sonra çəkilmişdir. Yaxınlarda formalaşmağa başlamış dəstələr öz faydasını
verməyə başlamışdır”. (344, s.5)
Beləliklə, Almaniyada fəaliyyət göstərən, vətənlərini bolşevik istilasından
xilas etməyə çalışan azərbaycanlılar həm öz dillərində mətbu orqanlar çıxarır,
qəzet, jurnallar, kitablar çap edirdilər, həm də başqa qəzet və jurnallarda onların
qəhrəmanlığı və uğurlu döyüşləri haqqında məlumatlar dərc olunurdu.
Qeyd edək ki, Azərbaycan İrtibat qərargahına verilmiş məhdud
səlahiyyətlərə baxmayaraq, Ə. Fətəlibəylinin zəkası və tükənməz enerjisi sayəsində
qısa bir zamanda, o zaman Azərbaycan legionunun orqanı olaraq nəşr edilən
“Azərbaycan” qəzeti yanında sivillər məsələləri ilə məşğul olan “Mittelsteile”, yəni
təltif, tərcümə və nəşriyyat işlərinə nəzarət edən elmi şöbə könüllülərin milli
tərbiyə işləri ilə uğraşan “Milli Birlik” məcmuəsi nəşrə başlamış və fəaliyyət
göstərmişdi. Bütün bu fəaliyyətlər qısa bir zamanda müsbət və fəxr olunacaq
nəticələr verməyə başlamış, Azərbaycan legionuna daxil
olan birliklərdə yüksək bir
milli ruhun yaranmasına təkan vermişdi. (404)
XI BÖLÜM
VLASOV KOMĠTƏSĠNĠN YARADILMASI. AZƏRBAYCAN
LEGĠONERLƏRĠNĠN VƏ DĠGƏR LEGĠONERLƏRĠN “VLASOV
KOMĠTƏSĠ”NƏ ETĠRAZLARI. AZƏRBAYCANIN MÜSTƏQĠLLĠYĠNĠ
ALMANĠYANIN TANIMASI
Məşhur sovet generalı A. A. Vlasov 1942-ci ilin iyulun 12-də almanlara
əsir düşmüşdü. (254, s.4) Qeyd edək ki, Hitler rus mənşəli əsirlərdən ordu
yaradılması təklifinə mənfi münasibət göstərirdi. O, 1943-cü ildə belə bir təklifə
qəti etirazını bildirmişdi (371, s.344) Lakin, Hitlerin etirazlarına baxmayaraq,
cəbhədə vəziyyətin dəyişməsi, almanların geriyə doğru sıxışdırılması və Amerika,
İngiltərə dövlətlərinin Sovet ordusuna yardımının güclənməsi, nəhayət, “Rusiya
Azadlıq Ordusu”nun yaranmasını gerçəkləşdirdi.
General Vlasovun “Rusiya Azadlıq Ordusu”nu yaratmaqda bir başlıca
məqsədi də hərbi cəhətdən daha da güclənmək, hər ehtimala qarşı, Almaniya
məğlub olduqdan sonra Qərb dövlətlərinin - ABŞ-ın və Böyük Britaniyanın
köməyi ilə “üçüncü qüvvə” kimi Sovet İttifaqına qarşı çıxış etmək idi. (371, s. 344)
Qeyd edək ki, ruslardan ibarət könüllü birliklər, ayrı-ayrı taburlar, alaylar
olaraq formalaşırdı. Belə formalaşan birliklər alman diviziyalarının tərkibinə daxil
edilirdi. 1943-cü ilin payızında polkovnik-leytenant Xolters rus könüllülərindən ilk
hissələr yaratmağı təklif etmişdi.
Qeyd edək ki, hələ 1941-ci ilin iyununda müharibə başlayandan az sonra
Yuqoslaviyadakı Rus bürosunun rəisi general-mayor M. F. Skorodumov almanlara
rus diviziyası yaratmaq təklifı ilə çıxış etmiş, lakin onun bu fikri qəbul