Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə43/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   39   40   41   42   43   44   45   46   ...   52
eli-kerim-2

 (İxtiyara)

—Bu da mənim sənə yaxşılığım. Səni hə-

mişə əyyaşlıq ləkəsindən qoruyan mən idim. 

İxtiyar—Sənə  çox ağır gəlir ki,  bu  gün  mən  içməmişəm. 

Sən istəyirdin ki, mən həmişə içim, başım qarışsın. Mən içəndə 

sən sevinir, məni ayıq kimi qələmə verirdin. Demək mən içən-

də  ayıq,  içməyəndə  sərxoş  olurammış.  Amma  bilmirdin  ki, 

mən  həmişə  ayıq  idim.  Sən  guya  anlamırdın  ki,  Fəridə  sənə 

tapşırdığı  elm  mənim  beynimdən  çıxır?  Sənin  eqoizmin  yox 

olsa, təkcə paltarın qalar. 

Şahin—Bu həyasızlıqdır. 

İxtiyar—Həyasızlıqdır, amma hansı tərəfdən? 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

137



Şahin 

(Fərhadlıya)

—Akademik, görürsünüzmü? 

Fərhadlı—Xahiş edirəm mənə sual verməyəsiniz! 

Fəridə


  (Adilə)

—Siz  Şahini  təkləmək  istəyirsiniz.



  (İxti-

yara)

 Həyasız əyyaş! 

İxtiyar—Elədir.  Qaldı  ki,  Şahinin  vəzifə  məsələn  mənə 

elə gəlir ki, o, bu vəzifəyə tamamilə layiqdir. Çünki bu vəzifəni 

ölüm yatağında olan anasından da çox sevir. Hətta işini qoyub 

onun dəfninə belə getmək istəmir. 

Fərhadlı—Yox, belə yaramaz, Mən axırıncı ərizəmi verib 

işdən çıxacağam, ya da institutu təzədən təşkil edəcəyəm. Mən 

gəlmişəm ki, elmdən zövq alam, hadisələr mane olur. Olmaz... 

Bu cür yaşamaq olmaz. 

Şahin

 (Adilə və İxtiyara)—

Siz yüksəklikdə qərar tutanlar-

dan qorxursunuz! 

İxtiyar


 (Göyə baxır)—

Qorxmuram,  baxıram, görürəm ki, 

İkar gəlir. 

İşıq sönür 

Həyətin  bir  hissəsi  işıqlanır.  Oğlanşah  və  Ağa  skamyada 

oturmuşlar. Lələ evinin pənçərəsindən boylanır 

Oğlanşah—Əə, Lələ, sən kişisən? 

Lələ


 (çox sakit)—

Deyiləm? 

Oğlanşah—Kişisənsə nakişiliyini boynuna al. 

Lələ


 (Əlini boynuna vurur)

—Boynumdadır.



 (Birdən səsi-

ni  ucaldır.)

  Sən  öl,  Oğlanşah,  elə  bil  orada  kimsə  mənə  aman 

verməyib əvəzimdən danışdı. Çox əclaf adam idi. 

Oğlanşah—Hər  halda  səndən  əclaf  olmaz! 



(Ağaya.)

  Bir 


dillən görək. 

Ağa—Sən məni məhv elədin. Sənin də vaxtın çatacaq. 

Bu  zaman  küçədən  səslər  eşndilir:  «Yaşasın!»  «Yaşasın 

Adil!  Adil  hər şeyi  bilir!  «Neftçi» uddu!  Adil! İşıq sönür. La-

boratoriya  işıqlanır.  Ağa  içəri  girir.  Stolun  üstündəki  lentləri 

şkaflardakı  yazıları  kiməsə  atır.  Addım  səsi  eşidib  özünü  qa-




                                                                                      

Seçilmiş əsərləri 

 

 

138



pının  dalına  verir.  Cibindən  nəsə  çıxarıb  arxasında  gizlədir. 

Adil və Fəridə gəlirlər. 

Adil

 (şkaflara və stolun üstünə baxır)

—Bu nədir? Buranı 

çapıb  talayıblar  ki?

  (Ağa  xəlvəti  qaçmaq  istərkən  Adil  onu 

yaxalayır.  Ağa  tapançasını  çıxarıb  Adilin  sinəsinə  tuşlayır.

 

Yenə  stadiondan  bayaqkı 



səslər

  eşidilir.  Adil  əlini  stolun



  boş

 

üstünə və 



şkaflara uzadır)

 Bunlardan sonra ölmək, o qədər də 

çətin deyildir. Vura bilərsən!

 

Bu vaxt Fəridə qışqırıb özünü tapançanın qarşısına verir. 

Ağa  oradan  çıxır.  Amma  koridordakı  səs-küydən  hiss  olunur 

ki,  onu  tuturlar.  Rəngi  ağarmış  Rəfiqə  təngnəfəs  gəlir...  Adil, 

Fəridə onu görmür. 

Adil


 (kədərli)

—Bir daha göstərdin ki, məni sevirsən. 

Fəridə—Bu  adi  insanlıq  borcudur.

  (Pauza.)

  Sən  görunur 

vəziyyətdən  çıxa  bilmirsən.  Mənim  gözlərimdə  hərdən 

cavanlığını yada salan ifadənimi, yaxud cavan bir qızımı üstün 

tutmağı bacarmırsan. Sən ancaq onunla xoşbəxt ola bilərsən. 

Adil—Mən istəyirəm ki, sən müstəqil adam olasan. 

Fəridə—Sus, mən də bu barədə düşünməyə başlamışam. 

Adil—Mənə sənin xoşbəxtliyin lazımdır. (



Rəfiqə otaqdan 

çıxanda Adil və Fəridə onu görürlər) 

Rəfiqə niyə getdi? 

Fəridə—Qorxma, mən onu harda olsa sənin üçün tapaca-

ğam.  Səni  necə  bədbəxt  eləmişdimsə,  eləcə  də  xoşbəxt  edəcə-

yəm. Mən onu  fikirlərin axtardığı  və  sənə öz  işində çox  lazım 

olan neytrino elementi belə olsa, tapacağam. 

Adil və Fəridənin axırınçı dialoqları «Neytrino» mahnısı-

nın müşayiəti altında baş verir. 

Neytrino! Neytrino! 

Həyatımsan, məqsədimsən.  

Neytrino, gəl birləşdir  

Əvvəl ilə axırı sən.  

Öt sürətin özünü də  

Sürət özü qoy yox olsun.  




                                                                                      

Seçilmiş əsərləri 

 

 

139



Həqiqətin qüdrətindən 

Hər bir bəla tez yıxılsın.  

Neytrino! Neytrino!  

Ömrümüzün səfası var.  

Bundan sonra dünyamızın  

Ovcumuzun içi kimi  

Aydın, açıq mənası var. 

 

İşıq sönür 



 

Laboratoriya.  Həmin  mahnının  müşayiəti  altında  Adilin 

maqnitofonda  daxili  monoloqu  eşidilir.  «Rəfiqə,  mən  səni 

fikirləşirəm. Mən sənə ürək şəklini təlqin edirəm. Görürsənmi? 

Ürəyi görürsənmi? Nə vaxt görəcəksən?» 

 

 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

140



 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə