Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə44/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   40   41   42   43   44   45   46   47   ...   52
eli-kerim-2

    Bu səhifədəki naviqasiya:
  • PROLOQ
LENİNLƏ GÖRÜŞ 

(Radio-pyes) 

 

İştirakçılar: 

 

Lenin 


Beloqorski 

Səadətxanlı 

Qoca 

Müəllif  



 

PROLOQ 

 

Müəllif—Lenin haqqında əsər yazmaq istəyirdim, Birdən 

teatr  institutunda  oxuduğum  zaman  səhnə  danışığından  deyən 

qocaman artist Səadətxanlım xatırladım. O, Lenin obrazının ən 

qüdrətli ifaçısı idi.  

                             Səadətxanlının evi 

Səadətxanlı—Buyur, cavan oğlan. Sən bizə xoş gəlmisən. 

Müəllif—Çox sağ olun.  

Səadətxanlı—Müntəzirəm.  

Müəllif—Mən  sizinlə  Lenin  obrazı  haqqında  danışmaq 

istəyirəm. 

Səadətxanlı—Bu barədə məndən çoxları soruşur. Əyləşin.



 

(Pauza.)

  Mən  böyük  sənətkar  Beloqorskinin  oyununa  vurğun 

idim. Ona baxmaq üçün tez-tez Moskvaya gedərdim. 

Moskva. Teatr kassası qarşısında səs-küy 

—  Kimdə  artıq  bilet  var?  —Xahiş  edirəm.  —Yoxdur,  əl 

çəkin. 


—Ay  bilet ala  bilməyən  yazıqlar, bu gün Beloqorski  oy-

namayacaq. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

141



Səadətxanlı—Ay  kassir  qız,  Beloqorskini  necə  görə  bi-

lərəm? 


Kassir—Odur Beloqorski gedir. 

Səadətxanlı—Salam, Vadim Vadimiç. 

Beloqorski—Salam. 

Səadətxailı—Mən Azərbaycandan gəlmişəm. 

Beloqorsk i—Niyə də gəlməyəsiniz. 

Səadətxanlı—Yox, onu demək istəyirəm ki,.. 

Belqorski—Hə,  nə  demək  istəyirsiniz,  onu  deyin.  Gəlin 

bağçadakı  bu  skamyada  oturaq.  Deyəsən,  ayaq  üstə  dayana 

bilmirsiniz. 

Səadətxanlı—Siz də ayaq üstə dinləyə bilmirsiniz. 

Beloqorski

  (uğunur)

  —  Azərbaycanlıların  çılğın  olduğu-

nu eşitmişdim. Amma onların belə hazırcavab olduğunu bilmir-

dim. Əlinizi bura verin. Biz bu gündən dostuq. 

Səadətxanlı—Axırıncı sözləri bir az Lenin kimi dediniz. 

Beloqorski—Müşahidə hissiniz itidir. Yazıçısınızmı? 

Səadətxanlı—Həmkarınızam. 

Beloqorski—Bu başqa məsələ. 

Səadətxanlı—Mən sizin yanınıza məsləhətə gəlmişəm. 

Beloqorski—Ona  mən  də  möhtacam.  Hələ  yaxşı  oynaya 

bilmirəm. 

Səadətxanlı —Elə isə, babat oynamaq üçün mənə məslə-

hət verə bilərsiniz. 

Belqorski—Sənətdə babat sözü pis sözündən dəyərsizdir. 

Pis oynamaq uğursuzluqdur. Babat oynamağın həzər əlindən. 

Səadətxanlı—Sizi indi ən çox nə düşündürür? 

Beloqorski—Lenin  obrazını  yaratmaq.

  (Fikirləşir).

  Nə 


isə, bu barədə sonra. Görüşərik. Bu da mənim ünvanım. 

Səadətxanlı—Çox razıyam. 

Belqorski—Hələlik. 

Səadətxanlı—Görüşənə qədər. 

 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

142



«Apposionata» çalınır. 

Beloqorski—Buyurun. 

Səadətxanlı—Salam. 

Beloqorski—Salam. 

Səadətxanlı—Mənzilin  nömrəsn  yadımdan  çıxmışdı. 

«Apposionata»  mənə  bələdçilik  elədi.  Bildim  ki,  Leninin 

sevdiyi bu musiqi Sizin evinizdən eşidilər. 

Beloqorski



 (Razı halda).

—İlk görüşümüzdən demişəm ki, 

müşahidəniz  əladır.

  (Pauza,  həyəcanla). 

Bilirsinizmi,  nə  var? 

İndi Lenin yoldaşın yanına gedirəm. Onu mənimlə Qorki tanış 

edib.  Çox  çalışdım  ki,  sizin  üçün  də  buraxılış  vərəqəsi  alım, 

amma gec oldu. Komendant razılaşmadı. 

Səadətxanlı—Sizin getməyiniz daha vacibdir. 

Belqorski—Siz isə məni evimdəcə gözləyin.  

Kreml. Leninin iş otağı. 

Beloqorski—Gəlmək olar? 

Lenin—Buyurun,  yoldaş  Beloqorski!  Qorki  də  bu  gün 

gələsi idi. Təəssüf ki, xəstələnib. Əyləşin. 

Bloqorski—Vladimir İliç, hiss edirəm ki, vacib işiniz var. 

Mən sonra da gələ bilərdim. 

Lenin—İş?  İş  olmayan  vaxt  varmı?  Bir  işin  sevinci  o 

birinin  yorğunluğunu  çıxarır.  O  qədər  iş  olur  ki,  sizin  rollara 

baxmağa vaxt da tapa bilmirəm. Amma qəzetlərdə oxumuşam. 

Qorkidən  eşitmişəm.  Yaxşı,  işləriniz  necədir?  Bilirsinizmi,  bu 

saat kino, teatr işimizin uğurlu gedişi üçün nə qədər lazımdır. 

Beloqorski—Başa düşürəm, Vladimir İliç! 

Lenin—Bilirəm,  bilirəm  nələr  çəkirsiniz.  Mən  fəhlə  İva-

nov adı ilə yaşayanda bilmişəm ki, artistlik nə deməkdir. Özun-

dən asılı olmadan başqa adam olmaq çətindir. Gərək hər dəqiqə 

ikincini özünün adından, vərdişindən, xasiyyətindən qoruyasan. 

Bunun  üçün  gərək  iki  ad  yaddaşında  növbəyə  dursun.




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə