Nəsr əsərləri


ÜÇ DOST  (Bir pərdə, iki şəkilli pyes)    İştirak edənlər



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə47/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   44   45   46   47   48   49   50   51   52
eli-kerim-2

ÜÇ DOST 

(Bir pərdə, iki şəkilli pyes) 

 

İştirak edənlər:  

 

Rauf 


Qüdrət 

Əhməd 


Birinci alpinist 

İkinci alpinist 

 

(Hadisə bizim günlərdə cərəyan edir)  



 

Birinci şəkil 

 

Uca,  başı  qarlı  dağlar.  Üç  dost  alpinist  –  Rauf,  Qüdrət, 



Əhməd  dağların  sıldırım  dolaylarında  yoldaşlarından  ayrı  dü-

şüb azmışlar.  

Rauf  və Qüdrət çantalarını  yerə qoyub üstündə oturmuş-

lar. Qüdrət ayağa durub əlini alnına aparmışdır, diqqətlə uzaq-

lara baxır, yoldaşlarını haraylayır.  

Əhməd  -  Eşitməzlər.  Onlar  indi  bizdən  çox  uzaqlaşmış 

olarlar. 

Qüdrət - Əlac özümüzə qalıb. Biz əməlli-başlı azmışıq.  

Rauf  –  Düzdür,  əlac  ancaq  özümüzə  qalıb,  ayrı  heç  bir 

çıxış yolumuz yoxdur.  

Qüdrət – Özümüz neyləyə bilərik? 

Rauf – Bu barədə dərindən fikirləşməliyik.  

Əhməd – Fikirləşməyə dəyməz, axşam düşür, hərəkət la-

zımdır.  




                                                                                      

Seçilmiş əsərləri 

 

 

152



Qüdrət  –  Buradan  düşmək  buraya  çıxmaqdan  çətindir. 

Odur  ki,  gözləməliyik.  Yoldaşlarımız  gec-tez  qayıdıb  bizi  ta-

parlar.  

Əhməd – Ağlım kəsmir.  

Rauf  –  Əhməd  düz  deyir,  onlar  bizi  tapa  bilsəydilər,  in-

diyə qədər tapardılar.  

Qüdrət  –  Deyirsiniz  özünüzü  bu  sıldırım  qayadan  ataq 

yerə?  


Rauf – Xeyr, yol tapmaq lazımdır.  

Qüdrət – Tap görüm, necə tapacaqsan.  

Rauf – Yüksəkliyə qalxan yıxılmaqdan qorxmaz.  

Qüdrət  –  Buyur,  yıxıl,  etirazım  yöxdur.  Sən  elə  bilirsən 

ki, ölmək kef eləmək kimi bir şeydir? Yox, qardaş, doğulmağın 

özü də çətindir.  

Əhməd – Dünyada  heç  bir  şey çətin deyil. Tez olun, ax-

şam düşür.  

Rauf – Çətin deyil, onda tullan göyə.  

Əhməd  –  Bunu  da  eləyən  olub.  Kosmonavatları  yadına 

sal.  

Qüdrət – Qardaş, siz tullanın buradan dərənin dibinə, mən 



qalaram burada.  

Rauf – Birinci mən düşəcəyəm.  

Əhməd –  Kəndiri  hazırla. (O,  əlindəki kəndirin qarmaqlı 

ucunu qayaya sancır). Birinci mən düşəcəyəm.  

Rauf – Söz bir olar, dedim ki, mən düşəcəyəm. Düşərəm, 

yol taparam, sizə də deyərəm.  

Əhməd – Rauf...  

Rauf – Qurtardıq. Sən gözlə kəndir qayadan üzülməsin.  

Əhməd - Arxayın ol.  

Qüdrət – Rauf... 

Rauf  (Qüdrətə)  –  Səninlə  qurtardıq.  Zavodda  həmişə 

qəhrəmanlıqdan danışırdın. Qəhrəmanlığın elə bu imiş?  




                                                                                      

Seçilmiş əsərləri 

 

 

153



Qüdrət  –  Rauf,  axmaq  olma,  hava  qaralıb,  dərənin  dibi 

görünmür, hara gedirsən.?  

Rauf – Oturub ölümü gözləməkdənsə onu qarşılamaq da-

ha xoşdur.  

Qüdrət – Görünür, ölümü çox sevirsən.  

Rauf  –  Nə  isə...  Hələlik...  Mən  getdim.  Əhməd,  kəndiri 

aç.  

Əhməd – Açmışam. Yaxşı yol sənə.  



Rauf – Sağ ol.  

(Rauf  kəndirdən  yapışır,  yavaş-yavaş  qayanın  arxasında 

görünməz  olur.  Əhməd  kəndirdən  tutaraq  diqqətlə  Raufu  iz-

ləyir. Qüdrət qorxa-qorxa ona baxır). 

Əhməd (üzünü aşağı tutaraq) - Rauf, necəsən?   

Raufun səsi – Yaxşıyam, narahat olma.  

Əhməd – Hələ dərəyə çatmamısan ki?  

Raufun  səsi  –  Çatmamışam!...  Amma  qorxma!  Çataca-

ğam!  

Əhməd – Çatdın?.. Deyəsən çatmısan?!  



Raufun səsi – Bir daşın  üstündəydim, qaçdı ayağımın al-

tından! Kəndiri buraxma!  

Əhməd – Buraxmaram, qorxma!.. Yorulmusansa qayıt!  

Raufun səsi – Yox!  

Əhməd – Qayıt!...  

Raufun səsi  - Yox!  

(Sükut)  

Əhməd – Rauf!.. Rauf, nə oldu? Niyə susdun?  

(Sükut)  

Raauuf!.. 

Raufun səsi – Qorxma!.. Kola ilişmişdim...  

(sükut)  

Əhməd – Rauf!.. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

154



(Əhmədin səsi qayalarda əks-səda verir. Bir neçə tərəfdən 

“Rauf!.. Rauf!..” səsləri eşidilir. Qüdrət gözlərini və qulaqlarını 

tutur).  

Qüdrət – Bəsdir, Əhməd! Adam vahiməyə gəlir.  

(Əhməd  qulaq  asmır,  qışqırır.  Qayalar  uzanan,  dalğala-

nan, titrəyən səslərilə cavab verir.)  

Əhməd – (birdən daha bərk qışqırır, sonra səsini alçaldıb 

fikrə gedir). Kəndir boşdur. Qüdrət! Qüdrət! Rauf getdi...  

Qüdrət – Ola bilməz... (Əhmədin yanına sıçrayır. Kəndir-

dən  yapışıb  dartır)  Boşdur!..  Mən  dedim  də,  buradan  düşmək 

ölüm deməkdir! Cinayətkar özüdür! Həm də sən! Mən bilirdim 

ki, belə olacaq.  

Əhməd – Sus görək, yoldaşına indidən yas tutma.  

Qüdrət  -  (kinayə  ilə)  Hə,  bu  dəqiqə  bir  o  qalır  ki,  toy 

edək.  

Əhməd  –  Yaxşı,  sən  kəndiri  bərk  tuta  bilərsənmi,  mən 

Raufun dalınca düşüm?  

Qüdrət – Yox, Rauf... Bu axmaqlıqdır!  

Əhməd – Səndən söz soruşuram, kəndiri saxlaya bilərsən-

mi?  


Qüdrət  –  Ölüm  yelləncəyinin  kəndirini?  Mən  belə  işi 

boynuma  götürə  bilmərəm.  Düşürsənsə,  buyur,  özün  düş.  Bir-

dən kəndir dibdən qopdu, onda  mən də  səninlə... Mən öz qiy-

mətimi bilirəm. Mən cavanam.  

Əhməd  (kəndirə  yaxınlaşır)  –  Eybi  yoxdur.  Mən  Raufla 

bu  dərələrin  dibində  qurd-quşa  yem  olsaq  da  zavod  kollektivi 

bunun hayıfını səndən çıxacaqdır.  

Qüdrət  –  Elə  şey  yoxdur.  (Kinayə  ilə)  Kim  biləcək... 

(Susur).  

Əhməd – Bunu düz deyirsən. Demək, sən özün adam de-

yilsən, vicdanın yoxdur. Belə çıxır, eləmi?  

Qüdrət – Qurtar.  




                                                                                      

Seçilmiş əsərləri 

 

 

155



Əhməd  –  Xeyr,  hələ  təzə  işə  başlayırıq  (O,  kəndirdən 

yapışır,  dərə  aşağı  baxır,  sonra  üzünü  Qüdrətə  çevirir,  başını 

yelləyir). Demək belə, Qüdrət, sən mənə, daha doğrusu, Raufa 

kömək etmək istəmirsən?  

Qüdrət – Raufa kömək lazım deyil. O, indi heç nə istəmir.  

Əhməd –  Ayıb olsun.  Axı  sən  həmişə  belə danışmazdın, 

hamının,  xüsusən  gözəl  qızların  yanında  böyük  qəhrəmanlıq-

dan  dəm  vurardın!  Yaxşı  deyiblər  ki,  dostu  bərk  ayaqda  yox-

la... Hələlik, burada sağ-salamat qalmağını arzulayıram.  

Qüdrət – Əhməd, ağlın olsun, hara gedirsən? Raufun aqi-

bətini  görmədinmi?  (Əhmədin  yaxasından  yapışır)  Getmə! 

Dayan deyirəm!  

Əhməd – Burax!  

Qüdrət – Buraxmaram!  

Əhməd - Onda səni də dartıb özümlə aparacağam!  (Qüd-

rətin  əli  yavaş-yavaş    boşalır.  Əlini  Əhmədin  yaxasından  bu-

raxır. Əhməd kəndirdən yapışır. Yavaş-yavaş dərəyə sallanır).  

Qüdrət  –  Sən  neyləyirsən,  Əhməd,  heç  ağlına  gətirirsən-

mi?  

Əhməd – Salamat qal!  



(Əhməd qayanın dalında gözdən  itir. Qüdrət qayanın kə-

narına  tərəf  addımlayır.  Sonra  qorxu  içində  addım-addım  geri 

çəkilir. Raufun çantası üzərində oturur və qalxıb  öz çantasının 

üstündə əyləşir. Diqqətlə yiyəsiz çantaya baxır.  

Qüdrət  –  Mən  yoxsa  doğrudan  da  qorxağam?  Axı  mən 

doğrudan da belə deyildım. Kəndirə bax, gör necə tarımdır, qa-

yadan  qopa  bilər  (öz-özünə)  Qüdrət,  sən  niyə  belə  qorxaq  ol-

dun? Qüdrət, kəndirdən yapış, Əhməd məhv ola bilər! Qüdrət, 

tez ol! Yapış... Qüdrət! Qüdrət! Yox, mən Qüdrət deyilləmmiş, 

mən kimsə tamam başqa adamam. Qorxağam!.. Yox, mən qor-

xaq deyiləm. Sadəcə olaraq öz canımın qədrini bilirəm. Özümü 

qiymətləndirirəm.  Mənim  ölmək  vaxtım  deyil,  mən  mühən-

disəm,  yeni-yeni  ixtiralar  edə  bilərəm  (Sükut).  Necə,  bəs 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

156



yoldaşlarımın ölmək vaxtıdır? , Bəs onlar... Axı onlar da cavan 

mühəndisdirlər...  Əhməd!..  (Sükut.)  Yoxsa  o,  qəsdən  səsini 

çıxarmır?  Bəs  Rauf?..  (Qışqırır)  Rauf!  (O,  dərədən  uzaqlaşır, 

ətrafa  boylanır,  onu  vahimə  götürür,  gözlərini  yumub  açır, 

ucadan Raufu,  Əhmədi  çağırır. Qayalar  əks-səda  verir. Qüdrət 

əks-sədaya  tərəf  yüyürmək  istəyir,  sonra  donub  yerində  qalır. 

Hava  artıq  qaralmışdır.  Qüdrət  çantasının  üstündə  oturur, 

ətrafına  baxır.  Xeyli  keçir.  Qaranlıqda  işartı  görünür.    İşartı 

get-gedə  yaxınlaşır.  Qüdrət  ayağa  durur,  addım-addım  geri 

çəkilir) Kimsən?.. Nəsən?.. (İşartı yaxınlaşır) Kimsən!.. Nəsən! 

(İşartı daha da yaxına gəlir, Qüdrət qayaya dirənir, donub 

qalır, gözünü yumur. Birdən üst-başı toz-torpaqlı, paltarı cırıq-

cırıq Raufu görür).  

Rauf! Bu sənsən? Gəldin?  

(Rauf təngnəfəsdir, çətinliklə danışır)  

Rauf – Əhməd hanı?  

Qüdrət  –  (özünü  itirmiş  halda).  Əhməd...  Rauf  bəs  Əh-

mədi görmədin?  

Rauf – Yox. Düşdüyüm  yer çox qorxulu idi. Qayanın döv-

rəsiylə bir təhər bura qalxmışam. Necə, Əhməd də düşdümü?  

Qüdrət – Hə. 

Rauf – Biz Əhmədi tapmalıyıq. Mənim səsim tutultb, sən 

çağır.  

Qüdrət  –  Çox  çağırmışam  (Yenə  çağırır).    Əhməd!.. 

(Qulaq asırlar) Cavab gəlmir.  

Rauf  –  Onda  Əhmədin  dalınca  düşməliyik.  Mən  pis 

vəziyyətdəyəm, bəlkə sən...  

Qüdrət (ucadan) – Rauf, sən nə danışırsan, məhv olarıq!  

Rauf – Onda özüm düşəcəyəm.  

Qüdrət – Rauf düşmə, məhv olarıq.  

Rauf – Bəs yoldaşımız?  

Qüdrət  –  Rauf,  əgər  ona  bir  şey  olmayıbsa,  sən  gələn 

cığırla qayıdıb gələcəkdir.  



                                                                                      

Seçilmiş əsərləri 

 

 

157



Rauf – Təəssüf ki, oralarda cığır çoxdur, hərəsi bir tərəfə 

aparır. Mən təsadüfən bura çıxdım.  

Qüdrət  –  Onda  bir  də  dərəyə  düşsən,  güman  eləmirəm 

gəldiyin yolu tapa biləsən.  

Rauf  –  Bəs  nə  olsun?  Bəs  yoldaşlarımıza  nə  deyəcəyik? 

Soruşsalar ki, Əhməd hanı, biz nə deyəcəyik?  

Qüdrət  –  Heç  biz  özümüz  buradan  sağ-salamat  çıxa 

biləcəyikmi? 

Rauf  –  Bu  sonranın  məsələsidir...  Demək  sən  dərəyə 

düşmürsən?  

Qüdrət – Mən?  

Rauf – Hə, sən.  

Qüdrət – Elə bilirsən ki, mən Əhmədin xətrini istəmirəm?  

Rauf – Bu boş danışıqdır... Onu xilas etmək lazımdır.  

Qüdrət – Rauf, görürsən ki, buna çarə yoxdur.  

Rauf  –  (dərəyə  tərəf  addımlayır).  İndi  görürsən  ki,  buna 

çarə var.  

(Qüdrət Raufun qolundan yapışır)  

Qüdrət – Rauf, mən Əhmədə də dedim, sözümə baxmadı. 

Özünü göz görə-görə...  

Rauf – Burax. Yoxsa qorxursan ki, bu qayalar arasında tək 

qalarsan?  Mən Əhmədi tapmalıyam. (O dərəyə daha  yaxın gəlir.  

Kibrit yandırır. Birdən onu təəccüb götürür.) Bəs kəndir hanı?  

Qüdrət – Kəndir?  

Rauf – Hə, kəndir?  

Qüdrət – Kəndirə nə olub ki?  

Rauf  - Bəs sən kəndirdən yapışmamışdın?  

Qüdrət – Yapışmışdım.  

Rauf – (o tərəf – bu tərəfə yüyürür). İndi mən neyləyim? 

Əhmədi necə qurtarım?.. Necə, Qüdrət!  

Qüdrət – Məndə təqsir yoxdur.  

Rauf - Bəs təqsir kimdədir? (Təmkinlə) Məndə?   




                                                                                      

Seçilmiş əsərləri 

 

 

158



Qüdrət – Bəli, səndə. Sən dərəyə düşməsəydin, o da sənə 

baxıb ölümün ağzına atılmazdı.  

Rauf – O məndən qabaq düşmək istəyirdi.  

Qüdrət  –  Mən  bilmirəm.  Onu  bilirəm  ki,  mən  dedim 

düşmə, sən isə əksinə...  

(Bu vaxt səslər eşidilir)  

- Rauf!..  

- Qüdrət!..  

- Əhməd!..  

Qüdrət (sevincək) – Bizim uşaqların səsidir (Rauf dinmir, 

Qüdrət qışqırır) Eheey!.. Biz buradayıq!..  

(Dağlardan əks-səda eşidilir. Raufgilin alpinist yoldaşları 

gəlib çıxırlar, görüşüb öpüşürlər).  

Alpinistlər – Bəs Əhməd?  

- Niyə dinmirsiniz?  

- Rauf – Əhmədi xilas etmək lazımdır...  

(Alpinistlər  tələsə-tələsə  əsəbi  və  təəssüflü  nidalarla 

çantalarını açırlar.)  




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə