Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə48/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   44   45   46   47   48   49   50   51   52
eli-kerim-2

İkinci şəkil 

 

Zavod.  Giriş  otağı.  Divarda  plakatlar.  Zavodun  alpinist-



ləri, o cümlədən Qüdrət də buradadır. Hamı səssiz oturmuşdur. 

Qapı açıldıqca tez baxırlar.  

Qüdrət  – Əhməd gəlib  çıxmadı. Mən deyirdim,  bəlkə tə-

sadüfən o dağlar arasından yol tapıb çıxa bilər.  

Birinci alpinist– Direktor bilirmi?  

Qüdrət – Xeyr.  

İkinci alpinist – Bəs partkom?  

Qüdrət – Hələ deməmişəm. Qoy bir az da gözləyək. Dəs-

təmizin  başçısı Rauf  idi, qoy o desin. Bu dəqiqə  özü də gələr. 

İşə  saldı  bizi.  (Sükut).  Əhmədin  xatirini  mən  necə  istəyirdim. 

Biz necə yoldaş idik, kollektivimizdə ən yaxşı oğlanlardan biri 

idi. Heyf... Eh, bu Rauf...  




                                                                                      

Seçilmiş əsərləri 

 

 

159



Birinci alpinist– Rauf bilə-bilə eləməyib ki.  

İkinci alpinist – Kim deyir bilə-bilə eləyib?  

Birinci alpinist– Rauf özü də pis oğlan deyil.  

İkinci alpinist – Kim deyir pisdir?  

Qüdrət – Eh, siz də lap sadəlövhsünüz.  

Birinci alpinist– Biz?  

İkinci alpinist – Kim deyir?  

Qüdrət – Kim deyir? Mən!  

İkinci alpinist – Sənə kim deyib?  

Qüdrət – Mən. 

Birinci alpinist– (Qüdrətə) Mən inanmıram ki,  nə sən, nə 

də Rauf  bir pis iş tuta bilərsiniz.  

İkinci  alpinist  –  Amma  mən  şahidiyəm.  Zavodda  bir  fəhlə 

təhlükə  qarşısında  qalanda,  hamı  köməyə  yüyürəndə,  Qüdrət 

qorxusundan nə edəcəyini bilmədi. Bircə bunu dedi ki, toku kəsin.  

Qüdrət – Yaxşı, yaxşı, bilmədiyin şeyləri danışma.  

İkinci  alpinist  –  Mən  bildiyimi  yox,  gördüyümü  danışı-

ram.  


Qüdrət  –  Bəs,  sən  Əhməd  hadisəsini  görmüsən  ki,  da-

nışırsan?  

İkinci alpinist – Bu barədə sən danış.  

Qüdrət – Mən bunu sənin kimilərə danışmaq istəmirəm.  

(Rauf  gəlir.  O,  heç  nə  demədən  stulların  birində  oturur, 

başını əlləri arasına alır).  

Birinci alpinist– Bir xəbər var?  

(Sükut).  

Ürəyimiz partladı ki!  

Qüdrət – Demək, Əhməd gəlmədi. Mən gedim direksiya-

ya,  partkoma  xəbər  verim,  bəlkə  bir  çarə  qılsınlar.  Bəlkə  dağ-

lara, daşlara adam saldırıb bizim əziz dostumuz Əhmədi tapdır-

sınlar. Ürəyim dözməyir. Mən getdim.  

(O gedir, hamı diqqət və kədərlə Raufa baxır)  




                                                                                      

Seçilmiş əsərləri 

 

 

160



Birinci  alpinist–  (canıyananlıqla)  –  Rauf,  sən  bu  hadisə-

nin altından necə çıxacaqsan? Axı bunun ağırlığı sənin üzərinə 

düşür.  

İkinci alpinist – Kim deyir?  

Birinci  alpinist–  (əlini  ikinci  alpinistə  tovlayır  və  üzünü 

Raufa  tutur).  Rauf,  mən  inanıram  ki,  sən  yoldaşı  bərk  ayaqda 

qoymazsan. Bəs indi neyləyək, hadisə belə gətirib ki, sən...  

Rauf  –Mən  heç,  Əhmədi  düşünmək  lazımdır.  Görəsən 

indi Əhməd...  

(Bu  vaxt  Əhməd  qapıda  görünür.  Onu  görən  kimi  hamı 

donub qalır. Birdən Rauf irəli sıçrayır, Əhmədi bağrına basır).  

Rauf – Əhməd, qardaşım! Gəldin?.. Əhməd dərədən necə 

çıxdın?.. Əhməd, tez danış...  

Əhməd  –  Rauf,  heç  narahat  olmayın.  Mən  yolu  azıb  bir 

dağ kəndinə çıxdım. Mənə kömək etdilər. (Gülür). İndi də gö-

rürsən  ki,  sağ-salamatam.  (O,  birdən  fikrə  gedir,  əlini  alnına 

aparır).  Məni bağışlayın, mən... sizə bir söz deməliyəm.  

Birinci alpinist– Nə olub?  

İkinci alpinist – Kim deyir?  

Əhməd  –  Mən  deyirəm.  (Onun  səsi  birdən  alçalır) 

Qüdrət...  

(Hamı bir az bundan qabaq Qüdrətin girdiyi giriş qapısına 

baxır.  Əhməd  heç  nə  başa düşmür. Elə  bu  vaxt Qüdrət qapıda 

görünür  və  yerindəcə  donub  qalır.  Raufdan  başqa  hamı  onun 

Əhmədlə görüşmədiyinə təəccüb edir).  

Birinci  alpinist–  Qüdrət,  görmürsən  Əhməd  sağ-salamat 

gəlib, niyə görüşmürsən?  

İkinci alpinist – Kim deyir ki, görüşməyəcək?  

(Qüdrət  yavaş-yavaş  Əhmədə  yaxınlaşır,  dinməzcə  əl 

tuturlar).  

Qüdrət  –  Səhərdən  demədiyim  adam,  getmədiyim  yer 

qalmayıb.  Hay-haray  salmışam  ki,  Əhmədin  başına  belə  bir  iş  

gəlib. Neyləyim, əlimdən gələn bu idi. (Əhməd gülümsünür. O, 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

161



bundan ruhlanıb sözünə davam edir). Əhməd, bilirsən mən ne-

cə  narahat  idim?!  Sənin  başına  bir  iş  gəlsəydi,  heç  bilmirəm 

neylərdim.  (Raufun  əsəbi  halda  ona  baxdığını  görərək).  Elə 

Rauf da narahat idi. Çox narahat idi. Heç o da bilmirdi ki, ney-

ləsin.    (Üzünü  başqa  alpinistlərə  tutur).  Hamı  narahat  idi,  heç 

bilmirdilər  ki,  neyləsinlər.  Nə  yaxşı,  sağ-salamat  gəlib  çıxdın. 

Nə qədər şadıq. Əhməd, gərək bunu bütün zavod işçiləri ilə bir 

yerdə qeyd edək.  

Birinci alpinist (sevinclə Əhmədə baxır) - Düz iyirmi beş 

yaşında təzədən doğulmuş bir adam.  

İkinci alpinist – O nə deməkdir?.. Onu kim deyir?  

Əhməd  –  Düz  deyirsiniz,  mən  dünyaya  təzədən  gəldim. 

Bunun üçün mən Qüdrətə minnətdaram. (Qüdrət gülümsünür). 

O  mənə  çox  kömək  etdi.  O  olmasaydı,  mən  çoxdan  məhv  ol-

muşdum.  

Birinci alpinist– Danış görək necə oldu?  

İkinci  alpinist  –  Kim  deyir  ki,  danışmasın?    Danış, 

Əhməd.  


Əhməd – Rauf dərəyə düşüb yox olandan sonra Qüdrət dedi 

ki,  mən  onu  tapacağam  (Qüdrət  tutulur,  Rauf  təəccüblə  baxır). 

Mən  razı  olmadım,  o  isə  sözünün  üstündə  möhkəm  durmuşdu. 

Axır ki,  bir təhər onu razı  saldım, özüm qayadan aşağı  düşdüm. 

Bir  də  hiss  etdim  ki,  kəndir  boşalır,  demək  kəndirə  bağlanılan 

ağac  yerindən  qopubmuş.  Axı  qayada  ağaclar  dərin  kök  sala 

bilmirlər. Ölümümü gözümün altına aldım.  

Birinci alpinist(həyəcanla) – Danış, danış.  

İkinci alpinist – Kim deyir ki, danışmasın? Əhməd danış, 

tələsmə,  sakit-sakit  danış.  Hə,  ölümünü  gözümün  altına 

almışdın...  

Əhməd  –  Hə,  bir  də  gördüm  ki,  kəndir  tarım  çəkildi. 

Fikirləşdim ki, bu niyə belə oldu. Düşündüm ki, Qüdrət ağacın 

qopduğunu  görüb  kəndirdən  yapışıb,  buraxmır.  Özü  də  onun 

vəziyyəti mənimkindən daha qorxulu idi.  



                                                                                      

Seçilmiş əsərləri 

 

 

162



Birinci alpinist– Sağ ol, Qüdrət!  

İkinci alpinist  – Eh, kim deyir ki, sağ olmasın?  Qoy kişi 

söhbətini eləsin. Hə...  

Əhməd  - Birdən gördüm ki, başımın üstündən qaya uçub 

töküldü. Qüdrət də başı aşağı gəldi.  

Rauf – Düzdür, Qüdrət?  

(Qüdrət susur).  

Əhməd  –  Hara  düşdüyünü  görmədim.  Indi  onu  görəndə 

çox sevinirəm. O, həm özünü, həm də məni xilas elədi.  

Rauf  –  Bunu  rəhbərliyə  demək  lazımdır  ki,  belə  qəhrə-

manlığına görə Qüdrət mükafatlandırılsın.  

Birinci alpinist– Elədir.  

İkinci alpinist – Kim deyir ki, elə deyil?.  

Əhməd  –  Biz  hamımız    Qüdrət  kimi  qüdrətli  dostları-

mızdan ibrət dərsi almalıyıq.  

Rauf – Yüz  faiz razıyam! Qüdrət, sən  necə, razısan? Tə-

vazökarlıq  eləmə, nə susursan?  

Əhməd – Yoldaşlar,  icazə  versəniz,  məni  və özünü  xilas 

etdiyi üçün Qüdrətin alnından öpərəm.  

(Hamı əl çalır) 

Rauf – Yaxın gəl, Qüdrət.  

(Əhməd  Qüdrət  yaxınlaşır,  onun  alnından  öpmək  istəyir. 

Qüdrət  əli ilə alnını tutur).  

Rauf  –  Bilirsənmi,  Əhməd,  Qüdrət,  niyə  elə  edir?  O, 

bununla  demək  istəyir  ki,  səni  xilas  eləyənin  əlindən  öpsən, 

daha yaxşı olar.  

Əhməd  –  Bağışla,  Qüdrət,  mən  hər  bir  nöqsanımı 

düzəltməyə hazıram.  

(Qüdrət geri çəkilir. Divara dirənir)  

Qüdrət (əlini alnından götürür) – Bəsdir! Bəsdir məni təhqir 

etdiyiniz!  Mən  artıq  buna  dözə  bilmirəm!  Mən  günahkaram!.. 

Mən  qorxaqlıq  göstərmişəm,  eqoistlik  etmişəm.  Əhmədin 

dediklərinin  hamısını  əksinə  başa  düşün!  Heç  mənim  dilim  də 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

163



gəlmir  ki,  üzr  istəyim.  Mən  bu  gözəl  kollektivimiz  qarşısında 

utanıram.  Siz  buna  inanın.  Mən  bütün  günahlarımı  boynuma 

alıram.  Mən  indi  bu  günahların  agırlığının  altında  Yerə  yapışıb 

qalmışam. Mənim daha heç bir sözüm yoxdur. Söz sizindir.  

Birinci alpinist – Qoy sözü Rauf desin.  

(İkinci  alpinist  başı  ilə  təsdiq  edərək  razılaşdığını  bil-

dirir).  

Rauf  (Qüdrətə)  –  Bundan  sonra  sən  özünü  doğrultdun. 

Kollektiv səni bağışlaya bilər. Çünki bizim iş üsulumuz tövsiyə 

üsuludur.  

Qüdrət  –  Mən  söz  verirəm  ki,  nəyin  bahasına  olursa-ol-

sun, özümü doğruldacağam.  

Birinci alpinist– Bax, bu sözlər yadından çıxmasın ha!..  

İkinci alpinist  - Kim deyir ki, yadımdan çıxacaq?.. 

 

MAVИ НЯЬМЯНИН 



 SAHИLИNDЯ 

 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə