Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə45/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   41   42   43   44   45   46   47   48   ...   52
eli-kerim-2

  (Bir 

qədər fikirləşir).

 Hə, siz indi hansı rolları hazırlayırsınız? 

Beloqorski—Burjuy və inqilab rəhbəri rollarını... 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

143



Lenin

 (gülür).

—Demək Siz həm düşmən, həm də dostsu-

nuz. Danışın, danışın. 

Beloqorski— Vaxtınızı alaram, Vladimir İliç! 

Lenin —Əsla yox. Mən ki, əvvəldən dedim. İş işə qarışır. 

Telefon zəng çalır. 

Bəli,  Yerinə  təyin  edin.  Üzr  istəyin.  Görürsünüz.  Vadim 

Vadimıç, bax elə bu dəqiqə sizin də bir az vaxtınızı aldılar. Be-

lə olmasa yaşamaq mümkün deyil. Hə, əsərdən danışırdınız... 

Belqorski—Bəli... Nə gizlədim, Vladimir İliç. Oynayaca-

ğım pyesdə rəhbər obrazı dedikdə Sizi nəzərdə tuturam. 

Lenin—Görürsünüzmü, Qorki də bu barədə mənə bir söz 

deməyib

  (Gülür).

  Demək  səhərdən  Siz  məni  müştəri  gözüylə 

süzürsünüz,  hərəkətlərimi  saf-çürük  edirsiniz.  Zərər  yoxdur! 

Qorki məsləhət bilirsə, olar. 

Beloqorski—Elə  isə  icazə  verin  mən  gedim,  Vladimir 

İliç! Görürəm ki, sizin  vaxtınız tükənir. Vladmir  İliç!  Axırıncı 

xahişimi  də  deyib  getmək  istəyirəm.  Bizim  tamaşaya  gələ 

bilsəydiniz, çox yaxşı olardı. 

Lenin—Sağ olun. 

*** 


Səadətxanlı—Gözləməkdən  gözümün  kökü  saraldı.  Va-

dim.  Vadimıç.  Tez  olun,  danışın.  Görə  bildinizmi?  Qəbul  et-

dimi? 

Beloqorski—Qoy hələ bir özümə gəlim. Qoy hələ bir otu-



rum. Qəbul da etdi. Gördüm də. 

Səadətxanlı—Danışın, siz allah. 

Belqorski—Hə, stolun arxasından çıxıb iti addımlarla mə-

nə tərəf gəldi. Lap az qala qapının ağzında görüşdü. Stula dəvət 

elədi. Gəzinə-gəzinə söhbətə başladı. 

Səadətxanlı—Heyif ki, mən onu görə bilmədim. Xasiyyə-

tində nələri tuta bildiniz? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

144



Beloqorski—Ən əsası qətiyyət! Mən onu görəndən sonra 

belə  qərara  gəldim  ki,  dünyada  mümkün  olmayan  heç  bir  şey 

yoxdur. 

Səadətxanlı—Necə  varsa,  eləcə  də  onu  səhnəyə  gətirək 

gərək. 

Beloqorski—Elədir. Mən, Lenin demişkən, sizin  gözləri-

nizdə qəribə bir ifadə görürəm. 

Səadətxanlı—Ҝözlərimdə  nə  qəribə  ifadə  ola  bilər  ki, 

səhərdən Sizdə  Lenin  cizgilərinin  axtarıram. Gözlərinizə, əllə-

rinizə  ondan  keçmiş  hərəkətləri  isti-isti,  soyumamış  mənim-

səmək istəyirəm. 

Beloqorski—Necə?  Siz  deyirsiniz  bu  ifadələr,  bu 

hərəkətlər soyuya bilər? 

Səadətxanlı—Əlbəttə. 

Beloorski zəng çalır. 

Beloqorski—Mehmanxana?  Allo,  müdirdir?  Xahiş  edi-

rəm  ki...  Bir  nəfər  vətəndaşdır.  Bakıdan  gəlmiş  Səadətxanlı 

yoldaş üçün yaxşı bir nömrə ayırasınız. Yox, yox, necə olursa-

olsun düzəltməlisiniz. Gözləyirəm. 

Səadətxanlı—Siz  lap  səlahiyyətli  bir  adam  kimi  danışdı-

nız. 

Beloqorski—Bizim  hər  birimizdə  bu  səlahiyyət  var.  İtib 



gedir. İstifadə etmirik. 

Səadətxanlı—Düz  deyirsiniz.  Nömrəni  göstərmədən  get 

dedilər, mən də başımı aşağı salıb getdim. 

Sadətxanlı—Yaxşı,  yer  tapılana  qədər  bizdə  qalarsınız, 

bura nisbətən yaxşı olar. 

Səadətxanlı—Yox, sizə əziyyət verə bilmərəm. 

Beloqorski—Siz  kərək  həm  tamaşaçım,  həm  də  rejis-

sorum olasınız. Axı, sizi də rəhbərin obrazı maraqlandırır. 

Sadətxanlı—Elədir. 

Belqorski—İndn də gedək bir balaça qalyanaltı edək. 

Sadətxanlı—Vadim Vadimıç, Siz hamısını danışmadınız. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

145



Beloqorski—Axı,  bu görüş haqqında  birnəfəsə  danışmaq 

mükün  deyil.  Yeri  gəldikcə  danışacağam.  Mənə  elə  gəlir  ki, 

rast gəldiyim hər bir hadisədə bu görüş yadıma düşəcək. 

 

Qapı zəng çalır. 



 

Beloqorski—Buyurun, buyurun. 

Sadətxanlı—Salam, Vadim Vadimıç!  

Beloqorski—Salam. 

Səadətxanlı—Təzə mənziliniz mübarək olsun. 

Beloqorski—Yaxşı, Sizə təzə nömrə verdilərmi? 

Səadətxanlı—Əla  bir  nömrə  veriblər.  (Pauza).  Nə  yaxşı 

qrimlənmisiniz? 

Beloqorski—Qrimlənəndə daha yaxşı məşq edirəm. 

Səadətxanlı—Oxşayırsınız,  Vadim  Vadimıç,  o  qoca 

kimdir? Bayaqdan qarşıdakı köhnə binanın balkonundan durub 

bura baxır. Mən bir az şübhələnirəm. 

Beloqorski—Hansı balkondadır? Görünmür axı. 

Sadətxanlı —Məni görüb içəri keçdi. 

Beloqorski—Əyləşin. Bir-iki etüd göstərim, görün bir şey 

çıxırmı.  Demək,  Lenin  məşğuldur.  Dövlət  əhəmiyyəti  olan 

işlərə  başı  qarışıb.  Telefonlar  ardı-arası  kəsilmədən  zəng  edir. 

Kabineti adamla doludur. Bu səhnəyə fikir verin. 

Qapının zəngi çalınır. 

Beloqorski—Cahangir  Sahib  oğlu,  kimdirsə  deyin  sonra 

gəlsin. 

Səadətxanlı—Yoldaş, sonra gələrsiniz. Ev yiyəsinin vacib 

işi var. 

Qoça



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə