşa Yevlax stansiyasına gəlib çatdı. Görüşmə-
miz zamanı Nuru Paşa: “Görüşdüklərimdən hey səni soruşurdum” –
dedi. Xalqımız Nuru Paşanı çox təmtəraqlı qarşıladı. Nuru Paşa ilə
İstanbulda Heydərpaşa vağzalında ayrılmışdıq. Ondan sonra başıma
gələnləri ona anlatdım, Nuru Paşa özü ilə bərabər gətirdiyi zabitləri,
çavuşları və hərbi qərargah rəisi polkovnik Nazim bəyi Bakı cəbhəsi-
nə göndərdi.
Batumdan göndərilən və Nuru Paşanın əmrinə veriləcək hərbi qüv-
və ilə əvvəldən almanlarla anlaşmış olan gürcü milləti tərəfindən də-
miryolu ilə keçib Gəncəyə getməklərinə icazə verilirdi. Bu vəziyyət
qarşısında Cəmil Cahid bəyin komandanlığında olan alay Qarsdan qu-