Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə22/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   18   19   20   21   22   23   24   25   ...   52
eli-kerim-2

  (Lələni  və  Qubadı  göstərir)

  Tanış 


olun işçilərimizlə.

 (Lələ Adilin əlindən ikiəlli yapışır). 

Lələ—Təsərrüfat işləri müdiri və onun köməkçisi. 

Adil—İkisi də sizsiniz? 

Lələ—Xeyr.



  (Qubadı  göstərir).

  Köməkçi  odur. 



(Adilin 

əlini  buraxmaq  istəmir).

  Sizin  bu  əllər  Adil  müəllim,  hələ  nə-

lər, nələr eləməlidir. 

Adil—Onda xahiş edirəm ki, onları sahibinə qaytarasınız. 

Lələ

 (Adilin əlini buraxıb ciddi)

—Baş üstə. 



Adil Qubadla 

tanış olub musiqi eşidilən qapıya tərəf addımlayır). 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

96



Adil—Gedək, Şahin, vaxt məclisdən gedir.

 (Adil 

və Şahin 

gedirlər.  Lələ  heyrət  içində  Qubada  baxır. 

Şahin  qayıdır.  Ona 

tərəf addımlayan Fəridəyə)

 

Şahin—Oxumusan? 



Fəridə—Oxumuşam. 

Şahin


 (sakit)

 – Lələ, bu ilki yolkadan qalan bütün maska-

ları  qızlara  ver.  Görüm,  Adil  saat  səkkizə  on  beş  dəqiqə  işlə-

yəndə vurulduğu qızı tapa biləcəkmi? Fəridə sən də tax, görək 

səni necə tapa biləcək? Sən ceyran maskasını tax.

 (Gulür.)

 Axı 


elə sən özün ceyransan. 

Fəridə—Onda tanıyar ki. 

Şahin

 (şən).

—Ceyran ceyran rolunda. Qurtardı. 

Fəridə—Ceyran olmağa etiraz etmirəm. 

Şahin və Fəridə səs gələn qapıya tərəf gedirlər. 

Qubad—Lələ, necəsən? 

Lələ—Təzə alim oynayıb gələnəcən deyə bilmərəm. 

Qubad—Niyə? 

Lələ—Əgər  o  maskalı  adamı  da  tanısa,  demək  qəzetdə 

yazılanlara  şəkk–şübhə  ola  bilməz.  Qubad,  sən  bilən 

tanıyacaq? 

Qubad—Olduğu kimi. 

Lələ—Nəzənbillah, bu köpəkoğlu allahdı, yəni? 

Qubad—Daha allahın buynuzu olmaz ki... 

Adil və Fəridə gəlirlər. 

Adil

  (Fəridəyə).

—Maskanı  çıxar.  Tanımışam 



(Lələ  təəc-

cüblə Qubada baxır). 

Fəridə—Yaxşı, nə cür tanıdın?  

Adil—Oynamağından tanıdım, əvvəlcə başqaları oynayan 

kimi  oynayırdın.  Mən  sənin  belindən  möhkəm  yapışdım,  qal-

dırdım. O zamankı kimi ağlamağa başladın. 

Səhnə qaranlıqlaşır. Çəhrayı işıq yanır. Vals eşidilir.  

İki siluet rəqs edir. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

97



Fəridə—Sizdə  parapsixologiya  elminə  həvəs  necə  oyan-

dı? 


Adil—Mən  o  gün  gecəni  yatmadım.  Birdən  eşitdim  ki, 

nəhayətsiz  gecənin  qoynundan  «Adil,  səni  sevirəm»  sözləri 

dalğa-dalğa axıb gəlir. Mən bundan sonra məhəbbətin məsafə-

yə,  zamana,  müqavimətə  tabe  olmayan  səsinə  inandım.  Para-

psixologiya elminə həvəsim də buradan doğdu. Mən Leninqra-

da  getdim.  Getməsəydim  bəlkə  də  bu...



  (İşıq  yanır,  Adil  və 

Fəridə üz-üzə əyləşirlər. Şahin gəlir).

 

Şahin—hə,  Adil,  deyəsən  tanımırsan.  haqqında  yazılan-



lardan hayıf. 

Adil—Tanımışam. 

Fəridə

 (Çeyran maskasını çıxarır),

—Buyurun.



 

Adil 


(ürək sözünü gizlətmədən). — Bəli, əsil maska 

sənin 


üçünmüş...  O,  əsl  Fəridəni  məndən  gizlədir.  Doğrudan,  bəs 

Rəfiqə... 

Fəridə


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə