Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə35/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   31   32   33   34   35   36   37   38   ...   52
eli-kerim-2

  (Oğlanşah  da  pəncərə-

dən boylanır). 

Oğlanşah—Əə, heç. Arvad davasında vıxadnoy! var? 

Lələ—Adam tapa bildin?  

Oğlanşah—Qoydu ki. Bəs sən?  

Lələ—hələ  ki,  oxşarım  gəlib  çıxmayıb.  Arvadın  atasına 

ilişib qalmışam. Özü də zəhləm gedir. Yaxşı, sən heç nə eləmə-

misən? 

Oğlanşah


  (xısın-xısın  gülür)

—Mən  Səfiyəm.  Yaxşı, 

özünü necə hiss eləyirsən? 

Lələ—Sən  öl,  elə  bil  məni  miniblər.



  (Çiynini  göstərir.)

 

Arvadın atası oturub burda, düşmür. Elə düşməsə yaxşıdır. 



Aşağıda həyətdə qoyulmuş skamya işıqlanır. Oğlanşah və 

Lələ  skamyada oturmuşlar. 

Lələ

 (gözlərini ovuşdura-ovuşdura)

—Görəsən, adam, yu-

xusuz neçə gün yaşaya bilər?  

Oğlanşah—Adamına baxır.  

Lələ—Neyləyək?  

Oğlanşah—Ayıq olaq.  




                                                                                      

Seçilmiş əsərləri 

 

 

122



Lələ—Mən bu gün qıl körpüdən keçirəm də.  

Oğlanşah—Uğurlu keçəsən. Yaxşı



, (başı ilə alttında otur-

duqları pənçərələrə işarə edir),

 gör arvadlar başımızda deyillər 

ki?  Başqasını  belimizdə  daşımaqdan  yorulduq.  Qoy  nə  qədər 

ki, ara qarışmayıb, oturub bir özümüz kimi kef eləyək.  

Lələ—Mən içkini atmışam. 

Oğlanşah—İçəri.  

Lələ—Doğrudan, öpüb qoymuşam yerə.  

Oğlanşah


  (ayağının  yanından  butulkanı  götürür

)—Bura, 


mən də öpüb götürərəm. 

Lələ  (gülür.  Əlini  əlinə  sürtür  Stəkanı  yerdən  qaldırır.)

 

Tök. Sən öl, bu dəqiqə  bu başımı  bir  hala salım  ki, heç ondan 



öz başım da çıxmasın. 

Oğlanşah—İçək bunu əsl Lələnin sağlığına. Arvadın ata-

sını at çiynindən. Yoxsa çaşıb ölünün də sağlığına içmiş olarıq. 

Lələ  (sanki  xəyalən  çiynindən  nəyisə  götürüb  yerə  qo-

yur)

—Bir az burda dur. Qoy işimi görüm, sonra minərsən dalı-

ma (

Oğlanşaha).

 Əsl Oğlanşahın sağlığına. 

Oğlanşah—Əyə,  içib  piyan  olarsan,  yadından  çıxar,  qa-

larsan özün kimi, evin yıxılar. 

Lələ—Allahın  köməkliyi  ilə  heç  nə  olmaz,  dəyişilərəm, 

ya da oxşarım gələr. 

Qubad—Salam,  ay  yoldaşlar,  nə  vurhavurdur  səhər  tez-

dən? 


Oğlanşah

 (dolu stəkanı Qubada uzadır)—Ən

dər!


 

Qubad—Onu  bilin  ki,  içmiş  adamın  beyninin  neyronları 

daha  sürətlə  hərəkət eləyir. Odur ki, adamın  sirri  aparata daha 

tez düşür.



 (Lələ donub qalır.)

 

Oğlanşah—Qus, Lələm, qus. 



Lələ  (stəkanı  doldurub  qəzəblə  başına  çəkir)  —  Allah 

kəssin  belə  yaşamağı!  İçmə,  yemə,  yatma,  nəfəs  alma,  başını 

qaşıma,  uşağının  atası,  arvadının  əri  olma.  Öl  də  birdəfəlik, 

Lələ bəy. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

123



Qubad—Elədir ki, var 

Ağ a gəlir. 

Ağa

  (qorxu  içində)

—Axundun  yanından  gəlirəm.  O.  da 

deyir  ki,  Adil  haqqında  yazılanlar  düzdür.  Deyir  ki,  bu  elmin 

yox, allah-taalanın işidir. Ruhun ruha yetməsidir. Hətta özü ilə 

də danışmaq mümkündür. 

Lələ (giçgahlarını ovuşdurur. Tələsik içir)— Sən öl, mən 

bu  gün  mütləq  dəli  olacağam,  bəlkə  də  ölmüşəm.  Ona  görə 

bilmirəm ki, ölüyəm? 

Səhnə  toranlaşır,  mərhumun  səsi  gəlir.  «Ağa  məni  arxa-

dan bıçaqla vurdu! Bıçaqla vurdu! Vurdu! Oğlanşahın tapşırığı 

idi!  Düşmənçiliyin  nəticəsidir!  Lələ  də  bilir!»  Ağa  səsə  tərəf 

gedir. Səs uzaqlaşır, elə bil Ağanı çəkib aparır. Səhnə işıqlanır. 

Qubad


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə