Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə42/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   38   39   40   41   42   43   44   45   ...   52
eli-kerim-2

  (Birdən-birə  özünə  gələ  bilmir.)—

Yox,  yox,  Adil 

yoldaş.  Düz  deyil.  Elə  deyil.  Dayanın,  dayanın.  Elə  bil  kimsə 

mənim yerimə fikirləşirdi. Adil yoldaş, təzədən başlayaq. Mən 

heç yaxşı-yaxşı fikirləşə bilmədim. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

135



Adil—Çıxın, çıxın, Lələ əmi, mən yaxşı bilirəm ki... 

Lələ—Vallah yox... Elə deyil... 

Adil—Qorxmayın, Lələ əmi. 

Lələ—Axı  mən  də...  ordan-burdan...  ondan-bundan... 

Yoxsa  mən  hardan  bilirəm  ki,  Şahin  İxtiyarı  işdən  çıxartdırıb. 

Onu ölümdən qurtaran cinayətkar Ağanı qanadı altına alıb. 

Adil  Lələnin  qoluna  girib  hermetik  kameradan  çıxarır. 

Lələnin  özünü  yaxşı  hiss  etmədiyini  görən  Fəridə  yaylığını 

çıxarıb onun alnını, üzünü silir. Şahin gəlir 

Şahin


  (Adilə)

—Bu  nədir?  Bir  də  bura  ayaq  basmağını 

qadağan eləyirəm... 

Lələ


  (astadan)

—Əvvəldən  eləsəydin,  yaxşıydı,  indi  nə 

xeyri, Şahin müəllim. 

Şahin


 (Lələyə)

—Çox boş adamsan. 

Lələ—Boş  adamam.  Olmasaydım,  olmazdım.  Amma 

mən  dediklərimin  dalında  durmuram.  Nə  təhər  elədilərsə,  elə 

bil kimsə mənim əvəzimə ağzına gələni danışdı. 

Şahin—Nə danışdı? 

Lələ—Hər  halda  yaxşı  şey  danışmadı.  Əclaf  adam  imiş. 

Satqının biriymiş! Lələnin oxşarı gəlir. 

Lələnin  oxşarı

  (Lələyə  qəzəblə)

—Cərrahiyyə  yolu  ilə 

sifətimi dəyişəcəyəm. 

Şahin—Gedə bilərsiniz. 

İ

x

riyar  və  Fərhadlı  gəlirlər.  Lələ  və  oxşarı  otaqdan 

çıxırlar. 

Şahin—Mən hələ ölməmişəm. 

Adil—Ölümün yada düşməsi yaxşı əlamət deyil. 

Şahin—Mən şöbənin müdiriyəm. 

Adil

 (İxtiyarı göstərir)

—Şöbənin müdiri odur. 

Şahin—O, əyyaş çoxdan azad olunmuşdu. 

Adil—Çox qəribədir, bilə-bilə, ya özünü bilməzliyə vura-

vura  hamı  kimi  sən  özün  də  bütün  elmi  işçilər  kimi  Fəridənin 

dili ilə ona müraciət etmisən. Bu mübahisəni ancaq maaşlarınız 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

136



edə  bilər.  Kişinin  öz  gücü  ilə  özünə  hökm  edəsən,  öz  iqtidarı 

ilə  özünə  əmr  verəsən.  Ondan  aldığın  və  bütünlüklə  qavraya 

bilmədiyin, buna görə də bir qədər zəiflətdiyin elmlə bu elmin 

güclü orijinalına qarşı çıxasan. Dahiyanə həyasızlıq!



 (Fərhadlı 

içəri girir).

 

Şahin



  (Fərhadlıya)

—Akademik  eşidirsinizmi?  Əyyaşın, 

tərbiyəsizin, avantüristin sözlərini eşidirsinizmi? 

Fərhadlı—Sualı mənə verməyin. 

Fəhlə gəlir 

Fəhlə—Gəlmək olar? 

İxtiyar—Yerinə düşər. 

Fəridə


  (Adilə)

—Lələ  kimi  küt  bir  adamın  sözünə  inanıb 

Şahin kimi bir adamı... 

İxtiyar


 (fəhləni göstərir)

—Fəridə, bunu tanıyırsanmı? 

Fəridə—Sözünü de. 

İxtiyar—Bu  fəhlə  də  mənim  yanıma  məsləhətə  gəlirdi. 

Sən  də.  O,  məndən  aldıqlarını  özü  üçün,  sən  isə  Şahin  üçün 

aparırdın. O, bu gün dissertasiya müdafiə edir, sən Şahini.  

Fəridə—Mən eqoist deyiləm... 

İxtiyar—Bəs səni quru yurdda qoyan necə? 

Fəridə—Mən hər bir hərəkəti səmimi eləmişəm. Təmənna 

gözləməmişəm. 

Şahin


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə