Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə46/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   42   43   44   45   46   47   48   49   ...   52
eli-kerim-2

 (ağlamsınaraq)—

Mənim də onunla vacib işim var. 

Beloqorski.

  (Özü-özünə)—

  Yox,  Lenin  onu  qapıdan  geri 

qaytarmazdı. Cahangir Sahib oğlu, deyin gəlsin. 

Qoca


  (Özünü  itirmiş  halda,  titrək  səslə)

—Siz  doğrudan-

mı...  Gözlərim  mənə  xəyanət  eləməyə  başlamışdır.  Nəvələri-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

146



min təbəssümü yox olur. Onların atası ağır vəziyyətdədir. Yal-

nız siz bir əlac edə bilərsiniz. Mən sizi deyib gəlmişəm. 

Beloqorski  (

Pauza.  Eyni  ilə  Leninin  səsi  ilə,  son  dərəçə 

həyəcanlı.)

—Qoca,  düzəlməyən  heç  bir  iş  yoxdur,  heç  bir  iş. 

Sizin dərdinizə mütləq əlac olunacaqdır. 

Qoca—Ünvan, ad, familiya verimmi? 

Beloqorski—Lazım deyil. harada yaşadığınızı bilirəm. 

Qoca—Mən Sizə təşəkkür eləyim? 

Beloqorski—Mən  Sizə  təşəkkür  eləməliyəm  ki,  belə  bir 

məsələni mənə vaxtında çatdırdınız. 

Qoca—Çox sağ olun. 

Beloqorski—Gözlərinizdəki 

narahatlıq 

ifadəsindən 

xoşum gəlmir. Mənə inanırsınızmı? 

Qoca—İnanıram, inanıram. 

Beloqorski—Yüz faiz? 

Qoca—Yüz faiz. 

Beloqorsk i—Mən xoşbəxtəm. 

Qoca—Mən nə vaxt bu xəbər öyrənə bilərəm? 

Beloqorski—Məncə  xəbəri öyrənmisiniz. Mənə dərdinizi 

deyəndən Sizin işlə məşğulam. Siz gedə bilərsiniz. 

Qoca—Mən uşaqlarıma Sizdən Salam apara bilərəmmi? 

Beloqorski—Mütləq! Mütləq! 

Qoca

  (Qapıya  tərəf  gedə-gedə).

—Bu  salam  təbəssüm 

olub onların üz-gözünü işıqlandıracaq. Çox sağ olun.  

Beloqorski—Çox  sağ  olun.  Arxayın  olun.  Tez-tez  gəlin. 

(

Ucadan

). Gözləyəcəyəm. 

Qoca—Gələcəyəm. Sağ olun. 

Səadətxanlı—Vadim Vadimıç, bu real etüd əsl sənət əsə-

rinin parlaq bir parçası idi. 

Beloqorski



 (hələ roldan çıxa bilməyərək).— 

Mütləq qoca-

ya kömək etmək lazımdır.

 (Telefonun nömrələrini yığır).

 Allo, 


Beloqorskidir. Mənə professor Komarov  lazımdır. Salam, Ser-

key  Vasilyeviç,  Yaxşıyam.  Siz  mənə  təcili  lazımsınız.  Yox, 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

147



yox, tamaşaya dəvət etmirəm. Daha vacib bir iş vardır. Gözlə-

yirəm. Çox sağ olun. 

Səadətxanlı—Tanışdır? 

Beloqorski—Mənim  pərəstişkarlarımdandır.  Həftədə  heç 

olmasa bir dəfə gəlib mənim səhhətimi yoxlamasa rahat olmaz. 

Çahangir Sahib oğlu, siz görürsunüzmü mən nə qədər xoşbəx-

təm? 

Səadətxanlı—Xoşbəxtliyimiz  gözümün  qabağında  yaran-



dı. 

Beloqorski—Yaxşı  fikir  verirdinizmi?  Mən  özümü  sax-

laya bilmədim. İlk dəfə əsil Lenin oldum. Yer üzündəki bütün 

hadisələrə—sevincə,  dərdə,  faciəyə,  narahat  ürəkli  Lenin  kimi 

baxdım. 

Sadətxanlı—Mən  doğrudan  da  Lenini  gördüm.  Sizə 

həmişə minnətdar olacağam. Nə vaxt çıxış etmək istəyirsiniz? 

Beloqorski—Hələ tezdir. Görülməli iş çoxdur. 

Səadətxanlı—Deməli, hələ hazır deyilsiniz? 

Beloqorski—Qətiyyən.  Səhnədəki  hər  bir  hərəkət  üçün 

ürəkdə əsas olmalıdır.  Kiçik bir əl tərpənişi də ürəkdəki hissin 

diqqətindən doğmalıdır. 

Səadətxanlı—Əgər  bütün  tamaşa  boyu  belə  oynasanız 

hamı sizə inanacaq. 

Beloqorski—Elə məsələ də bundadır. Bunun üçun əhvalı-

ruhiyyə lazımdır. Əkər Leninin nifrətini göstərmək istəyirəmsə, 

bütün  zəhləm  gedən  adamları  xatırlayıram.  Yenə  də  görürəm 

ki, bu onun nifrətini açmaq üçün çox azdır. 

Səadətxanlı—Vadim Vadimıç, mən Sizi səhnədə görmüş-

düm, valeh olmuşdum. İndi isə Siz mənim üçün tamamilə baş-

qa adamsınız. Söhbətlərinizdən aldığım zövq üçün Sizə bir da-

ha təşəkkür edirəm. 

Beloqorski—Hələ təşəkkür etmək üçün heç bir əsas yox-

dur. 


Səadətxanlı—Var, Vadim Vadimıç, var! 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

148



Müəllif—Bəs sonra nə oldu? 

Sadətxanlı—Sonra  Bakıya  qayıtmalı  oldum.  Beloqorski 

vəd  etdi  ki,  birinci  tamaşaya  məni  dəvət  etmək  üçün  teleqram 

vuracaqdır.  Aradan  xeyli  keçdi.  Amma  ümidimi  kəsmirdim. 

Əsərin  birinci  tamaşasının  nə  vaxt  olacağını  ümidlə,  həsrətlə 

izləyirdim. Bir gün teleqram aldım ki, durma gəl. 

Moskva Beloqorskinin evi. 

Beloqorski—Buyurun.  Baa,  köhnə  dost,  nə  az  dəyişmi-

sən, nə yaxşı qalmısan

 (Pauza).

 Gəl bir qucaqlaşaq. 

Səadətxanlı—Salam, xoş kerdük Vadim Vadimıç. Demək 

ilk tamaşa sabahdır? 

Beloqorski—Bəli sabah oynayırıq. 

Səadətxanlı—Hə, indi necə, özünüzdən razısınızmı? 

Beloqorski—Bir  mizan  var  ki,  hələ  də  ona  çətinlik 

çəkirəm. 

Səadətxanlı—Sənətkar  yaşa  dolduqca  rolları  da  müdrik-

ləşməlidir.  Bəli,  Vadim  Vadimıç,  qorxutmaqistəmirəm,  amma 

Sizi sabah çox böyük bir imtahan gözləyir. 

Beloqorski—Çox böyük, Cahangir Sahib oğlu, çox. 

Səadətxanlı—Camaat  bilet  tapa  bilmir.  Adam  əlindən 

iynə atsan yerə düşməz. Biletsizlər də var. 

Beloqorski—Bu həm yaxşıdır, həm də pis. 

Səadətxanlı—Səhərdən fikirləşirəm ki, Lenin özü olsaydı, 

tamaşaya baxsaydı, nə olardı... 

Beloqorski—Mən  rolu  ancaq  bunu  düşünə-düşünə 

hazırlamışam. 

Qoca—Axşamınız xeyir. 

Beloqorski—Axşamınız  xeyir.  Bu  qoca  yadınızdadırmı, 

Cahangir Sahib oğlu? 

Səadətxanlı—Əlbəttə. 

Qoca—Sizi əvvəlcədən təbrik edirəm, Vadim Vadimıç. 

Beloqorski—Tezdir,  çox  tezdir.  Yaxşı  mən  gedim  qrim 

otağına. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

149



Qoca—Həyəcanlıdır.  

Səadətxanlı—Çox həyəcanlıdır.  

Qoca—Tamaşa hələ ki, çox yaxşı kedir.  

Səadətxanlı—Mənim gözlədiyimdən də yaxşı gedir. 

Qoca—Leninlə danışan kimdir?  

Səadətxanlı—O, ingilis diplomatıdır. Dayanın hələ Siz öz 

obrazınızı da görəcəksiniz.  

Qoca—Doğrudan? 

Səadətxanlı—Bəli. Bir baxın. 

Lenin  —  Beloqorski—Xahiş  edirəm  ki,  o  qocanı  çağıra-

sınız. 

Səhnədəki Qoca—Salam, Vladimir İliç.  

Lenin—Beloqorski—Salam salam. Əyləşin.  

Qoca—Gör  necə  də  mənə  oxşayır.  Yerimdə  otura 

bilmirəm. Elə bilirəm ki, burada yox, səhnədəyəm.  

Səadətxanlı—Qulaq asıram...  

Səhnədəki  Qoca  (

Özünü  itirmiş  halda,  titrək  səslə).

 

Gözlərim  mənə  xəyanət  etməyə  başlamışdır.  Bu  gözlərin 



axırıncı  nurunu  sərf  edib  görürəm  ki,  nəvələrimin  yanaqları 

solmağa  başlamışdır.  Onların  atası  ağır  vəziyyətdədir.  Yalnız 

Siz bir əlac eləyə bilərsiniz. Mən Sizi deyib gəlmişəm. 

Lenin—Beloqorski—Sizin 

dərdinizə 

mütləq 


əlaç 

olunacaqdır. 

Səhnədəki Qoca—Mən Sizə necə təşəkkür eləyim?  

Lenin—Beloqorski—Mən  sizə  təşəkkür  eləməliyəm  ki, 

bu  məsələni  vaxtında  dediniz,  yoxsa,  sonradan  eşidib  əziyyət 

çəkərdim. 

Alqış səsləri 

Səadətxanlı—Durun, pərdə qurtardı. Gedək, Vadim Vadi-

mıçı təbrik eləyək.  

Qoca—Tez, olun, gedək. 

Səadətxanlı—Sizi  ürəkdən  təbrik  edirəm,  Vadim  Vadi-

mıç! 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

150



Belqorski—Hər  ikinizə  minnətdaram.  Gəlin,  alnınızdan 

öpüm. 


Qoca—Vladimr İliç—Vadim Vadimıç! 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

151



 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə