Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə21/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   17   18   19   20   21   22   23   24   ...   52
eli-kerim-2

 (kədərli)

—Salaməleyküm, Şahin müəllim! 

Şahin

 (fikirli

)—Lələ! 


Lələ—hazırdır. 

Şahin—Lələ... 

Lələ—O da hazırdır... 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

94



Şahin—Olmadı ki, ay Lələ... Qoy sözümü deyim. 

Lələ—Zəhmət çəkməyin, hamısı hazırdır. 

Şahin (

gülür)

—Elə şey deyərəm ki, hazır olmaz ha. 

Lələ—hazırdır! 

Şahin (


gülür).

—Hər şey qaydasında olsun. 

Lələ—Bilirəm.  yemək-içmək  qaydasında  olacaq.  İçkini 

də  qədərində  verəcəyəm  ki,  tərif  qurtaranda  o  da  qurtarsın. 

Camaat bir-birini dişləyə-dişləyə yox, öpə-öpə dağılışsın. 

Şahin


  (zarafatla)

—  Xalis  qızılsan.  Bir  qram  gümüş  qa-

rışığın yoxdur. 

Lələ—Sizin tapşırığınız bax bu ürəyimdə tap-pa-tıp vuran 

nəbzimdir ki var. 

Qubad


  (gülümsəyərək)-Düz

  deyir,  Şahin  müəllim,  sizin 

tapşırığınız bunun ürəyində dəqiqədə doxsan doqquz vurur. 

Şahin—Tapşırığımı  xəstələndirib  ki...



  (Pauza).

  Yaxşı, 

Lələ, sənə nə olub? 

Lələ


  (Yenə  ciddi. Qəzeti  Şahinə göstərir).

—Bu  məni  alt-

üst eyləyib, oxumusunuz? 

Şahin

 (laqeyd)—Hə... 

Lələ  (ciddi)—Oxusanız  bağışlayın  məni,  belə  şən 

olmazsınız. 

Şahin—Adil mənim dostumdur. 

Lələ


 (Qəzeti silkələyərək)

—hər şeyi bilir ey... 

Şahin

  (qəzeti  Lələdən  alıb  oxuyur,  gülür).

—Çox  yaxşı. 

Bilər ki, biz onun xətrini nə qədər istəyirik. 

Adil ucadan gülə-gülə gəlir. 

Adil—Haradasan,  ay  Şahin!  Nə  gözəl  qızlarınız  var.  Fə-

ridə haradadır? 

Şahin (

qəzeti göstərir).

 Bu nədir? 

Adil—Hə,  mən  də  bir  az  bundan  qabaq  oxudum.  Təcrü-

bəsiz bir jurnalist yazıb, məni yaman şişirdib. 

Şahin—Dəhşətdir. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

95



Adil—Əksinə.  Yazılanlar  mənim  idealımdır.  Eşitdim  bu 

gün gedirsən.



 (Şahin narahat olur). 

Yola salarıq. Təcili işdir? 

Şahin—Təcilidir...

 (Pauza).

 O qədər də yox. Bu gün çıx-

malıyam.  Bəlkə  də...  Hələ  bu  sənin  haqqında  yazılanlar  aləmi 

çaşbaş eləyə bilər. 

Adil—Qorxma! heç nə olmaz! 

Şahin—İçməmisən ki? 

Adil—İçməyin sorağı (

əlini səs gələn qapıya tərəf uzadır)

 

içməkdən daha təsirlidir. 



Şahin—Məclis xoşuna gəlir? 

Adil—O qədər də yox. Şampan azdır. 

Şahin

 (Lələyə baxır).—Azdır. 

Adil


 (əlini döşünə vurur).

—Sənin məktəb dostun gəlib bu 

bir  yana,  amma  burada  gözəl  bir  qız  görmüşəm.  Gözəl!  Əla. 

Onun  gözəlliyi  şəninə  yüz  şampandan



  (tavana  baxır)

  çilçıraq-

lara yaylım atəşi açmalıyıq. Çilçıraqlar sönməli, biz isə o qızın 

təbəssümü işığında oturmalıyıq. 

Şahin—Sabah nə deyərlər, ay Adil! 

Adil—Biz  bu  gün  belə  deyirik.  Sən  deyənə  qalsa  gərək 

hər  gün  sabahı  gözləyək.  Sabah  açıla,  mötəbərlərə  deyək:  biz 

dünən belə etmək istəyirdik. Onlar da deyə ki, «nahaq». Biz də 

deyək  ki,  «nə  yaxşı  ki,  etmədik».  Yaxud  əksinə.  Şahin,  dilxor 

olma, çılçıraqlara yox, yaylım atəşini havaya atarıq. 

Şahin—Yaxşı,  yaxşı


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə