Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə20/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   16   17   18   19   20   21   22   23   ...   52
eli-kerim-2

 

ÜRƏK GÜZGÜSÜ 

(2 hissəli pyes) 

 

İştirak edirlər 

 

Adil 


Şahin 

Fəridə 


Rəfiqə 

Lələ 


Qubad 

Fərhadlı 

İxtiyar 

Baba müəllim 

Ağa 

Fəhlə 


Futbol azarkeşləri 

Lələnin oxşarı 



 

 

I hissə 

 

Səhnə iki yerə ayrılmışdır: 1) Parapsixologiya laboratori-



yası. 2) Koridor 

Pərdə  açılarkən  laboratoriya  işıqlanır.  Uzun  dalğalarda 

elektron  musiqisi eşidilir.  Adil oturub stola dirsəklənərək göz-

lərini uzaq, naməlum bir nöqtəyə zilləmişdir. 

Maqnitofonda onun daxili monoloqu səslənir: 

«Leninqrad!  Leninqrad!  Mən  fikirləşirəm.  Kitab  haqqın-

da.  Üstü  qara  cildli  kitab  haqqında.  Kitabın  üstü  qırmızı  hərf-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

92



lərlə  yazılmışdır.  Təsəvvürünə  gətirə  bilirsənmi?  Leninqrad... 

kitab... kitab... (



Pauza)

 Öz-özünə: Bəs Leninqrad mənə nə təl-

qin edir. Gözlərimə duman içində gül dəstəsi görünür. 

(Laboratoriyada işıq sönür. Koridor görünür. Koridora bir 

qapı açılır. Bir əlində əzik-üzük qəzet olan Lələ rastlaşdığı Qu-

badın sinəsinə yumruq vurur). 

Lələ—Eşidirsənmi? 

Qubad—Yaxşı musiqidir. 

Lalə—Onu  demirəm,  «Leninqrad»ı,  «Leninqrad»ı  deyi-

rəm (


qəzeti göstərir).

 Ay bədbəxt, dünyanın axırı çatdı. 

Qubad—Lap yaxşı. 

Lələ—Niyə yaxşı, əə? 

Qubad—heç  olmasa  hər  gün  məni  işdən  çıxarıb  zəhləmi 

tökməzsən,  mən  işə  girməkdən  yoruldum,  sən  çıxartmaqdan 

yox. 

Lələ—Yaxşı,  yum  görək,  heç  olmasa  dünyanın  axırında 



mehriban olaq (

Pauza.)

 Qubad, düz deyirəm, dünyanın axırın-

da  sən  doğrudan  da  mənim  yaxşı  köməkçim  olmusan,  hətta 

səni işdən çıxartdığım vaxtlarda da. 

Qubad—Məxləs! 

Lələ


 (Əlini səs-küy eşidilən qapıya uzadır). — 

Bu hənga-

məni dizəltdikləri havayı deyilmiş. Bunu yaltaqlıqla eləyirlər. 

Qubad—Bəlkə də Şahinin getməsi münasibəti ilədir. Axı, 

o, harasa təcili getməlidir. 

Lələ—Biri gedir, biri gəlir. Arada biz qırılırıq də. Qubad, 

demək bu alimi-biəməl hər şeyi bilə bilərmiş. 

Qubad—Lap yaxşı. Onda düz söz demək üçün qəhrəman-

lıq göstərməyə ehtiyac qalmaz. 

Lələ (


qəzeti Qubada verir).

—Danışdır!



 

Qubad 


(diqqətlə  qəzetə  baxır).

—Deyir  ki,  «Veçerni 

Leninqrad»  qəzetində  bir  gənc  jurnalist  yazır:  «parapsixoloq-

ların...» 

Lalə—Yəni para-pul... 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

93



Qubad—Dayan...  Dayan...  Parapsixoloqların  Ümumdün-

ya simpoziumunda... 

Lələ—Nəyində? 

Qubad—Bunun 

sənə 

dəxli 


yoxdur. 

Deyir: 


«Simpoziumunda  cavan  azərbaycanlı  alim,  (

əlini  səs  gələn 

tərəfə  uzadır)

  indi  rəqs  eləyən  alim  bildirmişdir  ki,  insanın 

bütün  duyğu  və  düşüncələrini  lentə  yaza  bilər.  Hətta  uzaq 

məsafədən belə



 (şən) 

Bərəkallah belə oğul! 

Ləl ə—Bərəkallah da deyir ey! 

Q u b a d—Deyir! 

Lələ—Əyə, xuliqanlıqdır, bu, Qubad! 

Qubad—Neyləyəsən, kəşf eyləyib də. 

Lələ—Əyə, bir spiçka çöpü oğurlayan adamı damlayırlar. 

Bu  da  gəlib  halal  fikrimi  başımın  içindən  qurcalayıb  çıxardıb 

aparsın?  Misal  üçün,  o,  niyə  bilsin  ki,  mən  arvadım  haqqında 

nə  fikirləşirəm,  arvadağa  mənim  barəmdə  nə?  Çox  məsələlər 

var ey... Fikirləşəndə adam dəli ola bilər. 

Qubad—Qəzet  buyuran  kimi  olsa,  dəli  olmayacaqsan, 

çünki  fikirləşə  bilməyəcəksən.  Çünki  fikrini  başından  çıxara-

caqsan. Radioda yaxşı oxuyurlar: «ağlımı aldı o başımdan». 

Lələ—Əə, heç olmasa beşcə dəqiqə adam ol görək. İndi-

yə qədər bu təsərrüfat işləri müdirliyini  mənə haram eləmisən. 

Adın da köməkçidir. Qubad, mən ölüm, bu məsələ düzdümü? 

Qubad—Bəli, bu gündən başlayıram yaşamağa. 

Lələ—Əksinə.  Bundan  sonra  yaşamaqdan  gözümüzü 

çəkməliyik. 

(Şahin  gəlir, Lələ tez ona yanaşır.) 

Şahin—Lələ! 

Lələ


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə