Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə31/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   62

d)
 
hamısı; 
e)
 
heç biri. 
«Şəxslər arasında baş verən münaqişələr» 
1. Kommunikasiya prosesi zamanı semantik səhvlər və mürəkkəbliklər və onların 
şəxslər arasında baş verən münaqişələrlə əlaqəsi nədən ibarətdir? 
2.
 
Aşağıda qeyd edilmiş situasiyalardan rol şəkilli münaqişə situasiyalarını 
qeyd edin. 
a)
 
küçədə iki insanın dava etməsi; 
b)
 
insanın eyni zamanda bir-birinə əks olan tələblərə malik iki və ya daha artıq rol 
oynamasını dərk etməsi; 
c)
 
eyni bir klasterə malik ayrı-ayrı rollar insan tərəfindən müxtəlif səviyyədə 
qəbul edilməsi; 
d)
 
hamısı; 
e)
 
heç biri. 
3.
 
Rol şəkilli münaqişə şəraitində davranış tərzi hansı formada ola bilməz? 
a)
 
prinsipial-qanuni; 
a)
 
utilitar-məqsədyönlü; 
b)
 
formal istiqamətləndirilmiş; 
c)
 
konsensus; 
d)
 
qeyri-formal istiqamətləndirilmiş. 
4.
 
Sosiometriya nədir? 
a)
 
qrupda şəxslər arasında qarşılıqlı münasibətlərin diaqnostikası metodu; 
b)
 
əhalinin psixoloji xassələrinin matematik şəkildə öyrənilməsi


c)
 
qrupda formal rolların bölüşdürülməsini öyrənir; 
d)
 
hamısı; 
e)
 
heç biri. 
5.
 
«Tomas - Kilmen toru» nə deməkdir? 
6.
 
U. Tomasın fikrincə müasir alim-konfliktoloqlarm diqqəti nəyə yönəlməlidir? 
a)
 
münaqişələrin idarə edilməsinə
b)
 
münaqişəli situasiyalarda insanların davranış formalarına; 
c)
 
münaqişəli situasiyada produktiv davranış tərzinin stimullaşdırılmasma; 
d)
 
hamısına. 
7.
 
Münaqişələrin tənzimlənməsi formalarından hansı biri müasir konfliktologiya 
nöqteyi nəzərindən daha münasib hesab edilir? 
a)
 
rəqabət (yarış); 
b)
 
uyğunlaşma; 
c)
 
kompromiss; 
d)
 
uzaqlaşma; 
e)
 
əməkdaşlıq; 
f)
 
heç biri. 
8.
 
Kompromiss strategiyası hansı hallarda daha effektivdir? 
a)
 
Münaqişənin nəticəsinin həyati əhəmiyyətli olduğu, lakin, subyekt üçün 
problemin həllinin yalnız öz variantının münasib olduğu halda; 
b)
 
şəxsi maraqların ödənilməsi əsasının etibarlı olduğu, opponentin fiziki və 
əxlaqi üstünlüyə malik olduğu zaman; 
c)
 
problemin müvəqqəti həlli münaqişə aparan tərəfləri razı saldığı halda; 
d)
 
hamısı; 
e)
 
heç biri 


9.
 
Münaqişəli situasiyada rəqabət strategiyası nə zaman münasibdir? 
a)
 
əlavə məlumatın əldə edilməsi və kiminsə yardımına əsaslanmaq üçün vaxt 
qazanılmasının zəruri olduğu halda; 
b)
 
təzyiqin legitim olduğu və onun qanuni məqsədlər izlədiyi halda; 
c)
 
subyektin maddi və mənəvi ehtiyyatlarmm opponentin gücündən az olduğu və 
qalibiyyətə heç bir şans qoymadığı halda; 
d)
 
hamısı; 
e)
 
heç biri. 
1 l.Konfliktologiyada insan tələbatları nəzəriyyəsi hansı rolu oynayır? 
FƏSİL III. «KONFLİKTOLOGİYA» TƏDRİS KURSUNDA 
SOSİAL AVTOBİOQRAFİYA 
Sosial avtobioqrafiya metodikası uzun müddətdir Ki, məşhurdur. 90-cı illərin 
əvvəllərindən etibarən ondan əsasən Qərbdə istifadə edirdilər. Milli sosial elmlərin 
institusionalizasiyası  prosesinin  əvvəllərindən  başlayaraq  bu  metodika  bizim 
ölkəmizdə də tətbiq edilir. Onun Rusiya mühitinə uyğunlaşması zamanı üç Moskva 
alimlərinin 1991-ci ildə «sosioloji tədqiqatlar» jurnalında işıq üzü görmüş məqalələri 
böyük  rol  oynamışdır  (Bax.  Kantonistova  E.N.,  Lidyaka  A.A.,  Pokrovskiy  N.E. 
ABŞ-da sosiologiyanın tədrisi // Sosioloji tədqiqatlar. - 1991. -№9). 
Milli sosial elmlərdə bu metodika əsasən iki fənnin tədrisi çərçivəsində tətbiq 
edilir: sosiologiya və politologiya. Bu metodikanın mahiyyəti kifayət qədər sadədir: 
kursun əvvəlində və sonunda tələbələr iki yaradıcı iş yazır və həmin işlərdə öz sosial 
təcrübələrini  nümayiş  etdirməyə  çalışırlar.  Birinci  işin  tələbənin  sosial  inşasından 
ibarət  olduğu  halda,  ikinci  iş  tədris  kursunun  nəzəri  və  empirik  tərkib  hissələrinin 
öyrənilməsindən  sonra  yazılır  və  tələbə  tərəfindən  fənnin  öyrənilməsi  zamanı 
mənimsənilmiş biliklər nümayiş olunur. Son sosial avtobioqrafiya tələbənin analitik 
bacarıqlarını, onun öz fikirlərini 


ifadə etmək imkanlarını və məntiqini nümayiş etdirir. Təbii ki, həm birinci, həm də 
ikinci işlər müəllim tərəfindən tələbəyə təklif edilən müəyyən parametrlər üzrə yerinə 
yetirilir. 
Sosial  avtobioqrafiya  metodikası  dərs  vəsaitinin  müəllifləri  tərəfindən 
iqtisadiyyat  və  menecerlik  fakültələrinin  tələbələri  üçün  tətbiq  edilmişdir.  O, 
müəyyən mənada «Konfliktologiya» kursuna uyğunlaşdırılmışdır. «Konfliktologiya» 
çərçivəsində bu metodika «Konfliktoloji avtobioqrafiya» adlanır. 
Hər bir tələbə «Konfliktologiya» kursunun mənimsənilməsi zamanı iki yazı işi 
yerinə  yetirir.  Bununla  yanaşı  birincisini  (kursun  əvvəlində)  auditoriya  məşğələsi 
zamanı etmək daha məqsədəuyğundur, ikincisini isə (kursun sonunda) tələbələr evdə 
yerinə yetirir; bu isə onları auditoriya saatları ilə məhdudlaşdırmamağa imkan verir. 
Kursun  əvvəlində  tələbə  tərəfindən  şəxsiyyətlər  arasında  baş  verən  bir 
münaqişə təsvir edilir (onun, dostlarının və ya qohumlarının başına gəlmiş). Şəxslər 
arasında  baş  verən  münaqişənin  təsviri  istənilən  digər  forma  ilə  müqayisədə  daha 
məqsədəuyğundur,  belə  ki,  bu  aşkar  qarşıdurmalar  tez-tez  və  hər  yerdə  baş  verir. 
Tələbələr  bu  zaman  hətta  minimum  biliklərə  malik  olmur,  lakin  sosial  təcrübəyə 
əsasən  onlar  məhz  bü  növ  münaqişəni  müəyyən  parametrlərə  əsasən  təsvir  edə 
bilirlər.  Konfliktoloji  avtobioqrafiyanı  yazarkən  tələbələr  aşağıdakı  suallara  cavab 
verməlidir: 

 
İştirakçı kimdir? 

 
Harada baş vermişdir? 

 
Nə baş vermişdir? 

 
Nə ilə nəticələnmişdir? 
Bui şin həcmi böyük olmamalıdır ( 1 - 2  səhifə). Tələbələrin tapşırığı yerinə 
yetirmə müddəti 1 akademik saatı aşmır. 
«Konfliktologiya»  kursunun  sonunda  tələbə  tərəfindən  iki  münaqişə  təsvir 
edilir (şəxslər arasında və təşkilati). Şəxslər arasında baş verən münaqişənin əvvəl 
təsvir edilmiş situasiyasının təkrarı və analiz idə mümkündür. 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə