Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə27/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   23   24   25   26   27   28   29   30   ...   52
eli-kerim-2

  (gülür)

—Məqsəd  yolunda  bir  qarından  keçməyə  nə 

var ki. 

İxtiyar—İçənsinizmi? 

Adil—Mən həqiqətdən qorxmuram. 

İxtiyar—Biz  çox  zaman  həqiqətdən  qorxduğumuz  üçün 

içirik.  Ondan  gizlənmək  üçün  içirik.(

Diqqəqlə

 

Adilə  baxır).

 

Sən də bu gün həqiqətdən bir az qaçmısan. 



Adil

  (gülür).

—Elədir,  qonaqlıqdır.



  (İxtiyar 

şüşəni  götü-

rüb stəkana araq tökür). 

İxtiyar


  (stəkanı  Adilə  verir).

—Bura  da  həmin  qonaqlığın 

filialıdır.

 (Adil içib stəkanı stolun üstünə qoyur). 

 

İxtiyar—Bəlkə elmlə qəlyanaltı edəsən. (



Stolun yeşiyindən 

alma çıxarıb Adilə verir).

 Sonra özü töküb içir.



 (Pauza).

 Hə indi 

dünya bir qədər redaktə olundu. Gözəlləşdi. Tamamlandı. 

Adil—Həqiqətdən uzaqlaşdı. Daha doğrusu, biz uzaqlaş-

dıq. 

İxtiyar—Heç kim bilməsin ki, mənimlə içirsən. 



Adil—Qorxursunuz ki, məni içkiyə öyrətdiyiniz üçün sizi 

məzəmmət etsinlər? 

İxtiyar—Xeyr,  mən  bütün qorxulardan azadam.  Bəziləri-

nin  fantaziyası  mənə sərf olunub qurtarmışdır. Mən  fantaziya-

ların zirvəsində yaşayıram. 

Adil—Demək  mənim  narahatlığımı keçirirsiniz. 



(Pauza).

 

Yaxşı, Siz niyə içirsiniz? 



İxtiyar

 (stəkana araq tökür).

— Bəziləri yalançı çıxmasın 

deyə.  Bir  də  sən  bilirsənmi,  təyyarəyə  minəndə  niyə  içirlər? 

Təkcə qorxduqları üçünmü? Yox, çalxalanmaq üçün. Adam da 

yırğalanır, təyyarə də, mütənasiblik əmələ gəlir. Eynşteyn yada 

düşür. Yerdə də içirsən ki, dünya  fırlandıqca, onun üstünə qo-

yulmuş  institutumuz  tərpəndikcə  başın  divara  dəyib  partlama-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

106



sın. Başla divar bir-birinə düz mütənasib olsun. Daha sual ver-

məyin. Mənə yazığınız gəlsin. 

Adil—Zəif adam deyilsiniz ki, Sizə yazığım gələ. 

İxtiyar—Qüvvətli  adamı  incitmək  nə  vaxtdan  nəzakət 

qaydası olmuşdur? 

Adil—Sözümü geri götürürəm. 

İxtiyar—Neçə  milyon  neyronu  beynində  əks  istiqamətdə 

işlədib o sözü onların əlindən alıb çətin geri götürəsən. Söz də 

ömür kimidir: ağızdan çıxdı, daha geri qaytarmaq mümkün de-

yil. heç zaman geri çağırmalı sözlər işlətməyin. 

Adil—Mən Sizin alnınızdan öpürəm. 

İxtiyar—Hava bürkü olduğu üçün alnımın istiliyə ehtiya-

cı yoxdur

 (Pauza).

 Siz hisslərinizi çölə tökürsünüz. Pis boksçu 

kimi açıq üzlə vuruşursunuz. 

Adil—Mən vuruşurammı? 

İxtiyar—İnsan  özünün  də  xəbəri  olmadan  hər  dəqiqə 

vuruşur. Yatanda da adam qandakı zəhərlənməyə qarşı mübari-

zə aparır. Nəfəs almaq nəfəssizliyə qarşı mübarizədir. 

Adil—Sözlərinizdən xoşum gəlir. 

İxtiyar—«Xoşum gəlir»i uşaq deyir. 

Adil (həyəcanla) —Deyəsən, mən sizinlə dost olacağam. 

İxtiyar—Bu dostluq birtərəfli çıxar. 

Adil—Niyə? 

İxtiyar—Başqa  bir  adam  mənə  özümü  yaxşı  görməkdə 

mane  olur.  Bir  də  ki,  özünüzü  bir  az  redaktə  etsəniz  yaxşıdır. 

İndi şübhəsiz ki,  insan daha çox elmli olmalıdır. hətta o qədər 

elmli ki, ədalətsizlik də onun qarşısında dayana bilməsin. Am-

ma  bu  elmi  gizlətmək  daha  böyük  elm  tələb  edir.  Gərək  heç 

vaxt  üstünlük  fikrində  olmayasan.  Oxuduqlarını  unutmağı  ba-

carasan,  «Geriyə doğru irəli»  şüarına əməl edə  biləsən. Yoxsa 

yaşaya  bilməzsən. Sən  isə  hətta olduğunu, olmaq  istədiyini də 

qəzetdə bildirirsən. Olmaq!


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə