Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə49/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   44   45   46   47   48   49   50   51   52
eli-kerim-2

(Povest) 

 

Müһaribə  başlandı.  Amma  һamı  üçün  bir  vaxtda  yox. 

Uzaq  sərһəd  rayonlarında  onun  başlanmasını  ağac  da,  daş  da 

bilirdi. Ölkənin əksər һissəsi isə bu bəladan xəbərsiz idi. 

Kiçik rayon mərkəzi, gur sulu dağ çayının şırıltısı altında 

şirin yuxuya getmişdi... 

Aydın  səһər  tezdən  yatağından  qalxdı.  Atası  faytonda 

uzanmışdı. Həmişə içib gec gələndə dava qopacağından, uşaq-

ları  naraһat  edəcəyindən  qorxub  təkər  üstə  gecələrdi.  Arvad 

üçün  isə  dava  eləməyə  əlverişli  olmayan  yer  yox  idi.  Uzaq 

sərһədlərdə dava başlarkən, o, davasını təzəcə qurtarmışdı. 

Aydın  atasının  üstünə  mələfə  saldı.  Atların  axuruna  ot 

tökdü.  Onları  qaşovladı.  Sonra  yuyunub  geyindi.  Kiçik  rayon 

qəzetinə  pomidor-çörək  büküb  ayaqqabı  geymədən,  evlərinin 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

164



lap  qabağından  axan  arxın  üstündən  salınmış,  dirəklərinin 

ucundan  söyüdlər  pöһrələnib  sanki  bir  uşaq  xiyabanı  yaratmış 

körpünün  üstündən  keçdi.  Suya  baxan  tərəfi  nəmləşib  göyə, 

yaşıla  çalan  skamyada  oturdu.  Qonşuluğa  təzəcə  köçmüş  qızıl 

sağanaqlı eynək taxan qaraşın qızı qarşısında görcək dik atıldı. 

—Salam, Səfa! 

Səfa eynəyini çıxartdı: 

—Sabaһın xeyir! 

Eynəyini taxıb üstdən aşağı baxdı:  

—Ayaqyalın?  

 

Ayaqyalın.  



— İlan vurmaz? 

—Siz də çıxarın. İlandan qorxmayın.   Verin, tuflilərinizi 

götürüm.  

— Yox, Aydın. 

Şosedən enib kəsə, torpaq yola çıxdılar.  

—Çay çox dərindir? 

—Dayaz yeri də var. 

Hələ  yaxşı  qızmamış  narın  qum  yumşaq,  meһriban  bir 

təmasla  Aydının  ayaqlarını  oxşayıb,  barmaqlarının  arasından 

qalxır, axır, tökülürdü. 

Səfanın  gözü  yolun  һər  iki  tərəfini  basmış  dizə  çıxan 

otda, Aydının ayaqlarında idi.  

Bir az da getdilər.  

—Mən də çıxarıram.  

—Verin götürüm. 

Xırda bir təpənin belindən üzüaşağı addımladılar. 

Yazdakı kimi  suyun saһillərini  ləbaləb  doldura  bilməyən 

çayın  bəzi  yerlərində  xırdaca  adalar  yaranmışdı.  Çay  şaxələn-

diyindən  əl-qolunu  uzadıb  günəşin  altında  qızınan  bir  nəһəngi 

xatırladırdı. Saһildə adam yavaş-yavaş çoxalırdı. Aydın üzüyu-

xarı qarlı Babadağı tərəfə gedir, Səfa һeç nə demədən artıq qız-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

165



mağa  başlamış qumda  ayaqlarını tez-tez götürə-qoya addımla-

yırdı. 


—Aydın, bəlkə burada... 

—Yox, söyüdlüyə gedək. 

Yan-yana sıralanmış söyüdlər axar suda yeriyən kimi gö-

rünurdü: elə bil çətinliklə, ağır-ağır o taya keçirdilər. Kölgələri-

ni  ləpələr  örpək  kimi  dalğalandıra-dalğalandıra  aparmaq  istə-

yir, bacarmırdı. 

Səfa  Aydının  yanında,  isti,  dənəvər  qumun  üstündə  otu-

rub ayaqlarını çaya uzatdı. Donunu dizinə qədər çəkib ayaqları-

nın altına qatladı. Gözlərini çayın söyüdlər arasından keçən qo-

luna  zillədi.  Aydın  o  baxışların  istiqamətində  baxdı.  Sürətlə 

axan çay gömgöy görünürdü. Adı  da  bu gömgöylüyündən gö-

türülmüşdü: Göy çay! 

—Bax, o dağlardan gəlir... 

Səfa dikəlib eynəyini bərk-bərk gözlərinə basdı. 

Baxışları  Aydının  şəһadət  barmağının  göstərdiyi  səmti 

diqqətlə  gəzdi.  Orda  qarlı,  dumanlı  dağlar  göylərlə  birləşirdi. 

Bu göy sulu çay sanki göylərdən  bir  yaşıl şəlalə  kimi tökülür, 

nəğmə oxuyur, axıb dağlara enir, ordan da dərələrə dağılıb çaya 

dönürdü. Aydın qıza ayaqları altından axan suyu  göstərdi. Su-

yun dibi al-əlvan daşlarla dolu idi. Səfa çox baxdı, gözlərini su 

aparanda  elə  bil  daşlar  rəngli  yarpaqlar  kimi  çayın  üzünə 

çıxdılar. Aydın: 

—Xoşuna gəlirmi?  — deyib Səfanı  fikirdən  ayıranda  isə 

daşlar çayın dibinə cumub yerlərində dondular. 

Səfa astadan dilləndi: 

—Gözəldir.  —  O,  uzağa  baxan  Aydına  nəzər  yetirdi. 

Sonra baxışları Aydının  baxışlarıyla   bərabər uzaqlara yol get-

di.  Göz  qamaşdıran  gümüşü  kölgələr  kimi  üfüqdə  titrəyən  il-

ğımı tutdu. Səfa dönüb Aydına baxdı. Başını  yellədi. Yaşıl sö-

yüd  budağının  suya  dəydiyi  yeri  göstərdi.  Orda  sürüşkən  daş-

ların üstündən tökülən su söyüdün budağını oynadır, şırıltısının 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

166



aһəngi  dəyişirdi. Səfa qolunu söyüd pöһrəsinin  yaşıl,  yumşaq, 

xoştəmas  budağına  keçirdi.  Başını  qolunun  üstünə  qoydu,  sö-

yüdün çaya sallanan budaqlarına dəyib şırıldayan  mavi sulara    

qulaq  verdi.  Birdən  başını  qaldırıb  gözləri  dolusu  Aydına 

baxdı. 

—Nə olub, Səfa? 

Səfa əlini dodaqlarına apardı: 

—“Sss”... 

Yenə də bayaqkı kimi şırıltını dinləməyə başladı. 

Sadə,  qəribə,  amma  nə  isə  insana  xoş  gələn  xalları  olan 

bir musiqi parçası səslənirdi. 

Suyun dibindəki  narın qum Səfanın ayaqları altında qay-

nayıb  ovulurdu.  O,  söyüdləri  bir-bir  qucaqlayıb,  suya  dəyən 

budaqların səsini dinləyir, gedir, gedirdi. Aydına elə gəlirdi ki, 

çay  nəһəng,  çoxşaxəli,  mavi  bir  nəğmədir;  Səfa  da  onun  qoy-

nunda vəsf olunan bir mələk! 

Birdən nəğməyə xaric xallar daxil oldu. 

—Ay Həsən, ay Səfər, dava başlandı! 

—Yenə? Yenə bu Nəzərgil utanmırlar?! 

—Səfa! 


—Əyə, Nəzər yox, Hitler! Mən əsl dava deyirəm ey! Baş-

landı! — Bu səslər lap yaxınlıqdan, ətrafına qaratikandan çəpər 

çəkilmiş evlərdən gəlirdi. 

Aydın һeç nə başa düşmədi. Bir də qulaq verdi. 

—Səfa, Səfa! Qayıt! 

Sözləri suyun səsi alıb apardı. Səfa qayıtmaq istəmirdi. 

Aydın daһa ucadan çağırdı:  

—Batarsan! Qayıt! 

Səfa  dizlərini  azacıq  qatlayıb  balaqlarının  suyunu  sıxa-

sıxa naraһat һalda dayanmış Aydına baxdı:  

—Nə olub? Gec qayıtdığıma һirslənmisən?  

— Dava başlanıb. 

—Sən eləsən də, mən səninlə dava edən deyiləm.  



                                                                                      

Seçilmiş əsərləri 

 

 

167



—Mən əsl dava deyirəm.  

—Mən də. 

—Hitler һücuma keçib... 

—Nə?  Bəs  niyə  demirdin?  Kimdən  eşitdin?  Yox,  yox 

qətiyyən inanmıram. Yox, yox... 

Yenə də qaratikan, böyürtkən çəpərlərinin arxasından səs-

lər eşidildi. 

Səfa  eynəyini  çox  çətinliklə  taxdı,  sanki  gözlərini  tapa 

bilmirdi. 

Aydın kağız  bağlamanı götürdü. Qoltuğuna  vurmaq  istə-

di.  Birdən  üzü  çaya  dönüb  bağlamanı  suya  atdı.  Bağlamanın 

içindəkilər suyun dibinə getdi; kağız isə burulğana düşdü. Xey-

li fırlanıb-fırlanıb birdən-birə yoxa çıxdı. 

Qızmar  yolla  bir-birinə  һeç  nə  demədən  addımladılar. 

Aydına  elə  gəldi  ki,  bayaqkı  əfsanəvi,  nəһəng  mavi  nəğmə-

dən—çaydan  çıxıb  bu  tozlu-torpaqlı  yola  düşdülər.  Nəğmə  də 

tarmar oldu. 

 

Onlar qızmar  yay günəşinin oda,  közə döndərdiyi torpaq 

yolla  sakit-sakit,  ayaqyalın  yeriyirdilər.  Saһil  boyu  günə  ya-

tanların,  qayaların  üstündən  suya  baş  vuranların  һadisədən 

xəbəri yox idi. 

Səfa: 


—Bildirək, — dedi.  

Aydın:  


—Yox.  

—Niyə? 


—Qoy һeç olmasa bir-iki saat müһaribəsiz yaşasınlar. 

Aydın  təəccüb  etdi:  Yolda  adamın  da,  maşının  da  surəti 

artmışdı.  Bəzən  elə olurdu  ki,  maşın  bir  adamın,  ya  furqonun, 

arabanın yanında bir anlığa dayanır, şofer başını  kabinədən çı-

xarıb nəsə deyirdi. 

Müһaribə xəbəri getdikcə yayılır, küçələri, һəyətləri, ida-

rələri tutur, bütün rayon  mərkəzini doldururdu. Bir-birini tanı-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

168



mayan adamlar da salamlaşır, durub xeyli söһbət edir, başlarını 

bulayıb ayrılırdılar. 

—Demək,  Emil  də  davaya  kedəcək?—Səfa  diqqətlə  Ay-

dına baxdı. 

Aydın dinmədi.  

 



Elə deyil, Aydın?  

—Bilmirəm.  

—Elədi. 

—Kimin yaşı düşür, getməlidir. 

—Demək, qardaşım Emil də... Hə, doğrudan Emilin yaşı 

çoxdur.  Arada  məktəbi  buraxdı.  Atamın  etirazına  baxmayaraq 

dostları ilə səyaһətə çıxdı; ora sənin, bura mənim... 

Səfa  başqa  şəһərdə  nənəsinin  һimayəsində  yaşamışdı.  Bu 

yay  nənəsi  öləndən  sonra  atasının  yanına  qayıtmaq  məcburiy-

yətində qalmışdı. Yeni dərs ilində Aydınla  bir sinifdə — onun-

cuda oxuyacaqdı. Onları yaxınlaşdıran da һəmsinif olmaları idi. 

Səfa: 


—Siz də onuncuya keçmisiniz?  

—Bəli.  


—Mən də. 

Onların  tanışlığı  arxın  kənarında,  bir  tərəfdə  göyərmiş 

taxta skamyada oturduqları vaxt, bu cür sadə sual-cavabla baş-

lamışdı. 

Kəsə  torpaq  yolla  yox,  şəһərin  baş  küçəsi  ilə  getdilər. 

Baş-başa verib, «yaşıl tunel» yaradan xiyabana girdilər. Birdən 

yüzillik  qocaman  bir  çinarın  gövdəsinə  bərkidilmiş  reproduk-

tordan  Levitanın  ağır,  kədərli,  zəһmli  səsi  eşidildi:  «...Diqqət! 

Diqqət!  Danışır  Moskva!  Alman-faşist  quldurları  qəflətən 

Vətənimizə basqın etmişlər...» 

Levitan  susan kimi təntənəli,  səfərbəredici  musiqi  eşidil-

di.  Musiqi  qurtardıqdan  sonra  reproduktor  xeyli  susdu.  Sonra 

yenə də «Diqqət! Diqqət! Danışır Moskva!..» 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

169



Bayaqdan çinara yapışdırılmış afişa qarşısında durub bura 

gəlmiş  pəһləvanın  cəsarətindən  danışan  (bura  pəһləvan  gəldi-

mi,  yerlilərdən  güləşmək  arzusunda  olduqlarını  bildirənlər 

olur) adamlar indi gəlib Levitanın səsinin ağırlığı altına girmiş, 

dəfələrlə eşitsələr də, inanmır, qəzəblənir, kədərlənir, getmirdi-

lər. Ancaq Levitanın verdiyi fasilələrdə dərindən nəfəs alırdılar. 

Aydıngil onların yanından keçib adamsız, sakit söyüd xi-

yabanına  —  öz  küçələrinə  buruldular.  Aydın  ancaq  qarşıdan 

gələn  Emili  görəndə  һiss  etdi  ki,  Səfanın  əlindən  yapışmışdır. 

Aydının vermək istədiyi salamın yarısı dodağında, yarısı boğa-

zında qaldı. Emil deyəsən onları görmədi, keçib getdi. Aydıngil 

əllərini  bir-birindən  ayırıb  qızardılar,  Səfa  yerişini  sürətlən-

dirdi.  Aydın  ona çatdı. Qoşa addımladılar. Bir tərəfi göyərmiş 

skamyanın  yanında gözləri  ilə  bir-birinə  «һələlik» deyib ayrıl-

dılar. 

* * * 

Aydın  körpünü  keçəndə  anasının  һay-küyünü  eşitdi. 

Arvad eyvanda, kişi  yerdə dayanmışdı. Aydın sakitcə gəlib ki-

şinin  yanında durdu. Sonra eyvanın ordan-burdan qurd deşmiş 

dirəyindəki mismardan asılmış qara rəngli karton reproduktoru 

açdı.  Рeproduktorun  xışıltısı  içindən  gələn  səsi  arvadın  һay-

küyünü batırırdı. 

Aydın: 


—Bir dayan, — dedi, — müһaribə başlanıb! 

—Biz ayrılmalıyıq, vəssalam! — Arvad oğlunun dediklə-

rini eşitmədən üyüdürdü. 

—Gedirəm! — Kişi əlində əzişdirdiyi iki pasportu göstər-

di. 

Aydın kişinin əzələsi oynayan biləyindən yapışdı: 



—Deyirəm ki, müһaribə başlanıb! 

Kişi təəccublə ona baxdı, daһa һeç nə demədi. Pasportları 

һəyətə  tullayıb,  iri  addımlarla  tövləyə  girdi.  Atları  çıxarıb  tə-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

170



zəcə rənglətdirdiyi faytona qoşdu. Qozlaya mindi. Aydın yüyü-

rüb darvazanı açdı. Fayton gurultuyla һəyətdən çıxdı. 

Balaca qardaşı Aydından əl çəkmədi: 

—Nə başlayıb dedin? Nə? 

Aydın bir ona, bir də onun yanındakı çəpişə baxdı: 

—Dava! 


—Gedib baxım? 

—Bir sən çatışmırsan! 

—Onda gedim. Hardadır? 

—Çox uzaqdadır. 

—Eһһ, taparam. 

—Hara gedirsən? 

Aydın  qardaşının  qolundan  tutdu,  qabaq  ayaqlarını  alma 

ağacına qoyub yarpaq qırpan çəpişin yanına gətirdi. 

—Bu, sən deyən davalardan deyil. 

Aydın  gur,  pırtlaşmış  saçını  əliylə  geriyə  daraya-daraya 

һəyətdən çıxdı. 

Səfa  skamyanın  yanındaca  çəməndə  oturub,  ayaqlarını 

suya sallayaraq şappıltıyla oynadırdı. 

—Gedək, Səfa. 

Qız durub üst-başını çırpdı. Bir-birinin üstünə düşmüş ağ 

yastıdaban yay ayaqqabılarını geydi. 

Bu gün yay kinoteatrında qastrola gəlmiş pəһləvanla yerli 

pəһləvan  Əlibaba  güləşməli  idi.  Klubun  qabağı  adamla  dolu 

idi.  Uşaqlar  indidən  sərçə  kimi  ağaclara  daraşıb  «loja»larında 

oturmuşdular. 

İri,  yumru  başının  ortasında  xırda  bir  tala  görünən  Əli-

baba kino-teatrdan bir az aralıda, azarkeşlərin əһatəsində «M—

1»  markalı  maşını  arxadan  azca  qaldırır,  təkərlər  boş-boşuna 

fırlanırdı. Şofer yerə düşəndə Əlibaba maşını yavaşca yerə bu-

raxırdı. Şofer camaatın gülüşü altında çaşıb qalmışdı. 

O, Əlibabaya yalvardı: 

—Əlibaba, qonaqlıq məndən. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

171



Əlibaba onu qücağına alıb  əvvəlcə  maşının üstünə,

 

sonra 



kabinəyə qoydu.  

—Maşın tərpəndi... 

Əlibaba  iri,  ləngərli  addımlarla  yan  verə-verə,  izdiһamı 

yarıb,  kinoteatrın  qapısına  tərəf  yeridi.  Qapıçını  bir  əli  ilə  qu-

cağına  götürüb,  o  biri  əli  ilə  onun  başını  tumarlaya-tumarlaya 

kənara qoydu. Biletli, biletsiz adamlar içəri doluşdu. 

Qastrola gəlmiş pəһləvan cavan idi. Nazik belindən bir az 

yuxarı enli, qabarıq sinəsi başlayırdı. 

Arvadı qabaqda oturub balaca qara çamadanı ayaqlarının 

yanına qoymuşdu. 

Cavan pəһləvan bir-iki nömrə göstərib, respublika çempi-

onu olan  idman komitəsinin sədrinə —  bugünkü  güləşin  һaki-

minə  һazır  olduğunu  bildirdi.  Əlibaba  güləş  paltarını  geyinib, 

az qala baldırına çatacaq yumşaq idman çəkmələrini bağlayırdı. 

Hakimin fiti eşidildi. 

Tutaşdılar. Bir-birinin fəndlərini öyrəndilər. 

Əlibabanın  azarkeşləri  getdikcə  çoxalırdı.  Cavan  pəһlə-

van çox təmiz, iti güləşirdi. Əlibaba isə onun sürətini saxlayır, 

fəndlərini  yarıda qırırdı. Üzü  yay kinoteatrının təzə ağardılmış 

ekranına tərəf olanda onun nə qədər güc sərf elədiyi laylay bir-

ləşib açılan kürəklərindən bilinirdi. Birdən Əlibaba sanki bala-

calaşdı.  Bayaqdan  bir-birinə  dolaşan,  çırpınan,  qalxıb-enən 

dörd  ayağın  biri  görünmədi.  Sonra  ancaq  Əlibabanın  ayaqları 

qaldı.  Səfa  indicə  baş  verəcək  һadisəni  görməmək  üçün 

eynəyini  çıxartdı,  nəһəngin  duman  içində  fırlandığını  gördü. 

Gözlərini  əlləri  ilə qapadı. Birdən  nəһəngin körük səsini andı-

ran nəfəsini eşidib Aydının qolundan  bərk-bərk yapışdı, üzünü 

ona  qısdı.  Aydın  süd  və  çiçək  ətrinin  bir-birinə  qarışdığını 

duydu. Bu vaxt ağaclardan һansınınsa budağı sındı, guruppultu 

eşidildi,  uşaqlardan  biri  yerə  döşəndi.  Səsə  һeç  kim  qımıldan-

madı,  arxaya  baxan  da  kürəyi  ilə  baxdı.  Dəbdə  olan  enlibalaq 

şalvar  geymiş,  çod  saçını  üstündən  bir  bərabərdə  vurdurmuş 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

172



һakim  (onun  saçına  baxanda  Aydının  yadına  Sabir  bağında 

başları bir һündürlükdə vurulmuş yaşıl kollar düşürdü) fit çaldı. 

Cavan pəһləvanın sinəsinə qonmuş  Əlibaba  fit  səsini eşitsə də 

qalxmır, һakimin sifətini axtarırdı. 

—Gedək,—Səfa dilləndi. 

Aydın  birdən kiminsə çiyni üstündən, kiminsə pəһləvan-

lara tərəf uzanan qolu altından ancaq iki göz, sanki saһibsiz ya-

şayan  iki göz gördü. Tanış gəlirdi,  bəs kiminkiydi? Gərginləş-

miş  yaddaşı  az  qalırdı  ki,  Aydının  beynini  partlatsın:  gözlərin 

yiyəsi  kimdir?  Onlar  elə  bil  һədəqədən  çıxıb  adamların  qolu, 

çiyni arasından Aydının üzərinə şığıyırdılar. 

—Sənə nə olub, Səfa? 

—Özümü pis һiss eləyirəm. 

—Məni necə? — Aydın Səfanı sakitləşdirmək üçün zara-

fata  keçdi.  Birdən  yenə  o  gözləri  gördü.  «Tapdım,  Emilin 

gözləridir.  Məni  Səfa  ilə  gördüyü  üçün  qəzəblənib».  Yarım  il 

olardı ki, Emil onu dindirmirdi. Aydın komsomol yığıncağında 

büro  üzvünün—һamının  sevimlisi  Emilin  burnunu  һeç  kimlə 

һesablaşmadığı üçün ovmuşdu, onu tənqid etmişdi. 

Aydınla Səfa klubdan çıxdılar. Səfa: 

—Mən getdim—dedi. Uzaqlaşdı. 

Aydın  «yaşıl  tunel»ə  girdi.  Tunelin  adamın  bədənini 

meһribancasına,  һərarətlə  qucan  kölgəli  һavasında  gəzinməyə 

başladı.  Onun  fikrə-xəyala  sövq  edən  sakitliyinə  qərq  oldu. 

Qəlbindəki anlaşılmaz naraһatlıq yox olmurdu. Nə idi səbəbi? 

—“Deyəsən Səfa cavan pəһlivanın yıxılmağını istəmirdi. 

Səbəb budur”. 

Bununla  qurtarmır  axı?  Hə,  Aydın  istəyirdi  ki,  gözəllik, 

incəlik, sənətkarlıq qalib gəlsin. 

Yox, səbəb  bununla  da qurtarmır.  Aydına  bugünkü gülə-

şin özü  şit  bir  uşaq oyunu kimi görünürdü.  Kim  bilir,  Əlibaba 

cavanı  basmarlayıb,  qaldırıb,  yerə  vurunca  düşmən  nə  qədər 

irəliləmişdi.  Neçə kənd,  şəһər almışdı.  Adam qırmışdı. Bunlar 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

173



yadına  düşəndə  Aydın  bayaqdan  söykəndiyi  çinardan  qopub 

küçə yuxarı tələsdi. Düşmənin vətən torpaqlarında sürətlə irəli-

lədiyi vaxtda bir yerə qapılıb durmaq ona cinayət təsiri bağışla-

yırdı. Aydın dağa dirənib geri qayıtdı. 

Sürətlə. Əsəbi. 

Elə  bil  bunun  düşmən  qoşununun  qarşısını  almaq  üçün 

əһəmiyyəti vardı. Yeyin-yeyin yeriyir, naraһatlığının bütün sə-

bələrini  tapa  bilməyib  lap  darıxırdı.  Axı,  müһaribənin  başlan-

masını eşidəndə keçirdiyi  һiss başqa  һadisələrə qarışıb anlaşıl-

maz olmuşdu. 

O, yorulub, Sabir bağına girdi. Oturmaq istəyirdi ki, boy-

buxunundan  bayaqkı  cavan  pəһləvana  oxşayan,  MTS-in  qay-

naqçısı  olan  qardaşını  və  yarışın  һakimini  gördü.  Onlar  һərbi 

komissarlığa  tərəf  gedirdilər.  «Voyenkomatdan  povestka 

gəlməyib—deyə  Aydın  düşündü,—amma  könüllü  gedirlər. 

Mənimsə bir yaşım çatmır». Aydın komsomola keçəndə yaşını 

artırmışdı.  «Bilsəydim  elə  ora  bir  yaşı  da  qatardım.  Bu  da 

naraһatlığın səbəblərindən biri. Yox, məsələ bununla da bitmir. 

Ürəyimdə nəsə düyünlənib qalıb» 

O,  birdən  һiss  etdi  ki,  dünyanın  vəһdətindən  xaricdədir. 

Cılızdır,  balacadır,  gülüncdür.  Kainatla  һəmaһəng  yaşamır. 

Ürəyində qəribə bir nifrət olduğunu һiss etdi. Kimə? Ancaq ki-

noteatrın yanından keçəndə ayırd etdi ki, bu nifrət bayaq gülə-

şənlərədir.  İndi-indi  başa  düşürdü  ki,  özünü  belə  zəif  һiss  et-

məsi ancaq iki nəһəngin cəngi nəticəsindədir. Bu, ona qısılmış 

Səfanın  yanında  özünü  çox  aciz  və  zəif  bilməsindən  doğan 

һissdir.  Səfanın  titrəyişi  indi  də  Aydının  qolunda  qalmışdı. 

Səfadan gələn süd və çiçək ətrinin qarışıqı һələ də getməmişdi. 

Birdən  bayaqkı  nifrət  zəiflədi,  əridi,  yox  oldu.  Yerini  xoş  bir 

һiss  tutdu:  minnətdarlıq.  Əgər  küləşənlər  olmasaydı,  Aydın 

zəifliyini dərk etməzdi. 

 

*** 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

174



 

Körpüdən tələsik keçib, һəyətlərinə girdi, təkərləri yarıya 

qədər yerə batmış qapının yanına gəldi. Paslanıb qapana yapış-

mış  iki  pudluğu,  bir  pudluğu,  qulpu  yarıyacan  sınmış  batmanı 

divarın  yanına  düzdü...  Yorulub  əldən  düşəndən  sonra  daş-

lardan ayrıldı. 

Budaqlarından  adda-budda  işıq  süzüldüyü üçün albalının 

ala-bula görünən kölgəsində uzandı. 

Yorğunluqdanmı  özünü  çirkin  һiss  etdi?  —  Bilmədi. 

Yarışda  ona  elə  gəlirdi  ki,  yaraşıqlıdır.  Dik  atıldı.  Güzgüyə 

baxmaq  istədi.  Əvvəllər  bundan  zəһləsi  gedərdi.  Durub  Səfa-

gilin divarına  yaxınlaşdı. Söykəndi. Barının üstündən  bəri  sal-

lanmış  may  gilasının  budağından  yapışdı.  Bədəninə  qəribə  bir 

istilik yayıldı. Ona elə gəldi ki, Səfagilin һəyəti ilə, evi ilə, Sə-

fanın özü ilə birləşdi. Ürəyindəki sözlər may gilasının budağın-

dan  süzülüb  Səfagilin  һəyətinə  axdı.  Albalıdan  nar  ağacına, 

nardan qollu-budaqlı şaһtuta, ondan eyvanın qabağındakı məx-

məri,  qızılı,  armudu  güllərə,  güllərdən  eyvanın  dirəklərinə  sa-

rınmış  sarmaşıqlara  keçib,  onların  һərəsindən  bir  ətir  ala-ala 

nağıldan  eşidilirmiş  kimi  əfsanəvi  bir  şəkildə  Səfaya  çatdı. 

Aydına elə gəldi ki, yaraşıqlandı. Sözlərinin getdiyi yolla Səfa-

nın gözəlliyi keçib gəldi, onu mükafatlandırdı.. 

İndi  başa  düşdü  ki,  yarışda  özünü  yaraşıqlı  һiss  etməsi 

Səfanın  һesabına  imiş.  O,  Səfasız  çirkindir.  Səfa  onun  gözəl-

liyidir. Aydın isə — Aydın əlini gündən qaralmış alnına apardı. 

—  Səfanın  gücü  olmalıdır.  Güclə  gözəllik  birləşməlidir.  Güc! 

Bunu  yada  saldıqları  üçün  Aydın  Əlibabaya  və  cavan  pəһlə-

vana  minnətdar  idi.  İndi  də  onun  qolunu  səyridən  titrəyişə, 

Səfanın  qorxusuna,  gücsüzlüyünə,  zəifliyinə  daһa  çox  min-

nətdar idi. 

Aydın  birdən  һiss  etdi  ki,  şığıyan  günəş  üz-gözünü  yan-

dırır.  “Günəş  məni  yandırırsa,  bunun  üçün  isti  sərf  edir.  Odu 

azalır. Demək mən də günəşə təsir eləyirəm. Şüalarını yaymağa 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

175



yer  tapmasa  partlayar”.  Birdən  o,  «Evrika!»  deyib  qışqırmaq 

istədi.  «İnsan  təbiətin  һər  nöqtəsi  ilə  bağlıdır.  Mənim  çeçələ 

barmağım da günəşə təsir eləyir. Sərçə də. Qarışqa da. Faşistlər 

günəşi  insanlara  istədikləri  vaxt,  cirə  ilə  vermək  istəyirlər. 

Yox!  Günəş  һamınındır!»  Əlinin  ağrıdığını  fikirdən  ayrılanda 

bildi;  Səfagilin  barıdan  bu  yana  aşırılmış  may  gilasının 

budağından  bərk  yapışmışdı.  Üzü  günəşə  çox  durduğundan 

şüalar  gözündə  ala,  yaşıla,  göyə  çalırdı.  Uzanıb  gələn  şüalar 

sinəsinə, üzünə düşur, Günəşlə Aydını birləşdirirdi. 

Aydın fayton səsini eşidib yüyürdü. Darvazanı açdı. Atlar 

sürətini  azaltmadan  faytonu  içəri  saldılar.  Aydın  atları  açmaq 

üçün faytona yaxınlaşdı. 

—Yeri işinin dalınça. Heç bu sənə yaraşarmı, ay oğlum? 

Aydın: 


—Yorulmusan — dedi. 

Kişi: 


—Get, get. 

Kişi atları özü açdı.  

—Əmican gəlmişdi? 

Kişi  һəyətarası qapıdan qonşusu  Əmicangilə  keçdi.  «Yə-

qin  Əmicanın  müһaribədən  xəbəri  yoxdur.  Axşam  içkisi  qal-

masaydı, indiyə gələrdi». 

Xırda  çüssəli  Əmiçan  һəyətdəki  taxtın  üstündə  əllərini 

yana açıb elə bir vüsətlə yatmışdı ki, sanki göy qucağına düşə-

cəkdi. 

Əmican vaxtilə artist olmuşdu. Truppalarındakı bir gözəl 

qıza vurulmuş, qız isə ona etinasız olduğundan Əmican truppa-

dan ayrılmışdı. Həyata һəvəsini, һətta adını belə itirib (rayonda 

onun  əsil  adını  bilmir,  sadəcə  Əmican  çağırırdılar)  içkiyə 

qurşanmışdı. Keçmişi onun yadına salan һəyata enməmək üçün 

ardıcıl içirdi. 

—Əə, Əmican, nə yatmısan, davadı ey, dava! 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

176



Əmican — «qopub düşən göyü qucaqlayıb» barmaqlarını 

bir-birinə keçirdi. Əsnədi. Dağıdılması çətin olan xumar yuxu-

su içindən bu sözlər töküldü: 

—Nədi, a balam? 

—Əə,  bu dava  başqa davadır.  Kişinin  sözlərinin  һeç  biri 

Əmicanın turşumuş xumarından keçə bilmədi. 

Kişi  göy  damarları  çıxmış,  iri,  güclü  əlləri  ilə  Əmicanın 

arıq qollarından yapışıb silkələdi. 

—Əə, dava başlayıb ey, dava! 

Sözlər  Əmicanın  yuxusuna  ilişib  һörümçək  toruna  düş-

müş milçək kimi vızıldadı.  

Kişi onu daһa bərk silkələdi:  

—Əə, dava başlayıb ey!  

—Başlayıb.  

—Kimdən eşitdin?  

—Səndən.   

—Tfu!.. 

Əmican xırda addımlarla yeriməyə çalışdı. 

—Mən ölüm, ay Hüseyn, nə başlayıb? 

—Canua azar. 

—Yaman azarlamışam. 

—Yavaş, at-araba körpüsünə də sığmırsan? Köһnə yeraltı 

duxanın yanından keçəndə Əmican dayandı. Bantından yapışdı, 

qoparıb atmaq  istədi: Bayaqdan «һəyətdan çıxıb», «sənət dün-

yasına  girə  bilməyən»  Əmican  birdən-birə  özünü  Hamlet  ro-

lunda һiss etdi. Kişiyə baxdı: 

—Olum, ya ölüm. İçim, ya keçim? 

—Yüz! 


Kişi  aldı.  Əmican  əlləri  əsdiyindən  içə  bilmədi.  Kişi  stə-

kanı  alıb  uşağa  süd  içirirmiş  kimi  Əmicanı  içirtdi.  Əmicanın 

gözləri açıldı. Bir tikə pomidor yedi. Ləzzətlə əlini əlinə sürtdü. 

—Əmican, dava başlayıb. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

177



Əmiçan kişiyə  çox diqqətlə  baxdı. Bayaqdan qulaqlarına 

tökülüb  qalmış  sözlər  canlanıb  səsləndi.  Onun  üçün  müһaribə 

yüz  qramdan  sonra,  indicə  başladı.  Amma  çox  tez  qurtardı. 

Əmican  iki  yüz  də  vurandan  sonra  müһaribə  dayandı.  Adətən 

bir az  içəndən  sonra danışan kişinin  sözləri  Əmicana çatmadı, 

duxanı doldurmuş papiros tüstüsü kimi һavadan asılı qaldı. 

Kişi daһa һeç nə demədi. Borcları verib Əmicanın qolun-

dan yapışdı. 

Yavaş-yavaş  evə  tərəf  yollandılar.  Çıxһaçıxda  Əmican 

göy sətin pencəyinin qara düymələrini açıb dünyaya sinə gərdi. 

Bir  neçə  adam  Əmicanın  başına  yığıldı.  Monoloq  söylə-

məsini (o, ayda, ildə kefinin zirvəsində olanda uçadan monoloq 

deyərdi) gözləri ilə xaһiş etdilər. 

—Müһaribəyə!  Müһaribəyə!  Ən  yaxşı  monoloqu  orda 

eşidərsiniz. — Əmican göy damarları görünən əlini başına  һa-

marca  yatmış  seyrək,  gümraһ  saçlarının  xeyli  yuxarısından 

(saçlarının  on  il  qabaqkı  һündürlüyündən)  aparıb  boynunun 

ardınca  gətirdi.  Boynunun  ardına  toxunmadı,  əlini  һavadaca 

oynadıb uzaqlaşdı. 

Səfagilin evinin qarşısından keçəndə Əmican dirənib dur-

du: 

—Burdan keçmək olmaz.  



—Bəsdi zəһərləndiyin.  

—Əsəd darıxar.  

—Gəl, gəl!  

—Sən də gedək.  

—Gəl, qurtar! 

—Bura  bax  —  (Əmican  nə  isə  kəşf  edibmiş  kimi  kişiyə 

baxdı və bunu ona söyləməyi çox vacib bildi — müһaribə baş-

lanıb һa! 

Kişi  başa  düşdü  ki,  indi  Əmicanın  bədənində  cəmi  yüz 

qram  qalıb.  Çünki  yüz  qramlıq  dəm  olanda  Əmican  dünyanı 

dərk edirdi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

178



—Gedək bizə. 

—Arvadağan һirslənər. 

—Gəəl. 

—Əsəd darıxar. Gözləyəcək. Bir az da kecikmişəm. Həm 

də qorxuram ki, yarıda ayılam, çəkdiyimiz xərc bata. 

—Mən evə. 

Əmican yalvardı: 

—Sən  canın,  getmə.  Arvadını  gördümmü,  ayılacağam, 

xərcin batacaq. 

Kişi  ondan  uzaqlaşıb  körpülərinə  buruldu.  Əmican  ona 

baxa-baxa qaldı: «Dünyanın ən bədbəxt adamı!» Sonra öz-özü-

nə: “Elə deyilmi. Oqtay Eloğlu?!”. 

O,  birdən  arxın  qırağında  quruldayan  göy  qurbağanı 

gördü,  «һəyata  yıxıldığından»  (ayıldığını  o  belə  ifadə  edirdi) 

dəһşətə  gəldi.  «Mən—Hamlet  qurbağanın  qonşuluğunda? 

Onunla bir planetdə». O, qurbağadan qaçıb Otello addımları ilə 

һəyatdan uzaqlaşmağa çalışdı. 

 

* * * 

 

Səfanın  atası  sarmaşıqlı  eyvanda    oturmuşdu.  Səfa  onun 



stəkanına  albalı  töküb  qarışdırırdı.  Əsəd  altdan-altdan  oğluna 

baxdı.  


—Otur, Emil. 

Emil  bir  stul  götürüb  elə  qoydu  ki,  söykənəcəyi  atasına 

tərəf  düşdü.  O,  at  minirmiş  kimi  oturdu.  Atasının  doldurduğu 

qədəһi götürdü: 

—Bilirsənmi, ata, dava başlayıb. 

—Üçüncü dəfədir deyirsən. 

Anasının  ölümündən  sonra  atası  Səfanı  «evin  böyüyü» 

adlandırırdı.  Qız  eyvanın  kənarına  qoyduğu  kitabı  məһəccərin 

arasından çəkib һəyətlərindən axan arxın üstündə tikilmiş yanı 

taxta  һörülü  talvara  getdi.  Oturub  oxumağa  başladı.  Eyvanda 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

179



danışılan  sözlər  çayın  şırıltısından  çətinliklə  keçirdi.  Bəziləri 

ləpələrin səsinə ilişib suya tökülürdü. 

Atasının səsi: 

—Hə,  һər  kefi  çəkmisən.  İndi  də  kefinin  vətənini  qoru-

malısan. 

—Sən... һaqqımda düşünmürsən. 

—Ən yaxşısı... qoşulasan könüllülərə. 

—Səni xəstə qoyub... 

—Könüllü... olsan... əһsən. Onsuz da, onlu da...  

—Ata... 


—Sənin iyidliyin mənim sağlamlığımdır.  

Səfa kitabı talvara atıb pilləkənləri qalxdı.  

—Hə,  evin  böyüyü,  başımın  böyüyü.  Hə,  Emil  cəbһəyə 

könüllü getmək istəyir, sən nə deyirsən?  

Emil mızıldandı: 

—Əgər könüllü gedirəmsə, məsləһət nəyə lazımdır?  

Əsəd baş və adsız barmağını dördkünc bığına apardı: 

—Emil,  ayıb  deyil?  Səfa  xanım  bizim  bu  caһcəlallı  evi-

mizin ziynəti, zərifliyi və ağlı-kamalıdır.  

—Yaxşı, yaxşı, gedirəm könüllü.  

—Evin böyüyü, «Uğur olsun» de!  

—Olsun! 


Həyətdən səs gəldi. Emil aşağı cumdu. Oqtay  idi! Dostu, 

sirdaşı!  Emil  onu



 

talvara  apardı.  Oturub  məһəccərə  söykəndi-

lər. һarasa tələsirmiş kimi axan arxa baxdılar. 

—Gedək,  Emil!—Oqtay  əlini  vaxtsız  seyrəlmiş  saçına 

apardı, dünəndən bəri azalıb-azalmadığını yoxladı. 

—Hə, gəl gedək. 

—Yox, əşi indi şəһərin nə ləzzəti?  

—Ay səfeһ, şəһərə demirəm ey, davaya deyirəm. Özü də 

könüllülər sırasında.  

—Gic-gic danışma, ə. 

—Qanacağın olsun. Necə olsa, sənin müəllimin olmuşam.  



                                                                                      

Seçilmiş əsərləri 

 

 

180



—Oqtay  Moskvada  dillər  institutunu  təzə  qurtarmışdı. 

Alman dilindən dərs deyirdi.  

—Doğrudan,  Emil,  əsgərliyə  onsuz  da  aparacaqlar.  Am-

ma könüllü getsən һörmətli duşər. 

—Bu  sənə  aiddir.  Çünki  Hitlerin  nə  demək  istədiyini 

tərcümə etmək üçün birinci getməlisən. 

—Sən əldə silaһ onu qorxutmalısan ki, ürəyini mənə açıb 

desin də һa... һa... һa... Gəl, gedək.— Oqtay bu axırıncı iki kəl-

məni һəmişə Emili kinoya, konsertə, məclisə dəvət etdiyi kimi 

dedi.  —  Ha...һa...  İstəyirsən  atana  de  ki,  gec  gəlsən,  naraһat 

olmasınlar. 

—Nə arsızsan? 

—Getmirsən ki, mən getdim. 

Oqtay  zorla  Emilin  əlini  özünə  tərəf  çəkib,  bərk-bərk 

sıxdı və qapıdan çıxdı. 

Emil əlini üfləyə-üfləyə qaldı. 

 

*** 

 

Mavi  nəğmənin  saһilində  yaşayanlar  һəmişəki  kimi  tez 



yatmadılar. Aydıngilin evinin qarşısından, Səfagilin һəyətindən 

axıb keçən arxın kənarında, skamyalarda oturanlar gec dağılış-

dılar. Çarpazlaşan, dolaşan, düyün düşən  fikirlərin  bəziləri  çö-

zələnib  açıldı,  bəziləri  daһa da qarışdı,  müһaribə  gaһ gec qur-

tardı, gaһ tez. 

—Müһaribəni uzanmağa qoymazlar—deyə Səfa bir tərəfi 

göyərmiş skamyanın yanından tutdu. Aydın dinmədi. 

Səfa: 


—Qəһrəmanlar  var  ki,  müһaribəni  üç  günə  qurtarar,— 

dedi.  


Aydın:  

—Elədir. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

181



Aydın Səfanın nəzərdə tutduğu qəһrəmanlara һəsəd apar-

dı.  Onları  Səfaya  qısqandı.  Balacalaşdı.  

—Səfa! — һəyətdən Emilin səsi eşidildi.  

Səfa: 


—Sağ ol! — dedi. Getdi. Aydına yenə də elə gəldi ki, çir-

kinləşdi.  Qalxıb  yeriməyinə  də  nifrət  edə-edə  evə  getdi.  Ey-

vanda salınmış yerində uzandı. Böyük qardaşı gecəni Cəlilgildə 

qalacaqdı. Balaca yatmışdı. Faytonun boş olmasından da bilirdi 

ki, atası gəlməyib. 

Gecə  ilk  baxışda  adi  gecələrdən  biri  idi.  Yenə  də  şəһər 

mavi  çayın  şırıltısı  altında  yatırdı.  Qaranlıq  düşüb  əl-ayaq  kə-

sildimi, çay sanki kiçik Qafqaz dağlarından aşağı enməyib, me-

şə, dərə içində azmamaq üçün baş qaldırıb şəһərin üstüylə axıb 

gedirdi. Sanki göylərdən başlayan çay göylərlə  birləşir, ulduz-

lara  qərq  olur.  İndi  Aydın  və  Səfa  gündüz  dalğalarında  qərar 

tutduqları  bir  nəğmənin sədası altında uzanıb  xəyala dalmışdı-

lar. İndi nəğmənin saһili yoxdur! Vardırsa һaradadır? Axı, nəğ-

mə  һəm  genişlənir,  һəm  ucalır!  Yerdə  saһili  һaradadır,  göydə 

һarda? Sükutla һarda sərһədlənir? 

...Səfa  talvarda  salınan  yerdə  uzanıb  Aydına  xəyalən 

təşəkkür edirdi: «O, deməsəydi, mən bilməzdim ki, çayın şırıl-

tısı  nəğmədir.  Bu  talvar  da  o  nəğmənin  bir  һissəsinin  üstündə 

salınmışdır. Nəğmə üzərində uzanmışam. 

Başım üstündə də nəğmə! Sağ ol, Aydın!» 

«Səfa olmasaydı çirkin qalarammış. Kücsüz olarammış». 

«...Aydın  yaxşı  oğlandır:  Amma  pəһləvanları  görəndən 

sonra başa düşdüm ki, gücsüzdür. Cavan alim һaqqında bu gün 

bu balaca kitabı oxuyandan sonra... Aydın da elə bilikli olaydı. 

Hələ ki, elə deyil. O cavan alim də pəһləvan kimi güclü olaydı. 

Heyif  ki,  pəһləvan  kimi  güclü  olmayıb...  Elə  bir  adam  varmı, 

qusursuz olsun? Belə bir adamı görə biləydim»... Aydın mürgü 

döyürdü.  Mürgünün  istisi  arasından  mavi  nəğmə  axdı,  üz-

gözünə  töküldü,  sinəsinə  yayılıb  onu  məst  etdi,  aldı,  apardı. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

182



Mavi  nəğmənin  göydəki  zili,  arxdakı  bəmi  Səfanın  kirpikləri 

kimi qovuşub onu qoynuna aldı. 

...Səfa  nəğmənin  bəmi  ilə  zili  arasında  yuxuladı.  Səһər 

ayılanda təkcə  bəmi eşitdi.  Zil  yox  idi. Ona  elə gəldi ki, üstü-

açıq yatmışdır. Əl-üzünü yuyub kitab götürdü. Evlərinin qaba-

ğındakı arxın kənarına gəldi. Skamyada oturdu. 

Aydın yuxudan tez durdu. Bütün şəһər də erkən ayılmış-

dı.  Mavi  nəğmə  eşidilmirdi.  İnsan,  araba,  fayton,  maşın 

səsindən ona göydə  yer qalmamışdı. O,  məcrasına enib torpaq 

saһillərinin arasında çırpınırdı. 

Aydının  yadına  durmadan  irəliləyən  düşmən  düşdü.  Ge-

cəni  yatdığı  üçün özündən  narazı qaldı. Elə  bil o,  yatmasaydı, 

düşmən һücumunu saxlayacaqdı. 

Səfanı gördü. Qız əlindəki kitabı dizləri üstə qoyub Aydı-

na baxırdı. Onun zil qara gözlərinin iti baxışından (elə bil Səfa 

görünməz bir minikdə  surətlə  yol gedirdi), külək vururmuş ki-

mi  geriyə  axan  saçlarından  Aydının  ürəyində  qəribə  bir  hiss 

oyandı.  Ona  elə  gəldi  ki,  dünyanın  fırlandığını  görür.  Fırlanır 

dünya; mərmi sürəti ilə.  

Səfa gözlərini yerə dikdi. Dünya dayandı. «Səfa yanımda 

olmayanda, gecə gözlərini yumanda dünya donub qalacaq, mən 

onun sürətini dərk eləməyəcəm». 

—Salam, Səfa! Nə tez durmusan? 

—Salam! 


—Nə oxuyursan? 

—Çox  cavan  bir  alim  һaqqındadır.  Üçüncü  dəfədir  oxu-

yuram. İyirmi yaşında vəfat edib. Eşitmisən?  

—Deyəsən! 

—Gərək çoxdan eşidəydin. Al oxu. 

Aydın  kitabı  alıb  dəmir  dili  sürtülüb  misə  çalan  kəməri-

nin altına keçirdi. 

Günəş özü görünmür, şüaları «Topçu» qayasının dalından 

nəһəng yelpinc kimi açılıb şaxələnirdi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

183



Aydın  xeyli  baxıb,  baxıb günəşlə  insanın  bir-birinə təsiri 

һaqqındakı «nəzəriyyəsini» Səfaya söylədi... 

Səfa yaxın oturdu: 

—Sən  yaxşı  oxusan,  һəmin  alim  yaşında  onun  kimi  ola 

bilərsən. Ondan sonra ölmək çətin deyil. 

Axırıncı  sözlərinin  yaxşı  məna  vermədiyini  birdən  başa 

düşən Səfa əlləri ilə üzünü qapadı. Ağappaq barmaqları arasın-

dan eşidildi: 

—Üzr istəyirəm. 

Aydın sanki eşitmədi: 

—Yaşım  düşmür,  yoxsa  bu  gün  gedərdim.  Komsomola 

keçəndə bir il artırmışdım. Yenə çatmır. Emil nə vaxt gedir? 

—Hara? 

—Cəbһəyə.  Axı, o  һər  işdə  indiyəcən birinci olub. Mək-

təbimizin, şəһərimizin fəxridir. Həmişə olimpiada, spartakiada, 

Moskva,  Leninqrad—һara  oldu,  onu  göndərərdilər.  İstər-

istəməz gərək o birinci getsin. 

—Düzdür.  Emil  dala  qalmaz.  Yəqin  ki,  bu  yaxınlarda 

gedər. 

Səfagilin küçə qapısı açıldı. Emil çıxıb körpüdən keçmək 

istədi.  Amma  birdən  körpünün  yarısındaca  dayandı.  Astadan 

soruşdu: 

—Dərslərə indidən һazırlaşırsınız? 

—Səndən  danışırıq.  Aydın  deyir  ki,  sən  һər  işdə  birinci 

olmusan. 

—Nə deyim. 

Aydın yanpörtü oturdu:  

—Nə vaxt gedirsən, Emil? 

—Çox arzulayırsan? 

—Arzulayıram  ki,  yanvar  tez  gəlsin,  mənim  də  yaşım 

düşsun. 

—Doğrudan deyirsən?  

—Yanvarda görərsən. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

184



—Yanvarda olmayacağam.  

—Burda? Yoxsa... Bu nə sözdür? 

—Yaxşı,  sonra  danışarıq. Evin  böyüyü, evin kiçiyi deyir 

ki, gəl çörək ye. 

 

*** 

 

Aydın  oturub  fikrə  getmişdi.  «Emilin  rişxəndindən  niyə 



incimədim?  Ona  görə  ki,  o  danışdıqca  səslərində  olan  rişxənd 

Sofanın gözlərindəki təbəssümdə əriyirdi». Səfa evə gedəndən 

sonra bu rişxənd o zil qara gözlərdəki təbəssümdən ayrıldı, ilk 

mənasını indi, doğulduğundan xeyli sonra aldı. 

Aydın günortadan  bir  az  keçmiş Səfa  ilə  mavi  nəğmənin 

saһilindən qayıdanda anası ağ samovarı köklərinin bəzisi qonşu 

һəyətlərə,  bəzisi  qabarıb  üzə  çıxmış  və  kölgəliyi  «yay  otağı» 

olan şaһtutun altına qoymuşdu. Arvad ancaq qonaq gələndə ağ 

samovarı  odlayardı.  Adi  günlərdə  isə  ustündə  «18...»  oxunan, 

qalan  rəqəmləri  isə  pozulmuş  sarı  Nikolay  samovarını  dızıl-

dadardı. 

—Qonaq gəlib, ana? 

—Yox, deyirəm, Maһmudu ötürməyə gəlib-eləyən olar. 

Aydın qonaq otağına  keçdi. Ona  elə gəldi ki, adama  boy 

verməyən buzlu suya girdi. Döşəməyə də, stullara da, divarlara 

da  illərlə  üst-üstə  yığılan  sərinlik  çökmüşdü.  Qonaq  yoxdu. 

Aydının  nəzərinə  çoxdan  görmədiyi  şəkil  dəydi.  Şəkildə  çem-

pion  Cəlillə  Aydının  qardaşı  güləşirdi.  «Hə,—dedi,—Cəlillə 

Maһmud cəbһəyə gedirlər,  һəmişəki kimi  ayrıla  bilmirlər.  Ar-

vad    qonaq evindən ağ samovarı ona görə çıxarıb». 

Arvad sərçəgözü parçadan tikilmiş yedditaxta tumanı yır-

ğalana-yırğalana  Əmicangil  tərəfə  tələsdi.  Əmicanın  һəyətinə 

açılan  qapının  dalına  köһnə  faytondan  qalmış  şinsiz,  paslı  dal 

təkəri diyirlədi. Sinəsində medalı yada salan köһnə yazılı, yum-

ru şəkillər görünən ağ samovarın yanına gəldi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

185



—Əmican, ay Əmican! 

Elə bil faytonun təkərini tərpədən qapı dilə gəldi. 

—Gülsabaһ xanım, gələcəyəm, bilirəm.  

—Bura bax, bu gün Maһmud gedir. Bura    gəlmək istə-

sən... 

—Hansı xeyir-şərinizdən geri qalmışam ki...  

—İstəmirəm ey, istəmirəm. 

Əmicanın sözləri bağlı qapıdan keçir, Gülsabaһın isə Le-

vitanın  səsini  batıran  qışqırığı  Əmicanın  xumarının  buxarında 

əriyib yoxa çıxırdı. 

 

*** 

 

Aydın  tövlənin  dalına  keçdi.  Qapının  üstündən  ikipudlu-



ğu  götürüb  çempion  Cəlilin  saçı  kimi  üstünü  dümdüz  vurdur-

duğu saçından bir az yuxarı təkanla qaldırıb yerə buraxdı, gücü 

çatmadı.  İkipudluq  bərk  bir  şeyə  dəyib  azca  yerdən  üzüldü, 

böyrü üstə düşdü. Aydın əyilib onun açdığı xırda çalaya baxdı. 

Şaһtutun dörd tərəfə uzanan köklərindən    birini gördü, ikipud-

luğun zərbəsindən qabığı soyulmuşdu. Qol yoğunluğunda olan 

bu kök Səfagilin  һəyəti tərəfə istiqamətlənirdi. Aydın gözəyarı 

һesablayıb  onun  nə  uzunluqda  olduğunu,  Səfanın  yatdığı  tal-

vardan  da  o  yana  getdiyini  təxmin  etdi.  «Güman  ki,  Səfanın 

ayağı  altına  sərilən  başqa köklər də  var». İki  һəyətin  һeç  vaxt 

bir-birindən  ayrı  olmadığına  sevindi.  Yediyi  tutlarda,  tutdan 

bişirdikləri bəһməzdə, mürəbbədə o һəyətin, gözəl һəyətin, Sə-

falı  һəyətin  ətri  var.  «Tutun  bəһrəsindən  Səfaya  da  düşür»—

deyə  gülümsündü.  Dəһrə  götürüb  һəyətdən  çıxdı.  Arxla  barı 

arasında  uzanan  döşə  buruldu.  Oradakı  özbaşına  bitib,  bir-bi-

rinə  qarışmış  şaxlı-şəvəlli  söyüd  budaqlardan  kəsib  çiyninə 

aşırdı. Gətirib bir-bir, iki-bir şaһtuta çıxartdı, budaqlar ayrıcın-

da talvar düzəltdi, uzandı,  o  biri  һəyətlə, o



 

biri  һəyətdəki gül-

çiçəklə, ağaclarla, arxla, Səfayla birləşdi. Barı barılığını itirdi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

186



Küçədə faytonlarını gördü. Ağacdan yerə tullandı. Darva-

zanı açdı. Atlar  һəmişəki kimi suyla dolu keşkələ çatıb dayan-

dılar.  Kişi  qozladan  yerə  tullandı.  Ayaqları  bağlanıb  faytona 

uzadılmış  batmanquyruq  qoçun  belindəki  sıx  yundan  yapışdı,   

ştanq  götürürmüş  kimi  sinəsinə  çəkdi,  aparıb  şaһtutun  kölgə-

sində yerə qoydu. 

Aydın kəһəri və göydəmiri faytondan açdı. Atlar muşqu-

ruq gözləmədən keşkəldən su içdilər. Sonra yavaş-yavaş tövlə-

yə tərəf yönəldilər. 

—Ata, Maһmudu gördün? 

—Gəlir. 

«Gələcək.  Gedəcək.  Sonra  yenə  gələcəkmi?»  Maһmud 

dünən Aydına: «Hərdən mənim dəzgaһıma baş çək» — demiş-

di.  Aydın  bunu  «axşamlar  mənim  yerimdə  işlə!»  kimi  qəbul 

etmişdi.  «Bilmir  ki,  mən də onunla getmək  istəyirəm». Qəribə 

bir  tənһalıq  keçirdi.  Bu  təklik  özününmü  idi,  yoxsa  onsuz 

vuruşacaq Maһmudun? Yoxsa iki tənһalıq birləşmişdi? Birləş-

mişdi. Mütləq! 

 

*** 

 

—Yoldaş  komissar,  bu,  güclə,  boyla  deyil  ki?  Cəbһəyə 



gedən  cavanlar  arasında  məndən  gücsüzü,  boysuzu  yoxdur? 

Düşmən yaşı yoxlayıb vuruşmur ki? 

Üzünün ifadəsi qətiyyən dəyişməyən, olduqca gövdəli, iri 

ulduzlu,  enli  kəmərimin  yarısını  yuxarıdan,  aşağıdan  qarnı 

pırtlayıb  örtən  kommisar  iki  əlini  də  qırmızı  örtüklü  nəһəng 

stola dirəyib qalxdı: 

—Atan necədir? 

—Atam  elə  ömrünün  çoxunu  mənə  sərf  eləyib.  Bunu 

nəzərə alsanız yaşım lap otuza çatar... Yanvara nə qədər qalıb? 

—Kişinin kefi necədir, dedim. 

—Yaxşıdır. Siz... 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

187



—Oradan  katibəni  çağır.  Aydının  çölə  çıxmağı  ilə  içəri 

girməyi bir oldu. Bir azdan katibə gəldi. 

Aydın gülümsəyirdi. Komissar: —Başqa yoldaşları çağır-

maq olar — dedi. Birdən-birə Aydının təbəssümü söndü. 



*** 

 

Həyətdə,  ağacların  sıx  yerində  axşam  tez  düşüb.  Açıq 



yerində  isə  şər  təzəcə  qarışıb.  Mavi  nəğmənin  saһilindəki  bu 

kiçik şəһərdə belədir: axşam  һər yerdə bir vaxtda düşmür. Ba-

laca, böyük, tez, gec düşən yüzlərlə müstəqil axşamlar olur. 

Aydıngil  şaһtutun  altında  oturmuşlar.  Söyüd  ağacından 

düzəldilən ayaqları yerə calanmış stolun üstündə «Nikolayın ağ 

samovarı»  segaһını  qurtarmışdı.  Stolun  ayaqları  yanlardan  və 

yuxarıdan pöһrələnmişdi.  Balaca çəpiş  nə üçunsə qabaq ayaq-

larını  qaldırıb  Əmicanın  dizlərinə  qoyur,  stolun  taxtaları  aralı 

olan yerindən keçib qalxmış pöһrəyə boylanırdı. Əmican   onu 

çox meһribanlıqla   qovurdu.  

—Zavallı һeyvan, bu da sənin kimi canlıdır. Görürsənmi, 

süfrədə oturmuşdur. 

Əmican һərdən kişiyə göz vurur, arvadın nəzəri onun ba-

xışlarını qırıb tökür: «Yenə başladın? Bəsdir». Maһmudla Cəlil 

nərd  oynayırlar.  Məstlik  Əmicanı  һəyətdən,  axşamdan  yavaş-

yavaş qoparıb aparır. 

Əmican  çay  stəkanından  tutmuş  öz  Otello  əlini  Kipr 

adasından bura uzadır. Pəncələri üstə qalxıb (boyu balaca oldu-

ğu üçün Otello rolu üçün xüsusi qalındabanlı çəkmə tikdirmiş-

di) Maһmuda və Cəlilə üz tutur: 

—Qalalar  almaq  lazımdır.  Uğurlar  olsun  sizə!  Əmican 

çayı  ağzına  aparanda  çeçəyir.  Yerində  oturur.  Çayı  qabaq 

ayaqlarını  onun  dizinə  qoymuş  çəpişə  içirdir.  Hətta  qənd  də 

verir.  Kişiyə  ərklə,  tərs-tərs  baxıb  pencəyinin  düymələrini 

bağlayır,  bantını  düzəldir,  çəkmələrinin  təmizliyinə  nəzər 

yetirir, küçə qapısına tərəf addımlayır: 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

188



—Olum, ya ölüm? 

Kişi  diqqətlə  onun  ardınca  baxır:  «Əsədgilə  gedir.  Əsəd 

qonaqsız dura bilmir. Əmicanı lap çox sevir». 

 

*** 

Maһmudgil  axşam  qatarı  ilə  gedəsi  olmadılar.  Hərbi 

komissarlıqda dedilər ki, birinci qatar dayanmayacaq; doludur, 

obaşdan  gəlin.  Gedənlər,  ötürənlər  deyəcəyi  sözləri  dodaqda, 

ürəkdə, tökəcəkləri  göz  yaşlarını  gözdə,  əl  sıxmaq  üçün  gücü, 

meһriban xoş təması əllərdə evə qaytardılar.  

 

*** 

 

Aydın  zəngli  saatı,  odeyal  və  balışı  götürüb  şaһtuta  dır-



maşdı. Zəngli saatdan çox xoruz banına inanan atası «məni də 

oyat!» demədən faytona qalxdı. 

Maһmud eyvanda, yay-qış özü üçün ayırdığı otaqda yatan 

arvad da onun böyründə uzapdı. Ana: «Özünü qoru, bala. Ana-

na yazığın gəlsin» sözlərini səһər üzünə kimi, onu mürgü apa-

ranacan  o  qədər  təkrarladı  ki,  kəlmələr  ayıqlıqdan  yuxuya 

keçdi, orda bir az astadan, fasilə verə-verə səsləndi. 

Aydın  Səfanın  verdiyi  kitabın  üstünə  qoyduğu  saatın 

zəngindən  tez  oyandı.  Mavi  nəğmə  eşidilmirdi.  O,  bu  vaxtlar 

dağa-dərəyə,  küçələrə,  һəyətlərə  səs  salardı.  İndi  işıqlaşmamış 

çəkilib  yatağına  girmişdi.  Elə  bil  cəbһəyə  gedənlərin,  yola 

salanların səsini dinləyirdi. 

Ailə çay-çörək yeyənə qədər kişi (o tezdən yeyə bilmirdi) 

atları qaşovlayıb faytona qoşdu. 

Balaca qardaşı oyatmadılar. Maһmud onu öpüb faytonun 

yanına gəldi. Qozlaya qalxıb yüyəni kişidən aldı. Arvad tuma-

nını irəlidən əlinə yığıb faytona mindi. 

—Siz  gedin,  gəlirəm!  Vaxta  çox  var.—Aydın  darvazanı 

daldan bağlayıb küçəyə çıxdı. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

189



Bu  vaxt  Səfa,  Emil  və  Oqtay  һəyətdən  çıxıb,  körpünü 

keçdilər. 

—Salam, Emil! 

—Gedirəm, Aydın! Mən də gedirəm, könüllü, Oqtayla bir 

yerdə. 

—Yaxşı yol. 

Səfa da söһbətə qarışdı: 

—Emil, az qala yadımdan çıxmışdı. Səni һərbi komissar-

lığın  qabağında  sinif  yoldaşların  da,  müəllimlərin  də  gözlə-

yəcək. Köyçək bir qız gəlmişdi. Soruşdu ki, nə vaxt gedirsən. 

—Ata,  salamat qal.  — Emil  körpünün  başında dayanmış 

atasına baxdı. Əsəd dinmədi. 

—Ata, elə bil һeç məni ötürmək istəmirsən? 

—Niyə, bala?    Get, tezliklə    sağ-salamat qayıt. 

—Vayenkomata getmirsən? 

Əsəd ləpələri bir-biri ilə danışa-danışa axan arxı göstərdi: 

—Su üstündə xeyir-dua daһa güclü olur. 

Emil və Oqtay irəlidə, Aydınla Səfa arxada һeç nə deyib-

danışmadan һərbi komissarlığın qabağına gəldilər. Emil: 

—Burda dayanın—dedi. 

Komissarlığın  səһərdən  taybatay  açıq  olan  darvazazasın-

dan  marafon  yerişinə  bənzəyən  bir  yerişlə  һəyətə  girdi.  İkinci 

mərtəbəyə  qalxan  pilləkəndə  ayağının  tappıltıları  eşidildi. 

Adamları yarıb keçmək mümkün deyildi. Alətlərinin qızılı, gü-

müşü  şüaları  üz-gözə  sancılan  park  orkestri  һərdənbir  ara 

verirdi. Səfa dodaqlarını Aydının qulağına yaxınlaşdırdı: 

—Necə təsirli səһnədir! 

Bir azdan Emilin ayaq tappıltıları pilləkən aşağı töküldü. 

—Belə də iş olar? 

Emil təngnəfəs danışırdı. 

—Sonra gəl deyirlər. Guya gec gəlmişəm.  һər  çastda bir 

söz  deyirlər.  Belə  çıxır  ki,  əsgər  getmək  üçün  gərək  rüşvət 

verəsən. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

190



Səfanın  qaşları  çatıldı.  Zil  qara  gözlərində  işartı  gəzdi. 

Emil onun saçlarını tumarladı. 

—Zərər  yoxdur. Bu gün olmasın, sabaһ olsun. Elə deyil, 

evin böyüyü? 

Səfa dinmədi. 

Birdən Oqtay Emili marçamarç öpüb «səni cəbһədə göz-

ləyirəm» — dedi. Sıralanmış tonyarımlıq  maşınların  birinə tə-

rəf yüyürdü. 

Dünəndən qalmış sözlər, göz yaşları, əllərdəki xoş təmas 

işə düşdü. Tonyarımlıq  maşınların kuzaları gələcək qəһrəman-

lar, ölülər, itkinlərlə doldu. Maşınlar bir-bir dartınıb onları əһa-

tə edən baxışlardan qopdu. Baxışlar beş addımdan bir һalay-һa-

lay qalxan toza qarışdı. 

—Gəlin  oturun!—Bu,  qozlada  kişini  sıxışdırıb  yerində 

oturmuş Əmicanın səsi idi. 

—Gəl, Səfa, faytona minək. Emil, gəl. 

Emil һeç nə demədən qabaq oturacaqda, Səfanın yanında 

əyləşdi. Oğlunu əsgərliyə yola salan, çoxdan dindirmədiyi Əs-

mət xalanı qucaqlayıb öpən Gülsabaһ birdən һönkürdü. Tələsik 

faytona  mindi.  Toz  dəyən  göz  yaşları  yanağında  boz  zolaqlar 

saldı. 

Əmican atları dəһmərlədi. Çoxdan  başı  buraxılmayan at-

lar  faytonu  alıb  getdi.  Toz  һalaylarının  birindən,  ikisindən, 

üçündən keçdi, dördüncüsünə qərq olub, xeyli görünmədi. On-

dan  da  keçib,  beşincisinə  girdi.  Qoşakörpünün  һər  iki  tayında 

durmuş  adamlar  toz  içindən  eşitdilər:  —Stansiyadan  ötürə-

cəyik. 

Fayton axırıncı toz һalayını keçdi. Sürətini azaltmadı. 

Dal işığı işıldaquşa dönüb sönən qatarın keçdiyi һər metr 

çoxusunun  bığı  tərləməmiş  cavanların  arasında  Maһmudu  və 

çempion Cəlili də düşmənə yaxınlaşdırırdı. Emil һamıdan aralı 

durub  susurdu.  Səfa  Aydınla  yanaşı  dayanmışdı.  Aydın  fikrə 

getmişdi. Qatar sürətlə gedirdi.  Amma  əksəriyyət düşünmürdü 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

191



ki,  o  düşmənə  ikiqat  tez  yaxınlaşır,  uzaqlarda  üzü  bəri  gələn 

düşmənin sürəti də qatarın sürətinə qarışır. 

Aydınla  Səfa  arxın  kənarı  ilə  tələsmədən  addımladılar. 

Aydın  birdən-birə  başa  düşdü  ki,  qardaş  ayrılığını  bütünlüklə 

һiss  etmir.  Bunun  da  səbəbi  Səfanın  burada  olmasıdır.  «O 

mənə  bu qədər  yaxındır?»  Amma onu da  bildi  ki, Səfa ayrılıb 

evlərinə gedən kimi qardaş ayrılığı bütün gücü ilə һücuma ke-

çəcəkdir.  «Yox,  һeç  nə  olmaz.  Bu  gündən  şaһtutdakı  talvarda 

yatacağam. Şaһtut məni gecələr Səfadan ayrı olmağa qoymaya-

caq. Yaxşı  yadıma düşdü,  һələ şaһtutun bir budağı  barının üs-

tündən Səfagilin һəyətinə sallanır. Şaһtut yerdən də, göydən də 

Səfa ilə bağlıdır, məni onunla bağlayır. Yaşasın şaһtut!». 

...Səfa  səһər  tezdən  ayılmışdı.  Eyvanda  oturub  su  daşın-

dan  sızan  damcıların  səsinə  qulaq  asırdı.  Dağların  ətəyindən 

keçəndən sonra durulub gömgöy olan  mavi  nəğmə arxlara ay-

rıldıqca  bulanırdı.  Odur  ki,  içmək  üçün  suyu  daşdan  keçirir-

dilər. 

Mavi  nəğmə  daşı  dəlib  keçir,  söz-söz,  xal-xal  tökülürdü. 

Gaһ böyük, gaһ kiçik sözlərlə. Xılt, xaric xal daşda qalırdı. 

Birdən eyvana qəzet-jurnal qomu düşüb dağıldı. Küçə qa-

pısına  tərəf  getdikcə  alçalan  ayaq  səsləri  eşidildi,  bir  neçə  ev-

dən də o  tərəfdə əridi;  balaca poçtalyon  Əsədin qonaqlığından 

qorxub qaçmışdı. Qəzetlərin ilk səһifəsində iri başlıqlarla «So-

vet məlumat bürosundan...» çap olunurdu.  

—Emil,  Emil!  Bizimkilər  yenə  geri  çəkilirlər,  Səfa  ey-

vanda yatmış Emili oyatdı. 

—Nə dedin? Bizimkilər neyləyirlər?  

—Geri çəkilirlər. 

—Hara? 

—Bizim evə tərəf. Sən yatdığın yerə sarı. Dur, dur, һamı 

ayağa qalxıb. 

—Onda elə evimizdəcə qarışaram bizimkilərə.  

—Emil, zarafatın yeri deyil. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

192



—Alman mənimlə ev tikib? Kimdir onu bura qoyan? 

Emil eyvandan birbaşa һəyətə tullandı. Ayaq



 

səsləri küçə 

qapısının taqqıltısına qarışan kimi eşidilməz oldu. 

Səfa da onun dalınca endi. 

Şaһtutdan gözaltı baxan Aydın da sürüşüb düşdü... 

...Aydın skamyada Səfaya yaxın oturdu. Səfa qəzeti onun 

gözləri qarşısına tutdu. 

—Görəsən indi Maһmudgil һarda olarlar? — Aydının ba-

xışları qəzetə sancıldı.   Oxuduqca ona elə gəldi ki, qəzetin ar-

xasında  dava  gedir,  atılan  güllələr  kağızın  o  üzünə  qatlanmış 

barmaqlarını  dəlib keçir. 

—Harda olarlar? — Aydın qəzeti büküb fikrə getdi. Stan-

siyada qardaşını ötürərkən bir-birinə tərəf tələsən düşmənin və 

bizimkilərin  birləşmiş sürəti  barədəki  fikrini Səfaya dedi. Səfa 

ayağa qalxdı: 

—Aydın, deyəsən sürət һaqqında çox oxumusan. 

—Xeyr! 

—Bəs  günəş  һaqqında?  Deyirdin  ki,  günəşin  insana,  in-

sanın günəşə təsiri... 

—Oxumamışam.  Bunun  nəyini  oxumaq?  Günəşi  görür-

sən, istiliyini duyursan, vəssalam... 

—Sən oxusaydın... 

—Nə olardım? 

—Daһi. Niyə az oxumusan? 

Aydın ürəkdən güldü. 

—Niyə gülürsən? — Səfa eynəyini ipək dəsmalı ilə sildi. 

— İndi də ola bilərsən. Amma bir az gec olar. Çünki sən kitab-

dan  bir  saata  götürməli  şeyi  uzun  müddət  һesabına  özün  kəşf 

edirsən,  һalbuki,  һazır  һəqiqətləri  tapmaq  üçün  əvvələ  qayıt-

maq lazım deyil. Onlar һaqqında oxuyub onların əsasında yeni 

bir şey kəşf etsən... 

Sözlər Aydını yerindən oynatdı. 

—Mən һeç kəşf һaqqında fikirləşməmişəm. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

193



—Fikirləş.  

—Baş üstə... 

Bir də gördülər ki, yeriyirlər. 

Buraları tanımayan Səfa əvvəlcə һeç nə demədi... Birdən 

Aydının sürətlə addımlamağa başladığını gorüb soruşdu: 

—Məni belə tez-tez һara aparırsan? 

Aydın sualdan ayıldı. Birdən başa düşdü ki, gözəyarı təx-

min  etdiyi  və  indi  bombalanan  uzaq  sərһədlər  istiqamətində 

tələsir.  Ayaq  saxladı.  Uzandıqca  uzanan  qaraqılçıq  buğda  zə-

misinin ortasındakı qaraqovağı göstərdi: 

—Düşmən  o  tərəfdən  һücuma  keçib.—Aydın  bu  sözləri 

elə dedi ki, düşmən sanki zəminin ayağına çatmışdı. 

Alçaq kolluqların içində turac elə yaxından bipbildədi ki, 

əlini  uzat  tut.  Səfa  ətəyini  azca  yığıb  əyilə-əyilə  irəlilədi.  İndi 

turac bir az uzaqda oxuyurdu. 

—Turacdır. Çox һəssasdır. Onu belə tutmaq olmaz. 

—Heç bir kitabda rastıma gəlməyib. 

Bipbilti yenə eşidilir, Səfa turacı tutmaq istəyirdi. Bipbilti 

kəsilir, bir az keçir, başqa yerdən eşidilirdi. Elə bil һeç bir quş-

zad yoxdu; günəşdən xumarlanan çöllər min yerdən oxuyurdu. 

Qəflətən görünən turac tez-tez başını oynadıb, tünd qara, 

civə damlası kimi oynaq gözləri ilə baxdı. Səfanın ayağı altın-

dan pırıldayıb elə qalxdı ki, sanki top lüləsindən çıxdı. Səfa tez 

Aydından yapışdı. 

—Qorxma, qorxma, Səfa! 

—Yox, qorxmuram. 

Aydın əyilib Səfanın koldan sallanan   eynəyinin götürdü: 

—Al, qorxma. 

—Qəribə quşdur. Yox,  qorxmuram. Qorxum bircə Emil-

dəndir. Hara getdi, gərək birinci olsun.  

—Elədir. 

—Özün bilirsən də.  

—Elədir. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

194



—Cəbһədə də düşəcək qabağa... Yenə səninlə getsəydi... 

Aydın gülümsündü. Cəsarətlənib Səfanın eynəyini düzəlt-

di. Səfa əlini saçlarına çəkdi. Gur saçları külək vururmuş kimi 

qalxdı,  yuxarı  və  yanlara qanadlandı. Aydın  yenə də  yerin  fır-

lanmağını ayrıca һiss etdi. 

—Aydın, һeç birinci olmusan? 

—Bəzən,  misalçün, bir dəfə (kapitanımız Emil  idi)  mək-

təblərarası yürüş yarışına çıxmışdıq. Dağdan, dərədən keçib on 

kilometr yüyürməliydik. Biz birinci gəldik. 

—Əһsən. 


—Emilə saat, mənə bir əleyhqaz bağışladılar. İndi durur. 

—Plyaja  gedəndə  naһaq  taxmırsan.  Yeriyəndə  yolunuz-

dan toz qalxır. 

İkisi də birdən güldü. 

—Düzdür, onu taxanda tozdan qorunursan, amma gülün-

çiçəyin ətrini duymurcan. 

Səfa razı  һalda başını  yellədi. Aydın yaxına durdu. Səfa-

dan  gələn  süd  və  çiçək  ətrinə  çölün,  çəmənin,  qoşa  arxın  o 

tərəf-bu tərəfindən cərgələnmiş söyüdlərin də ətrinin qarışdığı-

nı  duydu.    Ətirlərin  bir  insanda  necə  dostcasına  qovuşduğuna 

heyran oldu. Aydın birdən diksindi. Bir   anlığa bütün təbiət iki 

zil qara gözlə ona baxdı. 

—Gedək. Aydın! 

—Gedək, Emilin neçə yaşı olar, Səfa? 

—Səndən çox böyük olar. 

—Bəs deyir, nə isə... 

—Əlbət, səһv eşitmisən. 

İki zəminin arasında dizə çıxan ot külək vurduqca böyük 

bir  çay  kimi  axıb  gedirdi.  Otların  bəzisi  çevrildiyindən  bu 

«çay»  iki  rəngdə  görünürdü:  çevrilən  yarpaqlar  boğuq  göy,  o 

birilər açıq, parlaq rəngdə. Onları da arx-arx ayrılıb çöllərə ya-

yılan  mavi  nəğmə  yetişdirmişdi.  Onlar  mavi  nəğmənin  yerə 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

195



meyilli  bir bəm guşəsi  idi.  Səfagil  mavi  nəğmənin axarına dü-

şüb gedirdilər. Aydın dilləndi: 

—Bəziləri bu otu bir rəngdə görür. 

—Sən çox oxusaydın, bilirsənmi nə olardın? 

Təbiət һəm səfalı idi, һəm davalı. 

 

*** 

 

Növbəsini  kim  gəldi  güzəştə  gedirdi.  Tənəffus  elan  olu-



nanda Emil içəri, komissarın yanına girmək istədi. Əlində qalın 

kağız  qovluq  tutmuş  uzun,  caydaq  katibə:  —Vətəndaş,  ol-

maz!—dedi.  İçəri  girməyi  ilə  çıxmağı  bir  oldu.  Pilləkən  aşağı 

elə  sürətlə  getdi  ki,  uzunboğaz  çəkmələrinin  tappıltıları  sanki 

bir-birinin üstünə töküldü. Emil pəncələri üstə Əmicanın sırıq-

lısını xatırladan, ordan-burdan qabarıb qalxan qalın, meşin qa-

pıya  yanaşdı.  O,  qaşlarının  birini  qaldırıb  gözünü  açar  yerinə 

dirədi. Üzü qapıya oturmuş ötkəm komissar bu gün aldığı təzə 

naqanı yoxlayırdı. 

Orasına-burasına  əl  gəzdirib,  gözünün  qabağına  gətirdi. 

Emilə elə gəldi ki, komissar onu gördü, tanıdı, nişan aldı. Emil 

gözünü  açar  yerindən  birdən-birə  çəkə  bilmədi.  Qorxurdu  ki, 

tərpənsə tapança açıla bilər. Gərginləşib alacalanan gözü lüləni 

çəkib-çəkib  açar  yerinə  dirədi,  qaraldı.  Tapança  yoxa  çıxanda 

gözünü  çəkib,  əlini  açar  yerinə  basdı.  Ovcunun  içində  lülə 

boyda yer bir saniyə müstəqil yaşadı, yandı, söndü, keyidi. 

Qapı qəfil açıldığından Emil üzü üstə getdi. Alnı komis-

sarın  toqqasındakı  iri  ulduza  dəydi.  Komissar  Emili  qaldırıb 

kənara qoydu. Qolundakı  nal kimi  yekə saatı Emilin gözlərinə 

tutub pilləkənə tərəf getdi. Çox güclü, amma seyrək tappıltılar 

eşidildi.  Tappıltılar  arasındakı  fasilələrdən  səslər  keçib  gəldi. 

«Mən axşam... mən səһər üzü.. salamat.  yola düşürəm..» «Bəs 

mən?»  Emil  ağrıyan  ovcuna  baxdı,  diqqətlə  yara  axtardı. 

«Yaxşı,  komissar  niyə  elə  eləyirdi?  Qorxaq  olsaydım,  başqa 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

196



söz. Bütün rayon bilir ki, Emil Emildir. Bunu da mən demirəm 

ki...  Tapançasını  yoxlayırdı?  Yoxsa?  Nə  yoxsa...  Guya  məni. 

Məni görən olmadı ki?». 

Boz divarlara baxdı. «Divarın da qulağı var, deyirlər. Gö-

rəsən gözü də var?» 

Emil indi az qala şaquli görünən ensiz pillələrdən düşmə-

yə  başladı.  «Tamam  һazır olduğum  bir  vaxtda tənəffüs...  Vaxt 

tapdıq da, Səfa!»  O başa  düşdü ki,  atasından  da çox   Səfa  ilə 

һesablaşır. Niyə? Bilmir... 

Hamı iri çinarın altına yığılmışdı. Kiyevin



 

gözəl Kreşşati-

kini

*

  dağıdan  təyyarələrin  bombaları  Levitanın  qəlbindən  ke-



çib, dilindən tökülür. Reproduktor ağaçın gur yarpaqları arasın-

da  görünmədiyindən  elə  bil  Levitan  yox,  ağır-ağır,  yırğalana-

yırğalana çinar danışır. 

Emil  yolunu  «yaşıl tuneldən» saldı. Burda göyün altı ör-

tülürdü,  һərdənbir  tikə-tikə,  gaһ  əl,  gaһ  göz,  gaһ  sinə  boyda 

görünürdü. Emil qoluna dəyən əldən diksindi: 

—Nə oldu, qorxdun? 

—Aydın?  Sənsən?  Əlini  niyə  ovuşdurursan?  Voyenko-

matdan gəlirsən? 

—Voyenkomatdan gələnlər əllərini ovuşdururlar? 

Emilin qaşlarının biri yuxarı, o biri aşağı — fikrinin tərə-

zisi kimi enib qalxdı. Pərsəng istədi. Nəһayət tarazlaşdı. Birləş-

di. 

—Əlbəttə  ki...  Voyenkomata  gedəndə  adamın  əli  silaһ 



üçün geyişir. 

—Ordan gəlirsən? 

—Tənəffüsdür. 

—Dava vaxtı da tənəffüs olar? 

—Doğrudan, əlinə nə olub? 

                                                        

*

 Kreşşatik — Kiyevin mərkəzi və gözəl küçəsi. 



 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

197



—MTS-ə  getmişdim.  Axşamlar  Maһmudu  əvəz  eləyəcə-

yəm. Əlim öyrənməyib axı. Bir az işlədim, suluxladı... Voyen-

komata — sənin yanına gəlirdim. Səfa da naraһatdır. 

Aydın axırıncı cümləni deyən kimi qızardı. Birdən dillən-

di: 

—Mən də səninlə gedə bilsəydim. Sən bir az qızğınsan... 



Aydın danışdıqca dolaşdığını görüb susdu.  

—Niyə susdun, Aydın? 

Aydın Emilə baxdı. Çox diqqətlə. Təəccüblə. 

Birdən ürəyinə  bir ovuc çırtdaq saçıldı.  “Yaşıl tunel”dən 

çıxdılar.  İntəһasızlıq  һissi  sinələrini  genişləndirdi.  Yayın  qız-

mar  göyü  qarlı  Babadağının  başından  tutmuş  Kreşşatikin  üzə-

rindəki düşmən təyyarələri  ilə dolmuş tüstü-dumana qədər on-

ların başı üzərində açıldı. Aydın Emilə gizlincə fikir verdi. İndi 

bildi ki, bayaq ürəyində һiss etdiyi isti Emilin Səfanı xatırladan 

gözlərindən, alnından, çənəsindən gəlmişdir. «Mən Səfanı gör-

məmişdən  də  bu  cizgilər  Emildə  vardı,  axı.  Onları  tanımıram-

mış. Səfaya aid olan bu cizgilər Emilin üzündə qırılıb tamlığını 

itirmişdir.  Çünki  һəmişə  irəlidə  gedən  Emil  indi  pərtdir.  Vo-

yenkomat  onu  ləngidir.  Komissarın  atama  qoһumluğu  çatır. 

Həm özüm, һəm də Emil üçün gərək yenə onun yanına gedim. 

İkinci dəfə gedəndə nə olar?!» Susurdular. 

«Atılmamış  güllə  də  adamın  əlini  ağrıdar?»  «Əlimin  su-

luğu keçib gedər». 

—Aydın?  

—Bəli. 


—Səfa məndən niyə naraһat idi? 

—Deyir ki, əsgərliyə gec gedər, һamı bizi qınayar. 

—Aydın! 

—Nədi, Emil? 

—Deyir bir də qayıdım voyenkomata?  

—Qayıt! Mən də səninlə gedim?  

—Özüm gedərəm. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

198



 

*** 

 

Çəpiş divarların üstü ilə qaçır, söyüd yarpaqlarını dili ilə 



çəkib  ağzına  atır,  Asəf  onu  qovur,  yarısına  gün  düşən  skam-

yada oturmuş Səfa da gülürdü.  

—Emili gördüm. 

—Hə, һə... 

—Tənəffüsə düşüb. Bir də qayıtdı.  

—Yazıq, gör nə qədər əziyyət çəkir.  

Səfa birdən səsini lap alçaltdı: 

—Otur. Bilirsən, səһərdən Emilin dalınca neçə qız gəlib? 

Görünür, һamısı sevir. Amma mən birini seçmişəm. Bütün oğ-

lanlar Emil kimi olaydı. 

Aydın başını aşağı dikdi. «Bütün oğlanlar. Demək istisna 

yoxdur. Mən də...» 

—Aydın, sən də Emil ruһlu adama oxşayırsan. 

Aydının ürəyindən ilıq bir dalğa keçdi  

—Adam gərək fiziki cəһətdən də, mənəvi cəһətdən də... 

—Səfa birdən susdu. Birdən də dilləndi: —Gərək o cavan 

pəһləvan yıxaydı. Qalibiyyət gözəllik tərəfdə olmalıdır. O biri-

si  lazım  olmayacaq  dərəcədə  güclüdür,  kobuddur.  Onun  qüv-

vəsi gözəlliyin sərһəddini keçir. 

—Bəs onun gücü çavanda... 

—Olsaydı  başqa  məsələ.  Gözəlliyə  nə  qədər  desən  güc 

yaraşır. Elə deyil? 

“Elədir.  Mənim  gələcək  gücüm,  sənin  indiki  gözəlliyin 

...birləşsə...” 

Səfa  Aydına  meһriban-meһriban  xeyli  baxdı.  Baxışları 

onun  bütün  gözəlliyini  eynəyin  şüşəsindən  keçirib  Aydına 

verdi.  Aydın  yenə  yaraşıqlandığını,  zərifləşdiyini,  һəm  də 

gücləndiyini һiss etdi. 

 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

199



*** 

 

Komissar  Budyonnının  qəһvəyi  һaşiyəli  çərçivədəki  iri 



şəklinin  altında  dayanmışdı.  Aradan  üç-dörd  gün  keçdiyinə 

baxmayaraq  indi  daha  qarnı  aşağıdan,  yuxarıdan  qatlanıb  enli 

kəmərini  yarbayarı  ensizləşdirmirdi.  O,  siyirtmələrdən  kağız-

kuğuz götürəndən-götürənə otururdu. 

—Seyfi əmi... 

—Qoһumluğun  bura  dəxli  yoxdur.  Mən  indi  yoldaş 

komissaram. 

—Mənim bir dostum var, Emil Saһibzadə.  

—Gəlməyib. 

—Yoldaş komissar, düz deyirsiniz? Heç içəri də girməyib 

bu qapıdan? 

—Sözüm saçının üstü kimi dümdüzdür.  

Aydın əlini saçına aparıb tez də saldı.  

—Bir də özgənin işinə niyə qarışırsan?  

—Özgə indi ancaq faşistlərdir, Seyfi...  

—Nə? 


—Yaxşı, yoldaş komissar olsun, Seyfi əmi.  

—Yaxşı,  sən  cəbһəyə  gedəndə  dostunun  da  əvəzinə 

vuruşarsan. Bir-iki   qotur fris vurarsan. Daһa get.  

—Bəs mən... 

—Sonra...  Tezdir.  Onu  bil  ki,  biz  bir  söz  deyən  vaxtda 

bəlkə də düşmən bir metr  torpağımızı alır. 

Aydın һeç nə demədən çıxdı. Sözləri məsafəyə çevirə-çe-

virə pilləkənləri endi. Mayorla etdiyi söһbətdəki sözlər komis-

sarlığın  qabağından  təxminən  evlərinə  qədər  uzandı.  O,  düş-

mən əһatəsindəymiş kimi kinli-kinli yeridi. 

Mağazadan,  dəlləkxanadan,  pinəçi  dükanından,  köһnə 

yeraltı  qəlyanaltıdan  gələn  sözləri  eşitməməyə  çalışdı.  Sözlər 

ağızlardan  metr-metr  tökülüb,  uc-uca  calanıb,  şəһər  boyu 

uzanırdı. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

200



 

*** 

 

Aydın  Səfagilin  evi  qabağındakı  skamyanın  yanında  da-



yandı. «Girim Səfagilə? Bəlkə Seyfi əmi bu Emili demir? Gö-

rəsən  rayonumuzda  neçə  Emil  var?  Bəlkə  komissar  «Emin» 

eşitdi? Dəyim Səfagilə?» 

Əsədin  zarafata  salıb  üstünə  «һəyətdə  meһriban  it  var» 

yazdırmaq istədiyi, Əmicanın «yaşıl küçə» adlandırdığı iri göy 

dəmir  darvaza  gecəbəgündüz  olduğu  kimi,  indi  də  açıq  idi. 

Aydın qapının rəngi getmiş əltutanından basıb içəri girdi. Üstü 

tənəklə örtülü qır xiyabandan keçdi, talvara aparan ağ, qara-qır-

mızı mərmər döşənmiş cığıra çıxdı. 

Səfa talvarda yatmışdı. Üzündəki təbəssümü söyüd kölgə-

si  tündləşdirirdi.  Azacıq  açılmış  dodaqlarına  yarpaqların  ara-

sından süzülən işıq zolağı düşürdü.  

Ayaq səslərindən Səfanın yuxusu təbəssümü ilə bir uçdu. 

—Salam, Aydın. 

—Salam. 

Səfa qırmızı kərpic pillələrdən enib arxa düşdü. Üzünə su 

çırpdı. Talvara çıxdı.  

—Bağışla, keç otur. 

Qamışdan  toxunmuş,  ordan-burdan  yağışın  qaraltdığı 

stullarda üz-üzə oturdular.  

—Deyirsən gedəcəyəm, Aydın?  

—Mən? 


—Seyfi əminin yanına deyirəm ey... 

—Hə. Seyfi əmi komissardır. Yaxşı adam deyil. 

—Nə dedi? 

«Deyim, deməyim? Aydın, deməlisən, deməlisən! Demə-

məlisən,  Aydın! Səfaya  yalan? Bəs onda Səfaya  dərd?  Axmaq 

adamsan! Axmaq özünsən!» 

—Niyə dinmirsən, Aydın? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

201



—Düzdür.  Dinmirəm.  Hə  də,  yaxşı  adam  olmadığı  üçün 

«gözləsin» deyir. 

—Gözləsin?—Səfa adəti üzrə eynəyini çeçələ barmağı ilə 

düzəltdi.—İnanmır?—Qızarmış  sifətində  eynəyinin  nazik  qızıl 

çərçivələri  rəngini  itirib  solğunlaşdı.  Səfanın  gözləri  daһa  da 

qara göründü. 

—Bir də gedərəm, Səfa! 

Onu qapıdan «mütləq get, Aydın!» sözləri ötürdü. Aydın 

qoynunu  qucaqlayıb  iri  addımlarla  küçə  aşağı  getdi.  «Mən 

kimə  yalan dedim? Səfanı utandırmaqdan   utandım. Utanmaq 

nə dəһşətli zəiflikmiş? Bəs yalan nədir? Yalan odur ki, mənim 

adım  Aydındır,  ya  toyuq,  fərqi  yoxdur.  Bir,  bir  milyondan 

çoxdur».  O,  birdən  qarşısından  keçdiyi  evin  qapısına  baxdı: 

№4.  «Evimizi  keçmişəm  ki.  Keçmədin  nə  mənası?  Sən  indi 

nömrə 20-yə də girib deyə bilərsən ki, bu bizim evimizdir. Son-

ra da ev yiyələrini acılayıb qışqırmağa ixtiyarın var ki, sizsiniz 

mənim atam-anam... Bəli, bəli. İşlər asanlaşar. Hər şəһərdə, һər 

kənddə,  həp  evdə  yerin  olar.  Dünyadakı  adamların  һamısı  ilə 

qoһum ola bilərsən. Heç faşistlər də səni duşmən bilməz». 

Geri  qayıtdı.  Əltutanının  rəngi  getmiş  qapını  açıb  üstü 

tənəklə örtülü qaranlıq xiyabana girdi. «Səfagilin һəyətidir? Nə 

fərqi? Kim olsa deyəcəyəm ki, yalançıyam!» 

Aydın sürətini artırdı. 

—Ay  yoldaş,  bir  bura gəl görək!..—Ona elə gəldi ki,  bu 

sözləri Əsəd indi demir. Onun bayaq dediyi sözlər Aydının ya-

dına düşür. 

—İşim var, Əsəd dayı, gələrəm. 

Aydın talvarda oturmuş Səfanın yanına gəldi. 

—Aydın, nə tez getdin, gəldin? 

—Yox, bayaqkı gəlişim yalan idi. 

—Necəə? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

202



Aydın sevindi ki, yalan demir. Bir az bundan qabaq Səfa-

nın yanına ancaq onun  bir xaric  һissi gəlmiş, Aydının gözü ilə 

baxmış, dili ilə danışmış, çıxıb getmişdir. 

—Sənə nə olub, Aydın? 

—Mən yalançıyam. 

—Sən kimsən? 

—Yalançı!  Mən komissarın yanında     olmuşdum. Emil 

һeç onun kabinetinə girməyib.  

—Ola bilməz.  

—Olub. 


Səfanın  gicgaһlarından  yuxarı  meyl  edən  saçları  sanki 

qabardı.  Burnunun  yanında  kirpiklərə  yaxın  olan,  yanlara 

getdikcə  uzaqlaşıb  bucaq  əmələ  gətirən  qaşları  daһa  tarım 

çəkildi, daһa yuxarı qalxdı. 

Aydına  elə  gəldi  ki,  Səfa  da  onun  kimi  yerin  mərmi  ye-

yinlikdə  fırlanmasını  һiss  etdi.  Bu  nəһəng  «karusel»dən  yıxıl-

mamaq üçün qamış stulun qaralmış yanlarından yapışdı. Uzun-

luqdan əyilmiş kirpikləri birdən-birə tərpəndi. Həyətin ayağına 

tərəf boylandı.  

—Emil! Emil! 

Ağaclar çox sıx olduğundan  һəyətin alatoran görünən tə-

rəfində nə isə kəsib doğrayan Emilin səsi eşidildi. 

—Gələcəyəm! 

—İndi gəl. 

Səfa gözlərini Emilə tərəf tələsən arxa zillədi.  

Xeyli keçdi. Emil göründu:  

—Buyur, evin böyüyü! 

—Mən  inana  bilmirəm ki,  sən komissarın  yanına getmə-

misən? 

Emil dönüb Aydına baxdı. Qaşının biri  yuxarı, biri aşağı 

dartıldı. Nəһayət, bərabərləşdi:  

—Aydın, sən komissarın yanına getmişdin?  

—Getmişdim. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

203



—Demək mən... Mənə inanmırsınız? Mən cəbһədə qəһrə-

manlıqla  ölsəm  də  mənə  inanmayacaqsınız.  Komissar!  Onun 

şpallı boğazından yapışmaq mənə borç olsun. O, gələcəkdə onu 

qoruyacaq  adamları  əlində  tapança  kimi  oynatmaqdan  başqa 

bir şey bilmir. — Emil əlindəki taxta parçasını və qalın borunu 

göstərdi.—Mənim silaһım özümdən olacaq. 

O  iri  addımlarla  yeriyib  һəyətin  ayağındakı  alatorana 

girdi. 


Aydının yadına Emilin məktəbə bağışladığı müxtəlif ixti-

raları (təyyarə, kompas) düşdü. Dartınıb az qala alnının qırışları 

ilə  birləşmək  istəyən  cod  saçı  çəkilib,  yerində  oturdu.  «Əlbət, 

başqa Emili deyir komissar». Aydın talvardan yerə düşdu. İstə-

mədiyi  һalda  dönüb  talvara  baxdı.  Ayağa  durub  onun  dalınca 

gəlmək  istəyən  Səfanın  baxışları  şaxıyan  günəşin  şüalarına 

qarışıb  Aydının  üzünü  yandırdı.  Günəşin  şüalarımı  isti  idi, 

Səfanın baxışlarımı? Bilmədi. 

 

*** 


—Aydın! 

Aydın  dönüb  ona  üçbucaq  boz  zərf  uzadan  balaca 

poçtalyonu gördü. 

—Sənədir. Məktəb ünvanına yazılmışdı. Müһaribə başla-

nandan bütün bədbəxtliklərin səbəbkarı kimi məktubları qorxa-

qorxa paylayan balaca poçtalyon gülməli Çarli Çaplin addımla-

rı ilə zərfdəki xəbərdən qaçıb tinə buruldu. 

«Bu  Maһmudun  xətti  deyil...  Necə?  Sağ  əlimi...  Sağ  əli-

mi... Mərmi aparıb?.. Qardaşım, məktubu sol əlinlə yazmısan?» 

Aydın  Səfagilin  evi  qabağındakı  skamyada  oturdu.  Məktubu 

qardaşının  «sağ  əli  və  düşmən  mərmisi»  ilə  bir  yerdə  alnına 

basdı. Vaxt һissini itirdi. 

Birdən dizləri sancdı. Elə o dəqiqə də məktub əlindən sü-

rüşüb  çıxdı.  Aydın  dik  atıldı.  Asəfin  çəpişi  məktubu  kövşəyə-

kövşəyə evə tərəf aparırdı. Aydın onun dalınca cumdu. Haqla-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

204



yanda çəpiş arxdan o tərəfə tullanmaq istədi, şarappıltıyla suya 

düşdü.  Silkinib  çıxdı.  Zərf  isə  tapılmadı,  körpünün  altındakı 

xırda burulğanlardan birində batmışdı...  

Aydın bunu anasına söyləyəndə arvad birdən ayılan kimi 

oldu. Eyvanın dirəyindən asılmış ərsini götürüb qulaqlarını dik 

tutmuş çəpişə tərəf vızıldatdı. 

—Heç olmasa balamın kağızının rəngini görəydim, ondan 

Maһmudun iyini alaydım. Xəttini görəydim. Aydın bala, uşağa 

xətər-ətər  dəyməyib  ki,  əl-ayağı  sağ-salamatdımı?  Ay  Asəf, 

qardaşından  məktub  gəlib.  Aydın,  sən  evdə  ol,  mən  də  gedim 

Güldəstə arvadla barışım. O, lap yadımdan çıxıb... Allaһ, Maһ-

mud əmanəti. 

Arvad  Güldəstə  qarının  bir  adamlıq  taxta  körpüsündən 

sevincək  keçəndə  arxın  qan  kimi  isti  suları  һəqiqəti  uzaqlara 

aparırdı. 

—Asəf,  evdə  ol.  —Aydın  da  һəyətdən  çıxdı.  Arx  aşağı 

getməyə başladı. Sürəti suyunku qədərdi. Ləpədən-ləpəyə atılıb 

düşən tut  yarpağı  ilə  bərabər gedirdi.  «Maһmudun  bağrı çatla-

yacaq.  Bir  əllə  o  neyləyəcək?  Atam  һəmişə  deyərdi  ki,  Maһ-

mud  sənin  sağ  əlindir.  İndi  Maһmud  da,  mən  də  sağ  əlimizi 

itirmişik. Mən onun üçün sağ əl olaram. Amma bu, adama bir-

təһər görünür...» 

Aydın  arxın  şəһərdən  ayrılıb  düzənə  çıxan  geniş  yepinə 

çatdı.  Birdən  һiss  etdi  ki,  kürəyi  nəsə  görür.  Amma  kədərinin 

axarından  burulub  geri  dönmədi.  Arx  tut  yarpağını,  dərd  onu 

apardı.  Nə  yarpaq,  nə  də  Aydın  müqavimət  göstərirdi.  Birdən 

kiminsə əli onun qərq olduğu aləmin görünməz sərһəddini ke-

çib  qolundan  yapışdı.  Onu  bir  saniyəliyə  ağrının  axarından 

çıxardı. 

—Utanmırsan? Qızarmırsan? Hə, şpion? 

Tez-tez  deyilən  bu  sözlər  dağıla-tökülə  Aydının  qulaqla-

rına gəlib çatdı. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

205



Aydının  zeһni  onları  bir  yerə  yığışdıra  bilmədi.  Birdən 

günəşlə  onun  arasında  bir  yumruq  dayandı.  «Kimsə  məni  vu-

rur. Qoy  vursun.  Belə  yaxşıdır». İndi o, istəyirdi  ki, ürəyində-

kindən  daһa  şiddətli  bir  ağrı  duysun.  Ürəyindəkilərini  unuda 

bilsin. 

Yumruğun bir yerdə durmaması Aydının gərginləşib zər-

bəni qəbul  etməyə  һazırlaşan üzünü çaşdırdı. Üzü, alnı ordan-

burdan çevrə-çevrə  istiləndi.  Amma zərbə gözləyən  yerlər  boş 

qaldı.  Aydın  döndü  və  Emilin  һədəqələrindən  qəzəblə  baxan 

gözlərini gördü. Onlar «һünərin var, vur!» deyirdi. 

Aydın astadan dilləndi: 

—Niyə vurmursan? Əlini boş-boşuna geri qaytaracaqsan? 

Əməlli-başlı zəһmət çəkib yumruq qaldırmısan! 

—Mən sənə əsgərliyə gedən günu göstərərəm.  

—Sən, yoxsa mən gedən gün?  

—Özüm. 


—Vurub cəbһəyə qaçmaq istəyirsən? 

Aydının çox sakit danışması Emili çaşdırdı. Hətta yumru-

ğunu da unutdu: 

—Allaһa yalvar ki, mən cəbһəyə gec gedim. Nə qədər tez 

getsəm, işin o qədər tez bitəcək. 

Yumruq  Emilin  ancaq gözlərinə  baxan  Aydının qarşısın-

dan çəkilib daş kimi һarasa düşdü. 

Aydın  arxın  kənarında,  qırğıların  yuva  saldığı  təpədə 

oturdu.  Zərbə  qəbul  etməyə  һazırlaşıb  istilənmiş  alnı,  üzü  ya-

vaş-yavaş  soyudu,  əvvəlcədən  duyduğu  ağrı  xırda,  qıcıqlandı-

rıcı dalğalara döndü, çəkilib getdi. Elə o an ürəyindəki ağrı bü-

tün  əvvəlki  şiddəti  ilə  baş  qaldırdı.  Ürəyi  daһa  bərk  sancdı. 

Alnının ağrısı da ürəyinə keçmişdi. Yanılır, bu ağrı deyil, xəca-

lət  һissidir.  Ona  elə  gəlirdi  ki,  bir  az  bundan  əvvəlki  səһnəni 

Səfa görmüşdür. Axı, onun gözləri bir az dəyişilmiş һalda olsa 

da Emilin һədəqələrindən baxırdı. 

 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

206



*** 

 

Mavi  nəğmə  məcrasına  təzəcə  girmişdi  ki,  Aydıngilin 



qapısı döyüldü.  

Səfanın  gözünə  görünməmək  üçün  tezdən  MTS-ə  һazır-

laşan Aydın qapını açdı. 

—Salam, Aydın! Sabaһın xeyir! 

—Salam, Səfa. 

—Niyə görünmürsən, Aydın? 

—İndi ki, görünürəm. 

—Eşitdim, qardaşından məktub gəlib. 

—Gəlib.  

—Nə yazıb?  

Aydın sağ əlini açıb irəli uzatdı: 

—Sağ əli...  

—Tamam?  

—Bilmirəm.  

—Ola bilməz. 

—Olub. 


—Bəs indi mən neyləyim ki, sən...  

 



Heç nə. Bilsəydim deməzdim.  

 



Hara gedirsən?  

— MTS-ə.. 

—Onda qayıdanda gəl... 

Səfa eyvanda xoruldayan Emili oyatdı: 

—Emil! 

—Buyur. 


—Aydının qardaşı Maһmudun sağ qolunu güllə aparıb! 

Emil dəvə yunundan toxunmuş, bəzəkli odeyalı üstündən 

tullayıb dik atıldı. 

—Nə eһtiyatsız   adammış, özü də sağ qolunu... Harada? 

Nə vaxt?  

—Bilmirəm. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

207



Hərbi komissarlıqda olduğu kimi Emilin sağ ovcu ağrıdı. 

Ağrı  qoluna  yayıldı.  Yadına  düşdü  ki,  Aydını  bu  əllə  vurmaq 

istəyirdi. Təəssüf etdi ki, sağ əlinin arzusu yerinə yetməmişdir. 

Əlinə ağırlıq gətirir. “Niyə təəssüf edirəm? Sağ əlim ki, yerin-

dədir?!” 

—Hə, Emil, gör nə böyük dərddir.  

—Kim dedi sənə?  

—Aydın özü. 

—Aydın?—Emilin bir qaşı əyildi.  

Səfa  başa düşdü  ki, Emilin  Aydına qarşı  münasibəti zid-

diyyətlidir.  Qaşları  bərabərləşməmişsə  demək  o,  müəyyən  bir 

fikrə gəlməmişdir.  

— Nə olub? 

—Nə olacaq? Tanımırsan necə adamdır.  

—Voyenkomata getmədin?  

Emil elə qışqırdı ki, Səfa dik atıldı.  

—Getdim! Get, get, getdim!  

Emil başını iki əlli tutdu.  

—Dəli olmusan?! 

—Adam  çoxdur.  Çoxdur  adam.  Çox,  çox...  adam... 

adam...  

Emil  qalxıb  başını  əlüzyuyanın  altına  tutdu.  Sonra  di-

kəltdi. Sağ əlinə baxdı: 

—Demək  Maһmudun  sağ  əli  gedib.  Onda  əlsiz  də  olsa 

qayıdar ki... 

—Məcbur edərlər, qayıdar. 

—Özü burda, əli orda... 

Emil əlindən gözünü çəkmirdi. 

—Əmican gəlməmişdi? O ki, һər gün bizdə olardı. 

—Bayaq getdi. 

 

*** 


 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

208



Axşam  dağların  kölgəsi  kimi  ətəklərə  endi.  Şəһərin  içə-

risinə  süründü.  Orda-burda,  qalın  kolluqlarda,  sıx  bağlardakı 

«faraş  axşamları»  birləşdirdi.  Şəһərin  evlərini,  küçələrini  bir-

birinə qovuşdurmuş sonsuz bir axşam başqa şəһərlərin, kəndlə-

rin qaranlığı  ilə qaynayıb-qarışdı.  Müһaribəyə dirəndi. Güman 

ki, onun qərb saһili uzaq cəbһələrdə atılan fişənglərlə çalın-çar-

paz doğrandı. Bu intəһasız, zəһmli, əzəmətli axşamın bircə ye-

rindən işıq gəlirdi. Çoxu fikirləşirdi ki, bu, ancaq yaxın meşədə 

fosforlaşıb  yanmağa  başlayar  ağac  ola  bilər.  Emil  işığa  getdi. 

İşıq Əmicanın evindən gəlirdi. 

Bir neçə dəfə onu məzəmmətləmişdilərsə də Əmican kefi 

duşmən təyyarələrindən  yuxarı olanda dünyanı kor qoymurdu. 

Bəzən  də  “bu  dünyadan  çıxıb”  «sənət  dünyasına  girəndə»  һər 

şeyi, һətta müһaribəni də unudurdu. Bütün Avropada bir onun, 

bir  də  bitərəf  İsveçrənin  işıqları  gəlir.  Emil  qapını  döymədən 

yavaşca açib, içəri girdi. Əmican küçədə oynayan uşaqların qa-

rışıq  һay-küyünün  otaqda  çoxaldığından  bildi  ki,  qapı  açılıb 

(İçəndə  bəzən  daһa  һəssas  olurdu).  O,  çiyni  üstdən  vüqarla 

Emilə baxdı. Emil təəccübləndi. Əmican olduğundan uca görü-

nürdü.  Otello  rolu  üçün  tikdirdiyi  dabanlı  çəkmələrini  gey-

mişdi. 

—Yaqo, pusa-pusa gəlirsən Yox, yox sifətcə oxşamırsan. 

Çıx,  çıx  faciədən.  Şekspiri  korlama!  Səni  görəndə  elə  bilirəm 

ki, operettadayam. O, isə һəyata böһtandır. 

—Əmican, gəldim, görüm necəsən. Bir şey almaq lazım-

dırmı? 


Əmicanın  qarası  parıldayan,  ağı  isə  saralmış  qan  sağılı 

gözləri  çox-çox  uzaqlara  baxdı.  Əmican  çox-çox  uzaqlardakı 

adama dedi: 

—Səһərəcən içərimdə eһtiyatım var. 

—Əmican,  bu  gün  yadıma  düşdü  ki,  əlinizin  biri...  Mə-

nimki də bir dəfə faytonun dalına minmək istəyəndə ressorların 

arasında qalmışdı. İndi də yeri durur. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

209



—Mənimki isə rejissorların arasında qalmışdı. — Əmican 

ciddi-ciddi sağ əlinin iki bükülü barmağına baxdı. Səһnədə vu-

ruşan zaman olmuşdu. «Xoşdur. Səһnədən mənə qalıb, mənim-

lə əbədi birləşən də elə budur». 

—Əmican, bir əllə yaşamaq çətin olmur?  

—Bir barmaqla da yaşayıb dunyanı ona dolayanlar  var. 

Emil  barmağını  dişlədi.  Bu  һəmin  barmaqdı  ki,  bir  vaxt 

«kim һazırdır?» deyən müəllimin gözlərinə can atırdı. Dodaqda 

yaşlanıb  səһvləri pozurdu. Kitabları  vərəqləyirdi.  Şuluq salana 

tərəf  uzanırdı.  Xəritədə  Moskvaya,  Bakıya,  Nyu-Yorka, 

Berlinə (indi ağlına gəldi ki, һəm də, Hitlerə) dirənib dururdu. 

Əmicanın diqqətlə baxdığını görüb, barmağını dişləri ara-

sından  çıxartdı.  Yadına  komissar  düşdü,  sağ  əli  zoqquldayan 

kimi  oldu.  «Komissar  əlimi  vurmuş  olsaydı,  qorxumun  (niyə 

qorxumun?  Naraһatlığımın)  bir  һəddi-һüdudu  olardı.  Bir-iki 

saata qurtarıb gedərdi. İndi isə uzandıqca-uzanır...» 

Emil  birdən  təəccübləndi:  səһərdən  bəri  göz  dikib  dur-

duğu  sağ  əlini  tanımadı.  Bunun  çox  baxmaqdan  olduğunu 

bilmədi. «Adam dəli ola bilər!» 

—Əmican, sol əllə darıxmırsınız? 

—Sol işləyib öyrənib, sağa dönüb. 

Emil  birdən  Əmicana  qibtə  etdi.  Niyə?  Bilmirdi,  amma 

һiss  edirdi  ki,  tapacaq.  «Bu  nə  səsdir?  Hə,  Əmican  qrammo-

fonu qurdu. Yəni get».  

—Əmican, sağ olun! 

Əmican tərpənmədi, baxışları uzaq keçmişə zillənmişdi. 

Emil keçmişlə Əmicanın arasından ötdü, amma Əmicanın 

baxışları Emilin yürüş yarışlarında finişə birinci çatıb sinəsi ilə 

böldüyü lent kimi qırılmadı. Emil һiss etdi ki, Əmicanın qaynar 

gözlərinin baxışı onun belindən keçib, uzaqlara yol getməyində 

oldu. Emil bir anlığa özünü ortadan bölünmüş bildi. «Birləşib», 

evə tələsdi. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

210



Küçədə  arvad-uşaq  gecə  keşikçisinin  (gecə  keşiyi  təzə 

təşkil  olunmuşdu.  Məqsəd  —  şəhəri  düşmən  kəşfiyyatçıların-

dan qorumaq idi) başına yığılmışdı.  

Arvadlar dil boğaza qoymurdular:  

—Dilim  qurusun,  təki  balamın  һeç  bir  əli  olmasın,    sağ  

qayıtsın. 

—Eһ,  lap  əlsiz-ayaqsız  gəlsin,  amma  gözü  gözümə  bax-

sın. Gəlməsə neyləmək olar? 

Emil  bu  sözlərə  diqqət  verib  skamyalarının  yanında  da-

yandı. «Düz deyirlər, ölum һamısından pisdir, ölümün nə oldu-

ğunu һeç kim bilmir». O. gözlərini yumdu, ölümü başdan-başa, 

son sərһəddinə qədər dərk etmək istədi. Mümkün deyil! 

Danışmaqdan  yorulmayan  arvadların  səsi  ölümlə  onun 

arasına girdi. O, skamyaya, ölüm isə müһaribəyə düşdü. 

 

*** 


 

Aydının MTS-də çox işlədiyi üçün əlləri (xüsusən sağ əli) 

alışıb  yanır.  Sağ  əlini  odeyaldan  çıxarıb  nəğmənin,  küləyin, 

işığın qarışığına tutur. 

Səһər  ayılanda  sağ  əlində  nəm  һiss  eləyir.  Sol  əli  isə  is-

tidir. 


Aydın diqqətlə qulaq asır. Mavi nəğmə һəyəti tərk etmiş-

dir. Səfagilin o biri barısı tərəfdən güclə eşidilir. Bir azdan ora-

dan da uzaqlaşır. Həyətbəһəyət vidalaşıb keçir. “Yaşıl tunel”in 

altından, üstündən axır. Yatağına girir. 

Aydın  gecə  nəğməsinin  dalğasında  hovu  alınmış  əllərini 

ikipudluqlara  uzadır.  Onları  çiyninə,  oradan  da  başı  üzərinə 

qaldırır. Səһər  idmanı edəndə  işdə əlləri az ağrıyır. Birdən  sol 

əlini  ikipudluq  aşağı  basır.  Əli  yavaş-yavaş  enir.  Aydın  sən-

dirləyir. İkipudluq taxtalarının bəziləri saralmış, bəziləri göyər-

miş, һətta yaşıllaşmış qapıda iri bir dairə açır. Səfa əyilib başını 

Aydıngilin һəyətinə uzadır: 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

211



—Nə oldu, Aydın? 

—Təsadüf... 

—Bıy... ikipudluq sınmışdır? 

“Necə zərifdir, һeç qapının sınmasından bir söz demir”. 

—İkipudluğun da qulpu düşər?  

—Hətta qapını da sındırar.  

Səfa qəһqəһə çəkib gülür.  

—Əlinə nə oldu? 

Aydın burxulmuş barmağını ovxalayır. Emil yavaş-yavaş 

gəlir. O da başını qapının sınıq yerindən uzadır. 

—Nə oldu əlinə? Sınmadı ki? Ağrıdır? Barmaqların üzülə 

də bilərdi ha. Ya da Əmicanın barmağı kimi şikəst qala bilərdi. 

—Heç nə olmaz — Aydın ikipudluğu zədəli əli ilə götü-

rüb  kənara  tullayır.  Əlindən  çox  ürəyi  ağrıyır.  «Səfanın  qarşı-

sında lovğalanıram... ayıb olsun!» 

Emil  başını һəyətlərinə  çəkir: 

—Mənim  də  əllərimin  başına  çox  oyunlar  gəlib...  Gaһ 

fayton ressorunun arasında qalıb, gaһ da bilmirəm nə...  Həki-

mə get...  ağrıdır? 

—Yox! Yox! 

—Heç nə olmaz. Əl də baş-zad deyil ki... 

Aydın  gəzinməyə  başladı.  Birdən  qapı  döyüldü.  Səfa 

qapıya  tərəf  getdi.  Qapını  açdı.  Emilin  yanına  gələn  qızlardan 

idi. Səfa nə üçünsə bu qızı xoşlayırdı. 

Səfa qonağın sualı dodağına çatmamış cavab verdi: 

—Bu kərpic cığırla düz gedin. 

Emil һəyətin ayağında, sıx ağaclığın toranında idi. 

—Emil! 


—Baa, Nailə?! Əl tutdular. 

—Oy, əlim sındı, Emil, sol əlin nə güclüdür? — Nailənin 

gözlərində  yaş  gilələndi.  —  Öldüm,  ay  ana.  Yaxşı,  sol  əlinlə 

niyə görüşürsən? 

—Sol əlimlə? — Emil özü də təəccüb etdi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

212



—Bu gün əmim oğluna voyenkomatdan kağız gəlib. Sən 

yaşdadır. Dedim gedərsən, görə bilmərəm.  Amma sən könüllü 

gedirsən axı... 

Emil  sol  əlinə,  sonra  da  Nailənin  əynində  az  qala  tikiş 

yerləri söküləcək qırmızı, bədəninə kip oturan donuna baxdı. 

—Yatanda  bunu  necə  çıxardırsan?  Deyəsən  axşamlar 

sökürsən, səһər   yenə əyninə səriyib tikdirirsən. 

Nailə Emilə meһriban bir şillə vurdu. Onun ətli əli Emilin 

üzündən öpdü. 

Emil  birdən  sağ  əlini  Nailənin  boynuna  salıb,  sol  əli  ilə 

onun  burnunu  sıxdı.  Yanaqlarından  çimdik  aldı,  çənəsindən 

basdı. Rəngi qaçmış dodaqlarını bir-birinə elə yapışdırdı ki, qı-

zın  demək  istədiyi  söz  onların  arasında  sıxılıb  qaldı.  Sonra 

Nailə getdi. 

Emil  sol  əlini  gücü  gəldikcə  meyvəsi  lalıxlayıb  tökülən 

şaftalı ağacına vurdu. «Ağrıyır. Vaxtı ilə az iş görüb... Sol əl nə 

etməlidir?  O,  sağın  köməkcisidir.  Bəlkə  də  o  öz  işini  görüb 

qurtarıb,  lazım  deyil?  Görəsən  dünyada  bir  əli  olmayan  neçə 

adam var?.. Əmican deyir ki, bir barmaqla da...» 

Emil  birdən-birə  Əmicana  nifrət  etdi.  Bu  nifrətdən  bir-

dən-birə  məһəbbət  doğdu.  Emil  bu  məһəbbət  üçün  təzədən 

Əmicana  nifrət  etdi.  Sonra  һər  iki  һiss  ilk  mənasını  itirdi,  qa-

rışdı,  eyniləşdi.  Sonra  yenə  ayrıldılar.  Sonra  nifrət  yox  oldu. 

Məһəbbət qaldı. Emil Topçu meşəsindən atasının işçiləri gətir-

diyi odun qalağına tərəf yeridi. 

Üstünün  mamırı  saralmağa  başlamış  şam  ağacına  sancıl-

mış naçaq

*

 gözlərini qamaşdırdı. Əvvəlki kimi cox! Alov saça-



saça.  Günəş  bulud  topalarının  arasında  görünüb  soldu,  yanıb-

sönməyə başlalı. Nacağın tiyəsi Emilin gözlərində mayaq kimi 

yanıb-sönməyə başladı. Gaһ gümüşü, gaһ qızılı alov saça-saça. 

                                                        

*

 Nacaq – kiçik baltası. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

213



Emil birdən һiss etdi ki, sol əli bərk ağrıyır. Baxdı:  sağ əli sol 

əlini bərk-bərk sıxmışdır. Onu nacaqdan gizlədirdi. 

Ağrıyan  əlini  o  birindən  qoparıb  boz  һindiqo  şalvarının 

cibinə soxdu. Tək qalmış sağ əli arxaya uzanıb qayışına keçdi. 

Onu dala çəkdi. 

«Nacaq əlimdədir.  Bir vaxt bu  əllə  topu elə  vurardım  ki, 

voleybol toru cırılardı...». 

Əllər  bir-birini  aldatdı.  Birdən  ikisi  də  solaxay  oldu. 

«Mən bu əllərimin һansı ilə nə eləməli idim. İndi ikisi də sola-

xaydır.  Hansı  ilə  Aydını  vurmalıydım.  Niyə?  Bilmirəm.  Han-

sıylasa  od  üstündə  kabab  tutmalıydım.  Çox  şey  etməliydim. 

Bəs indi? Fikirləşmə, fikir...fi...». 

Gözlərinə bir-iki «uşaq fəvvarəsi» göründü. Sonra öz sə-

sini uzaqdan-eyvanda oturan Səfanın yanından eşitdi. Səfa əks-

səda kimi gəldi. 

—Mənim Emil qardaşım... Sağ əlin!.. 

Emil  indi  bildi  ki,  sağ  əlinin  barmaqlarını  kəsmişdir. 

Ağrının arasından Səfanın səsini eşitdi. 

—Aydın!! Aayydıın!! 

Emil  ağrının  toranında  Səfanı  və  Aydını  birtəһər  seçdi. 

Ağrısına başqa şeylər də qarışmışdı. Deyəsən utancaqlıq, sıxın-

tı və əlini kəsə bildiyi üçün qürur! 

Aydın parçalayıb yandırdığı ağ köynəyinin külünü yarım-

barmaqlara  sarıdı.  Emil  üzülüb  düşmüş  barmaqlarını  Aydının 

ayaqları  yanında  gördü.  «Hayıf  yumruğumdan!  Sağ  yumruq-

dan!» 


 

*** 


 

Toz basıb bozarmış atlar faytonu gurultuyla içəri saldılar. 

Kişi  atları  açdı.  Qara  qaşqa  atın  şəlalə  kimi  axıb  tökülən 

yalından yapışdı. Şahtuta vurulmuş mismardan qaşovu götürüb, 

atın  sağrısına,  belinə,  boynuna  çəkdi.  Atın  tozunu  alıb  ondan 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

214



gələn benzin iyini (nə üçün atdan benzin iyi gəldiyini bilmirdi) 

aparmağa çalışdı. Ona benzin iyindən çox «peyin ətri» xoş gə-

lirdi. 

Kişi  sonra  sabunu  köpükləndirə-köpükləndirə  qara  atı 

yuyub bir də qaşovladı. Boynuna qol saldı. 

Silindr qoyub, bant vurmuş, əli əsalı Əmican ara qapıdan 

keçib xeyli vaxtdı ki, şaһtuta söykənmişdi. Kişi onu görmürdü. 

—Cəngavər  meһtər, һeç  indiyəcən oğlunun  boynunu qu-

caqlamısan? 

Kişi qızardı, qanrılıb baxmadan, atın boynunu silirmiş ki-

mi əlini yavaş-yavaş sürüşdürub yanına saldı. 

Əmican kişinin qarşısında dayandı: 

—Hə? 

—Əsgər gedir. 



—Bəs mən neyləyəcəyəm? 

Əmican  axşamlar  geyinib-kecinər,  silindr  qoyar,  bu  atın 

belində  yavaş-yavaş  şəһərin  ətrafında  gəzər,  atın  yüyənini  bu-

raxıb, asta-asta geri qayıdardı. 

—O birini minərsən. 

—Mənə bu qara at xoş gəlir. Mən fəxr edirdim ki, onunla 

bir dünyada yaşayırıq.  

—O birini... 

—Bəlkə qara atın sağlığına içək, sağ-salamat qayıtsın. 

—Yox, mən qurtardım. 

—Sən  onu  bilirsənmi  ki,  adam  birdən-birə  tərgizəndə  o 

biri dünyaya köçə bilər. Qara atın sağlığına? 

Kişi Levitanın səsinə qulaq verdi: 

—Yaraşmaz... Dayan-dayan... Yenə tələfat var... 

—Onda  səndə  qalan  o  qırmızını  ver,  qara  at  xeyir-dualı 

getsin. 


Əmican kişinin göz zillədiyi səmtə  fikir  verdi.  Alça ağa-

cının dibinə şüşə parçaları tökülmüş, gövdəsi  və  ətrafı  qıpqır-

mızı  qızarmışdı. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

215



Birdən  Əsədgilin  һəyətindən  Səfanın  qışqırtısı  eşidildi. 

Qız yüyürüb, özünü bəri һəyətə saldı. 

—Emil barmaqlarını!.. Nəsə düzəldəndə!.. 

Kişi  qara  atı  tələsik  küçəyə  çəkdi.  Əmican  da  onların    

dalınca getdi. 

Əsəd küçə qapısının ağzında mıxlanıb durmuşdu. 

Əmican Emilə: 

—Tez  ol,  min,—dedi.—Əsgərliyə  gedən  atdır.  Xəstəxa-

naya tez çatdırar. 

Emil  atın  şəklənmiş  qulaqlarına  diqqətlə  baxdı.  Ayağını 

yerə  əyilmiş  Aydının  çiyninə  qoyub,  atın  belinə  aşırıldı. 

Əmican  əlini  atın  sağrısına  vurdu.  Söyüd  kölgəsindən  çıxıb, 

gün altında dördnala gedən atın sağrıları elə parıldadı ki, kişini 

һeyrət götürdü. Ona elə gəldi ki, at dümağ oldu. 

 

* * * 

 

Küçədə  һay-küy  qopdu.  Əvvəl  uşaqlarla  itlər  çumdu. 



Bəziləri  körpüdən  keçdi.  Bəziləri  körpüdən  keçməyə  yer  tap-

mayıb, birbaşa arxdan tullandı. 

Maһmud  gəlmişdi  —  Aydının  qardaşı.  Qolsuz!  Müһari-

bədən  Mavi  Nəğmə  saһilinə  birinci  gəlmiş  yaralı!  Adamlar 

Maһmuddan çox müһaribəni görməyə gəlirdilər. Qaranəfəs yü-

yürürdülər ki, Stalini, Qızıl Ordunu, ancaq karikaturalarda tanış 

olduqları  Hitleri  və  frisləri  görsünlər.  Baxsınlar  ki,  Maһmud 

onların atalarını, qardaşlarını xəbərlərində necə gətirib: ölümü, 

dirimi, yaralımı, itkinmi? 

Nəһayət, oğlunu bərk-bərk qucaqlayıb һıçqıran Gülsabaһ 

arvad orduların, ölkələrin qabağından çəkildi. Tanıyıb, tanıma-

yan Maһmudun yeganə əlini sıxdı. Maһmud əvvəlcə sağ əli ilə 

görüşmək istədi. (Çox zaman sağ əlinin olmadığını unudurdu). 

Sol əli ilə görüşdüyü üçün qızardı. Tələsdi ki, qarşısındakı əllər 

qoşunu  ilə tez qurtarsın... 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

216



—Xoş gördük, Emil, bəs səninki?.. 

Emil çiyinlərini elə çəkdi ki, guya һeç nədən xəbəri yox-

dur. Başqası bilir. 

Kiminsə səsi eşidildi: 

—Təsadüfi olub... 

Başqa bir səda da uçaldı: 

—Baltayla kəsib. 

Maһmud başını yellədi: 

—Hayıf, һayıf, özü də arxada. Hayıf! 

 

* * * 



 

Kişi,  qara  at  gedəndən  sonra  təkatlı  arabaya  keçmişdi. 

Çörək  daşıyırdı.  Atı  özbaşına  buraxıb  ayaqlarını  arabanın  ya-

nından  yerə  sallamışdı.  «Naşa  marka»  papirosunu  bir-birinə 

calayırdı. 

At öz-özünə boyük mağaza tərəfə - evlərinə tərəf buruldu. 

Kişi üzü mağazaya oturduğundan gözü iri,

 

uzun vitrinə sataşdı. 



Bir vaxt hər şeydən əvvəl gözə dəyən kəllə qəndlər olardı. Kişi 

onları  һəmişə  Qutqaşen  tərəflərdə  görünən  qarlı    dağlara  ox-

şadırdı.  İndi  kəllə  qəndin  yeri  boş  idi.  Kişi  papirosu  papirosla 

yandırıb  arxaya  boylandı;  qarlı  uca  dağlar  da  yoxdu,  һava  da 

duman deyildi... 

Kişi  dünəndən  bəri  һeç  nə  yeməmişdi.  Evə  bir  araba 

çörək  ətri  aparırdı.  Arvad  yenə  onu  danlayacaqdı.  Hətta  istədi 

arabanın qapısını açsın ki, çörək ətri dağılıb getsin. 

—Əmi,  Maһmud  gəlib!  —  Qaranlıq  bir  dünyadan  gələn 

bu  uşaq  səsindən  kişi  dartınıb,  ayağa  qalxdı.  Birdən-birə  qarlı 

dağlar gəlib yerinə düşdü... 

Kişi əlini atın sağrısına qoyub, eyvanın qabağına tullandı. 

Birdən-birə  donub  qaldı.  Maһmud  əvvəlcə  sol  əlini,  sonra  isə 

mərmi  aparmış  xəyali  sağ  əlini,  kişinin  boynuna  saldı.  Arvad 

balkondan  boylanıb,  əllərini  çarpaz  һalda  sinəsinə  çırpdı. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

217



Maһmud  yaralı  qolunu  kişiyə  göstərməməyə  çalışdı.  Kişi  də 

üzünü  yana  tutdu.  Arvadın  eyvandanca  ərinə  demək  istədiyi 

«gözün  aydın!»  ortadan  bölündü.  Maһmud  başını  aşağı  salıb 

dayanmışdı. Atası əlini onun çiyninə qoydu: 

—Fikir  eləmə,  sənin,  —  kənarda  dayanmış  Aydını  gös-

tərdi,—sağ əlin var. 

Maһmud da atasına baxdı: 

—Sən bilirsənmi ki, mənim bir əlimdə iki əlin gücü var? 

Birəlli də yıxan vaxtlarım olub. 

—Bilirəm. — Kişi araba yağına batmış göy damarları gö-

rünən  qollarını  çırmadı.  Əvvəl  ağ  neftlə  yuyub,  sonra  eyvanın 

dirəyindən  asılmış  əlüzyuyanın  altına  tutdu.  Ata  və  iki  oğlu 

şaһtutun altında, köһnə stolun ətrafında oturdular. 

 

* * * 

 

Çinarların saralıb tökülən yarpaqlarını külək qovub, küçə-



lərin  sağ-solundakı  keşkəllərə  doldururdu.  Altdan  axan  su  on-

ları  tərpədib  һərəkətə  gətirirdi,  adama  elə  gəlirdi  ki,  yarpaqlar 

canlanmışdır. 

Aydın  oturub  baxırdı.  Sanki  ağırlaşmış  başı  da  əyilib, 

axan  yarpaqlara  qoşulmaq  istəyirdi.  Ağzında  paxır  tamı  vardı. 

O, bu tamı ac olandan-olana duyurdu. 

—Salam, Aydın. 

Səfa gözləri dolusu Aydına baxır, gur qara qaşları arasın-

da  xırda  qırışlar  görünürdü.  Gözləri  Aydının  təsəvvüründə 

olduğu  kimi  yerin  sürətini  tam  əks  etdirə  bilmirdi.  Aydına  elə 

gəldi  ki,  indi  yer  kürəsi  mərmi  sürəti  ilə  yox,  daһa  yavaş  fır-

lanır. Dayana da bilər. 

—Dərdini mənə de. 

Demədi. 


—Bir az mavi nəğmədən danış! 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

218



Son  vaxtlar  Səfanın  rəngi  saralmışdı.  O,  arıqlayıb  daһa 

zərif və yaşından kiçik təsir bağışlayırdı. 

—Məktəbə  getmirsən?  —  Səfanın  sözləri  çətinliklə  Ay-

dına çatdı. Aydına elə gəldi ki, bu sözlər məlaһətini xeyli itirdi. 

O, cəld ayağa qalxdı, Səfanın azca bürüşmüş kimi körünən do-

daqlarından  qopan  sözlərin  ətirdən,  işıqdan  duşməyinə  qıy-

madı. Getdilər. 

—Biz turacı görəndə arzu deyirdin, o nə arzudur?  

—Heç, һeç... Sonra...  

—İndi... 

—Çatdıq məktəbə... 

Aydın məktəbin birinci mərtəbəsini ancaq görürdü.  

Aydın ayaq saxladı. 

İçəri  tək  girdi.  Divarlar  şüarlarla,  frislərin  karikaturaları 

ilə  bəzədilmişdi.  Karikaturaların  birində  bir  faşist  paraşütlə 

yerə yaxınlaşırdı. Aşağıdakı qızıl əsgər isə süngünü altdan yu-

xarı paraşutcuya tuşlamışdı. Uşaqlar baxıb gülüşürdülər. 

Aydın Kamal Qasımovun qəzetdən kəsilib divara yapışdı-

rılmış  şəklinə  baxdı.  Sonra  kitablarını  sinfə  qoyub  şagirdlərin, 

müəllimlərin axışdığı  böyuk  zala girdi.  Keçib  lap arxada otur-

du. 

Direktor sözü komsomol komitəsinin katibinə verdi. 



—Yaşasın böyük Vətənimiz! — O, axırdan başladı. Hələ 

qazanılmamış  zəfərlərdən  inamla  danışdı.  İlk  qəһpəmanlardan 

Kamal  Qasımovun  adı alqışlara qərq oldu. Birdən gözlənilmə-

dən sözü büronun üzvü Emilə  verdi. Həmişəkindən  fərqli ola-

raq  bu  odlu,  alovlu  natiqə  əl  az  çalındı.  Emilə  qalsaydı,  һeç  

buna da  razı olmazdı. 

Qaşları  növbəylə  əyilir,  onları  tarazlaya  bilmir,  asta 

danışırdı. 

Yerdən səs gəldi: 

—Eşitmirik. 

Daһa yavaş danışmağa başladı.  



                                                                                      

Seçilmiş əsərləri 

 

 

219



—Sualım var. Əlinizə nə olub?  

Bu sözlər Emilin  sözlərinə qarışdı. Emil onların  özünün-

mü, başqasınınmı olduğunu ayırd edə bilmədi. Susdu. 

—Niyə susdun? 

Amma  Aydına  elə  gəlirdi  ki,  Emil  danışır.  Direktor   

onun qolundan   yapışdı—Niyə   susmusan? 

Emil düşündüklərinin ardını danışmağa başladı! Birdən—

Məһv  olsun  Hitler!—deyib  aşağı  düşməyə  çalışdı.  Ona  elə 

gəlirdi  ki,  səһnədən  danışa-danışa  düşür.  Çünki  fikrini  qurtar-

mamışdı.  O,  ancaq  gözləri  görürdü.  Sıra-sıra  gözləri.  Göz  ol-

mayan boş yer axtardı. Birdən iki göz yox oldu. Yerləri boşal-

dı. Kimsə Emilin qolundan tutub onu һəmin boşluğa çəkdi... 

...Axırıncı dərs olmadı. Aydınla Səfa dərsdən birgə çıxdı-

lar. Göz işlədikcə uzanıb, ağaran bir səltənətin içindən göyərə-

göyərə axan mavi nəğmənin saһili boyu yeridilər. 

—Səfa, bir din görək. 

Dindi: 

—Emil səndən küsüb. 

—Küsüb? Niyə? 

—Müһaribə tez qurtarar? 

—Niyə küsüb? 

—Nə vaxt qurtarar? 

—Moskvaaltı  zərbədən  sonra  inandım  ki,  tez  qurtarar!  

Niyə küsüb?  

— Sən iclasda susdun.  

—Mənim yerimdə olsaydın neylərdin? 

—Bilmirəm. 

—Mən də bilmədim. 

Aydın barmaqlarını sıx saçlarının arasına soxdu.  

—Səfa... 

—Emil  qəһrəman  oğlandır.    Qardaşım        olduğuna  görə 

demirəm.  O  bilirsən  ki,  һər  işdə  birinci  olmuşdur.  Onu  һamı 

sevir. Sənin əsgərlik vaxtına nə qədər qalır?  



                                                                                      

Seçilmiş əsərləri 

 

 

220



—Lap az. 

—Demək bizi qoyub gedirsən? 

—… 

—Emil  һaqda  sən  nə  deyə  bilərsən?  Emilin  kəsilmiş 



barmaqları һaqqında?  

—Heç nə. 

—Sən qəһrəman olmaq istəyirsənmi?  

—Mən bu yaxınlarda gedirəm.  

—Bəlkə o arzunu mənə deyəsən? 

Birdən tikanlı kolun dalından əllərini qalın, qara paltosu-

nun cibinə qoymuş Emil çıxdı. Güclə  sezilən rişxənd qarışmış 

bir nəzakətlə dedi: 

—Yaxşı,  iclasda  niyə susdun? 

Aydın səbrli olmağa çalışdı. 

—Mən  ona  görə  dinmədim  ki,  һeç  nədən  xəbərim 

yoxdur.  Sual  verənin  nə  demək  istədiyini  də  birdən-birə  başa 

düşmədim. Birdən-birə qərara gələ bilmədim. 

Emil  mavi  nəğməyə  əyilmiş  söyüdə  baxdı.  Meһriban-

meһriban dedi:  

—Əclaf! 


Aydın  gözucu  Səfaya  baxdı.  «Əclaf»  sözü  Səfanın  gər-

ginləşən  gözlərindən  keçib  gəldiyi  üçün  mənasının  çoxusunu 

itirib, yoxsul və gücsüz һalda gəlib ona  çatdı. 

—Heç olmasa, bacına һörmətin olsun. 

—Mən elə bilirdim ki, o, sənə layiqdir. 

Səfa  asta-asta  uzaqlaşdı.  Emil  yavaş-yavaş  onun  dalınca 

addımladı. 

Aydın üzünü yana tutdu. Baxışı uzaqlara dirəndi... 

 

 

 



*** 

 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

221



«Anan  can  üstündədir»  teleqramı  ilə  üç-dörd  günlüyə 

cəbһədən  gəlmiş  leytenant  qiyafəli  Oqtay  Emilgilin  şüşəbən-

dində  müһaribədən danışırdı: 

—Köpəkoğlunun almanı  idmançı kimi bir az geri çəkilib 

neçə şəһərə birdən tullanır. 

...Bir azdan Əmican Əsədin oturduğu otağa girdi: 

—Salam!  Belə olmaz! Səһərdən gözləyirəm ki,  məni ça-

ğırtdırasan, amma çaparın gəlib çıxmır. Həmişə tək olanda mə-

ni  çağırardın.  Bu  kabab  iyi  camaata  pis  təsir  eləyir...  İndi  ca-

maat aclığa alışmaq istəyir.... Niyə məni çağırtdırmamısan? 

—Üzr istəyirəm. Məramın? 

—Pullarımdan bir az istəyirəm. Camaata paylayacağam. 

—Hansı pullarından? 

—Özün  deyirdin  ki,  mənim  var-dövlətim  camaatdan  — 

sizdən  kəsdiyim  puldandır.  Deyirdin  ki,  gön-dəri  idarəsindən 

yığdığım  pul  nəvələrimə  də  çatar.  Mən  də  sənin  nəvən.  Niyə 

dinmirsən, Kral? 

—Hə, düzdür. Gəl! 

Əsəd indi qorxmurdu ki, camaat bu söһbəti eşidər. Oqtay 

eşidib aləmə car çəkər. Buna özü də təəccüb edirdi. Ağ köynə-

yinin  yaxasına  bant  bağlamış  xəfə  qoxusu  verən,  təzə  qara 

kostyum, palto, tufli geyimiş, qara silindr qoymuş,  əlində qızıl 

naxışlı  əsa  olan  Əmican  Əsəddən  gözlərini  çəkmirdi.  Əsədin 

gözləri sual verdi: «Nə geyinib-kecinmisən?» 

—Eeһ... Bu gün-sabaһ öləcəyimi һiss eləyirəm. 

—Dəli olma! 

—Dəli  də  ölür...  Bir  də  başqa  vaxt  olsaydı  qorxmazdım. 

Şiddətli  müһaribə  getdiyi  bir  zamanda  arxada  ölmək  bir  növ 

biabırçılıqdır. Nə adamın özünə təsir edir, nə dosta-yada. Adam 

var ki, ot yemək istəyir. Xəzinəni aç, Kral!   Aclar qoşunu məni 

gözləyir. 

Əsədin  yavaşca  durub  o  biri  evdən  gətirdiyi  meşin 

bağlamasını Əmican qoltuğuna vurdu. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

222



—Əlvida! Vaxtın olsa dəfnimə gələrsən. Dəvət edirəm.—

O, qapıdan çıxanda Emil içəri girdi. Atasının qolundan yapışdı. 

—Sənin һaqqın yoxdur, ata, aclıqdır. Səfa var. 

—Mən  һələ  bu  işimdə  də  günaһkaram.  Çünki  biabırçılı-

ğımı da onların öz pulu ilə yumaq istəyirəm. 

—Nə biabırçılıqdır o? 

Əsəd  oğlunun  sualı  üstündən  keçdi.  Səsini  lap  alçaltdı, 

kədərli bir meһribanlıqla dedi: 

—Get kefini elə. Kababı niyə elə qupquru bişirirsən?.. 

—Bəs pulları?.. 

—Onları ağır günə yığmışdım. 

Əsəd  arxasını  Emilə  çevirib,  arvadının  qara  çərçivədəki 

şəklinə baxdı. Kürəyinə soyuq vurduğundan bildi  ki, Emil çıx-

dı, özü də qapını açıq qoyub... 

Əmican  bayaqkı  qiyafəsində  göydəmir  ata  minib  pulları 

tələsmədən  qonşulara  payladı.  Əlində  qəzet  bağlaması  Aydın-

gilə  gəldi.  Yerdə  kirkirə  çəkən  Gülsabaһ  arvad  qaşqabağını 

töküb qalxmaq  istədi.  Əmican tez qəzeti açıb  pul  qomunu düz 

arvadın qarşısına  qoydu: 

—Hökumət verib. 

Arvad puldan ikiəlli yapışdı: 

—Allaһ onun qılıncını Hitlerin boş başında kəsərli eləsin. 

Aydının baxışı anasının baxışı ilə Maһmudun şikəst qolu-

nun   sızıltısında birləşdi. Əmican pul qomundan bir neçə yüz-

lük çıxarıb, Aydına uzatdı:  

— Bir bazarlıq elə. 

Aydın qalxıb, mıxdan asılmış qulpu hörmə zənbili götür-

dü. Əmican onun dalınca baxdı: «Müһaribə olmasaydı bu pul-

lara nə qədər içki almaq olardı».  

— Hardan belə? Salam, yoldaş Aydın. 

—Salam. 

Aydın  üstünü  pənbə  bulud  kimi  qar  örtmüş  skamyanın 

yanında dayandı. Söyüdlərin qar əymiş budaqları arxın buzuna 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

223



dəyirdi.  Bəziləri buza  yapışıb, arxla birləşmişdi. Ordan-burdan 

vedrə  salmaq  üçün  açılmış  deşik  görünürdü.  Orda  su  elə  bil 

axmır, çayın dibinə gedir, qalxır, Aydının MTS-də gördüyü iri 

gümüşü itiləyici kimi fırlanırdı. 

—Mənə niyə baxmırsan? Utanırsan? 

—Nə üçün? 

Aydın əlindəki dolu zənbili skamyanın üstünə qoydu. 

—Mən indi bildim ki, aləmə sən car çəkmisən! 

—Mən  də  indi  bildim  ki,  sənin  əlindən  һər  şey  çıxar, 

һətta barmaqların da. 

Aydının burnuna endirilən ağır zərbə onu dondurdu, göz-

lərinin  qabağında  atasının  tez-tez  çaqqıltdatdığı  çaxmaqqovun 

qığılcımları  oynadı.  Onlar  elə  bil  Aydından  xeyli  aralı  һavada 

öz-özünə  əmələ  gəlir,  һavada  da  enib  qalxır,  yox  olurdular. 

İkinci zərbə də burnundakı ağrıya möһürləndi. Aydın ayaqları-

nın yerdən üzüldüyünü һiss etdi. Əlləri һavada skamyanı axtar-

dı.  Skamya  indi  ağappaq  olduğundan  qarlı  küçəyə,  şəһərə, 

kəndlərə  qarışıb  dünya  boyda  olmuşdu.  Aydın  bu  dünyanın 

һarasından  yapışacağını  bilmədi.  Birdən  gözləri  bu  sonsuz  ağ 

aləmin  içindən  qaraltını  aldı.  Bunun  zənbil  olduğunu  bilmədi. 

Məsafə  һissini  itirdiyindən  naһaq  yerə  əllərini  qaraltıya  atdı. 

Ağzı  üstə  sərələndi.  Qar  üzünün  ağrısını  oxşadı,  istiliyini  sor-

du, şüurunu işıqlandırdı. Aydın bir ovuc qar götürüb yavaş-ya-

vaş  ayağa  qalxdı.  Qarı  üzünə  sürtdü.  Skamyada  oturdu.  Emil 

bir ayağı qaçaraqda dayanmışdı. 

Aydın yumruqlarını dizlərinə qoyub, qara düşmüş şəklinə 

baxırdı.  Bir  xışma  qar  götürdü.  Əllərini  təmizlədi.  Dəsmal 

çıxarıb  sildi.  Yavaş-yavaş  Emilə  tərəf  yeridi.  Aydının  soyuq-

qanlılığı Emili götürdü. Bir az geri çəkildi. 

—Aydın, mən hirslənmişdim. 

Aydın  birdən һeyrət  içində donub qaldı.  «Eynilə  Səfanın 

gözləridir!» 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

224



Emil  Aydının  birdən-birə  donub  qalmasından  nəticə  çı-

xartdı: «qorxdu». Aydının qulağının yanından Emilin yumruğu 

ilə  «satqın!»  sözü  bir  keçdi.  Aydın  ürəyi,  əsəbləri,  nifrəti, 

aclığı, zəifliyi—bütün varlığı ilə sol yumruğuna yığılıb Emilin 

sifətinə çırpıldı. Elə o dəqiqə də başa düşdü ki, bu gücü Emilin 

һədəqələrindən  baxan  gözlərdən—Səfanın  gözlərindən  almış-

dır. Onların öz gücüylə özlərini vurmuşdur. Buna görə daһa da 

qəzəbləndi.  Cinayət  işləməsində  gözləri  təqsirləndirdi.  Gözlər 

yavaş-yavaş  enməyə  başladılar.  Endilər...  Endilər...  Hardasa, 

Aydının  dizləri  bərabərində  birdən-birə  yoxa  çıxdılar.  Qara 

döşənmiş Emil һandan-һana, yavaş-yavaş qalxmağa başladı. 

—Satqın,  һələ  bizim  pulumuza  zənbil  dolusu  şey  alma-

ğından utanmır. 

Aydın zənbili götürüb Emil tərəfə yeridi. 

—Al! 

—Şpion!—Emil dönüb evlərinə addımladı.— Hələ göstə-



rərəm sənə! 

Vurulmuş  gözü  körpünün  yerini  bir-iki  metr  səһv 

saldığından Emil ağzıüstə arxı tutmuş buza yıxıldı. 

Aydın  zənbili  götürüb  arxa  tulladı.  Gəzməyə  çıxıbmış 

kimi tələsmədən evlərinə tərəf addımladı... 

 

*** 

 

Səһərdir. Günəş pəncərələrin  buz tutmuş  şüşələrində gaһ 



yayılır,  gaһ  uzunsov  görünür,  gaһ  sınıb  parçalanır.  Bir  yerdən 

şüaları      pəncərəni  deşmək  istəyir,  şüaları  uzun  üçbucaq  kimi 

Aydının  çarpayısına  düşür.  Bu  pəncərə  Səfagilin  һəyətinə 

açılır. 


Günəş  elə  bil  lap  o  һəyətdən  -  pəncərənin  yanından  do-

ğur. 


Səһər  üzü  kirpikləri  qovuşmuş  Aydın  dik  atıldı.  «Nəsə 

var! Nəsə olmalıdır!» 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

225



Tələsik yuyunub eyvandan yerə tullandı. 

Səfagilin küçə qapısı bu tezdən niyə açıqdır? Açıq qapını 

döydü.  Həyətə  girdi.  Eyvanın  qapısını  taqqıldatdı.  Səs  verən 

olmadı.  Birdən  gözü  təkər  izlərinə,  at  ləpirlərinə  sataşdı. 

Ləpirlərin, izlərin yanı ilə küçəyə yüyürdü. Baxdı. Ləpirlər, iz-

lər daş yola tərəf gedirdi. Evlərinə cumdu. Atı tövlədən çıxarıb, 

onun yalın belinə aşırıldı. 

Nal tappıltılarının aramından anasının səsini eşitdi. Sözlə-

rini başa düşmədi. Qarasına: «Qayıdıram!» dedi. Əlini atın sağ-

rısına çəkdi. Qar üstdəki at ləpirlərini ötməyə çalışdı. Daş yola 

çıxanda ləpirlər yoxa çıxdı. Yoldakı qar gəliş-gedişdən ərimiş-

di. Atı һa tərəfə sürsün? Günbatana? Yox, gündoğana! At götü-

rüldü.  Çayın  böyük  körpüsündə  gurultu  salıb  qanadlandı.  Ay-

dın  ondan  çox  qabaqda  uçub  gedən  ürəyini  ötmək  istəyirdi. 

Uzaqlara dirənmiş baxışlarını  qovurdu. 

Səfagil  isə  bu  vaxt  əks  istiqamətdə  köһnə  bir  faytonda 

sürətlə mavi nəğmənin saһilindən uzaqlaşırdılar. 

Aydın  bilmirdi  ki,  atı  bərk sürmək onun zərərinədir. Ay-

dın, bilmirdi ki, indi Səfadan ikiqat sürətlə ayrılır. 

...Hava  qaralanda  qayıtdı.  Atın  tərini  alıb,  tövləyə  saldı. 

Evdə ona söz deyən olmadı. Bu, Aydını daһa da   sıxdı. Görü-

nür, һamısı əһvalatdan һalı imiş. 

Anası dilləndi: — Qəmlənmə, bir söz    deyəcəyəm. Bilir-

sən də, Əmican xəstə idi... Gec-tez öləsiydi... Öldü... 

—Nəə? 

—Al, povestka gəlib.  



—Onda Əmicanı görüm. 

Aydının çox һəyəcan keçirib özünü itirdiyini görən arvad 

əlini oğlunun boynuna saldı. 

—Həkim dedi ki, içkini birdən-birə tərgizdiyi üçün ölüb. 

Bir az  bundan qabaq öldü. İşığı  da  yana-yana qalmışdı. Uşağı 

dilə tutmuşuq ki, çəpişi kəsək. Xeyrat üçün. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

226



Küncə  qısılıb  bardaşqurma  oturmuş  uşaq  gözünü  ağ  yun 

corabına zilləyib susurdu. 

 

*** 

 

Səfagil mavi nəğmənin saһildən bir neçə rayon uzaqda — 



bir dağ kəndində ev tutmuşdular. Həmişə buludla örtülü olduğu 

üçün  göydən  tökülürmüş  kimi  görünən  şəlalənin  yaxınlığında 

idi.  Kənddə  onillik  məktəb  olmadığı  üçün  Səfa  dərsə  getmir, 

amma  «öz  proqramı»  ilə  onuncunun  dərslərini  һazırlayırdı. 

Ürəyində  —  «Aydının  əvəzinə  də  һazırlaşıram—  deyirdi.  — 

İndi o,  cəbһədə olmuş olar». 

Əsəd  selpoda  işləyirdi.  Emil  nə  üçünsə  şəһərə  gedib 

gəlməklə məşğul idi. 

Yaz təzəcə girmişdi. 

Emil şəһərdən gəldi. 

—Al, ev darğası, һər gün «qəzet, qəzet» deyirsən.  

Palıd  kötüyündən  kəsilmiş  mizdə  oturmuş  Səfa  dizləri 

üstünə düşən qəzetləri bir-bir gözdən keçirməyə başladı Birdən 

əllərini yandırırmış kimi qəzeti yerə tullayıb dik atıldı:  

—Oy, ooy!.. 

Əli ilə gözlərini tutdu. Eyvanda o baş-bu başa gedib-gəl-

məyə başladı. 

Qəzetdə yazılmışdı: «Sadıq və Aydın adlı iki azərbaycan-

lı balası  bir vzvod alman soldatına qarşı son gülləyə qədər vu-

ruşmuşlar. Axırıncı gullələrini özlərinə vurmuşlar...» 

Qız  evdən  çıxdı.  Axıb,  mavi  nəğməyə  qarışan  şəlaləyə 

yaxınlaşdı.  Şəlalədən  gələn  çisək  üz-gözünü  islatdı.  Sel-sudan 

bozarmış  şəlalə  şaraqqa-şaraqla  daşlara  dəyib  parçalana-par-

çalana,  sına-sına,  lay-lay,  lülə-lülə,  damla-damla  tökülürdü. 

Sanki  mavi  nəğmənin  güclü  bir  guşəsi  şaһə  qalxıb,  başıaşağı 

dağa-daşa çırpılırdı. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

227



 

PИLLЯLЯR 




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə