Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə29/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   25   26   27   28   29   30   31   32   ...   52
eli-kerim-2

 (Fəridə gedir. Laboratoriya qaranlıqlaşır. Ko-

ridorun  bir  hissəsi  işıqlanır.  Adil,  Şahin  və  Fəridə  yanaşı 

əyləşmişlər). 

 

Adil—Mənə elə gəlir ki, İxtiyar zərədidədir. 



Şahin—Maye tərəfdən. 

Fəridə—Bunu aləm bilir ki, yaxşı alimdir, amma... gözəl 

insandır, amma... 

Şahin—Gözəl  təşkilatçıdır,  amma...  Buna  baxmayaraq, 

istəyirəm onu öz yerimə qoyub gedəm, amma... 

Adil (gülür)—Öz yerinə amma... 

Şahin—Zərər yoxdur. Yazıq adamdır. Qoy kefini çəksin. 

Ona elə şərait yaratmışıq ki, içkisinə də gücü çatır, ailəsinə də. 

Fəridə—Alicənab adamsan, Şahin! 

Adil—O siz deyən qədər də yazıq adam deyil. 

Ş a h i n —Əlbəttə, olduqca dikbaşdır. 

Adil—Mən onu demək istəyirəm ki, o kiçik elmi işçiliyə 

layiq adam deyil. 

Şahin – Çıxarmaq insafsızlıq olardı. Buna qol qoymaram. 

Adil – Çıxarıb baş elmi işçi qoymaq lazımdır. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

109



Şahin (tutulur). – Başladın qeyri-ciddiliyə. 

Fəridə – Sənə uğurlu yol, Şahin! 

Şahin – Necə yəni uğurlu yol? 

Fəridə – Bəs ananın yanına getmirdin? 

Şahin – Hə, əlbəttə getməliyəm. İkinci bir teleqram da al-

dım  ki,  yaxşılaşıb.  Amma  məni  ora  qonşumuz  toya  çağırır. 

Uşaqların pulu qurtarmayıb ki? 

Fəridə – Yox, yox, çox sağ ol, Şahin, bəs nə vaxt gedəsi 

oldun? 

Şahin – Heç bilmirəm, yerimə kimi qoyum gedim (gülür). 

Görünür, hələ mən öz yerimə adam hazırlamamışam. 

Adil – Mən ciddi deyirəm. Burada nəsə bir sirr var. 

Şahin – Səninçin, məncə, yer üzərində sirr olmamalıdır. 

Adil – Əvvəla, ola bilər. Niyə hirslənirsən? Dur gedək sə-

ni ötürək. 

Şahin  –  Bu  gün  getməyəcəyəm.  (Bu  söhbətə  qulaq  asan 

Lələ onlara yanaşır). 

Adil – Onda gedək içəri. 

Şahin – Mənim sənə elmi etirazlarım var. 

Adil – Buyur. 

Şahin  –  Telepatiya  geriyə  qayıtmaqdır.  Atavizmdir.  O, 

ibtidai insanlarda daha qüvvətli olmuşdur. İndi mümkün deyil. 

Adil (Elektrik lampasını göstərir). – Əvvəla, bu da ibtidai 

insanın  işinin  inkişafıdır. İkincisi də ki,  bir  saat bundan qabaq 

məni  parapsixologiya  sahəsində  müvəffəqiyyətim  üçün  təbrik 

edirdin. 

Şahin – Özün deyirsən ki, haqqında yazılan məqalədə şi-

şirdilmisən.  Sən  doğurdanmı  yer  üzündə  hər  sirri  açmağa  qa-

dirsən? 

Adil – Heç olmasa bu institut daxilində, hə… 

Şahin – Bizə sırf fiziologiya lazımdır. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

110



Adil – Neytrino elementinin elementar hissəciyi də həm-

çinin  fiziologiyada  kvant  fizikasına  arxalanmalıdır,  radioşu-

alanmaya da. 

Şahin – Bu arzudur. 

Adil – Bizim doğulmağımız da bir vaxt arzu olmuşdur. 

Şahin – Yaxşı, sənin indi arzun nədir? 

Adil  –  Arzum  məlumdur.  Amma  daha  bir  böyük  arzum 

da  vardır  ki,  Azərbaycan  xalqının  idrakı  dünyaya  necə  varsa, 

elə də təqdim olunsun. 

Şahin – Nə demək istəyirsən? 

Adil  –  Sənin  Moskvaya  müşavirəyə  göndərdiyin  alimin 

danışdıqları  göstərdi  ki,  Azərbaycan  fiziologiya  elmi  beş  il 

bundan qabaqkı səviyyəsindən də aşağıdır. Halbuki xalqı oldu-

ğu  kimi  təqdim  edən  adamlarımız  vardır.  Mən  İxtiyarı  görən-

dən sonra bunu hiss etməyə başlayıram (İçəridən  İxtiyarın səsi 

gəlir). 


İxtiyarın  səsi – İçəyin gələnlə gedənin görüşdükləri  nöq-

tənin sağlığına. Şahin gedir, Adil gəlir. Diqqətlə nəzər yetirsək, 

məsələ tamamilə başqa cürdür. Şahin bizim üçün gedir. Amma 

qarşı  stansiyaların  birindəki  adamlar  üçün  gəlir.  İnsanla  tanış 

olduqca ona maraq azalır. Demək Adil də bu gündən gedir. Bir 

sözlə, Adillə Şahin həm gedirlər, həm gəlirlər. Heç bir mənzil-

də durmurlar. Amma İkar adlı asteriod isə daha konkret bir yol 

tutmuşdur.  O,  göy  cisimləri  üçün  gedir.  Bizim  üçün  gəlir.  O, 

allah qoysa, yerə çatacaq və bir daha qayıtmayacaq. Biz onunla 

dolu,  vulkanli,  kor  bir  məhəbbətlə  əbədi  qovuşacağıq.  Sağ  ol, 

İkar!  Biz  həsrəti  vüsaldan  daha  təsirli  və  üstün  tutub,  sənin 

sağlığına indidən içirik, mehriban İkar yoldaş. 

Şahin – Buyur (işıq sönür). 

(Koridor işıqlanır. Qonaqlar dağılışmağa başlayır). 

İxtiyar  –  Allah  eləsin  institutda  həmişə  belə  həvəslə 

işləyək. 

(Ümumi gülüşmə) 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

111



Şahin – Adil, gedək bizdə qalaq! 

Adil – Yerim var. 

(Şahin gedir, Rəfiqə Fəridə, Adil, Qubad qalırlar) 

Adil – Fəridə, bəlkə mənim persipientim olasan (Lələ də 

onların yanına gəlir). 

Fəridə  –  Mən  bilirəm,  nəyə  işarə  edirsən.  Sevməmişəm, 

gözləməmişəm, sonra? 

Lələ – Persipient nədir? 

Fəridə


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə