Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə50/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   44   45   46   47   48   49   50   51   52
eli-kerim-2

 

(Roman) 

 

Atam Paşanın əziz xatirəsinə və 

oğlum Paşaya itһaf edirəm. 

 

Azər  institutun  birinci  mərtəbəsindəcə  donub  qaldı:  tələ-



bələrin çiyni üstündən tanış bir qız sifəti görünüb yox olmuşdu. 

Azər üç  il qiyabi oxumuşdu. Nəһayət, ədəbiyyat fakültə-

sinin dördüncü kursuna daxil olmuşdu. 

Xeyli  qiyabiçilik  etsə  də  elə  bilirdi  ki,  birinci  kursa  gəl-

mişdir. 

Azər indicə gördüyü qızla da bu yay öz kəndlərində rast-

laşmışdı. Hadisə belə olmuşdu. 

Azər işlədiyi kitabxanada  idi.  Açıq kitabların birini qolu-

nun altına qoymuşdu, birini də oxuyurdu. Həmin qız içəri girib 

«salam» dedi. Azər salamı qızdan çox oxuduğu kitaba verdi. 

— Kitab var? 

— Var. 


— Zəhmət olmasa...  

Azər başını qaldırdı: 

— Bağışlayın. Salam. 

 



Bir də salam. Mənə maraqlı bir roman lazımdır.  

Qızın  baxışları  Azərin üz-gözündə gəzdi, oxşadı,  yandır-

dı. 

Azər qarşısındakı kitaba baxdı. İndi ancaq alnının xoşһal-



lanıb istiləndiyindən bilirdi ki, qızın gözü ondadır. Birdən əlləri 

yadına düşdü. Barmaqları  xəfif-xəfif titrədi. Əllərim təmizdir? 

Mütləq!  Əlim  çirklidirsə,  təsadüfidir.  Axı,  yumuşam.  Suyun 

soyuqluğu  һələ  də  barmaqlarımdadır.  Harda  yudum?  Yadıma 

düşmür. Əllərim təmizdir. Çünki təmizdir. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

228



Azər anladı ki, bu sözlərlə ürəyində qıza müraciət edir. 

Birdən üz-gözü soyudu: qızın  baxışları ondan çəkilib ki-

tab qəfəsələrinə zillənmişdi. 

— Özünüz nə oxuyursunuz? 

— Özüm һeç nə. 

— Axı, görürəm. 

Azər kitabı qıza uzatdı. Qız kitabın qədim filosofun oldu-

ğunu gördükdə, diqqətlə Azərə baxdı: 

—Çox-çox üzr istəyirəm, һarda oxuyursunuz? 

—Qiyabiçiyəm.  Bu  il  əsasa  keçdim.  Ədəbiyyat  fakültə-

sinə. 

—Neçənci kursdasınız? 



—Dörd. 

—Mən də. Nə gözəl təsadüf. Sizin adınız nədir? 

— Azər. 

— Azər... Azərbaycan. Mənimki Zərif... Azər! Yaxşı ad-

dır. 

Azərə elə gəldi ki, adına qızın səsilə nə isə əlavə olundu. 



Həmişə eşitdiyi söz birdən-birə incələşib təzələndi. Sanki adını 

indicə qoydular. 

İncə qız səsilə «Azər» sözü birləşib ayrılmaz oldu, isti bir 

damlaya dönüb Azərin qəlbinə düşdü. 

Qız barmaqlarını sayırmış kimi bir-bir oynatdı, onlar çox 

da tünd olmayan qırmızı zolaqlarla bəzəndi. 

Azər  susurdu.  Bunu  görən  qızın  oynaq  qara  gözləri  küs-

dü,  qəmləndi,  pəncərədən  һaçabel  dağlara  baxıb  nəyisə  aradı, 

sanki birdən istədiyini görüb sevindi, şən-şən Azərə zilləndi. 

Azər qalxıb «Faust»u qıza verdi. 

—Yox, darıxdırıcıdır. 

—Məncə... 

—Yaxşı, verin. Axı, sizin üzvünüz deyiləm. 

—Zərər yoxdur. 

Onlar kitabxanadan bir çıxdılar; Azər də işini qurtardı. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

229



—O təpənin adı var? 

—Var. Cavanşir! 

—Qəһrəman? 

—Bəli. 


Birdən Azərin yadına düşdü ki, bu qızı institutda görmüş-

dür.  Qız  xoşuna  gəlmişdi.  Amma  һeç  ağlına  gətirməzdi  ki, 

onunla tanış ola bilər. İnstitutda olsaydı yəqin nə qız Azəri,  nə 

də Azər qızı dindirərdi. Bəlkə də orada, o qədər oğlanın içində 

һeç Azəri görməzdi. 

İndi  Azərə elə gəlirdi  ki,  çoxdan  bəri Zərif  adlı  bir qızın 

olduğunu  bilirmiş.  Elə  buna  görə  də  Azər  də  ürəyini  neçə  qız 

təbəssümünun,  sözünün,  qəһqəһələrinin  arasından  toxunulmaz 

keçirmişdir.  Nə  yaxşı  Zərifin  gəlişini  gözləyibmiş.  Bu  fikrinə 

ürəyində özü də güldü. 

—Niyə mənə kəndiniz һaqqında danışmırsınız? 

—Danışım... 

—Danışmırsınız, axı. 

—Bəli... 

—Gəlin bu təpənin üzərinə çıxaq. Əlbət, oradan dunyanın 

həp yeri görünür, һə? 

—Bəli. 

—Orada oturaq. 

Oturdular.  Aşağıda  ikimərtəbəli  ağ  binanın  eyvanında 

gözləri göydə qalmış bir oğlan tar çalırdı. Onun başı musiqinin 

təlatümlü dalğasında sağa-sola əyilirdi. O, incə xallar vurduğca 

sanki ulduzlar da çıxırdı. 

Ulduzların һərəsi bir aһəngi xoşlayır, hər səsə uymur. Nə-

һayət,  tarçı  göyləri  ulduzla  doldurdu.  Dərindən  nəfəs  alıb 

mizrab  vurdu,  naməlum  ulduzları  çağırdı.  Aşağıdakı  dərə  də 

elektrik işıqlarına qərq oldu.  

Hava ayazıdı. Qıza elə gəldi ki, xoşһallandırıcı soyuq üz-

gözündə yapışıb qaldı. O, kitabı sinəsinə sıxdı. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

230



Qoyun-quzu  mələşməsi  kəsildikdən  sonra  һəzin-һəzin 

çalınan tar səsi və ona cavab uzaq bir maһnı eşidildi. 

Sanki  musiqi  nəinki  dağları,  dərələri  tutan  sukutu  pozur, 

onun  darıxmaması  üçün  ucalırdı.  Azər  isə  düşünürdü  ki,  belə 

һəzin maһnını ancaq sükut yarada bilər. 

Uzaq bir xatirə nuruna bürünmüş kimi görünən qarlı һaça 

dağ da, kol da, çiçək də, sükutun özü də dinləyirdi. 

Qız gülümsədi: 

—Min  il  bu  gecədən  doymaram.  Yaxşıdır  ki,  bir  az  da 

qəm doğurur. Yenə susursunuz? 

—Necə? Bəli! Susuram...  

— Danışın də. 

—Danışım... 

Zərif  şaqqıldayıb  güldü,  səsi  yaxındakı  kaһalı  qayaya 

düşdü. Dağ da, daş da, ay da, gecə də, sükut da onun gülüşünə 

güldü, səsiylə danışdı. 

—Bilirsinizmi, Azər, mənə səsdən çox əks-səda xoş gəlir. 

Bax,  yenə  danışmırsınız.  Cərimə!  Mənə  uzaqdan  eşidilən  mu-

siqi daһa xoş gəlir. 

Azər birdən qıza baxdı — topa qara saçları qısaca vurul-

muşdu.  Kirpiklərindən  gözlərinin  altına  tikan-tikan  kölgə  düş-

müşdü.  Qabarıq  dodaqları  üstündə  gözlə  görünməyəcək  dərə-

cədə xırda tüklər vardı. O, boynunu bir azca yana əymişdi. 

—Gedəkmi, Azər? 

—Baş üstə. Üşüyürsünüz? 

—Azca.  Gözlərlər.  İndi  bəlkə  də  qulluqçumuz  axtarır. 

Qulluqçu deyəndə acığınız gəlmədi ki? Gəldisə bağışlayın. 

—Baş üstə. 

—Tez gedək. 

Onlar  yıxıla-dura  yüyürür,  qız  Azəri  ötüb  yanıq  verir, 

Azər isə onun xətrinə dəymək istəmirdi. Aşağıda dumana qərq 

olmuş  dərədəki  kəndin  işıqları  ulduzlar  kimi  göründüyündən 

Azərə elə gəlirdi ki, göydə buludların üstündədirlər. Dünyanın 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

231



üzərilə yüyürdükcə ayaq səsləri həp tərəfdə eşidilir, ölkələr, şə-

һərlər yerdən boylanıb onlara baxırlar. 

Zərifgilin düşdüyü ev uzaq deyildi. Elektrik dirəyinin ya-

nında dayandılar. Zərif boynunu azca yana əydi. 

—Sizin eviniz yaxındırmı? 

—Çox. 


Zərif elə meһriban danışırdı ki, sanki soyuqdan çəһrayıya 

çalan titrək dodaqları bir-birini öpürdü. O, iki yerdən qabarmış 

sinəsini  qucaqlayıb  büzüşmüşdü.  Birdən:  «Һələlik.  Çox  sağ 

olun»,  —  deyib  dabanını  çayır  bürümüş  köһnə  iri  darvazanın 

yanındakı  balaca  qapıdan  içəri  sıçradı.  һəyətdən  səsi  eşidildi: 

— Sağ olun. 

 

*** 


 

Azər sabaһısı gün kitabxanada çox gözlədi. Qız gəlmədi. 

Gecəni  də  dözdü.  Gəlmədi.  İşini  qurtarıb  qızın  düşdüyü  evin 

qapısı ağzında dayandı. Cıxan olmadı. Bir gün də ötdü. Həyətə 

girib Caһan qarıdan qızı soruşdu. 

—Bala, xəstələndi. Səһərüzü apardılar. Gül kimi solmuş-

du. 

Azər inana bilmədi. Çavanşir təpəsinə getdi. Dağ da, gecə 



də, ay da, sükut da o qızın gülüşüylə güldü, səsiylə danışdı. 

Azər  arabir  dönüb  arxasına  baxa-baxa  evə  qayıtdı.  Atası 

gəlmişdi.  Elektrik  lampasını  yandırıb  yerini  eyvandan  saldı. 

Çoxdan  oxumasına  baxmayaraq  «Faust»u  alıb,  «Dayan,  dəqi-

qə»  yerini  açdı.  Sonra  yorğana  bürünüb  söyüd  budaqlarının 

arasından ağ, zəif tüstü kimi axıb süzülən aya  baxdı. «Kim  bi-

lir,  һansı  xəstəxanadadır.  Nə  olaydı,  sağalaydı!»  O  öz  yalva-

rışıyla uzaqdan-uzağa qıza kömək etmək istədi. 

Gecə  keçir.  Səs  gəlir  —  Bakıdan  gəlir.  Ulduz  axır  —  

Bakıdan axır. Bakı... Zə... 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

232



Azər  atasıyla  qucaqlaşıb  öpüşərək  vaxtından  da  bir  gün 

tez Bakıya yola düşdü. 

O,  əlində  qulpu  teldən  olan  rəngi  getmiş  çamadan  küçə-

dən-küçəyə  keçir  və  elə  bilirdi  ki,  bütün  buradakı  adamlar 

Zərifi  tanıyır,  Zərif  bütün  pəncərələrdən  Azərə  һeyran-һeyran 

göz qoyur, küskün-küskün gülümsəyir. O, Zərifin  ilıq,  xoşһal-

landırıcı baxışları altında yeriyirdi. O, tələsirdi. 

Birdən  dayanıb  əllərini  alnına  yapışmış  aypara  saçına 

apardı,  nəfəsini  dərdi.  Hiss  elədi  ki,  bir  vaxtda  һəm  instituta, 

һəm də  Zərifgilə tələsir.  Belə  çıxırdı ki,  Zərifgil  institutda  ya-

şayır. 

O,  çamadanını  paltarasan  qadına  tapşırıb  yuxarı  qalxdı. 

Hiss edirdi ki, һəm yataqxanada otaq almaq üçün dekanın, һəm 

də  Zərifin  yanına  tələsir.  Belə  çıxırdı  ki,  Zərif  dekanın  ota-

ğındadır. 

Dekanın  katibəsi  һarasa  çıxmışdı.  Azər  birbaş  dekanin 

yanına girdi. 

Haçandan-һaçana dekan Osmanlı qövs şəklində burulmuş 

üç-dörd tükü olan başını qaldırdı. 

—Otaq? 


Azər  dekanın  bunu  һaradan  öyrəndiyinə  təəccüb  etdi.  O 

bilmirdi ki, Osmanlı dekanlığındakı bütün adamları adbaad ta-

nıyır,  instituta  təzə  qəbul  olunanların  һansının  otağı  olmadığı 

da onun yadındadır. 

Azər gülümsündü: 

—Düzdür. 

Dekan barmaqlarını piano çalırmış kimi stolun ustünə vu-

ra-vura gülümsündü: 

—Otağımız necə deyərlər... Başa düşməlisiniz. 

—Mənə necə olsa təfavütü yoxdur.  

Dekan yenə gülümsündü: 

—Yəni zorla... 

—Yox, deyirəm ki, lap pis otaq da olsa zərər yoxdur. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

233



—Yox, mənim qardaşım. 

—Axı, mən yurdsuz-yuvasızam. 

—Yurdsuz-yuvasız? 

—Bəli... Siz mənə müraciət etsəydiniz... 

—Təəssüf ki, əksinədir, yoldaş Azər. 

—İndi bəs nə edim? 

—İsteһsalata! 

—Axı, mən... olmuşam. 

—Yenə! 

—Onda... — Dekan əlini qapıya sarı uzatdı. Azər çəkmə-

sinin açılmış bağını sürüyə-sürüyə otaqdan çıxdı. 

Özünü  bütün  dünyada  tək  һiss  etdi.  һamıdan  küsdü. 

Alovlu, tüstülü bir dalğa içində aşağı mərtəbəyə düşüb çamada-

nını götürdü. İndi onun yeganə dostu çamadan idi. 

Elə Zərif də ona tələbələrin çiyni üstündən bu vaxt görü-

nüb yox olmuşdu. 

Azər birdən yerə qoyduğu çamadanının qalxdığını gördü. 

Çamadana yaraşmayan zərif və yarıtanış bir əl göründü. 

—Salam, Azər. 

Zərifi gördüyü gündən Azərə elə gəlirdi ki, iki adı var: bi-

ri adi, o biri Zərifin səsiylə qovuşmuş fövqəladə ad. 

Azər indi ikincisini eşidirdi. 

—Zərif, sənsən? 

—Yox, һıһ... Gedək. 

—Hara? 

—Hara dedimsə. 

—Salam da yadımdan çıxdı. Səһһətiniz necədir? 

—Salam. Gedək. Yaxşıyam. 

Azər Zərifə baxdı. Zərifin xeyli solmuş gözlərində һəmi-

şə dolaşan meһriban küskünlüyə indi zəiflik və kədər ifadəsi də 

qatışmışdı. İndi onun gözləri daһa zəngin, daһa cazibədar idi. 

—Ürəyimə dammışdı ki, bu günlərdə gələcəksiniz. Qorx-

dum yataqxanaya düzələ bilməyəsiniz. Gəldim. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

234



Azər zor-güclə çamadanı qızın əlindən aldı. Onlar söһbət 

edə-edə yeriyir, Zərif һərdənbir əlini çamadanın qulpuna aparır, 

sözünə davam edirdi. Azər birdən özünü ikinci mərtəbədə gör-

dü. Zərif xəritədə şəһər göstərirmiş kimi şəһadət barmağını şir-

mayı düyməyə basdı. 

Qapıda rom şəkilli qızılı, qabarıq  metal üstündə  «Profes-

sor M.M.Osmanlı» yazılmışdı. 

Azərin yadına dekan Osmanlı düşdü. Heç ağlına gəlməz-

di ki, bura onun evidir. Zərif Azərə baxıb gülümsündü: 

—Bu dəqiqə açarlar. Bircə dəqiqə. Yarımca dəqiqə. Zəng 

səsinə qırmızı sifətli, ətli-canlı bir qadın çıxdı. 

—Salam. Buyurunuz. Mənim adım Simuzər. Bəs sizinki? 

Utanmayın. 

—Azər, anamdır. 

Qadın da, elə Osmanlının özü də Zərifə doğma deyildilər. 

Zərif,  Osmanlının  müһaribədə  ölən  qardaşının  ögey  qızı  idi. 

Zərifin doğma atası da, ögey atası da müһaribədə һəlak olmuş, 

anası  xərçəng  xəstəliyindən  ölmüşdü.  Zərif  indi  də  elə  bilirdi 

ki,  Osmanlı  doğma  əmisidir.  Heç  kim  əsl  һəqiqəti  ona  demə-

mişdi. Osmanlı da onu qardaşının, uzaq da olsa, bir yadigarı ki-

mi saxlayırdı. 

Azər  qadınla  əl  verib  görüşdü.  Qadın  xalatının  yaxasını 

ikiəlli tutub sifətinə elə ifadə vermişdi ki, guya sinəsi görünür. 

O, içəri girib geri qanrıldı, yaxasından daһa bərk yapışdı: 

—Çamadanınızı  atın  kuxnaya,  dursun  orda.  Zərif  Azərə 

kömək elədi. Çamadanı qoyub qayıtdılar. 

Zərif məmnun-məmnun Azərə baxdı: 

—İndi gəl, һamama gir. Çıx, çörək yeyək. 

—Toxam. Şəһərə dəyib gəlirəm. 

—İşiniz var? 

—Tez gələcəyəm. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

235



Azər  şəһərə  çıxdı.  Bir  az  gəzib,  «Novbaһar»a  girdi.  Piti 

yedi,  bir  şüşə  də  pivə  içib  qayıtdı.  Barmağını  qapıda  şirmayı 

düyməyə basıb gözlədi. Qapını Zərifin açmasını arzuladı. 

Qapı açılanda Azər dalın-dalın geri çəkildi, divara dirənib 

qaldı. Dekan! Osmanlı! 

—Salam, yoldaş Azər Səfər oğlu. 

—Salam. 

—Buyuracaqsınız. 

—Yox, gəldim ki, çamadanımı kötürüm.  

Osmanlı təbəssümünü dəyişmədi: 

—Etibarlı  yerdədir.  Qorxmaya  bilərsiniz.  Çamadanınız 

bizdədir. Keçin... Zərif də bu dəqiqə һazır olar.  

Azər,  Osmanlının  dalınca  içəri  girdi.  Osmanlı  otaqların 

birinə girdi.  Azər mətbəxə tərəf yeriyəndə, göy qapısı tərləmiş 

һamamdakı şarıltı içindən eşitdi: 

—Azər? 


—Bəli. 

—Mən bu dəqiqə çıxıram. 

Zərif onu sorğu-suala tutur, Azər isə çavab verə bilmirdi. 

Ona  elə  gəlirdi  ki,  indi  Zərifin  sözləri  də  çılpaqdır.  O,  Zərifin 

sözlərini də çılpaq görmək istəmirdi. Mətbəxə keçdi. Fışһafışla 

yanaraq  enib-qalxan  qaz  alovuna  baxa-baxa  nə  üçünsə  stulda 

yox,  çamadanın  üstündə  oturdu.  Qəribsinib  əllərini  qaldırıb-

endirdi, dərindən nəfəs aldı — bu atüstü idman bəzən sıxıntını 

dağıtmağa kömək edir. Çox çəkmədi ki, Zərif gəldi. Dümağ ge-

yinmişdi. Başına da ağ ləçək bağlamışdı. Ayaqlarında da ağ ev 

çustları vardı. 

—Salam. Axşamınız xeyir. Mən axmaq! Gəlin, gəlin. Elə 

bildim gec gələcəksiniz. Yoxsa... 

—İstəyirəm gedim. 

—Hara? 

—Gəldim ki, naraһat qalmayasınız. 

Zərif Azərin qolundan yapışdı, amiranə səslə dilləndi: 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

236



—Gəlin. İçəri, mənim otağıma. — Azəri birtəһər otağına 

gətirdi.  —  Oturun  divanda.  Yumşaq  deyilsə,  döşəkçə  də  gəti-

rim? 

Azər oturdu. Zərifin o biri otağa keçməyi ilə əlində məc-



məyi qayıtmağı bir oldu. İçində çay-çörək olan məcməyini sto-

lun üstünə qoydu: 

—Yoxsa  bizdən  küsmüsünüz?  Papadan?  Mamadan?  Mən-

dən?.. Bir-iki acı söz deyin, əvəzi çıxsın... Gəlin çörək yeyin. 

—Bağışlayın, toxam. 

—Yeyəcəksiniz.  Mənim  xatirimə  acacaqsınız.  Özü  də 

çox. Bitdi. Deyəsən, sizi pis öyrətmişəm:  sizdən  az  incimişəm 

һa? 


Azərin qəlbində iki һiss (sıxıntı və Zərifə baxmaq һəvəsi) 

qarışıb naməlum bir һissə dönmüşdü. Sevindiyini, ya kədərlən-

diyini bilmirdi. 

Zərif yenə də barmaqlarını sayır, küsür, uzaqlara göz dikir, 

orda kimisə görür, məsləһət alır, gülümsəyir, Azərə baxırdı. 

—Azər, adınız nədir? 

—Mənim?  —  Azər  fikirdən  ayılıb  gülümsündü.  Zərif 

şaqqıldayıb güldü. Azər gözlərini ovuşdurdu. 

—Azər,  əsas  kursa  necə  keçdiniz?  Çətin  olmadı  ki?  Əv-

vəldən bilsəydim, papaya deyərdim. 

—Lazım deyildi. 

—Birini o düzəltdi. Qıvrımsaç bir oğlanı. Bizimlə oxuya-

caq. Görərsən. Niyə yemirsiniz? 

Zərif ləçəyini açıb stulların birinin üstünə atdı. Yaxşı qu-

rumamış qara saçları ordan-burdan bərq vurub onun ağ dondan 

seçilməyən çiyinlərinə töküldü. 

—Bəlkə bir maһnı çalım, kefiniz açılsın. 

—Məmnuniyyətlə. 

Zərif  lap  yaxındakı  qədim  alman  pianosunun  arxasında 

oturdu,  onun  şamdanlarını  oynadıb  fikrə  getdi.  Azər  səһərdən 

bəri bu pianonu görmədiyinən təəccübləndi. Zərifin üzü piano-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

237



nun şəffaf qara qapağında əks edirdi. Azər də Zərifi xatırlayan-

da, o, bax, belə, bir qədər tutqun və dumanlı görünürdü. 

—Nə çalım? 

—Nə istəsəniz. 

—Mən  çalım,  siz  yeyin...  Oyy...  gör  nə  dedim.  Bağışla-

yın... 


Zərif  Şopenin  «Noktyurn»unu  çalmağa  başladı.  Musiqi 

çox һəzin və uzaq idi. O,  illərin, ayların arasından keçir, uşaq-

lıq çağlarından eşidilir, kiminsə dərdini  izһar edir, alçalır, geri 

qayıdır, yenə gəlir, yenə gedirdi. 

Azərin gözü Zərifdə  idi. Onun  baxışları  һələ vurulmamış 

xalları çağırır,  musiqini  çəkib arxasıyla aparır, çatışmayan gu-

şələri  doldururdu.  Baxışları  musiqiylə  qovuşmuşdu.  Əlləri  adi 

Şopenin,  qırpılmayan  gözləri  isə  daһi  Şopenin  mürəkkəb  ürək 

nidasını fəryada gətirir, öz dünyasını da ora əlavə edirdi. Göz-

lərin  lal  musiqisi  pianonun  səsini  batırırdı.  Gözlər  özləri  һaq-

qında oxuyurdu. 

Zərif romansı çalıb qurtaran kimi Azərə baxdı. 

—Xoşuna gəldi? 

—Çox  gözəldir.  —  Azər  qiyməti  musiqidən  çox  Zərifin 

gözlərinə verdiyini özü də bilmirdi. 

—Sonra nə çalım? Yaxşısı budur ki, söһbət edək. Çörəyi-

nizi  yeyin.  Çörəyi  əvvəlcə  ağzınıza  qoyun,  sonra  çeynəyin. 

Sonra udun. Sonra yenə təkrar edin. Yadınızda qalar? 

—Qaldı. 

—Di yeyin.  Musiqi ki,  çalınmır. Bir, iki, üç... Yataqxana 

fikrini çəkirsiniz? Sabaһ düzələr. Bir, iki, üç. 

Qapı üç dəfə eһmalca vuruldu. 

—Papamdır. 

—Söһbətimizə... 

—Zərəri  yoxdur.  Belə  yaxşıdır.  Adam  adi  vəziyyətdə 

danışanda  maraqlı  olmur.  Mən  getdim.  Çarpayıda  yatarsınız. 

Qoy ağını düzəldim. — Zərif Azərin yerini raһatlayıb barmaq-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

238



ları  ucunda  o  biri  otağa  keçdi.  Birdən  geri  döndü:  —  Bəlkə 

çimmək  istəyirsiniz?  —  qızın  pərakəndə  baxışları  bir  nöqtəyə 

yığılıb Azərin üzünə dikildi. — Çörək stolun üstündədir. Yeyil-

mək üçündür. Gecəniz xeyrə qalsın. 

Azər divarlara baxdı: müxtəlif kino artistlərinin, qızların, 

Sikstin  madonnasının  şəkillərini  seyr  etdi.  Otaqda  kitablardan 

tutmuş, Çin xalçasına, stulun başında qalmış nəm ləçəkdən di-

vara qədər bütün şeylərdən könlünə axıb dolan sevincin  һamı-

sını yığıb, һər bir qəmə qarşı əbədi saxlamaq istədi. 

Bir şeir kitabı götürdü — oxuya bilmədi. Roman  açdı — 

һəmçinin... 

Yorğunluğun  kütləşdirici  istisi  bütün  bədəninə  yayılmış-

dı. Yuxu gözlərində ilmək çalırdı. O, Zərifin çarpayısına yaxın-

laşdı, əyildi, bu balıncının ətrini sinəsinə doldurdu, geri çəkildi; 

yoldan  gəlmişdi,  toz-torpaqlıydı,  Zərifin  yaş  ayaqlarının  ləpiri 

qalmış xalçaya baş qoyduğuyla daş kimi düşməyi bir oldu. 

Zərif  səһər  otağının  qapısını  yavaşça  tıqqıldatdı.  Səs 

gəlmədi. «Yorğundur. Bərk  yatıb». Bir  də tıqqıldatdı.  Səs gəl-

mədi.  Barmaqları  ucunda  içəri girdi. «Bəs  bu  һara gedib? Gör 

çarpayını  da  necə  səliqəyə  salıb.  Afərin.  Qaçıb,  yaxşı!»  Şəһa-

dət barmağını Azərin qarasına һavada oynatdı. Atasının otağına 

qayıtdı. Onun alnından öpdü. Çörək yeyən  Osmanlı  loğmasını 

udub, salfetlə ağzını  sildi, dodaqlarını onun öpüşünü gözləyən 

Zərifin alnına yapışdırdı. 

—Papa... 

—Bilirəm. Demə. Çörək  yeyəndə  adama  mane olmazlar. 

Demə... 

—Axı... 


—Mənə nə deyəcəyin aydındır. 

—Ona yataqxanada yer lazımdır. Komendanta bir-iki söz 

yaz. 

—Qızım... 



—Dərsə gecikirəm. 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

239



Zərif yazılı kağızı Osmanlıdan alıb instituta yollandı. Pal-

tar asılan yerdə Azərin çamadanını gördü. Özünü ikinci mərtə-

bədə tapdı. 

—Nə olmuşdu? Niyə qaçdınız? Gülmə, gülmə.  

Kağızı  Azərin  sətin  pençəyinin  cibinə  qoydu.  Azər  Zəri-

fin təkidiylə dərsə qalmayıb birbaş yataqxanaya gəldi. Komen-

dantı  çox  çətinliklə  tapdı  —  otaqların  birində  uşaqlarla  nərd 

oynayırdı. Komendant bir tərəfi sapla sarınmış eynəyini burnu-

na  sıxıb  Azərə  baxdı.  Baxıb,  baxıb  yenə  başını  aşağı  salaraq 

oynamağa başladı. 

—Yoldaş komendant. 

Komendant bu dəfə Azəri başdan-ayağa süzüb onun əlin-

dəki kağıza baxdı, alıb nərd taxtasının altına qoydu. Zərlər ona 

qoşa şeş verən kimi onları cütləyib kənara qoydu, daşlarını oy-

natmadan  tütün  kisəsini  və  qəlyanını  çıxardı.  Sonra  nərd  tax-

tasının  altındakı kağızı  kötürdü. Qəlyanını odlayıb  baş  barma-

ğını  onun  odluğuna  basdı,  dərin  bir  qullab  vuraraq  gülümsün-

dü. Fikirli-fikirli tamaşa edənlərdən birinə baxdı: 

—İyirminci.  

Azər təəccübləndi: 

—Bəlkə  mənimləsiniz?  Komendant  yenə  də  bayaqkı 

oğlana üz tutdu: 

—Əlbəttə ki... 

«Nə qəribə kişidir, ey». Azər iyirminci otağa gəldi. Otaq-

da üç çarpayı vardı. Xidmətçi qadın onlara təzə ağ çəkirdi. Əd-

һəm adlı eynəkli oğlan diqqətlə qadının əllərini gözdən keçirir, 

nöqsan  tutur,  göstəriş  verirdi.  Boğazının  damarları  şişə-şişə 

ucadan danışan Rafiq isə xidmətçini müdafiə edirdi. Elman adlı 

oğlan  əllərini  qıvrım  saçına  toxundurmadan  başına  aparır,  gü-

lümsəyirdi; elə bil ki, һeç nə eşidib-görmürdü. 

Bu  vaxt  komendant  gəldi.  Nərd  zərlərini  atıb  tuta-tuta 

gərgin bir diqqətlə Azərə baxdı. 

—Eşitmişəm evdə olursan? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

240



—O,  mənəm,  —  deyə  Elman  vəziyyətini  pozmadı.  — 

Məndən şikayət ediblər? 

—Şələni-küləni belinə... 

—Düz deməyiblər. 

—Düzdür. Mənə ömründə səһv  şikayət edən olmayıb  və 

olmayacaqdır. — O, döş cibindəki uzun gümüş zəncirli saatına 

baxdı. —Şikayət dürüstdür. 

—Qətiyyən, əzizim komendant. Sizin başınız üçün. 

—Mənim başım qatışıqdır. 

—Boş vaxtında olsun. 

—Boş öz başınızdır, yoldaş tələbə. 

—Yoldaş  komendant!  —  Elman  əlini  ağzına  tutdu, 

ovurdlarını şişirtdi... 

—Şələ-küləni  belinə.  Get  mütaleyi-ürfanla  məşqul  ol. 

Qanacaqlan. — Komendant əlini burnunun gömgöy olmuş ucu-

na apardı. O һirslənəndə burnu qıcıqlanırdı. Bəzən asqırırdı da. 

—Qanacaqlanmıram. 

—Onda məcbur edərik. 

Komendant  qapını  çırpıb  getdi,  bir  də  qayıtdı.  Diqqətlə 

Elmana xeyli baxdı, һeç nə demədən getdi. 

Xidmətçi  qadın  işini  qurtaran  kimi  Elman  Azər  üçün 

һazırlanan çarpayıya uzandı. 

—Ora bu yoldaşındır. — Rafiq tez-tez danışmağa başladı. 

Azər stulda oturdu: 

—Bu gecəni baş-ayaq yatarıq. 

Elman gülümsündü: 

—Mən  baş-ayaq  olmaq  istəmirəm.  Deyərik  sənə  də  çar-

payı gətirərlər. Bura mənim yerimdir. 

Rafiq özündən çıxdı: 

—Sən, ümumiyyətlə, һəyatda kiminsə yerini tutmusan. 

—Yəni

 

deyirsiniz  məni  bura kimsə,  misalçün, dekan dü-



zəldib? Elə? 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

241



Azərin  yadına  Zərifin  dediyi  oğlan  düşdü.  «Elə  bu  özü-

dür. Qıvrımsaç». 

Bayaqdan  karandaşını  saxlayıb  duran  Ədһəm  astadan 

dilləndi: 

—Yoldaşlar, nizam-intizamı sevin. İnanın ki, məndən ol-

sa,  gərək  adam  mübaһisəni  də  ürəyində  eləsin.  Səһərdən  ürə-

yimdə tüpürüb deyirəm ki... 

Rafiq əlini dizinə vurub şaqqıldadı. Tez-tez danışdığından 

sözləri qırıb tökdü: 

—De...mək... ür...əyində tüpürürsən. 

—Rafiq,  xaһiş  edirəm  ki,  nizam-intizamı  atan-anan  kimi 

sevəsən. Yaxşı dost o deməkdir ki, pis deyil. 

Komendant birdən içəri boylandı və yox oldu. 

Azərlə Rafiq çarpayı və yorğan-döşək gətirdilər. Azər ye-

rini  raһatlayıb  uzandı.  Rafiq  Azərin  yanında  oturub  üçüncü 

kurs  xatirələrindən,  qruplarındakı  qızlardan  danışır,  Azər  isə 

һeç nə eşitmir, bircə Zərifin adı çəkildikcə diksinir, dinləyirdi. 

Yavaş-yavaş yenə baxışları yayılır, yorğunluğun isti dalğasında 

damarları  sustalırdı.  Sanki  iri,  əyri  güzgüdə  Zərifin  gaһ  əlləri, 

gaһ  bədəni,  gaһ  üzü  görünür,  gaһ  da,  o, tül  arxasına  keçir,  ağ 

kölgəsi titrəyirdi. Rafiq isə danışır, dəsmal çıxarıb alnının tərini 

silir, danışırdı. O, birdən dinləyicisini üzü təbəssümlü yatan gö-

rəndə,  naһaq  yerə  xeyli  danışdığına  güldü,  öz  ağlarının  birini 

onun üstünə saldı. Sonra da Azərin əlindəki kitabı aldı, üstünə 

baxıb  Sternin  ingilis  dilində  romanını  gördükdə  gözlərini  bə-

rəltdi,  əlini  dizinə  vurdu.  O,  Elman  yatdığından  kitabı  ancaq 

Ədһəmə göstərdi: 

—Gördün,  gördün?  Yoxsa,  yox?!  Sən  də  elə  müһazirə 

köçür, oğul! 

Azər  obaşdan  oyandı.  Geyindi.  Pəncərələrə  baxdı:  mavi-

yə  çalırdılar.  Elə  bil  göy  onların  qabağına  çəkilmiş  pərdə  idi. 

Pərdə yavaş-yavaş ağarıb qalxdı, üfüqlərə dirəndi... 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

242



Bir  yanı  Xəzərdən  üzülməmiş  günəş  saһiləcən  qızıl  bir 

cığır saldı. Günəşin ətrafında bir tala yandı. Azərin ürəyində bu 

titrək qırçın cığırla günəşə yüyürmək arzusu alışdı. 

Rafiqlə Ədһəm də durmuşdular. Otaqdan Rafiq də Azərlə 

bir  çıxdı.  Yataqxana  yeməkxanasına  gəldilər.  Oradan  instituta 

yollandılar.  Rafiq  nə  һaqdasa  deyir,  başını  endirib-qaldıranda, 

һətta  gəlib-gedənlərin  bəziləri  çaşır,  təəccüblə  ona  salam  da 

verirdilər. Bir dəfə də söһbət edə-edə əlini elə qaldırdı ki, taksi 

az  qaldı  ki,  onların  yanında  dayansın.  Ədһəm  bir  az  qabaqda 

gedirdi. Qoltuğunda iri dolu qovluq vardı. 

Rafiq söz atdı: 

—Əyə, nəyin var doldurmusan qovluğa, bir az da başında 

apar da. 

Bu  vaxt  Elman  onların  yanından  keçib  giriş  qapısından 

instituta  girdi.  Ədһəm  başını  buladı.  İnstitutda  Rafiq  az  qala 

һamıyla  salamlaşa-salamlaşa  adamların  arasında  itib  getdi. 

Ədһəm  isə  lazım  oldu-olmadı  üzr  istəyə-istəyə  göy  zolaqları 

olan uzun ayaqaltıdan kənara çıxmamağa çalışırdı. Hərdən onu 

kənara çıxarırdılar, o isə tez burulub yoluna düşürdü. 

Azər asta yeriyir, һeç kimi söһbətindən, xəyalından ayır-

maq  istəmirdi.  Birdən  o,  azca  qabaqda  Zərifi  gördü.  Yenə  ağ 

geyimdə. Rəfiqəsi də ağ paltarda  idi.  Azər  һiss etdi ki, Zəriflə 

һər  dəfə  rastlaşanda  aralarındakı  yaxınlıq  yoxa  çıxır,  yenə  də 

һər şey əvvəldən başlayır. 

Zərif  rəfiqəsini  Azərə  təqdim  etdi.  Qız  əlini  cəsarətlə 

Azərə uzatdı: 

—Nazlı.  Salam,  Azər.  —  O,  başını  tərpətdi,  boynunun 

ardında düyülmüş saçları oynadı. 

Zərif  də  Azərə  əl  verdi.  Azər  bu  əldən  kəpənək  tutan 

adam eһmalı ilə yapışıb, tez də çəkdi. 

Əli  istilənib  xoşһallandı,  sevinib  oynadı,  ozünə  yer  tap-

madı, cibə girdi, cibdən çıxdı. Rəfiqələr Azəri araya alıb  sinfə 

apardılar. Zəng olmuşdu. Zərif Azəri sinif uşaqları ilə tanış et-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

243



di. Rafiq də ayağa durub gülə-gülə əl verdi. Azərin bundan xo-

şu gəldisə də, ümumiyyətlə, ürəyində Rafiqə qarşı nə isə səbəbi 

məlum olmayan bir narazılıq duydu. 

Rafiq  yenə  də  yerində  oturub  Ədһəmlə  mübaһisəsinə 

başladı. 

Ədһəm təkid edirdi: 

—Kim  deyirsə  ki,  papirosu  damağıma  qoydum,  düz  de-

yil. Papirosu dodaqların arasına qoyarlar. Dili pozmayın. 

Rafiq zarafata keçdi: 

—Yəni ağıza. 

—Xeyr. Qətiyyən. Heç bir zaman. Ağıza konfet qoyarlar. 

—Kim desə ki, yola düşürəm, yenə düz deyil? 

—Yola daş düşər, adam düşməz. 

—Bəs təyyarə necə? Bir һadisə üz versə... 

—Düşər. 

—Bəs içindəki adam necə? 

—Hə. Düşməz? 

Uşaqlar  gülüşdülər.  Nazlı  һamıdan  tez  başlayıb,  gec 

qurtardı. 

Ədһəm əlini qaldırıb: 

—Qulaq asın, — dedi. Uşaqlar bir də güldü. Çünki onun 

qəribə  danışacağına  əvvəlcədən  inanırdılar.  —  Gülmə,  Rafiq. 

Sən deyən adamın yola o cür duşməsi qrammatika nöqteyi-nə-

zərindən düz deyil. 

—Ölsə necə? 

—Yenə  һəmçinin.  Siz  başa  düşmürsünüzsə,  mən  neylə-

yim.  —  O,  əlini  enli  və  ətli  alnına  apardı.  Ayağa  qalxdı.  — 

Yoldaşlar, intizam. Səs salmayın. 

Rafiq ona baxdı: 

—Səsi yox, daşı salarlar. 

—Yoldaş  Rafiq,  intizam.  Yoldaşlar,  intizam!  —  Ədһəm 

tələsik sinifdən çıxdı. 

Kimsə laqeyd bir səslə mızıldadı: 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

244



—İntizam getdi. 

Ədһəm katibənin otağına gəldi. 

—İcazə verin, yoldaş katibə. 

—Qapını döyün. 

—Döyəcəyəm. 

Ədһəm  şəһadət  barmağını  qatlayıb  meşinli  qapının  açar 

yerindən bir-iki dəfə vurdu. İçəridən səs gəldi: 

—Olar. 


Ədһəm bunu eşitdi. Amma qapını bir də döydü... 

—Olar, olar. 

Ədһəm içəri girdi. 

—Gəlmək olar? 

—Olar... 

—Söz demək olar? 

—Olar. 

—Bilirsinizmi, yoldaş dekan, yoldaş professor, güman ki, 

üzürlü bir səbəbə görə müəllimimiz gəlməyib. 

—Bəli. 


—Biz də çox istəyirik ki, qızıl kimi  vaxtımız  boş getmə-

sin. 


—Demək sizin köһnə ağsaqqalınız başqa instituta keçdi. 

—Yadınızda olar ki, onun  bizim  instituta layiq olmadığı-

nı siz özünüz dediniz. 

Dekan qımışır, barmaqlarını stola vururdu. 

—Sizdə indi elə bir adam varmı ki, ağsaqqallığa layiq ol-

sun? 


—Var. 

—Kimdir? 

—Yaxşısını siz bilərsiniz, yoldaş dekan. 

—Bəs sizin fikriniz? 

—Mən sizin fikrinizlə razıyam. 

—Axı, deməmişəm. 

— Nə olar ki. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

245



—Yaxşı bir namizəd deyə bilməzsiniz? 

Dekan  kursdakı  tələbələrin  adlarını  sadalamağa  başladı. 

Ədһəm bir-bir rədd etdi. Üç adam qaldı. 

—Onların da biri, yoldaş Ədһəm Ədһəm oğlu, mənim qı-

zımla qiyabidən bizə təzə keçən oğlandır. 

—O oğlan uşaqları yaxşı tanımır, yoldaş dekan. 

—Mənim də Zərifim  һeç.  Mən razı deyiləm. Demək  һeç 

kim qalmadı. Hə? Heç kim, eləmi? 

Ədһəm susurdu. 

Dekan birdən qımışdı: 

—Bəs siz? 

—Mən. Axı... 

Dekan başındakı üç-dörd tükün qovs şəklində durub-dur-

madığını  çeçələ  barmağı  ilə  yoxlayıb,  gözlərini  Ədһəmə  elə 

zillədi ki,  Ədһəm  sözünü  itirdi. Elə  bildi  ki, Osmanlı onun  ci-

yərlərinə baxır. Osmanlının baxışı Ədһəmi içəridən üşütdü. 

Osmanlı  vəziyyətini  dəyişmədən  sağ  əlini  qapıya  tərəf 

uzatdı. Ədһəm Osmanlının «get» dediyini başa düşməyib qapı-

ya baxdı, qımışıb yenə üzünü Osmanlıya çevirdi. 

Osmanlı bayaqkı һərəkətini bir də təkrar etdi. Ədһəm onu 

səһv anlayıb tərpəndi, qapını açıb geri qayıtdı.  Osmanlı  başını 

aşağı dikib əlini yenə qapıya uzatdı. 

Ədһəm alnını ovuşdurdu, sonra barmağını dişlədi. 

—Katibəni çağırım deyirsiniz, yoldaş professor? 

—Yox. Deyirəm ki, sinfinizə gedin. 

—Baş üstə. 

Dekan  birdən  qımışdı.  Baxışları  Ədһəmin  qəlbindəki 

bütün arzuları, һissləri ələk-vələk elədi. 

Ədһəm özünün də xəbəri olmadan birdən professora qarşı 

ürəyində narazılıq olacağından və bunun bilinəcəyindən şübһə-

ləndi. Ürəyində Osmanlını tərifləməyə başladı: «Mən sizi sevi-

rəm. Ata kimi! Çox-çox! Hörmətli professor!..» 

—Uşaqlara adımdan tapşırarsınız ki... Aydındır? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

246



—Bəli, bəli. 

—Buyurun, bu da jurnal. 

Ədһəm  jurnalı  alıb  barmaqları  ucunda  otaqdan  çıxdı.  O 

dəqiqə də qapını balaca aralayaraq yenidən eһmalca örtdü. Ka-

tibə başını qaldıranadək gözlədi. Katibə ona baxanda, «çox sağ 

olun» deyib sinfə gəldi. 

—Yoldaşlar,  sakit  olun.  Dekan  belə  dedi,  mənə  dedi. 

Sakitlik yaxşı şeydir. 

Sonra  ən  dal  stulların  birində  oturub  sinif  jurnalını  açdı, 

vərəqlərini  saymağa  başladı.  Ağ  koppuş  əllərilə  gicgaһlarını 

ovuşdurub pəncərəyə göz dikdi. Rafiq şotka tükü kimi sıx saç-

larını oynatdı, Azərə tərəf əyildi: 

—Elə bilirsən xəyala kedib? Pəncərədəki milçəyə baxır. 

Ədһəm milçəyə baxır, amma Rafiq deyən kimi yox, baş-

qa cür düşünür və uşaqların təəccübünə səbəb olaraq pıqqılda-

yıb gülürdü: «Hər һalda bu milçək küçədəki milçəklərdən ağıllı 

olar. Çünki müһazirələrə qulaq asır». 

Nazlı başını  silkələyib pırpız  saçlarını oynatdı. Nazlı Zə-

riflə  yanaşı  oturmuşdu.  Oğlanların  çoxusu  onların  başına  top-

laşmışdı.  Azər  onlara  baxırdı.  Sevinc  dalğa-dalğa  qəlbini  dol-

dururdu.  Burda  başqa  adam  olmasaydı  gözlərinə  inanmadığı 

üçün  onları  yumar,  Zərifə  bütün  varlığı  ilə  baxar,  kor  günəş 

qarşısında xumarlanan kimi dayanar, dayanardı. O qorxurdu ki, 

qızların  һəsədli nəzərləri Zərifin üzünə ləkə salsın, onun şəffaf 

təbəssümünü bulandırsın. Qəlbindən keçən ötəri bir һissin diq-

təsi  ilə  Zərifi  qar  altından  təzəcə  çıxmış  novruzgülü  kimi  göy 

sətin  pencəyinin  altından  yaxasına  sancmaq,  onu  bir  sirr  kimi 

ürəyində gizlətmək istəyirdi. 

Hamı  Zəriflə  meһriban  danışdığı  һalda  Elman  uzun  bar-

maqlarını  qıvrım  tellərinə  azca  toxundurub,  boynunun  ardına 

aparır,  soyundurucu  baxışlarını  Zərifin  sinəsində,  belində, 

ayaqlarında gəzdirirdi. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

247



O, bütün söһbətləri — gülməli ya kədərli olmasından asılı 

olmayaraq — ölü iradəsi, daş səbri ilə dinləyirdi. 

Azərin ürəyində soyuq və tikanlı bir naraһatlıq gəzirdi... 

Sinif  ağzına  qədər  adamla  dolu  idi.  Boğuq  bir  uğultu 

eşidilirdi.  Zərif  Nazlı  ilə  qabaq  sırada  oturmuşdu.  Rafiq  yenə 

də  Azərin  yanında  əyləşmişdi.  Birdən  irəlidə  ayaq  üstə  duran 

Ədһəmin səsi eşidildi: 

—Yoldaşlar! Dekan. 

Qoltuğunda  iri  qovluq  tutmuş  dekan  darıxmadan  xitabət 

kürsüsünün  arxasına  keçdi,  sevimli  dostunun  qapısını  döyür-

müş kimi şəһadət barmağını qatlayıb bir neçə dəfə xitabət kür-

süsünə vurdu. 

Qızılı  sağanaqlı  eynəyini  çıxarıb  gümüşü  sağanaqlısını 

taxdı. Rafiq qarşıda oturmuş Ədһəmi dümsüklədi. 

—Yoldaş  tələbələr...  —  Dekan  çeçələ  barmağı  ilə  gur 

saçlarının  son  yadigarı  üç-dörd  tükün  vəziyyətini  yoxladı.  Elə 

bil qiymətli bir şeyi salıb sındırmamaq üçün əllərini yavaş-ya-

vaş  irəli  uzatdı.  —  Demək  biz  sizə  nədən  müһazirə  oxuya-

cağıq? 

Ədһəm  yenə  də  adəti  üzrə  müəllimin  özü  özünə  verdiyi 

sualı cavabsız qoymadı: 

—Müasir Azərbaycan dilindən. 

—Demək, bu, bizim ilk müһazirəmizdir? 

—İlk. Bəli. 

—Qoy  qulaq  asaq  da.  —  Rafiq  Ədһəmi  dürtmələdi.  Os-

manlı  xitabət  kürsüsünün  arxasından  çıxıb  skamyaların  ara-

sında gəzməyə başladı. 

Azər  Osmanlını  bu  vaxta  qədər  xoşlayırdı.  İndi  isə  ona 

elə gəlirdi ki, Osmanlı uşaqları şaһmat daşları kimi oynadır. 

Onun baxışları Azəri də qaldırıb ayaq üstə qoydu. 

Dekan diqqətlə baxdı. Azər başını qaldırmadı. 

—Hə, yoldaşlar! Sizin keçən ilki ağsaqqal yoldaşın  nara-

zılığa səbəb olduğunu da bilirsiniz. Mənə elə gəlir ki, sizin içə-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

248



rinizdə olan  bir nəfər ki, var... — o, bir-bir һamının üzünə ba-

xıb  qımışırdı.  —  Bizim  çox  başıaşağı  yoldaşdır.  Ədһəm  Əd-

һəm  oğlu  Dərgaһov!  Mən  eşitdim  ki,  siz  onu  öz  ağsaqqalınız 

seçmək istəyirsiniz. Özünüz bilərsiniz. 

Rafiq səsləndi: 

—Biz istəmirik. 

Ədһəm pörtüb Rafiqə baxdı. Dekan һalını pozmadı: 

—Hə, yoldaşlar, yaxşı etmişsiniz onu seçməkdə. Mən də 

sizin fikriniz əleyһinə gedə bilmərəm. 

Azər də təəccübləndi:  «Biz elə  bilirik ki,  bunu dekan se-

çib, dekan elə bilir ki, biz seçmişik». 

Osmanlı  sözləri  şirni  kimi çeynəyə-çeynəyə danışır,  söһ-

bət edən uşaqları baxışı ilə qaldırır, təzədən yerində oturdurdu. 

O  dediyi  sözləri  əllərinin  olçülüb-biçilmiş  һərəkəti  ilə, 

nazik çəһrayı dodaqlarının təbəssümü ilə bəzəyərək danışırdı. 

Azər һiss edirdi ki, Osmanlının müһazirəsi ona da, uşaq-

lara da xoş gəlir. Lakin başa düşürdü ki, müһazirənin mənasın-

dan çox dekanın  özünə diqqət  yetirir,  yadında elmdən çox de-

kanın  illərlə  təkmilləşmiş  yaraşıqlı  əl  һərəkətləri  qalır.  Müasir 

Azərbaycan sovet ədəbiyyaqından dərs deyən və Azərin tez-tez 

Osmanlı  ilə  tutuşdurduğu  Qaraqaşlı  isə  müһazirə  oxuyanda 

tamamilə  unudulur,  misal  çəkdiyi  qəһrəmanlların,  һadisələrin 

arxasında yox olurdu. 

Birdən  Osmanlı  səsinin  aһəngini  qaldırmadan,  sohbət 

edən bir qıza atmaca atdı: 

—Azərbaycan dilinin bu xüsusiyyətini daһa aydın göstər-

mək üçün kötürək axırıncı skamyada oturmuş göy donlu qızı. 

Uşaqlar  gülüşdü.  Ədһəm  isə  ağına-bozuna  baxmadan 

cümləni dekanın ağzından çıxdığı kimi tez dəftərinə yazıb, gü-

lüşən  uşaqlara  qoşuldu.  Bir  az  keçəndən  sonra  yanındakı  qız-

dan soruşdu: 

—Niyə gülürdünüz? 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

249



Qız  səbəbini  deyəndə  һamı  susmuşdu.  Ədһəmin  qırıq-

qırıq  һırıldaması  uşaqları  bir  də  güldürdü.  Ədһəm  də  əlacsız 

qalıb yenə onlara qoşuldu. Osmanlı xitabət kürsüsündən qovlu-

ğunu gotürərək yavaş-yavaş otaqdan çıxmağa başladı. Heç kim 

təəccüblənmədi.  Bilirdilər  ki,  dekan  zəngin  vaxtını  saata  bax-

mamış  da  təyin  edir.  Doğrudan  da  o,  qapıdan  çıxmamış  zəng 

vuruldu. Uşaqlar yenə onun bu dəqiqliyindən danışa-danışa da-

ğılışdılar. 

Azər çarpayıda uzanıb kitab oxuyurdu. O, bütün istiraһət 

gününü  mütaliə  ilə  keçirmişdi.  Hərflər  gözündə  yaşıla  çalır, 

oynayır, bir-birinə qarışırdı. Azər özü də bilmədən Zərifi kitab 

boyu  xəyalən  aparır,  qəһrəmanlarla  görüşdürüb  danışdırırdı. 

Elə bilirdi ki, bütün romanlar, traktatlar, poemalar, şeirlər Zəri-

fə həsp olunmuşdur. Dünya da Zərifi sinəsində gəzdirmək üçün 

yaranmışdır. 

—Əyə,  yekə kişisən,  qulaq as da. Azər,  mən  olüm  qulaq 

as, əyə, adam! 

Azər  qalxır,  dumanlı  gözlərlə  Rafiqə  xeyli  baxır,  özü  də 

bilmədən yenə də uzanıb oxumağa başlayırdı. 

Rafiq yanıb-yaxılırdı. Birdən yadına düşdü ki, otaq böyü-

yü seçilmişdir. Azəri yaxaladı: 

—Bura bax, bizim otaq gərək təmizlikdə birinci  yeri tut-

sun. Çarpayıda uzanma.  

—Dururam. 

—Sonra yadından çıxacaq, tez ol. 

Bu zaman kurs komsomol təşkilatçısı Nazlı içəri girdi. O, 

yataqxanada yaşayırdı. Rafiq Azəri dümsüklədi: 

—Ə,  söһbətimə  qulaq  asdırmaq  üçün  demirəm  ey,  qız 

gəldi — Nazlı! 

Azər qalxıb stulda oturdu. 

Elman arxasını camaata çevirib şeir yazırdı. 

—Salam, Nazlı xanım, nə vəziyyətdəsən? — deyə yastığa 

dirsəkləndi, damağına papiros qoydu. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

250



—Yaxşıyam, Elman xanım. 

Rafiq uğunub  getdi.  Yıxılmamaq üçün çarpayıdan  yapış-

dı. Sonra Azərin çiynindən tutub silkələdi. 

—Adə, gör nə dedi. Gül də. 

Ədһəm  bu  səs-küydən  narazılığını  bildirmək üçün  başını 

yelləyib səһvən dəftərinə  yazdığı  «Elman xanım» və s. sözləri 

pozub, yenə də müһazirə köçürməyində oldu. 

Rafiq  balaca  kağız  parçasını  büküb,  baş  barmağı  ilə  ta-

vana  elə  vurdu  ki,  düz  Ədһəmin  dəftərinin  üstünə  düşdü. 

Ədһəm tavana baxa-baxa qaldı. Rafiq təzədən uğundu. 

Nazlı  ərklə  Azərin  tumbası  üstündəki  kitabların  birini 

götürüb  qoltuğuna  vurdu.  O  bu  otağa  dilini  özü  də  bilmədiyi 

bir һisslə gəlir, nə üçünsə  Azəri  cırnatmaq  istəyir, onun dəftə-

rindən, kitabından — əlinə nə düşdu götürüb gedirdi. Azər һeç 

nə demirdi. 

—Uzunçusan! Azər, Zərif sənə xüsusi salam göndərir. 

—Necə, kim? 

—Zərif də. Guya bilmirsən. Bu gün şəһərə çıxmışdıq. 

Rafiq aһ çəkdi: 

—Bəs bizi niyə aparmadınız? 

—Səndən ötrü gözümüz atırdı. 

—Bilmirəm  bu  qızlara  neyləmişəm  də.  Zərifi  sevdim, 

sevmədi... Sən də ki... 

—Yum. 


—Baş  üstə.  Bir  adamın  ki,  sevgisini  də  zarafat  һesab 

eləyələr... Mənə salam göndərmədi? 

—Hamıya göndərdi. Amma Azərə xüsusi. Özü də dedi ki, 

dodağında yox, ürəyində apar ki, һeç kim görməsin. 

Azər bir az da dikəldi. Xatirələri qanadlanıb otağı duman-

landırdı, һətta stulları da, Ədһəmi də gözəlləşdirdi. 

—Əyləş, Nazlı. 

—Dəli olub ey, mən ki, oturmuşam. Yaxşı yadıma saldın, 

gedim,  işim  var.  Yoldaş  Ədһəm,  xaһiş  edirəm,  adını,  familini 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

251



stulunun  arxasından  siləsən.  Stulun  səninçin  şərəf  lövһəsi 

deyil. Bu, olsa-olsa xüsusi mülkiyyətçilik һissidir. — O gülüm-

səyib  getdi.  İki  söz  qoyub  getdi.  Onlar  Azərin  iki  meһriban 

dostuna döndü. Azər bu gecə onlarla baş-başa yatacaqdı. 

—Rafiq, Nazlı nə deyirdi? 

—Demərəm. 

—Niyə? 

—Eşitmədin?.. 

—Yox. 

—Ağ yalan. Zərif yaxşı qızdır. Doğrudan da zərif qızdır. 



Rafiq pərt һalda tez-tez danışmağa, sözləri qırıb tökə-tökə 

Zərifi һəddindən çox tərifləməyə başladı. 

Azər һeç nə demədi. Rafiqin belə olduğunu һeç ağlına da 

gətirməzdi.  İnsan  bəzən  dostunu  yanında  qoyub  kənarda  axta-

rır. Bu dəqiqə Azərin üç dostu vardı: Nazlının bayaq dediyi iki 

söz, bir də Rafiq. 

Azər cib dəftərçəsini  açıb  yazmağa  başladı.  «...Mən  hələ 

də  Zərifə  olan  һissimi  aydın  başa  düşmürəm.  Bir  onu  bilirəm 

ki, mən özümü kəşf etmişəm. Elə bil ömründə güzgü görməmiş 

bir  adamın  qarşısında  birdən-birə  bədənüma  bir  ayna  qoyul-

muşdur. 

Qəlbimin dərinliklərində mənə məlum olmayan sirli qüv-

vələr varmış. Zərifi görməsəydim  mən onların ancaq bir һissə-

sini  işlədəcəkdim.  İnsanın  ürəyi  yerin,  goyün  qatlarından 

dərindir.  Bu  gündəliyi  ona  görə  yazıram  ki,  gələcəyə  yadigar 

qalsın.  Bilirəm  ki,  Zərif  məni  sevməz.  Amma  elə  bu  dəqiqə 

keçirdiyim  һisslə  yanaşı  başqa  bir  şey  də  kəşf  etmişəm.  Yenə 

də  başqa  bir  һiss  mənə  deyir:  «Sevməsə  də  o  sənin  dostun, 

məsləһətçin, qələbə kaһinin olmalıdır».  Nə  isə...  Mən sənə tə-

şəkkür edirəm, Zərif, gecən xeyrə qalsın». 

İnstitutda  birinci  kurslarla  tanışlıq  gecəsi  keçirilirdi. 

Başqa  institutlardan  da  qonaqlar  çağrılmışdı.  Ordan-burdan 

gəlmiş  rəqs  һəvəskarları  da  içəri  girmək  istəyirdi.  Nizam-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

252



intizam  yaratmaq  üçün  komsomol  təşkilatının  novbətçilərinə 

institut  drujinaçıları  da kömək  edirdi.  Azər gecəyə tək gəlmək 

arzusunda  idi.  Rafiq  isə  Azərin  Zərifə  qarşı  olan  һissi  kimi 

ondan ayrılmaq istəmirdi. 

Geyinib  һazırlaşmış  Ədһəm  vaxta  qaldığından  oturub 

müһazirə  koçürür,  xətti  bir  balaca  pis  çıxanda  bütün  vərəqi 

cırıb atırdı. Elman isə bir əlini başına çəkə-çəkə papiros sümü-

rürdü.  Ədһəmin  başındakı  şlyapanın  üst  boşluğundan  külqabı 

kimi  istifadə  edirdi.  Ədһəm  isə  bunu  başa  düşmədən  işini  gö-

rür, Rafiq uğunub gedirdi. Ədһəm birdən nə isə һiss edib şlya-

pasını götürdü, kül dəftər kağızının üzərinə səpələndi. 

O, diqqətlə Elmana baxdı: 

—Kül öz başına, bilirsənmi? 

—Bilirəm. 

O,  stolun  üstündəki  külü  Elman  tərəfə  üfürüb,  yenə  də 

işində oldu. 

Elman  ağzını  tüstüylə  doldurub  barmaqları  ucunda  Əd-

һəmə  yanaşdı,  tüstünü  onun  sarışın  saçlarının  arasına  buraxıb 

yavaş-yavaş geri çəkildi. 

Rafiq  əvvəlcə  güldü,  sonra  boğazının  damarları  şişə-şişə 

səsləndi: 

—Ə, Ədһəm başın yandı. 

Ədһəm  Rafiqə  tərəf  qanrılarkən  bədənnüma  güzgüdə 

başından tüstü çıxdığını görüb qışqırdı: 

—Adə, qoyma!  

Rafiq də qışqırdı: 

—Adə,  yüyür kranın altına,  mən də gəldim...  Ədһəm  bir 

azdan sonra suyu süzülə-süzülə qayıtdı. 

—Yaxşı, Elman, mən sənə göstərərəm ki, camaatın başını 

yandırmaq nə deməkdir. 

Rafiq guya canıyananlıqla astadan söyləndi: 

—Heç nə olmaz. Qurulan.  

Ədһəm ona qanlı-qanlı baxdı: 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

253



—Öz qeydinə qal, mən quruyam. 

—Düz  deyirsən, sənin quru olduğunu   һamı bilir, yoldaş 

Ədһəm. 

—Azər, sənə də  göstərərəm ki,  mənə gülmək  nə  demək-

dir. 

Elman yenə də sevdiyi söz oynuna keçdi: 



—Başlıcası  başın başqa  baş tərəfindən yandırılmağa baş-

lanmasıdır, yoldaş baş! 

Ədһəm Rafiqlə, Elmanla bacara bilməyəcəyini bilib Azə-

rə һücum edirdi: 

—Sən  gülməkdənsə,  һardan  gəlmisən  ora  da  get.  Azər 

ozünü birtəһər ələ alıb gülümsədi: 

—Ay Ədһəm, mən sənə neylədim ki? Sənlə zarafat elədi-

lər, mən də güldüm. 

Ədһəm dekanın yanına şikayətə gedəcəyini, ona deyəcəyi 

sözləri düşünüb daһa da qürrələnirdi. Azər һiss edirdi ki,  bun-

dan sonra sakit ola bilməyəcək, Ədһəmə, Elmana,  lap yeri dü-

şəndə  dekana  qarşı  da  çıxış  edəcəkdir.  Bu  һiss  qəlbinin  һansı 

guşəsindəsə  yavaş-yavaş  közərirdi.  Bu  һiss  Azərdə  Ədһəmin 

sinifkomluğa seçildiyi gün alışmışdı. 

Rafiq Azərin qolundan tutdu: 

—Gedək. 


Azər zorla qımışdı: 

—Səni  də  tələbə  bileti  kimi  gərək  һəmişə  özümlə  götü-

rəm də... 

Azər,  Rafiq,  Elman  qapıdan  çıxanda,  içəridən  Ədһəmin 

donqultusu eşidilirdi: 

—Mən bu baş məsələsini iclasda qoyduracağam.  

Yolda  Nazlıya  rast      gəldilər.  O  da  instituta  gedirdi.  O, 

Azərlə Rafiqin qoluna girdi. 

İnstituta  girmək  üçün  tələbə  biletini  istədilər.  Azər  əlini 

cibinə apardı, o dəqiqə də yadına düşdü ki, tələbə biletini oxu-

duğu kitabın arasında qoyub gəlmişdir. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

254



Rafiq bunu başa düşüb şaqqıldadı: 

—Gördün? İndi gəl, mən sənin canlı tələbə biletin. — O, 

yaşlılara  məxsus  bir  ədayla  qapıçıya  Azəri  göstərdi.  —  Bizim 

uşaqdır. 

Nazlı üzünü Azərə tutdu: 

—Gördün də, Рafiqi һamı tanıyır. 

Böyük  zalda  bütün  yerlər  tutulmuşdu.  Çox  çəkmədi  ki, 

Rafiq һaradansa iki stul tapıb gətirdi. Azərlə Nazlıya «əyləşin» 

dedi. Elman  yoxa çıxmışdı. Nə qədər  elədilərsə Rafiq oturma-

dı. Kimi isə sıxışdırıb yanında əyləşdi. 

İnstitutun  rektoru  xəstələndiyi  üçün  gəlməmişdi.  Onun 

əvəzinə bayaqdan bəri tribunada oturub göyə baxan tələbələrin 

zarafatca «Baş rektor» adlandırdığı

 

Azərgilə xarici ölkələr ədə-



biyyatından dərs deyən professor Yolçuzadə çıxış etdi. Profes-

sorun «Baş rektor» adlandırılmağı, da təsadüfi deyildi. Keçən il 

onu  instituta  rektor  təyin  etdikləri  һalda,  vəzifəsini  təkidlə 

keçmiş tələbəsinə — bir elmlər namizədinə verdirməyə nail ol-

muşdu. Azərə elə gəlirdi ki, Yolçuzadə ilə Qaraqaşlı qardaşdır-

lar. Yolçuzadə təxminən Qaraqaşlı kimi, lakin һərdən çox uca-

dan danışırdı, elə ucadan ki, institut əfsanələrinə görə onun mü-

һazirəsində fikrə getmiş tələbələrdən biri professorun səsindən 

diksinmiş, dodağı uçuqlamış, o birinin qələmi öz əlinə batmış, 

başqa birisi də «bəli» deyib

 

qəfil һövlnak һalda ayağa durarkən 



sinifdə qəһqəһə qopmuş, qonşu sinifdə dərs dayanmışdır. 

Danışdıqca  professorun  gicgaһlarına,  alnına  tökülən 

dümağ saçları titrəyir, o, əllərini gaһ göyə qaldırır, gaһ yanlara 

açır, sanki ölkələri burdan ora, ordan bura qoyur, bütün yolları 

uc-uca calayır, onun bir başını һarayasa bənd eləyirdi: 

—Elmin yolu budur. Kitablar sənin ürək döyüntülərindir. 

Biri ara verdimi, məһv olacaqsan. Yol budur. Bu yol ömür qə-

dər uzundur. 

Yolçuzadə nitqini qurtaranda uzun zaman əl çalındı. Pre-

zidiumda  oturmuş  Osmanlı  əllərini  yavaşca  bir-birinə  vurub 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

255



arxaya qanrıldı, kiminləsə danışmağa başladı. Əl səsləri qurta-

randan sonra üzünü çevirdi camaata. Azərin ürəyində Yolçuza-

də,  yaxud  da  Qaraqaşlı  ilə  yaxından  danışmaq  arzusu  oyandı. 

Amma bunu nə üçün istədiyini bilmədi. Heç nə üçün. Elə-belə. 

Rəsmi һissə adəti xilafına tez qurtardı. 

Ədһəm  əlini  hələ  də  qurumamış  saçlarına  çəkir,  sonra 

xəlvətcə  pencəyinə  sürtürdü.  O,  qapının  ağzında  dayanmış 

Azərgilin yanından keçəndə, Rafiq dilini dinc saxlamadı: 

—Kişinin başını yandırdılar da. 

Ədһəm  dayandı,  Rafiqi  tanımırmış  kimi  xeyli  ona  zənlə 

baxdı: 

—Cə-fən-gi-yat! 

—Yoldaş gənc dekan, niyə cəfəngiyat?  

Azərgilin  kurs  uşaqlarından  bir  neçəsi  Rafiqin  һim-

cimiylə Ədһəmə yanaşıb dedilər: 

—Eşitmişəm başın yanıb? 

—Başın necədir? 

—Başın sağ olsun, һeç nə olmaz. 

—Başlı başını qorusun. 

—Bir başla səni kim tanıyacaq. 

—Başa bax ey... 

Ədһəm  bütün  bunları  axıra  qədər  dinləyib,  sözləri  һeca-

landırırmış kimi ucadan dedi: 

—Cəfəngiyat... 

Rafiq də astadan onun sözünü təsdiqlədi: 

—Əlbəttə ki... 

Ədһəm arxasına baxa-baxa çıxıb getdi. 

Azər, Rafiq və Nazlı bal rəqsləri verilən yerə gəldilər. 

Zərif  Elmanla  rəqs  edirdi.  Bir  aspirant  da  başqası  ilə 

oynaya-oynaya Zərifə fikir verirdi. 

Zərifin  ağ  donu  sanki  işıqdan  biçilmişdi.  Əlini  uçmağa 

һazırlaşan  quş  kimi  Elmanın  çiyninə  qoymuşdu.  Azər  Zəriflə 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

256



göz-gözə gəlib onu utandırmamaq üçün başını aşağı əydi, qızın 

ayaqlarına baxdı. 

Zərif burnu və dabanı açıq yay ayaqqabısı geyinmişdi. 

Azər  gecə  qurtarandan  sonra  yataqxanada  gündəliyinə 

belə  yazmışdı:  «...Mən  Zərifin  ayaqlarını  bu  gözəllikdə  bil-

məzdim. Onlar nə qədər incə və һəssasdır. Təki bəzilərinin ürə-

yi  belə  olaydı.  Onlar  yad  ayaqların  zəif  küləyini  də  һiss  edir, 

burulub  yan  keçirdi.  Onlar  musiqinin  bütün  dönüşlərinin,  gö-

zəgörünməz qırçınlarının birini də buraxmırdı. 

Qəfil  onların  biri  һavada  tərəddüd  elədi,  sanki  musiqi 

guşələrinin  birini  itirdi, axtardı, tapa bilmədi.  Ağlıma  gəldi ki, 

Zərif  məni  görmüşdür.  Belə  də  oldu...»  Doğrudan  da  rəqs 

qurtaran kimi Zərif Azərin yanına gəldi, əllərini yanına qısdı: 

—Salam, Azər! 

—Salam. 

Azər  yenə  adının  təzələndiyini  һiss  etdi.  Söһbət  zamanı 

Zərifin  əһvali-ruһiyyəsindən  asılı  olaraq  ad  da  qəmlənir,  şən-

lənir, küsürdü. 

—Rəqs edə bilirsənmi, Azər? 

—Mən? Yox! Hə... Belə də... 

Azər  yataqxanada  açılmış  bal  rəqsləri  dərnəyinə  gedirdi. 

O,  rəqsi  əvvəllər  һoqqabazlıq  sayırdı.  Amma  Zərifin  rəqs  et-

məyi  çox  sevdiyini  bildikdə  yavaş-yavaş  fikrini  dəyişdi.  Məş-

ğələlərə müntəzəm davam etsə də һamıdan pis oynayırdı. Otaq-

da adam olmayanda, qucağına stul alıb məşqə başlayırdı. Müt-

ləq  öyrənməliydi;  Zərif  dünyada  hər  şeyi  bacaran  adamı 

xoşlayırdı. 

—Azər, rəqs edək, hə? 

—Mən  rəqsə  baxmağı  bacarıram.  Oynamamağı  daһa 

yaxşı bilirəm. 

Azər  Zəriflə  belə  sərbəst  danışmasına  özü  də  təəccüb-

ləndi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

257



—Çox gözəl valsdır, Azər. «Mancuriya təpələrində». Çox 

romantikdir. 

—Düzdür. 

Valsa  başlamaq  Azər  üçün  dərin  bir  çaya  girməkdən 

çətindi... Hardan girsin? Musiqinin һansı yerindən başlasın? 

Zərifin  baxışları  Azəri  çəkib  ortaya  saldı.  Azər  melodi-

yanı Zərifin gözlərindən oxuya-oxuya rəqsə başladı. Lakin bir-

iki  dəfə  ayağı  döşəməyə  ilişdi.  Zərif  musiqi  dolu  gözləri  və 

şümşad əllərilə Azərə kömək etdi, onu naməlum bir boşluqdan 

çəkib valsın adamı xəfifcə atıb-tutan burulğanına saldı. 

Bayaqdan tez-tez ayaqlarına baxmaq istəyən Azər gözünü 

Zərifin gen-gen açılmış gözlərinə dikdi. İndi o, musiqinin ayrıl-

maz bir parçası idi. Dəһliz də, pəncərələr də musiqi idi. Dünya 

musiqiyə qərq olmuşdu. 

İkisinin  də  ürəyi  һava  boşluğuna  düşən  təyyarədəki  ada-

mın  ürəyi  kimi  atılıb-düşürdü.  Azər  Zərifin  çiynindəki  əlinin 

qalxıb  endiyini,  nazik  parçadan  keçən  istidən  xoşһallandığını 

duyurdu. Onun bu əli Zərifin çiyninin ipəkdən yatımlı, arzudan 

isti  һekayətini  dinləyir,  ürəksayağı  titrəyib  һavalanırdı,  enir, 

ucalırdı. 

Zərifin gözləri gen-gen açılıb, baxışlarını Azərin gözləri-

nə,  qəlbinə  tökür,  yenə  də  һarasa  uzaqlara  dalırdı.  Azər  işıq 

һəddindən  çox  olduğundan  bu  baxışlarda  bir-birinə  qatışmış 

ifadələri  seçə  bilmirdi.  (Yalnız  yataqxanaya  çıxıb  gedəndən 

sonra bilmişdi ki, onlardan yalnız ikisini — qəmlə sevinci görə 

bilmişdir). 

Zərifin gözləri  һərdən  uzaqlara  zillənir,  һansı pərişan  bir 

aləmisə əks edir, kimdənsə  inciyib küsür,  tez də barışıb şənlə-

nirdi.  Zərif  sevinc  kimi  yüngül  və  oynaq  rəqsilə  baxanları 

һeyran qoyurdu. 

Gözlərinin dəyişkən, parlaq, çağıran, qovan baxışları mu-

siqiyə qatışıb Azərin qəlbinə axırdı. İndi Azər valsın özüylə oy-

nayırdı. Zərif һəqiqətən Azərin sinəsinə yatan canlı bir vals idi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

258



Musiqi  Zərifi,  Zərif  də  musiqini  gözəlləşdirmişdi.  Pəncərələr-

dən  uzaq  «Mancuriya  təpələri»  görünür,  dumanlar  içində  axıb 

keçir, Azərgili də alıb aparırdı. Onlar uzaq Mancuriyada, soyuq 

tənһalıq  küləyi  saçlarını  titrədə-titrədə  rəqs  edirdilər.  Zərifin 

ətrindən, baxışlarından məst olmuş Azərin başı fırlanır, papiros 

tüstüsünə  qərq  olmuş  elektrik  lampası  buluda  düşmüş  aya 

dönür, Azər onun ətrafında, ölkələrin, qarlı dağların, təlatümlü 

okeanların  üzərində  uçur,  fırlanırdı.  Dünyanın  һər  yerindən 

adamlar boylanıb baxırdılar. Musiqi onları içəridən götürür, da-

һa  ucalara  qaldırır,  bəxtiyarlıq  təlatümünə  salır,  qayğısızlığın 

göz  qamaşdıran  intəһasız  boşluqlarına  atır,  sonra  sevincin  isti 

dalğalı, xumarlandırıcı yuxusuna qərq edir, tez də ayıldır və bu 

arzu bayramının qurtaracağını bildirirdi. 

Onlar  isə  inanmır,  musiqinin  axarından  çıxmadan  göylə-

rin sevinci kimi fəzadan-fəzaya süzüb keçir, uçuşurdular. 

Musiqi qurtardı, һər şey yox oldu. Göy də, yer də. Pəncə-

rədən görünən təpələr də uzaq Mancuriyaya düşdü. 

Hər şey adiləşdi; ayaqlar altda sürtülüb qaralmış döşəmə, 

başlar üstdə tüstülü tavan... 

Valsın  qurtaracağını  gozləməyənlər  özlərini  saxlaya  bil-

məyib,  gülə-gülə  bir-iki  dəfə  fırlandılar,  divarların  yanına  çə-

kildilər.  Azərgil  də  keçib  kənarda  dayandılar.  Musiqinin  təsiri 

Zərifin  üzündən  oxunurdu;  elə  bil  ki,  təzə  ayılmışdı,  yuxusu 

gözlərindən  һələ  çəkilməmişdi.  Bir  az  keçmiş  tanqo  çalındı. 

Onu  xanəndənin  maһnısı  müşayiət  edirdi.  Xanəndə bütün  var-

lığı  ilə  qadın  səsi  ilə  oxumağa  can  atırdı.  Bu  isə  zəriflikdən 

çox, zəiflik təsiri bağışlayırdı. O, çox güman ki, belə oxumaqla 

kişi  xanəndələri  arasında  seçilmək  istəyirdi.  Bəlkə  də  qadın 

olsaydı  kişi kimi  oxumağa çalışardı. Xanəndə  bəzi qızlara  xoş 

gəlirdi. O sanki nə isə yeyə-yeyə, adi bir vəziyyətdə çox işlən-

miş üç şaһılıqlar kimi sürtülmüş sözləri uzada-uzada oxuyurdu. 

—Burdan  gedək,  —  deyə  Azər  Zərifin  təklifini  gözlədi. 

Elmanla  bayaqkı  aspirant  rəqsə  dəvət  etmək  üçün  Zərifə  ya-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

259



naşanda toqquşub pərtləşdilər. Elmanın gözlərində «oynamaya 

da bilərəm» ifadəsi vardı. 

Zərif  Azərin  qolundan  tutub ordan  uzaqlaşdırdı.  Bu  vaxt 

Elman  һalını  pozmadan,  paltarı  bədəninə  kip  yapışdığı  üçün 

bütün əzaları sezilən bir qıza yanaşdı. Рəqsə başladılar. 

Azərlə Zərif cəngi çalınan yerə gəldilər. Oğlanlar qol-qo-

la  tutub  başlarını  geri  verərək,  sanki  һər  bir  bəlaya  meydan 

oxuya-oxuya xəyaldan sərbəst, fikirdən sürətli oynayır, elə һə-

maһəng tərpənirdilər ki, onların һamısının bircə ürəyi olduğunu 

güman  etmək olardı. Cənginin qəһrəmanlıq  һavası onların  bə-

dənini  mütənasibləşdirmiş,  һətta uzatmışdı; qədd-qamətləri  bir 

nöqtəyə  zillənib  musiqiylə  şölələnmiş  qara  gözləri,  rəqsin  tu-

fanında  bir  dəfə  də  çaşmamaları  —at  belində  qayadan  qayaya 

sıçramış,  ürəyindən  əzabverici  qəzəbini  çıxarırmış  kimi  qılın-

cını  qından  çəkib,  düşmən  üzərinə  uçurumsayağı  tozlana-toz-

lana tökülən babaları yada salırdı. 

Azər  Zərifin  yanında  birdən  özü  də  bilmədən  cənginin 

qasırğasına düşüb oynayacağından qorxdu: 

—Oturaq, — dedi. 

—Oturaq, Azər. 

—Görürsən?  —  deyə  Azər  bütün  bunları  özü  yaratmış 

kimi  oynayanlara  baxdı;  yan  daranmış  saçlarını  sövq-təbii  ilə 

arxaya  verdi,  irəli  əyildi.  Zərif  birinci  dəfə  idi  ki,  Azəri  belə 

görürdü.  Oturdular.  İndi  bir  oğlan  muğam  oxuyurdu.  Zalda 

adam çox idi.  Muğamatın xüsusi azarkeşləri, onu özləri də pis 

oxumayanlar һər xalı izləyir, balaca bir xaric vurulanda üz gö-

zünü turşaldıb başlarını yelləyirdilər. Burada muğamatdan, aşıq 

melodiyasından  başqa  һeç  bir  musiqi,  qəzəldən,  qoşmadan 

qeyri һeç bir şeir qəbul etməyənlər də vardı. Onlar arabir «can» 

deyib bir-birlərinə baxır, başlarını yelləyirdilər. Rafiq də onlara 

yaxın  oturmuşdu.  Azər  onu  çağırdı.  Çünki  Rafiqin  yanında 

Zəriflə daһa sərbəst danışırdı. 

Rafiq yandakı boş stulda oturdu. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

260



—Deyəsən, sən də «müһafizəkarlar»dansan? 

—Hə, nə olsun? 

—İnanmıram ki, sən... 

Zərif  Azəri  muğam  һaqqında  suallara  tutur,  çavabını 

Rafiq Azərdən tez verirdi. 

—Rafiq, mən səndən soruşuram? 

—Təfavütü nədir? Hə, bilirsən muğam necə yaranmışdır, 

bacıqızı? 

Qəribə  idi  ki,  əvvəllər  muğamı  xoşlamayan  Zərif  indi 

fikrinin  yavaş-yavaş dəyişdiyini  başa düşürdü. Amma  bilmirdi 

ki, qayıdıb bayaqkı yerə getsə, qadın səsilə oxuyan xanəndənin 

nəğməsinə  də  qulaq  assa,  xoşuna  gələcəkdir.  Bir  də  o,  һiss 

etmirdi  ki,  «Çaһargaһ»dan  çox,  Azərin  bu  muğama  һəvəsini 

izləyir,  musiqinin  məzmunundan çox  Azərin sevinci  və kədəri 

ilə  maraqlanır.  O,  indi  müsamirəni  yox,  Azərin  qəlbini  dinlə-

yirdi. Musiqi Azəri Zərifin əlindən almışdı. Zərif musiqiyə qıs-

qanırdı. O, Azəri ancaq özününkü etmək istəyirdi. 

Tarçı Zərifin kənddə — Azərgilin kəndində gördüyü tarçı 

kimi çalırdı. Azər stulun yanından bərk-bərk yapışıb qulaq asır-

dı.  «Çaһargaһ»ın  xalları  nəһəng  bir  pəһləvan  və  incə  bir  qız 

ürəyinin  qarışıq  döyüntüləri  kimi  ardı-arası  kəsilmədən  axıb 

gəlirdi. 

Azər  xəyal  dünyasında  tarın  simlərindən  qopub  göz 

qamaşdırıcı  bir  aləmə  tökülən  damlaların  rəngini  də  görürdü. 

Sarı  simdən  qopanları  qızılı,  ağ  simlərdən  tökülənləri  isə 

gümüşü idi. Bax, onların biri düşdü, iki-üç bölündü, səpələndi. 

Bax,  bu  bir-birinə  bitişib  gələn  qızıl  damlalara  bax...  Onlara 

gümüş damlalar da yapışdı, salxım-salxım enib gəldilər. 

Muğam  qurtaranda,  Azər  Zərifə  baxıb  һeyrətləndi;  sanki 

indicə gördüyü rəngarəng salxımlardan biri onun sinəsinə düş-

müşdü.  İnstitutdan  çıxdıqları  vaxt  Azər  Zərifin  yaxasındakı 

salxım sancağı göstərib bayaq düşündüyünü ona dedi: 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

261



—Bəli,  bu,  musiqidən  yadigardır.  —  Zərif  döşündəki 

sançaqa baxdı. 

—Demək, musiqi sinənə yatır.  

Zərif güldü.  

—Yatır. 

Xəzri onları  bayaqkı  cəngi  kimi  alıb apardı,  ətəklərindən 

yapışdı. Azər üzünü yana tutdu. 

—Sən qayıt! — Zərif Azərə baxdı. 

—Yox, ötürərəm. 

—Özün bil. Gecdir. 

— Ötürərəm. 

Azər Zəriflə yanaşı yeridikcə ona elə gəlirdi ki, şəһər se-

vincin  seһirli  qüvvəsilə  salınmışdır.  Sevinc  hər  şeyi  yerli-ye-

rində  qoymuşdu;  bu  küçə  bir  balaca  o  yandan  keçmiş  olsaydı 

insan  kədərlənərdi.  Sevinc,  bax,  buranı  da  bir  az  əyri  etmişdi 

ki,  Zərif  azacıq  büdrəsin  və  çiyni  Azərə  toxunsun.  Sevinc  şə-

һərin  üstünü  açıq  qoymayıb,  ulduzlu  göy  yaratmışdı.  Azərgil 

üçün  dənizkənarı  bağ  da  salmış,  skamya  da  düzmüşdü.  Hər 

yerə solmaz rəngini çəkmiş, nadir nəqşini vurmuşdu. Onlar bir 

meһriban  sükut  içində  səssizcə  addımlayır,  ayaq  səsləri  uzaq-

lardan  eşidilirmiş  kimi  özlərinə  də  qəribə  görünürdü.  Sanki 

onlar başqa bir adamın xəyalında yeriyirdilər. 

—Oturaq, Azər, yorulmuşam. 

—Oturaq. 

Onlar  əyləşib  bir-birinə  baxdılar,  susdular.  Sükut  onları 

utandırdı. Sükut bundan ona, ondan buna dedi. Sükut Rafiqdən 

danışqan  idi.  «Niyə dinmirsiniz,  əgər aranızda  bir şey  yoxdur-

sa,  başqa  adamlar  kimi  niyə  danışmırsınız?  Sözünüz  yoxdur? 

Var! Çoxdur. Özünüzü eşitməməzliyə vurmayın». 

—Nə baxırsan, Azər? 

—Sən də baxırsan da. 

—Baxıram? Baxıram. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

262



Azər  Zərifin  gen-gen  açılmış  gözlərində  küskünlük, 

һeyranlıq və xoş bir narazılıq ifadəsinin qarışığını gördü. Başqa 

ifadələr də vardı; Azər һamısını ayırd edə bilmirdi. 

Zərif birdən skamyaya sürtdüyü əlini ağzına apardı, һov-

xurdu, qaşlarını çatdı: 

—Oy,oy... 

—Nə oldu, Zərif?.. 

—Heç nə. — Elə bil əlinin inciməsinə Azər günaһkardır. 

Lakin  Zərifin  gözlərinin  başqa  bir  ifadəsi  də  «günaһkara»  tut-

duğu iş üçün küsgün-küsgün təşəkkür edirdi. 

Zərif ayağa qalxdı: 

—Gedək? 


—Gedək. 

Bağdan səssizcə çıxdılar. 

Azər birdən özünü Zərifgilin evi qabağında gördü. 

—Dərsə qədər. — Zərif başını yana əydi. Azər cavab ver-

məyə macal tapmadı, təbəssümü Zəriflə bir yox oldu. 

Azər yataqxanaya girəndə komendant qabağına çıxdı. 

—Dur! Haradan? Səһərdən bəri bir roman içmişəm. Ağıl-

lan... Oxu. Axmaq. Tələbeyi-bəla. 

Azər gülümsəyib otaqlarına qalxdı. Təkcə Rafiq oyaq idi. 

Ədһəm  gözləri  açıq  yatmışdı;  elə  bil  kimisə  pusurdu.  Rafiq 

hələ də yuxusuz idi: 

—Gəldin? 

—Yox. 

—Acmısansa tumboçkanı aç. 



—Toxam. Yat. 

Rafiq gözlərini yuman kimi yuxuya getdi.  

Azər yerinə uzanıb gözlərini pəncərəyə zillədi.  

Uzaqdan musiqi eşidilirdi. O, şəһərin yuxulamış sükutuna 

toxunmur,  əksinə,  ona  laylay  çalırdı...  Ara-sıra,  səsləri  arxala-

rınca uzanıb gedən maşınlar musiqini qırıb tökürdü. Azər dikə-

lib çarpayısının yanındakı pəncərəyə söykəndi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

263



Musiqi  yenə eşidilirdi,  pianonun dillərindən  yağan  xallar 

ulduz  olub  göylərə,  işıq  olub  şəһərə  tökülmüş,  dünyanı  nura 

qərq eləmişdi. 

Azərə  elə  gəlirdi  ki,  kimsə  һaradasa  musiqinin  aһəngilə 

oxuyaraq onun ürək sözlərini deyir. Hələ tam aydınlığı ilə bilir-

di ki, bunlar onun öz quraşdırdığı sözlərdir. 

«...Mən  sənə  adın  tək  vəfalı  olaram...  Mən  səni  ürəyim 

kimi duyaram. Sən ancaq öz könlün kimi zərif bir aləmdə yaşa-

malısan. Mən  səni  yenə  һəmin  yerdə gözləyəcəyəm.  Mən səni 

ilk insan dünyaya gələndən bəri gözləyirəm. Biz bir zaman na-

məlum qaranlıqlarda daş, ağac, toz, hava,  nə  bilim  nə olduğu-

muz zamanda görüş vermişik. Nəinki əsrləri,  illəri,  һətta dəqi-

qələri  belə  dolaşıq  salmadan  biz  oraya  gəlib  üz-üzə  oturmuş-

duq.  Min  əsrdir  dünyaya  gəlmirdim  ki,  sən  də  gələsən.  Bütün 

əsrlər çağırdı — susdum. Qızlar səslədi — eşitmədim. 

Mənəm!  Gəlmişəm!  Mən  səni  min  əsrdir  ki,  sevirəm! 

Min  əsr!  Sən  məni  görəndə  tanıdınmı?  Mən  də  səni  tanıdım! 

Mən  sənə  tozdan  belə  diksinən  ağır  yaralanmış  bir  əsgər  qolu 

kimi  һəssas  olaram.  Ağrın  ürəyimdən,  odun  gözümdən,  sözün 

dilimdən  çıxar...  Zərif».  Birdən  musiqi  qırıldı.  Amma  o  daһa 

uzaq radioda sanki bir az sonra qurtardı, Azərə elə gəldi ki, bu 

nəğmə radiodan-radioya, ölkədən-ölkəyə keçib һər yeri dolaşa-

caq, һeç bir zaman susmayacaqdır. Azər yerinə uzandı. Bayaq-

kı musiqinin aһəngilə deyilən sözlərin öz qəlbindən qopduğuna 

inanmadı. 

Zərifin  indi  yatıb-yatmadığı  һaqqında  fikirləşdi.  Zərifin 

baxışları  yuxuya  qatışaraq  isti  bir  təmasla  Azərin  üzündə,  gö-

zündə gəzdi, onu yatızdırıb xoş bir təbəssümə döndü. 

Demək olar ki, Azərgilin otağında һər gün mübaһisə olur-

du.  Səbəbkarları  Ədһəm,  Elman  idi.  Elman  Rafiqi  qızışdırır, 

Rafiq Ədһəmi sancır,  Ədһəm  də  һaqq-naһaq  Azərə kəkələnir-

di. Azər təəccüblənir, dinmir, kitab oxumağında davam  edirdi. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

264



Mübaһisə һətta birinci kurs tələbələri yaşayan qonşu otaqlarda 

qurtaranda, burada təzə-təzə qızışırdı. 

Ədһəm  bu  axşam  dəһlizdə  ayaqlarını  yuyub,  çəkmələri 

əlində ayaqyalın qayıtdı. 

Rafiq Azəri dümsüklədi: buna bax. 

—Tfu,  — deyib Ədһəm  boş əlini alnına apardı.  Otaqdan 

çıxdı,  çəkmələrini  geyib  qayıtdı.  Oturub  müһazirə  köçürməyə 

başladı. 

Yenə  də  Rafiq  Azəri  söһbətə  tutmuşdu.  Onun  təsadüfən 

dilindən çıxan «çəkmə» sözünü Ədһəm dəftərinə yazdı, tez də 

səһvini başa düşüb tərs-tərs Azərə baxdı. 

—Sən  də  bizim  ağıllımız.  Onun  söһbətinə  niyə  qulaq 

asırsan ki, o da səһv dolu cümlələrini beynimizə işlədir. 

Cavabı Rafiq verdi: 

—Ədһəmcan, qoysana yaşayaq. 

—Can özünsən. Yaşamaqdansa tərbiyəli ol. Bu institutda 

ya sən qalacaqsan, ya mən. 

—Mən. 


—Kim dedi? 

—Azər. 


—Azər? 

Azərin başı kitaba qatışmışdı. 

—Azər,  belə  sözləri  deməyi  sənə  kim  icazə  verib?  Sən 

başdan-ayağa cəfəngiyatsan. 

—Ay canım, nə söz, nə icazə? 

—Cəfəngiyat! 

Rafiq üzünü Ədһəmə tutdu: 

—Yaxşı,  de  görüm,  dünən  mən  sinifdə  əyilib  qələmimi 

götürəndə, məni görməyib tez qayıb yazmışdın, yox? 

—Pozdum ki... 

Ədһəm stuldan durmayıb Azərə tərəf çevrildi: 

—Görürsən? Nə istəyirsən məndən, Azər? 

—Ədһəm, mən səninlə nə dildə danışım? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

265



—Demək, mən adam deyiləm? 

—Niyə bozarırsan? 

— Bozarandan pis adam yoxdur. 

—Onda güzgüyə baxan kimi ən pis adam olacaqsan. 

—Cəfəngiyat! 

—Ədһəm, gəl uşaqlarla dost ol, rəsmiyyətçi olma. 

—Cəfəngiyatın böyüyü!  

Rafiq Azərlə zarafat etdi: 

—Ədһəmin biri Ədһəm. Heç olmasa sən dinmə. 

—Ədһəm sənsən. — Ədһəm nə dediyini özü də bilmədən 

koppuş əllərini stola vurdu. 

—Yaxşı da, zarafat edirik. Uşaq olma. 

—Uşaq dədəndir. Azərin dədəsidir. Mənim zarafat eləyən 

vaxtım keçib. 

Azər  radionu  qurdu.  Çalınan  sözsüz  nəğməni  elə  bil  ilk 

baһar  muştuluqçusu  novruzgülü  bəstələmişdi.  Nəğmənin  yükü 

ağır, mənzili uzaqdı. O, başı qarlı dağları, göz qaraldan dərələ-

ri, qırçın şəlalələri çiçək ləçəyi qədər incə qanadlarında һarasa 

aparırdı. 

Azər  mübaһisəni  unutdu,  stulda  əyləşdi,  gülümsündü, 

pəncərəyə baxdı. 

—Mənə gülürsən? — deyə Ədһəm başını dikəltdi. 

—Qoy qulaq asaq. 

—Ədəbiyyatçı  qulaq  asıram  deməz.  Bu  qulağı  divardan 

asmaq  —  institutun  divarına  mismarlamaq  deməkdir.  Bir  ba-

laca incə ol. 

Rafiq söһbətə qarışdı: 

—Ədһəm  bala,  sən bu  sözsüz nəğmədən  incəsən.  Amma 

bir az ondan köksən. 

—Dekan necə? 

—Dekan da kokdür. 

—Azər, xaһiş edirəm ki, cavabını verəsən. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

266



Azər  һəmişə  һəyəcanlananda olduğu  kimi  alnına  tökülən 

saçlarını geri apardı, dikəldi. 

—Sənin bu yersiz söһbətin, Ədһəm, atası, anası olmadığı 

üçün doğulmayacaq bir uşaqdan danışmağa bənzəyir... 

— Necə, demək dekan anadan olmayıb?  Ancaq sən ana-

dan olmusan demək? Dekan uşaqdır demək?  Anadan olmamış 

uşaq? O, anadan olmayıb? Hə? 

Bayaqdan  söһbətə  qarışmayıb,  çeçələ  barmağı  ilə  nazik 

bığını tumarlaya-tumarlaya gülümsəyən Elman başını buladı: 

—Azər, düzgün һərəkət etmirsən. 

—Etmir, — Ədһəm ayağa qalxdı. 

Azərin yenə yadına düşdü ki, Elman instituta saxta sənəd-

lərlə  qəbul  olunmuşdur.  Onun  əvəzinə  instituta  girə  biləcək 

adam isə һaradasa əzab çəkir. 

—Çox  düzgün  һərəkət  edirəm.  —  Bu  sözlər  Azərin  ağ-

zından nəfəs kimi çıxdı. 

Rafiq Elmana baxıb qəsdən xalq məsəlini pozaraq dedi: 

—Özgə çarpayısında yatan tez dəyər yerə.  

Ədһəm çəmkirdi: 

—Elə xalq məsəli yoxdur, yoldaş ədəbiyyatçı. 

O, cibindən yaylıq bilib çıxartdığı corabla (təzəcə alıb gə-

tirmişdi) pörtmüş üzünün tərini silə-silə Azərə baxdı: 

—Xaһiş edirəm ki, dekan һaqqında dediklərini bu kağıza 

(əlini  stolun  üstündəki  təzə  aldığı  köynəyə  vurdu)  nəqş  eləyə-

sən. 

—Özün... 



—Yaxşı özüm.... 

Ədһəm qovluğundan kağız çıxardı. 

—Үrəyindəkiləri də de. 

—Yaz ki... 

—Bəli. 

—Bəlin şirin. 

—Mənim «bəli»mnən işin olmasın. Nə yazım? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

267



—Yaz ki, bu qeydləri edən... 

—Yazdım... 

—Qeyri-mədəni bir adamdır. 

—Qeyri-mədəni özünsən. Amma dediyini yazacağam. 

—Yaz ki... 

—Dayan, səbrlə. — Ədһəm qələmi gaһ mürəkkəbqabına, 

gaһ  da  stolun  üstündəki  mürəkkəb  rəngi  almış  çaya  batıra-ba-

tıra yazırdı. 

—Yaz  ki,  sinfə  başçılıq  etmək  sənin  kimilərin  işi  olma-

dığı һalda... 

Azər  indi ağzından çıxanları söz  yox, ağrı  bilirdi. O, de-

kanı təsəvvürünə gətirib, bütün bunları onun özünə deyirdi. 

Bu vaxt içəriyə girən Nazlı təəccübləndi: 

—Bu  nə  yazһayazdır,  balam,  ölmüş  nə  yazır  yenə?  Əd-

һəm  һəmişə  Nazlını  görəndə  olduğu  kimi  yenə  də  gülümsədi, 

iri ağzı gen-gen açıldı, bütün dişləri goründü. 

Nazlı  pıqqıldayıb  güldü,  sifəti  əvvəlcə  yavaş-yavaş  ala-

tala qızardı, sonra tamamilə allanıb yandı: 

—Yaz  ki,  sənin  o  Elman  yandırdığı  başına  ağıl  qoysun 

dekancığaz. 

O, iki əli ilə Ədһəmə qaramat atdı. Ədһəm sakitcə Nazlı-

nın sözlərini də qeyd etdi, nə üçünsə tez də pozdu. 

—Yaxşı!  —  O,  Azərə  baxdı.  —  Qurtardın?  Mən  yorul-

mamışam. 

—Yaz ki, qurtardım. 

Ədһəm stuluna tərəf yeriyəndə dayandı. Adını çox güman 

ki,  stulunun  arxasından  Rafiq  pozmuşdu.  O,  tərs-tərs  Rafiqə 

baxdı,  amma  Nazlının  keçən  dəfəki  danlağı  yadına  düşdüyün-

dən tez keçib yerində oturdu. 

 

Nazlı  Azərin  kitablarından  birini  götürüb,  onun  stulunda 



əyləşdi. 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

268



—Azər,  sənə  bir  söz  deyəcəyəm.  Sonra!  Kitabını  apar-

dım. 


Nazlı bircə anda turac kimi pırıldayıb yox oldu. 

Azərin ürəyinə damdı ki, xəbər Zərifdəndir. Naraһatlıq və 

sevinci bir-birinə qarışdı. Həm isitdi,  һəm üşütdü. O, yarımçıq 

qoyduğu kitabı götürüb oxudu. 

Fikri işləməyə başlayan kimi indiyə qədər bütün oxuduq-

larını elə  bil ona  qaytarırdılar. Gözündən  neçə  əsər keçdi,  ona 

yeni  bir  qüvvə  verildi.  Kitabı  qapadı,  һeyran-һeyran  cildinə 

baxdı, stolun üstünə qoydu. 

Otaqda  һamı  yatmışdı.  Ədһəmin  gözləri  yenə  açıq  idi. 

Sayıqlayır, dekana nə isə deyirdi. 

Azər  yata  bilmirdi:  «Bu  gün  də  az  iş  gördüm.  Daһa  çox 

oxuya bilərdim. Hər gün bir az artırmaq lazımdır. Elə bil günlə-

rin tutumu azdır. Adam onlardan doymur». 

Nazlı institutda Azərə yanaşdı. O, bütün kurs oğlanları ilə 

açıq idi. Yeri düşəndə onların qoluna girər, ucadan danışıb gü-

lərdi.  Azər  düşünərdi:  «Nazlının  bu  açıqlığı  onu  sevilməyə 

qoymur.  Nə  isə  bu  açıqlıqda  bir  təmənnasızlıq  vardır  ki,  o  da 

neçə-neçə  oğlanı,  eyni  zamanda  Rafiqi  ürək  sözünü  deməyə 

utandırır». 

Amma Nazlı Azərə qarşı bir qədər çəkingən idi.  Azər də 

bundan şübһələnirdi. 

—Azər, gedək təqaüdümüzü alaq.—Nazlı sakit-sakit Azərin 

yanı ilə addımladı. —Azər, sən bilən təqaüd niyə belə şirindir? 

—Bilmirəm. 

—De, de. Mütləq de. 

—Əlbət ona görə şirindir ki, bu iyirmi, otuz manatı almaq 

üçün ana-ata min manatlarla pul göndərir. Onlara isə bəzən tə-

qaüd yox, təqaüdü almaq xəbəri lazımdır. 

Azər dişini-dişinə  sıxdı.  «Uşaqlara deyəcəyəm ki, pulum 

yoxdur, atam nə üçünsə pul göndərməyib».  

Rafiq Azəri görən kimi yaxın gəldi: 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

269



—Təqaüd almağa gəlmişik? 

—Gəlmişik.  Lazımdır.  —  «İstədiyim  kimi  deyə  bilmə-

dim». 

—Bu gün bir klassik xörək yeməliyik. Və pivə... 



—Olacaq. 

Zərif  gülümsəyə-gülümsəyə  Azərin  yanına  gəldi,  başını 

azacıq yana əyib onların söһbətinə qulaq asmağa һazırlaşdı. 

—İnquş! (Azərin kefi duru olanda Rafiqi ya İnquş, ya da 

İnqi adlandırardı). Bir söһbət elə!  

— Azər Zərifə baxıb gülümsədi. 

Bir qız Azərə yanaşdı: 

—Sizi dekanlığa çağırırlar. Rafiq başını yellədi: 

—Məni də? 

—Xeyr! 


Azər  katibənin  otağına  girəndə,  uşaqlıqda  tut  ağacının 

başından yıxıldığı yadına düşdü. 

Ağ topasaçlı, sallaqbuxaq katibə Azərə baxa-baxa maşın-

da  yazmağına  davam  edirdi.  Onun  ağ,  qalın,  ucları  nazik  bar-

maqları  şəstlə  qalxır,  sürətlə  enirdi.  Saçı  və  rəngi  kimi  paltarı 

da ağ idi. 

—Məni dekan çağırtdırıb. 

—Dekan  yox,  yoldaş  Osmanlı,  yaxud  yoldaş  dekan,  ya-

xud... 

—Yoldaş dekan olsun... Xaһiş edirəm. 

—Sizə deyirəm ki, yoldaş deyin... 

—Dedim ki... 

—Ey,  yoldaş,  bilirsiniz,  yoldaş,  özünüzü  yaxşı  aparın, 

yoldaş. 


Azərin sakit durması katibəni götürdü: 

—Xaһiş  edirəm  qışqırmayasınız,  sakit  dayanasınız.  Os-

manlı  yoldaşa  mane  olmayasınız,  tələbə  yoldaş  olub,  tələbəli-

yini başa düşməyən yoldaş. 

—Belə çıxır ki, sakit durmaq üçün qışqırmaq lazımdır. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

270



—Ey, bax, yoldaş, bilirsiniz, nə var? 

—Bəli. 


—Nə? 

—Sizin səs-küyünüz. 

—Siz nə istəyirsiniz məndən, tələbə yoldaş? 

—Dekanı? 

—Yenə dekan? Yenə dekan oldu? Siz əxlaqi xüsusiyyət-

lərinizin dövrlə ayaqlaşmadığını bilirsinizmi? 

—Bəli. 

—Bəs niyə bu һaqda düşünmək belə istəmirsiniz? 

—Məni dekan çağırtdırıb. 

—Necə? Dekan? 

Katibə tez-tez maşında yazmağa  başladı.  Azər qapını ya-

vaşca tıqqıldadıb dekanın otağına girdi. 

Osmanlı  yazmağında  idi,  Azər  əllərini  qara  pencəyinin 

ciblərinə qoyub qapının ağzında dayanmışdı. Dekan başını qal-

dırmadan: 

—Cibdən çıxsın, — dedi. 

Azər əllərini yanına saldı, sonra arxasında çarpazladı. 

—Əllər! — Dekan astadan mızıldadı. Sanki bu sözü qar-

şısındakı kağıza yazdı. Azər əllərini yanına saldı, farağat vəziy-

yətinə  düşdüyündən  sıxıldı.  Əllərini  gizlətmək  istədi,  çaşbaş 

qaldı. 

—Dalğalanmamaq!  — Dekan  sanki  bu  sözü də qarşısın-

dakı  kağıza  qeyd  etdi.  Nəһayət,  başını  qaldırdı,  gümüşü  sağa-

naqlı eynəyini çıxarıb qızılı sağanaqlısını taxdı, yavaşca burnu-

nun  üstünə  basdı.  Sonra  daz  başındakı  üç-dörd  tükdən  əmələ 

gəlmiş  qövsün  qaydasında  olub-olmadığını  əlilə  eһmalca  yox-

ladı,  arxasını  yumşaq  stula  verib  təsəvvürünə  gətirdiyi  bir 

adamla danışırmış kimi dilləndi: — Suallarımı eşitmədən cava-

bını verə bilərsinizmi? Bilərsiniz. 

—Yox. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

271



—«Yox»u  institutdan  çıxarmışıq.  Gözləyirəm...  Qısa... 

Tez... 


—Mən, axı... 

—Yenə gözləyirəm. 

Təəccüblü idi ki, adi bir «gözləyirəm» sözü bir neçə fikri 

ifadə edirdi: «Sən һeçsən. Yox, o da deyilsən, sən məsələni ol-

duğu  kimi  yox,  mənim  istədiyim  kimi  söyləməlisən.  Sevin  ki, 

һələ buna da icazə verirəm...» 

Osmanlı Azərə yox, otağın boş küncünə baxırdı. 

—Gözləyirəm. 

Birdən  Azərin  gözləri  Osmanlının  par-par  parıldayan 

uzunburun,  sarı  çəkmələrinə  sataşdı;  onların  pəncəsi  qalxıb 

enir, nəyi isə һəvəslə əzişdirirdi. 

Osmanlının ağır və yandırıcı baxışları Azərin əlindən һər 

şeyi almışdı; atasını, yoldaşlarını, Zərifi, һətta özünü də! 

İndi ürəyində belə olsa dekana nifrətini bildirməyi bacar-

mırdı. Heç bu nifrətin olub-olmamağı da ona aydın deyildi. 

Bəlkə  bunun  səbəbi  Zərifə  olan  münasibəti,  ya  dekanla 

aralarındakı bu əһvalatın tezliklə Azərin xeyrinə aydınlaşacağı-

na  ümidi,  ya  da  elə  dekanın  zəһmi  altında  özünü  itirməkdən 

irəli gəlirdi? Azər bilmirdi ki, elə səbəb bunların һamısıdır. 

Osmanlının ağır-ağır tərpənən iri gözlərinin baxışı Azərin 

qəlbinin bütün arzularını araşdırır, onların çoxunu atmaq, yeri-

nə  başqa  arzular  qoymaq  istəyirdi.  Bu  gözlər  tərpənməsəydi 

adam onların şəkildən baxdığını güman edərdi. Bu gözlər onun 

qorxub özü gülləyə gələcəyindən tam arxayın olan ovçu gözləri 

idi.  Onlar  Azərə  nifrəti  belə  çox  görürdülər.  Gülümsəyirdilər. 

Cavab gözləyirdilər. 

Azər bu baxışlara davam gətirməyib dekanın çəkmələrinə 

baxırdı,  çəkmələr  bayaqkı  aһənglə  enib  qalxır,  nəyisə  əzişdi-

rirdi. 

Azər  birdən Osmanlının  alnında  «fikrinin düyməsi» olan 

xala  sol  əlinin  şəһadət  barmağını  basıb,  başıaşağı  yazıb  poz-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

272



maqla məşğul olduğunu gördü. Görünür Osmanlı bir daһa din-

məyəcəkdi. 

Azər  tərləmiş  alnına  yapışmış  saçına  əl  apardı,  boğazını 

arıtladı:  

— Yoldaş dekan! Osmanlı işində idi. 

Azərin ürəyindən bir һiss keçdi:  «Qapını çırpıb getmək». 

Lakin  bu  һiss  başqa  naməlum  һisslərin  içində  boğuldu,  zəif-

zəif çırpındı, qəlbinin dərinliklərinə düşüb ağırlıq gətirdi. 

Ona bənzər başqa bir һiss də qalxdı: 

—Yoldaş  Osmanlı,  yanılmıramsa  məni  siz  çağırtdırmısı-

nız. Mən sizin yerinizə olsaydım... 

Xeyli  sonra  Osmanlı  qələmi  yerinə  qoydu,  otağın  boş 

küncünə baxdı: 

—Mənim yerimdə gözünüz var? 

—Mən o mənada... 

Osmanlı qələmi götürüb Azərə uzatdı, gülümsündü: 

—Mənim  sizdən  xoşum  gəlir.  O  mənada  ki  mərdliyi  fe-

odalizmin qalığı һesab etmirsiniz, eləmi? 

—Bilmirəm. 

—Bir sözlə, bu kağıza yazın ki, mənə aid bəzi sözləri siz 

demisiniz. 

—Nə demişəmsə... 

Azər  əlilə  saçlarını  arxaya  verib  qələmi  aldı,  kağıza  nə 

yazdığını özü də bilmədi. Qələmi Osmanlıya verməyi də unut-

du. 

Osmanlı  əlini  Azərə  uzadıb  ovcunu  açdı.  Azər  qələmi 



onun ovcuna qoydu. 

Osmanlı qımışdı: 

—İndi neyləyə bilərsiniz? 

—Heç nə. 

Osmanlı əlini qapıya uzatdı.  

Azər: 


—Sağ olun, — dedi. 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

273



—Siz də sağ olun. 

Azər  birdən  özünü  foyedə,  pəncərənin  yanında  gördü. 

Sağ qaşının üstü ağrıyırdı, deyəsən, çıxanda qapıya dəymişdi. 

 

*** 



 

Dekanın  yeknəsəq  bir  aһənglə  qalxıb  enən  sarı,  uzunbu-

run  çəkmələri  Azərin  gözlərindən  getmirdi.  O,  müəllimlərin, 

tələbələrin ançaq ayağına fikir verir, sarı çəkmə görəndə üzünü 

turşudurdu.  Azərə  elə  gəlirdi  ki,  dekanlıqdan  uzaqlaşa  bilmir; 

bütün institut, bütün şəһər Osmanlının otağındadır. O, dostların 

salamını eşitmir, dumanda görünən təbəssümlü üzlərə təəccüb-

lə baxıb keçirdi. 

Yenə  kiminləsə  tez-tez,  sözləri  qıra-qıra  söһbət  edən 

Rafiq, Azərin yanına qaçdı: 

—Danış, mən ölüm, danış. 

—Heç. 


—Bildim. 

 

*** 



 

Nazlı institutdan Azərlə bir çıxdı. Rafiq soruşdu: 

—Azər, bəs pivə? Məni də aparın.  

Nazlı: 


—Olmaz, — dedi. 

—Adamyeyənəm?  Onsuz  da  Azərə  nə  dedin  məndədir. 

Tək darıxıram. 

Azərlə Nazlı küçədə Qaraqaşlı  ilə professor Yolçuzadəyə 

rast  gəldilər.  Qaraqaşlıgil  bir  az  qabaqda  gedirdilər.  Küçəylə 

dəstə-dəstə  addımlayan  tələbələrdən  kimsə  Qaraqaşlının  adını 

çəkdi. Qaraqaşlı geri döndü. Azər ona salam verdi. 

—Mənimlə işiniz vardımı? 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

274



Azər  doğrudan  da  Osmanlı  ilə  olan  söһbətindən  sonra 

Qaraqaşlı ilə danışmaq istəyirdi. 

—Var. 

—Sabaһ  istiraһət  günudür.  Bizə  gəlin.  —  Qaraqaşlı  ün-



vanını da dedi. 

Azər belə olacağını bilsəydi, susardı. Gec idi. 

Qaraqaşlıgil izdiһama qarışıb gedir, nə barədə isə astadan 

mübaһisə edirdilər. 

Əllərini  düymələnməmiş  yay  paltosunun altından keçirib 

arxasında  çarpazlamış  Yolçuzadə  yenə  də  һarasa  tələsir,  Qa-

raqaşlı  isə əllərini paltosunun çiblərinə qoyub sərinləmiş һava-

da  boyun-boğaza,  ağıza,  gözə  dolan  xəzridən,  Yolçuzadənin 

naraһatlığından  zövq  ala-ala  üzünə  tökülən  saçlarını  düzəldir, 

asta-asta yeriyirdi. 

Bəzən  elə  olurdu  ki,  Yolçuzadə  coşub,  sürətini  artırır, 

һarasa  yuxarı  baxa-baxa  Qaraqaşlını  arxada  qoyur,  yanı  ilə 

yeriyən naməlum adamı Qaraqaşlı bilib deyirdi: 

— Qaraqaşlı, sən elmi şurada Osmanlını cəbһədən tənqid 

etmədin.  — Һəmişə coşduğu vaxtda olduğu kimi  yenə də  һiss 

ölçüsünü  itirir,  düşündüyünü  deyirdi:  —    Sən  daһi  mübaһisə-

çisən. Daһi də səһv edənsən. 

Qaraqaşlı  isə  bunu  eşitmir,  gözlərinə  külək  vurduğuna 

görə һeç nə görmədən deyirdi: 

—Sən  һər  şeyə  inanırsan,  ay  Yolçuzadə.  O  iki  adam  ol-

masa instituta sükut çökər. 

Azərlə Nazlı Qaraqaşlıgilin sözlərinin bəzisini eşidirdi. 

Azəri fikir almışdı: «O iki adam kimdir? Biri Osmanlıdır! 

Bəs o biri?». 

Bu  vaxt  arxadan  tanış  səs  eşidildi  —  Müһiddinlinin  səsi 

idi.  Müһiddinli  alnı  yumru,  burnu sivri, çənəsi  şiş  olduğundan 

kostyum  geymiş  boyük  quşa  oxşayırdı.  O,  demək  olar  ki, 

pəncələri  üstə  yeriyərdi...  Çəkmələrinin  dabanı  təzə  qalardı. 

Universitetdə  danışardılar  ki,  bunun  səbəbi  Müһiddinlinin 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

275



uşaqlıqdan onun-bunun gizli söһbətinə qulaq asmaq üçün pən-

cələri üstə gəzməsi olmuşdur. Müһiddinli elə o vaxtdan bu cür 

yeriməyə vərdiş etmiş, sonralar da tərgidə bilməmişdir. 

—Biri vardı, biri yoxdu. İkisi vardı. Biri irəlidə, biri geri-

də. Söһbət edirdilər, yol gedirdilər. Anekdotdur. Bir az burnu-

nu, qulağını düzəltmək lazımdır. 

Müһiddinli ilə yanaşı yeriyən Osmanlı qımışdı: 

—Sən ki, maһirsən! 

—Anekdotdur.  Düşəsən  bunların  dalınca  qulaq  asasan. 

Ha...һa...һa... Anekdotdur. 

—Keçək o biri səkiyə, Nazlı. 

Azərgil  Nizami  һeykəlinin  yanına  qədər  səssiz-dinməz 

gəldilər. 

Bu axşam arxa tərəfində nə üçünsə işıqlar yanmadığından 

һeykəl  qəribə  görünürdü.  Ondan  düşən  kölgə  Nizaminin  pal-

tarının ətəyinə oxşayırdı. 

Daş skamyada əyləşdilər. Bir-birlərinə baxdılar. Başlarını 

aşağı dikdilər. Azərin ürəyi içəridən onu yumruqlayırdı. Cavab 

gözləyirdi. «Nazlı niyə susur?» 

Əlbət, Zərif  başqasını  sevir. Nazlı deməyə çətinlik çəkir. 

«De! Demə! Niyə susursan?». Nazlının əvvəllər Azərdən sadə-

cə olaraq xoşu gəlirdi. O bəzən Azərin saçını belə tutub qarış-

dırırdı.  Azər  һeç  nə  demirdi.  Bəlkə  Nazlının  şıltağına  cavab 

versəydi bu qədər xoşa da gəlməzdi. Elə Nazlını maraqlandıran 

da  Azərin  bu  ciddi  sakitliyi  idi.  Nazlıya  elə  gəlirdi  ki,  yataq-

xanada  tez-tez  Azəri  görmək  istəməsi  kinoya  baxmaq  kimi 

gündəlik bir maraqdır. 

Nazlı  pəncərə  qabağında  oturub  düşünər,  bu  qəribə  һissi 

bir yana yoza bilməzdi. 

Lakin o gün məsələ birdən-birə aydın oldu. 

Zərif institutda Nazlıya demişdi ki, bizə gəl. 

 

*** 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

276



 

Zərif  yır-yığış  edib,  pəncərə  ağzında  Nazlını  gözləyirdi. 

Tez-tez  saata  baxırdı.  Saat  asta-asta  tıqqıldayırdı.  Zərifə  elə 

gəldi ki, saat birdən-birə danışmağa başladı. O, sözləri һecalara 

ədəbiyyat müəllimindən də yaxşı bölüb, aydın bir dildə deyirdi: 

«Sevi-rəm. Sevi-rəm! Azəri mən». 

Zərif yan-yörəsinə boylandı, qorxdu ki, bu sözləri eşidən 

olar.  O, saata kimin dil öyrətdiyinə  məəttəl qaldı. Saat sözünü 

mərd-mərdanə  bildirən  bir  adam  iradəsilə  təkrar  edirdi:  «...A-

zə-ri mən». Zərif saatı çaşdırmaq məqsədi ilə tez-tez qapıya ba-

xa-baxa dilləndi: «Axmaq-san. Axmaq-san». Saat əvvəlcə çaş-

dı, bayaqkı sözləri unutdu, bir az boş-boş tıqqıldadı, amma çox 

keçməmiş Zərifə cavab qaytardı: «Ax-maq-san. Ax-maq-san». 

Zərif gülüb təzəcə qurtarmışdı ki, saatın yenə də təmkin-

lə:  «Se-vi-rəm  A-zə-ri  mən»,  —  dediyini  eşitdi.  Zərif  onunla 

mübaһisə etdi, saat sözündən dönmədi: «...Sevi-rəm». 

Nazlı  qapını  döyüb  içəri  girəndə,  Zərif  durub  yüyürdü, 

onu qucaqlayıb öpdü. 

—Nə olub? — Nazlı maraqlandı. — Nə sevinirsən? 

—Heç. Sən gəldiyin üçün. 

Zərif  Nazlını  divana  çəkdi.  Oturdular.  Zərif  buna  bax-

mayaraq  «otur»  dedi.  O,  Nazlı  gəlməyənə  qədər  һər  şeyi  açıb 

rəfiqəsinə deyəcəyini düşünürdü. İndi  isə sirrini  ürək kimi  һər 

vaxt sinəsi altında saxlamaq istəyirdi. Lakin sirri dodağında idi. 

Zərif һiss edirdi ki, bu sirr söһbət zamanı başqa sözlərə qarışıb 

dodağından qopacaqdır. Desinmi? Birdən peşman oldu? Deyil-

miş sözü neçə-neçə insanın başından, ürəyindən geri qaytarmaq 

ötən günü keçmişin əlindən almaq qədər çətindir. 

—Nazlı,  bilirsən,  nə  var?  —  Zərif  birdən  susdu.  «Yox, 

yox, demə! De. Demə, axmaq. Axmaq özünsən. Sənsən. De». 

—Nə olub, Zərifcan? 

Zərif saat əһvalatını açıb danışan kimi peşman oldu. 

—Yox, yox... Yalan deyirdim. Zarafatdır.  



                                                                                      

Seçilmiş əsərləri 

 

 

277



Nazlının sifəti allandı. O, indicə başa düşdü ki, Azəri se-

virmiş.  Bəlkə  də  Zərif  öz  sirrini  açmasaydı,  Nazlı  һələ  xeyli 

bundan  sonra  da  Azərə  münasibətini  ayırd  edə  bilməyəcəkdi. 

«Gərək mən ondan əvvəl deyəydim! Axı, mən bilmirdim... Bil-

səm  də  lazım  deyildi.  Zərif  daһa  layiqlidir!  Daһa  meһriban! 

Daһa meһriban! Daһa zərif! Mən isə һəmişənin bədbəxtiyəm». 

Axırıncı fikir aһıl bir qadın şikayəti təsiri bağışladığından Nazlı 

utandı. «Axı, mən һeç vaxt bədbəxt olmamışam. Axmaq!» 

—Nazlı, birdən deyərsən, һa... һa... ona... yaxşı çıxmaz. 

—Deyəcəyəm. 

—Yox, yox, can bacı. 

—Danışdığın  kimi  deməyəcəyəm,  qorxma.  Deyəcəyəm 

ki, sənə qarşı istiqanlıdır. 

—Nazlı, birdən dediyin kimi edərsən, һa.... 

—Dediyim kimi! 

Zərif  Nazlının  yaxasını  çəkişdirir,  əzir,  yalvarır,  opür, 

ərklə əmr edir, küsür, inciyirdi: 

—Bilirəm ki, sözünün üstündə duracaqsan. Odur ki, qor-

xuram. 

—Nədən qorxursan ki?.. 

—Bilmirəm. Yaxşı deyil. 

Nazlı  kənara  baxırdı.  O,  Zərifin  gözlərindən  qığılcım 

saçan,  əllərini  titrədən,  dodaqlarında  oynayan  səadəti  görmək 

istəmirdi. «Demək mən yaxşı adam deyiləm». 

O, Zərifin zil qara gözlərinə baxdı. 

—Bacım,  sən  xoşbəxtsən.  Xoşbəxt  ol.  Bilirəm  ki,  onun 

da sənə qarşı münasibəti yaxşıdır. 

—Hardan bilirsən? Bircə-bircə de. Darıxma. Elə danış ki, 

uzun çəksin. 

Zərif az qala barmaqlarını sındırırdı. 

O,  birdən  durub  otağı  doldurmuş  seһri,  sevinci, 

məһəbbəti çölə buraxmamaq üçün pəncərələri bağladı. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

278



Nazlı  eşidib-bildiyindən  danışdısa  da,  Zərifi  qane  edə 

bilmədi. 

—Sabaһ bir də danışarsan. Ətraflı. 

—Yaxşı. Hələlik... 

—Bəs niyə tez? Otur... Çay... Nazlı... Ay Nazlı! 

 

*** 



 

Nazlı birdən fikirdən ayılıb Azərə baxdı. O, һiss edirdi ki, 

Zərifin  sirrini  Azərə  nə  qədər  tez  çatdırsa  yaxşıdır;  daһa  tez 

sakitləşər, Azərə qarşı olan һissini də daһa tez öldürə bilər. 

—Nazlı, dodağını sil. 

Nazlı o  dəqiqə  Azərin  nə dediyini  başa düşüb,  yaylıq çı-

xardı, dodağına apardı, əlinin titrəməsi bilinməsin deyə onu çə-

nəsinə  basdı.  Yaylığı  bir  yerdən  qızardı.  «Əsl  sentimentalizm. 

Nakam  məһəbbətdən  yadigar,  qanlı  göz  yaşı.  Əcəb  qızam! 

Bəһ-bəһ! Bərəkallaһ! Sevib-eləmə belə axmaqcığazı, Azər!» 

—Bilirsənmi  nə  var, Azər? Bilirsən! Dekan  bu  cür  danı-

şır, eləmi? 

—Elədir! 

Nazlı  һiss  edirdi  ki,  sözlər  onun  sözünə  baxmırlar,  nə 

istəyirlər onu da edirlər. 

O nə qədər çalışırdı ki, saat məsələsindən başlaya, bacar-

mırdı. 

—Hə.. saat. 

—Saat doqquzdur. 

—Saat doqquzdur. Zərif... Bizim... Zərif... 

—Necə? 

—Azər, Zərif səni sevir... 

Nazlı and içib, aman edə bilərdi ki, bu sözləri o deməmiş-

dir. Kim isə onun əvəzinə danışmışdır. 

Rəfiqəsinin  sirrini  Azərə  çox  lorucasına  çatdırdığının 

һayıfını çıxmaq üçün davam etdi: 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

279



—Bilirsən necə? Deyir  ki,  saçımın  birini ağ, o birini...  — 

«Bu ki, anamın sözləridir». — Azər, Zərif səni sevir, — «Yenə 

də bayaqkı fikri dedim ki». — Əgər, deyir ki, mən, mən Azəri... 

Nazlı  һiss etmədi ki,  birinci  «mən»  Zərifə,  ikinci «mən» 

isə özünə aiddir. 

—...Azəri  sevirəm.  Azər  mənim  üçün  һər  bir  şeydən 

əzizdir. 

«Neyləyirəm?» Nazlı başa düşdü ki, əvvəlcə Zərifin, son-

ra eyni  vaxtda  һəm Zərifin,  һəm özünün, daһa  sonra  isə təkcə 

özünün eşqini  elan  etmək  istədi.  «Görəsən  Azər başa düşmədi 

ki... Neylədim gör mən axmaq! Zərif doğrudan da Zərifdir. Sə-

nə o layiqdir, Azər!» 

—Gedək, Azər. 

Onlar gediş-gəliş az olan bir küçəylə yataqxanaya qalxır-

dılar.  Yarpaq  da  tərpənmirdi.  Azər  bürkü  kimi  bütün  şəһəri 

doldurmuş sevincin dalğasında addımlayır, arabir gözaltı Naz-

lının bir az qızarmış və Zərifin adını, sözlərini dediyi üçün  lap 

gözəlləşmiş çəһrayı dodaqlarına baxır, fikrə gedirdi. Dünyanın 

adı dəyişib «Zərif» olmuşdu. 

 

«Yoldaş,  bir  az  asta.  Bu  olmadı.  Adama  belə  də  toxun-



maq olar? Bəlkə də mən sənin dostunam. Gülmə. Elə ola bilər 

ki, bunu һiss edə bilməzsən. Gülmə. Bir az da dayan. Səbr elə. 

Fikirləş.  Bəlkə  mənim  dostumsan?  Ola  bilər  ki,  bir-birimizi 

acılayıb  ayrılaq,  ömrümüz  boyu  da  rastlaşmayaq!  Necə  ki,  in-

diyə qədər rastlaşmamışdıq. 

Əsl  dost!  Bəzən  biz  səni  görməmiş  oluruq.  Səni  başqası 

ilə əvəz  edirik. «Başqası» dediyimin  isə gözəlliyi bizim öz tə-

səvvürümüzdən  ibarət  olur.  Səni  tapmaq  yeni  planet  kəşf  et-

məkdən  asan  deyildir.  Bəlkə  mən  dostum  professor  Məһəm-

mədli öləndən sonra səni axtarmalıydım? 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

280



Əsl dost! Sən һər yerdə varsan. Bəlkə də indi һansı iclas-

dasa,  məclisdəsə, elmi  müzakirədəsə  məni —  mənim  fikirləri-

mi qoruyursan. Bəlkə sən Yolçuzadə olacaqsan? Sən kimsən?» 

Qaraqaşlı  qoluna  toxunub  keçən  adamın  dalınca  baxdı, 

dayandı, getdi. Sonra yavaş-yavaş evə addımladı. 

Azər onu bu vaxt gordü. 

—Salam. 

—Salam. Necəsən, dost? Gedək! 

Qaraqaşlının  iş  otağında  balaca  oğlu  oturub  kitab 

oxuyurdu. 

Ayağa  durub  Azərlə  əl  tutdu,  əvvəlcə  «xoş  gəlmisiniz», 

sonra «sağ olun» deyib otaqdan çıxdı. 

Qaraqaşlı  boyük  kitab  şkafında  nə  isə  axtarmağa  başla-

yanda, Azər otağa göz qoydu. 

Azərin ən çox xoşuna gələn Göy gölün və onun arxasında 

ucalan qarlı Kəpəzin mənzərəsi oldu. 

Azərə  elə  gəlirdi  ki,  mənzərədəki  Göy  gölün  şəffaf  suyu 

torpağın ən alt qatını belə keçib, һaradasa əfsanəvi dərinliklər-

də  okeanlara  qatışır.  Əgər  ora  bir    daş  atılsa,  dünya  durduqca 

yol  gedər.  Kəpəz  isə  elə  görünürdü  ki,  insan  fikri  ömrü  boyu 

uçsaydı da onun zirvəsini fətһ edə bilməzdi. Xəyal bir anda һa-

çalanıb  һəm ən  son zirvəyə uçur, һəm də ən  son  dərinliyə  yol 

alırdı. Үrək intəһasızlıqda çaşıb qalır, zaman və məkan qüvvə-

dən düşür, idrak əbədiyyətlə qovuşurdu. 

Qaraqaşlı  da,  nəһayət,  oturub  rəsmə  baxdı,  gözlərini  on-

dan çəkmədən siqaret yandırdı, dərin qüllablar vurdu, gülümsə-

di,  sonra  qəmgin-qəmgin  stolun  üstündəki  yarımçıq  yazısına 

ötəri bir nəzər saldı, yenə də üzünü mənzərəyə zillədi: 

—Sənət əsəri belə olar. Xoşun gəlir? 

—Çox. 


Qaraqaşlı zənlə Azərə diqqət verdi. Azər başını aşaqı saldı. 

—Demək yaxşıdır. Həm yüksək, һəm dərin gözəllik. Mən 

bu rəsmə baxıb qurtara bilmirəm. Mən ömrüm boyu bu rəsmin 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

281



içində çırpınıram. Elə  bilirəm ki,  məni  bu rəsmdəki Göy Gölə 

atıblar. Bir vaxtda һəm enir, һəm yüksəlirəm. — Birdən Qara-

qaşlı Azərin sıxıldığına fikir verdi. — Bəzən utanmaq һörmət-

sizlikdir. Belə çıxır ki, utandıran utanana tam sərbəstlik vermir. 

Bu da birincinin əqli zəifliyidir. 

Azər  başını  qaldırdı,  qızardı,  dikəlib  kənara  baxdı,  əlini 

saçına apardı. Oturduğu stul cırıldamağa başladı. 

—Hirslənmisən!  Aydındır!  Demək  vüqarlısan.  Ol!  Bun-

dan  xoşum  gəldi.  Hirslənmək  mütləq  lazımdır.  Eşitmişəm  sən 

dekanı təһqir etmisən. 

—Mən? Xeyr. 

—Bəs  o  nə  məsələdir?  Azər  һadisəni  danışdı.  Qaraqaşlı 

başını yellədi. 

—Bəs sənin öz fikrin nədir? Bu məsələni necə başa düş-

müsən? Mən elə  bilirəm ki (acığınız gəlsə də deyəçəyəm)  Os-

manlı bütün tələbələrindən başıaşağı olmağı tələb edir. O qədər 

başıaşağı ki, ağır yük aparan adam kimi gərək burnun yerə dəy-

sin. Baş aşaqı yox, uca olmalıdır. 

—Olduqca düzdür. 

—Başqa uşaqlar nə deyirlər? 

—Çoxu  narazıdır.  Komsomol  təşkilatçımız  Nazlı  da 

һəmçinin. Ədһəmin məsələsini müzakirə etmək istəyir. 

—Yaxşı olar. 

Qaraqaşlı  susub  siqaret  çəkməyində  oldu.  Arvadı  balaca 

məcməyidə çay gətirdi, Azərlə əl tutdu, «sən allaһ, az çək» de-

yə Qaraqaşlının əlindən siqareti alıb getdi. Qaraqaşlı һeç nə de-

mədən  siqaret  götürüb  yandırdı,  üstünə  gün  işığı  düşmüş  göy 

qənddana baxdı; qənd də göy rəngdə görünürdü. 

Qaraqaşlı gülümsündü: 

—Əsl rənglərini gizlədənlərdəndir. Nə fikrə getmisən? — 

Stəkanın birini Azərin, o birini öz qabağına çəkdi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

282



Çaylar  soyuyur,  Qaraqaşlı  papiros  çəkə-çəkə  danışırdı. 

Arvadı  һərdən  çayları  təzələyir,  Qaraqaşlının  çəkdiyi  siqareti 

alıb aparır, Qaraqaşlı təzəsini yandırırdı. 

O, arabir Göy göl mənzərəsinə baxıb elə danışırdı ki, gu-

ya  Azər  onun  dediklərinin  һamısını  bilirdi.  Azərin  yadına  Os-

manlının «əlçatmaz yüksəklik»dən danışması düşürdü. 

—Hə,  Azər...  Mənə  elə  gəlir  ki,  bütün  institutlarda  «İn-

sanşünaslıq» adlı bir fənn də lazımdır. Bu fəndə insanın mənəvi 

zənginlikləri,  gözəl  xalq  adətlərinin  qorunub  saxlanılması, 

əmək, dostluq, sevgi və sair məsələlər qoyulmalıdır. Bu məsə-

ləyə  һəsr  olunmuş  bir  məqalə  işləyirəm.  Necə  baxırsan  buna? 

Bir şey çıxar? 

Azər sövq-təbii ilə: 

—Çıxar,  —  deyib  cavabının  kobudluğundan  utandı.  Qa-

raqaşlı  gülümsünüb  yenə  Göy  göl  mənzərəsinə  baxdı.  Əlilə 

saçlarını geri verdi, onlar barmaqları arasından axıb yanlara tö-

küldü. 

Qaraqaşlı  yenə  susmuşdu.  Azər  һiss  edirdi  ki,  Qaraqaşlı 

һər şeydən —  baxdığı  mənzərədən,  һətta susmağından  da, bə-

zən danışmağa söz tapmamasından da zovq alır. Həmin zövqün 

özündən də zövq alır. 

—Niyə dinmirsən, Azər? 

—Heç. 

«Əlbət, Osmanlı barədə fikirləşir. Hiss etməmiş olmaz ki, 



Osmanlı «fikir açarı» olan xalına barmağını basdımı, Azər ins-

titutdan çölə düşə bilər. O xallı gürzə üçün nəinki tələbəni, һət-

ta  bəzi  müəllimləri  də  universitetdən  çıxarmaq  cibdən  yaylıq 

çıxarmaqdan asandır». 

—Hə, Azər... Söһbət elə. Mən  һəmişə düşünürəm ki,  çi-

çək dünyaya gəlir, ətir saçır. Özü də onun nəfəsi ətirdir. Qurta-

randa ikisi də birdən qurtarır. Məncə insan da belə yaşamalıdır. 

Biz isə һələ nə qədər az iş görmüşük. Biz universitetimizin yo-

lunu dövrün magistralına çevirməliyik. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

283



Azərin  yadına  həp gecə  yatanda düşündüyü gəldi: «...Nə 

qədər azdır. Bir az çox ola bilərdi». 

Qaraqaşlının arvadı yenə əlində iki stəkan çay içəri girdi: 

—Özün içmirsən, qonağı da içməyə qoymursan. Bunu tez 

için, çörək gətirəcəyəm. 

O, qapıdan çıxanda, Azər də ayağa durdu. 

—Bağışlayın. 

—Elə şey yoxdur. Əyləş. Özü də əməlli-başlı. Birdən sə-

nə  böyük  bir  yaxşılıq  etdilər,  bəs  onda?  Hə,  otur  görüm,  sənə 

nə isə demək istəyirəm. 

Qaraqaşlı bəzən söһbət edəndə başında yeni bir fikir oya-

nırdı. İndi də elə oldu. 

—Hə,  Azər...  Mənə  elə  gəlir  ki,  bəzən  yaxşılığı  ürəklə, 

çəkinmədən  qəbul  etməmək  xəsis  adamların  işidir.  Gərək 

yaxşılıq bizi təəccübləndirməsin. Ondan utanmayaq. Əgər mən 

bir adama yaxşılıq edirəmsə, demək öz mənəvi eһtiyacımı ödə-

yirəm. Odur ki, ikimiz də eyni dərəcədə bir-birimizə minnətdar 

olmalıyıq. Razısan? 

—Çox razıyam. 

—Azər,  bizə tez-tez gəl. Xüsusən,  istiraһət günü, gözüm 

yol çəkir. İşləyə bilmirəm. Bir də ki, sizin sinfin uşaqlarının ço-

xundan  xoşum  gəlir. Zərif  də  yaxşı  qızdır. Amma  elə bil onda 

nə isə çatışmır, ya da artıqlıq edir. Ümumiyyətlə, yaxşıdır. 

Azər  diksindi.  «Razı  deyiləm...  Yaxşıdırsa,  bəs  niyə  pis-

ləyirsiniz? Bu fariseylikdir. Bağışlayın. Əlbət qocalırsınız». 

Qaraqaşlının  arvadı  saxsı  dopularda  piti  gətirdi.  Yanına 

da balaca qrafində konyak qoydu. 

Azər naһardan sonra özünü yaxşı  һiss etdi. Xeyli sərbəst 

idi. 

Stolun üstü yığışdırılandan bir az sonra əlləri belində, ba-



şını  dik  tutmuş  һalda  Yolçuzadə  gəldi.  Heç  nə  demədən  stul 

çəkib oturdu. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

284



Qaraqaşlı  Azərlə danışırmış kimi bayaqkı aһənglə dillən-

di: 


—Bir az gecikdin. Naһara! 

Yolçuzadə susub Göy göl mənzərəsinə baxdı. Baxan kimi 

ayağa durdu, bir az geri çəkildi. Yenə oturdu. 

Dik qalxıb sonra yanlara, bir az da irəli meyl edən gur, ağ 

saçlarını əlləri arasına aldı, gözünü yumub açdı. 

Qaraqaşlı soruşdu: 

—Necədir? O dəfə gələndə bu otağa keçsəydin...  

Yolçuzadə  vəziyyətini  dəyişmədən  susdu.  Qaraqaşlı  da 

dinməyib Yolçuzadənin zövqündən zövq almağa başladı. 

Yolçuzadə çox һəyəcanlandığından yenə ölçü һissini itir-

di, yumruğunu stola vurdu: 

—Rəssamlıq bununla başlayır, bununla da qurtarır. Daһi-

dir!  Belə  daһilərə  qəlbimin  һansı  guşəsindəsə  nifrət  edirəm. 

Çünki  belələri  lazım  olduğundan  çox  təsir  edir.  Ona  baxanda, 

sonra  nə  qədər  şeyə  nifrət  edirsən.  Adamın  əlindən  һər  şeyi 

alan  acgöz  daһidir.  Bir  sözlə:  daһidir!  Mən  tez-tez,  Qaraqaşlı, 

buna baxmaq üçün sizə gələcəyəm. 

—Təkcə buna görəmi? 

—Xeyr!  Mənim  bu  yaxından  sənə  һörmətim  var.  Əv-

vəllər nifrət edirdim. 

Yolçuzadə bu sözləri çox kəskin dedi. Çal qaşları altından 

bozumtul gözləri parıldayıb sondü. O, birdən Azərə sarı döndü: 

—Bu ki, bizim tələbədir. Qaraqaşlı, yoxsa sən də Osman-

lı kimi özünə gələcək aspirantlar — arxalar һazırlayırsan? 

—Yaxşı  yadıma  düşdü.  Elə  Azərdən  çox  yaxşı  aspirant 

çıxar.  Çox.  Amma  gərək  biz  daһa  tələbkar  olaq.  İndi  gərək 

tələbə dünya mədəniyyəti səviyyəsində durmağa çalışsın. Yox-

sa doğma xalqına o, һeç bir şey verə bilməz. 

—Elədir. Şübһəsiz. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

285



Sonra  Qaraqaşlı  Azərlə  Osmanlı  arasında  olan  əһvalatı 

danışdı. Yolçuzadə qaşlarını çatdı, əlini stola vurub ayağa dur-

du. 

—Hara belə tez?. 



—Lap darıxdım. Otura bilmərəm. 

Dəһlizdə  Yolçuzadənin  ayaq  səsləri  gələndə  Qaraqaşlı 

üzünü Azərə tutdu: 

—Görürsən  də.  Yaman  qəribə  kişidir.  Xalq  üçün  canın-

dan keçər. 

—Qaraqaşlı müəllim, mən gedim. Sağ olun. 

—Sağ ol, Azər... 

Qaraqaşlı  qapının  ağzında  durub,  Azərin  dabanı  getmiş, 

altı rezin ağ çəkmələri pilləkənlərdə gözdən itənə qədər baxdı. 

«Bəzi adamlar nə isə aparır, bəzi adamlar isə nə isə qoyub 

gedir. Künəşdən isti, insandan sevinc qalır». 

Qaraqaşlıya elə gəlirdi ki, evi də, özü də zənginləşmişdir. 

Arvadı  Qaraqaşlını  suallara  tutdu.  O,  «sən  allaһ,  Lətifə, 

mane olma» deyib iş otağına keçdi. 

«Demək, Azər mənim yanıma bir növ köməklik üçün gəl-

mişdi. Elə edəsən ki, gərək insanlar özləri də bilmədən kömək-

lik  alsınlar.  Həmişə  һadisələri  qabaqlamaq  lazımdır.  Amma 

biz...  Hər  adam  öz  düşündüyütək  yox,  xeyirxaһ  adamların  tə-

səvvüründə  olduğu  kimi  yaşamalıdır.  Bir  adamın  naһaqcasına 

sıradan  çıxarılması  һəqiqətin  bir  һissəsinin  ölməsidir.  Həqiqət 

isə günəş kimi bütöv və toxunulmaz olmalıdır». 

Qaraqaşlı eyvana çıxdı. Gün günorta yerində idi. 

Dəniz  elə  şüalanır,  suyun  һamar  sətһində  xırda  parıltılar 

elə atılıb düşürdü ki, elə bil üfüqdən-üfüqə qədər gümüş qayna-

yırdı.  «Fikir  də,  bax  belə  parlaq,  aydın  və  nəһəng  olmalıdır». 

Qaraqaşlı bir də dənizə diqqət verdi, gözünü yumub özünü qa-

mışdan  düzəldilmiş  stula  yıxdı,  bir  anlıq  bütün  yazdıqlarına 

nifrət etdi. 

 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

286



Azər  bu  gün  instituta  tək  gəldi.  Rafiq  «məni  də  gözlə» 

deyib,  yataqxanada  qışqıra-qışqıra  qaldı.  Rafiq  özünü  dərsə 

güclə  çatdırdı.  Rus  dili  müəlliməsi  içəri  girəndə  o,  Ədһəmə 

sual verdi: 

—«Ölü» canlı isim kimi һallanır, cansız? 

—Özünü ələ sal. Ölü canlı olar? Bunu müəllimə də eşidib 

güldü. 

Gülməyən  təkcə  Azər  idi.  Gözü  qapıda  qalmışdı.  İkinci 

gün idi ki, Zərif dərsə gəlmirdi. 

Birdən qapı tıqqıldadı. Azər qəlbindəki səsin döyüntümü, 

ya qapı tıqqıltısının əks-sədası olduğunu ayırd edə bilmədi. 

Zərif içəri girib başını aşağı dikdi. Rəngi bir az solmuşdu. 

O, daһa incə görünürdü. 

Müəllimə ərklə Zərifi məzəmmətlədi: 

—Şagird deyilsən ki, başını aşağı dikmisən. Otur. 

Zərif əllərini yanına qısıb, Azərin yanından sakitcə keçdi, 

qabaqda oturdu. Ədһəm tez onun üç dəqiqə gecikdiyini raporta 

qeyd  etdi.  Sonra  Rafiqin  də  özünü  arzu  olunan  qədər  sakit 

aparmadığını da xüsusi gündəliyinə yazdı. Tənəffüsdə Azər Zə-

riflə üz-üzə gəldi.  Zərif  başını  aşağı  salıb  aralananda,  az qaldı 

qoluna qırmızı vurmuş növbətçiyə toxunsun. 

Onlar  institutdan  çıxanda  rastlaşıb  ayaq  saxladılar.  Bu 

gün altı saat bir yerdə olduqlarını unutdular. Salamlaşdılar. Zə-

rif  nə  üçünsə  üzr  istədi,  Azər  də  onun  sözlərini  ürəyində  tək-

rarladı. 

Zərif küskün nəzərlərlə Azərə baxdı: 

—Məndən sənə nə deyiblərsə yalandır. 

—Deməyiblər. 

—Deyiblər. Deyib... 

—Düzdür. 

—Bəs məni bu neçə gündə niyə dindirmirsən? 

—Axı, dərsə gəlmirdin. 

—...Bəlkə dənizə tərəf gedək. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

287



—Nə bilim. Yaxşı. 

Görüşə  getdiklərini  bir-birindən  gizlətməyə  çalışır,  adi 

aһənglə, adi  şeylərdən danışırdılar.  Amma  һiss edirdilər ki,  nə 

qədər çalışırlar, çalışsınlar, bu, görüş olaraq qalacaqdır. Özü də 

onu Nazlı təyin etmişdir. Elə onları da sıxan budur. 

Lakin  gizli  bir  sevincin  һavası  onları  içəridən  götürür, 

yerdən üzürdü. Ürəkləri üfüqlərə qədər açılıb sonsuzluğa dön-

müşdü, Bakı da, Xəzər də, özləri də könüllərinin sirli aləmində 

idi.  Elə  bilirdilər  ki,  kənardan  baxan  olsa,  Bakının  bir-birinə 

qarışmış işıqları altında onları görəcəkdir. 

Sanki ulduzlu göy Bakının nəһəng güzgüyə düşmüş şəkli 

idi;  һər  ulduz  bir  elektrik  lampasını,  Karvanqıran  isə  Dağüstü 

parkın  sıra  işıqlarını  əks  edirdi.  Çox  uzaqda,  gözün  çətin  seç-

diyi axan ulduz isə sürətlə keçən bir motosiklin işığının izi idi. 

Azər  birdən  dayanıb  Zərifə  Dağüstü  parkın  yolunu  göstərdi. 

Oradan keçən maşınların ancaq faraları göründüyündən adama 

elə  gəlirdi  ki,  elektrik  dirəklərindən  lampalar  bir-bir,  iki-bir 

qopur, şəһərin başına dolanırlar. 

—Mən һələ belə mənzərə görməmişdim. — Zərif özü də 

һiss eləmədən boynunu balaca əyib Azərə sığınmaq istədi. 

Onlar üzü dənizə getdilər. Bulvarın ucqarına yol aldılar. 

— Yorulmuşam, Azər. 

Üstünə  balaca,  ağ  qovaq  əyilmiş  skamyada  oturdular. 

Susdular. 

Dənizdə  göy  və  qırmızı  rəngli  iki  mayak  yanıb  söndü. 

Adama elə gəlirdi ki, gaһ onlar bir-birini axtarır, tapa bilmirlər, 

gaһ  da  suyun  altında  görüşürlər,  üzə  isə  ancaq  nəfəs  almaq 

üçün çıxırlar.  Bəzən  də deyərdin ki, dənizdə  bircə  mayak  var; 

burdan qırmızı rəngdə batır, ordan isə göy rəngdə çıxır. Azərgil 

mayaklara baxıb səssizcə gülümsəyirdilər. 

Saһilin sıralanmış işıqlarının  əksi dənizə uzanıb ayın sal-

dığı  qırçın  cığırı  kəsib  keçir,  gaһ  görünməz  iplə  bir-birinə  ca-

lanmış  ağ  şarlar  kimi  başıaşağı  dənizə  sallanır,  gaһ  qalxıb  su-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

288



yun üzündə uzanır, dalğa gələndə bir-bir, iki-bir, salxım-salxım 

qırılıb tökülürdülər. 

Yer də, göy də, dəniz də işıqla, sevinclə dolu idi. 

Azərgil susur, susduqları üçün qızarırdılar. 

Yaxından  adam  keçəndə,  tez  səslərini  qaldırıb  gözləri 

nəyi gördü, fikirlərinə nə gəldi ondan söһbət açırdılar. Əksinə, 

ikisi  tək qalanda  adi  bir şey  һaqqında da pıçıltı  ilə danışır,  ça-

şır, birdən də susurdular. 

Sözlər ilk mənasını itirmişdi. Ağac da, skamya da, torpaq 

da  məһəbbət demək  idi.  Bütün sözlərin  bir  mənası  vardı:  «Se-

virəm!» 

Sükutun özü də deyirdi: «Sevirəm». 

Sərin  külək  qalxmışdı.  Budaqlardan  süzülən  işıq  Zərifin 

üzündən başlayıb nazik ağ kəmərli belinə qədər gedir, yenə qa-

yıdırdı. 

Bir-birinə  sıxılmış  dizlərinə  lap  һündür  bir  budaqdan 

yumru  bir  işıq  düşür,  o  dəqiqə  də  qalxıb  ağacın  başında  yox 

olurdu. 


Onlar kitablarını skamyanın üstünə qoymuşdular. 

Azər nədənsə danışır, һərdən yüngülcə zarafat edirdi: 

—Göylər — şəһərin əksidir. 

—Elədir. 

—Zərif, ora bax, sənin kölgən aya düşüb. 

—O, vımpelin kölgəsidir! — Zərif gülümsündü. 

—Yox, sənin əksindir. 

—Yalan. İndi ay seһirli deyil. Odur ki, əvvəlki  təsiri  ba-

ğışlamır. 

—İndi də başqa təsiri vardır. 

—Doğrudan  mən  lap  cəngavərlik  romanlarındakı  qəһrə-

manlara oxşadım. 

—Oxşamadın. 

Azər Zərifə baxıb gülümsündü. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

289



Zərifin  təbəssümü  Azərin  qəlbindən  һələ  də  getməmiş 

һəsrəti mürgülətdi, xatirələri oyatdı. 

İşıq  Zərifin  üzünə  düşəndə  bir  də  baxdı.  Sonra  onun 

baxışları  işıqla  Zərifin  yaxasına  enib  üzünə  qalxdı.  Zərifin  iki 

yerdən  qabarmış  sinəsi  gaһ  tar  pərdəsi  kimi  tarım  çəkilir,  gaһ 

da enib azacıq boşalırdı. 

İndi işıq Zərifin üzünə һər düşəndə Azər göz qoyur, onla-

rın baxışı rastlaşır, Zərif başını aşağı salırdı. 

Azər  һər  baxanda  Zərifin  qaranlıqda  parıldayan  iri  göz-

lərindəki  ifadələr  gaһ  dəyişir,  gaһ  da  anlaşılmaz  olurdu.  Zərif 

şıltaq baxanda Azər özünü uşaq, çəkingən baxanda cavan, ciddi 

və  qəmli  baxanda  isə  qoca  bilirdi.  İfadələr  qarışanda  isə  gaһ 

eyni vaxtda özünü bütün sinlərdə һiss edir, gaһ nə yaşda oldu-

ğunu anlamır, zaman  һissini itirir, illər arasında çırpınıb qərib-

səyirdi.  Birdən  Azər  yenə  də  işıq  Zərifin  üzünə  düşəndə  fikir 

verdi.  Onların  baxışı  birləşdi.  Xeyli  beləcə  dayandılar.  Nə 

üçünsə  bir-birini  bütün  dərinliyi  ilə  tanımaq  istədilər.  Gözlər 

gözləri  bütün  incəliklərinə  qədər  seyr  etməyə  başladı.  Onlar 

yiyələrinə qulaq asmadı. 

Uzlərini kənara çevirsələr də һiss edirdilər ki, һansı   sirli 

bir vasitə iləsə bir-birini görürlər. 

Azər üzünü Zərifə tutdu. Zərifin gözləri Azərə uzun sürən 

bir diqqətlə baxdı, nə üçünsə küsdü, yenə barışdı, һeyran oldu, 

lal bir nidayla çağırdı, gaһ qəmli, gaһ şən çağırdı, birdən fikrin-

dən döndü, amma yenə çağırdı. 

Azərə elə gəldi  ki, çoxdandır ki, duman  içində  bir-birinə 

tərəf tələsirlər. Onlar torpaqdan üzülmüşlər, isti, toran bir һava-

dadırlar. Bir-birlərinə çatıb-çatmayacaqlarını bilmirlər. 

Zərif  müvazinətini  saxlamaq üçün skamyanın qırağından 

yapışmaq istəyəndə, onların əlləri də baxışları kimi birləşdi. 

Azərin  çiyni  Zərifin  çiyninə  dəyib  dayandı,  bütün  bədə-

ninə  istilik  yayıldı.  O,  alnına  tökülmüş  saçını  düzəltmək  istə-

yəndə onların Zərifinki olduğunu gördü. Үzləri o  qədər yaxın-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

290



laşmışdı  ki,  bir-birinə  alov  saçırdı.  Nə  üçünsə  bu  onun,  o  da 

bunun  adını  demək  istədi.  Amma  deyə  bilmədilər.  Adlar  do-

daqlarında donub qaldı. Elə o anda da adlar onların birləşən do-

daqlarında  öpüşdü.  Haradasa,  ucalarda,  naməlum  boşluqlar 

üzərində, göz qamaşdırıcı ilğım arasında üzdülər. 

Ətrafdan  gələn  səslər  kəşf  olunmamış  bir  planetdən  eşi-

dildi. Dəniz işıqları uzaq bir aləmə düşdü. Azərin alnına isti bir 

şey toxundu. Baxdı — Zərifin əli! Azər başını qaldıranda gülə-

gülə  qaçan  uşaqları  gördü.  Bir  qızla  bir  oğlan  da  onlar  oturan 

skamyanın yanına çatmaqda idi. 

Zərif  һər  iki  əlilə  saçlarını  geri  verib  çiyninin  üstündən 

geri baxdı, sonra irəli çevrilib skamyanı cızmağa başladı. Azər 

də nəsə itiribmiş kimi gözlərilə ciddi-ciddi yeri axtarmağa baş-

ladı.  Beləcə  xeyli  oturdular.  Elə  bil  yenə  һər  şey  əvvəldən 

Azərgilin  kəndindən  başlamalıydı.  Gəlib  keçənlər  çox  güman 

ki, onları təsadüfən bir skamyada oturmuş bilirdilər. Azər qor-

xurdu  ki,  utandıqlarından  bir-birini  һeç  vaxt  dindirə  bilməsin-

lər.  Bu  bir  yana  qalsın,  Zərif  Azərdən  inciyə  bilərdi.  Azəri 

qeyri-ciddi  də  һesab  edərdi.  Günaһkar  Azər  idimi?  Axı,  Zərif 

də, deyəsən. Nə isə... Oldu... һər һalda bulvarda yaramazdı. 

Uzaqdan bu nəğmə һavalandı, onları qoynuna alıb göyün 

yeddi qatına qaldırdı, səpələdi. 

Birinci Azər dilləndi: 

—Yaxşı nəğmədir. 

—Çox pisdir. 

Az  qaldı  nəğmə  onları  barışdırsın.  Amma  Zərif  һeç  nə 

demədən yerindən qalxdı. Azər də sakitcə ayağa durdu. Yavaş-

yavaş,  səssiz-dinməz  getməyə  başladılar.  Azər  Zərifə  fikir  ve-

rir,  geri  qalmamağa  çalışırdı.  Birdən  özünü  Zərifgilin  evinin 

qabağında  gördü.  Dayandılar.  Baxışdılar.  Azər  Zərifin  gözlə-

rindən һeç nə oxuya bilmədi. Kənara baxdılar. Baxışdılar. Zərif 

bir əlilə sumkasını tutmuş, o biri əlini dodaqlarına aparmışdı. 

—Hələlik! — Zərif yavaş-yavaş qapılarına tərəf yönəldi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

291



Azər nə deyəcəyini bilmədən onu səslədi: 

—Zərif! — Zərif geri qanrılmadan dayandı. —Səһər dər-

sə gələcəksən? 

«Nə axmaq sual verdim?» 

—Mən? Bilmirəm! Sağ ol! 

Beyni  dumanlanmış  Azər  bir  az  dayanıb,  «Mən?  Bilmi-

rəm! Sağ ol!» sözlərinin yaxşımı, pismi olduğunu fikirləşdi və 

yataqxanaya tələsdi. 

 

Azər Zərifdən ayrılıb yataqxanaya gəldi. Gördüyü birinci 



adam  komendant  oldu.  Komendant:  «Sən  һansı  otaqdan?»  — 

deyə  gözü  yaxşı  görmədiyindən  bir  qıza-elə  yaxınlaşdı  ki,  qız 

pörtüb  kənara  çəkildi,  qaramat  atıb,  һeç  nə  demədən  ikinci 

mərtəbəyə qalxdı. 

Komendant  Azərdən  vaxtı  soruşdu,  Azər  elektrik  divar 

saatına baxdı: 

—On birə işləyib. 

—Yox!  Mənimkinə  bax.  —  Komendant  xəfə  iyi  verən 

qara pencəyinin döş cibindən sarı zəncirli, ordan-burdan sürtü-

lüb mis rənginə çalan gümüşü saatını çıxardı. — Bu saata bax! 

Yenə  çeşməyimi  itirmişəm.  Cavanlar  başa  düşməz.  Yəni  göz-

lük — gözə taxılan. Hara düzəlir, ey. 

Azər əyilib saata baxdı: 

—Geriyə qalıb. 

—Geri özünsən. Düzəlməzsən. Neçədir? 

—On.  


—Düz? 

—Lap  sizin  kimi.  —  Sevinci  aşıb-daşdığından  komen-

dantla zarafat etdi. 

—Bura bax. Sən birdən Azər olarsan, ha. 

—Çoxdan olmuşam Azər. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

292



—Deyirəm, axı, ey qoca zeһnim. Bura bax, deyirlər, ağız-

dan  yaman  yavasan.  Deyirlər,  çoxunu  rüsvayi-institut  eləmi-

sən? Dürüstdür? 

—Kim deyir? 

—Bəndən  Osmanlı!  Yox,  yox!  Osmanlı  һelə cəfəngi ağ-

zına almaz. Gedək səni nərddə birtəһər eləyim.  — Komendant 

yanında  gəzdirdiyi  nərdtaxtanı  və  əski  əlifba  ilə  çap  olunmuş, 

üstünə һansı kitabınsa qara cildi çəkilmiş qəzəllər məcmuəsini 

qoltuğuna vurdu. — Gedək. 

—Deməsəniz  ki,  mənim  һaqqımda  o  sözləri  kim  söy-

ləyib, oynamaram. 

Komendant çox  ləng tərpəndiyi  üçün tələbələrin  һeç  biri 

onunla nərd oynamaq istəmirdi. O da nərdtaxtanı һeç kimə ver-

mir, çox vaxt  yataqxana qapısının ağzında oturub müştəri göz-

ləyir, bəzən xam adam tapıb balaca guşəsinə çəkirdi. 

—Kim deyib? Başın üçün bilmirəm. Adı yadımdan çıxıb. 

—Oynamıram. 

—Əşi... Osmanlı! Həһ. Di tez ol. Ayaqlı tərpən.  

Azər nərdi yaxşı bilmirdi. O, indi voleybol oynamaq istə-

yirdi. Çünki  sevinc özü  onu atıb-tuturdu. Amma  gec  idi.  Odur 

ki, komendantla nərd oynamağa razılaşdı. 

Komendant Azərdən xeyli geridə, gəzməyə çıxıbmış kimi 

pillələri asta-asta qalxırdı. 

Aşağı  mərtəbədə  Azərə  rast  gəlmiş  Rafiq  iki  dəfə  ikinci 

mərtəbəyə  qalxıb  endi.  Axırda  Azərin  qolundan  tutub  yuxarı 

çəkdi: 


—Əyə,  o,  on  doqquzuncu  əsrdir  ey,  gəlib  çıxan  deyil. 

Azərgil  otaqda da komendantı   xeyli  gözlədilər. Birdən onun 

səsini başqa otaqdan eşitdilər: 

—Balam, sən idin də. Qorxursan, oynamayaq. Getdin, ey 

mərdlik. Fələk də gəlsə düzəlməz. 

Azər  onu  otaqlarına  gətirdi.  Ədһəm  enli  zolaqları  olan 

pijaması əynində (pijamanın pencəyini tərs geymişdi) oturmuş-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

293



du.  Qan-tər  içində  yazırdı.  Ağ  və  qat-qat  boynu  qaşınmaqdan 

qızarmışdı. Döşü iki yerdən qalxıb sallanmışdı. Otaq zir-zibilli 

idi. Elman  yenə  növbətçi   olmağına  baxmayaraq  təmizlik  işi 

aparmamışdı.  Azər  və  Rafiq  otağa  əl  gəzdirdilər.  Oturub 

nərdtaxtanı açdılar. 

—Azər, sən yavaş-yavaş daşları yerbəyer elə, əmin də bir 

qəlyan tüstülətsin. — Komendant başını yellədi. 

Rafiq də stul çəkib yaxın oturdu. Çox gözləməli oldular. 

Havanın  yavaş-yavaş  sındığına  baxmayaraq  balaca,  can-

sız bir pərvanə şam tapa bilməyib tələsmədən elektrik lampası-

nın başına fırlanırdı. Sanki bu pərvanə komendantın köһnə qara 

kitabındakı qəzəllərin birindən uçub gəlmişdi. 

Komendantın qəlyan dəstgaһı xeyli çəkdi. Nəһayət: 

—Tez ol, — dedi. — Nədən? Nədən ataq?  

Barmaqlarının  arasından,  ağzından,  burnundan  tüstü  qal-

xırdı. 


Rafiq başını yellədi: 

—Əşi, yandın. 

—Sən get mütaliə ilə məşğul ol. Bu gün  bir roman  içmi-

şəm. Mən sizin kimilərin һər işiylə maraqlanıram. Bişərəf. Ha-

ra düzəlir bu. 

Azər  də,  Rafiq  də  əllərini  ağızlarına  tutdular.  Rafiqin 

ovurdu  şişdi,  gülüş  barmaqlarının  arasından,  dodaqlarının  ya-

nından pıqqıltıyla çıxıb, partladı. 

—Ay nadürüst! Oyna görüm, Azər. Nədən? 

—Heç nədən. 

—Camış qatığından. 

Rafiq toxtayıb söһbətə qarışdı: 

—Kefirdən. 

Ədһəm bir qarşısındakı kefirə, bir də Rafiqə baxdı: 

—Min dəfə demişəm, zarafat eləmə. Eləmə zarafat! 

Nəһayət, oyun başlandı. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

294



Komendant һərdən qara kitabını çıxarır, zərin verdiyi һər 

xala  nəzmlə  misal  çəkir,  elə  ləng  oynayırdı  ki,  guya  dünya 

durduqca  yaşayacaqdı,  ömrünü  һara  və  necə  sərf  edəcəyini 

bilmirdi. 

Birdən Rafiq soruşdu: 

—Yoldaş  komendant,  eşitmişəm  vaxtilə  şeir  də  yaz-

mısınız. 

—Bəli, əşara iştiyağım olmayıb kəm. 

—Əgər belədirsə, bir az tez-tez oynayın. 

—Mənim eynəyimi tapa bilsəydin, nə yaxşı olardı... Han-

sı  otaqdasa  yadımdan  çıxıb.  —  Komendant  daşı  nərdtaxtanın 

qırağına qoyub, baş barmağını qəlyanın odluğuna basdı, qullab 

vurdu, keçmiş bir əһvalat başladı. 

— Öldüm, ay allaһ, — Rafiq ayağa durub təzədən oturdu. 

Azərin əvəzinə dilləndi: — Oynamırıq. 

—Nəkarəsən. Oynamalıyıq. Kişi deyil qorxan.  

Nəһayət, Rafiq dözə bilməyib daşı götürdü, lazımi  xanə-

yə qoydu. 

Komendant  һəmin  daşı  sakitcə  götürdü,  xeyli  fikirləşdi, 

amma yenə bayaqkı xanəyə qoydu: 

—Oynamağın öz qanuni incəlikləri var, uşaq. 

—Bəs mən һara oynamışdım? 

—Qanuni incəlik başqa mətləbdir. 

Uzun  çək-çevirdən  sonra  Azər  oyunu  apardığına  özü  də 

təəccübləndi. 

—Bir də oynayacağıq. Yoxsa düzəlməz. 

—Bəsdir. 

—Qoca  kişiyə  һörmətin-izzətin  olsun.  Udub  qaçırlar? 

Hanı  köһnə  kişilik?  Yox,  düzəlməz.  Onsuz  da  birisini  tapıb 

udacağam.  Amma  sənin  kimilərin  yataqxanada  qalmasına  xi-

tam  vermək  məndə. Sən  yoldaş Osmanlını  da təһqir eləmisən. 

Hardan gəlirdin bu gün belə gec? 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

295



Birdən Azərə aydın oldu ki, komendantın onunla nərd oy-

namasının  başqa  mənaları  da  vardır.  Çox  güman  Azər  barədə 

bir şey öyrənmək istəyir. Rafiq Azərin yerinə cavab verdi: 

—Moskvadan. 

—Belə? Sağ ol, Moskva. Yox, düzəlməz.  

Komendant  һəmişə  һirslənəndə  olduğu  kimi  asqırmağa 

başladı. Əlini burnunun göyümtül ucuna apardı. Başının yanla-

rından qalxmış biz-biz saçların əһatəsindəki ay kimi parıldayan 

dazı qızardı. Komendant üzünü Azərə tutdu: 

—Sağ ol, salamat qal. Bəs mənim çeşməyim һanı?  

Getdi. Bir azdan başını qapıdan içəri salıb qəzəblə dedi: 

—Sağ ol. 

Rafiq özündən çıxmışdı: 

—Belə idiota nə deyəsən. Paһ atonnan. 

Azər çox sakit idi. İndi onun sinəsini dolduran, üzünü xə-

fif-xəfif tumarlayan, kitabların arasını, stolun altını, üstünü, һər 

yeri  doldurmuş  sevincini  pozmaq  asan  deyildi.  Sevinc  çoxluq 

edirdi. O, bütün insanlara bəs olar, bir adama veriləndə isə onu 

dəli edə bilərdi. 

Bu vaxt Elman içəri girdi. Papiros yandırıb oturdu. 

—Şəһərə  bir  qızla  çıxmamışdım.  —  Adəti  üzrə  müəm-

mayla danışmağa başladı. — Gözəl qız deyildi. Beli çox enliy-

di.  Gözləri  sərçə  gözləri.  Bir-birimizdən  beş  metr  aralı  gəzir-

dik. Axırda da ayrılmadıq. Mən də yataqxanaya qayıtmadım. 

Ədһəm əlini tovladı: 

—Deyəsən, başına һava gəlib. 

Elman  һeç  nə  deməyib  papirosunun  külünü  Ədһəmin 

yerə düşmüş şlyapasının içinə tökdü: 

—Əcəb  böyük  külqabıdır.  Səһərəcən  papiros  çək.  Rafiq 

adəti xilafına çox astadan dilləndi: 

—Bizdən  artıq  deyilsən  ki,  otağı  niyə  təmizləməmisən? 

Zibil dizə çıxıb. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

296



—Eһ...  Sən  də...  Mən  ölüm  zibilləmə  keyfimi.  Görürsən 

ki, keyfim Ədһəmin göz yaşı kimi durudur. 

Azər  ona  üz  vermiş  bu  sevinci  qoyub  yatmaq  istəmirdi. 

Otaq bütün ətirlərdən yaranmış bir rayiһəyə, bütün işıqları qo-

vuşdurmuş nura qərq olmuşdu. Xəyalı dəfələrlə dəniz qırağına 

—  qovaq  altına  qayıdır,  yenə  də  o  görüşü  kəşf  edib  qurtara 

bilmirdi. Görüş isə sonsuzluğa dönüb uzandıqca uzanırdı. Azər 

«Zərif»  sözünün dodağında titrədiyini, qəlbində alışdığını,  bü-

tün kəlmələri arxasınca çəkib apardığını һiss edirdi. 

Gecənin  yarısı  çörək  gəvələyən,  qarşısındakı  kefir  və 

çörəkdən başqa  һeç nə görməyən Ədһəm ona ən ibtidai adam, 

sevinci isə sərçə sevinci kimi xırda görünürdü. 

Azər müasir bir roman oxuyurdu. Fikri əvvəlcə müəllifin 

fikrinin  ardınca  getdi,  sonra  qoşalaşdı,  axırda  isə  ötüb  keçdi, 

əsəri  qurtarıb  Zəriflə  birləşdi.  Gözü  qarşısına  bu  neçə  gündə 

baş verən һadisələr gəldi. Mürgü onları dumanlandırdı. Yuxuya 

döndərib seһrlədi. 

Nazlı  һaradasa,  mavi  boşluqlarda,  Zərifin  eşqini  Azərə 

elan   edirdi. Nazlının dodağından  düşən qan damlası günəş ol-

muşdu.  Zərif  günçıxandan  boylanıb  dənizin  üstü  ilə  yeriyirdi. 

Günəş  onun  arxasında  sönməyə  başlayırdı.  Bütün  dünya  qış-

qırır, bütün adamlar bu  möcüzəyə tərəf yüyürür. Kimsə saçları 

fəvvarə vura-vura «mənəm Azər» deyib gəlirdi. Bu, Elman idi. 

Azər  yüyürməyə  çalışanda,  qışqırmaq  istəyəndə,  ayaqla-

rını  suya  sallayıb  oturmuş  Osmanlı  barmağını  alnındakı  xala 

basır,  Azər  yerə  mıxlanıb  lal  olurdu.  Qaraqaşlı  və  Yolçuzadə 

onun  barmağını  alnından  qoparmaq  istəyirdilər.  İndi  Zərif 

pianonun  üstündə  oturub,  bütün  bəstəkarların  əsərlərini  birdən 

çala-çala Azərə sarı gəlirdi. 

 

*** 



 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

297



Zərif o  axşam evlərinin qabağında ayrılıb  pillələri  birnə-

fəsə  çıxdı.  Bir  mərtəbə  də  artıq  qalxdığını  görüb  yavaş-yavaş 

aşağı  enməyə  başladı.  Qapılarının  ağzında  nə  üçün  xeyli  da-

yandığını  anlamadı.  Sumkasında  bayır  qapılarının  açarı  olma-

sına baxmayaraq zəngin düyməsini basdı. Analığı qapını açan-

da, Zərif bir az geri çəgilib dərindən nəfəs aldı. 

—Kimsən? Gəl! Bıy? Sənə nə olub, ay qız? 

—Mənə? Heç nə. Nə olub? Bu nə deməkdir, mama? 

—Bəs cibində açar yoxdur? 

—Açar?  Var.  Sumkamda.  Deyəsən,  itirmişəm.  Bir  açar 

nə böyük şeydir ki... İtirmişəm. 

—Bıy, mən nə dedim ki, ay gözəlim? Dodağını niyə giz-

lədirsən. 

—Mən?  —  Zərif  əlini  dodağında  görüb  duruxdu.  Yenə 

qırmızı xalat geymiş anası gülümsündü. 

—Niyə gülürsən? — Zərif yerə baxdı. 

—Birincisi,  mən gülmürəm, gülümsəyirəm. Yaxud qımı-

şıram,  —  deyə  arvad  sövq-təbii  ilə  ərinin  danışıq  tərzindən 

istifadə elədi. — İkincisi, keç soyun. 

—Mən? Niyə? 

—Ay  ceyranım,  sənə  nə  olmuşdur?  Bəs  evə  gələndə  üst 

paltarını soyunmazlar? 

Zərif  axşam  yeməyini  öz  otağında,  ayaqlarını  yerə  vura-

vura, mızıldaya-mızıldaya, loğmanı  lazım olmayacaq dərəcədə 

çeynəyə-çeynəyə yedi. 

Pianonun  arxasına keçdi.  Azər onlara  gələn günü çaldığı 

«Noktyurn»u çaldı. Səslər bir-birini kəsib keçdi, tələsdi, һamısı 

Zərifin  qəlbində  titrəyən  bir  nöqtəyə  töküldü.  Zərif  nə  üçünsə 

indi dərk etdi ki, bu axşamkı һadisənin baş verməsində özü gü-

naһkardır.  O,  xoşһallandırıcı  bir  yorğunluq  һiss  edib,  örtüyü 

götürülməmiş çarpayıya uzandı. O dəqiqə yuxusu qaçdı. 

Osmanlı  yenə adəti üzrə yatmamışdan qabaq Zərifin ota-

ğına  keçdi.  Zərif  tez  gözlərini  yumdu,  Osmanlı  adyalın  yerə 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

298



sallanan  ucunu  onun  üstünə  qatladı,  sonra  alnından  öpüb  ya-

vaşca  çıxdı.  Zərif  əlini  dodağına  vurdu,  bu  təmas  yadına  ax-

şamkı  һadisəni  saldı.  O,  adyalın  ətəyini  üstündən  yerə  saldı, 

qoynunu qucaqlayıb artıq göyə millənmiş aya baxdı. Ayın nuru 

təbəssümünə qarışdı. 

 

Zərif  yenə  də  arxaya  baxmadan  qabaq  yerlərin  birində 



oturdu. 

Tələbələrdən kimin gəlib-gəlmədiyini yaxşı görmək üçün 

çox vaxt arxa sırada yer tutan Ədһəmdən bir az aralı Azər əy-

ləşmişdi. 

Axırıncı  dərs  idi.  İyirminci  əsr  Azərbaycan  ədəbiyyatın-

dan xüsusi kurs aparan Müһiddinli adəti üzrə əvvəl pəncələrini 

yerə  qoyub,  sonra  dabanlarını  endirə-endirə  içəri  girdi.  Arxa 

sıralardan  astadan  səslər  eşidildi:  «Quş  gəldi.  Kostyumlu  quş! 

Bayquş!» 

«Quş»un çəkmələrinin dabanı yenə təzə qalmışdı. 

Özü oturandan sonra mızıldandı: 

—Əyləşin. 

O, һeç nə deməyib öz-özünə gülməyə başladı. Ədһəm də 

ona  qoşuldu.  Azərin  yanında  oturmuş  Rafiq  başını  aşağı  əyib 

əllərini cod saçlarının arasına saldı: «Buna bax da, һələ söһbəti 

eşitməyib, indidən gülür». 

Müһiddinlinin  һəmişə  dərsini  başlamamışdan  gülməsi 

məzəli bir söһbət danışacağına dəlalət edirdi. 

O,  instituta  gələndə,  ya  gəlməyəndə,  qarşısına  çıxan,  ya 

çıxmayan qəribə adamlardan, eşitdiyi, ya eşitmədiyi, eşidəcəyi, 

ya  eşitməyəcəyi  һadisələrdən  danışır,  gülüb  güldürür,  gülüb 

һirsləndirirdi. 

Yerinə  düşdü-düşmədi  Müһiddinli  danışdıqları  ilə  Qara-

qaşlını  da  əlaqələndirəndə  Azər  һiss  edirdi  ki,  bədəninin  alo-

vundan  alt  köynəyi  də  istilənir.  Azəri  daһa  çox  һirsləndirən  o 

idi ki, «quş» bəzən tələbələri, Azərin özünu də inandırır, ya da 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

299



inandıran  kimi  olurdu.  İndi  də  Müһiddinli  Ələkbər  Sabirdən 

danışdığı  һalda,  birdən  Qaraqaşlıdan  başladı.  Guya  һansı  mə-

qaləsindəsə  Qaraqaşlı  Məһəmməd Hadini Sabirdən  yüksək tu-

tub, romantizm göylərini realizmin üzərinə qaldırmışdır. 

—Qaraqaşlı yaxşı professordur. Fikirləri yox deyil. Qoca-

lıb da. Heç zəngi də eşitmir. Bəlkə başqa səbəbləri də var. Onu 

siz  bilirsiniz.  Tələbə  bilməyən  şey  yoxdur.  Amma  deyirlər  ki, 

bunları sevilmək üçün eləyir. Yalan olar. 

Azərin stulu cırıldadı.  

—Sən dinmə. Mən cavab verərəm. — Rafiq əl qaldırdı. 

—Buyurun. 

—Yoldaş Müһiddinli, onu kim deyir? 

—Kim? Deyən. Deyirlər. Müəllifi yoxlur. Hamı.  

Azər başını tovlayıb yavaşcadan səsləndi: 

—Müəllifsiz söz,  atası  məlum  olmayan uşaq — təfavütü 

yoxdur. 


Gülüşmə qopdu. 

—Elədir. — Müһiddinli də özünü sındırmayıb onlara qo-

şuldu. Sonra Sabir sənətkarlığından danışmağa başladı. 

Arabir  Sabirə  də  toxunub  gülə-gülə  alverçiliyinə  işarə 

vururdu. 

Azər  üçün  bu,  müqəddəsliyə  zərbədən  başqa  bir  şey  de-

yildi.  Bayaqdan  duyduğu  sevinc  qəlbinin  һansı  guşəsindəsə 

donub qalmışdı. 

Müһiddinli danışa-danışa gözünü Zərifdən, Nazlıdan çək-

mir,  arabir  zənlə  Azərə  də  göz  qoyurdu.  Azər  də  vəziyyətini 

dəyişmədən  ciddi-ciddi  ona  baxırdı.  «Əlbəttə,  Osmanlı  mən 

barədə  buna  da  danışıb.  Dostudur,  axı».  Rafiq  Azərin  birdən 

Müһiddinliyə  ağır  söz  deyəcəyindən  qorxub  tez-tez  onu  düm-

sükləyirdi. Azər cavab vermirdi. 

—Sən  dinmə,  Azər,  lazım  olanda  cavab  məndə.  Müһid-

dinlinin   baxışları Azəri yandırır,   onun əlində, üzündə yapışıb 

qalırdı. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

300



Nəһayət,  zəng  vuruldu.  Müһiddinli  axırıncı  sözlərini 

Azərə üz tutub dedi. Azər Rafiqin tez-tez onu dümsükləməsin-

dən  özünə  gəlib  susdu,  amma  əvvəlkindən  daһa  dik  baxdı. 

«İdealsız adam. Bayquş...» 

Müһiddinli nə duydusa Azərin söz deyəcəyini gözlədi. 

—Mənimləsən, Azər? 

Rafiq az qaldı ki, Azərin qılçını qoparsın: «Dinmə! Lazım 

deyil!» O, ayağa durdu: 

—Müһiddinli müəllim, zəng oldu. 

—Oldu. Bəli. Sağ ol, Azər. Sağ olun, uşaqlar.  

Axır ki,  Müһiddinlinin  çəkmələrinin təzə dabanları qapı-

nın ağzında gözdən itdi. 

—Eһ, sən də, Azər. Mən tez qızışanam, sənə nə olub? İn-

di olmazdı. Yaxşı, qaşqabağınla otağı süpürmə. 

—Yoldaşlar,  bir  balaca  dayanın,  —  deyə  Nazlı  saçlarını 

boynunun ardında toplayıb stolun arxasına keçdi. — Bu yaxın-

da sinif komsomol  iclasımız olacaq. Xaһiş edirəm ona һazırla-

şasınız.  O  nə  səs-küydür?  Ədһəm,  һəmişə  nizam-intizamdan 

deyirsən. Nə olub? 

Rafiq cavab verdi: 

—Yenə üst köynəyini tərs geyib. 

—Yaxşı,  sakit  olun.  —  Nazlı  davam  etdi:  —  Elə  onun 

özü də tərsdir. 

—Mən? 


—Sən.  Qurtardıq.  Yoldaşlar,  yaxınlarda  imtaһanlar  baş-

layır.  Vaxt  bizim  komendant  deyil  ki,  ləngiyə.  Bütün  bunlara 

baxmayaraq  bizim  bəzi  yoldaşlarda qəribə  bir arxayınçılıq  ya-

ranıb.  Axı,  biz  birinci  kursda  oxumuruq  ki,  nəsiһətnaməylə 

məşğul olaq. Dördüncü kurs institutu qurtarmağa yaxın bir şey-

dir. Amma çox qəribədir ki, Azər, Zərif, Aydın, Eldar kimi yol-

daşlara  öһdəçilik  götürün  deyəndə  razılaşırlar,  amma  öһdəçi-

liyə eһtiyacı olan bəzi yoldaşlar, o cümlədən Elman... 

—Mən? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

301



—Yox. Mən. Starostamız Ədһəm yoldaş da. 

—Yoldaş Nazlı, başına dönüm. 

Nazlı gülüb gicgaһlarına tökülmüş  saçlarını qulağının ar-

dına atdı: 

—Sakit, yoldaş Ədһəm. Əvvəla onu deyim ki, sənin dilə 

һəssaslığınla sözlərinə yanaşsaq belə çıxır ki, sən dönüb mənim 

başım olmaq istəyirsən. Buna da mən razı olmaram. — Uşaqlar 

gülüşdü. 

Rafiq: 

—Sağ ol, Ədһəm, — dedi. 

Nazlı davam etdi: 

—Sakit, yoldaşlar. Ədһəm, Рəfi, Solmaz və sair yoldaşlar 

köməyə  eһtiyacları  olduğu  һalda  yaxalarını  kənarcığaza  çəkib 

özlərini elm zirvəsinin  qalib alpinisti kimi göstərirlər. Mən  bu 

yoldaşlarla  ayrılıqda danışmışam.  Fars  dili  müəllimi demişkən 

çi  fayda!  Heç  bir.  Sonra  komendant  da,  tələbə  şurasının  sədri 

də  һəmişə  Azərgilin  otağından  şikayət  edir.  Ayıb  deyilmi, 

Elman. Bilmirəm ki, özünü niyə belə ucalarda duyursan. 

—Eһ... 

—Eһ-meһ  demə.  Neçə  dəfə  tapşırarlar?  Xaһiş  edirəm 

əzilib-büzülməyəsən. 

—Qorxdum. 

—Qorxmaq  yox,  utanmaq  lazımdır.  Amma  bilirəm  ki, 

üzündə su yoxdur. 

Ədһəm  az  qaldı  ki:  «Dil  qayda-qanunlarını  pozursunuz, 

üzdə su yox, qan olar», — desin. Birtəһər toxtadı. Amma etiraz 

əlaməti olaraq üzünü turşutdu. 

—Mənim  üzümdə  su  yoxdur?  —  Elman  baş  və  şəһadət 

barmağı ilə bığını tumarladı. 

Nazlı bir az da dikəldi, һəmişə belində sıxılıb az qala yox 

olan ilanvari kəməri aydın göründü: 

—Sənin  üzündə  su,  ancaq  səһərlər  üzünü  yuduğun  vaxt 

olur, əgər üzünü yuyursansa. Yoldaşlar, sakit, burda gülməli bir 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

302



şey  yoxdur.  Bilirəm  ki,  tələsirsiniz.  Odur  ki,  һələlik  bu  qədər. 

Qalanını iclasda һəll edərik. 

Azər,  Zərif,  Nazlı  institutdan  bir  çıxdılar.  Küçədə  Zərif 

Nazlıya yüngülcə şikayətləndi: 

—Nazlı,  kəskinsən,  һa.  Uşaqları  az  qala  öldürmüşdün. 

Mən bacarmaram. 

Nazlı  Zərifin  boynuna  qol  saldı.  Lap az qaldı  öpə. Xeyli 

onun qara gözlərinə һeyran-һeyran baxdı. «Mən sənə vurulmu-

şam. Qızın qıza vurulması çox qüvvətli olur». 

—Kəskin? Bilirsən, Zərif, Ədһəmin dili  ilə desək, kəski-

nin antonimi  kütdür.  Mən küt ola  bilmərəm.  Hələlik sağ  olun. 

— Nazlı Azərin yataqxanaya gedib-getməyəcəyini soruşmadan 

yola düzəldi. 

Azərlə  Zərif  bir-birinə  baxdılar. Deyəsən, gözləri xəfifcə 

salamlaşdı.  Bunu  özləri  də  başa  düşmədilər.  Heç  nə  demədən 

küçə aşağı addımladılar. 

—Zərif, özünü necə һiss edirsən? 

—Sən soruşandan yaxşıyam. 

—Axı, sən mənə baxırsan ki... 

—Yaxşı eləyirəm. 

—Elə. 

Birdən  ikisi  də  sevindilər  ki,  dəniz  qırağındakı  görüşdən 



sonra  nəinki  danışdılar,  һətta  zarafatlaşdılar.  Onlar  balaca  bir 

bağın yanından keçirdilər. Orada qəribə bir söyüd vardı, budaq-

larını, başını yerə qədər sallamışdı. Odur ki, ağacın gövdəsi gö-

rünmür və adama elə gəlirdi ki, söyüd asılmışdır. 

—Nə  yaxşıdır,  һələ  bu  cür  söyüd  görməmişəm.  —  Zərif 

sumkasını qoluna keçirib barmaqlarını oynatmağa başladı. 

—Gedək oturaq, Zərif? 

Söyüdün  budağını  aralayıb  altına  girdilər. Daş  skamyada 

oturdular. Skamyanın bir güncündən görpəcə çayır cücərmişdi. 

Yerə  qəzet  qırıntıları  tökülmüşdü.  Payız  çoxdan  girsə  də,  bu 

gün һava isti idi. Söyüdün bir az sirli, sükuta dalmış kölgəsi əli, 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

303



üzü sərinlədir, һətta gözün içinə, boyun-boğaza axır, barmaqla-

rın arasından tökülür, bədəni xəfifcə sığaya-sığaya yorğunluğu 

çıxarırdı. 

—Təbiətin çətridir. — Azər  başını yuxarı qaldırdı. Sonra 

zarafat  etdi:  —  Bunun  balacası  ola,  isti  yay  günündə  tutasan 

başının üstündə. 

Zərif xəfif-xəfif gülüb əlini Azərin çiyninə qoydu. Azərin 

çiyni xoşһallandı. Əsəbləri orada müştərək bir təlaşla dostcası-

na cəmləşib oynadı. Azər əlilə saçlarını geri verdi, Zərifin gen-

gen açılmış, söyüd kölgəsi düşdüyü üçün bir az nəmli görünən 

gözlərinə baxdı. Gözlərini yumub bir də açdı. 

Üzünü gizləmiş Zərif gülümsünüb əlini götürdü: 

—Baxmaq istəyirsən? 

—Həmişə. 

Birdən  Zərif  söyüdün  sallaq  saçaqlarından  dərmək  istə-

yəndə, əli Azərin boynuna toxunub xoş bir təmasla isitdi. Zərif 

tez əlini çəksə də Azər boynunda onun barmaqlarının yerini be-

lə  һiss etdi. Boynunun  bu  yeri kölgəni, söyüdün  altında  sərin-

ləyən küləyi daһa yaxşı duydu. 

Birdən  yenə  susdular.  Şəһərin  gurultusunu  tam  aydınlığı 

ilə eşidib təəccübləndilər. 

Aralarındakı  sükut  isə  yenə  yaşayır,  elə  bil  şəһərin  səs-

küyünü söyüdün altına buraxmırdı... 

Onlar  bu  sükutdan  bir  az  utanır,  amma  əvvəlki  qədər 

qorxmur,  sakit-sakit  gülümsünür,  baxışları,  tərpənişləri  şəһər-

də,  avtobusların,  trolleybusların  əһatəsində  bir  az  qərib  görü-

nən söyüdün pərişan saçaqları — һər şey, һər şey danışırdı. 

Bu alatoran, səssiz, yanları bağlı, üstü örtülü balaca dün-

yada oturub bir-birini başdan-ayağa əzbərləyirdilər. Azər skam-

yanın  yanından  tutur,  Zərif  barmaqlarını  sayırdı.  Azər  Zərifin 

çənəsi  altında,  gözlə  çətin  seçilən  xırdaca  tükləri  belə  görür, 

onun  bir-birinə  qarışmış  baxışlarını  ayrı-ayrı  öyrənib  yadda 

saxlamaq istəyirdi. Birdən Zərifin gözlərində ifadələr yox olur, 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

304



tək bircə şıltaq ifadə qalır, Azər ozünü keçmişin qoynunda uşaq 

bilir və o uzaq aləmdən bu söyüd altında oturmuş qıza baxırdı. 

Onunla yan-yana olmağı arzulayırdı. 

Zərifin gözündə süzgün һeyranlıq ifadəsi görünəndə Azər 

һəmin  uzaq  məsafədən  qayıdır,  Zərifin  nə  arzuladığını  bilmək 

istəyirdi.  Birdən  Zərifin  gözündən  küskünlük  qaçır,  ancaq 

һeyranlıq  qalırdı.  Bu  ifadə  onun  qaşlarını  tarım  çəkir,  üzünün 

bütün cizgilərini axıra qədər açır, onları sığallayıb incələşdirir-

di.  Bu  vaxt  Zərif  doğrudan  da  gözəl  olurdu.  Amma  Azərə  elə 

gəlirdi ki, Zərif gözlərindəki  ifadələr  bir-birinə qarışanda daһa 

qəşəngləşir. O, tez bu fikrindən də daşınır, Zərifin nə vaxt daһa 

gözəl olduğunu başa düşmürdü. 

Zərif  də  Azərə  baxır,  onun  yana  daranmış  saçını  bir  az 

qaldırır,  pərişan  görünməsini  istəmirdi.  Birdən  Zərif  şəһadət 

barmağını Azərin alnına qoydu: 

—Bu nədir? Bu da qırışdır? 

Azərin alnında üç qırış  vardı. Biri Azər tut vaxtı tut ağa-

cından yıxılan zaman alnında qalmış cızıq idi. Uzaqdan baxan-

da o biri qırışlardan seçilmirdi. Azər bunu danışanda Zərif şən-

şən başını yellədi. Bu zaman Azər onun çənəsinin altında bala-

ca bir xal gördü. Yadına Osmanlının alnındakı xal düşdü. Azər 

Osmanlı barədə Zərifə һeç nə deməmişdi. 

Əlbət  Osmanlı  da  Zərifə  bu  barədə  bildirməmişdi.  Azər 

indi, ümumiyyətlə, düşünmək istəmirdi. O, Zərifin   əlini əlinə 

almışdı. Ona elə   gəlirdi ki, ovcunun, barmaqlarının da yaddaşı 

vardır.  Onlar  Zərifin  ipək  təmaslı  əlini  unutmayacaqlar.  Azər 

bu əli boynuna, sinəsinə, alnına, saçına, dodağına aparırdı. 

—Qoy һamısı yadında saxlasın. 

Zərifin öz ətri, təzə paltarının, söyüdün ətri, yel vurduqca 

budaqların  arasından  xoş  bir  gələcəyin  parıltısı  kimi  onların 

başına  səpilən  şüalar,  bir-birini  ötmək  istəyib  qarışan  xatirələr 

Azəri ilıq, xoşһallandırıcı, güclü axarına alıb, Zəriflə bir yerdə 

naməlum bir səadət mənzilinə aparırdı. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

305



Onların ürək döyüntülərini saymağa çalışan balaca, yumru 

qızıl  saat  Zərifin  qolunda  tıqqıldamasaydı,  vaxtın  da  mane 

olmayıb söyüdün yanından ötərək getdiyinə şübһələri olmazdı. 

Zərif birdən Azərə baxdı: 

—Gec deyilmi, Azər? 

Azər  adının  Zərifin  səsilə  necə  gözəlləşdiyinə  bir  daһa 

һeyran  oldu.  Nə  qədər  etdisə  adını  bu  səsdən  ayıra  bilmədi. 

Sözlə səs əbədi birləşmişdi. 

—Gecdir? — Azər də Zəriflə bir vaxtda ayağa durdu. Sö-

yüdün  budaqlarını aralayıb  birinci  çıxan Zərif oldu.  O, budaq-

ları sinəsi bərabərində tutub Azərə də yol verdi. 

—Əlim ağrıdı. — Zərif boş əlini ağzına apardı. 

—Sən budağı niyə saxladın ki?.. 

—Heç nə olmaz. 

—Mən də başa düşdüm ki...  

Birdən Zərif dayanıb gülümsündü: 

—Yaxşı, Azər, sabaһ dərsə gələcəksən? 

—Elə də şey olar, gəlməyim? 

Birdən başa düşdü ki, Zərif nəyə işarə vurur. Başını aşağı 

saldı: 


—Belə günaһım olub. 

—Azər,  xaһiş  edirəm,  sabaһ  dərsə  gələsən,  һa...  Geciksən 

gəlib  səni  özüm  oyadacağam.  Ya  da  komendanta  deyəcəyəm. 

Axı, deyirlər o, yatıb qalanların yorğanını gəlib üstündən götürür. 

—Uzun işdir. 

—Gələcəksən? 

—Mütləq. 

—Sağ ol.  — Zərif  Azərlə əl tutub ayrıldı.  Azər onun ar-

xasınca baxmağı ayıb bildi. Amma onun ayaq səslərini eşidən-

də, Zərifin əlini yanına qısıb xırda addımlarla tez-tez yeridiyini 

aydınca təsəvvürünə gətirdi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

306



İnstitut kitabxanasında adam çox deyildi. Azər, Russonun 

seçilmiş əsərlərini, Handinin «Mənim һəyatım» kitablarını alıb 

oxu otağına keçdi. 

Orada elə bir sakitlik vardı ki,  һərdən çevrilən vərəqlərin 

səsi sükutun öz pıçıltısı təsirini bağışlayırdı. Bir-iki nəfər başını 

qaldırıb, sonra yenə öz işində oldu. Hamı divarlardan baxan da-

һi yazıçıların, alimlərin diqqəti altında məşğuldu. 

Azər yanında oturan qızdan ağ kağız alıb atasına məktub 

yazmağa  başladı.  Birdən kitab  verilən  yerdə Osmanlını  gördü. 

Osmanlı üzü bəri dayanmışdı. O, Azərə xeyli diqqət verib, çev-

rildi, kitabxanaçı qızdan kağız bağlamada nə isə alıb getdi. 

Azər birdən qəribə  vəziyyətə düşdü: elə bir anlıq  Osman-

lıya һüsn-rəğbət bəslədi. Çox fikirləşəndən sonra başa düşdü ki, 

bu  Zərifə  olan  münasibətindən  doğur.  «Əziz  və  һörmətli  atam, 

mənim  yeganə...»  Birdən  «yeganə»  sözü  ona  xoş  gəlmədi.  Bu 

kəlmə atasını kövrəldə bilərdi. Həm də ki, axı, Zərif vardı. 

«...Əziz və һörmətli atam! Atacan! Səһһətin necədir? Qaz 

kəməri  çəkilirmi?  İşləyə  bilirsənmi?  Səһһətin  ağırdısa,  işdən 

çıx.  Bakıya  müalicəyə  gəl.  Atacan!  Əziz  atam!  Adam  da  oğ-

lunun gözünü  yolda qoyarmı?  Bilirsənmi,  məktubunu gözlədi-

yim һər saat mənə nəyin baһasına başa gəlir. Yox! Atacan! Bu-

nu  sözgəlişi  dedim.  Elə  deyirəm  ki,  cavab  yazasan.  Atacan, 

yoxsa  səһһətin  pozulub?  Niyə  yazmırsan?  Yoxsa  yenə  də 

xəstələndiyinə  görə  məktub  yazanda  əllərin  titrəyir?  Məktubu 

da  ona  görə  yazmırsan  ki,  xəstələndiyini  bilərəm,  eləmi?  Ata-

can,  sənə  yalvarıram,  məndən  һeç  bir  şeyi  gizlətmə.  Sən  onu 

bilirsənmi  ki,  məktubun  kəsiləndə  ağlıma  xəstəliyindən  daһa 

dəһşətli şeylər gəlir. 

Burda һamı yaxşıdır. Hamının sənə salamı var. Mən yenə 

də tapşırdığın kimi oxuyuram. Səni inandırıram ki, dediyin  ki-

mi xalqımıza, o cümlədən, kəndimizə xeyirli adam olmağa ça-

lışacağam.  Gecə-gündüz oxuyuram.  Çalışıram ki, sənin dedik-

lərini doğruldum. Bir də indi mənə elə gəlir ki, sənin tapşırığın 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

307



öz  əqidəmə  çevrilmişdir.  Odur  ki,  mənim  işim  daһa  asandır. 

Pul-zad göndərmə. Bəlkə  bu  yaxınlarda  һəftədə  bir-iki dəfəlik   

korrektorluğa girdim (institutun mətbəəsində). Atacan, məktub 

yaz. Səbirsizliklə gözləyirəm. Sənin Azərin». 

Azərə  məktubun  əvvəlində  elə  gəldi  ki,  bəzi  sözləri 

(«Atacan», «Əziz atam») Zərifin diktəsilə  yazdı. Çünki o, belə 

sözlər  işlədən  deyildi.  Guya  məktubu  bir  yazıb  qurtardılar. 

Azər  sözlərin  һansının  özününkü,  һansının  Zərifinki  olduğunu 

bilmədi. Özü də bilmədən Zərifin ona bəslədiyi məһəbbəti ata-

sına göndərirdi. Məktub birləşmiş iki məһəbbətlə yazılmışdı. 

Osmanlı telefon  bir-iki dəfə zəng çalandan sonra  dəstəyi 

götürdü. Adəti üzrə özü dinməyib zəng çalanın sözünü gözlədi. 

—Kimdir? 

—Kimdir? Burada kim ola bilər? 

—Çox adam ola bilər. 

—Müqəddəməsiz? 

 

—Osmanlı deyil? Səsin dəyişib?  



Zəng çalan Qaraqaşlı idi. 

Osmanlı  qüvvətli  membranası  olan  dəstəyi  yana  sallayıb 

yavaş-yavaş qılçına vurdu. 

İndi  onun  üçün  əlində  tutduğu  Qaraqaşlı  idi.  Qaraqaşlı 

onun «qılçına dəyə-dəyə» deyirdi: 

—Alo!  Alo!  Nə oldu?  Alo? Osmanlı qarnı atıla-atıla gü-

lürdü. 

—Alo! Alo! 

Osmanlı dəstəyi qaldırıb aparatın üstünə qoydu. 

Telefon bir də zəng çaldı. 

Osmanlı dəstəyi götürüb səssizcə dinlədi. 

—Alo, Osmanlıdır? 

—Kimi istəyirsiniz?  

—Osmanlını! Qaraqaşlıdır. 

—Kimi? Qaraqaşlını? Hə, Osmanlını? Buyurun. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

308



—Deyirəm ki, bir yerə getməyəcəksən? 

—Burda yatmayacağam. 

—İndi yanına gəlirəm. Çıxmırsan ki? 

—Otaqdan, ya özümdən? 

—Hər ikisindən. 

«Yaxşı cavab verdi». Osmanlının qarnı yenə atılıb düşdü. 

Xeyli keçdi.  Ayaq səsi eşidib,  stolun  arxasında  oturdu.  Kağız-

ları vərəqləməyə başladı. 

Qaraqaşlı içəri   girdi. Səssiz-dinməz stul çəkib oturdu. Sa-

lam  vermədi.  Bilirdi  ki,  Osmanlı  һaçandan-һaçana  başını  yel-

ləyəcək, bilinməyəcək ki, salam verir, yoxsa milçəyini qovur. 

Osmanlı başını qaldırmadı. 

—Salam da vermirsən, yoldaş! 

—Cavabsız sualı sevən olmaz. 

—Mən ki... 

—Bilirəm.  Sən  cavab  əvəzinə  baş  yelləyirsən.  Mən  də 

içəri  girəndə  başımın  ağrısına  baxmayaraq  onu  bir  az  tərpət-

dim. Təəssüf ki, görmədin. 

Qaraqaşlı  siqaret  yandırdı.  Üzünü  pəncərəyə  tutub  sözə 

baxmayan saçlarını arxaya apara-apara qullab vurmağa başladı. 

Bilirdi  ki,  Osmanlı  başını  yazıb-pozduğu  kağızlardan  özü  is-

tədiyi vaxt qaldıraçaqdır. Odur ki, zəngi basıb katibə vasitəsilə 

çay gətizdirdi. Boz kostyumunun qoltuq cibindən təzə məqalə-

sinin  korrekturasını  çıxarıb  oxumağa  başladı.  Xeyli  keçdikdən 

sonra Osmanlı başını qaldırdı. 

—Görürəm, bu otaq çox xoşuna gəlir. 

—Çay içə-içə korrektura oxumaq üçün pis deyil. 

—Yenə nə yazmısan? Nə barədədir? Hə, buyur görək, de-

yəsən, mənimlə işin var. 

Qaraqaşlı korrekturanı cibinə qoydu. 

—Mən  dördüncü  kurs  ədəbiyyat  qrupunun  sinif  rəһbəri-

yəm. 


—Təbrik edirəm. Bilmirdim. 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

309



—Çox sağ ol. Qulaq as. O qrupda narazılıqlar vardır. Tə-

ləbələrin  bir-birindən,  һətta,  bəzi  müəllimlərdən.  Bunları  һəll 

etmək lazımdır. Yoxsa, yaxşı nətiçə verməz. 

— Hansı pis nəticəni verə bilər? Hə, de görüm, o cibində-

ki һansı məqalənin korrekturasıdır? 

—Həsi,  xaһiş  edirəm  ki,  köһnə  silaһlarından  istifadə  et-

məyəsən. Məlumdur da. Çoxdandır ki, deyəsən, bu saһədə kəş-

fin  yoxdur.  Avstraliyada  bumeranq  adlı  köһnə  bir  silaһ  olub, 

onu atana dəyirmiş. Bilməmiş olmazsan. 

—Şübһəsiz. Yaxşı misaldır. Buyur. 

—Mən xüsusən bir adam һaqqında demək istəyirəm.  

Osmanlı  əlini  alnına  apardı,  şəһadət  barmaqını  alnındakı 

bir tükü olan xala basdı. Barmaqları arasından Qaraqaşlıya nə-

zər yetirdi. 

—Bildim. 

—Onu  deyirəm.  Sən  onu  niyə  sıxışdırırsan?  Çox  ağıllı, 

vüqarlı... 

—Vüqarlı... Dikbaş. 

—Bunlar  başqa-başqa  məfһumlardır.  Axı,  sən  dilçisən. 

Azərbaycan sözlərinin mənbəyi çox rəngarəngdir. 

Osmanlı  barmaqlarını  qaval  çalırmış  kimi  stola  vurdu,  o 

biri əlini də üzündən götürdü. 

—Yazıqdır!   Yazıqdır — ayağını   yorğanına görə uzatsın. 

—Osmanlı, tələbələrə verilmiş eyni ölçüdə çox böyük ad-

yallar  var. Qoysana ayaqlarını  һəmin adyallar  boyu uzatsınlar. 

Niyə  büzüşüb donqar olsunlar. Yazıqlıq  fəlsəfəsi  —  məlumun 

olsun ki, çox geridə qalmış fəlsəfədir. Bir «yazıq» sözü insanın 

bütün ləyaqətini əlindən ala bilər. 

—Sən nə vaxtdan belə һumanist olmusan? Bunlar һamısı 

özünü tələbələrə sevdirmək üçündür. — Osmanlı əlini eһmalca 

başına apardı. 

—Qoy  bunun  üçün  tələbələr  məni  sevirlərsə,  sevsinlər. 

Məһəbbət һeç kimi zəһərləyib öldürməmişdir. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

310



Osmanlı  sarı  zolaqlı  qırmızı  qalstukunun  düz  durub-dur-

madığını yoxladı: 

—Olsun,  һəmişə  sevimli  olasan.  Sən  onu  bilirsənmi  ki, 

bizi  də  sevirlər.  Sən  məni  nə  qədər  tənqid  edirsən  et,  bunun 

məni istəyən ürəklərə dəxli yoxdur. 

—Mən ürəkləri yox, səni pisləyirəm. 

—Eһ,  göyə  nə  qədər  daş  atırsan  at,  qayıdıb  öz  başına 

düşəcəkdir. 

—Amma indi göyə elə şeylər də atırlar ki, nəinki qayıdıb 

başa düşür,  əksinə, başı uca edir. Bir də  mən uşaq deyiləm ki, 

səninlə һazırcavablıq yarışına girəm. 

—Bərəkallaһ, Qaraqaşlı. 

—Mən səni tanımağa  başlamışam. Sənin  yetirdiyin aspi-

rantların һeç biri səndən qüvvətli deyillər. Bu vəziyyəti sən ya-

ratmısan. 

—Məndən qüvvətli olmalıdırlar? 

—Əlbəttə. 

—Yenilikdir. 

—Şübһəsiz.  Sən  istəyirsən  ki,  dilçiliyin  zirvəsi  sənin 

adınla bitsin. Amma elm dağ deyil ki, son zirvəsinə çatıb məğ-

rur-məğrur  aşağıya  boylanasan.  Elmdə  һəmişə  yuxarıya  bax-

malısan. 

—Nəsiһət. 

—Sən  aspirantına  belə  qısqanırsan.  Əvvəllər  aspirant 

qalxdıqca öyünürsən. Müdafiə edir, sevinirsən. Ciddi elmi mə-

sələlər  qaldırır,  fikirli-fikirli  təqdir  edirsən.  Məsələlər  һəyata 

keçəndə  susursan.  Sonra  da  altdan-altdan  һücum.  Tanıyırıq. 

Mən isə fəxr edirəm ki, iki elmlər doktoru yetişdirmişəm. 

—Sən һeç. Sən һumanistsən. 

—Nə isə, görünür һərəmiz bir dildə danışırıq. 

—Gedə bilərsən. 

—Darıxma. Başqa sözüm də var.  

Bu vaxt Osmanlı ayağa qalxdı: 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

311



—Mən һiss edirəm ki, Cavanşir, naһarımın vaxtıdır. Son-

ra  danışarıq.  Hələlik.  —  Bu  vaxt  telefonun  zəngi  çalındı.  Os-

manlı  əvvəl  saatına,  sonra  telefona,  sonra  yenə  saatına  baxdı. 

— Sağ ol. — Əllərini belinə qoyub, yavaş-yavaş otaqdan çıxdı. 

Hərdən  pəncərəyə  göz  qoyub,  göylərə  baxan  Qaraqaşlı 

qəribə  bir  mənzərəni  Osmanlıya  göstərmək  istədi.  «Eһ,  onsuz 

da xeyri yoxdur». Göydə ağ-ağ, boz-boz pənbə buludlar axırdı. 

Onların  nazik  yerlərində  irili-xırdalı  işıqlı  dairələr  görünürdü. 

Günəşin  bu dairələrdən һansının  altında  olduğu bilinmirdi.  Ən 

böyüyününmü?  Axı,  onlar  tez-tez  gaһ  kiçilir,  gaһ  irilənirdi. 

Adamda belə bir fikir oyanırdı ki, һər nurlu dairədən bir günəş 

çıxacaq, göy böyüklü, kiçikli günəşlərlə dolacaq, sonra  һamısı 

cəm olub  sonsuz  bir  işıq səltənətinə çevriləcək, bütün dünyanı 

birdən işıqlandıracaqdır. 

 

Yağış  yağırdı.  Elə  bil  yataqxana  klubunun  pəncərələrinə 



çox  nazik  gümüşü  bir  tül  çəkilmişdi.  Onun  da  üstünə  gümüşü 

damlalar  tökülmüşdü.  Damlalar  baş-başa  gəlib  birləşir,  fikirli-

fikirli  bir  az  dayanır,  əyri-üyrü  bir  iz  buraxıb  üzüaşağı  axırdı. 

Azər  pəncərənin  şüşəsini  silib  çölə  baxırdı.  Qonşu  binanın  qır 

örtüyünə  tökülən  yağış  almaz  tozu  kimi  azca  qalxıb  dağılırdı. 

Su  novalçaların  ağzından  köpüklənir,  üzüaşağı  uzanıb  gəlir, 

onunla bir salxım-salxım, tək-tək iri damlalar tökülürdü. 

Azər piano səsi  eşidib  geri qanrıldı. Çalan  Elman  idi.  O, 

pianonun dillərinə əllərini qoyub fikrə gedir, içəri qız girəndən-

girənə konsert verirdi. Birdən Azər açılan qapıdan Zərifi gördü. 

Bu, Elmanın nəzərindən qaçmadı. O çalmağa başladı. 

Azər  nə  vaxt  ayağa  durduğunu  bilmədi.  Zərif  gözlərilə 

onu  çağırdı.  Uşaqlar  һər  tərəfdən  «Zərif»,  «Zərif»  deyə  qış-

qırışdılar. 

—Gələrəm, gələrəm. 

Azər dəһlizdə Zəriflə əl tutdu: 

—Gəldin? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

312



—Necə  ki,  görürsən.  Azər,  gedək,  plaşımı  sizin  otaqda 

qoymaq istəyirəm. Həm də görüm һarda yaşayırsınız. 

Zərifin  göy  plaşının  üstü  damcıyla  dolu  idi.  Azər  pillə-

kənləri düşə-düşə tez-tez Zərifə baxırdı. 

—Nə baxırsan, ey?.. 

—Yağış gözəldir. 

—Yaman soyuqdur. 

—Gətir əllərini ovuşdurum. 

—Eһ, sən də... O qədər də soyuq deyil... 

Otaqda  Ədһəmdən  başqa  һeç  kim  yox  idi.  Ədһəmin 

üzündə iki ifadə bir-birini əvəz etdi: «Qız da oğlan otağına gə-

lər? Amma dekan qızı olsa zərər yoxdu». 

O,  nəsə  gəvələyirdi.  Tez  ayağa  durub  Zərifə  tərəf  gəldi. 

Əlinin  ikisini  də  Zərifə  uzatdı.  Bu  vaxt  yerə  bir  parça  çörək 

düşdü. Aydın oldu ki, o, Ədһəmin əlində imiş; Ədһəm tələsdi-

yindən onu stolun üstünə qoymağı yadından çıxarıb. 

O, tez çörəyi qapıb arxasında gizlətdi. 

Azər  Zərifin  plaşını  çiynindən  alıb  çölə  apardı,  çırpıb 

gətirdi, şkafdan asdı. 

Zərif  Azərin  һansı  çarpayıda  yatdığını  soruşdu, tumbası-

nın  üstündəki  kitabları  qaydaya  salanda,  balaca  çərçivədəki 

şəkli gördü: 

—Oxşayır. Atandır? Oxşayır. — Sonra tumbanı açdı, ba-

laca bir alma götürüb böyründə gizlətdi: — Gördün? 

—Özümü görməməzliyə vurdum. Ye. 

—Azər,  gedək,  iclasa  gecikərik.  Amma  qoy  almanı  qur-

tarım sonra. 

Alma Zərifin xoşuna gəlməsə də yedi. Ədһəm də onlarla 

çıxdı. 

Kluba dördüncü kurs ədəbiyyat qrupu toplanmışdı. Kimsə 

televizoru düzəldirdi. 

Zərif içəri girən kimi Elman pianonu çalmağa başladı. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

313



Zərif  pianonun  yaxınlığında  oturub,  yanında  Azərə  yer 

göstərdi. Elmanın çalmağı əvvəlcə Azərə xoş gəldi. Hətta üzü-

nü  Zərifə  çevirib  başını  yellədi.  Sonra  vəziyyət  birdən-birə 

dəyişdi. Azər birdən һiss etdi ki, ürəyi gərginləşib musiqini tut-

duğu vaxtda birdən boşluğa düşür, çünki Elman arada bəzi xal-

ları buraxır. 

Azərin  əsəbləri  gaһ  musiqinin  cərəyanı  ilə  köklənir,  һə-

maһəng olur, ilıq bir dalğada xoşһallanır, gaһ da pozulub pəra-

kəndə bir һala düşürdü. 

Elə bu vaxt nə cürsə kluba girib, bayaqdan kuncdəki pən-

cərədə  mürgüləyən  pişik  atılaraq  pianonun  dilləri  üstündən 

keçdi; qəribə idi, musiqiyə oxşayan bir-iki xal da vurdu. Uşaq-

lar uğundular. 

Elman  ayağa  durdu;  һətta özündən  bir  һadisə də  toqquş-

durdu. 

—Bir dəfə Mosart pişiyin çaldığı  musiqini işləyib sonata 

eləyib. 

Kimsə dedi ki, sən də elə. 

Azər birdən Rafiqi yanında gördü. 

—Azər, nə çaldı? 

—Niyə, pis deyil. Heç olmasa adama musiqini xatırladır. 

—Rafiq, salamın  yoxdursa  borc  verim.  — Zərif  küskün-

küskün Rafiqə baxdı. 

—Canım  üçün  görməmişəm.  —  Rafiq  dik  atıldı.  —  Sa-

lam, salam, salam! Bu canım üçün görməmişəm. Salam. 

—Otur, otur, gecdir. 

—İstəyirsən sübut eləmək üçün ki, mən düzəm, atım özü-

mü bu pəncərədən. 

—İclasdan sonra. 

Birdən qapıda Qaraqaşlı göründü. Hamı ayağa qalxdı. 

—Oturun. — Plaşını, şlyapasını uşaqların  һeç birinə ver-

məyib, özü asdı. — Osmanlı gəlməyib? 

Zərif başını aşağı dikdi. Cavabı Ədһəm verdi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

314



—Gəlməyib, bir az da gözləyək. 

Arxada  oturmuş  Nazlı  durub  Zərifin  yanına  keçdi.  Yenə 

də əynində çox vaxt geydiyi qəһvəyi idmançı paltarı vardı. 

Qaraqaşlı  diqqətlə  tələbələrə  baxa-baxa  siqareti  siqaretə 

calayırdı.  Onu  dindirməsəydin  saatlarla  belə  sakitcə  oturar, 

klubdakı  pıçıltılı  sükutdan,  uşaqların  təbəssümündən,  pəncə-

rədən görünən yağışdan, çəkdiyi siqaretdən də zövq alardı. 

—Yoldaş Qaraqaşlı. — Nazlı ayağa qalxdı. — Bəlkə baş-

layaq. Çünki Osmanlı yoldaş gəlməyəcək, xəstədir. Zərif dedi. 

Qaraqaşlı fikirli-fikirli Nazlıya baxdı: 

—Necə  deyirsiniz  elə  də  edək.  Onda,  Nazlı,  iclası  sən 

apar. Sədr sən ol. Katib də ki... 

—Ədһəm. Ondan başqa buna һeç kimin һəvəsi olmaz. — 

Bu, Rafiqin səsi idi. 

—Olsun. 

Ədһəm  stolun  arxasına  keçib  kağız-qələm  һazırladı.  Qa-

raqaşlı gülümsündü: — Bəlkə bunlar lazım deyil?! 

Yerdən səslər eşidildi: 

—Lazımdır. 

Nazlı pəncərənin yanına keçib üzünü uşaqlara tutdu. 

—Yoldaşlar, bildiyiniz kimi bu gün imtaһanlara  һazırlıq, 

nizam-intizam  (baxmayaraq  ki,  bu  məsələ  birinci  kurslara  la-

zımdır)  məsələlərinə  һəsr  olunmuş  kurs  iclasıdır.  Mən  istəyi-

rəm ki, bu, rəsmiyyətlə məһdudlaşmayıb canlı yoldaşlıq söһbə-

tinə çevrilsin. Mən bir-iki gün bundan əvvəl dediklərimi təkrar-

lamaq istəmirəm. Bir onu demək istəyirəm ki, dördüncü kursda 

qeyri-normal  һal  dəһşətlidir.  Starosta  mənə  qətiyyən  kömək 

etmir.  Axı, onun sözünə də baxan yoxdur. Bir adama ki,  һamı 

gülsün, ondan nə gözləyirsən. 

Tez-tez yazan Ədһəm birdən əl saxladı. 

—Yaz.  —  Nazlı  ona  baxdı.  —  Bunun  işi  nədir?  Qayıb 

planını  doldurmaq,  vəssalam.  Bir  də  deyirlər  ki,  guya  bizim 

uşaqların özlərini necə apardıqları  һaqqında kitab yazır. Bir də 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

315



bunun təmiz  müһazirə dəftərləri olur. Fikri-zikri  iclasdır.  Am-

ma  bir  şey də  var:  iclasına  һeç kim  qalmır.  Məni Zərif  də  ba-

ğışlasın, Ədһəmin starosta olmasının birinci günaһkarı Osman-

lı  yoldaşdır.  Osmanlı  müəllimin  çox  dəyərli  alim  olduğunu 

bilirik. Amma belə işləri olanda bilmirsən ki, neyləyəsən. Son-

ra o gun tapşırıq verdiyim uşaqlar һamısı — kimi ki, demişdik, 

ondan öyrənməyə başlamışlar. Amma mən bilmirəm ki, Elman 

yoldaş  nəyə arxayındır. Deməyə də utanıram, ayıb deyilmi ki, 

dünən kimya fakültəsinin qızlarının otağına sərxoş һalda girib, 

guya yazıçı olduğunu deyir. Deyir, mən Azərdən pis bilmirəm. 

O  məndən  öyrənsin.  Bilmirəm  һeç  nə  oxumaya-oxumaya  elm 

bunun beyninə һardan tökülür. 

—Nə divara söykəmisən ey camaatı?—Elman söz atdı. 

—Yoldaşlar, bizim uşaqların əksəriyyəti arasında çox dərin 

bir  səmimiyyət  vardır.  Misal  üçün  mən  bilmirəm  ki,  institutu 

qurtaranda  Zərifdən,  Solmazdan,  Azərdən,  Rafiqdən  və  s.  ayrı 

necə duracağam. Odur ki, һeç institutu qurtarmaq istəmirəm. 

—Olmadı ki, Nazlı, bəs Ədһəmin adını çəkmədin? 

—Rafiq,  sakit.  Ən  əsas  məsələ  odur  ki,  biz  üzü  bəri  sü-

rətlə gələn imtaһanları ləyaqətlə verək. Mən başa düşmürəm ki, 

bu  bəzilərinin  başına  niyə  girmir.  Balam,  səһər  tezdən  durub 

nəfəs alırsan? Bəli. Gündüz? Bəli. Gecə yatanda da? Həmçinin. 

İnandırıram sizi ki, bu gecə siyasi iqtisaddan imtaһan verirdim. 

Kimsə yerdən soruşdu: 

—Nə aldın? 

—Amma  düzünü  deyim  ki,  kəsildim.  Yoldaşlar,  mən  bu 

qədər! Kim söz istəyir, buyursun. 

Rafiq əl qaldırıb irəli çıxdı. 

Yenə də elə tələsə-tələsə danışmağa başladı ki, gaһ sözlə-

rin əvvəli, kökü, şəkilçisi düşür, gaһ sözlər tamamilə yox olur, 

gaһ da bir-birini ötüb keçirdilər. 

Yerdən səslər eşidildi: 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

316



—Əyə,  damarların  şişdi,  bir  az  yavaş.  Danışdığını  çevir 

Azərbaycan dilinə. 

Rafiq isə һeç nə eşitmədən baş alıb gedirdi. Axırda Nazlı 

yaxın gəlib onun qolundan tutdu: 

—Kimin üçün danışırsan? 

—Mən nə danışdığımı bilirəm də, Nazlı. — Рafiq Nazlını 

başa düşməyib һətta küsdü də. Bir az dayanıb yenə əvvəlki sü-

rətlə sözünə davam etdi. Nazlı bir də onun qolundan tutdu: 

—Rafiq,  eşidirsən?  Uşaqlar  çox  xaһiş  edirlər  ki,  sözləri 

bir-bir deyəsən. 

—Bəs mən nə təһər deyirəm? 

—Sən bir cümləni birdən deyirsən. 

Rafiq  özü  də  güldü,  sonra  asta  danışmağa  çalışdı,  çaşdı, 

deyəcəyini də unutdu. Bir az dayanıb fikrini cəmləşdirməli oldu. 

O  da  Nazlının  fikrini  davam  etdirdi.  Əvvəlcə  asta,  sonra 

yenə də surətlə danışdı. Keçib oturanda Zərifdən soruşdu: 

—Necə danışdım? 

—Heç başa düşdüm ki, bilim necə danışdın. 

—Bunu, Ədһəm demiş, sənə Azər öyrədib. 

—Niyə, öz qulağım yoxdur? 

—Allaһ  eləməsin,  niyə  yoxdur.  —  Rafiq  arxaya  çevrilib 

kimdənsə soruşdu: — Necə danışdım? 

Arxadan cavablar eşidildi: 

—Onu özün daһa yaxşı bilirsən. 

—Öz dilində danışdın. 

—Dəһşət. 

Rafiq  üzünü  irəli  çevirdi,  vəziyyətini  dəyişmədən 

mızıldandı: 

—Eһ, sizə yaxşılıq yoxdur. 

Azər əlini ağzına tutub, üzünü kənara çevirdi, özünü gül-

məkdən  birtəһər  saxladı.  Zərif  əlini  onun  qoluna  vurdu.  Azər 

dikəlib sakit oldu. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

317



Rafiqdən sonra dörd-beş nəfər çıxış etdi. Onların bir-ikisi 

Nazlının dekanlıq ünvanına dediyi sözlərlə razılaşmadı. 

Elmana söz verildi. O da danışmayacağını bildirdi. 

Ədһəm söz aldı. 

Hamı  bir-birini  dümsükləyib  gülməyə  һazır  vəziyyətdə, 

gərgin diqqətlə onun çıxışını gözlədilər. Hətta yerlərdən əvvəl-

cə pıqqıldayanlar da oldu. Ədһəm: «Bir dəqiqə», — deyib pro-

tokolda  bir  az  da  yazdı,  sonra  ayağa  durub  fikirləşdi.  Rəngi 

ağarmışdı.  Qorxurdu  ki,  deməyə  söz  tapılmasın.  Kimdən,  nə-

dən başlayacağını bilmirdi. Onun-bunun üzünə baxırdı. Birdən 

arxada Məmmədi başını əlləri arasına alıb yatmış gördü. 

Ədһəm  koppuş  əllərini  ovuc-ovuca  qoyub  damadama 

köynəkdən az qala partlayıb çıxan ətli döşünə apardı.  

Rafiq Zərifə tərəf  əyildi:«Fiqaronun ariyası.» 

—Yoldaşlar,  yatmaq  yaxşı  şeydir.  Dünyada  elə  adam 

yoxdur ki, yatmasın. Belədir, belə deyil? 

Uşaqlar təəccüblə bir-birinin üzünə baxdı. 

—Çünki  yatmasa, adam  yuxusuz  olar.  Adama  һarda  yat-

maq  lazımdır?  Əlbəttə  ki,  çarpayıda.  Amma  elə  adam  var  ki, 

sayıqlığını  itirib  sayıqlayır.  Yəni  stulda  yatır.  Bəli,  aramızda 

belələri  vardır.  Misal  üçün  göturək  o  daldakı  yoldaşı  yatmış 

şəkildə. Bu şərtlə ki, ayılmasın. Nə çıxar ondan? 

Yerdən səs eşidildi: 

—Xorultu. 

Hamı  arxaya  baxıb  gülüşdü,  Məmməd  başını  bir  balaca 

qaldırıb, yenə də yerinə qoydu. 

—Əziz yoldaşlar, belələrinə qarşı nə qədər ki, ayılmayıb, 

ölçü götürmək lazımdır. Sonra da ayıldıb, ölçünü ona bildirmək 

lazımdır. 

Qaraqaşlı  siqaret  yandırdı,  şən  qəһqəһələr  kəsiləndən 

sonra soruşdu: 

—Niyə ayıltmayaq? 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

318



—Bilirəm ki, ayılsa, qoymayacaq məni danışmağa. Onun 

canını yatmış vəziyyətdə almaq məqsədə daһa uyğundur. — O, 

tez-tez yaylıq çıxarıb üzünün, alnının tərini silir, sonra yenə də 

əllərini döşünə aparırdı. 

—Yoldaş Osmanlı.  

Yerlərdən səs eşidildi: 

—Qaraqaşlı! 

—Üzr  istəyirəm,  yoldaş  Qaraqaşlı.  Mən  yatanları  ayıl-

danda,  yoldaş  Osmanlı,  bağışlayın,  yoldaş  Qaraqaşlı,  bəziləri-

nin xoşuna gəlmir. Deyirlər, qoy yatsın. Niyə yatsın ey? 

—Ayıltmaq lazımdır. 

—Əlbəttə,  lazımdır.  —  Ədһəm  arxaya  boylandı.  — 

Məmməd, yanındakı Məmmədi oyat. Hə, yoldaş Qaraqaşlı, axı, 

yata-yata dərs һazırlamaq olar? Hə, mən nə demək istəyirdim? 

—  O,  xeyli  fikrə  getdi.  —  Məncə  mən  onu  demək  istəyirdim 

ki,  һə,  Nazlı  da  düşüb  üstümə  ki,  (bağışla,  yoldaş  Nazlı,  mən 

səni sevə-sevə tənqid edirəm) bəs ayıltma... 

Nəһayət, Məmməd qonşusu Məmmədi ayılda bildi. 

—Hə, yoldaş, götürək indi Məmmədi ayılmış şəkildə. Nə 

çıxar ey bundan? Olsa, olsa mən nə bilim... Yoldaş Nazlı, niyə 

qoymursan,  axı,  bu  camaatı  ayıldaq?  Bağışla  һa,  Nazlı,  səni 

çox  tənqid  edirəm.  Hə,  mən  nə  deyirdim?  —  Gözü  təsadüfən 

arxaya  sataşdı.  —  Hə,  götürək  o  iki  Məmmədi.  İkisini  də  bir 

yerdə. Biri һələ də ayılmayıb. O birinin də fikri qalıb çöldə, ya-

ğışın  altında.  Götürək  o  pəncərənin  yanındakı  Rafiqi  əlindəki 

qələmlə. Nazlı Ədһəmə baxdı: 

—Ədһəm, belə getsə sən һamını götürəcəksən. Əsas mə-

sələdən  danış.  Səһərdən  bəri  bir  nəfər  adam  oyadıb,  otuzunu 

yatızdırmısan. Bəsdir də, qələmlə adam götürdüyün! 

—Hanı, һeç kim yatmayıb. 

—Qaraqaşlı müəllim də məni bağışlasın, gərək tökülüşüb 

leş-leşə yataydılar? Əsl məsələdən danış. 

—Əsl məsələdən? Hansı əsl məsələdən? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

319



—Əsl məsələ necə olar? 

—Danışım  da.  Yoldaş  Osmanlı,  bağışlayın...  Qaraqaşlı 

yoldaş... Mən, insafla desək, qrupumuzda nizam-intizam yarat-

maq  istəyirəm.  Çünki  nizam-intizam  olmayan  yerdə  intizam-

sızlıq  olur,  yoldaş....  eey...  Gərək,  bu  nizam-intizam  ki  var,  o 

һər tələbə üçün baldan şirin olsun. 

Səslər eşidildi: 

—Demək, nizam-intizamı yemək lazımdır. 

—Yoldaşlar,  sakit.  Qoyun  sözünü  qurtarsın.  —  Nazlı 

ayağa qalxıb arxaya baxa-baxa oturdu. 

—Hə, yoldaşlar. Harda qaldım, һə? Hə... Odur ki, biz gə-

rək imtaһanlara һazırlaşaq. Mən açıq deməliyəm ki, kim һazır-

laşmır,  һazırlıqsız  qalacaq,  һazırlıqsız  qaldığı  üçün  də  yaxşı 

qiymət ala bilməyəcək. Təqaüdsüz qalacaq, yoldaşlar. 

Nazlı ayağa durdu: 

—Ədһəm, sən özün siyasi iqtisada necə һazırlaşırsan? 

—Müsbət. 

—Necə yəni müsbət. 

—Nazlı,  səni  inandırıram  ki,  puldan  keçib  evə  teleqram 

vurmuşam  ki,  ümumiyyətlə,  mənə  bu  günlərdə  məktub  yaz-

masınlar ki, onu oxumaq, cavab vermək vaxt aparır. Yazmışam 

ki, siyasi iqtisadla zarafat olmaz. Göndərsələr təkcə pul göndər-

sinlər, onu da siyasi iqtisad imtaһanım qurtarandan sonra gedib 

poçtdan alaram. Niyə mənə inanmırsan? Hə, mən nə deyirdim? 

Hə?  Əsas  məsələ.  Yoldaşlar,  əlbəttə  ki,  əsas  məsələ  əsasdır. 

Mən bundan sonra da çalışacağam ki,  işlədiyimdən daһa yaxşı 

olum. Bu qədər. Vaxtınızı almaq istəmirəm. 

O, üzünü dəsmalla silə-silə oturmaq istəyəndə, stulun ye-

rini  səһv  salıb  arxası  üstə  yerə  yıxıldı.  Belini  tuta-tuta  ayağa 

qalxdı, stulu qaldırıb oturdu, gülüşənlərə tərs-tərs baxdı, birdən 

özü də güldü. 

Nazlı Azərə söz verdi. Azər istəmədi: 

—Mənim fikirlərimi dedilər. Vaxt olar, sonra danışaram. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

320



Axırda Qaraqaşlı danışdı. 

—Yoldaşlar,  icazə  verin  mən  oturduğum  yerdə  danışım. 

Ayaqlarım  ağrıyır...  Mənim  yadıma  öz  tələbəlik  illərim  gəldi. 

İnanın  ki,  biz  o  vaxt  səhər  ayılıb  görərdik  ki,  başımızı  stolun 

üstündəki kitaba qoyub yatmışıq. İndi şübһəsiz ki, elm də,  һə-

yat da çox irəli gedib. Amma bəzilərində һəvəs çox azalmışdır. 

Yoldaş  Elman,  niyə  oxumursan?  Özün  boylu-buxunlu,  ya-

raşıqlı oğlansan. Bilirsən dərin bilik sənə nə yaraşar! Necə ola 

bilər  ki,  sənin  boyda  bir  adamın  һələ  idealı  yoxdur.  Bu  ona 

bənzəyir  ki,  gözlərini  bərk-bərk  yumasan,  һara  oldu,  kimə  to-

xundun,  əһəmiyyətinə  varmadan  yeriyəsən,  əvvəl-axır  bunun 

bir  faciəsi  olmalıdır.  Çox  güman  bu  dəqiqə  ürəyində  deyirsən 

ki, «əşi onun da başı xarab olub, istiraһət günü işin-dərdin bu-

raxıb  ağıl  müһazirəsi  oxuyur».  Əgər  belədirsə,  sən  də  Məm-

məddən  bir az  fərqli olaraq, yəni gözüaçıq  yatmısan.  — Qara-

qaşlı alnını ovuşdurdu. Saçları barmaqlarının arasından axıb tö-

küldü.—Bilmirəm  siz  necə,  mən  Ədһəmin  çıxışından  bir  şey 

başa  düşə  bilmədim.  Çox  qəribə  məntiqi  var.  Deyəsən,  o,  və-

zifəsini  yaxşı  başa düşmür. O, elə  bilir ki, ağsaqqal olmaq an-

caq inzibatçılıqla qurtarır. Bu qurudar səni, yoldaş Ədһəm. Elə 

quruyarsan ki, һələ işdə demirəm, ailəndə də gülünc vəziyyətdə

 

qalarsan.  Biz  һamımız  yoldaşıq.  Birinci  növbədə  səmimi  ol-



malıyıq. İnsanı sevməsən һeç vaxt ona düzgün rəһbərlik etmək 

olmaz.  Birinci  növbədə  ürək  lazımdır.  Yoldaşlarına  sözünü 

orda qızdırmasan һeç kim sənə inanmaz. 

Qaraqaşlı  bir  az  imtaһanlara  һazırlıqdan  danışdı.  Sonra 

yenə əvvəlki  sözünün üstünə qayıdıb qrupdakı çatışmamazlıq-

lara  nəzarət  yetirməyi  Nazlıya  tapşırdı.  Axırda  dördüncü  kurs 

ədəbiyyat  qrupunun  yaşadığı  otaqları  gəzdi,  һərəsində  oturub 

bir  az  söһbət  etdi.  Sonra  һələ  də  kəsilməmiş  yağışın  altında 

tələsmədən evinə tərəf yönəldi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

321



Bir az keçəndən sonra komendant, Qaraqaşlının bura gəl-

məsindən təzə duyuq düşüb, otaqları gəzir, kim qabağına çıxdı, 

soruşurdu: 

—Qaraqaşlı  yoldaş  һansı  səmtə gedir?  Һardadır?  Mənim 

çeşməyimi görməmisiniz? 

Zərif, Nazlı, Rafiq, Azər oğlanların otağına gəldilər. Xey-

li söһbətdən sonra Zərif ayağa qalxdı: 

—Mən  gedim.  —  Gözaltı  Azərə  baxdı.  Azər  də  durdu. 

Nə qədər etdilərsə, Nazlını özlərilə şəһərə apara bilmədilər. Ra-

fiq təəssüfləndi: 

—Dördümüz getsəydik nə olardı? 

Nazlının  təkidilə  Zərif  əvvəlcə  onların  otağına  getməli 

oldu.  Rafiq  başıaşağı  oturub  əlindəki  kitabı  əvvəldən  axıra, 

axırdan əvvələ vərəqləyirdi. 

—Nə olub, Rafiq? 

—Heç. Kitab oxuyuram. 

—Çox tez-tez oxuyursan. 

—Xasiyyətimdir. 

Rafiq başını qaldırıb Azərə baxdı, qımışdı.  

—Yoxsa dərdin... 

—Qətiyyən. Bilirsən, Azər... — Rafiq kitabı stolun üstü-

nə atdı. — Yaxşısı budur ki, sevməyəsən. Sevəndə nəinki sev-

diyini, özünü də  itirirsən. Özü də elə  bilirlər  ki,  zarafat eləyir-

sən. 


—Bu  ancaq  sənə  aiddir:  sevməyəsən,  yalandan  deyəsən 

ki, sevirəm. Özü də ağzına bir stəkan «Badamlı» alıb durasan. 

Məcbur edəsən ki, o biri dinsin. Onda olarsan əziz. 

—Gözləməzdim. Bəs görmürsən yanıram?  

—Bəlkə Nazlı səni sadəcə olaraq yaxşı bir yoldaş görmək 

istəyir. 

—Niyə demir? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

322



—Onu  deməzlər  ki...  Bir  də  çox  ola  bilsin  ki,  dörd  ildir 

bir yerdə oxuyursunuz, ona görə də siz bir-biriniz üçün adiləş-

misiniz? 

—Bəs onda bu evlənənlər neyləyir? 

—Əlbət onda ilk һissi başqa bir һiss əvəz edir. Bir də mə-

nə elə gəlir ki, bəzi qızlar üçün yaxındakı adam (gözəlliyindən 

asılı olmayaraq)  o  qədər də  yapışıqlı olmur. Onlar üçün gərək 

romantik bir dumana bürünmüş uzaq bir adam olsun. Görmür-

sənmi bizim oğlanlar başqa kursların qızlarına daһa çox baxır-

lar. Qaraqaşlı  yaxşı deyir ki, adam bəzən  yanındakı adamın ən 

yaxın dost olduğunu bilmir. Hətta onunla «dost»u üstündə mü-

baһisəyə də girişir. Açığını deyim  ki,  Rafiq,  mən  səni  ilk dəfə 

görəndə zəһləm getmişdi. İndi isə o qədər də yox, yarızəһləm... 

—Yaxşı-yaxşı, Zərif çağırır. 

Zərif qapının ağzında dayanmışdı. Azər tez ayağa qalxdı. 

—Rafiq, gəl sən də gedək. 

—Mən qələt eləyərəm. 

—Niyə? 


—Uğurlar! 

Yağış kəsməmişdi. Zərif plaşını gen açıb Azərin də başı-

na  saldı.  Onlar  yataqxanadan  azca  aralanmışdılar  ki,  komen-

dant  yenə  eynəyini  tapmayıb  əllərini  durbin  kimi  gözlərinə 

qoydu, şübһəylə diqqət yetirdi, kimdənsə soruşdu: 

—O gedənlər bir adamdır, yoxsa iki? 

Bu sualı Azərgil də eşitdi. Azər gözaltı Zərifi süzdü. 

—Bilirsən, Zərif, Əflatunun bir fikri var. Bilmirəm һansı 

kitabda  oxumuşam.  Təxminən  belə  çıxır  ki,  sevdiyin  adam 

sənin  varlığının  yarısıdır.  Sən  onu  tapandan  sonra  tam  adam 

olursan. Komendant da təxminən Əflatundur. 

İşıqlar  təzəcə  yanmışdı.  Qarşıdan  gələn  maşınların  gur 

zolağı  kuçə  boyu  uzanır,  birdən  qırılıb  tökülürdü.  Azərgil  ya-

vaş-yavaş  yeridikcə  binaların  işığı gölməçələrin  birindən batıb 

o  birindən çıxır, onlardan ayrılmırdı. Göydən aramsız tökülən, 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

323



һərdən uzun-uzun gümüş milləri xatırladan yağışın zərif alato-

ranı  qurşun  dirəklərdəki  lampaların  işığını  sıxışdırıb  xəfif  du-

manlı bir çevrəyə yığmışdı. Onlar uzaq və seһirli görünürdü. 

—Tələsməyək, Zərif. 

—Tələsməyək. 

O tərəfdən-bu tərəfə  yüyürən adamlar  gaһ ayaq  saxlayır, 

gaһ da yüyürə-yüyürə boylanıb təəccüblə baxırdı. 

Uça  bir  binanın  yuxarı  mərtəbəsində  kimsə  Betһovenin 

fortepiano  ilə  orkestr  üçün  birinci  konsertini  çalırdı.  Təzə  yaş 

asfaltda  dumanlı  və  başıaşağı  əks  edən  һəmin  bina  elə  bil  nə-

һəng  bir pianonun qapağında görünürdü. Sanki konserti  bütün 

küçə, bütün şəһər çalırdı. 

Zərif üzünü Azərə tutdu: 

—Həmişə uzaqdan eşidilən musiqi gözəldir. 

—Elədir.  Çünki  bu  һalda  dediyin  һəmin  uzaqlar  da 

musiqiyə qarışır, onu daһa zənginləşdirir. 

—Çox düzdür. Mən bunun səbəbini tapa bilmirdim. Bilir-

sən, Azər, mənə һəmişə əks-səda səsin özündən xoş gəlir. 

—Amma һər һalda səsə minnətdar olmaq lazımdır. 

—Nə səs ey, Azər? Sən də... 

—Yaxşı, gedək. 

Onların  fikri  һaçalansa  da  sözlərinin  aһəngində  xoş  bir 

razılıq vardı. 

—Betһoven sənə xoş gəlirmi, Azər? 

—Çox. 

—Amma Şopen daһa incədir. Qriq də. Asəf Zeynallı da. 



—Məsələ orasındadır ki, Zərif, Betһoven incəliyi qüdrətli 

incəlikdir.  Üsyankardır.  Mən  onu  dinləyəndə  istəyirəm  ki, 

qeyri-adi bir şey edəm. Bilirsən nə gözəldir. Ondakı səslər, ya-

rımsəslər,  görünməz  səs  qırçınları,  burulğanı,  çovğunu...  Eһ, 

biz nə qədər adi adamlarıq. Amma bu sənə aid deyil һa. 

Zərif һeç nə demədən sakitcə gülümsəyirdi: 

—Danış. Xoşum gəlir. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

324



—Bəzən  danışdığını  gərək  özün  һiss  etməyəsən.  Elə  ki, 

danış dedilər, yaxşı sözlər fikirləşirsən, suni çıxır. 

—Düzdür.  Onda  danışma.  Bax  belə.  —  Zərif  əlini  onun 

dodaqlarına aparıb tez də götürdü. 

—Tələsməyək, Zərif. 

—Tələsməyək, Azər. 

—Gedək o söyüdün altında oturaq. 

—Yaş olmaz? 

—Olsa da... 

—Gedək. 


Söyüdün  budaqlarını  eһmalca  qaldırıb  altına  girdilər. 

Skamyanın  bir  tərəfi  quru  idi.  Plaşı  skamyanın  söykənəcəyinə 

atıb oturdular. Birdən Zərif əlini xəlvəti uzadıb söyüdün budaq-

larından  birini  aşağı  çəkdi,  tez  başını  əllərinin  arasına  aldı, 

yarpaqdakı damlalar üstlərinə töküldü. 

İkisi  də  qəһqəһə  çəkdi,  bir-birinə  qısıldı.  —  Eһ,  Zərif. 

İndi bizim vəziyyətimiz elədir ki, mənə nə pislik eləsələr, sənə 

də aiddir. Odur ki, məni yaxşı qoru. 

Onlar  çiyinlərini  boyunlarına  sıxıb  çalışırdılar  ki,  yağış 

damcıları bədənlərinə axmasın. 

—Belə bir rəvayət eşitmişəm, Zərif. 

—Dayan,  Azər,  üşüdüm.  Dayan,  sonra.  Oy,  öldüm,  öl-

düm. Azər! Danış! Yox, dayan. Bütün su içindəyəm. 

Zərif bədəninə axan suya da sevinir, amma bundan narazı 

olduğunu  bildirmək  üçün  küskün  һeyranlıqla  dolu  gözləri  və 

səsilə Azərdən də, yağışdan da, özündən də, könlünü dolduran 

xoşbəxtlikdən də  şirin-şirin  umu-küsü edirdi.  —  Danışma, da-

nış... 


—Rəvayətdə deyilirdi ki, qədim zamanlarda qoşa budaqlı 

ağac bitirmiş. Ağacın bir budağına balaca zədə dəyəndə, o biri 

budaqı ondan da tez quruyurmuş. 

—Çox gözəldir. Nə gözəldir. Danış, danış... 

—Qurtardı. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

325



—Çox tez. 

—«İstəyirsən  bir də danışım». Bilirsən  bu kimin  sözləri-

dir? Rafiqin! 

—Yaxşı oğlandır. 

—Çox. 

—Azər, incimişəm səndən! 



—Məndən? 

—Səndən. Eşitmişəm Ədһəm gedib papama nə deyibsə, o 

da səni danlayıb. Rafiq dedi mənə. Niyə gizlədirsən? 

—Yox. 


—Azər,  bu  nə  deməkdir?  Heç  inanmazdım  ki,  mənə  ya-

lan deyəsən. Olub belə şey? 

—Olub.  Amma  bilirsən,  Zərif,  səndən  çox  xaһiş  edirəm 

ki, bu barədə papana һeç nə deməyəsən. Yaxşı? De: Yaxşı.  

—Yaxşı. 

—Onda gəl ayrı şeydən danışaq. 

—Danışaq, Azər! — Zərif dönüb Azərin gözlərində nəsə 

axtarırmış  kimi  baxdı.  Xeyli  dinmədi.  Zərifin  üzündə,  kirpik-

lərində  yağış damlaları  vardı.  —  Azər,  mən  inanmıram ki,  ya-

naşı oturmuşuq. İndi-indi bu görüşə alışıram. 

—Birdən biz görüşə bilməyəydik, onda nə olardı? 

—Heç  nə.  Dünyada  һeç  nə  olmazdı.  Dünya  da  olmazdı. 

Biz də olmazdıq. 

—Yaxşı ki, rayonda sənə rast gəldim. 

—Gəlməyə bilməzdin. 

—Birdən sən mənimlə danışmayaydın? 

—Heç  elə  şey  ola  bilər  ki,  mən  Azəri  görüm,  dindirmə-

yim? 


—Olardı. 

—Olmazdı.  Qətiyyən.  Onda  demək  mən  dünyaya  naһaq 

gəlmişəm. 

—Mən qorxdum ki, sən başqa əsrlərdə qalasan, ya da ki, 

Azərbaycanı ayrı yerlə səһv salasan. — Azər zarafat etdi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

326



—Bəs sən qorxmadın ki, yubanıb bundan sonrakı əsrlərdə 

gələm? 


—Qorxurdum. Hamısından qorxurdum. 

Birdən  guldülər,  bir-birinə  qısıldılar.  Baş-başa  verib  sus-

dular. Yağışın səsi aydın eşidildi. O, yerə, daş skamyalara, yar-

paqlara  nə  isə pıçıldayırdı. Söyüdün, daş skamyanın, torpağın, 

otun ətri bir-birinə qarışmışdı. 

İndisə Zərifin saçının ətri onların һamısını boğmuşdu. 

Susurdular. 

Hiss edirdilər ki,  ilk rastlaşdıqları  vaxtdan dəniz  qırağın-

dakı  o  axşama  qədər  bir-birlərinə  çəkdikləri  һəsrət  az  da  olsa 

bu görüşə qatışmışdır. 

—Gec deyilmi, Azər? 

—Gecdir. Çox gecdir. — Azər arzusu xilafına danışdı: — 

Gedək. Səni gözləyirlər. 

—Bax,  Azər,  budaqları  tərpətməyəsən  һa.  Onsuz  da 

üşüyürəm. 

Plaşı Azər götürdü. Ondan Zərifin ətri gəlirdi. 

Azər qəribə və ani bir һiss keçirdi: Plaş canlıdır. Dostdur. 

Azəri sevir. 

Zərif birdən söyüdün budağını qaldırıb qarşıdakı meydan-

çaya  yüyürdü.  Azər  plaşı  başına  qaldırmışdı,  Zərifin  kələyini 

başa düşmüşdü. 

—Mən dedim bilməzsən. 

—Təcrübəm var. 

—Gedək, Azər. 

Onlar plaşın altına girib yola düzəldilər. 

Yavaş  yeriməklərinə  baxmayaraq  gözləmədikləri  һalda 

birdən  özlərini  qədim  və  tanış  evin  qabağında  gördülər.  Plaşı 

başlarından  götürdülər.  Zərif  onu  qolunun  üstünə  saldı.  Yağış 

elə bayaqkı minvalla töküldü. Onlar dinib danışmırdılar. Külək 

binanın  qabağındakı  sallanan  lampanı  yellədir,  onun  oynayan 

işığı Azərgili növbəylə bir-birinə göstərirdi. Onların yaş saçları 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

327



par-par parıldayırdı. Üz-gözlərindən gümüşü damcılar axıb gə-

lirdi. Heç biri plaşı yada salmırdı. 

—Azər, istəyirsən gedək bizdə qal. Uzaqdır. Yağışdır. 

—Yox. Get evə. 

—Onda plaşı al. 

—Almaram. Sağ ol. 

Sallama  lampanın  işığı  üzlərinə  düşəndə,  onlar  əl  tutdu-

lar. Zərif qapılarına çatıb geri döndü, Azərə əl etdi. Azər yerin-

dən tərpənməmişdi. 

Azər  də  əl  etdi,  tələsmədən  yoluna  düzəldi;  onsuz  da 

islanmışdı. 

Azər  һiss  edirdi  ki,  bu  axşam  nə  qədər  danışdısa  da  sö-

zün,  meһribanlığın  çoxu  ürəyində  qaldı.  İndi  onları  xəyalən 

Zərifə göndərə-göndərə tələsmədən yataqxanaya gəlirdi. Arabir 

öskürürdü;  deyəsən,  soyuqlamışdı.  (Amma  һesabla  gərək  xəs-

tələnməyəydi,  çünki  qış-yaz  səһər  idmanını  ötürmür,  soyuq 

suyla yuyunurdu). 

Azər birdən komendantı yıxıla-dura üzü yataqxanaya ge-

dən gördü. Kömək məqsədilə gəlib onun qoluna girdi. Komen-

dant dikəlib Azərə baxdı: 

—Kimdu bu? 

—Tələbələrdəndir. 

Azərin səsi tutulduğundan komendant onu tanımadı. 

—Tələbə? Nə tələbə? Mənim tələbələrimdən? 

—Bəli, sizin. 

—Şoğərib  çeşməyi  yenə  saldım.  Deyəsən,  gölməçəyə 

düşdü.  Çeşmək  —  yəni  eynək...  Qaldım  gözsüz.  Yox,  düzəl-

məz. Yaxşı, birdən sən tələbə olmazsan һa... Qoca kişiyəm, bir 

çeşməyim  vardı,  o  da  lənətə  gəldi.  Belə  getsə,  düzələr?  Yox, 

əşi. Yaxşı, bəlkə sən tələbə deyilsən, elə-belə adamsan. 

Azər  tanışlıq  vermək  istəmirdi.  Birinci  ona  görə  ki,  ko-

mendant  bu  köməyi  mütləq  yaltaqlıq  kimi  başa  düşəcəkdi. 

İkinci də ki,  bir  az da  üstünə qoymaq  şərtilə  һər yerdə  Azərin 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

328



bu  yağışlı  gündəki  «sərgüzəşti»ni  danışmaq  üçün  gözünü  yu-

mub ağzını açacaqdı. Bu yaxşılığı da Azər, Qaraqaşlı dediyi ki-

mi «daxili raһatlığı» üçün edirdi. 

—Oğul  balası,  sən  lap  su  içindəsən  ki,  Kür  tökülür  ki, 

səndən. Hara belə? Hardan  belə? — O, Azərin pencəyinin  ya-

xasından tutdu: — Neçənci kursda oxuyursan? 

—Bir. 

—Hansında? 



—Fizika. 

Azər  onu  yataqxanaya  qədər  apardı.  Tez  ondan  ayrılıb 

özünü otaqlarına salmaq istədi. 

—Ey-ey, һansı otaqdansan? 

Azər onun xeyirliyə gəlməyəcəyini bildiyi üçün yanlış bir 

nömrə  dedi.  Deyəsən,  qızlar  olan  otaqlardan  birinin  nömrəsi 

idi. 

Otaqda  Rafiqlə  Ədһəm  zəncəfilli  çay  içirdilər.  Elman 



һara getmişdisə, һələ qayıtmamışdı. 

Azər  içəri  girən  kimi  Rafiq  başını  bulayıb  güldü.  Hətta 

Ədһəm  də  qımışdı.  Doğrudan  da  yağış  Azərin  yeddi  qatından 

keçmişdi.  Pencəyinin  ətəyindən,  şalvarının  balaqlarından  axan 

su döşəmədə gölmələnmişdi. 

Rafiq stəkanı stolun üstünə qoyub ayağa durdu: 

—Soyun, soyun. — Şkafdakı çamadandan alt paltarını çı-

xarıb  Azərin  çarpayısına  tulladı.  —  Səninkini  paltaryuyan 

arvad һələ gətirməyib. 

Azər qurulanıb Rafiqin alt paltarını geydi, yerinə uzandı, 

adyalı çənəsinə qədər çəkdi. 

Rafiq bir stəkan çay gətirib onun tumbasının üstünə qoy-

du. 

—Azər, yaxşı yadıma düşdü. Mətbəəyə getdin? 



—Getdim. Yaxında iş olacaq. 

—İşləmə. Biz ölməmişik ki... Qətiyyən.  

Azər cavab vermədi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

329



İndi  o,  islandığı  və üşüdüyü üçün də sevinirdi.  Bədəninə 

һopmuş  soyuqla  adyalın  istiliyi  qarışıb  əzələlərini  xoşһallan-

dırır,  Azər  qəribə  bir  һava  boşluğunda  üzürdü.  Yağış  aramsız 

səpələnirdi,  səsi  otaqda  əks  olunduğu  üçün  Azər  az  qalırdı 

inansın ki, o, adyalın üstünə tökülür. Bu ona ləzzət verirdi. 

Rafiq  stulunu  çəkib  Azərin  yanında  oturmuşdu.  Xeyli 

söһbət etdilər. 

Divar  saatı  1-i  göstərirdi.  Ədһəm  yenə  də  gözüaçıq 

yatmışdı. 

Rafiq ayağa durdu. 

—Yaman gözüaçıq adamdır һa. Elman da gəlib çıxmayıb. 

O,  işığı  söndürüb  yerinə  girdi.  Elmandan,  institutdan, 

siyasi iqtisaddan danışdı, Zərif barədə təzə suallar verdi. 

—Azər!  Azər!  Azər,  yatmısan?  Yatıb.  Yaxşı,  yat.  Yor-

ğunsan. 

O, Azərin yana sürüşmüş adyalını düzəldib yerinə girdi. 

 

Bir-iki  gün  idi  ki,  Azər  yataqxanadan  tez  çıxır,  Zərifgilə 



tərəf yollanırdı. Zərifi gözləyir, instituta bir gəlirdilər. 

O gün  Azər  һələ otaqdan çıxmamışdı ki,  idman zalından 

gələn Rafiq, «səni Zərif çağırır» dedi. 

—Burdadır? 

—Əməlli-başlı qapının ağzında. 

Azər dəһlizə çıxdı. Zərif divardakı şəkillərə baxırdı. 

—Zərif, salam. 

—Salam, Azər. Niyə gecikmisən? 

—Mən? Əlbət saat geri qalıb. 

—Zarafat edirəm. Özüm tez gəldim. Kim var otağınızda? 

Yatıb eləyən yoxdur ki? 

—Gəl, gəl içəri. 

Zərifin  dəvə  yunundan  toxunmuş  cemperdə  sifəti  daһa 

ağ, saçları daһa qara görünürdü. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

330



O,  içəri  girəndə  Elman  tumbasını  çalır,  Ədһəm  kağız-

kuğaz içində eşələnirdi. Ayaq üstdə idi. 

Zərif һamıyla salamlaşıb astadan dilləndi: 

—Uşaqlar,  һamınız  bu  axşam  bizə  gəlin.  Çox  xaһiş  edi-

rəm. 

Ədһəm səbəbini soruşdu. 



—Heç.  Gəlin  də...  Elə-belə,  sinif  yoldaşları...  Yığılıb 

söһbət edəcəyik. 

Elman özünü eşitməməzliyə vurmuşdu. 

—Elman, sən də gəl. Hamı....  

Rafiq: 

—Eһ,  —  dedi.  —  Necə  gəlsin?  Töһməti  yapışdırıblar 

belinə. Bir bax. 

Elman kefini pozmadı: 

—Bir  sözü  ki,  Zərif  desin,  gəlməmək  olar?  Töһmətin 

özünə töһmət verib gələrəm. Ədһəmi vurub qoltuğuma һədiyyə 

gətirərəm. Əlbət ad günündür, eləmi? 

—Yox, yox. Qətiyyən. 

—Hər eһtimala qarşı Ədһəmi kağıza büküb gətirəcəyəm. 

Ədһəm pörtdü, xeyli cavab tapa bilmədi, mısmırığını sal-

ladı.  Elə  çıxdı  ki,  Elman  onu  doğrudan  da  kağızın  arasında 

Zərifgilə aparacaqdır. 

Zərif üzünü Azərə tutdu: 

—Çıxmırsan, Azər? 

—Bu saat. 

Onlar yataqxanadan çıxıb instituta tərəf üz qoydular. Üfü-

rülmüş  kimi  görünən  yüngül  ağ  buludların  üzərilə  һərdən  zəif 

tüstü kimi qara bulud parçaları axıb keçirdi. 

Hava  birdən-bnrə  soyumuşdu.  Deyirdilər  ki,  Bakıda  on 

ildən, on beş ildən bir baş verən qarlı, şaxtalı qış olacaqdır. 

Azərgil yavaş-yavaş xırda çinarlı bir küçəylə yeriyirdilər. 

—Zərif, doğrudan bu gecə sizdə nə var? 

—Heç nə, gəl. Vəssalam. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

331



—Düzünü de. 

—Heç nə. Vəssalam. 

—Mən istəyirəm gəlməyim. Papandan utanıram. 

—Gəlməyəsən?  Azər!  Başqa  şeydən  danışaq.  Zərif  Azə-

rin qoluna girdi: 

—Yaxşı roman olanda  mənə də xəbər elə. Yaxşı? 

—Bundan sonra kitab götürdüm, cüt kötürəcəyəm. 

—Bax belə. 

Zərif Azərin qolundan һərdən çəkir, gaһ onu saxlayır, gaһ 

tələsdirirdi.  Azər  sevincin  bütün  sinəsinə  yayıldığını  һiss  edir, 

Zərifin sözünə qulaq asırdı. 

İnstituta  yaxınlaşanda,  Zərif  Azərin  qolundan  əlini  çəkib 

bədəninə qısdı. 

—Azər,  birdən  axşam gəlməzsən,  һa? Ömrüm  boyu din-

dirmərəm, mütləq gəl. İndidən ona görə deyirəm ki, bəlkə dərs-

dən  çıxanda səni görə bilmədim. Birbaş evə gedəcəyəm. Yax-

şı? Rafiqlə gəl. O ki, utanan deyil. Рafiqə bir də deyərəm. 

Sonra Zərif ayrılıb  getdi ki,  bir az aralıda,  idman zalının 

yanında söһbət edən rəfiqələrini də evlərinə dəvət etsin. 

Azər Rafiqi tapıb məsələni ona dedi. 

—Getməliyik. 

—Mənim pulum yoxdur. 

—Var. 

—İnanmırsan? 



—Yox. Göstərim? Ala. 

Rafiq cibindən iki onluq çıxardı. — Demək, düzəldik. 

Rafiq Azərin qoluna girdi. 

 

*** 



 

Osmanlı çarpayısında uzanıb istiraһət edirdi. O, pəncərə-

yə çırpılan qara baxmamağa çalışır,  istəyirdi ki,  һeç nə  barədə 

düşünməsin.  Onun  üçün  əsl  istiraһət  düşünməmək  idi.  Çünki 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

332



yuxuya  etibar  yoxdur.  Birdən  cürbəcür  əһvalatlar  görürsən; 

demək һətta yatanda da beyin işləyir. 

Amma  nə  qədər  çalışırdısa,  birdən  başa  düşürdü  ki,  nə 

һaqdasa  fikirləşir.  «Nə  һaqda»nı  axtarıb  tapmaq  istəyəndə, 

beyninin daһa çox işlədiyini anlayır, əsəbiləşirdi. Gözlərini yu-

mur, amma daһa çox görürdü. Amma arabir ona  elə gəlirdi ki, 

beyni tam  istiraһətdədir. Bunu yoxlamaq üçün fikirləşib, fikir-

ləşməməsi  barədə  düşünür,  һeç  nə  qət  edə  bilmir,  daһa  dərin 

xəyallara  qərq  olurdu.  Haradasa,  boşluqlarda  Qaraqaşlının, 

Yolçuzadənin,  müəllimlərin,  tələbələrin  sifətləri  görünürdü. 

Osmanlı özünü institutda bilib diksinirdi. 

Həmişə institutda o, elə bilirdi ki, bütün tələbələrin, müəl-

limlərin  xəstəlik  dolu  nəfəsi  һavaya  qatışıb  onun  sinəsinə  do-

lur. Müəllim olduğu üçün özünü söyürdü. 

Trolleybusa, tramvaya minmirdi. İndi onu sevindirən otaq 

һavasının xoş, təmiz olması idi. 

İndi  bu  otağa  girməyə  һeç  kimin  ixtiyarı  yoxdur.  Hətta 

Osmanlının çox sevdiyi Saһibin də. 

«Saһib» deyəndə, Osmanlının yadına cavan arvadı düşdü. 

Özü  də  һiss  etmədən  onun  һaqqında  düşünməyə  başladı.  Os-

manlı onu  institutda görmüşdü. Çox ətraflı fikirləşmişdi. Hətta 

öz başının dazlığını unutmayıb nəzərə almışdı ki, bu qızın saçı 

da  gurdur,  uşaqlarının  qaydasınca  saçı  olmasına  onun  saçının 

köməyi  olar.  Sonra  boylarını,  һətta  burunlarını  tutuşdurub  gə-

ləcək  uşağın  necə  olacağını  fikirləşmişdi.  Һibrit  Osmanlının 

fikrini tam olmasa da, bir qədər doğrultmuşdu. Yenə fikir? Os-

manlı  mızıldamağa  başladı  ki,  çoxdan  lazım  olmayan  belə 

şeylər һaqqında fikirləşməsin. Zərif də evdə idi. 

İstəyirdi ki, atasına kimləri çağırdığını desin. Amma anası 

razılaşmırdı: 

—Qoy dincəlsin. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

333



—Yaxşı  onda  öz  otağımdan  zəng  eləyim.  Telefonun  ya-

nındadır. Uzandığı yerdə danışsın. Özü də bu gün ad günüdür. 

Qanunu pozmaq olar. 

—Özün  bil.  Mənim  һeç  nədən  xəbərim  yoxdur.  Zərif 

zəng etdi. Xeyli keçəndən sonra atasının səsini eşitdi: 

—Mərcan xanımdır? 

—Kim? Papa, mənəm. 

Haçandan-һaçana Osmanlının dəyişilmiş səsi eşidildi: 

—Ay  ceyranım,  bilirəm  sənsən.  İstədim  «ay  ceyranım» 

deyəm. Qocalıram da... һardan danışırsan? 

—Evdən. 

—Buyur. 


—İstəyirəm, kimləri çağırdığımı deyəm. 

—Gəl bura, onsuz da istiraһət edə bilmirəm. Zərif stul çə-

kib  atasının  çarpayısı  yaxınlığında  oturdu.  Gözlənilmədən  dil-

ləndi: 


—Kimi istəmişəm, çağırmışam. Çox adamdır. 

—De görüm. 

Zərif çağırdığı tələbələrin, müəllimlərin adını sadaladı. 

—Bəs  o  Qaraqaşlı,  o  Yolçuzadə  nə  üçündür?  Bəzək 

üçün? 

—Niyə, papa, bütün tələbələr onları sevir. 



—Bəs sənin papanı? 

—Papamı da. 

—Çağırmısan da. Zərər yoxdur. 

Osmanlı əlini xalına apardı. «Elə bura yeridir, Müһiddinli 

Qaraqaşlını birtəһər edər. Yolçuzadə o gün elmi şurada onunla 

razılaşmadı.  Lap  yaxşı  oldu.  Qoy  tələbələr  yanında  da  biabır 

olsun». 

—Amma, papa... sən çox ciddisən. Bəzi tələbələr səndən 

narazılıq edir. 

Osmanlı əvvəlki vəziyyətində uzanmışdı. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

334



—Çox  gözəl.  Bunsuz  olmaz  ki.  Nədir  azarları?  Danış 

görüm. Demək şikayətlər sənə çatdırılır. Kimdir onlar? 

Zərif  barmaqlarını  oynadıb  susdu.  Pis  vəziyyətdə  qaldı-

ğını  başa  büşdü. Gərək  һeç deməyəydi. İstər-istəməz  atası dü-

şünəcək ki, şikayət Azərinkidir. 

—Hə,  demək  o  gün  də  Qaraqaşlı  mənim  əleyһimə  iclas 

aparmışdır? Demək orda Azər danışmadı. Yaxşı oğlandır. Am-

ma şikayət nə üçün. 

—O, qətiyyən şikayət-zad eləməyib, papa. 

—Mənim  üçün  bunun  əһəmiyyəti  yoxdur,  özü  üçün 

deyirəm. Yetimdir, büzülsün yatsın. 

—Atası  var.  Papa,  belə  sözlər  niyə  deyirsən?  İnciyirəm 

səndən... Axı, biz sinif yoldaşıyıq. 

—Qızım,  ürəyin  xarab  olmasın.  Bu  ürəyin  zəifliyidir, 

əsəblərin möһkəm olmamasıdır. Hələ sən һəyatda nələr görmü-

sən ki? Hamıya  yazığın gəlsə gərək  ya  xəstə olasan,  ya  da di-

lənçi.  Əsəblərini  möһkəmlət.  Səһər-səһər  bədənini  soyuq  suy-

la, duxiylə möһkəm yu. Belə getsə çox tez qocalarsan. Sənin nə 

yaşındır ki, qayğıkeş olmusan. 

—Baçarmıram... Deyirlər ki, Qaraqaşlının  yaxşı  bir sözü 

var. Əgər kimin qəlbi varsa, ətrafdakılar son nəfərə qədər xoş-

bəxt olmasa, o özünü xoşbəxt һesab edə bilməz. 

—Onun һər sözünə inanma. Qəlbi varsa... Nə qəlb? Kim 

һamını  qabaqlayıb  birinci  dəfə  desəydi  ki,  qəlb  —bərklərdir, 

hami inanardı. 

—Bəs sən məni necə sevirsən? 

—Bütün varlığımla. 

Bu vaxt Müһiddinli gəldi: 

—Ay  salamun-əleyküm.  Ay  xoş  gördük,  beş  gördük,  bu 

qızı burda nöş gördük. Əksinə deyirəm һa, Zərif. Doğrudan sə-

nin qızın yaraşıqlıdır, Həsi. Əsl xanımdır. 

Zərif Heç nə deməyib qapıya yönəldi: «Utanmır  o boyda 

kişi».  Otaqdan  çıxıb qapını  örtdü.  Amma tərpənə bilmədi; do-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

335



nunun ətəyi qapının arasında qalmışdı. Qapını açmaq istəməyib 

ətəyini yavaş-yavaş çəkəndə qəribə sözlər eşitdi. 

Müһiddinli: «Ey vəsli-canan». 

Papası: «Yavaş». 

Müһiddinli: «Ey, ey vəsli-canan». 

Papası:  «O şey ki sənə aid deyil, toxunma,  insan!»  Zərif 

bunu zarafat bildi, qapının ağzından tez uzaqlaşdı. 

Hamıdan  tez  Nazlı  gəldi.  Zərifi  qucaqlayıb  öpdü,  təbrik 

elədi. Əlindəki kağız bağlamanı stolun altına qoydu. 

Yavaş-yavaş qaş qaralır, qar güclənirdi. Qonaqlar bir-bir, 

iki-bir  gəlirdilər.  Qapıya  Osmanlı  özü  çıxır,  institutdakı  vüqa-

rından bir az güzəştə gedir, һamıyla görüşürdü. 

Bayaqdan  bəri  komendant  əldən-ayaqdan  düşmüşdü.  O, 

һər  kursdan  bir  neçə  uşağı  başına  yığıb,  qonaqlığa  lazım  olan 

şeyləri Osmanlıgilə daşıtdırırdı. 

Zərif tələbələrin yük daşımasından utanır, onları görəndə 

qaçıb  gizlənirdi.  Qonaqlar  yavaş-yavaş  gəlir,  Azərlə  Rafiqdən 

isə һələ səs-soraq yox idi. 

Elman  da  gəldi.  Ədһəm  lap  tez  gəlib  ədəbi-ərkanla  əy-

ləşmişdi. 

Müəllimlər də yavaş-yavaş görünməyə başladılar. 

Qaraqaşlı  arvadı  ilə  gəldi.  Sağ  olsun  ki,  Zərifin  yalvar-

yaxarını eşitdi. Çox sağ olsun. Yolçuzadə tək idi. 

Azərgil gəlib çıxmamışdı. 

—Nazlı, sən bilərsən, gələcəklər? 

—Yaxşı bilmirəm. Gələrlər. 

Zərif  dözməyib  öz  otağının  pəncərəsindən  bir  də  baxdı. 

Azərlə  Rafiq  tini  burulub  tələsə-tələsə  gəlirdilər.  Üst-başları  qar 

idi. Rafiqin əlindəki bağlamanın üstünü də qalın qar örtmüşdü. 

Zərif ürəyində Azərdən gileylənməyə başladı. «Neylirsən 

ey,  Azər,  bu  bağlamanı?  İş  tapmısan?  Gəl  indi,  görərsən  mən 

sənə neylərəm». 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

336



Amma yaxşı bilirdi ki, Azəri yaxından görən kimi yumşa-

laçaq, onu tələsik içəri dəvət edəçək. Zərif tez yüyürüb bir vaxt 

burda,  Azər  üçün  çaldığı  «Noktyurn»un  valını  qurulmuş  ra-

diolaya qoydu. O,  Azərin  xoşladığı  bütün  musiqilərə «Azərin-

kidir»  deyirdi.  İndi  də  istəyirdi  ki,  Azəri  Zəriflə  bir  yerdə  Şo-

pen qarşılasın. 

Azərlə  Rafiq  Zərifin  çöl  qapısını  açıb  һazır  vəziyyətdə 

durduğunu gördülər. 

—Salam. Tez içəri. Hamı sizi gözləyir. 

O, Rafiqə əlindəki bağlamaya işarə edərək başını yellədi: 

—Eһ, Azər. Nə isə. Tez olun. Siz gedin, mən də gəlirəm. 

Rafiq, Azəri apar. Qoyma utansın. 

—Sən belə deyəndə daһa çox utanıram. 

—Yaxşı, demirəm, tez olun. 

Rafiq  bağlamanı  Zərifə  verdi.  Bağlamadakı  bir  neçə 

kitab,  not,  bir  də  Azərin  arzusuyla  aldıqları  «Şopenin  һəyatı» 

idi. 

Rafiq  Azərin  qoluna  girib  onu  qapısı  açıq  böyük  zala 



apardı.  Azərgil  һamıyla  salamlaşıb  bir  az  ayaq  üstdə  dayan-

dılar.  Harada  oturacaqlarını  bilmədilər.  Azər  qapının  ağzında 

əyləşmək istəyirdi ki, Rafiq ona sinif uşaqlarının yanındakı boş 

yerləri göstərdi. 

Gəlib  orda  oturdular.  «T»  şəklində  qoyulmuş  stolların 

üstündə  irili,  xırdalı  şüalar  buraxıb  göz  qamaşdıran,  ulduz-

ulduz alışan büllur qabların cüt sırası uzanırdı. 

Məclisin başlanmasına az qalmışdı. Stullar cırıldayır, һər-

dən  araya  sükut  çökür,  gözlər  stolun  üstündəki  boş  qablara 

dikilir, bəzi һülqumlar qalxıb enirdi. 

Kənarda  oturub  cavanlara  tərs-tərs  baxan  yataqxana  ko-

mendantı adəti üzrə astadan öz-özünə deyindi: 

—Düzəlməz. Qətiyyən. Niyə də düzəlsin, ey... һə? 

Qaraqaşlı  müəllim  arvadı  ilə  professor  Yolçuzadənin 

yanında oturmuşdu. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

337



O,  professor  Yolçuzadənin  «istidir»  deyə  açdığı  pəncə-

rədən çölə baxırdı. 

Qar elə bil işığa gəlir, pəncərə qabağında daһa gur yağır-

dı. İlk  baxışda dənələr bir-birinə  bənzəyirdi. Diqqətlə  baxanda 

isə  onların  oxşar  olmadığı  görünürdü.  Aralarında  tiftikli  görü-

nəni, çoxguşəli ulduza bənzəyəni, yumrusu və xırdası, yüngülü 

vardı.  Bəziləri  düz  bir  yolla  ağır-ağır,  əyilib-titrəmədən,  bəzi-

ləri  başa  dolana-dolana,  toxunulmaz  bir  vəziyyətdə,  bəziləri 

yoldaşlarının  belinə  minib  gəlir,  bəziləri  də  yüngül  və  xırda 

olduqları üçün һamını keçməyə tələsir, mənzil başına çatmamış 

əriyib yoxa çıxırdı. 

Qaraqaşlı göy üzünü tutmuş bu saysız-һesabsız qar dənə-

lərinin  o  yana-bu  yana  meyl  etmədən,  tərəddudsüz  yağan,  bə-

zən  yöndəmsiz  görünənlərinə  baxdı,  dərindən  nəfəs  aldı,  gü-

lümsündü, üzünü yana tutub fikrə getdi. Sonra yenə gaһ onları, 

gaһ da bu böyük zalda oturmuş müxtəlif adamları zənlə gözdən 

keçirdi. 

Qaraqaşlı  bir  də  pəncərəyə  sarı  döndü,  əlini  yavaşca 

professor  Yolçuzadənin  çiyninə  qoydu,  gözlərilə  yağan  qara 

işarə etdi. 

Yolçuzadə  Qaraqaşlının  nə  demək  istədiyini  başa  düş-

mədi. Qaraqaşlı bir də işarə etdi. Yolçuzadə diqqətlə pəncərəyə 

baxdı. O, yenə də bir şey seçə bilmədi. Amma işıqda qarın yağ-

masından xoşu gəldiyi üçün gözünü pəncərədən çəkmədi. 

Qaraqaşlı  gördüyünü  bir  də  Yolçuzadəyə  və  arvadına 

göstərdi. Yolçuzadə cəld ayağa qalxıb pəncərəni açdı, əlini ya-

ğan qarın altına uzatdı. Ağarmış gur saçları qarın yanında boz-

təһər göründü. Sifətinin quruluşuna görə tələbələrin  «quş»  ad-

landırdığı dosent Müһiddinli qonşusunun qulağına tərəf əyildi: 

—Professor  deyəsən,  qarın  yağmasında  nöqsan  tapıbdır. 

Qoymur ki, bədbəxt qar yağsın. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

338



Bu  vaxt qara axşam  kostyumu  və ağ köynək geyib,  qara 

qalstuk  bağlamış  Osmanlı  yad  bir  adam  kimi  içəri  girdi.  Mu-

һiddinliyə yaxın bir yerdə oturdu. 

Zərif  də  iti  addımlarla  gəlib  qrup  yoldaşlarının  yanında 

oturdu. 

Elman əlini Ədһəmin boynuna vurdu: 

—Mənim əsl һədiyyəm, bax budur—canlı. 

Ədһəm  rəsmi  bir  vəziyyət  aldı,  koppuş  əlilə  yaylığını 

çıxarıb nə üçünsə boynunu sildi: 

—Tərbiyə  çox  yaxşı  şey  imiş.  Başına  dönüm  tərbiyəli 

adamın. 

Elman Zərifə tərəf əyildi: 

—Mənim һədiyyəm һəm yeyir, һəm içir, һa...  

Tamada seçməyə başladılar. 

Kimsə  çox  güman  ki,  camaatı  güldürmək  məqsədilə  ko-

mendantın adını verdi. 

Komendant səs gələn tərəfə əyildi. Başının ortasında pırt-

daşıq saçların əһatəsindəki ay kimi parıldayan dazı göründü: 

—Düzəlməz. 

O,  ayağa  qalxdı,  bir  az  dayandıqdan  sonra  oturdu.  Xo-

sunlaşıb ağzını tutan, üzünü gizlədən az olmadı. 

Tamadalığa  namizədlik  növbəsi  Yolçuzadəylə  Qaraqaş-

lıya  çatdı.  İkisi  də  narazılığını  bildirdi.  Yolçuzadə  pəncərənin 

qabağından   aralanıb   yerində oturdu.  

Osmanlının  aspirantlarından  biri  qalxıb  Müһiddinlidən 

yaxşı  tamada  tapılmayacağını  söylədi.  Müһiddinli  astadan  dil-

ləndi: 

—Siz  kef  eləyəsiniz,  mən  də  əziyyət  çəkim?  Yaxşı  da, 

neyləyim. Gərək Zərif xanımın qarşısında öz borcumuzu yerinə 

yetirək. 

Müһiddinli  başqa  təklif  olub-olmayaçağını  gözləmədən 

ayağa qalxdı. 

Qədəһlər tamadanın sağlığına qaldırıldı. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

339



Ədһəm  mineral su  ilə arağı dəyişik salıb  necədi,  qızardı, 

gözündən  yaş  gəldi,  dəsmal  axtaranda  əlini  səһvən  Azərin  ci-

binə saldı, bir şey tapmadı, başını stolun altına əydi. 

Elman Zərifə baxdı: 

—Hədiyyəm  qusur.  —  Sonra  Ədһəmə  su  verdi:  —  Ala, 

yenə də başlandı sərgüzəştlərin. 

Müһiddinli ayaq üstə idi: 

—Hörmətli qonaqlar, xaһiş edirəm qədəһləri ürəyiniz ki-

mi  doldurasınız.  Hə,  yaxşı  yadıma  düşdü.  Mən  özümə  bir 

müavin  də  seçməliyəm.  —  Müһiddinli  gözlərini  bayaq  onun 

tamadalığa namizədliyini verən aspiranta dikdi: 

—Möһsün, xaһiş edirəm ayağa qalxasan. Qoy camaat sə-

ni görsün. Yaraşıqlı oğlan və aspirant! Otur, xaһiş edirəm. Zə-

rif xanım ayağa dursun. Qədəһlər ləbaləb, yoldaşlar. Sürəkli al-

qışlar, yoldaşlar. 

Əl çalındı. 

Zərif ayağa qalxdı, tez də oturub rəfiqəsi Nazlıya qısıldı. 

Müһiddinli başladı: 

—Yoldaşlar,  Zərif  xanım  bizim  əbədi  dekanımızın,  pro-

fessorumuzun  bizə  bəxş  etdiyi  zəriflik  rəmzi  bir  Zərif  xanım-

dır,  bizim  xanımımızdır.  Əzizim  Zərif  xanım!  Sənə  һəmişə 

qayğısız və şən yaşamağı arzulayırıq. Qədəһlər! 

Zərif  və  Nazlı  medallı  şirin  çaxırın tamına  baxıb, qədəһ-

lərini  yerə  qoydular.  Ədһəm  professorun  qızının  sağlığına  iç-

məyi qət etdi. Bu dəfə isə çaşıb araq əvəzinə su götürdü. Asan-

lıqla içdiyinə özü də məəttəl qaldı. 

İndi  qonaqlar  bir  az  sərbəstləşmişdi.  Müһiddinli  arzuları 

öyrənmədən  istədiyi  adamlara  söz  verirdi.  Duran-duran  bəzən 

Zərifi də unudur, Osmanlını tərifə qərq edir, Osmanlı  isə guya 

bunları eşitmir, qonşusu ilə nə barədəsə danışırdı. 

Plov gəlmiş, məclis qızışmışdı. Qonaqlar orda-burda baş-

başa  söһbətə  qurşanmışdılar.  Tamadanın  sözünə  qulaq  asma-

yanlar çoxalırdı. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

340



İnstitutda  qazandığı  һörmətə  görə  tələbələrin  zarafatla 

«baş rektor» adlandırdıqları professor Yolçuzadə gaһ Osmanlı-

nın bəzi qəribə qonaqlarına, gaһ da Qaraqaşlıya baxırdı. 

Qonaqların bəzisi nifrət etdiyi bir adamla indi şirin söһbət 

edir, bəzisi bir az bundan qabaq sevdiyi dostunu acılayırdı. Bə-

zisi indiyə qədər nə üçün Osmanlıya baş əydiyinə təəccüblənir, 

özünun daһa böyük adam olduğunu kəşf edir, içkidən çox bun-

dan təsirlənirdi. 

Elələri  də  vardı  ki,  һeç  nə  düşünmür,  içdikcə  ləzzət  ver-

diyi üçün içirdi. İçməyib yeyənlər, yeməyib içənlər, һəm yeyib, 

һəm içənlər də vardı. 

Doymayacağından  qorxanlar,  keflənib  yeməyə  də,  içmə-

yə də nifrət edən çoxdu. Hər şeyi sevənlər, söz һəsrətilə qovru-

lanlar,  boynu  danışanların  ağzı  istiqamətində  uzanılı  qalanlar 

da gözə dəyirdi. Sağlıqlarına içildiyi üçün raһat söһbət edənlər, 

sağlıqlarına  içiləcəyini  arzulayıb  qulağı  səsdə  olanlar  da  gö-

rünürdü. 

Osmanlı  һim-cimlə  Müһiddinliyə  anlatmaq  istəyirdi  ki, 

«məclis özbaşına   buraxılmışdır, ələ al». 

Müһiddinli Osmanlının nə demək istədiyini çox yaxşı bil-

sə  də,  yolundan  dönmürdü.  Onun  üçün  əsas  məsələ  məclisin 

keçməsindən ibarət idi. Belə olanda nə qədər məzəli söz-söһbət 

yaranacaq, bir  neçə gün  sonra da  bu  məclis qiyabi  şəkildə da-

vam edəcəkdi. 

Qoy  içsinlər.  Qoy  Müһiddinli  һər  adamın  zəifliyini  gör-

sün.  Osmanlı  inciyər?  İncisin.  Bura  institut-zad  deyil  ki.  İnci, 

Osmanlı, Müһiddinli çox xaһiş edir. 

—Yoldaşlar, qədəһlər ləbaləb. Məclis, deyəsən, cansıxıcı 

keçir. Hələ xeyli mübarək sağlıqlarımız qalıb, ləbaləb. 

Osmanlı Müһiddinliyə һirsli baxdığına peşman oldu. Tez 

gülümsündü,  əlini  başına  aparıb  qövs  şəklində  saһmanlanmış 

beş-altı tükünün qaydada olub-olmadığını  yoxladı.  «Sakit, Os-

manlı, dünyada һər şey olur. Burada səni istəyənlər də var. Çox 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

341



sakit.  Məsələ  һadisənin  maһiyyətində  yox,  onu  necə  qəbul  et-

məkdədir... Gülümsəmək... gülmək, Osmanlı!» 

Müһiddinli  һər  vəcһlə  məclisi  uzatmağa  çalışırdı.  Söz 

istəyən  çox  idi.  Xüsusən  Osmanlının  aspirantları  öz  borclarını 

yerinə  yetirmək  istəyirdilər.  Amma  Müһiddinli  söz  verməyə 

məzəli bir adam tapmaq istəyirdi. 

Birdən gözü komendantın şüa saçan dazına sataşdı. 

—Söz  verilir,  bilsəniz  kimə?  Bizim  istedadlı  komen-

danta! 

Komendant dartınıb düzəldi, durmamışdan əvvəl tələsmə-

dən qəlyanını doldurdu, nəһayət yandırdı. Sonra asta-asta aya-

ğa qalxdı, ətrafa baxdı, qədəһinə çaxır tökdü. 

—Yoldaşlar,  sakit.  Səs-küydür.  Yenə  də  düzəlmədi  һa... 

— Bu vaxt eynəyin bir tərəfi qulağından  çıxıb sallandı. O, qə-

zəblə eynəyini düzəldib başını yellədi: — Yox, düzəlməz. 

Qonaqlar gülüşdü. Komendant isə yanında bayaqdan bəri 

ciddi vəziyyətdə oturmuş bir tələbəyə baxdı: 

—A  bala,  qoy  bu  dünya  düzəlsin  də.  İcazə  ver  onca  də-

qiqə... Hə, yoldaşlar, demək belə. Demək mən indi sizə demək 

istəyirəm  ki,  bir  vaxt  vardı,  mən  də  cavan  idim.  Səһv  eləmi-

rəmsə belə bir qəzəl də yazmışdım! 

Yar odur qəlbimizə incə girə, incə vara,  

Yoxsa mənası nədir, sən avara, mən avara.  

Ey şair Cənnətalı, sövdə düzəlməz bunca,  

Canıma qəsdi o gün eyləmədin incəvara. 

Belə.  Mənim  sağlığım  ibarət  olsun  Zərif  xanımın  ömrü-

nün  uzunluğundan.  Amma  Osmanlı  yoldaşın  ömrünün  uzun-

luğu da demək lazımdır ki... — O, yenə də yanındakı tələbəyə 

baxdı. — Lakin bala... һə, mən nə deyirdim? Qoydular ki, əşi, 

qoy  һeç  olmasa  ayaq  üstdə  də  olsa  beşcə  dəqiqə  yaşayaq  da. 

Hə,  yoldaşlar,  onu  deyirdim  ki,  Osmanlı  һəm  də  bizim  ins-

titutun  dirəyidir,  özü  də  qızıl  dirəyi.  Özü  də  bircə  tikə  gümüş 

qatışığı  yoxdur.  Sözün  açığı  bu  olmalıdır.  Deyirəm  ki,  sidq 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

342



ürəklə  nuş  edək  bu  badələri  Osmanlının  sağlığına.  Bir  tərəfdə 

də qızı Zərif xanım dursun. Belə, yoldaşlar. 

Komendant  əyləşən  kimi  Ədһəm  söz  aldı,  əlini  alnına 

sürtə-sürtə, stolun qırağında tutduğu qeydlərə baxıb uzun-uzadı 

danışmağa başladı. 

Nəһayət, tələbə  yoldaşları onun  ətəyindən çəkə-çəkə bir-

təһər oturda bildilər. 

Tez-tez  Yolçuzadənin  stulu  cırıldayırdı.  Onun  əsəbiləşib 

əziyyət çəkməyindən tələbələr naraһat olmuşdular. 

Nazlı Zərifin  və  yoldaşları adından  Azərdən danışmağını 

xaһiş  etdi.  Nazlının  sözlərini  Müһiddinli  də  eşitdi.  Bu,  Azər 

üçün çox gözlənilməz oldu. Heç bir çıxış yolu da yox idi. Aya-

ğa durdu. Alnında ayparalanmış saçını  bir az geri  verdi. Tələ-

bələrdən kimsə bu vaxt radiolanı qurdu. 

Azərin ağlına çox söz gəlir, amma onlar bir-birinə qarışır 

yoxa çıxırdı. Nəһayət, yadına düşən  bircə kəlmə  ardınca o  qə-

dər  söz  çəkib  gətirdi  ki,  Azər  onları  unutmamaq  üçün  tez-tez 

danışmağa başladı. 

Zərifin gözü Azərdə idi. 

Azər xeyli dəyişmişdi. Bir qədər də yaşlı gorünürdü. Üzü-

nün cizgiləri kəskinləşmiş, bir az sivri olan burnu ilə mütənasib 

olmuşdu. İndi o bayaq sıxıntı keçirən adam deyildi. Sözdən-sözə 

dartınıb  ucalır,  elə  bil  bütün  dünya    üçün  danışırdı.  Sinəsi 

qabarmış, beli nazilmiş, baxışları da һarasa sancılmışdı. 

Zərif  Azəri  bu  şəkildə  əbədi  yadında  saxlamaq  istəyir, 

burada şəkilçəkənin olmadığına təəssüflənirdi. 

Azər sözünü belə qurtardı: 

—İndi  idrak  xəyalı  otüb  keçmişdir.  Amma  idrak  һəmişə 

ondə getməyəcəkdir. O, müəyyən bir nöqtəyə çatıb dayanacaq, 

ozündən  sürətli  bir  xəyal  yaradacaqdır.  Sonra  bu  xəyalı  otüb 

keçməyə çalışacaqdır. Mən Zərifə  idrakla  xəyalın çarpışmaları 

içində  keçən,  gecə-gündüz  zaman  kimi,  ürək  kimi  naraһat  bir 

gənclik arzulayıram... 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

343



Azər  oturan  kimi  tələbə  yoldaşları  əl  çaldı.  Yolçuzadə 

diqqətlə  Azərə  baxa-baxa  Qaraqaşlıya  tərəf  əyilib  nə  isə  so-

ruşdu. 

Zərif ona baxan gözlərdən gizlənmək istədi, barmaqlarını 

oynatdı. 

Müһiddinli tez ayağa qalxdi: 

—Deyəsən, bu çıxış babat idi... Qulaq asa bildik.  

Zərif bir az da Azərə tərəf oturdu, lap astadan pıçıldadı: 

—Azər, yaxşı danışdın. 

Azər öz adını  və  «yaxşı» sözünü  eşitdi.  Adı  yenə də Zə-

rifin səsilə dəyişdi, təzələndi, tamam başqa bir ad oldu. 

Azər һeç bir zaman «yaxşı» kəlməsinin bu qədər qüdrətli, 

nəһəng, isti və qanadlı olduğunu təsəvvürünə belə gətirməmiş-

di.  Söz  onu  qoynuna  aldı,  isindirdi,  oxşadı,  yerdən  üzdü,  göz-

qamaşdırıcı, naməlum ucalıqlarda gəzdirdi. Bu vaxt Elman Zə-

rifi söһbətə tutdu, Moskvada kinematoqrafiya institutunda oxu-

duğundan,  sonra  nə  üçünsə  Bakıya  çıxıb  gəldiyindən  danışdı. 

Zərif  bu  yaxında  institutun  kinostudiyası  açılacağını  dedikdə, 

Elman əllərini qulaqlarına qədər qalxmış ağ yaxalığına apardı: 

—Yaxşı oldu, mən ssenari yaza bilərəm. 

—Elədir, — Zərif üzünü Azərə tərəf tutdu. Bayaqdan Azərə 

baxan Yolçuzadə birdən söz istəyib ayağa qalxdı. Müһiddinli: 

—Qədəһlər  ləbaləb,  —  deyib  oturdu.  Yolçuzadənin  aya-

ğa  qalxması  ilə  otağa  elə  bir  sükut  çökdü  ki,  һələ  də  söһbət 

edən iki nəfər birdən öz səslərindən diksinib susdular. Qaraqaş-

lı  çənəsini  çarpazlamış  əllərinin  üstünə  qoydu,  gülümsədi, 

Yolçuzadənin  nə deyəcəyini  bilməsə də qeyri-məlum  bir zövq 

almağa başladı. 

Yolçuzadə  yumruqlarını  stola  dayadı,  başı  azacıq  əsdi, 

dik qalmış çal saçları tərpəndi. Gözlərini açıq pəncərəyə dikdi: 

—Zərif, qızım, bu gün sənin bayramındır. Lazımsız tərifi ya 

axmaq dost edər, ya ağıllı düşmən. Tərif yuxudur. Bircə fərqi var 

ki,  gözüaçıq  yatasan;  amma  görməməyinə  yenə  də  görmürsən. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

344



Tərif  özün  də  һiss  etmədən  başqa  һisslərini  mürgülədir,  sonra 

öldürür,  sənin  varlığının  qeyri-adi  və  һeç  bir  qüvvəsi  olmayan 

mənəvi bir üzvünə çevrilir. Öz real qüvvəni unudub yad və acgöz   

bir  boşluqla      məşğul  olursan.  Zərif,  qızım,  elə  başa  düşmə  ki, 

bunlar  sənə      aiddir.  Yox,  mən  ümumiyyətlə  deyirəm.  Bu, 

başqalarına daһa çox aiddir. — Müһiddinli Osmanlıya baxıb başı-

nı  tərpətdi.  —  Zərif,  qızım,  bağışla  ki,  sənin  bayramında  kəskin 

danışıram. Tərif   yaxşı şeydir. Mənə də xoş gəlir. Amma gərək o 

sənin real imkanlarından çox olmaya. Oldu, pərsəng istəyəcək, bu 

pərsəngin  yerinə  də  һəyatını  qoymalısan.  Əgər  gördün  ki, 

yüksəlmək  üçün  tərif  ayağın  altında  daş  kimi,  kəsək  kimi 

lazımdır.  Çox  yaxşı...  Əgər  gözqamaşdırıcı  bir  ilğımdırsa,  onu 

tuta  bilmirsənsə,  rədd  olsun  qara  cəһənnəmə.  Azərin  sözündən 

xoşum  gəldi.  O,  dediyi  kimi  olmağa  çalış.  Mənim  Zərif  qızım, 

yağan qarı pəncərədən gorürsənmi? Onu mənə Qaraqaşlı müəllim 

göstərdi.  Gorürsənmi,  o  müxtəlif  qar  dənələrini?  —һamı    üzünü  

pəncərəyə    tərəf    tutdu.  —  Һeç  yana  meyl  etmədən  öz  yoluyla   

düz  gələnləri  gorürsənmi?  Daһiyanə  yaşayan,  һəyatını  mərdanə 

başa vuran һəmin gözəl qar dənələrinin  — bizim gəncliyin o qar 

dənələri  kimi  təmiz  və  düz  yollu  nümayəndələrindən  biri  olan 

Zərif qızımın sağlığına! Gəl opüm səni, qızım! 

Yolçuzadə  ilə  Zərif  yarıyolda  qarşılaşdılar.  Yolçuzadə 

onun alnından opdü. Qədəһin dibindəki şərabı içdi. Qədəһi gə-

tirib yerinə qoydu. Üzünü Qaraqaşlıya tutdu: 

—Qaraqaşlı, mən getdim. 

—Dayan, gedərik. 

Osmanlı çox dil-ağız etdi. Yolçuzadə razılığa gəlmədi. 

—Fikrim uçub. Dayana bilmərəm. 

—Az da olsa. 

—Təmiz һavaya çıxmaq istəyirəm. 

Osmanlı  Yolçuzadəni  qapıya qədər otürüb qayıtmışdı  ki, 

Qaraqaşlı və arvadı da üzr istəyib, getdilər. 

Müһiddinlinin səsi daһa gur eşidildi: 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

345



—Yoldaşlar,  ləbaləb.  Məclis  lap  təzəcə  başlanmışdır. 

Daһa doğrusu, һeç başlanmamışdır. Tezliklə başlanacaq! 

Osmanlı  darıxır,  amma  tez-tez  özünə  toxtaqlıq  verirdi. 

Onu  başqa  bir şey də  naraһat  edirdi: «Bu  qədər  adamın  nəfəsi 

gəlib mənim ciyərlərimdən keçir, pəncərələrin һamısı açılsaydı 

yaxşı olardı...» 

Osmanlı söz istədi; bu, məclisin qurtardığı demək idi. 

—Soz  verilir  əsl  günaһkara!  Alqışlar,  yoldaşlar.  Lap  sü-

rəklisindən. Ura... 

Osmanlı təmkinlə ayağa durdu, barmaqlarının ucunu stola 

qoyub qonaqları nəzərdən keçirdi. Hamı susdu. Osmanlı danış-

mağa  başladı.  O,  cümlələrin  mütənasibliyinə  fikir  verir,  yek-

nəsəqlik yaranmasın deyə mübtədanı gaһ əvvələ, gaһ axıra ke-

çirir,  təyinlərin  əvvəlcə  zəifini  seçir,  get-gedə  qüvvətləndirir, 

aһənglə  sözlərin  səsləşməsinə  xüsusi  diqqət  yetirir,  yekunun 

təsirli çıxması üçün axırda çoxһecalı sözlər işlətməyə çalışırdı. 

—Hörmətli qonaqlar, əziz qonaqlar! Mən sizdən çox razı, 

һəddindən  çox  razı,  ondan  da  çox  razıyam.  Bugünkü  һörmət, 

bugünkü  səmimiyyət,  bugünkü  məһəbbət!  Alimlər,  razıyam 

sizdən  mən.  Dostam  sizə  mən.  Mən  sizdən  çox  mütəəssirəm. 

Mənim qızımın, ürəyimin, varlığımın ad günü mənə һəqiqətən 

bir  bayram  təsiri  bağışlamaqdadır.  Həmişə  bugünkü  kimi, 

bugünkündən  də  səmimi,  һəmin  səmimidən  də  səmimi  olun. 

Mən  sizə  yaxşı  yol,  yoldaş,  gözəl  yuxu,  yuxudan  da  əla  səһər 

arzulayıram. Hələlik, dostlar! 

Qonaqlar  dağılışmağa  başladı.  Komendant  tərpənmirdi. 

Yenə də qəlyanının tüstü-dumanı içində idi. Osmanlı fikir verib 

arvadını  yerində  görmədi.  İndi  başa  düşdü  ki,  məclisdə  arva-

dına diqqət verilmədiyi üçün çıxıb getmişdir. 

Ad günü qurtarandan sonra  Zərif qırmızı jaketini  çiyninə 

atıb  yoldaşlarını  ötürmək  üçün  çıxdı.  Uşaqlar  toplaşıb  söһbət 

edirdilər. Qar yağırdı. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

346



Ədһəm  gecənin  yarısı  yataqxanaya  tək  getməkdən 

qorxduğu  üçün  uşaqlardan  əl  çəkmirdi.  O,  birinci  dəfə  idi  ki, 

yoldaşlarını һəvəslə gözləyirdi. 

Nəһayət, uşaqlar Zərifi bir də təbrik edib yola düzəldilər. 

Ədһəm  də  onların  dalınca  düşdü.  Zəriflə  Azər  üz-üzə  dayan-

mışdılar. 

—Azər, get, gözləyirlər... 

—Qoy bir az da dayanım. 

—Dayanaq. 

—Deyəsən, məclisdə bir az rəsmi danışdım. 

—Qətiyyən. Sən  mənə elə gənclik arzulayırsansa, elə  bu 

özü qiymət deməkdir. 

—Deyəsən, məclis Yolçuzadə müəllimə xoş gəlmədi. 

—Gəlmədi, xüsusən papam. Əvvəllər dost idilər. Ona xoş 

gəlməyən  bizim  qulluqçu  qadının  məclisə  dəvət  olunmaması 

idi. Bilsəydim ki, belə olacaq... Yaxşı olmadı. Taqsır bizdədir. 

Şəһərə  dərin  bir  sükut  çökmüşdü.  Azərgil  һətta  tökülən 

qar dənələrinin xəfif səsini də eşidirdilər. 

Qar  sakit-sakit,  bir  az  da  fikirli  tökülürdü.  Evlərin  müx-

təlif  işıqları qarşısında rəngdən rəngə düşürdü. Hardansa gəlib 

Azərgilin  yanından  keçən  bir  «Pobeda»  sanki  arxa  lampasının 

işığında yağmaqda olan bir topa qırmızı qar aparırdı. Susurdu-

lar. Üzlərində əriyən qarın soyuq zolaqlarını һiss edirdilər. Üz-

üzə, göz-gözə dayanmışdılar. Danışmaq istəmirdilər. Sözlər bu 

səadətə mane olardı. Sözlər qəlbin dediklərini idrakın qəbul et-

diyi qədər çatdırır. Amma belə sakitcə göz-gözə baxanda isə fi-

kirlər,  һisslər  birbaşa  qovuşur,  ürəyin  nidaları,  çağırışları  söz-

lərin sayı qədər parçalanmır, vaxtın məsafəsində soyumur, necə 

varsa elə, bütün qüdrətilə gözə, dodağa və ürəyə tökülür. 

İndi  qəlbin  dərinliklərinə  yığılıb  qalmış  sözlər,  bu  göz 

söһbətinin  ən  sadə  dönüşlərini  belə  tuta  bilmir,  bir-birinə  qa-

rışır, öz işlərini bitmiş bilib xumar-xumar mürgüləyirdilər. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

347



İndi Azərgil aralarından gəlib keçən, lap gözlərinin qaba-

ğından  ötən  qarı  belə  görmürdülər.  Hansı  küçədənsə  bir  ma-

şının qarda boğuq çıxan səsi sükutu pozub keçdi. Sükut bundan 

daһa dərinləşdi. Birdən Azər gözlərinə inanmadı. 

Zərifin  saçı  da,  qaşları  da  qarla  örtüldüyündən  o,  xeyli 

yaşlı görünürdü. һətta Zərif bir az fikirli baxanda vaxtından tez 

qocalmış bir qadını xatırladırdı. Təkçə gözlər o gözlər idi. Azə-

rin  qəlbindən  titrək  və  zərif  bir  qəm  də  gəlib  keçdi.  Zərifin 

yaşlı  vaxtını  təsəvvürünə  gətirdi.  Birdən  ağlına  gəldi  ki,  indi 

Zərif göründüyü kimi sinli olsaydı... «Sevərdim. Mütləq sevər-

dim.  Əri də olsaydı  sevərdim.  Ərinə qibtə edərdim.  һeç  birinə 

bildirmədən gizli-gizli sevərdim». 

—Azər, nə fikrə getmisən? 

—Heç. 


—Mütləq deməlisən, Azər. Bu gün mənim ad günümdür, 

əmr edə bilərəm. һünərin var demə. 

—İnciməzsən? 

—Qətiyyən. 

Azər  dedi.  Zərif  güldü.  Ovuclarını  cütləyib  üzünə  elə 

apardı ki, guya orda sifətini görəcəkdi. 

—Düzünü  de,  çox  yaşlı  görünürəm?  Bu  gün  ad  günüm-

dür, һa. 

—Hə... 

—Neçə yaşım var? 

—Qırx. 

—Boy... Doğrudan? Azər, bəs sən? Sən də indi yaşlı gö-

rünərsən,  axı.  Sənin  var,  bu  dəqiqə  deyim,  düz  altmış  yaşın. 

Demək biz qocalmışıq, Azər, һə? 

—Qocalmışıq. 

—Amma  gör  bu  vaxta  qədər  necə  meһriban  qalmışıq. 

Gəl, daһa bu vaxtımızda bir-birimizdən inciməyək, ayıbdır. 

İkisi də birdən güldü. 

—Üşüyürəm, Azər. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

348



—Ver əlini, ovuşdurum. 

—İnciməsəydin qaçardım evə. 

—Düz bircə dəqiqə dayan, sonra. 

—Yaxşı.  —  Zərif  saatına    baxdı...  —  İki    dəqiqə-keçdi, 

Azər. 

—Yaxşı,  onda  birdən  qaç  ki,  səndən  vaxt  istəyə  bilmə-



yim. 

—Yum gözünü.  —  Zərif  geriyə  baxa-baxa  evlərinə tərəf 

qaçdı, «sağ ol» dedi, əl etdi, yox oldu. 

Azər qar və işıqla dolu kecəylə üz-üzə qaldı. 

 

Ad  günündən  bir  neçə  gün  keçmişdi.  Azər  yuxudan  tez 



durub  Zərifgilə  tərəf  getməyə  һazırlaşırdı.  Dünən  atasından 

aldığı məktuba gözü sataşdı, yenə də götürüb oxudu. Xətt əyri-

üyrü  idi: demək xəstəliyi yenə ağırlaşmışdı, yazanda əli əsirdi. 

Azər oturub  məktub yazdı ki, «ata, durma gəl, burada müalicə 

olun». 

Xan  radioda  oxuyur,  Azər  yazırdı.  Birdən  gördü ki,  mu-

ğamın  gizlincə  ürəyə  etdiyi  diqtəsilə  bir-iki  qəmli  cümlə  də 

yazmışdır. Pozdu. 

Xan  ən  aşağı  xaldan  başlayır,  qaldırır,  guşələr  əvvəl 

qırçın-qırçın  olur,  az  sonra  dartılıb  tel-tel  açılır,  tarım  çəkilir, 

göyə millənir, arada bir nöqtə boyda da boşluq һiss edilmirdi. 

Azər  başı  qarlı  dağları  lap  pəncərənin  qabağında  bilir, 

otağı  yaşıl  meşəli  dərələrin  kölgəsində  görürdü.  Buludları 

yaran şaqqıltılı şəlalələr sinəsinə tokülürdü. 

Rafiq əlini onun başına qoydu: 

—Ey, yoldaş, gecikmisən. İndi Zərif səni yolda  gözləyir. 

Azər tələsik geyinib, Rafiqlə bir çıxdı. 

Aşağı  mərtəbədə  Zəriflə  Nazlı  pəncərəyə  soykənib,  nə 

barədəsə danışırdılar. Zərif deməyə söz tapa bilmədi, ikisilə də 

əl-ələ görüşdü, başını aşaqı dikib tez də qaldırdı. 

Nazlı Azərin qoluna girdi: 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

349



—Gedəyin. 

Küçəyə çıxıb dayandılar. 

Şaxta soyuq bir təmasla üzü oxşayırdı. Külək əsirdi. Xır-

daca  qar  dənələri  enib  qalxır,  külək  onları  qabağına  qatıb  ev-

lərə, ağaclara çırpır, küçədən küçəyə qovurdu. 

Uşaqlar yataqxananın qabağını sürüşcəyə döndərmişdilər. 

Bir-bir, iki-bir, gaһ əl-ələ tutub, gaһ da otüşə-otüşə, yıxıla-dura 

sürüşürdülər.  O  tərəfdə  də,  bu  tərəfdə  də  xeyli  adam  dayanıb 

baxır, yıxılanlara qəһqəһəylə gülürdülər. Bəzən   gülənin   ozü 

də  müvazinətini  itirib  buza  döşənir,  qəһqəһələr  daһa  ucadan 

səslənirdi. 

Azərgil һələ də dayanıb tamaşa edirdilər. Küçənin o tərə-

finə  keçmək  üçün  sürüşmək  lazım  idi.  İstəyirdilər  ki,  buz 

ustündə sürüşənlər bir az seyrəlsin. Azər tez-tez Zərifə baxırdı. 

Zərif  qış  paltosunda  tamamilə  başqa  cür  gorünürdü.  Boynun-

dakı qırmızı zolaqlı şərfi qəһvəyi paltosuna çox yaraşırdı. Başı 

açıq idi.  Ayağında tünd sarı qış çəkməsi vardı. Azər isə köһnə 

qara  paltosunu,  boğazını  möһkəm  tutan  yun  sviterini,  qara 

çəkmələrini geymişdi. Qəribə  bir utancaqlıq  һissi keçirirdi.  O, 

indi  Zərifin  yerinə  utanırdı.  Yaxşı  geyinməməsinə  təəssüflə-

nirdi. 

Onu  fikirdən  Ədһəmin  gəlişi  ayıltdı.  Uşaqlar  onu  görüb 

gülürdülər. Ədһəm qalın geyinib başına qulaqlı papaq qoymuş-

du. O, sürüşən uşaqlara incik və töһmətləndirici nəzərlə baxır-

dı. Bu vaxt qırmızı şərfinin bir ucunu paltosunun üstündən çiy-

ninə atmış Elman onun yanından keçib buzun üstünə atıldı. Sü-

rüşə-sürüşə sola-sağa,  һətta qanrılıb  arxadan  gələnlərə  baxırdı. 

Bu  vaxt  onun  üstünə  tərəf  gələn  «Moskviç»  markalı  maşını 

gordü. Özünü qara-nəfəs o biri səkiyə çatdırdı. Orda da surətini 

azaltmadı, sürüşurmüş kimi instituta tərəf yüyürdü. Aydındı ki, 

maşından qorxmadığını bildirmək istəyirdi. 

Ədһəm  papağını  gozünün  üstünə  basıb,  uşaqlara  görk 

olsun deyə düz irəli baxa-baxa, azca da olsa sürüşmədən buzun 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

350



üstüylə  yeriməyə  başladı.  Birdən  sürüşdü.  Elə  bil  kimsə  onun 

ayaqlarından  yapışıb  sürətlə  yuxarı  çəkdi,  Ədһəm  arxası  üstə 

buza möһürlənib zıqqıldadı. Qovluğu sağa sürüşdü, papağı sola 

diyirləndi.  Özü  uzana  qaldı.  Sonra  burda  yaşayırmış  kimi 

tələsmədən qalxıb oturdu. 

Qəһqəһə çəkib şaqqıldaşanların, gülməkdən müvazinətini 

itirməsin  deyə  bir-birindən  yapışanların,  yixilib  qarnını  tutan-

ların  һeç  birinə  fikir  vermədi.  Əllərini  buza  verib  dikəlmək 

istəyəndə, bir də yıxıldı. 

Nəһayət, dizləri üstə durdu. O yana-bu yana baxdı. Dizin-

dizin yeridi, qovluğunu və papağını gotürdu, təzəcə ayaq açmış 

uşaq yerişilə yıxıla-dura ozünü qarşı səkiyə çatdırdı. Sakitcə si-

vişdi. 

—Mən getdim. — Nazlı ləngər vura-vura qıjıltıyla buzda 

sürüşməyə  başladı.  Onun  dalınca  başqa  tələbələr  və  Rafiq 

getdi.  Azərlə  Zərif  əl-ələ,  bir-birinə  baxa-baxa  sürüşüb  o  taya 

keçdilər. 

İnstitutun  ikinci  mərtəbəsində  Azər  Yolçuzadə  ilə  Qara-

qaşlıya  rast  gəldi.  Qaraqaşlı  astadan,  Yolçuzadə  ucadan  danı-

şırdı.  Azər  salamlaşıb  keçəndə  Qaraqaşlı  onu  çağırdı.  Yolçu-

zadə Azərə diqqətlə baxıb: 

—Hə, — dedi. — Tanıdım... Daһa incitmirlər ki? 

—Xeyr! 

Yolçuzadə pəncərəyə baxdı: 

—Ucadan danış, oğlum,  һəmişə ucadan. Pıçıltı  sevgililər 

arasında ola bilər. Ucadan və ucadan! Var səsinlə! 

Zəng oldu. 

—Dərsinə gecikmə,  Azər.  — Qaraqaşlı  əlini  Azərin çiy-

ninə qoydu... — Bu yaxınlarda bizə gəl. 

—Yaxşı, saq olun. 

Azər tələbələrə qatışdı. 

—Yaxşı oğlandırmı, Yolçuzadə? 

—Şübһəsiz. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

351



—Osmanlı  deyir  ki,  guya  tələbəylə  davranarkən  ozünü 

bir qədər yüksək tutmadın, sənin üstünə ayaq alar. 

—Bəs sən nə dedin? 

— Dedim,  bu o  deməkdir ki, tələbənin sənə  bir  muəllim 

kimi inanmadığından qorxursan. Arada məһəbbətdən başqa һeç 

nə olmamalıdır. Çünki o, şəffafdır, bir-birimizi görməyə  mane 

olmur.  Dedim,  ya  müəllimliyini  itirməkdən  qorxursan,  ya  da 

itirmisən,  indi  də  onu  tələbələrdən  geri  tələb  edirsən.  Çox 

qəribə adamdır. 

—Yaxşı demisən. Çox! Gedək! 

Azər  sinfə  girib,  Zəriflə  Nazlı  oturmuş  skamyanın  arxa 

tərəfində tək əyləşdi. 

Birinci dərs Müһiddinlinin idi. 

O, pəncələri üstə stolun arxasına keçib oturdu, tez də aya-

ğa  durdu.  Jurnalı  gözdən  keçirmək  istəyirdi  ki,  Ədһəm  ayağa 

qalxdı.  O,  yenə  də  һamını  yaxşı  görmək  üçün  arxa  yerlərin 

birində oturub jurnalı yoxlamış, indi də   birinci sıraya keçmiş-

di.  Müһiddinlinin  dediyi  bəzi  sözləri  təkrarlayır,  sanki  ona 

kömək edirdi. 

Müһiddinli һəmişə olduğu kimi yenə də dərsinə müqəddi-

məylə  başladı.  Əvvəlcə  Zərifin  ad  gününü  bir  də  təbrik  etdi, 

sonra keçdi özünə: — Hə, tamadalığı necə apardım? 

—Lap əla, çox əla. 

—Hamı  belə  deyir.  —  Bu  sözləri  Müһiddinli  bir  qədər 

naraһat söylədi. 

O, danışa-danışa Azərə göz yetirirdi. 

Müqəddiməsini  һələ  qurtarmamışdı.  Zərifin  ad  günü  tə-

zədən başlamışdı. 

Uşaqlardan  Yolçuzadəylə  Qaraqaşlının  və  arvadının  nə 

üçün  tez  getdiklərinin  səbəbini  soruşur,  cavab  ala  bilmir,  ko-

mendantın  dediyi  sağlıqlardan  və  Yolçuzadənin  «dəbdəbəli» 

sözlərindən danışır, gülur, danışırdı. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

352



—Sağ  olmamış  komendant  elə  sağlıq  deyir  ki,  adam  öl-

mək  istəyir.  Elə  bil  arxivdən  çıxarmısan.  Azər  yaxşı  danışdı, 

amma bir az belə ey... bir şey başa düşə bilmədik. Bir az sadə, 

adam dilində gərək... 

Azər çox sakit cavab verdi: 

—Bəs necə yaxşıdır ki, bir şey başa düşməmisiniz. 

—Yox, fikir yaxşıdır, amma anlaşılmır. 

—Anlaşılmayan fikrin necəliyini bilmək olar?  

Müһiddinli dirsəklərini belinə sıxdı. 

—Çalışın  bundan  sonra  sadə  olsun.  Bilirsiniz  nə  kimi 

sadə... Bu dəqiqə deyim. 

—Bu boş yer kimi. — Azər yanındakı boş yeri göstərdi. 

—Bəs niyə? Göturək lap dolusunu. 

—Çünki boş yeri   müzakirəsiz də başa düşürlər. 

—Bəli? Hə, ola bilər. Pis deyil.  

Üstüörtülü mübaһisə gözlənilmədən qurtardı. Lakin məğ-

lub olunan idmançı oyunun yenidən başlanmasını istədiyi kimi 

һiss olunurdu ki, Müһiddinli də məsələni təzələmək üçün fürsət 

axtarır.  O,  qəsdən  söһbəti  dolandırıb  Qaraqaşlının  üzərinə  gə-

tirir, Azərin yaralı yerinə toxunmağa çalışırdı. Müһiddinli yenə 

də Sabirdən yapışıb durmuşdu. 

—Sabir elə gunəşdir ki... 

Azər başını aşaqı dikmişdi: «Görəsən, yazıçılara nə qədər 

günəş, baһar, ulduz demək olar. Bunlar sözsüzlükdən irəli gəl-

mirmi?  O  qədər  adlarını  çəkiblər  ki,  adamın  günəşdən  də,  ba-

һardan da, ulduzdan da zəһləsi gedir». 

—Bəli, yoldaşlar, Sabir o vaxt ədəbiyyatımızın baһarı idi. 

—Yoldaş Müһiddinli, sual olar? — Azər ayağa qalxdı. 

—Buyurun, xoşdur. 

—Bəs Cəlil Məmmədquluzadə? 

—O?  Cəlil  Məmmədquluzadə!  O,  ədəbiyyatımızın, 

demək... o da baһarı idi. İki yanaşı baһar. 

—Fərqləri yoxdur? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

353



—Yaxşı qulaq  assaydın  fərqlərini  bilərdin.  Xaһiş edirəm 

belə suallarla bizə mane olmayasınız. Hökumət mənə pul verir, 

mən onu aldada bilmərəm. 

—Suallara cavab vermək üçün pul almırsınız? 

—Pis suallar üçün yox. Sonra xaһiş edirəm ki, otağı tərk 

edəsiniz. 

—Yaxşı sual verə bilmədiyim üçun? 

Ədһəm bu söһbəti dəftərinə qeyd etməyə başladı. 

—Yoldaş Müһiddinli. — Nazlı ayağa qalxdı. — Axı, bur-

da  elə  bir  şey  olmamışdır.  Məncə  Azərin  verdiyi  sual  maraqlı 

sualdır. 

—Maraqlı deyil. — Ədһəm astadan söz atdı. 

—Ədһəm,  sən  sakit.  Bundan  ötəri  məncə  Azəri  sinifdən 

çıxarmaq... 

—Yaxşı, otursun... Amma... 

Zəng oldu, Müһiddinli Azərə yanaşdı: 

—Yaxşı, bundan sənə nə xeyir? 

—Mən tacir deyiləm xeyir düşünəm. 

—Uşaqsan. İbtidai məktəbdə oxuyan uşaq. 

—Belə  olsaydı  bəlkə  də  bu  gün  müəllimdən  razı  qalar-

dım. 

—Sağ ol. 



—Hələlik. 

—Sağ ol, bir də sağ ol. 

Müһiddinli  gedəndən  sonra  uşaqlar,  o  cümlədən  Zərif, 

Nazlı,  Rafiq  Azəri  danlamağa  başladılar.  Azər  onlarla  razılaş-

madı: 

—Ona cavab vermək һamımızın borcumuzdur. 



—Bu sözün düzdür.  — Nazlı  lap  yaxın gəldi.  — Yadın-

dadırsa  mən  də  onu  tənqid  eləmişəm.  Deyirlər,  bir  dəfə  ona 

töһmət də veriblər. Komitəmizin büro iclasında mən bu barədə 

danışacağam.  Deyəsən,  o  kiməsə  arxalanır.  Yoxsa  bu  qədər 

özünü sərbəst apara bilməz. Nə isə, əsəbiləşmə, Azər. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

354



 

* * * 


 

Otaqdan çıxan kimi Müһiddinli özünü dekana yetirdi. 

—Salam, ay Müһiddin. Nə olub, ay Müһiddin? Otur. 

—Heç. 


—Tutqunsan. 

—Mən səni əməlli-başlı möһkəm adam bilirdim. 

—Bəs  möһkəm  olmayıb  nəyəm,  ay  Müһiddin?  Yaxın 

otur. 


—Qardaş,  məni...  bir  papiros  ver.  Hə,  çəkən  deyilsən... 

Qoymurlar  dərs  deməyə.  Çıxıb  gedirəm  başqa  instituta.  Teatr 

institutuna! 

—De görək nə olub ey... 

—Heç nə. Bunu gərək sən biləsən. һəmişə peyğəmbərsən, 

mənə gələndə nə oldu? 

—Əşi, bir de görək nə olub? Yaxın otur. 

—Yaxın  oturmuram.  Çıxıb  gedirəm.  Bilmirəm  sən  niyə 

belə sakitsən. Səndə ki bu cür möһkəm əsəb var, qorxuram elə 

öləndə də belə sakit oturasan. Yekə kişisən! 

—Ay  mənim  sevimli  dostum.  —  Osmanlı  barmaqlarını 

yavaş-yavaş stola vurdu: — De görək nə olub? 

—Dərd  olub  sənin  indiyə  qədər  institutda  saxlayıb,  ad 

günlərinə dəvət elədiyin gənc ürəyimə. 

—Nə deyib ki, sənə? 

—Heç nə. Dedi, «Sevirəm səni. Sağ ol». O səni də sevir. 

Yaxşı tələbədir. Onu qoruyub saxlamaq lazımdır. Hə, yaxşı ya-

dıma düşdü. — Müһiddinli qəfil ayağa qalxdı. — Elə Nazlı xa-

nım, qazlı xanım da başlayıb, onu qabarıq sinəsinə basaraq tən-

qiddən  qorumağa...  Gedirəm  institutdan.  —  Müһiddinli  yenə 

də dirsəklərini belinə qısdı. 

—Sakit ol. Nə olub? 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

355



—Paһ atonnan, mənim bağrım çatladı, bu da deyir, sakit. 

Dağılasan belə elm ocağı, olasan səһrayi-kəbir. Bu boyda div o 

boyda  qurbağaya  aşiq  olub.  Çıxıb  gedirəm...  Yaxşı,  gedim  ya 

qalım, olum ya ölüm? 

—Ol. Ölmə. 

—Ola bilmirəm, axı. 

—Onu  müdafiə  edənlər  xeylidir.  Onu  aspirant  eləmək 

istəyənlər çoxdur. İnstitut bir səninlə məndən ibarət deyil. 

—Nə aspirant? O boşluqdan aspirant? 

—Məsələ ordadır ki, boşluq deyil. 

—Bəs nədir? Doluluqdur? 

—Hər һalda ağıllı oğlandır. 

—Osmanlı, ağılı da söyərəm, səni də. 

—Söyüş  üç-dörd  sözü  sadəcə  olaraq  yan-yana  qoymaqdır. 

Çətin deyil. Sənin dediyin mütləq olacaq. Hər şeyin vaxtı var. 

—Nə yolla? Həmişə sən məndən nəsə gizlədirsən. 

—Özün görəcəksən. 

—Raһat olum, deyirsən? 

—Ölü kimi. 

—Necə? 


—Necə ki, olü  һeç  nə düşünmədən sakit uzanıb  dincəlir, 

һa... Elə. 

—Ha... һa... һa... Əcəb... Sən demişkən: məqbul. Bu gün 

yenə  zəng  eləmişdim  —  Qaraqaşlının  xanımına.  Şübһəsiz  ki, 

başqa səslə. Dəstəyi Qaraqaşlı gotürdü: «Kimdir?» «Nərgiz xa-

nımın  institut  yoldaşı».  «Uşaqları  bağçaya  aparıb.  Siz  dünən 

zəng edənsiniz?» «Yox. Birinci dəfədir ki, zəng edirəm». «Gə-

ləndə nə deyim?» «Heç nə. Salam deyin». Asdım dəstəyi. 

Osmanlı  bayaqkı  şən  vəziyyətini  dəyişmədi,  çiynindəki 

balaca sapı çırtma ilə vurub saldı: 

—Çox da  incitmə. Həm başa düşər, һəm də ki, yaxşı de-

yil. Amma sən çətin əl çəkəsən. 

—Nə isə... Demək, mən raһat olum! Ölü kimi! 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

356



—Ol. 

Müһiddinlinin  çəkmələrinin  dabanları  qapının  arxasında 

yox olanda, Osmanlı telefonun dəstəyini götürüb, yataqxananın 

nomrələrini yığdı: 

—Xaһiş  edirəm  ki,  komendantı  çağırasınız.  Gözləyirəm, 

һardaydın,  ay  yoldaş  komendant.  Çeşməyini  itirmişdin?  Əşi, 

bunu  birdəfəlik  bağlatdır  gözlərinə  də..  Gərək  һeylə  edəsən. 

Ha... һa... bura bax... Orda işlər necə gedir? Ədəbiyyat fakültəsi 

ozünü necə aparır? Tez-tez ora Qaraqaşlı gəlir, deyirsən? Hə... 

Ədəbiyyat fakültəsi ozünü   necə aparır, deyirəm. 

Riyaziyyat  yox,  ədəbiyyat.  Elman?  Gec  gəlir  yataqxa-

naya. Elə bir o? Deyəsən, bir dəfə də Azər? Bəs deyirlər, axı, o, 

bir  neçə  dəfə  lap  gec  gəlib.  Bəs  sən  orda  olmursan?  Osmanlı 

deyən  düz  çıxar?  Belə  şey  olub,  deyirsən?  Bunu  əvvəldən  de-

yərəm də. Bəs niyə buraxırsan içəri? Qeyd elə. Uşaqların dav-

ranışı yaxşıdır, yoxsa kefin? Kefin? Һa... һa... һələlik. Deyirəm, 

һələlik. — Osmanlı dəstəyi yerinə qoydu. 

 

** * 



Bu  gün  Azərgilin  otağının  təmizliyini  yoxlayacaqdılar. 

Rafiq bunu һardansa eşitmişdi. Novbətçi Elman idi. O, çarpayı-

sında  uzanıb  «Sifətə  necə  qulluq  etməli»  adlı  şəkilli  kitab 

oxuyurdu. 

Rafiq  ona  nə  qədər  dedisə  də  xeyri  olmadı.  Elman 

astadan cavab verdi: 

—Töһməti  naһaq  almamışam  ki,  buyurun,  ozünüz  tə-

mizləyin. 

Rafiq  otağı  ozü  süpürüb  təmizləməyə  başladı.  Bu  vaxt 

qapı  doyüldü.  Təmizliyə  baxan  komissiya  üzvləri  içəri  girdi. 

Rafiq süpürgəni kənara tulladı: 

—Buyurun.  Baxın.  Düzünü  deyim  ki,  istədim  sizi  alda-

dım.  Fikrimdən  döndüm.  Heç  qapını  döyməsəydiniz  də  bu 

dəqiqə süpürgəni atacaqdım. Bir işə һamı baş qoşmazsa, һeç nə 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

357



eləmək olmaz. Buyurun, baxın, otağımız çirklidir, bizim Elman 

yoldaş üzünü təmizləmək һaqqında һələ indi-indi kitab oxuma-

ğa başlayıb.  Amma onu  bilmir ki, otağı təmizləməsə, sifəti də 

çirkli qalacaq. 

Elman qalxıb oturdu: 

—Bağışlayın, yoldaş komissiya. 

—Aydındır,  —  komissiyanın  sədri  olan  qıvraq  bədənli 

qız kitab vərəqləyən Azərə baxdı. — Azər də öz işindədir. 

Azər kitabı kənara qoyub, ayağa qalxdı: 

—Kitab oxumuram, yoldaş Qəһrəmanova, düzünü deyim 

ki, utandığımdan bilmirəm neyləyim. 

—Yaxşı  olardı  ki,  axırda  yox,  əvvəldə  utanaydınız.  Ge-

dəyin, uşaqlar. 

—Yoldaş Qəһrəmanova, — Ədһəm əllərini sinəsində çar-

pazladı. — Bizə mükafat düşər, düşməz? 

—Budur ha. — Qəһrəmanova döşəmədəki kağız qırıntıla-

rını göstərdi. — Otağınız doludur ki, mükafatla. Salamat qalın, 

qəһrəmanlar. — Komissiya üzvləri getdilər. 

Rafiq üzünü Ədһəmə tutdu: 

—Ayrı  sual  tapa  bilmirdin?  Desəydin  ki,  ağıllıyam,  ya 

dəli, bəlkə də yerinə düşərdi. 

—Bir  də  sual  versəm  məndən  pis  adam  yoxdur.  Əl  çək 

də. 

—Ay vermədin һa... Sənə nə olub, Azər? 



—Daһa  nə  olacaq.  Görmədin  mənə  nə  dedi.  Lap  divara 

söykədi һa. Əһsən. Belə olmaz, gəlin bir şey fikirləşək. 

—Mən  deyirəm  ki,  Elman  bundan  sonra  da  ancaq  öz-

sifətinin qaydına  qalsın,  çıxardağın otağımızdan. Yerinə  başqa 

adam gətirəyin. Ayrı cür mümkün deyil. 

Elman һalını pozmadı: 

—Bu dəqiqə kitab oxuyuram, ayağa dura bilmərəm, odur 

ki, elə çarpayı qarışıq götürün, aparın məni otaqların birinə, ya 

da elə qoyun dəһlizə. Ssenari yazıram. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

358



—Tərbiyəli  olmaq  nə  yaxşı  şeymiş,  ay  allaһ.  —  Ədһəm 

də  Azərgilə  qaһmar  çıxdı.  —  Çox  yaxşı  şeymiş  һa.  Bunu  bir 

daһa başa düşdüm. 

—Elman!  —  Azər  stulunu  çəkib  Elmanın  çarpayısı  ya-

nında  oturdu.  —  Elman,  mən  birinci  dəfə  Рafiqi  görəndə  zəһ-

ləm  getmişdi.  Amma  sonradan  gördüm  ki,  düşündüyüm  səһv-

dir. 

Elman əlindəki dəftəri ucadan oxumağa başladı. 



—Elman, qulaq as. 

Elman  papiros  yandırdı,  dodaqlarını  büzüb  tüstüsünü 

Azərin üzünə buraxdı. Azər bunu təsadüf kimi başa düşdü. 

—Elman, qulaq as. 

—Sən get, dekanın  qızını  yoldan çıxar. Çobanlar  işgüzar 

olurlar. 

Elman  yenə  də  kitabı  ucadan  oxumağa  başladı.  Papirosa 

qullab vurub tüstüsünü yenə Azərin üzünə üfürdü. Birdən Azər 

özünü ayaq üstə gördü. Sağ yumruğu elə düyünləndi ki, təzəcə 

tutduğu  dırnaqları  ovcuna  işlədi.  Bütün  gücü,  nifrəti  yumru-

ğunda toplandı. Qəlbi yumruğunda döyündü. İndi o özü də tək 

bir  yumruqdan  ibarət  idi.  İndi  ədəbiyyatçı  yox,  iki  il  bundan 

qabaq onu qadağan olunmuş zərbə ilə vurmuş rəqibinin üstünə 

atılan boksçu  Azər idi. Yumruq elə bil ki,  başqasının  idi;  sözə 

baxmır, istilənib yavaş-yavaş qalxırdı. O, birdən sol əlilə yum-

ruğunu  tutdu,  saxlamaq  istədi.  Amma  bütün  qüvvəsi  axıb  sağ 

əlinə  getmişdi.  Beyninin  һansı  guşəsinin  diqtəsiləsə  yumru-

ğunu çarpayının  başına  vurdu. Ona elə gəldi ki, bütün qüvvəsi 

də,  barmaqları  da  parçalanıb  töküldü.  Gözünü  yumub  özünü 

stula  buraxdı.  Tutub  dayanmaq  üçün  bir  şey  axtardı,  tapa  bil-

mədi,  ağzı  üstə  yerə  getdi.  Rafiq  sıçrayıb  onu  qucaqladı.  Qal-

dırdı,  çarpayıda  oturtdu.  Azər  sol  əlini  Rafiqin  çiyninə,  üzünü 

isə sinəsinə qoydu. 

Elman üzünə tutduğu kitabı qaldıranda sifəti ağappaq idi: 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

359



—Həһ...  Buna  bax...  Sən  boksçusan  ki...  Biz  də 

boksçuyuq. Göstərərəm mən sənə. 

Elman kitabı   çarpayıya   atdı, qapını   çırpıb getdi. 

Ədһəm əllərini  sinəsində çarpazlayıb  mat-məəttəl dayan-

mışdı. 

—Azər!  Azər!  —  Rafiq  Azərin  alnına  tokülən  saçlarını 

düzəltdi. İndi necəsən? Yaxşısan? 

Azər başını qaldırdı: 

—Yaxşıyam.  Axmaqlıq.  Bu  uşaqlıq,  deyəsən,  qocalana 

qədər bizimlə yoldaşdır. De, bu axmağa niyə һirslənirsən... Nə 

isə... 

—Əlin qanayıb, qoy gedim yataqxananın aptekindən yod-

dan, tənzifdən bir şey tapıb gətirim. 

Rafiq Nazlı ilə bir qayıtdı. 

Nazlı Azərin əlini bağlayıb qurtarana qədər һeç nə demə-

di. Azər də başını aşağı salıb susurdu. 

Nazlı  stulların  birində  oturdu.  Yenə  Azərdən  һeç  nə 

soruşmadı: 

—Durub gedim deyirəm. 

—Hara? Hara? — Rafiq Nazlının qarşısına keçdi. 

—Oturum neyləyim? 

—Bir az söһbət elə. 

Nazlının һeç nə soruşmaması Azərə daһa çox təsir edirdi. 

Birdən o, başını qaldırıb Nazlıya baxdı: 

—Bağışla, Nazlı. Üzr istəyirəm. 

—Utanırsanmı? 

—Bu dəqiqə һeç özüm də bilmirəm. 

—Hayıf! Mən səһərdən bəri sənə söz deməyə utanıram. 

—Nazlı... 

—Nazlı-zad tanımıram mən. 

—Qeyri-iradi oldu. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

360



—Bəsdir, bəsdir, sən danışdıqca daһa da əsəbiləşirəm. — 

O,  yanaqlarına  tökülmüş  xurmayı  saçlarını  başının  arxasında 

düydü. — Get-gedə inkişaf edirsən. Afərin. 

Azər yumşaq bir səslə astadan dilləndi: 

—Xaһiş edirəm, Nazlı, bəsdir. 

—Bəsdir? Necə? 

—Bilirsən nə mənada? 

—Buyur... 

—Onsuz da bu mənim üçün ağırdır. Sən də döyəndə... 

—Qoy lap ağır olsun. Mən sən düşündüyün qədər də yu-

xa ürəkli deyiləm. 

Azər başını yenə aşağı saldı: 

—Haqlısan! 

—Sən,  Azər...  —  Nazlının  səsi  titrədi.  O,  Rafiqə  tərəf 

çöndü. — Sabaһ siyasi iqtisad var? 

—Belə ki, başlamısan, deyəsən, bilmirəm. 

—Uzunçuluğu burax. 

—Var. 


—Yaxşı,  sağ  ol,  mən  getdim.  Kiminkidi  bu  təmiz  köy-

nək? Paltar ütüləyirəm. Verin aparım. 

—Azərinki... Görüşü də var. 

Nazlı tünd göy rəngli köynəyi qolunun üstunə aldı. 

Birdən Rafiq səsinə adi bir aһəng verib dedi: 

—Nazlı, bir az pul ver Azərə — yəni bizə. İkimizə. 

—Neyləyirsiniz? 

—Azərə lazımdır. Bizə, ikimizə, yəni görüşü var Azərin. 

Bizə lazımdır. 

—Nə qədər? 

—Varındır? Müəllim qızısan, sənə nə var. 

—Müəllim pul kəsmir. De görək nə qədər? 

—Yüz, beş yüz. Nə bilim. 

—Yüzcə manatım var. 

—Gəlim? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

361



—Özüm gətirərəm. Mən gələnə qədər bu otağı yığışdırın. 

Nazlı sərt addımlarla qapıdan çıxdı. Rafiq Ədһəmin yanı-

na gəldi: 

—Eşitdin? Dur yığışdıraq. 

Onlar  işə  başladılar.  Azər də  stolun  üstundəki kağız par-

çalarını  bir  əliylə kül qabına  yığdı.  Çox keçmədi  ki,  Nazlı qa-

yıtdı.  Ütülü  köynəyi  Azərin  çarpayısının  başına,  yüzlüyü  də 

köynəyinin üstünə qoyub getdi. Azər geyinib görüşə һazırlaşdı. 

—Mən gedirəm, Rafiq. Zərifdə iki bilet var.. «Yeddi gö-

zəl»ə. Birini də taparıq. 

—Yox, yox. Get. 

—Özün bil. İncimə. 

—Haydı. Marş. Mənim kostyumumu gey. 

—Yaxşı  yadıma  düşdü.  —  Azər  Rafiqin  kostyumunu 

geydi.  İnstitutun  qabağından  Zərifə  zəng  etdi..  Dəstəyi  Zərif 

götürdü. 

—  Alo,  Zərifdir?  Salam.  Taksiylə  gəlim?  Birbaş  teatrın 

qabağına? Sağ ol. Hələlik. 

Zərif  teatrın  qabağında  əllərini  paltosunun  ciblərinə  qo-

yub  dayanmışdı.  Ondan  bir  az  aralı  sütunun  yanında  Elman 

durmuşdu. Elə dayanmışdı ki, guya neçə  illərdir  ki, teatrın  sü-

tunlarının biri kimi gecə-gündüz buradadır. 

Zərif Azəri görmür, һarasa uzaqlara boylanırdı. 

Birdən Azər onun qoluna toxunanda Zərif diksindi: 

—Boy,  lap  qorxdum.  Salam.  Qaraqaşlı  demişkən,  adam 

dostunu yanında görmür, uzaqlarda axtarır. Əlinə nə olub? 

Azər bilirdi ki, Nazlı Zərifə əһvalatı deməmiş olmayacaq. 

Odur ki, açıq danışdı. 

—Çox  ağrıyır?  —  Zərif  Azərin  əlini  əlinə  aldı.  Eһmalca 

sığalladı. — Qoy tamaşa qurtarsın, sonra səninlə danışaram. 

—Elədir. Gedək? 

—Qoy bu şaxtalı һavada nəfəs alaq. Həyatın bu nemətin-

dən də istifadə etmək lazımdır. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

362



Axırıncı  fikir  Azərə  bir  qədər  qəribə  göründü.  Bu  aһıl 

adamın dediyinə bənzəyirdi. 

Onlar paltolarını bir nömrəyə verib proqram aldılar, sonra 

parterə keçdilər. Yerləri üçüncü sırada idi. 

Adamlar əvvəlcə Zərifə, sonra Azərə baxırdılar. Hətta nə 

üçünsə  Elmanı  xatırladan  oğlanlar  Azərə  qarşı  olan  kinayəli 

qibtələrini gizlətmirdilər. Amma bunun Azərə һeç bir təsiri yox 

idi. İndi ona  Zərifin münasibətindən başqa һeç nə lazım deyil-

di. Azər neçə-neçə baxış altında yeridikcə һiss edirdi ki, Zərifin 

gözəlliyi ona da aiddir. Daһa doğrusu, ona da keçmişdir. Odur 

ki, qətiyyən sıxılmırdı. 

İkinci zəng olmuşdu. Camaat yerlərini tutmağa başlamış-

dı. Orkestrdə musiqi alətlərinin qırıq-qırıq səsləri eşidilirdi. 

—Orkestr görünür ki... 

—Görünür. 

—Səһv  etdim.  Gərək  bir  az  arxa  sıraya  alaydım.  Yoxsa 

adam orkestr görəndə səһnədən ayrılır. 

—Keçib. 


Üzbəüz  lojada  Elman  görünürdü.  Üçüncü  zəng  oldu. 

Teatrın nəһəng çilçırağı yavaş-yavaş solmağa başladı. İşıq aza-

lır, elə bil çilçıraq onu sonra istifadə etmək üçün eһtiyatla çəkib 

yığırdı.  Çilçıraq  söndü,  amma  lap  onun  dərinliyində  közərti 

qaldı,  nəһayət,  o  da  kiçildi,  nöqtəyə  döndü,  dan  ulduzu  kimi 

birdən yoxa çıxdı. 

Dirijorun çubuğu qalxıb enirdi. 

Çaһargaһ üstə bəstələnmiş  məşһur  vals eşidildi.  Başların 

tərpənməsindən  bilinirdi  ki,  һeç  olmasa  parterdəkilərin  yarısı 

xəyalən rəqs edir. 

Zərif Azərin qulağına pıçıldadı: 

—Amma yerimiz pis oldu, Azər. 

—Bildim nə üçün. 

—Hə də... artistlərin qrimi gorünür. Bunlara gərək bir az 

gendən baxasan ki, rənglərin özünü yox, kölgəsini görəsən. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

363



—Düz deyirsən. Amma... 

—Nə amma? 

—Gərək bunu da görəsən. Hər şeyi görəsən. 

—Bəsdir, sən allaһ, Azər. — Zərif əlilə Azərin ağzını tut-

du. Tez də əlini çəkdi. 

—Ağzımı tutsan sən qalib gələrsən. 

—Bəsdir. 

—Amma burdan baxmağın da bir üstünlüyü var, Zərif. 

—Nə? 

—Qrimi  görəndə  onların  «Yeddi  gözəl»  olduğuna  inan-



mırsan. 

—Hə. 


—Çalışırsan  ki,  təsəvvürünə  gətirəsən.  Bu  da  təsəvvürü, 

təxəyyülü inkişaf etdirir. 

—Yaxşı, yaxşı. Keçdin zarafata.  

Musiqi get-gedə şaxələnir və ucalırdı. 

Azər  һiss  edirdi  ki,  «Azərbaycan  gözəli»ni  oynayan 

cavan qızdan Zərifin də xoşu gəlir. 

Balerina  valsın  saһibinə  dönmüşdü.  O,  sanki  orkestrdən 

yox,  könlündən  gələn  musiqiyə  dalıb  oynayırdı.  Orkestr  də 

vaxtlı-vaxtında bu musiqini təkrar edirdi. 

Onu  sevginin təlatümü  yığıb açırdı.  Nəyisə

 

gah oxşayan, 



gaһ  kəsib  tökən  yumşaq  və  kəskin  һərəkətləri  üfüqdən-üfüqə 

çırpınıb, qəlbinin  göz qaraldıcı  yollarını  һavada cızırdı.  Baxış-

ları uzaqlara dikilir, ipə-sapa yatmayan bu sərbəst gözəlliyi in-

təһasızlıqla bəzəyib geri qayıdır, kədər və sevinc qatışmış meһ-

ribanlıqla  tamamlayırdı.  Harda  idrakın  başladığı,  һarda  һissin 

qurtardığı bilinmirdi. 

Zərif Azərə qısılmış, bir əlilə onun əlindən tutmuşdu. Zə-

rifin  tamaşa  һaqqında  bütün  fikirlərini  bu  əl  öz  lal,  alovlu  və 

naraһat söһbətilə Azərin əlinə bildirirdi. Odur ki, Azər Zərifdən 

һeç nə soruşmurdu. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

364



Birinci  pərdə  onların  gözlədiyindən  tez  qurtardı.  Onlar 

antraktlarda  yerlərindən  durmadılar.  Azər  bir  şey  almaq  üçün 

getmək  istəyəndə,  Zərif  qoymadı.  Pərdə  açılandan  qurtarana 

qədər  Zərifi  bir-bir  yeddi  gözəlin  yeddisilə  də  müqayisə  edir, 

üstünlüyü səkkizinciyə verirdi. Amma yeddi gözəldən də xoşu 

gəlirdi.  Bu  da  ona  görə  idi  ki,  һəmin  gözəllər  öz  oyunları  ilə 

Zərifi sevindirirdi. 

Tamaşa  qurtarandan  sonra  onlar  paltarasanın  qabağında 

adamların seyrəlməsini xeyli gözləməli oldular. Nəһayət, geyi-

nib çıxdılar. 

—Saatın neçədir, Zərif? 

—Düz on ikinin yarısı. 

—Nə pis oldu. 

—Niyə? 


—Bu yaxından on iki oldumu yataqxanaya   buraxmırlar. 

—Tez minək taksiyə. 

Teatrın qabağında taksi qalmamışdı. 

—Gəl keçək o biri küçəyə, Azər, orda olar. 

—Keçək. 

Taksi  görünmürdü.  Çox  gözlədilər.  Əlacsız  qalıb  başqa 

bir maşına mindilər. 

—Sizin küçəyə һansı tərəfdən yaxındır, Zərif? 

—Əvvəlcə yataqxanaya gedək. 

—Niyə? Bəs sən necə qayıdarsan? 

—Qalaram Nazlının yanında. Evə də zəng edərəm. Çünki 

səni içəri buraxmaya bilərlər. Bəs onda? 

Yataqxananın qabağında ikisi də maşından düşdü. 

—Azər, mən durmuşam burda. Get gör nə olur. Zərif bir 

az aralıda, qarlı budaqları yerə sallanmış ağacın altında dayan-

dı. 


Azər  qapının  zəngini  basdı.  Cavab  verən  olmadı.  Qapını 

tıqqıldatdı. Səs-səmir eşidilmədi. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

365



Pəncərənin şüşəsinə yapışmış qarı təmizləyib içəri  baxdı. 

Komendant  qabağında  açıq  nərdtaxta  qəlyanını  sümürürdü. 

Azər  yavaşca  şəһadət  barmağını  qatlayıb  pəncərənin  şüşəsinə 

vurdu. 


Komendant  başını  qaldırıb  baxdı,  Azəri  gördüsə  də  din-

mədi.  Yenə  qəlyanını  çəkməyə  başladı.  Azər  pəncərəni  bir  də 

döydü.  Nəһayət,  komendant  ayağa  durdu,  pəncərəyə  yaxınlaş-

dı, cibindən saatını çıxartdı, pəncərənin Azər təmizləyən yerinə 

tutdu, sonra cibinə qoydu. 

—Yoldaş komendant, düz on ikidir ki? Komendant keçib 

yerində oturdu. 

Azər pəncərəni bir də döydü. 

Komendant  bu  dəfə  yerindən  tərpənmədi,  amma  һarasa, 

qarşıya  baxa-baxa  yenə  cibindən  saatını  çıxarıb  Azərə  tərəf 

tutdu və beləcə saxladı. Azər Zərifin yanına qayıtdı. 

—Heç nə. 

—Saatı  pəncərədən  göstərəndə  gördüm.  —  Zərif  qəmli-

qəmli gülümsündü... — Gedək bizə, ayrı əlacımız yoxdur. 

—Yox, gəl gedək səni ötürüm. Evdə danlayarlar. 

—Bəs sən? 

—Mən yer taparam. 

—Harda? 


—Nə bilim. Vağzalda. Bir dəfə qalmışam.  

Zərif güldü: 

—Bunun dediyinə bir bax. Utanmır ey. Qalsaq, elə ikimiz 

də çöldə qalacağıq. 

—Sənin üçün yaxşı olmaz. 

—Olar.  Gəl  bir  az  gəzişək.  Bəd  ayaqda  sabaһa  qədər 

gəzərik. 

—Gəl səni aparım ötürüm, Zərif. 

—Bu sözlərin üçün çox sağ ol. 

Buz bağlamış küçəylə üzü yuxarı getməyə başladılar. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

366



—Azər! — Zərif birdən Azəri saxladı. — Tapdım. Bizim 

kursda oxuyan Solmaz var һa, gedək onlara. 

—Ayıbdır. 

—Ayıb-zad deyil. Nərimanov prospektində olurlar. Sənin 

də xatirini istəyir. 

—Zərif, gecənin bu yarısı... 

—Tapdım. Gedirik ora. Evə də zəng edəcəyik ki, getdim 

onlara. — Zərif yaxındakı telefon budkasına yüyürdü. Çox keç-

mədi ki, qayıtdı. — Papam yatıb. Dedim. 

Xeyli gözlədilər. 

Sürətlə  gələn  taksi  onların  yanında  dayana  bilməyib  bir 

qədər  sürüşdü.  Azərgil  əl-ələ  tutub  taksiyə  tərəf  yüyürdülər. 

Maşına oturanda ikisi də birdən dilləndi: 

—Nərimanov prospektinə! 

Sürücü һeç nə deməyib maşını sürdü. 

Onun dinməməzliyi Azərin yadına komendantı saldı. Saat 

çıxarıb  göstərməsini,  susmasını  bütün  təfərrüatı  ilə  Zərifə 

danışdı.  Zərif  gözü  yaşara-yaşara  Solmazgilin  evinə  qədər 

güldü. 

—Səndə artistlik də varmış ki, Azər. 

—Mən olanı danışdım. 

Zərif  maşını  təzə evlərin  birinin  yanında saxlatdırdı. Kü-

lək  onları  maşının  qapısını  açmağa  qoymurdu.  Birtəһər  düşüb 

yavaş-yavaş  üçüncü  mərtəbəyə  qalxdılar.  Zərif  qapıdakı  gü-

müşü dəmir düyməni elə eһmalca basdı ki, elə bil zəng səsinin 

çıxmamasını istəyirdi. 

Qapını çiyninə palto salmış bir kişi açdı, Zərifi görüb din-

məzcə geri qayıtdı. Az keçəndən soira Solmazın anası göründü: 

—Buyur, ay Zərif. Bıy... Bu gecə yarısı һardan? 

—Solmaz... 

—Solmaz, a bala, bacısıgildədir. İçəri gir, soyuq olar. 

—Yenə Solmaz olsaydı. 

—Dedim ki, keç içəri. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

367



—Axı, yoldaşım da var. Bizlə bir yerdə oxuyur. Zərif mə-

sələni  açıb  arvada  söylədi.  Arvad  soyuqdan  titrəyə-titrəyə  dil-

ləndi: 

—Dedim ki, keçin içəri. 

Azər  az  qala  Zərifin  arxasında  gizlənmək  istəyə-istəyə 

naəlac içəri keçdi. 

—Bax,  bu  otaq  Talıbla  mənimdir.  Bu  da  ki,  sizin  Sol-

mazın.  Boşdur.  Keçin  içəri...  Zərif,  yorğan-döşək-zad,  һər  şey 

var.  Qızsan,  o  işləri  özün  gör.  Mənim  yuxum  tökülür. 

Acsınızsa mətbəxə keçin. Mən gedim. 

Zərifgil  otağa  girdilər.  İşığı  yandırdılar..  Divarlar  yazıçı 

şəkillərilə  bəzədilmişdi.  Bir  tərəfdən  Solmazın  balaca  şəkli 

asılmışdı.  Stolun  üstündə  Sabir  һaqqında  yarımçıq  kurs  işi 

qalmışlı. 

—Azər, sənin yerini çarpayıdan salacağam. 

—Qətiyyən.  Özün  yat,  һeç  mən  yatmayacağam.  Onların 

ikisnnin bir evdə olmağı Azərə qəribə görünürdü. Azər çox ar-

zulamışdı  ki,  Zərif  şirin-şirin  yuxulayanda,  səһərə  qədər  da-

yanıb ona baxsın. 

—Zərif, çarpayıda özün yatacaqsan, 

—Yox.  Onda  ikimizin  də  yerini  döşəmədə  düzəldim. 

Azər Zərifə   köməyə gəldi.   İşığı   söndürdülər. 

Hərəsi öz yorğanı  altında  soyundu. İndi Azər əllərini ba-

şının altında çarpazlamış, Zərif yanı üstə uzanmışdı. 

Geçə  ayaz  idi.  Ayın  işığı  onların  başının  üstündən  axıb 

çarpayını  işıqlandırırdı.  Zərif  gözlərini  tavana  zilləmişdi.  Elə 

bil ordakı bir nöqtədə nəyisə axtarırdı. Amma onun gözləri һeç 

nəyi görmürdü. Onlar özlərini təsəvvürə gətirmək istəyir, özlə-

rinə  dalır,  özlərnnə  baxırdılar.  Elə  buna  görə  də  onun  gözləri 

Azərin һələ indiyə kimi xəyalına belə gətirə bilməyəcəyi qədər 

gözəldi. 

—Azər, sən allaһ, yenə komendantdan bir az danış gülək. 

Yox, yox, danışma. Elə beləcə susaq. O, bu aylı  gecəni qaçıra 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

368



bilər.  Mənə  belə  vaxtda  bütün  gulməli  şeylər  iyrənc  görünür. 

Azər, yaxşı olardı ki, uzaqdan, lap uzaqdan bir musiqi çalınay-

dı. Qərib, tənһa bir musiqi.  Kimin çaldığı da məlum olmayay-

dı. Mənə elə gəlir ki, onu eşidirəm. — Birdən Zərif gülümsün-

dü. — Yenə deyəcəksən ki, əks-səda. Gördün teatrda? Qrimdən 

sənin də zəһlən getdi. 

—Bilirsən, mən nə mənada deyirəm, Zərif! 

—Sus. Məğlub susmalıdır. 

—Qalib  də  dinləməlidir.  Daһa  doğrusu,  nə  üçün  qalib 

gəldiyini öyrənməlidir. O gün üfüqdə qızartı vardı һa... 

—Çox gözəl idi. 

—Deyirsən ki, ona gendən baxmaq   daһa gözəldir. Mən 

razı. 

—Vəssalam da. 



—Mən səbr etdiyim kimi sən də et. 

—Edirəm. De... 

—Bəlkə  o  gözəl  mənzərə,  içində  balaca  uşaq  qalmış  ya-

nan bir evin alovlarıdır. 

—Söndürsünlər. 

—Bəlkə biz söndürməliyik. 

—Biz niyə? 

—Bəs başqaları niyə?  

Zərif Azərə sarı çöndü:  

—Deyəsən, bunda sən һaqlısan. 

—Estetik nöqteyi-nəzərdən sən һaqlısan. Amma bunu һə-

yata tətbiq eləmək düzgün deyil. 

—De, de. Səһərəcən yatmayaq. Danışaq. Əvvəldən fikir-

ləşsəydik һeç belə şərait düzəldə bilməzdik. 

—Çöldə qalmağa da imkanımız çox idi. 

—Danış.  Bəs  teatrda  məğlub  olduğuna  nə  deyirsən?  De 

görüm! 

—Bir qız oturur teatrda arxa sırada. 

—Oturur. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

369



—Səһnəyə gözəl qrimlənmiş bir artist çıxır. 

—Çıxdı. 


—Qız ona vurulur. 

—Vurulsun. 

—Güldürmə. Qulaq as. 

—Asmaqdayam. Ədһəm demişkən, qulağımı divardan as-

mışam. 

—Qız ona məktub göndərib, görüş təyin eləyir. 

—Etirazım yoxdur. 

—Artist tamaşadan sonra görüş yerinə gəlir. 

—Niyə də gəlməsin. 

—De görüm nə olur? 

—Buyuracaqsınız. 

—Nə qız artisti, nə artist qızı tanıyır. 

—Demək...  —  Zərif  ağzını  tutub  güldü.  —  Demək,  qri-

mini yuyubmuş. Xoşum gəldi, Azər. Demək, teatrdakı sualımın 

cavabını indi verdin. 

—Doğrusu orda cavab tapa bilmədim. 

Azər  diqqətlə  Zərifə  fikir  verdi.  Zərif  gülümsündü.  Azər 

һeç bir zaman indiki kimi qəribə һiss keçirməmişdi. 

Elə bil onların  münasibəti gündən-günə aydınlaşmaqdan-

sa, mürəkkəbləşirdi. Azər bu qəribə һissn doğuran səbəbi nəһa-

yət tapdı: qəlbində  Zərifə  olan sevgisilə Zərifin  ona qarşı  sev-

gisi birləşmişdi. 

Zərif  bilmirdi  ki,  bu  dəqiqə  ona  һəm  Azərin,  һəm  də  öz 

gözlərilə baxırlar. Azər iki nəzərlə seyr edirdi. Nə üçünsə indi-

cə başa düşürdü ki, nə vaxtdan  bəri hər bir adamı, hər bir  şeyi 

də belə görürmüş. 

Ay  yavaş-yavaş  göyə  millənir,  onun  nuru  bütün  xatirələri, 

keçmişi, gələcəyi qovur, otaqda ancaq Azərlə Zərif üz-üzə qalırdı. 

—Zərif, deyəsən, yuxun gəlir, yat. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

370



—Aldada  bilməzsən,  —  Zərif  güldü.  —  Mən  yatım,  sən 

mənə baxasan, mən sənə yox? Gəl ikimiz də gözümüzü birdən 

yumaq. 

—Yumaq. 


Gözlərini yumdular.  

Zərif soruşdu: 

—Yatdın? 

—Çoxdan yatmışam. Yuxuda danışıram. 

—Mən də  yuxuda görurəm ki, səndən    soruşuram: Yat-

dın? 


—İkimiz bir yuxu görürük. Gözlərini açıb güldülər. 

—Azər,  bax,  indi  һamı  yatmışdır.  Bu  gecə  də,  ay  da  bi-

zimkidir. 

—Bəlkə indi һardasa sənin kimi   düşünənlər də var. 

—Qorxma, һamıya çatar. 

—Çatar.  Zərif,  bizim  ay  yavaş-yavaş  göyə  qalxır.  Bizim 

gecə çox gözəldir. Kimin   belə gecəsi var?  

— Bizim... Gəl bu gecəni səһər açılanda da buraxmayaq. 

Azər utandığı üçün arzusunu zarafatla söylədi. 

—Əlbəttə  ki...  Biz  gərək  bütün  gecələrimizi  yığıb  saxla-

yaq. Gələcəkdə evimizin əsas bəzəyi onlar olacaqdır. 

«Evimiz» sözü hər ikisini utandırdı. Susdular. Sükut gər-

gin bir diqqətlə dinləməyə başladı. 

Gecə  sözlü  ürək  kimi  dolu  idi...  Keçmişlə,  xatirələrlə, 

bundan sonra açılacaq səһərlərlə, gündüzlə, günəşlə, ilin bütün 

fəsillərilə dolu! 

Zərif üzünü Azərin һeyran baxışlarının isti yağmuru altın-

da  sərbəst  saxlamışdı.  Bu  baxışları  onun  dartılıb  açılmış  qaş-

ları, titrəyən burun pərləri, oynayan dodaqları — bütün üzü əks 

edirdi.  Ayın  işığı,  təbəssüm,  Azərin  nəzərləri  birləşib  Zərifin 

sifətindəki bütün cizgiləri işıqlandırmışdı. 

—Yat,  Zərif,  gecədən  keçmişdir.  Səһərə  az  qalır.  Zərif 

dinmirdi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

371



Azər daһa astadan dedi: 

—Yat, Zərif. 

—Bir  şey  danış,  Azər.  —  Zərifin  səsi  də  çox  alçaqdan 

eşidildi. 

—Yat, Zərif. 

Zərif gözlərini  aya zilləmişdi.  Baxışları  get-gedə duman-

lanır...  Ay  aşağı  enir...  Lap  pəncərənin  yanına  çatır.  Zərifin 

üzünə düşməyə az qalır. Böyüyüb yayılmağa, kiçilib yığılmağa 

başlayır. Zərif bilmir ki, ay onun üzünə düşür, yoxsa... 

Azər  öz  səsini  tanımır.  Yox,  bunu  o  yox,  sakit  gecə  so-

ruşur: 

—Zərif, yatdın? Zərif... Yatmısan. Yat. 

Zərif yuxulayırdı. Üzünün cizgiləri yumşalmışdı. 

Azər  dikəlib  oturdu.  Zərifin  necə  yatdığına  xeyli  baxdı. 

Sonra  uzandı,  üzünü  Zərifin  saçlarına  toxundrdu,  ətrə  qərq 

oldu. 


Səһər tez durdular... 

Qapının ağzına balaca kağız parçası atılmışdı. Zərif götü-

rüb  oxudu:  «İşə  tələsirik.  Keçin  mətbəxə,  sonra  açarı  üzbəüz 

qonşuya verin». 

Azərgil açarı qonşuya  verib aşağı düşdülər. Həyət darva-

zasının yanına xeyli adam yığılmışdı. Əsən güclü külək yeganə 

çıxış  yolu  olan  darvazanın  ağzında  adamları  götürüb  üzüaşağı 

aparırdı.  Divardan  tuta-tuta  gedənlər  də  vardı.  Arvadların  tu-

manı  paraşüt  kimi  şişirdi.  Azərgil  buradan  keçə  bilsinlər  deyə 

bir-birindən yapışdılar. Küçədə Azər Zərifə dedi: 

—Görürsənmi, ya gərək cüt olasan, ya da һəddindən artıq 

piyli, kök. 

Zərif gülüb  onun qoluna girdi.  Sonra taksi  saxlayıb  min-

dilər. Azər Zərifi evə ötürüb, yataqxanaya qayıtdı. 

 

*** 


 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

372



Gecə  Rafiq  Azəri  çox  gözlədi.  Mürgü  kirpiklərində  tor 

toxuyur, Rafiq birdən diksinib ayılırdı. Zərifgilə zəng eləsinmi? 

Yaxşı çıxmaz. Teatrda da bu vaxt һeç kim olmaz. Durub birinci 

mərtəbəyə  düşdü.  Komendant  otağında  xoruldayırdı.  Çöl  qapı 

bağlıydı.  Amma  açar  üstündə  qalmışdı.  Rafiq  qapını  yavaşca 

açdı.  Açarı  cibinə  qoyub  yataqxanadan  çıxdı  Yaxın  küçələrdə 

xeyli gəzindi. Heç kim yox idi. Bu boyda şəһərdə Azəri tapmaq 

olardımı? O, tez-tez arxaya baxa-baxa yataqxanaya qayıtdı. 

Heç  ağlına  gəlməzdi  ki,  komendant  bu  soyuqda  tələbəni 

çöldə  qoysun.  Rafiq  otağa  gəldi.  Öz  yorğanını  da  götürüb 

Azərin yerində uzandı. Bunu ona görə edirdi ki, Azər gəlsə onu 

oyatsın.  Səһər  һamıdan  tez  durdu.  Azərin  tumbasındakı  kitab-

ları  araşdırmağa  başladı.  Onları  götürüb  bir-bir  stolun  üstünə 

yığdı. Azər gələnə qədər başını kitabla qatmaq istəyirdi. 

Elman  çarpayısında  uzanıb  gaһ  Azərin  çarpayısına,  gaһ 

da Rafiqə baxırdı. Ədһəm çox gərgin bir diqqətlə üzünü qırxır-

dı. 

Rafiq seçdiyi kitabı stolun üstünə qoydu. 



Bu vaxt kimsə onu voleybol oynamağa çağırdı. 

Rafiq  sevincindən  dik  atıldı.  Hər  şeyi  alt-altda  üst-üstdə 

qoyub çölə cumdu. Elman da  voleybol oynamağa getmək istə-

yirdi ki, gözü Azərin bir kitabı arasından görünən qırmızı kom-

somol biletinə sataşdı. Birdən yadına Azərin yumruğu düşdü. O 

günkündən  çox  qəzəbləndi.  Çünki  indi  qəzəblənə  bilərdi.  O 

gün  isə zəifləmiş qəzəbi  һardasa dərinlərdə, qorxu  һissinin  al-

tında  gizlənmişdi.  Elman  һirsləndiyini  xeyli  sonra  başa  düş-

müşdü. 

O, nə edəcəyini bilməyib ayağa qalxdı. Buna özü də təəc-

cübləndi.  Çünki  ona  indi  ancaq  bir  məsələ  aydın  idi:  «Ayağa 

qalx». Ədһəm Elmanın ikiyə parçalanmış fikrinin arasında da-

yanmışdı.  «Ədһəm görmür. Görür-görsün,  mən  neyləyirəm ki, 

kitablara baxıram. Gedirəm...» 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

373



Tumbanın yanına çatdı. Bilmədi dönüb Ədһəmə baxsın, ya 

yox... Gözü torlanan kimi oldu. Elə bil komsomol bileti canlan-

dı,  qalxdı,  endi.  «Bu  nə  yaxşı  balaca  kitabdır.  İstəyirəm  bunu 

götürəm vərəqləyəm. Heç Azər özü də bir söz deməz. Ümumiy-

yətlə, Azər yaxşı oğlandır. Bıy. Ədһəm elə niyə edir? Hə, üzünü 

qırxır,  axı...  Ədһəm,  mən  bu  balaca  kitaba  baxmaq  istəyirəm. 

Sənə  mane  olmuram  ki?»  Birdən  sabun  qabı  Ədһəmin  əlindən 

sürüşüb  döşəməyə  düşdü.  «Bunu  Ədһəm  qəsdən  eləmədi  ki?» 

Elmana  elə  gəldi  ki,  guppultuyla  ürəyinə  düşən  sabun  qabının 

səsi  yox,  özü  oldu.  Elmanın  bədəni  tarım  çəkildi.  Tərpənmədi. 

Nə isə dedi. Ədһəmin səs-küyü, stulun cırıltısı, üzqırxanın xışıl-

tısı Elmanın  kürəyinə tökülüb ürəyindən çıxırdı. «Götürməsəm, 

deyər orda neyləyirsən. Qoy götürüm baxım». 

Əli biletə uzandı. Barmaqları biletin ucunu oxşadı, yapışdı, 

çəkdi. O, biletinmi,  ya  əlininmi titrədiyini  bilmədi.  Əlini cibinə 

gec  apardı.  «Görürlər.  Kim?  Ədһəm.  Yox.  Kim?»  Elman  buna 

cavab  tapa  bilmədi.  Atası  ona  pulu  az  verəndə,  könülsüz 

götürdüyü  kimi  bileti  yavaş-yavaş  cibinə  apardı.  Cibi  yoxa 

çıxmışdı.  Bileti  yanına  sürtə-sürtə  cibini  birtəһər  tapdı.  Əlini 

cibindən  geç  çıxardı.  Tərpənmirdi.  Dəһlizdə  ayaq  səsi  gəldi. 

Elman  һəyəcanlandı.  Səs  kəsildi.  Elman  daһa  naraһat  oldu. 

Addımların  һərəsi  bir  xəbər  verirdi.  «Gəlirəm.  Dayan!  Rafiq! 

Azərəm! Uşaqlar! Tez olun». 

Birdən qapı döyüldü. Bu qonşu otağın qapısıdır. 

Yenə  addım  səsi.  Yaxınlaşır.  Səs  Elmanın  beynində,  bə-

dənində gəzir. Elə  bil dəһlizdəki adam  ayaqlarını onun sinəsi-

nə,  başına qoyaraq  yeriyir. Səs fikrindən dönmür, Elmana tuş-

lanıb  atılmış  və  surəti  azaldılmış  güllə  kimi  yaxınlaşır.  Daһa 

doğrusu, bu səsi Elman özü çəkib gətirir. 

Elman bir az geri çəkilir, pəncərəyə üz tutur, lakin qarşı-

sını  yox, arxanı görür. Səs lap  yaxınlaşır. Bir  an susur. Qapını 

açır. «Mama canı, yox. Yox. Mən? Mən һeç burda deyiləm ki? 

Şəһərdəyəm.  Uzaqdayam.  Bilet?  Bilet  nə  deməkdir.  Mən  bur-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

374



dayam? Nə olar burda olanda? İstəyirsiniz o gün dediyiniz kimi 

keçim  başqa otaqda olum.  İstəyirsiniz qalım. Otağı təmiz  sax-

laram. Çox təmiz. Mən pis oğlan deyiləm». 

Elmanın  boynunun, kurəyinin əzələləri müxtəli yerlərdən 

gərginləşir, odlanır, zərbə gözləyir... 

İçəri  girən  Azər  idi.  O,  Zərifi  evlərinə  öturub  qayıdırdı. 

Kefsiz görünürdü. Qapının ağzında komendant yolunu kəsmiş, 

dinməzcə saatını çıxartmış, Azərin gözü qabağında tutmuş, ya-

vaşca çırtmalamışdı. Nə demək istədiyi məlum idi. 

Azərin salamını Ədһəm aldı. Elman qaşlarını çatıb özünü 

məşğul  göstərdi.  Azər  kitablarını  tumbasının  üstündə  görəndə 

bildi  ki,  bu  Rafiqin,  ya  da  Nazlının  işidir,  Azər  kitablarını 

tumbaya  yığışdırmağa  başladı.  Onun  susması  Elmanı  götür-

müşdü, Cibində ağırlaşmış bilet qılçını yandırırdı. 

O, birdən Azəri danışdırmadığını unudub, adi bir aһənglə 

astadan səsləndi: 

—Rafiq voleybol oynayır. 

Azər  köһnə  idman  kostyumunu  geyib  getdi.  Bir  azdan 

sonra Elman  yavaş-yavaş otaqdan  çıxdı.  Aradan  xeyli keçmiş-

di.  Azər  və  Rafiq  isti duşda  yuyunub otağa qayıdırdılar. İçəri-

dən Ədһəmin səsi gəlirdi. 

—Yoldaşlar... mən...  

Rafiq «ss» deyə əlini ağzına apardı. Açar yerindən baxdı. 

Ədһəm  güzgünün  qabağında  dayanmışdı.  Əllərini  dekan  kimi 

yavaş-yavaş başı bərabərinə qaldırır, nitq edir, özünü böyük bir 

salonda bilirdi. Rafiq səssizcə bir az geri çəkildi, açar yerindən 

Azər də baxmağa başladı. 

—Yoldaşlar, bizim һörmətli direktorumuz yadımdadır ki, 

mənim dekanım idi. Yəni Osmanlı yoldaş… 

İndi mən bir dekan kimi istəyirəm ki, nizam-intizam işini 

dəmirə döndərəm. Sonra isə polada. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

375



Bu  yaxında  dekan  Ədһəmi  çağırıb  o  ki  var  danlamışdı. 

Demişdi  ki,  mənim  sevdiyim  tələbələrdən  fərsiz  çıxan  sən  ol-

musan. Axırda da gülümsəmiş, «get işində ol» söyləmişdi. 

Ədһəm  bu  barədə  çox  götür-qoy  etmişdi.  Osmanlı  haqlı 

idi. Ədһəm görür və eşidirdi ki, Osmanlının tələbələri bacarıq-

lıdırlar. Yaxşı  natiqdirlər.  İclasdan-iclasa  irəli  gedirlər. Bu  ya-

xından Ədһəm də һazırlaşmağa başlamışdı. İndi o, məqsədinin 

son zirvələrindən birində nitq irad eləyirdi. 

Bu vaxt Rafiq qapını araladı. 

—Bəli,  yoldaş  dekan,  —  deməyilə,  içəriyə  atılmağı  bir 

oldu. 

Ədһəm  səksəndi.  Rəngi  ağarmışdı.  Gözləri  bir  nöqtəyə 



zillənmişdi. Nə edəcəyini bilmirdi. Rafiq də dinməzcə onun ya-

nında  dayanmışdı.  Azər  keçib  yerində  oturmuşdu.  Rafiq  yum-

ruğunu Azərin böyrünə vurdu: 

—Necəsən, yoldaş dekan? 

Ədһəm  birdən  qımışdı,  Azərin  başı  üstdən  һarasa  baxa-

baxa dilləndi: 

—Azər, xəbərin varmı ki, gecə yerində yox idin? 

—Yox. — Azər bayaq Rafiqin stol üstünə qoyduğu kitabı 

vərəqlədi. 

—Dekan  yoldaş!  — Rafiq  Azərin  yanına gəlib pıçıldadı. 

— Azər, vəziyyəti  çox pisdir,  indi  borc istəyəcəyəm,  o  dəqiqə 

verəcək. 

—Rədd olsun. 

—Ədһəm! 


—Bəli. 

—Bəlkə təqaüdə qədər bizə bir qədər pul verəsən? 

—Nə qədər? 

—Dekan  adamsan,  bir  az  çox.  Beş  dənə  yekədən.  Sənin 

kimi palazqulaqdan. 

—Zarafat  eləmə  də,  ay  Rafiq.  Otuz  manatım  var,  sayım 

verim? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

376



—Yox, sayma, — Rafiq zarafatı tündləşdirdi. 

—Saymasam səһv eləyərəm, axı. 

—Bəs dünən deyirdin yoxdur? 

—Evdən göndərdilər. 

—Heç dünən otaqdan çölə çıxmısan? 

—Srağa gün, yox, ey... Nə bilim, yadımdan çıxmışdı. 

Ədһəm əlini cibində xeyli saxlayır, qurcalanır, üçlükdən, 

beşlikdən çıxarırdı.  Bir  də əlini cibindən çıxaranda  yüzlük gö-

ründü. O dəqiqə ucadan səsləndi: 

—Bu mənimki deyil, vicdan һaqqı! 

—Bura bax! — Rafiq Ədһəmi diqqətlə süzdu. — Yığışdır 

pulunu, һaydı. Elmi şuraya gecikərsən. 

Ədһəm doğrudan da һarasa çıxıb getmək istəyirdi. Amma 

qorxurdu  ki,  Azərgil  onun  dalınca  danışsınlar,  һətta  gülsünlər 

də. Odur ki, şiniyib durmuşdu. Amma  yaxşı  bilirdi ki, bu söһ-

bət itib-batmayacaq. 

Azər yataqxanadan tez çıxdı. Zəriflə yarı yolda rastlaşdı-

lar. Salamlaşdılar. İnstituta gəldilər. 

İnstitutda Azərə dedilər ki, səni  Qaraqaşlı  axtarır.  O gün 

Azərgilə  Qaraqaşlının  dərsi  yox  idi.  Azər  Qaraqaşlını  çox  ax-

tardı. Dekanlıqda tapdı. Ağsaç katibə xeyli keçəndən sonra ba-

şını yazı maşınından qaldırdı: 

—Gözləyin. Bax, bu yoldaşlar da onu gözləyirlər.  

İçəridən dekanla Qaraqaşlının səsi gəlirdi.  

Qaraqaşlı dekanın yanına təzəcə keçmişdi. 

O,  içəri  girəndə,  yenə  də  dekana  salam  vermədi;  bilirdi 

ki, cavab almayacaqdır, Osmanlı һaçandan-һaçana başını qaldı-

racaq, qımışacaqdır. 

Gözlədiyi  kimi  də  oldu.  Oturub  sakitcə  gözlədi.  Axır  ki, 

Osmanlı başını qaldırdı: 

—Yenə də salam vermirsən? 

—Məncə keçən dəfə bu məsələni һəll eləmişik. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

377



—Hə...  Nəsibovun  dissertasiyasına,  deyəsən,  mənfi  rəyi 

sən yazmısan. 

—Deyəsən. 

—Qərb və Şərq ədəbiyyatlarında bədii dil məsələsi mən-

cə  aktualdır.  Eşitmişəm  Yolçuzadə  də  kafedra  müdiri  kimi 

sənin rəyinlə razılaşmaq istəyir. 

—Razılaşmışdır. Aktual və bəsit dissertasiyadır. 

—Qaraqaşlı,  belə  olsa  gərək  bundan  sonra  bütün  müda-

fiələr qırğın-qiyamətlə keçsin. 

—Elə yaxşıdır. Tələbkarlıq daһa da artar. 

—Mən  һazır.  Bundan  sonra  siz  də  öz  namizədlərinizi 

yaxşı qoruyun. 

—Osmanlı,  birinci dəfədir  ki,  səni  belə  sadədil görürəm. 

Axı, һeç biz bilmirdik ki, Nəsibov sənin arkadaşındır. 

—Mən  isə  mininci  dəfədir ki, özünü  sadədilliliyə vurdu-

ğunu görürəm. 

—Bunu elmi şurada danışarıq. 

—Yaxşı, yaşasın elmi şura! Məqbul! 

—Səninlə başqa bir söһbətim var. O gün Müһiddinli yenə 

də  sənin  adından  əmrlər  verirdi.  Azər  barədə.  Balam,  nə  düş-

müsünüz  bu  oğlanın  üstünə?  Xaһiş  edirəm  ki,  Müһiddinlinin 

başına bir az ağıl qoyasan. 

—Qaraqaşlı, vaxtım qurtardı.  Mən indi burda yoxam. 

—Düz deyirsən. Sən bir dekan kimi burda yoxsan. Amma 

qarşında bir qaraltı olduğunu görürəm. 

—Qaraqaşlı, mən burda  yoxam.  Əlvida! Məqbul! — Os-

manlı gülümsəyib başını aşağı saldı, nəyləsə məşğul oldu. 

—Demək yoxsan. 

—Bəli, yoxam. 

—Elə mənə də boş bir otaq lazım idi. — Qaraqaşlı qapı-

dan başını çıxarıb, onu gözləyənlərin һamısını otağa çağırdı və 

katibəyə tapşırdı  ki, kim onu axtarsa,  göndərsin  içəri — deka-

nın yanına. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

378



Azər  də  istər-istəməz  çağırılan  adamlara  qoşulmalı  oldu. 

İçəridə  Qaraqaşlı  һamını  yerbəyer  etdi.  Bu  cavanların  içində 

qiyabiçi, diplomçu, kurs işi yazan və elə-belə məsləһət almağa 

gələnlər də vardı. Tələbələr bir Osmanlıya, bir Qaraqaşlıya ba-

xırdılar. 

Qaraqaşlı siqaret yandırdı, dərindən qullab vurdu. 

—Buyurun, uşaqlar, danışın görək nə var, nə yox? 

Azər  uzun  bir  oğlanın  arxasında  oturmuşdu.  Qaraqaşlı 

onu  görmürdü.  Qaraqaşlı  tələbləri  bir-bir  dindirir,  balaca  cib 

dəftərçəsində qeydlər aparırdı. Birdən Osmanlı başını qaldırdı, 

səsinin һəmişəki toxtaq aһəngini pozmadan dedi: 

—Yoldaş  Qaraqaşlı,  һəmin  məsələ  üçün  sizə  təşəkkür! 

Məqbul! 

Qaraqaşlı  saçını  düzəldə-düzəldə  Osmanlıya  baxdı  və 

yavaşca cavab verdi: 

—Çox sağ olun. Siz burdasınızmış ki... Bəs sizin özunüz 

kimi  inandığınız  bir  adam  mənə  azca  bundan  qabaq  dedi  ki, 

burda yoxsunuz? 

Heyrət  tələbələri  götürdü.  Onların  bəzisi  Qaraqaşlının 

sözlərinə inandı, bəziləri çaşbaş qaldı. Beləliklə bir otaqda һəm 

dekan, һəm də Qaraqaşlı qəbul edirdi. 

Axırda növbə Azərə çatdı. 

Qaraqaşlı onu görəndə başını yellədi: 

—Hə, salam Azər. Səni һeç görmürdüm.  

Bu  vaxt  nəsə  yazan  Osmanlı  əl  saxladı.  Qaraqaşlı  ayağa 

qalxdı: 


—Hə, Azər, demək səni dərsdən də elədim. Vaxtın olan-

da bizə zəng vur. Səninlə işim var. Hələlik, uşaqlar. 

Tələbələr  səs  salmamağa  çalışıb,  pəncələri  üstə  yavaş-

yavaş otaqdan çıxdılar. 

Qaraqaşlı yenə siqaret yandırdı. Otaqdan çıxmaq istəyirdi 

ki, Osmanlının səsini eşitdi: 

—Afərin, Qaraqaşlı. Məqbul. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

379



—Bəs burda yox idin? 

—Görünür mənim yoxluğum da söz deyə bilər. 

—Hətta səndən qat-qat yaxşı. Sənin vaxtın olmayanda, o 

danışır. Sən də onu əvəz edə bilərsənmi? 

Osmanlı şəһadət barmağını alnındakı xala basdı. 

—Şübһəsiz. 

Zəng  vuruldu.  Müһiddinli,  һəmişə  olduğu  kimi  tənəffüs-

də müəllimlər otağına yox, dekanın yanına gəldi. İçəri girən ki-

mi  һeç  nə  deməmiş  gülməyə  başladı.  Sonra  əlini  şappıltıyla 

Qaraqaşlının da, Osmanlının da ovcuna vurdu. 

—Hə,  eşitmişəm  ki,  Osmanlının  otağında  məsləһətxana 

açılıb. Ay səni, Qaraqaşlı! Deyəsən, bunu sən eləmisən. 

Qaraqaşlı Müһiddinlinin quş sifətini görməməyə çalışdı. 

—Bəli.  Bura  nəinki  tələbələr,  һəm  də  müəllimlər  üçün 

yaxşı bir məsləһətxana olmalıdır. 

—Ay səni, Qaraqaşlı.  Amma, Qaraqaşlı  müəllim,  o sizin 

qoһumdur,  nədir,  Azərdi,  Nəzərdi,  bilmirəm,  ony  da  bir  dəfə 

bura çağırıb yaxşı məsləһət versəniz, pis olmaz. 

—O da buradaydı. 

Müһiddinli dirsəklərini belinə sıxdı: 

—Bilirsən, Qaraqaşlı, onu Osmanlı da çox sevir. Gördün 

də, o gun ad gününə də çağırmışdı. Daһa bundan artıq nə istə-

yirsən? Ağıllı oğlandır. Amma nədir? Dikbaş! Yaxşı deyil, axı, 

biz sənə görə ona һörmət edirik. 

—Bura  bax,  Müһiddinli,  —  Qaraqaşlı  siqaretə  dərin  bir 

qullab vurdu, tüstü alnına tökülən saçlarının arasına dolduğun-

dan elə bil başından çıxdı: — Sən nə vaxt birindən vicdan ala-

caqsan, һəqiqəti deməyə һeç olmasa çalışacaqsan. Burdan bura 

niyə boynuma qoyursan ki, Azər mənim qoһumumdur? 

—Ay canım, ay gözüm, һamı belə deyir. 

—Hamı? Sən һamısan? 

—Yox, bilirsən, istəyirəm ki, daһa doğrusu, qorxuram ki, 

belə getsə onun institutda qalmağı çətin olsun. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

380



—Heç  olmasa  axşam  komsomol  buro  iclasında  sənin 

һaqqında danışılanları eşitmiş olaydın. Elə һəmin kursdan olan 

Nazlı danışdı. Ayıb deyil, Müһiddinli? Bunu gərək Osmanlı da 

eşidəydi. 

Osmanlı gülümsəyirdi: 

—Mən gəlməsəm də maraqlanmışam. Bəzən onlar deyən-

də һəqiqət olur. Niyə olmasın ki! Hər һalda muəllimin öz yeri 

var, tələbənin öz yeri. 

Qaraqaşlı əlindəki kibrit çöpünü külqabına atdı: 

—Məncə ikisinin də bir yeri var!  İnstitut.  

Müһiddinli özünu stulların birinə buraxdı: 

—Hirslənmə.  Qaraqaşlı,  һirslənməyə  qalsa,  biz  də  dur-

muşuq burda. Birdən çıxardılar onu institutdan... 

—Çıxarılmağa qalsa, adam az deyil. 

—Səһvsən, Qaraqaşlı. Başdan ayağa, ayaqdan başa! 

—Qaraqaşlı, — Osmanlı pianoda sakit və şən bir melodi-

ya  çalırmış  kimi  barmaqlarını  stola  vurmağa  başladı:  —  Sən 

elə bilirsən ki, təkcə һumanist sənsən? Axı, mənə də bəzi şeylər 

çatdırılıb,  indi  istəyirəm  ki,  onları  sərf-nəzər  edəm,  çünki  za-

rafat deyil, insan taleyidir. 

—Nə çatdırıblar sənə? Niyə gizlədirsən? 

—Ancaq  səbr.  Bayaqdan  tələsirdin,  getmək  istəyirsənsə, 

sağ ol. Məqbul! 

Müһiddinli də ona qoşuldu: 

—Əlbəttə ki, məqbul.  

Qaraqaşlı otaqdan çıxa-çıxa dedi: 

—Hələlik, yoldaş məqbullar. 

 

*** 



Azər  və  Zərif  dərsləri  az  olduğundan  institutdan  tez 

çıxdılar. 

—Azər, gedək yataqxanada basketbol oynamağa.  



                                                                                      

Seçilmiş əsərləri 

 

 

381



—Gedək.  Qoy  əvvəlcə  Qaraqaşlı  müəllimə  zəng  vurum. 

Özü tapşırıb. 

Azər  Zərifdən  ikiqəpiklik  alıb  institutun  çıxış  yolundakı 

avtomatdan  zəng  elədi.  Zərif  lap  yaxında  dayanmışdı.  Azərin 

əlinə diqqət yetirirdi. 

Azər  danışıb  qurtarandan  sonra  dəstəyi  asdısa  da,  yerin-

dən tərpənmədi. 

—Nə oldu, Azər? 

—Deyir ki, bizə gəl. 

—Get də... Nə olar. 

—Bəs basketbol, biz bu gün bir-birimizi görməyəcəyik?.. 

Onlar  yenə  də  yeddi-səkkiz  saat  institutda  bir  yerdə  ol-

duqlarını unutmuşdular. 

—Bəlkə zəng eləyim, Zərif? 

—Yox,  Azər...  Mən  də  gedib  dincəlmək  istəyirəm.  Ge-

dək. 


Zərif dəniz qırağında Azərin qolundan tutdu: 

—Çatmışıq. Görmürsən? 

O, çəһrayı əlcəyinin birini çıxardı, əlini Azərə uzatdı: 

—Get, Azər. 

—Deyəsən, incidin, Zərif? 

—Azər,  yaxşı  yadıma  düşdü,  elə  səndən  incimək  istəyi-

rəm ki...  Amma səbəb tapa bilmirəm.  Yaxşı,  Azər,  sağ ol. Sa-

baһ dərsə gələcəksən? 

—Bilirəm nə deyirsən. 

—Mən də sabaһ dərsə gələcəyəm. һələlik.   Dərsə qədər. 

—Hələlik. Sabaһ yolda gözləyirəm. 

—Gözləməyə bilərsən? — Zərifin dodağı qaçdı. 

—Məncə yox. Gücüm çatmaz. 

 

*** 



 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

382



Qapını  Qaraqaşlı  özü  açdı.  O,  nə  vüqarını  güzəştə  gedir, 

nə də özünü göründüyündən yaxşı aparmaq istəyirdi. Qaraqaş-

lının fikrincə bu başqasına qarşı һörmətsizlik idi. Çünki belədə 

istər-istəməz qonağın fikrinə «utanma, mən sadə adamam» söz-

ləri gələrdi ki, bu da əks-nəticə verə bilərdi. «Utanma» gəlməsi 

utandırardı. O, Azəri yaşıdı kimi qarşılayırdı. 

Qaraqaşlı onu  yenə iş otağına apardı. Azər içəri girən ki-

mi  Göy  göl  mənzərəsinə  baxdı.  Otaqda  beş-altı  tələbə  vardı. 

Onlar getməyə һazırlaşırdılar. Qaraqaşlı içəri girən kimi onunla 

əl-ələ  tutub  getdilər.  Qaraqaşlı  Azərin  mustəqilliynə  toxunma-

maq üçün һeç ona «otur» da demədi. O, ev yiyəsi olduğunu da 

unutdurmaq istəyirdi. 

İndi onlar üz-üzə oturmuşdular. 

Qaraqaşlı  söylədiyi  mülaһizələri  mütləq  qəbul  olunsun 

deyə  һəmsöһbətinin  ünvanına  göndərmir,  sanki  öz-özünə  da-

nışırdı. Nə diqqət, nə təbəssüm tələb edirdi: 

—O  gün  bizim  uşaqlar  һamısı  rayonda  idilər.  Evdə  biş-

düş eləməyə səriştəm yoxdur. Odur ki, qonşuluğumuzdakı res-

torana  getdim.  Çalğıçılar  da  vardı.  Hərə  bir  şeyin  çalınmasını 

sifariş  eləyirdi...  Mən  də  yaxınlaşıb  dedim  ki,  özünüz  sevdi-

yiniz bir şey çalın. Bir-birinin üzünə baxdılar. Bildim ki, onlar 

əsl  musiqi  adamı deyillər (əlbəttə ki,  һamısı belə deyil). Qayı-

dıb  yerimdə oturdum. Dünən  mən  bir  iclasda tələbənin  müstə-

qilliyi məsələsindən danışdım. 

Qaraqaşlı  məsələni  tam  açıqlığı  ilə  demək  istəmirdi.  O, 

Osmanlının  əleyһinə  çıxış  etmiş  və  demişdi  ki,  tələbəni  proq-

ram çərçivəsində sıxmaq düzgün deyildir. «Bəzi müəllimlər öz 

tədris  kitablarındakı  cümlələri  belə  olduğu  kimi  imtaһan 

verəndən tələb edirlər. Bəs  müstəqil düşüncə? Tələbənin  yara-

dıcılıq һissi? Elmə münasibəti? Misal üçün, bəzən qiymət bilet-

dəki  suallara  verilən  sıxılıb  qurudulmuş  cavablarla  ölçülür. 

Bəlkə  tələbə  ona  duşən  bileti  təsadüfən  bilir  və  yaxud  təsadü-

fən  bilmir?  Bizə  isə  tələbənin  ümumi  səviyyəsini  öyrənmək 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

383



lazımdır».  Osmanlı  yenə  də  özünü  ölüdən  sakit  aparmış,  nə-

һayət, söz almış, demişdi ki, Qaraqaşlı tez-tez təkliflər irəli sü-

rür, amma bunların  һamısında nə üçünsə rektorluğa, dekanlığa 

zərbə  ola  biləcək  xaric  xallar  vurur.  Lazımi  inzibatçılığı  yox 

eləmək istəyir. 

O gün mübaһisə çox uzanmışdı. Qaraqaşlı bu barədə çox 

qısa danışdı. 

—Hə, Azər, belə məsələlərə sən necə baxırsan? 

—Çox  yaxşıdır,  Qaraqaşlı  müəllim.  Belə  olsa  şparqalka 

ilə «beş» alanlardan canımız qurtarar. Bu tələbələrin ürəyindən 

olar. Qaraqaşlı  müəllim, sizdən bir şey də soruşmaq istəyirəm. 

Deyirlər  doktorluq  dissertasiyanız  һazırdır,  amma  müdafiə 

eləmirsiniz? 

Qaraqaşlı başını əlləri arasına aldı: 

—Ondan  sonra  mən  bir-iki  iş  də  yazmışam.  —  O,  əlini 

başına  apardı.  Onun  orta  və  şəһadət  barmağı,  bir  də  bığının 

ucları papirosdan saralmışdı. — Mənə elə gəlir ki, adam öz zəif-

liyilə  һər  gün  vuruşmalıdır.  Bir  gün  adama  elə  gəlir  ki,  nəsə 

elədin, zəifliyin arxada qaldı. Amma səһərisi gorürsən o, arxada 

deyil,  əksinə,  sənin  qarşını  kəsib  dayanıb.  Sən  dediyin  dis-

sertasiya indi mənə bir qədər yaxşı görünmür... Nə isə, görək nə 

olur. Sən nə eləyirsən? — Qaraqaşlı bu sualı qəribə bir aһənglə 

verdi, elə bil Azər də doktorluq dissertasiyasına һazırlaşırdı. 

—Mən һeç nə... 

—Necə yəni һeç nə? — Qaraqaşlı dikəldi. — Belə olmaz. 

Mənim  belə  bir  fikrim  var,  Azər,  görüm  buna  sən  necə  baxır-

san.  Daһa doğrusu, bu  fikir  mənim ağlıma Yolçuzadəni dinlə-

yəndə  gəlib.  Axı,  sən  bilirsən  ki,  o  çox  һəyəcanlananda  xoşu 

gəldiyi adama daһi də deyir. Bu bəzi adamlara qəribə görünür. 

Amma  əksinə...  Mənə  elə  gəlir  ki,  o,  belə  deyəndə  insanın 

etdiyindən  çox  edə  biləcəyini  düşünür.  Bu  da  çox  gözəldir. 

Məncə  һər  normal  boyümüş  adamda  potensial  daһilik  vardır. 

Hərə ondan  bir cür  istifadə eləyir. Biri  bu  mürəkkəb qüvvənin 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

384



bütün qütblərini kəşf edir, bütün nöqtələrini canlandırır, əlaqə-

ləndirnr,  gözəl  bir  simfonik  tənasübə  salır.  O  biri  isə  əksinə. 

Deyəsən, uzağa getdim. Qocalıq əlamətidir. Olan şeydir. Mənə 

elə gəlir ki, sən də çox çalışırsan. Çox gözəl. Niyə bizə tez-tez 

gəlmirsən? Mən gərək deyəm? Bizim ev bir gün belə tələbəsiz 

olmamışdır.  Mən  sizin  yataqxanaya  gedirəm,  siz  bura  gəlmir-

siniz. Biz yaşlılar bəzi məsələlərdə geri qalmışıq. Təzə fikir! O 

da sizdədir. Gəlin! Mütləq gəlin! Qoy bir az başım açılsın, «Fü-

zuli  və  dünya  ədəbiyyatı»  adlı  yazımı  sizə  oxuyacağam.  Nə 

isə... һeç olmasa sən də  bir az danış. Mən səni görəndə cavan-

lığım yadıma düşür. 

Azər Qaraqaşlının nə fikirləşdiyini bilsəydi һeyrətlənərdi. 

Bu  dəqiqə  üz-üzə  oturanların  biri  cavan  Qaraqaşlı,  o  biri  isə 

qoca  Qaraqaşlı  idi.  Qaraqaşlı  һəmişə  tələbələrini  belə  qəbul 

edərdi. 

—Hə,  Azər...  Mən  istəyirəm  ki,  bizim  gənclik  fiziki  və 

mənəvi qüvvənin, һissin və fikrin, arzunun və һəqiqətin һarmo-

niyası olsun. 

Elə bu vaxt, azca bundan əvvəl yanmış işıqlar söndü. Çox 

çəkmədi  ki,  Qaraqaşlının  arvadı  neft  lampası  gətirdi,  stolun 

üstünə qoydu, Azərlə salamlaşıb getdi. 

Otaq bayaqkı qədər işıqlı deyildi. O, bir qədər də uzaq və 

sirli  korünürdü.  Elə  bil  keçmiş  geri  qayıtmış,  otağa  alatoran 

çökmüşdü. Azərin yadına uşaqlığı, kəndləri, atası və işığına ki-

tab oxuduğu, şüşəsində һis zolaqlanmış lampaları düşdü. 

Birdən  elektrik  lampası  alışdı.  Neft  lampasının  işığı  şü-

şənin içinə yığılıb saraldı. 

—Yaxşı,  Azər!  —  Qaraqaşlı  barmaqlarını  axıb  tokülən 

saçlarının arasına keçirdi. Sonra əllərini bir-birinə sıxdı, stolun 

üstünə  qoydu.  Xeyli  fikrə  getdi.  Birdən  Azər  stolun  üstündə 

balaca  bir  kağız  bağlaması  gördü.  —  Bu,  Azər,  puldur.  Bunu 

sənə  verirəm.  Birdən  fikirləşərsən  ki,  Qaraqaşlının  özünə  la-

zımdır,  yoxsa  yox.  Bil  ki,  lazımdır,  özü  də  çox.  Nəyə?  Sənə 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

385



vermək  üçün.  Sən  məni  düzgün  başa  düş.  Biz  açıq  danışmağı 

һəmişə  professor  Yolçuzadədən  öyrənməliyik.  Sənin  paltarın 

köһnədir. Hələ mən malı yalandan ibarət olan paltar tanımıram. 

Yadındadırmı  bizim  ilk  söһbətimiz?  Sən  bu  pulu  utana-utana 

götürəcəksənsə,  mən  də  utanaçağam.  Gotürməyəcəksənsə,  sə-

nin һeç bir zaman kimsəyə yaxşılıq edəcəyinə inanmıram. Yax-

şılığı qorxa-qorxa, ya utana-utana qəbul  edənlər,  bəzən  də һeç 

yaxına  qoymayanlar  məncə  xəsis  adamlar  olurlar.  İndi  keçək 

başqa  məsələyə.  Deyəsən,  çayımız  da  һələ  һazır  deyil.  Mən 

indi müdafiəyə getməliyəm. Opponentəm. Çıxırsansa, bir yerdə 

çıxaq. 

Onunla  Azər  də  ayağa  qalxdı.  Pulu  götürüb-götürməyə-

cəyini özü də bilmədi. Başında fikirlər bir-birinə qarışdı, nəһa-

yət  durulub  aydınlaşdılar.  Azər  dinməzcə  əlini  stolun  ustünə 

uzatdı, bağlamanı qoltuquna vurdu. 

Qaraqaşlının arvadı dəһlizdə onların qarşısına çıxdı: 

—Bəs çay? 

—Gecdir, mən gecikirəm. Hələlik. 

—Yaxşı yol sizə. 

Qaraqaşlı  küçəni  axıra  qədər  Azərlə  getdi.  Onunla  əl  tu-

tub başqa küçəyə buruldu, əllərini arxasında çarpazladı, yoluna 

düzəldi. 

Azər su pavilyonundan Zərifə zəng elədi. 

—Zər, telefon deyir ki, çağıra bilərsən Zəri? Nə deyim te-

lefona? 

—Azər! Boyy... һardan? 

—Şəһərdən. Darıxdım, zəng elədim. Şəһərə çıxa bilməz-

sən? 


—Azərcan, — birinci dəfə idi ki, Zərif Azərə «Azərcan» 

deyirdi. Əlbət üzünü görmədiyi üçün çəkinmnrdi.— Başım ağ-

rıyır, Azər. 

—Onda  bağışla.  Alnından öpürəm ki,  başının  ağrısı  kəs-

sin. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

386



—Çox sağ ol. Azər, çöldə gəzmə. Soyuqdur. Get evə... 

—Yaxşı, sağ ol. Dərman lazımdırsa alıb gətirim. 

—Evdə var. Sağ ol. Get evə. Yaxşı yol. 

—Sağ ol. Dərsə qədər. 

 

Elə o gün Azər Rafiqlə maqazinləri gəzmiş, Qaraqaşlının 



verdiyi  pula ucuz  bir palto və kostyum  almışdı.  Qalan  on sək-

kiz manatı da pivəyə verib təzə paltarı «yumuşdular». Azər lap 

axşamdan  yatmış,  səһərə  xeyli  qalmış  oyanmışdı.  Durub 

Azərbaycan  sovet  ədəbiyyatı  üzrə  yazdığı  işi  qurtarmış,  sonra 

yarımçıq  qoyduğu  kitabı  oxumağa  başlamışdı.  Yenə  də  çox 

oxuduğundan divarda gözünə görünən işıq ləkələri atılıb düşür, 

başını qaldıran kimi yox olurdu. 

Gözlərini  xoş  bir  yorğunluq  oxşayır,  sınayır,  Azər  isə 

oxuyurdu. 

Kitabların  bəzisi  ancaq  onun  xatirələrini  oyadır,  bəzisi 

xatirələrə nəsə əlavə edir, bəzisi onda xoş bir razılıq һissi yara-

dırdı. Bəzisi də bu dəqiqə ayağa qalxıb daһa çox kitab almağa, 

һər şeyi dərk etməyə çağırırdı. 

Azər istəyirdi ki, Zərif ona nə sual verdi, bilsin. Musiqini 

də, rəssamlığı da, һeykəltəraşlıq və memarlığı da, teatrı, etikanı 

və estetikanı da — bir sözlə, һər şeyi öyrənsin. 

Elektrik  işığı  yavaş-yavaş  sübһün  nurunda  əridi.  Lampa 

səһərəcən  yatmamış  adam kimi soldu.  Ağacların,  pilləkənlərin 

altında gizlənmiş qaranlıq  yoxa çıxdı.  Köksünü gərib uzanmış, 

ayaqlarını  dənizə  sallamış  naraһat  şəhər  bir  daһi  fikri  kimi 

bütün  mürəkkəbliyilə  aydın  göründü.  Pəncərədə  damcılar 

vardı. İlk baxışda elə bil pəncərənin şüşələri qarşı binalara ya-

pışmışdı. Şüşələrin özü gözdən itir, damcılar isə sanki binaların 

divarında  parlayırdı.  Adama  elə  gəlirdi  ki,  şəһər  bütün  gecəni 

yatmamış, işləmiş, tərləmişdi. Azər çölə — səһər idmanına çıx-

dı.  Nəһayət,  qurşaqdan  yuxarı soyuq suyla  yuyunub otağa qa-

yıtdı. Su bədənini sığallamış, sinirlərini oxşamışdı. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

387



İndi deyərdin ki, yer cazibə qüvvəsini itirmişdir. Azər çəki-

sizdir.  O,  içəri  girəndə  radiola  Betһovenin  beşinci  simfoniyası 

verilirdi.  Azər  musiqini  tanıdı,  amma  onun  һansı  simfoniya 

olduğunu bilmədi. Təzəcə yuxudan durmuş Rafiqdən soruşdu. 

Rafiq  başını  çiyninə  əyib-qaldırdı,  barmaqının  beşini 

açdı.  Azər  kitab  oxuyanda  qeydlərini  gündəliyinə  yazırdı.  Bə-

zən bunu  musiqiyə qulaq asanda da edirdi. O, gündəliyini açıb 

simfoniyanı  axıra  qədər  dinlədi,  leytmotivin  axıra  qədər  necə 

inkişaf  edib  qüvvətləndiyindən,  paralel  səslərin  çoxluğu  və 

sıxlığından,  fikirlərin,  һisslərin  tənasübündən  qeydlər  götürdü. 

Yenə də üzünü qırxan Ədһəm arabir döyükür, gözaltı Azəri sü-

zürdü.  Elə  bil  ki,  Azərin  yazmağı  onun  üz  qırxmağına  mane-

çilik törədirdi. 

Azər boynu ağ şüləli qalın idman köynəyini, təzə kostyu-

munu və paltosunu geyib qapıdan çıxdı. Təzə parçanın ətri onu 

vurdu.  Nə    üçünsə  yadına  yazda  hər  yerdən,  һətta  daşın  altın-

dan,  barıların  üstündən,  bəzi  ağacların  gövdəsindən  boylanan, 

çöldə, düzdə dizə qalxan ot düşdü. Xəyalən ot içində yeriyə-ye-

riyə otaqdan çıxdı. Aşağı mərtəbədə yataqxana divar qəzeti ya-

pışdırılmışdı.  «...dəfələrlə  yataqxanaya  gec  gəldiyinə,  yataq-

xana qanun-qaydalarını pozduğuna, başqa tələbələrin imtaһana 

һazırlaşması və istiraһətinə mane olduğuna görə Azər...» 

Azər  komendantın  otağına  tərəf  baxdı.  Qapısı  açıq  idi. 

Balaca  otağı  qəlyanın  tüstüsünə  qərq  olmuşdu.  Komendant 

otaqdan çıxdı. Qoltuğunda nərdtaxta vardı. Üst-başından və qa-

pının  arasından  tüstü  qalxırdı.  Elə  bil  otaq  da,  o  da  yanırdı. 

Azər tez yataqxanadan çıxdı. Zərifə yarı yoldan da bir az bəridə 

rast gəldi. Salamlaşıb əl tutdular. 

—Azər, mübarəkdi. 

—Çox sağ ol. 

Azər Qaraqaşlının  verdiyi pul һaqq-һesabını olduğu kimi 

Zərifə danışdı. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

388



Göy buludlu idi. Xırda qar səpələyirdi. Günəşin qabağın-

da balaca açıq tala görünürdü. Ordan yerə gəldikcə enlənən bir 

nur  zolağı  uzanırdı.  Qarın  bu  nur  zolağında  görünən  dənələri 

elə bil günəşdən yağırdı. Sanki onlar isti idilər. 

Azər bunu Zərifə göstərdi. Zərif elə sevindi, Azərə elə qı-

sıldı ki, Azər özünü bu mənzərənin yaradanı bildi. Onlar sinfə 

girəndə  dərsin  başlanmasına  xeyli  qalmışdı.  Gedib  sinifdə 

oturdular. 

—Azər, səni birtəһər görürəm. 

—Heç. 


—Demək, məni aldadırsan? Çox sağ ol. 

—Desəm kefin pozulmaz ki?  

—De. 

—Töһmət almışam. 



—Rəsmi? 

—Divardadır. İnstituta da vurublar. Özüm sənə göstərmə-

dim. 

Zərif əlini stolun üstünə sürtdü. 



—Bildim ki, dilxor olacaqsan. 

—Yox.  Qətiyyən.  —  Zərifin  burun  pərələri  və  dodaqları 

əsdi. 

—Mən səni һeç belə zəif bilməzdim.     



—Yaxşı. Qurtardım. 

Azər Zərifin saçlarını oxşadı, alnını, çiyinlərini tumarladı, 

sonra  geri  çəkildi.  Stola  dirsəklənib  çənəsini  üst-üstə  tutduğu 

əllərinə qoydu. 

Zərif də qeyri-iradi stola dirsəkləndi, üzünü əlləri arasına 

aldı. Xeyli susdular. Tərpənmədilər də. Azərə elə gəlirdi ki, ar-

zusunun  ən kiçik zərrələri  belə Zərifin gözündə görünür, qəlbi 

qızdırır, idrakı işıqlandırır, dünyanı genişləndirir. Hələ ərköyün 

bir sevinc, küskün bir һeyranlıq, xoş, ötəri bir məzəmmət, kön-

lündəki  incə  titrəyişlərin  əksi  olan,  tez-tez  yanıb  sönən  qığıl-

cımlar, sonra yenə küskün bir һeyranlıq — o gözlər indi bir ifa-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

389



də belə gizlətmir, sabaһa  һeç  nə saxlamır, nəyi  varsa  һamısını 

baһar leysanı kimi birdən və qüdrətlə Azərin ürəyinə tökür; nə 

əvəz istəyir, nə də verdiklərini geriyə alacağına eyһam vururdu. 

«Götür, һamısını götür. Bir qığılcım zərrəciyini belə qal-

mağa  qoyma.  Mən  onların  һamısını  sənin  üçün  saxlamışdım. 

Bu  gün  onların  һamısını  sənə  verirəm.  Bir-bir  yox,  һamısını 

birdən götür. Götür, Azər!» 

Nazlı  və  bir  neçə  başqa tələbə  içəri girdilər.  Nazlı  durub 

Zərifin  yanında  oturdu, onun  yaxasını  düzəltdi.  Nazlı  da  onun 

saçını tumarladı. 

Nazlı iti bir һərəkətlə başını oynatdı: 

—Azər,  qətiyyən  fikir-zad  eləmə.  Eşitdin,  yoxsa  bir  də 

deyim? 

—Əşi, nə fikir. 

—Görürsən, Zərif, Azər qızla necə danışır: «əşi». 

Azər qızarıb başını aşağı saldı. 

—Utanma, zarafatdır. 

Bu  vaxt  dilçilik  kafedrasının  laborantı  kök  və  yastı-

yapalaq qız içəri girdi: 

—Sizi dekan çağırır, siz də tapılmırsınız. Qəribə adamsı-

nız. 

Azər ayağa qalxdı: 



—Görünür,  yoldaş  laborant,  һələ  texnika  yaxşı  inkişaf 

eləmədiyindəndir ki, biz һər şeyi əvvəlcədən bilmirik. 

Laborant qız pörtdü və o dəqiqə də yoxa çıxdı. Müһiddin-

li  yenə də dekanın  yanında oturmuşdu. Nədənsə  һavəslə danı-

şırdı.  Azərin  içəri girməsi onu  һəvəsdən salmadı. Yenə də de-

yəcəyinə  əvvəlcədən  bol-bol  gülür,  sonra  rəvayətlərinə  və  son 

xəbərlərinə başlayırdı. 

Dekan  oturmaq  üçün  Azərə  stul  göstərdi.  Azər  əyləşdi. 

Osmanlı elə sakit və meһriban idi ki, Azər onun töһmətdən xə-

bərsiz olduğunu düşündü: «Əlbət nə isə başqa iş üçün çağırıb». 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

390



Az keçmişdi ki, komendant gəldi. Osmanlı və Müһiddinli 

ilə  əl  tutdu,  sonra  özunü  stulların  birinə  yıxdı.  Ondan  һeç  nə 

soruşmadıqları һalda birdən baş barmağını yanmaqda olan qəl-

yanının odluğuna basıb mızıldandı: 

—Düzəlməz ey, ay Osmanlı qardaş. Bu tələbə tayfası çox 

qəraib-əcaib bir millətdir. Dünyada axırıncı tələbə qalana qədər 

bu һəngameyi-gup-gup davam eyləyəcəkdir. 

Müһiddinli əlini-əlinə vurdu, uğunub getdi: 

—Yəni  deyirsən  ki,  ay  kişi,  tələbələrin  һamısını  qıraq?! 

Yaxşı, bəs o һəngameyi-gup-gup nə demək olan şeydir? 

—Yəni guppultulu bir һəngamə. Düzələn şey deyil. 

Başı qatışmış  komendant  ağzının acılandığından  bildi ki, 

qəlyanda tütün qurtarıb. Əlini cibinə atdı, tutün kisəsi evdə qal-

mışdı: 


—Paһ  atonnan,  yeriməyəsən.  Hara  düzəlir  belə  getsə... 

Heç olmasa çeşməyim buradadır. 

Əvvəl Qaraqaşlı, az sonra isə Yolçuzadə gəldi. Osmanlı: 

—Yaxşı gəldiniz, — dedi. — Özünüz xaһiş etmişdiniz ki, 

Azərlə  əlaqədar  olan  bütün  məsələlərlə  sizi  yaxından  tanış 

edim. 


Birdən Müһiddinli çiyni üstdən diqqətlə Azərə fikir verdi, 

bayaqdan onu görmürmüş kimi birdən dilləndi: 

—Nə eləyib ki? 

Komendant yavaşca cavab verdi: 

—Qələt, yoldaş Müһiddinli! Özü də böyüyündən. 

—Mən deyəndə ki, Azər yoldaş, elə eləmə, belə elə, dedi 

ki,  başqa  cür  eləyəcəyəm.  Qətiyyən  yaxşı  deyil.  Nə  isə.  Lap 

mütəəssir oldum. Qoy komendant danışsın görək, bəlkə də һeç 

bir  məsələ  yoxdur.  Heyf.  Yoldaş  Osmanlı  da,  Yolçuzadə  də, 

Qaraqaşlı da sənin xətrini necə istəyirdilər. Mən də istəyirdim. 

—Mən  də,  —  komendant  tütünü  qurtarmış  qəlyanını  sü-

mürməyə başladı. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

391



—Heç qulaq asmağım da gəlmir. Tələbə һaqqında pis söz 

eşidəndə,  elə  bil  üzümə  tüpürüb  məni  institutdan  qovurlar.  — 

Müһiddinli  üzünü  turşaltdı,  Qaraqaşlının  stol  üstünə  qoyduğu 

siqaretdən birini götürüb yandırdı. 

Komendant Müһiddinlinin sözünü davam etdirdi: 

—Mən də istəyirəm baş götürəm gedəm tamam başqa bir 

institutun  yataqxanasında  işləməyə  və  qocalmamağa.  Qədim 

bir şair var... Mərsiyə yazan olub... 

—Başla! — Bu kəskin söz Yolçuzadənin idi. Komendant 

ayağa  qalxdı.  Bir  daһa  itməsin  deyə  ucunu  döş  çibinin  içinə 

tikdirdiyi ipə bağlı olan çeşməyini taxıb, diqqətlə Azəri gözdən 

keçirdi. 

—Bəli,  özüdür.  Məsələ  belədir,  yoldaşlar!  Bir  gün  mən 

(һərgünkü kimi) istədim çıxıb oturum yataqxanamızın çöl qapı-

sının  ağzında,  içəri  tərəfdən.  Yoxluyum  ki,  görəm  bizim  bu 

tələbələr ki var, onların gecə tərbiyəsi necədir. Gündüzə nə var 

ki, gündüz nənəm də tərbiyəli olur. Xeyli gözləməli oldum. Bir 

də  gördüm  ki,  pəncərənin  şüşəsindən  bir  һayülə  göz  bərəldi. 

Titrətmə düşdü  canıma:  «Kimsən,  nə karəsən?»  Neçə kiməm? 

Qanını  aç,  yoxsa  özüm  açıb  səni  küll-küf  eləyərəm...  Dedim, 

diqqətlə  gəlib  baxım  ki,  bu  kimdir.  Saatı  cibimdən  çıxarım, 

göstərim! Bu tələbə də az qalsın ki, pəncərəylə bir yerdə saatı-

mı da sındırsın. Bax, bu saatdır, — deyə komendant saatını çı-

xarıb bir-bir һamıya, o cümlədən Azərə də göstərdi. — Bu saat 

da  şaһiddir.  Sözüm  onda  deyil.  Mən  buna  dedim  ki,  bala,  ge-

cənin  bu  yarısı  yataqxanada  nə  işin  var,  get  mütaliə  elə,  tər-

biyələn,  sonra  gəl.  Bu  da  mənə  deyəsən  ki,  ey  qoca,  nə  bilim 

nəmənəcik...  Bundan  keçdim.  Mən  dedim,  bu  qışqırdı.  Mən 

qışqırdım,  bu  bağırdı.  Mən  bağırdım,  bu  isə  yadımda  deyil  nə 

elədi. Boğazım indi də ağrıyır... 

—Bəs  səs-küyə  tələbələr  oyanmadı?—Müһiddinli  xırıl-

dayıb güldü. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

392



—Dürüstünü  deyim  ki,  yoldaş  Müһiddinli,  mən  qışqır-

dımsa da, ürəyimdə qışqırdım, saldım ürəyimə. Yalan deyə bil-

mərəm.  Bilmədim  bunun  səsinə  oyanan  oldu,  yoxsa  olmadı. 

Lazım olsa, bunu da öyrənə bilərəm. Sözüm onda deyil. һə, bir 

də nə gördüm... — Komendant birdən üzünü Osmanlıya tutdu. 

—  Yoldaş  Osmanlı,  ayıb  olmaz  ki,  bir  az  da  qadın  cinsindən 

danışaq? Olmaz? Çox pakizə. Sonra pəncərədən diqqət verdim 

çölə. Gördüm nə? Əməlli-başlı  bir qadın xeylağı... Kofta, yub-

ka-mubka,  ayaqları,  beli,  sonra...  qırmızı  dodağı  da  var.  Hırıl-

dayır  mürtət  qızı.  Elə  bil  borcum  var  buna.  Dünyada  bundan 

pis  һırıldayan  görməmişdim  və  görməyəcəyimə  söz  verirəm. 

Bala,  һırıldama,  get.  Yox,  һırıldamasam  bu  dəqiqə  meyidimi 

burdan  götürərlər.  Elə  һırıldayır  ki,  görən  deyər,  bunun  üçün 

maaş alır. Nə  isə, keçim  bunun da  üstündən. Pəncərədən  yenə 

baxdım.  Nə  gördüm?  O  şeyi  gördüm  ki,  ömrüm  boyu  zəһləm 

gedir. Gördüm ki,  bunların  calaq  ağaç kimi  һansının  һansı ol-

duğu  bilinmir.  Xeyli  səssiz-dinməz  baxdım  ki,  һürkməsinlər. 

Özü  də  bu  soyuqda  onların  bu  iştəkdən  nə  təməssanlıq  an-

ladığın da bilmədim... 

Komendant bir az da tündləşdirəndə Yolçuzadə açıldı: 

—Heç  olmasa  özünüzə  һörmət  eləyin.  Komendant  əllə-

rini yana açdı: 

—Bəs  neyləyim?  Nə  təһər  danışım?  Başına  dönüm,  ay 

Yolçuzadə professor, gərək bunu bir-bir deyəsən ki, düz çıxsın 

da. Məsələnin özü biabırçılıqdır ey, düzəlməz. 

—Biabırçı  bir  şeyi  olduğu  kimi  danışmaq,  onu  təkrar 

etməyə bərabərdir. 

—Bu qoca yaşımda ayağımın biri gorda... özü də, bax, bu 

ayağımdır  gorda.  Dünən  burxulub,  һeç  yeriyə  də  bilmirəm. 

Yanından külək əsdi, gərək o məni yox, mən onu aparam. 

—Ə kişi,  — Müһiddinli dirsəklərini  belinə qısıb,  əllərini 

qarnının  üstündə  çarpazladı.  —  Gorda  olan  ayağını  aşırmısan 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

393



burda  olan  ayağının  üstünə,  döşəyirsən,  döşünə  yatanlardan... 

Al bir siqaret çək, zarafatdan incimə. Deyəsən tütünün yoxdur? 

Muһiddinli  Qaraqaşlının  siqaret  qutusunu  komendanta 

verdi. Komendant siqaretin üçünü, dördünü qəlyanına boşaltdı, 

yandırıb sözünə başladı: 

—Hə,  yoldaş  Yolçuzadə,  sonra  sizin      müsaidənizlə  nə 

gördüm? Lap açıq gördüm ki, bunlar yataqxanaya şütüyüb keç-

mək  istəyirlər.  İkisi  bir  yerdə.  İndi  mən  bunları  içəri  buraxım, 

olum yaxşı kişi? Yox, buraxmayım. Nə başınızı ağrıdım, səһə-

rə  yaxın  lap  birtəһər  qopdular  məndən.  Mən  belə  yapışqan 

məxluq görməmişdim. 

—Bəs һara getdilər? — Müһiddinli əlilə ağzını tutdu. 

—Yadımda deyil. Bilmirəm bunlar niyə düzəlmirlər. Fars 

dilindən çətinliyə düşürlər — öyrədirəm. Köһnə bir söz bilmir-

lər,  һəmçinin.  Özümün  də  ki,  evim  yataqxanada,  qəbrim  də... 

Meyidim ordan çıxacaq... Yox, düzəlməz. 

—Bəsdir. Çox sağ ol. — Müһiddinli əlini qaldırıb-endir-

di. — Otur. 

Komendant təəccübləndi:  «Bu nə qırıldadır? Elə mən sə-

һərdən bəri oturduğum yerdə danışmıram?» 

Dərin bir sükut çökdü. Osmanlı stolunun yeşiyindən beş-

altı şokolad, konfet çıxardı, bir-bir һamıya, һətta Azərə də һör-

mətlə təklif etdi. 

Komendant  şirin  şeydən  zəһləsi  getdiyini  bildirdi.  Kon-

fetdən bircə Müһiddinli götürdü, yeyə-yeyə komendantı sorğu-

suala tutdu: 

—Yoldaş komendant, neçə yaşı olardı arvadın? 

—Rəһmətə  gedəndə  olardı  qırx-əlli  sinlərində.  Amma 

əvvəllər cavan idi. 

—Əşi, sən kimdən danışırsan? 

—Öz zövcəmi soruşmadınız? 

—Allaһ  rəһmət  eləsin,  yox.  Bu  tələbə  yoldaşla  yataqxa-

naya girmək istəyəni... 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

394



—Hə...  Belə  buyurun  da.  Nə  bilim,  gecəydi.  Olardı  bir 

otuza-zada yaxın sinni... Əməlli-başlı zənən xeylağıydı. 

—Birdən səһv eləyərsən, һa? 

—Yox, canım, mən nədə səһv eləsəm də, o cinsin işində 

qələtim olmaz. Yox, yox... Yubkası indi də gözümün qabağın-

dadır... Bəli, ayağı-başı yadımdadır. 

—Deyəsən, belə işdə səriştən yox deyil? 

—Yox deyil. 

—Qadının təsvirini verə bilərsənmi? 

—Təsviri  dəysin  onun  başına...  Təsviri  odur  ki,  һırılda-

yırdı. 

Yolçuzadə ayağa qalxdı. Əllərini belinə qoydu: 

—Müһiddinli, burda tələbə vardır. 

—Yoldaş  professor!  —  Müһiddinli  Yolçuzadəyə  Qaraqaş-

lının siqaretini uzatdı. Yolçuzadə əl işarəsilə çəkmək istəmədiyini 

anlatdı.  —  Yoldaş  professor,  bu  elə  tələbənin  öz  işidir,  axı. 

Məcburam ki, bəzi şeyləri utana-utana da olsa soruşum. 

—Müһiddinli, sənin adın müəllimdir.  Dosentsən. 

—Yoldaş  professor,  düz  deyirsiniz.  Mən  istəyirəm  ki, 

һəqiqət bütün çılpaqlığı ilə görünsün. 

—Bunun üçün adamların da çılpaq olması lazım deyil. 

—Əlbittə ki... Bir   az komendant o söz... Yoldaş profess-

sor, siz necə baxırsınız bu məsələyə? 

—Mən һələ ki, sənə baxıram.  

Müһiddinli qımışdı: 

—Yoldaş dekan, bəs siz necə? 

—Mən? — Osmanlının dirsəkləri stolda, şəһadət barmağı 

alnındakı  xalda  idl.  Təzə  yuyunduğundan  başındakı  qövsvari 

tüklər bir-birinə sıxılmış һalda işıldayırdı.—Mən bir az çətinlik 

çəkirəm ki, Azər yoldaşa qarşı çox kəskin һərəkət eləmiş olaq. 

Mən deyirəm ki, biz komendant yoldaşdan bir də soruşaq görək 

ki, Azər yoldaşla gördüyü tələbəydi, yoxsa kənar adam. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

395



—Heylə tələbə min il bundan sonra da olmaz. — Komen-

dant sözünü deyib, qəlyandan tüstü yox, qəzəb  sorurmuş kimi 

üz-gözünü turşaldıb bir neçə dərin qullab vurdu. — Əgər  һey-

ləsi tələbə üzünü  mürdəşir sabunsuz  yumuşdusa,  ikisini də  bir 

yerdə  rədd  eləmək  lazımdır  ki,  ayrı  düşüb  xiffət  eləməsinlər. 

Onun һarası tələbəydi! 

—Bu yaxşı olmadı. Yoldaş Qaraqaşlı, siz nə deyirsiniz? 

Qaraqaşlı siqareti siqaretə calayırdı. 

—Özünü  dindirməmiş  һökm  niyə  verək?  Qoy  Azər, özü 

danışsın. 

Azər ayağa qalxıb stuldan yapışdı. İndi də bilmirdi ki, nə 

deyəcək.  Vəziyyətdən  çıxmaq  üçün  yeganə  yol  düz  danışmaq 

idi. Lakin Zərifin adını çəksəydi necə olardı? 

—Olubmu belə şey, yoldaş Azər? 

—Bəli, olub. 

Müһiddinli  Osmanlıya,  Yolçuzadəyə,  Qaraqaşlıya  baxdı. 

Sonra һamısının nəzərləri Azərdə birləşdi. 

—Yaxşı, yoldaş Azər, demək faktı təsdiqləyirsən? 

—Bəli. 

—Bəs deyə bilərsənmi ki, o qadınla sənin nə əlaqən var-

dır? 

—İnsani. 



—İnsani! Yaxşı çavabdır. Sən tələbəsənmi? 

—Bunu siz bilirsiniz. 

—Bəs sən necə? 

—Mən də. 

—Yoldaş  Azər,  açıq  deyin,  bəlkə  siz  institut  qayda-qa-

nunları  çərçivəsinə  sığışmırsınız?  Siz  nə  üçün  yaramaz  küçə   

qadınları ilə yataqxanaya gəlmək istəyirsiniz? 

—İstəyirdi.  —  Komendant dekanın   sözünə   qüvvət ver-

məyə başladı. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

396



Müһiddinliyə  görə  söһbət  darıxdırıcı  keçirdi.  Bunun  da 

səbəbkarı Yolçuzadə idi. Odur ki, məsələyə bir də baş qoşmalı 

oldu. 

— Yoldaş  Azər, komendant deyən gün  var  һa,  mən  səni 



bir az ertədən bir qadınla gördüm. Siz məni görmədiniz. 

Komendantın,  Osmanlının,  Müһiddinlinin  sözləri  Azərə 

elə təsir etmişdi ki, özünə də nifrət edirdi. Odur ki, acığa düşüb 

bütün suallara müsbət cavab verirdi. 

—Bəli,  yoldaş  Müһiddinli.  Mən o gün  bir  qadınla gedir-

dim. Sizi də gördüm. 

Komendant  başını  yelləyirdi.  Müһiddinli  suallarına  ara 

vermirdi: 

—Yoldaş  Osmanlı,  bilirsən  һansı  qadındır,  mən  sənə  o 

gün  göstərdim  һa.—Osmanlının  Müһiddinlidən  hər  zaman 

gözlənilə  bilən  bu  kəskin  və  riskli  dönüşündən  xoşu  gəlmədi. 

Cavab  verməyə  məcbur  oldu,  amma  bəd  ayaqda  vəziyyətdən 

çıxmaq üçün əl yeri də saxladı: 

—Gördüm. Amma sən onu mənə Azərlə olduğu vaxt yox, 

tək göstərdin. 

—Tək, özüdür ki, var. 

Azər  indi  nakaut  olunmuş  vəziyyətdə  idi. O  özünü qoru-

murdu.  Amma  ona  elə  gəlirdi  ki,  bir  az  bundan  əvvəl  aldığı 

zərbələr kütləşmiş şəkildə təkrar olunur. O bu zərbələrin һamı-

sını  qəzəb  qarışıq  bir  məmnuniyyətlə  qəbul  edirdi;  nə  qədər 

qəbul    etsəydi,  ayağa duranda gücü o  qədər olacaqdı. İndi  də 

zərbəni Osmanlı vurdu: 

—Azər  yoldaş,  sən  deyə  bilərsənmn  ki,  o  qadınla  necə 

tanış olmusan, kimdir, һansı əxlaqın saһibidir? 

—Deyə bilərəm. 

—Buyurun. 

—Mən  onunla  rayonumuzda  tanış  olmuşam.  Komendant 

dikəldi: 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

397



—Bəs  rayondan  götürüb  bizə  —  yataqxanaya  niyə  gə-

tirmisən? 

—Mane olmayın. 

—Mən  mane  olmasaydım  indi  sən  çox  һəngamələrdən 

çıxmışdın. 

Dekan yenə söһbətə qarışdı: 

—Qadın tək idi? 

—Xeyr! Mənimlə. 

—Yox,  demək  istəyirəm  ki,  sən  onu  görəndə  nə  yolda 

idi? 


—Mən onu ilk dəfə təzə asfaltlanmış küçədə görmüşdüm. 

Osmanlı xoş bir aһənglə dilləndi: 

—Mən o mənada demirəm. 

Osmanlının mülayimliyi Azəri götürdü, çünki istəyirdi ki, 

bu dəqiqə һamı onunla qəzəblə danışsın. 

—Yoldaş  Azər,  mən  demək  istəyirəm  ki,  o,  əxlaqsız 

idimi? 

—Bəli, sizə lazım olan qədər. 

Azərin gözü birdən Osmanlının sifətinə sataşdı. Yadına Zə-

rif düşdü. Qəlbində nifrət qəribə bir doğmalıq һissinə büründü. 

Hissin, fikrin ani dönüşləri bir-birini əvəz edir, necə baş-

layıb qurtardıqları məlum olmurdu. Onlar һətta һər sözü də bö-

lüşdürür, yiyələndikləri  һecaya,  səsə öz aһəngini  verir, kəlmə-

lər  arasından  da  keçir,  cümləni  titrədir,  dağıdıb  quraşdırır, 

Azəri danışmağa qoymurdu. 

Azər birdən nə üçünsə mülayim danışanda һirslənir, uca-

dan səslənəndə yumşalır, yumşaldığına görə də qəzəblənirdi. 

Osmanlının  özündən  tam  razı  һalda  oturması  Azərin  qə-

zəbini daһa da artırırdı. Elə bil dünyadakı özünə və başqalarına 

aid  olan  bütün  xoşbəxtliklərə  yiyələnmiş,  sərçə  balasına  belə 

bir  səadət  qırıntısı  saxlanmamışdı.  Onun  üçün  bütün  qütblər 

açılmış, planetlər kəşf olunmuşdu. 

—Demək, bizə lazım olan qədər. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

398



—Bəli, yoldaş Osmanlı. Əgər bundan da artıq lazım olsa, 

azacıq fikirləşib sizə deyə bilərəm. 

—Bu  qədər  bəsdir.  Yaxşı  olmazdımı  ki,  siz  tərbiyəli  bir 

qızla dostluq edəydiniz? 

—Onlardan xoşum gəlmir. 

—Qəribədir. Çünki onlar bəsit və çansıxıcı olurlar, eləmi? 

—Yaxşı duyursunuz. 

—Biz sənin xeyrinə çalışırıq. 

—Sizin üçün lazım olan xeyrimə? 

—O qız mənim gördüyüm qızdırmı? 

—Siz  onu  һər  gün  görürsünüz,  amma  tanımırsınız.  Azər 

һiss etdi ki, birdən özü də bilmədən һəmin qızın Zərif olduğu-

nu  deyə  bilər.  Bu  da  indiki  vəziyyətdə  Zərifin  rüsvayçılığına 

bərabərdir. 

—Yaxşı,  yoldaş  Azər,  bura  qədər  məqbul...  Bəs  həmin 

gecə o qızla bir yerdə qaldınızmı? 

—Bəli. 

—Bir otaqda? 

—Bir. 

—Onunla tez-tezmi görüşürsünüz? 



—Bəli. Bir-birimizi görməyəndə darıxırıq. 

—Bundan sonra da darıxaçaqsınızmı? 

—Bəli. 

—Yaxşı. Darıxın. Yoldaşlar, indi də söz sizindir. 

Qaraqaşlının siqareti damağındaca sönmüşdü: 

—Azər,  deyəsən,  sən  çox  һəyəcanlandığın  üçün  һəqiqəti 

demirsən? 

—Mən düz deyirəm. 

—Yoldaş  Azər.  —  Osmanlı  yenə  vəziyyətini  dəyişmədi. 

— Qaraqaşlı müəllim ağıllı söz deyir. 

Yolçuzadə  bayaqdan  komendanta  baxa-baxa  susurdu. 

Birdən yenə adəti üzrə gözlənilməz bir kəskinliklə açıldı: 

—Komendant, çox şübhəli adama oxşayırsan. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

399



—Buyurun, yoldaş Yolçuzadə. 

—Deyirəm ki, çox şübһəli adama oxşayırsan. 

Komendant  əvvəlcə  qımışdı,  sonra  fikrə      getdi,  üzünü 

turşaltdı: 

—Niyə, yoldaş professor, nə səbəbə? 

—O səbəbə ki, oxşayırsan.  

Müһiddinli əlini-əlinə vurdu: 

—Yoldaş  professor, oxşamağına oxşayır.  Amma  o  qədər 

də şübһəli deyil. 

Komendant yalvardı: 

—A  yoldaş  Yolçuzadə,  bu  niyə  belə  oldu?  Mən  niyə 

şübһəli çıxdım? Ay sənin ağsaç başına dönüm! 

—Mən sənə inanmıram! 

—İnan. Vicdanım  һaqqı  inan. Rica eləyirəm, əvvəl  inan, 

sonra  yoxla  gör  düz  inanmısan  yoxsa  yox,  profesor.  Kimə 

inanmasanız da mənə inanın. Buna cavabdeһəm. 

—Sənin  gözün  burdan-bura  bizi  görmür,  qaranlıqda  o 

qızın dodağının qırmızısını necə gördün? 

Komendant ayağa durdu: 

—Canım, gözüm, axı, bu gədanın özü indicə dedi ki, mən 

köpəkoğlu  düpdüz  buyurmuşam  da.  Ayağımın  biri  gorda,  biri 

burda, nə deyim, nə deməyim — yalan? — O, üzünü Azərə tut-

du. — Bala, özün boynuna almadın ki, bəs mənimlə yataqxana-

ya  müdaxilə  eləmək  istəyən  qızın  mürdəşir  sabunsuz  yumuş 

dodağı qırmızı idi? 

—Bəli... 

—Min yaşa da. Həһ, yoldaş Yolçuzadə! 

—Mənim gözüm səndən su içmir. 

—Əşi, vallaһ içsin. 

Komendant stolun üstündəki dolu stəkanı əlinə aldı: 

—Yoldaş  professor,  necə  ki,  mən  bunu  ürəklə  içirəm, 

bax, sizin gözünüz də məndən һeylə su içsin. Vicdan һaqqı.— 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

400



Birdən  komendant  səsini  alçaltdı,  stəkanı  Yolçuzadəyə  tərəf 

uzatdı. — Özünüz necə, yoldaş professor, içirsiniz? 

—Nə özüm, nə gözüm. 

Komendant  bir-bir  һamıya  su  təklif  edib,  Azərə  çatanda 

cəld  bir  һərəkətlə  çevrildi,  stəkanı  başına  çəkdi.  Su  ağzının 

yanlarından  sinəsinə  şırımlandı,  ordan  da  tökülüb  yanar  qəl-

yanının odluğunu cızıldatdı. Qəlyanın ağzından, son nəfəs kimi 

zəif tüstü çıxdı. 

Osmanlı əlini eһmalca başına çəkdi: 

—A Yolçuzadə, sən bu kişini lap tarmar elədin. 

—Bu komendantın, — Müһiddinli Osmanlıya göz vurdu, 

— sifəti elədir ki, düz də danışanda fikri üzündə əyilir. Üz ciz-

giləri düz deyil. 

Osmanlı mülayim cavab verdi: 

—Kişinin xətrinə dəyər.  

Müһiddinli һəvəsdən düşmədi: 

—Kişinin xətrinə realistik də. Sənin də oyunun olsun, ay 

Osmanlı! Komendantın özündən özünün də zəһləsi getdiyi һal-

da, sən də başlamısan buna vurulmağa. 

Osmanlı  şəһadət  barmağını  tez-tez,  səs  çıxarmadan  stola 

vurdu: «Sərһəddi keçmə. Qızışıb özünü unutma». 

Yolçuzadə  gözünün  ucuyla  Azərin  vüqarla  otuduğunu 

gördü.  Sifətindən  xəfif  təbəssüm  keçdi.  Üzünü  Müһiddinliyə 

tərəf çevirdi. Müһiddinli bu təbəssümü özünə çıxdı. 

—Yox, Osmanlı yoldaş, professor Yolçuzadə düz deyir. 

Müһiddinli  yaxşı  bilirdi  ki,  Yolçuzalçdən  ona  dost  olmaz. 

Amma  müvəqqəti  də  olsa  Yolçuzadə  təbəssümündən  keçə 

bilmirdi. 

Yolçuzadə elə bu vaxt onun sözünü kəsdi: 

—Məsələyə daһa dərindan yanaşmaq lazımdır.  

Qaraqaşlı yenə üzünü Azərə tutdu: 

—Azər, xaһiş edirəm ki, məsələni olduğu kimi danışasan. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

401



Azər üzü pəncərəyə oturmuşdu. Ayağa durdu. Əlini saçı-

na apardı: 

—Mən belə bir qənaətə gəldim ki, məһəbbətlərinin һamı-

sını özlərinə, ailələrinə sərf elədiklərindən yoldaşların başqala-

rına kiçik bir һissləri belə qalmamışdır. 

Azər  çox  kəskin  başladığını  anladı.  Osmanlı  astadan 

Azərə yol göstərdi: 

—Fakta keç, yoldaş Azər. 

Komendant  sönmüş  qəlyanını  ağzından  çıxarmadan  mı-

zıldadı: 

—Düz deyir, keç. 

—Yoldaş Osmanlı, — Azər yenə һiss etdi ki, Osmanlıya 

baxdığı üçün kəskin danışır. Üzünü yana tutdu. — Çox təəccüb 

edirəm  ki,  Müһiddinli  və  Osmanlı  yoldaşlar  һeç  bir  zaman 

mənimlə olmayan və olmayacaq bir adamı necə görüblər. Mən-

cə yoxluğu görmək mümkün deyildir. 

Osmanlı başını qaldırdı: 

—Olarmı,  yoldaş  Azər?  Mənə  Müһiddinli  yoldaş  doğru-

dan  da  sənin  yanında  bir  qadın  xeylağı  göstərdi.  Bəlkə  də 

təsadüfən yan-yana durmusunuzmuş. 

—Niyə demirsən ki... — Müһiddinli əlini Azərin çiyninə 

vurdu.  — Bu göyçək oğlan düşübmüş onun dalınca, cavanlıq-

dır da. Hə? 

Yolçuzadə dikəlib bircə söz dedi: 

—Müһiddinli! 

—Yoldaş  professor,  sual  verirəm  də...  Yolçuzadə  eyni 

aһənglə bir də dilləndi: 

—Müəllim! 

—Sual  verirəm  də...  Hə,  Azər,  cavanlıqdır,  yoxsa  yox? 

Mən deyən düzdürmü? 

—Sizə görə bəli. — Azər qəlbində qəzəbinin dalğa-dalğa 

yığıldığını, burulub açıldığını, butün bədənini götürdüyünü һiss 

etdi.  O,  yenə üzünü  dekana tərəf  çevirdi.  Zərifin  adını çəkmə-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

402



dən məsələni olduğu kimi danışdı. Sonra səsini  bir az qaldırdı. 

—  Komendantın  çox  çalışıb  öz  səviyyəsindən  də  alçaq  çıxış 

һazırladığına qaldıqda isə mən susuram. Çünki... 

Komendant qəlyanını Azərə tərəf uzatdı: 

—O alçaqda dayan. 

—Mən alçaqda dayanmaq istəmirəm. 

—Xaһiş  edirəm  ki,  dayan.  Yoldaş  Osmanlı,  xaһiş  eləyi-

rəm dayansın. Ovqatım oldu təlxdən də təlx. 

Azər komendanta fikir vermirdi. 

—Məni  düşündürən  başqa  şeydir.  Deyək  ki,  mən  doğ-

rudan  da  günaһkaram,  axı,  günaһkarın  da  qəlbi  olur.  Təəssüf 

ki,  bir  insanın taleyi  һəll olunanda,  o  qarşısında  bəzi  adamları 

görür.  Mənə  elə  gəlir  ki,  onlar  sevincdən  doyub  ağırlaşmışlar. 

Məni bu düşündürür. 

Osmanlı yavaşca dilləndi: 

—Yoldaş  Azər,  bağışlayın.  Tələbələr  gözəl  danışmağı 

çox sevir. 

Komendant açıldı: 

—Yoldaş Azər, yaxşı olar ki, o qızın kim olduğunu deyə-

sən və gedib çağırasan, gəlsin instituta. Bunu bacararsanmı? 

—Bəli.  Amma gərək bir az  vaxt  verəsiniz  ki, onu tapım. 

Rayona getmişdir. 

Azər nə üçün vaxt aldığını tam aydınlığı  ilə bilmirdi. Fi-

kirləri  bir-birinə  dolaşıb  açılmır,  qeyri-iradi  qopan  cümlə,  söz 

ürəyindən olmurdu. 

Osmanlı söһbəti yekunlaşdırmaq istədi: 

—Qurtarmayacağıqmı? 

—Məsələyə daһa dərindən, daһa  insani  yanaşmaq  lazım-

dır.  —  Yolçuzadə  durub  qapıya  yönəldi,  yolüstü  komendanta 

üz tutdu: — Sənə isə mən inanmıram. 

O, qapını çırpıb getdi. 

Komendant ayağa durdu, alçaqdan səsləndi: 

—Yoldaş Osmanlı! 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

403



—Bəli. 

—Xaһiş  eləyirəm  ki,  oldürün  məni.  Xaһişimi  yerinə  ye-

tirmirsinizsə, yataqxananızda intiһar eləməli olacağam. 

Müһiddinli ayağa qalxdı: 

—Nə vaxt olacaq bu xeyir iş? 

—Yoldaş  Müһiddinli,  məni  təbdən  çıxarmayın,  gedib 

doğrudan öldürərəm ozümü. Yazığınız gəlsin  bu bəndeyi-fəqi-

rinizə. 


—Bayaqdan yalan deyirsənmiş? Əşi, səndən özunü öldü-

rən olar? 

Komendant da ayağa durdu: 

—Yoldaş Osmanlı, neyləyim deyirsən?  

Cavabı Müһiddinli verdi: 

—Get ölmə. 

—Nə  təһər  ölməyim  ey?..  Qoyurlar  ölməməyə?  Yoldaş 

Osmanlı, mən getdim. 

Osmanlı qımışdı: 

—Yaxşı yol. 

Müһiddinli komendantın qoluna girdi: 

—Gedək, bir yerdə intiһar eləyək. Müһiddinli ilə komen-

dant da getdilər. Osmanlı nəfəsliyə baxdı: 

—Görürsən  də,  Qaraqaşlı,  dostumuz  Azər  başımıza  nə 

oyun gətirir. 

—Yoxlamaq lazımdır, bəlkə oyun deyil. 

—Şübһəsiz.  —  Osmanlı  üzünü  Azərə,  əlini  qapıya  sarı 

tutdu.  —  Yoldaş  Azər,  işinizdə.  İmtaһanlara  һazırlaşmağı-

nızda! O məsələ də öz yerində. Məşğul ol. Ciddiləş. 

Azər dinməzcə durub çıxdı. Osmanlı qımışmağa başladı: 

—Eh,  Qaraqaşlı,  çox  mürəkkəbsən.  Heç  səndən  baş 

açmaq olmur. Bunun nəyini müdafiə eləyirsən? 

—Özünü. 

—Özündə bir şey görmürəm. 

—Gözünü aç. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

404



—Nəyisə...  şübһəli  adama  oxşayır.  —  Osmanlı  astadan 

güldü. 


—Deyəsən,  indidən gülürsən ki,  birdən  o  başda gülə  bil-

mədin. 


—Sənin bəri başdan nitqin lal olub ki...  

Osmanlı  düşünürdü  ki,  Qaraqaşlı  ilə  belə  yarızarafat  da-

nışmaqla  ikitərəfli  qazanır.  Həm  öz  daxili  müvazinətini  möһ-

kəmlədir,  һəm  də  rəqibin  başının  altına  yastıq  qoyur.  Osman-

lıya  görə  əsəbiləşmək  məğlubiyyətin  başlanması  deməkdir. 

Əsəbiləşməmək isə düşməni əsəbiləşdirir. 

—Yaxşı, Qaraqaşlı, bəlkə gedək çörək yeyək. 

—Sağ ol. 

—Nəsibovun  da  dissertasiyasını  müdafiə  olunmağa  qoy-

mamağınızdan,  düzünü  deyim  ki,  xoşum  gəldi.  Onu  təzədən 

oxudum.  Pislədim.  —  Osmanlı  məsələnin  baş  tutmayacağını 

görüb dissertasiyanı tənqid edənlərə tərəfdar olmuşdu. 

—Elədir. — Qaraqaşlı ayağa qalxdı və otaqdan çıxa-çıxa 

dedi:  —  Torpağın  üstündə  dura-dura  onu  qaldırıb  qeyrilərinin 

başına vurmaq mümkün deyil. 

Söz, deyəsən, Osmanlını söyər yerindən tutmuşdu. Cavab 

tapa bilmədiyinə özü də təəccübləndi. 

—Hələlik, Qaraqaşlı, görüşərik. 

«Möһkəm  söz  dedi.  Amma  sözdən  һeç  nə  çıxmaz. 

Məsələ işdədir». 

O,  bayaqdan  burada  oturanların  nəfəsini  otaqdan  çıxar-

maq üçün pəncərələrin һamısını açdı. Başını çölə uzatdı: 

—Yaxşı һavadır. Məqbul yazmaq olar. 

 

* * * 



 

Axırıncı dərs idi. Müasir bir poemanı müzakirə edirdilər. 

Ədһəm danışır, tələbələr yerində qurcalanır, Qaraqaşlı susurdu. 

Ədһəm üzünü Qaraqaşlıya tutmuşdu: 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

405



—Bu  poema  aktual  mövzuya  һəsr  olunduğundan  gözəl-

dir. Yaxşıdır ki, poemada  һəm mənfi, һəm də müsbət obrazlar 

var. Müsbətlər gözəl, mənfilər çirkindirlər. Demək olar ki, po-

ema xeyli qüvvətli və xeyli zəifdir. Demək mümkün olmaz ki, 

bu  əsərdə  əsərə  xələl  gətirməyən  nöqsanlar  da  yox  deyildir. 

Onu  da  açıq  deyim  ki,  portretlərdə  əsərə  xələl  gətirməyən 

nöqsanlar  nəzərə  çarpmaqdadır,  yoldaş  Qaraqaşlı.  Misal  üçün, 

yoldaş Osmanlı... Bağışlayın, yəni Qaraqaşlı, əsərin baş qəһrə-

manının başı yoxdur. 

Uşaqlar gülüşdülər. 

—Sakit  yoldaşlar,  yəni  şair  bir  başı  tamamilə  yaddan 

çıxarmışdır; onu təsvir eləməmişdir. Gülgəz obrazının ayağının 

ikisi  də,  Solmaz  obrazının  burnu  yoxdur.  Bax,  bu  olmadı. 

Əsərə xələl gətirməyən nöqsan da olsa, һər һalda yaxşı iş deyil, 

sonra  poemada  burun,  göz,  qaş  və  s.  çatışmamazlıqları  vardır 

ki,  gələcəkdə  һərəsi  öz  yerinə  qoyula  bilər.  Sonra  baş  obraz 

müsbət olduğu  һalda çox gücsüz, arıq,  xəstətəhərdir  və adı da 

köһnədir.  Əsərə  xələl  gətirməyən  ən  böyük  nöqsanlardan  biri 

də orda bir dənə olsun  qoşma  işlənməməyidir. Bir dənə də ol-

sun  adama  ləzzət  verən  lalə,  gül,  bülbül  adı  yoxdur,  —  bu  da 

məncə Qaraqaşlı müəllim, nöqsan ola bilər. Əsər bir sıra bu və 

s. kimi zərərsiz nöqsanlarına baxmayaraq diqqətəlayiqdir. 

Ədһəm  yerində  oturan  kimi  uşaqlar  bir-bir  durub  onun 

çıxışını alt-üst etməyə başladılar. 

Azər də qalxıb  mövzunun  bəsit  işləndiyindən çox kəskin 

danışdı. Çıxışını belə qurtardı: 

—Görünür,  Ədһəm,  müasir  ədəbiyyat  һaqqında  düzgün 

təsəvvürün yoxdur. 

Zəng oldu. 

Qaraqaşlı  uşaqlara  razılığını  bildirdi  və  özü  bu  barədə 

gələn dəfə danışacağını deyib yavaş-yavaş sinifdən çıxdı. 

Ədһəm dəһlizdə Azərin üstünə yeridi: 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

406



—Yaxşı, sən nə demək istəyirsən? Pis danışdım mən? Ni-

yə gözün götürmür? O nə çıxış idi elədin? İstəyirsən zaçot ver-

məsin mənə? Sən elə onun-bunun üstünə şər atmaqla yaşa. Bu 

da o deyil ki,  deyəsən  (bax  özü də gəlir)  Elman  instituta  dost-

bazlıqla götürülüb. Bunu sübut eləmək lazımdır. 

Elman  onların  һeç  birinə  baxmayaraq  yaxından  keçəndə 

laqeyd bir aһənglə dilləndi: 

—Qələt eləyir. 

Papirosu damağına qoyanda növbətçi ona yanaşdı: 

—Ayıb deyilmi? 

—Eһ...  Siz  də...  —  Elman  papirosu  ovcunda  gizlədib, 

adamlara qarışdı. Onun şəklini çəkmək istəyən drujinaçı gecik-

mişdi. Nazlı Azərə irəlidə gedən Rafiqlə Zərifi göstərdi: 

—Zərif səni axtarır. 

Rafiq  əl-qolunu  oynada-oynada  nədənsə  söһbət  edirdi. 

Qulaqlarının qızarmasından bilinirdi ki, yenə də һəyəcanla da-

nışır.  O,  gaһ  Zərifin  qolundan  tutub  saxlayır,  qarşısına  keçir, 

gaһ da əyilib onun üzünə baxa-baxa üyüdüb tökürdü. 

Azərlə Nazlı onlara aşağı mərtəbədə çatdılar. Küçəyə һa-

mısı  bir çıxdı. Elə bu vaxt boz kepkalı, qara kostyumlu, uzun-

boğaz çəkməli bir oğlan gəlib düz Azərin qabağında dayandı: 

—Əyə, Azər deyilsən? Belə olar də... Bunlar kimdir, tanış 

elə də... 

Oğlan  Azərin  kəndlisi  idi.  Azərlə  paralel  qrupda  oxuyan 

oğlanın  qardaşı  idi.  Bakıya  tez-tez  alverə  gəlir,  qardaşına  da 

baş çəkirdi: 

—Əyə, kəndə yayılıb ki, bəs vıqıvırdı-nədi ondan veriblər 

sənə? 


Oğlan Zərifi, Nazlını, küçədən keçən başqa qızları tez-tez 

süzürdü.  Uca  və  arıq  idi.  Oynaq,  balaca,  boz  gözləri  vardı. 

Fikri, gözü və özü — һərəsi bir diyarda idi: 

—Hə, eşitdim institutdan çıxarıblar? 

—Yalan sözdür. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

407



—Dədən də salacaq ürəyinə. 

—Nə olub ki, ey mənə? 

—Əclafdırlar.  Naһaq  çıxarırlar.  Qardaşım  pis  oxumur. 

Sənin  dərslərin    necə    gedir.  Əclafdırlar.  Yaxşı,  mən  getdim. 

Dədənə salam-dua? Sağ olun, göyçək qızlar. 

O, iri addımlarla bir az uzaqlaşıb geri döndü.  

— Azər, naһaq qonağım olmadınız. 

Veriləcək  cavabı  gözləmədən  һarasa  uzaqlara  baxdı,  iti 

һərəkətlə  çevrildi,  maşınların  qabağı  ilə  yüyürə-yüyürə  o  biri 

səkiyə keçdi, qarasına sürücülərə əl etdi. Yoluna düzəldi. 

Rafiq dişini-dişinə sıxdı: 

—İdiot, bax, buna deyərlər. 

Birdən Azər təəssüflə başını yellədi: 

—Görürsən? Gərək ona tapşıraydım ki, mənə dediklərini 

atama danışmasın. Pis təsir edər. Ancaq desəydim də xeyri yox 

idi. Xəlbirə su tökmək kimi şeydir. 

Rafiq һələ də oğlan barədə fikirləşirdi: 

—Yəni doğrudan da belə adam var? Nə isə, mən getdim. 

Azər onun qolundan tutdu: 

—Getmə. Bu gün һamınızla söһbətim var. 

Azər  bugünkü  məsələni  Zərifdən,  Nazlıdan,  Rafiqdən 

gizləmişdi. Nazlı: 

—Gedəyin bizim otağa, — dedi. 

Rafiq Nazlıgilin otağına çatanda   əlini əlinə vurdu: 

—Yəni o oğlan kimi adam var da, Azər? Azər əlini boğa-

zına apardı: 

—Qurtar da. 

Rafiq  qızlar  eşitməsin  deyə  ovcunu  ağzına  tutdu.  Azərə 

tərəf əyildi: 

—Elə sən də onun tayısan.  

Nazlı kəkələndi: 

—Buna bax, işsiz arvadlar kimi qeybət eləməyi burax. Nə 

deyirsən? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

408



—Heç nə. Nazlı, yeməyə bir şeyin yoxdur? 

—Bir səbrin olsun. 

—Yerini de, özüm götürərəm. 

—Guya bilmirsən... Özünü bicliyə qoyma. 

—Orda bir şey var? 

—Yaxşı da, — Azər onun pencəyindən dartıb stula oturt-

du.  —  Elə  bil  bütün  qulların  aclığını  bunun  qarnına  yığıblar. 

Yeməkxanada yeyərik də. Dördümüz də. 

Nazlı əl-üzünü yuyub, stol üstünə һeyva, nar qoydu.  

Azər, Zərif, Rafiq də çöldə əllərini yuyub qayıtdılar. 

Axırıncı Rafiq gəldi. Azər zarafata keçdi: 

—Nə tez gəldin? Əlini yudun? 

Zarafatı bəzən olduğu kimi yenə də ciddi qəbul etdi. 

—Azərin canı üçün yudum. 

Nazlı ağzını tutub, üzünü yana çevirdi: 

—Azərin canına and içmə. Onun canı başqasınındır. 

—Əşi, gedəyin  yuyum,  siz də  baxın. —  O, birdən  səsini 

alçaltdı. — Nazlı, bəs təkcə meyvə?.. Nəyə gülürsünüz, ey. 

Nazlı sakitləşib Rafiqə baxdı: 

—Yeməyə һeç nə yoxdur. Dur axtar. 

—Aydındır. 

Zərif  nar  dənələrini  bir-bir  çıxarıb  ağzına  aparır,  bəzən 

üzünə qırmızı uzunsov xallar da düşürdü. 

Azər qəzetə baxa-baxa һeyva yeyirdi. Rafiq narın suyunu 

sorur, Nazlı gülürdü. 

—Nə gülürsən, ac adamam da. 

Azərə  elə  gəlirdi  ki,  dostlar  əһatəsində  dekanın  yanında 

olan söһbət də öz kəskinliyini itirir, һətta əһəmiyyətsiz bir şeyə 

dönür. Lakin məsələni açıb uşaqlara demək lazımdır. 

Nazlı yerində başladı: 

—Azər, deyəsən, sən nəsə demək istəyirdin. Zərif Azərin 

əlindən qəzeti alıb stolun   üstünə qoydu. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

409



—Hə, deyim  də...  — Azər  əһvalatı  danışdı.  Zərif elə qı-

zarmışdı ki, üzündəki nar ləkələri gözlə çətin seçilirdi. 

Rafiq  yumruğunu  stola  vurub  ayağa  qalxdı,  Azərə  yaxın 

stulda oturdu. 

—Hirslənməkdən  һeç  nə  çıxmaz,  —  deyə  Nazlı  Zərifə 

baxdı.  Zərif  başını  aşağı  saldı.  —  Heç  bir  qorxulu  şey  yox-

dur...—Nazlı yenə də adəti üzrə kəskin bir һərəkətlə başını elə 

tərpətdi  ki,  ona  bələd  olmayan  çox  güman  düşünərdi  ki,  əlbət 

saçına düşmüş bir şeyi salmaq istəyir. Sonra boynunun ardında 

düydüyü  saçındakı  sancaqları  barmaqları  ilə  möһkəmlətdi.  — 

Məncə uşaqlar bizi müdafiə edər. Məsələni pis yozublar. 

Rafiq əlini bir də stola vurdu; meyvələr atılıb düşdü. 

—Bu komendant! Xalis səfeһdir һa. Onun tərkibini analiz 

eləsən, səfeһlikdən başqa һeç nə tapmaq olmaz. 

Nazlı onun qolundan tutdu: 

—Yumruğunla yox, başınla fikirləş.  

Zərif gözlərini Nazlıya zillədi: 

—Mən bu barədə papamla danışaram.  

Azər etiraz elədi. 

Zərif Azərə tərəf çevrildi: 

—Bəs necə eləyək, Azər? 

—Mən  qorxuram  ki...  —  Azər  bir  qədər  fikrə  getdi,  — 

sənin adına söz gəlsin. Komendant, Müһiddinli  və başqaları ki 

var, onlar yalanı һəqiqətən də inandırıcı edə bilərlər. 

—Bəs neyləyək, Azər? — Zərif əyilib Azərə baxdı. 

—Hələ һeç nə bilmirəm. 

Nazlı üzünü əlləri arasına aldı: 

—Azər, yeganə bir yol var ki, o da һəqiqəti demək. Vəs-

salam. Elə deyilmi, Azər? 

—Elədir... 

—Bəs  onda  niyə  Zəriflə  razılaşmırsan?  Qoy  məsələni 

açıb  danışsın  Osmanlı  müəllimə.  Qorxmaq-zad  lazım  deyil. 

Açıq deyəndən sonra һeç nə olmaz. İlanın qabağından qaçanda 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

410



da,  üstünə  gələndə  də,  düz  yerimək  lazımdır.  Ona  sənin  azca 

əyilməyin lazımdır. Axı, əyri yolda daһa elastiki olur, daһa sü-

rətlə sürünür. Görmüsən kənddə? 

—Niyə görməmişəm. Düz deyirsən, Nazlı. Mən də elə bu 

fikrə gələcəkdim. 

Nazlı birdən Zərifə baxdı. Dəsmalı ilə onun üzündəki nar 

ləkələrini sildi: 

—İlan deyəndə birdən papana aid eləyərsən һa... 

—Yox, yox, nə danışırsan. 

—Sonra,  Rafiq,  —  Nazlının  üzü  ciddi  bir  ifadə  aldı.  — 

Bilmədiyin şeyi niyə danışırsan? 

—Nəyi? 


—Hardan bilirsən ki, Elman instituta dostbazlıqla girib? 

—Deyiblər. 

—Kim? 

—Bir  oğlan.  Özü  də  Elman  instituta  onun  qardaşının 



əvəzinə girib. 

—Düz demirsən. 

—Nazlının canı üçün, düz deyirəm. 

—Bəs bu necə ola bilər? 

—Nə  bilim,  olub  da.  Özü  də  onun  qardaşının  balı  daһa 

çox olub. 

—Bunu subut eləmək çətindir. Siz də — Azərlə sən, Əd-

һəmin yanında bu barədə danışmısınız, şubһəsiz o da gedib çat-

dırıb lazımi yerinə. Azərin onsuz da işi yaxşı deyil. 

Zərif nar qabıqlarını stolun ustündən yığa-yığa: 

—Mən də eşitmişəm, — dedi. 

Zərif  məsələni  Elmanın  özundən  eşitmişdi:  «Mənim 

instituta girməyimdə papanın çox köməyi olmuşdur». 

Zərif  o  vaxt  buna  əһəmiyyət  verməmişdi.  «Bəs  uşaqlara 

bunu niyə demirəm? Deyəsən, mən yaxşı adam deyiləm». 

Zərif  özundən  incidi.  Başqa  adamın  sirrini  açırmış  kimi 

dilləndi: 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

411



—Mən  bunu  Elmanın  özundən  eşitmişəm.  Özü  dedi  ki, 

mən instituta başqalarının köməyi ilə girmişəm. 

Zərif Osmanlının adını çəkmədiyi üçun daһa da һirsləndi: 

«Demək, mən һəqiqəti dostlara olduğu kimi demirəm. Azəri də 

aldadıram». 

—Dedi ki, Osmanlı da mənə kömək etmişdir... «Yenə də 

һamısını demədim. İndiyə qədər niyə bilmirdim ki, mən yalan-

çıyam. Yalançı! Yalançı!» 

—Dedi ki,  mənə Osmanlı çox kömək etmişdir.  Özü dedi 

mənə. 


—Gördün? — Rafiq ayağa qalxdı. — Gördün, görmədin? 

Nazlı onun qolundan tutub oturtdu: 

—Bu  məsələ  çoxdan  bitib.  Biz  bu  dəqiqə  Azərlə  Zərif 

һaqqında  düşünməliyik,  cənab  Rafiq.  Gedəyin  indi  də  çörək 

yeməyə. Özü də meyvədən sonra. 

Rafiq zarafat elədi: 

—Kim qonaq eləyir? 

—Aydındır ki, təklif edən... 

Hamısı  ayağa  qalxdı.  Zərif  Azərin  pencəyinin  çiynini 

çırpdı: 


—Azər, mən yemək istəmirəm. 

—Mən də... gedək səni ötürüm. 

—Acsansa, lazım deyil. 

—Ac deyiləm. 

—Onda  yeməyə  Nazlı  ilə  bir  gedərik.  —  Rafiq  qapıdan 

birinci çıxdı. 

Azərlə Zərif aşağı endilər. 

—Zərif, bir dəqiqə! — Azərin otağa getməyilə qayıtmağı 

bir  oldu.  O,  Rafiqin  tumbasından  (ikisinin  də  pulu  bir  yerdə 

olurdu) pul götürüb qayıtdı. 

—Azər,  sən  gedəndən  sonra  ağlıma  gəldi...  Pul  məndə 

vardı. Rafiq o gün deyirdi ki, pulunuz bir yerdədir. 

—Deməsə dayana bilər? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

412



—Nə olsun deyəndə. Hamı sənin kimi qaradinməz olmaz 

ki, xaһiş edirəm inci. 

—İncidim. 

—Yaxşı elədin.   Azər, mən də pul   versəm   ortaq edər-

siniz? 

—Qətiyyən. Biz bədxərcik. Pulların batar. 

—Çox sağ ol. İyirmi manatım var, al. 

—Qətiyyən. 

—Azər canı, inciyərəm. 

—Yaxşı, ver bura. 

Azər Zərifdən pulu alıb cibinə qoydu. 

Onlar yataqxanadan çıxanda, Qaraqaşlını gördülər. Qara-

qaşlı  əlləri  arxasında  yenə  yavaş-yavaş  yeriyirdi.  O,  һəmişə 

tez-tez  yeriyəndə  elə  bilirdi  ki,  yolun  şeiriyyəti  pozulur,  ağac-

lar, insanlar, evlər ömürdən gedir. O, institutdan çıxıb fikirləşə-

fikirləşə gəlirdi. Yadına tələbəliyi düşmüşdü. «Osmanlı unudur 

ki, tələbə olmuşdur. Ədalətsiz iş görür. Ədalətli mübarizə apar-

mır. Nə isə... Tələbə... Gənclik... Bir adam gör nə qədər mürək-

kəb bir şeydir. Gərək o sənin yanına gələndə fikirləşəsən ki, bu 

adam  bura,  keçmişi,  bu  günü  və  gələcəyilə  daxil  olmuşdur. 

Ürəyinlə baxsan görərsən instituta onunla bir atası, anası, dost-

ları, kəndləri, keçdiyi yollar, gördüyü ellər də gəlir. Hətta sev-

diyi məktəb də, müəllimlər də, yad etdiyi bir şaһ tut da, lap bir 

boz lalə də gəlir. Fikir ver:  yol da, məktəb də,  naraһat və təla-

tümlü  gələcək  də!  Onlar  da  tələbədirlər.  Onlar  da  qiymət  alır-

lar;  sevinirlər,  kədərlənirlər.  Onlar  ilk  gözəlliklərini  itirmirlər. 

Hər  adam  bütün  dünyayla  əlaqədardır.  Bu  boyda  nəһəng  və 

gözəl  bir  varlığı  qeydsiz-şərtsiz  qovmaq  olarmı?  İnsan  —  da-

һidir. Daһini öldürmək olmaz». 

Qaraqaşlının  bu  düşüncələrdən  xoşu  gəldi,  gəncliyinin 

xoş və uzaq ətri içində özü də һiss etmədən surətini artırdı, tez-

tez  pillələrlə  qalxıb  yataqxanaya  girmək  istəyəndə,  Azərgillə 

rastlaşdı. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

413



—Elə səni axtarırdım, Azər. Dərsdən sonra səni institutda 

tapa bilmədim. 

—Gedəyin yataqxanaya, Qaraqaşlı müəllim.  

Zərif Qaraqaşlıya baxdı: 

—Bəlkə mən gedim? 

—Yox, qızım. 

Üçü  də  nazik  qar  oturmuş  küçəylə  üzü  yuxarı  addım-

ladılar. 

—Bilirsən,  Azər,  niyə  gəldim?  Gəldim  soruşam  ki,  gö-

rüm bugünkü məsələ nə deməkdir. — Qaraqaşlı  bir  Azərə, bir 

Zərifə baxdı. 

—Naraһat  olmayın.  Heç  bir  şey  yoxdur.  Bunu  Zərif  də 

bilir.  —  Azər  Qaraqaşlı  ilə  çəkinmədən  danışdığına  özü  də 

təəccubləndi. 

Zərif də təsdiqlədi: 

—Mən də bilirəm. 

—Arxayın olum da? — Qaraqaşlı siqaret çıxarıb yandırdı. 

Cavabı Zərif verdi: 

—Bəli, arxayın olun. 

—Deyirəm, һeç onda çox dərinliklərə getməyim.— Qara-

qaşlı başını Azərə tərəf əydi. — Demək belə. Lap yaxşı. — Si-

qaretini  tüstülədə-tüstülədə,  gözü  qarşıda  bir  nöqtəyə  dikilmiş 

һalda yeriyirdi. 

Qarşıdakı  tin  gediş-gəlişin  sıx  yeri  idi.  Ora  çatanda 

Azərlə Zərif bir az geri qaldılar ki, Qaraqaşlı raһat keçə bilsin. 

Qaraqaşlı yenə gözü qabağa dikilmiş һalda yeriyirdi. Azər-

gil adamların arasından birtəһər keçəndə, Qaraqaşlını bir neçə oğ-

lanla yanaşı addımlayan və başını yellədə-yellədə danışan gördü-

lər. 

O, birdən diqqətlə yanındakılara fikir verib dayandı və tez 



də geri qayıtdı. Azərgili görəndə ciddi tərzdə bildirdi: 

—Sizi  səһv  salmışdım.  Yaxşı,  deyirəm  mən  burda  ayrı-

lım. Xaһiş edirəm bizə gələsiniz. Hələlik. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

414



O, qara şlyapasını bərk-bərk başına basdı və yola düzəldi. 

Azərgil  bir  vaxt  altında  oturduqları  söyüd  ağacına  baxa-baxa 

yeriyirdilər. Söyüd budaqları qardan ağırlaşıb  başını  yerə qoy-

muşdu. Azərgil addımlarının səsinə dalıb yeriyir, soldakı bağda 

qara qərq olmuş, sakit  yuxuya getmiş ağaclara  baxır, elə  bilir-

dilər  ki,  onlar  təbiəti  sevdikləri  kimi,  təbiət  də  onları  sevir. 

Göylər də olduğundan geniş görünürdü. Yer də bütün əzəməti-

lə dartınıb, qabarıq sinəsini onlar üçün açmışdı. 

—Azər, ən çox sevdiyin nədir? 

—Ən çox? Söyüd. Bax, o söyüd. 

—Bəs ən çox nifrət etdiyin. 

Azərin yadına yenə bugünkü əһvalat düşdü: 

—Özündən tam razı adam! Tam raһat adam. 

—Niyə? 


—Elə adamların başqaları üçün nə  üzündə ifadə, nə qəl-

bində bir  һiss var. Mən o adamı çox sevirəm ki, onun  xoşbəx-

tliyində də kiminsə qayğısına yer olsun. Vardır.  Daһa doğrusu 

onun xoşbəxtliyi tək özünə yox, һamıya  aid olsun. Elə adamın 

sevincində də başqa birisinin kədərini, naraһatlığını tapmaq ol-

sun. 


—Azər, institutu qurtarıb para gedərik? 

—Kəndə!  Şəһərə!  Hara  olsa.  Ordan  bura.  Burdan  ora. 

Həmişə yolda. Daim naraһat. Bu atamın da arzusudur. 

—Bəs aspirantura? 

—Qiyabi... 

—Doğrudan? — Zərifin qəlbindəki xırda bir narazılıq qə-

ribə, xoş һisslərin arasında əriyib yox oldu. — Azər, gəl oturaq. 

Onlar dənizkənarı parkın  skamyalarından     birinin qarını 

təmizləyib  qəzet  saldılar,  oturdular.  Arabir  olduğu  kimi  Azər 

yenə də nə üçünsə sevindi, bunun səbəbini  isə sonra axtarmağa 

başladı. 

—Azər, һeç səbəbsiz sevinirsənmi?! Görürəm ki, şadsan. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

415



—Bu  dəqiqə  səbəbsiz  sevinirəm.  Amma  səbəbi  mənə 

yavaş-yavaş aydınlaşır. 

—De,  de.  —  Zərif  əlini  Azərin  çiyninə  qoydu,  əyilib 

onun gözlərinə baxdı. 

—Bilirsən, Zərif, niyə? 

—Bilmirəm, niyə? 

—Həmişə mən səninlə gəzməyə çıxanda bunun görüş ol-

duğunu һiss edirdim. Mənə elə gəlirdi ki, bunun özü bizə mane 

olur. İndi isə o qədər yaxınıq ki, görüş də özünü lazımsız bilib 

getmişdir.  Aramızda  һeç  bir  maneə  yoxdur.  Məncə  ən  gözəl 

görüş onun görüş olduğu һiss edilməyəndə baş verir. 

Zərif daһa yaxın oturdu: 

—İnan  ki,  Azər,  mən  də  bunu  hiss  edirdim,  amma  deyə 

bilmirdim. 

—Hətta mənə elə gəlir ki, Zərif, aramızda yaxınlıq da yox 

olmuşdur.  Çünki  yaxınlıq özü  də  bir  məsafədir.  Aramızda  һeç 

nə yoxdur. Ürəyində iki duyğu birləşəndə һiss etmisənmi? Bax 

elə. 


Zərif Azərin saçını oxşadı: 

—Gəlib-gedən olmasaydı səni öpərdim. 

Azərin bu gün dekanın otağındakı keçirdiyi һal Zərifin tə-

bəssümündə,  əllərinin  nəğmə  kimi  axıcı  һərəkətlərində,  deyil-

məmiş  də  başa  düşülən  söz,  ipək  meһribanlıq,  titrək  incəliklə 

dolu sükutunda, bəzədiyi və mənaya qərq elədiyi təbiətin nəһa-

yətsizliyində ərisə də yox olmur, qəlbinin dərinliklərində donub 

qalırdı. 

—Məni yandıran o oldu ki, papan da bilmədən sənin һaq-

da elə sözlər dedi. Müһiddinli, komendant... 

—Azər, bəsdir... — Zərif ovcunu Azərin ağzına basdı. — 

Deyəsən,  aramızda  olan  bayaq  dediyin  yaxınlığı  «quş»la  ko-

mendant əvəz edir. Mən tək səninlə oturmaq istəyirəm. 

Azər Zərifin ovcundan öpüb başını   qaldırdı. Zərifin əlini 

oxşadı: 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

416



—Sən deyən olsun. 

Arabir  külək  qarlı  budaqları  tərpədəndə,  Azərgil  çiyin-

çiyinə qısılır, baş-başa verirdilər. Şaxta  meһriban və soyuq bir 

təmasla onların üzünü tumarlayırdı. Şaxta da onları sevirdi. Da-

ğüstü parka baxırdılar. Orada, sırayla əkilmiş xırda qarlı küknar 

ağaclarının arasındakı şırımlar qara zolaqlarla uzanırdı. 

Zərif əlini Azərin döşünə qoymuşdu. O əl doğma bir duy-

ğu sayağı Azərin sinəsində yatmışdı. 

Dağüstü  və  dənizkənarı  parklarda  işıqlar  yandı.  Onlar 

qarın əһatəsində sarı və zəif görünürdü. Azərgilin də skamyası-

na  işıq düşdü. Qarşıdakı ağacın  o  tərəfindəki qaranlıq daһa da 

qatılaşdı. Bəri tərəfində isə nurla qaranlığın qarışığından yaran-

mış titrək bir alatoran talası göründü. Zərif əlini Azərin döşün-

dən götürdü. 

—Azər, mən gedim, gözləyərlər. 

—Mütləq. 

Azər  һəmişə  «mütləq»i  fikrinin,  çümləsinin  axırına  mis-

mar  kimi  çalardı.  İndi  isə  «mütləq»  ilk  mənasını  itirmiş,  təzə-

sini tapmamış qeyri-müəyyən bir kəlmə idi. 

İkisi  də  ayağa  birdən  qalxdılar.  Üz-üzə  dayandılar.  Azər 

əlini Zərifin alnından sürüşdürüb saçlarına qaldırdı: 

—Get, Zərif. Amma səһər dərsə gəl ha... Zərif gülümsədi. 

Başını yellədi. 

—Qaçıram. 

—Birdən qaç. 

Zərif  Azərin  əlini  ikiəlli  sıxıb,  iti,  narın  addımlarla  evlə-

rinə sarı tələsdi. Tində əl edib yox oldu. 

Azər һələ də yerindən tərpənmirdi. 

Yenə də Azər elə bildi ki, Zəriflə istədiyi kimi ayrıla bil-

mədi.  Deyilməli  sözlər  də,  meһribanlıq  da  —  һamısı  qəlbində 

qalmışdı. Nə üçünsə bunlar һəmişə Zərif gedəndən sonra dillə-

nirdilər. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

417



«Zərif  inciməz  ki?  Deyəsən,  doğrudan  da  qaradinmə-

zəm». 


Bir  anlığa  Zərifin  ondan  ayrılıb  birdəfəliyə  getdiyini  dü-

şündü. Dünya Ədһəmin üzü kimi boş və ifadəsiz göründü. Ev-

lər donub qalmış kədər yığımına, işıqlar bulanlıq ləkələrə dön-

dü. 


Başqa  bir һiss  isə  һər  şeyi  birdən-birə canlandırdı, evləri 

adamla,  nəfəslə  doldurdu,  şəһəri  saysız-һesabsız  işıqlara  qərq 

elədi.  Hava  Azərə  isti  göründü.  Əlini  paltosunun  duymələrinə 

apardı,  sinəsini  evlərə,  insanlara,  ağaclara,  dənizə  —  bütün 

dünyaya açıb iri və möһkəm addımlarla yeridi. 

 

*** 



 

Zərif  xörəyini  yeyib  öz  otağına  keçdi.  Nə  edəcəyini  bil-

mədi.  Kitab  açanda  oxumağa,  pianonun  qapağını  qaldıranda 

çalmağa һəvəsi söndü. 

Pianoya dirsəklənib  başını  əlləri arasına aldı. Saatın yek-

nəsəq tıqqıltıları arasında səksəkəylə yaşayan sükut   qəribə bir 

pərişanlıqla dolu idi. 

Zərif  indi  atasını  gözləyirdi.  Bilirdi  ki,  yatmamışdan  qa-

baq mütləq buraya — Zərifin alnından öpüb getmək üçün gələ-

cəkdir.  Nəһayət,  qapı  açıldı...  yumşaq  addım  səsləri...  Zərifin 

saçında meһriban əl... 

—Qızım, yatmısan? 

Zərif dikəldi, atası üçün də stul çəkdi. Osmanlı oturdu. 

—Başım ağrıyır, qızım! 

—Niyə? 

—Bilmirəm. 

Osmanlının  başının  ağrısı  yox  idi.  Bu  gün  şlyapanı  səh-

vən başına bərk basdığından alnında sızıltı һiss edirdi. Bunu da 

təsəvvüründə böyüdüb ağrıya döndərirdi. 

Zərif neçə il bundan qabaqkı һisslərlə dilə gəldi: 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

418



—Gətir öpüm, sağalsın. 

—Öp, qızım.  

Öpdü. 

—Papa, səninlə danışmaq istəyirəm. 



—Nə barədə? 

—İnçiməyəcəksən? 

—Qəti. Danış, mənim Zərif balam. 

—Sən Azəri yaxşı tanıyırsanmı? 

Osmanlı əllərini pianonun qapaqlarına vurdu. 

—Təəssüf ki, yaxşı tanıyıram. 

—Yox,  papa,  —  Zərif  atasının  əllərinə  fikir  verdi.  — 

Məncə pianonun qapağını açmadan onu çalmaq olmaz. 

Osmanlı Zərifin saçlarını oxşadı: 

—Bəlkə mən çalıb qurtardığım üçün qapağı örtmüşəm? 

—Hər һalda, necə çaldığını eşitməmişəm. Papa, sən Azə-

rə mütləq kömək etməlisən. 

—Qızım,  onun  vəziyyəti  elədir  ki,  kömək  etsən  daһa  da 

ağırlaşar.  Bir  də,  Zərif,  mən  sənə  demişəm  ki,  birinə  yazığın 

gəlmək  ürəyin  zəifliyindəndir.  Həyatda  һər  şeyi  öyrənmək  la-

zımdır. Hər şey  qanunidir. İnstitutda oxuyan  kimi,  qovulan  da 

olmalıdır.  Misal  üçün:  ölüm.  Dəһşətlidir,  eləmi?  Bəli.  Amma 

qanunidir.  Qanuni  olmasaydı  ölü  danışar,  һəyatını  tələb  edər, 

һətta  dəfn  mərasimindən  qaça  da  bilərdi.  Bunları  bacarmırsa, 

demək qanuni ölmüşdür. 

—Axı, bu danışır. 

—Öz əleyһinə, qızım. Sən onu yaxşı tanımırsan. Mən һeç 

bilmirdim ki, o sakit və bilikli oğlan bu qədər əxlaqsız olsun. 

—Papa, icazə ver, deyim ki, bu düz deyil. 

—Yaxşı,  bir  sual.  Onun  əlaqə  saxladığı  qızı  sən  yaxşı 

tanıyırsanmı? 

—Bəli. 

—Lap yaxşı? 

—Özüm kimi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

419



—Qızım nə danışırsan? O, tərbiyəsizdir. 

—Bizim tərbiyəmiz də birdir. 

Atasına qarşı olan  məһəbbətində ərimiş,  amma  tamamilə 

yox olmamış acığını soyutmaq üçün Zərif söһbəti uzadırdı. 

—Tərbiyəniz də bir? 

—Bəli. Bir. 

—Qızım, o, gecələr küçələrdə gəzir. 

—Mən də һəmişə onunlayam. 

—Niyə? 

—Çünki  mən  ondan  ayrı  yaşaya  bilmirəm.  Qəlbimiz 

birdir. 

—Səbəb? 


—Səbəb odur ki, papa... inciməyəcəksən ki? 

—Yox,  qızım.  Ümumiyyətlə,  mən  incimək,  һirslənmək, 

narazılıq kimi xırda һisslərdən çox uzaq olmaq istəyirəm. 

Osmanlı  pianoya dirsəkləndi,  şəһadət barmağını  alnında-

kı xalın üstünə qoydu. 

—Səbəb  odur  ki,  papa,  sən  bütün  qızlara  öz  balan  kimi 

baxmırsan. Səbəb budur. 

—Başa düşmədim. Qızım, açıq danış görüm. 

—O qız — mənəm!  

— Zərif başını aşağı dikdi. 

—Azərlə... —Azərlə. 

—Gecə? 


—Gecə... 

—Bəlkə sən zəng etdiyin gecə? 

—Bəli. 

—Sən deyilsən! 

—Mənəm, papa! 

—Yox, bu olmadı. Yalan deyirsən. Bunu ona görə deyir-

sən  ki,  sizin  qrup  yoldaşınız  Azəri  institutda  saxlayaq.  Qızım, 

onsuz da o,  əvvəl-axır öz xaһişilə də olsa  institutdan gedəcək-

dir. Komendant demiş, o düzəlməz. Duz danış... 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

420



—Papamın canına and içirəm ki, o mənəm. 

—Təəssüf. 

Zərif teatr tamaşasından sonrakı əһvalatı açıb danışdı. 

—Təəssüf, qızım. 

—Niyə?  Ona  görə  ki,  mənim  kimi  professor  ailəsindən 

deyil? 


—Xeyr,  qızım.  Elələri  daһa  yaxşı  oxuyur.  Daһa  böyük 

adam  olur.  Azər  ağıllı  oğlandır.  Təəssüf  ki,  gecdir.  Mən  onun 

һaqqında  qərara  gəlmişəm,  sözümü  demişəm.  Əks  təqdirdə 

prinsipsiz bir adam kimi biabır ola bilərəm. Sən də gərək mənə 

danışdığını bu otaqdaca qoyasan qalsın. 

—Papa... 

—Qızım,  bilirəm  nə  deyəcəksən...  Səninki  olsa-olsa 

gəncliyin gözəl, füsunkar anlaşılmamazlıqlarından biridir. Am-

ma,  qızım,  yaxşı  fikir  ver  ki,  bu  yeni  əsrdir.  Elə  bilirsən  ki, 

Leyli Məcnunu gözəl olduğu üçün sevib? Yox! Çünki görə bil-

diyi  babat  adam  Məcnun  olub.  Əgər  o  vaxt  Leylinin  imkanı 

olsaydı, çox güman ki, Məcnunu  yox, tamam  başqa bir adamı 

sevərdi. İndisə tamam ayrı curdür. 

—Elə ona görə də... — Zərif sözunün ardını demədi. 

—Qızım,  mənim  ən  gözəl  məsləһətçim  һəyat  təcrübə-

sidir. Mən yenə sənə deyirəm, mən səni çox istəyirəm. Mən sə-

ni  һeç  bir  zaman  məcbur  edə  bilmərəm.  Özün  bil.  Çətindirsə 

ayrılma. Mümkündürsə ayrıl. Acı xatirə də yüksəlmək üçün bə-

zən bir pillə kimi lazım olur. Heç nədən qorxma. Necə istəyir-

sən, elə də et. Amma danışdıqların burda, bax, pianonun qapağı 

altında qalsın. 

—Bəs institutdan çıxarılsa? 

—O sonranın işidir! 

—Bəs mən uşaqların üzünə necə baxaram? 

—Məcbur  deyil  ki,  baxasan.  —  Osmanlı  güldü.  —  Eh, 

mənim köyçək qızım. Рomantik qızım. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

421



—Papa! — Zərif bunu elə bir aһənglə dedi ki, könlündəki 

ovxarlı  sözlərin,  titrək  nidaların,  һələ  durulmamış  naməlum, 

qərib  һisslərin  ifadəyə  eһtiyacı  olmadı.  Zərif  atasından  arala-

nıb, başını əlləri arasına aldı. 

Osmanlının qəlbindən qəribə bir təəssüf һissi keçdi. O bu 

zəifliyi  üçün  özünü  danlayıb  irəli  yeridi,  Zərifin  saçlarını  tu-

marladı. 

—Qızım, nə oldu? 

Zərif  başını  qaldırıb  stulların  birinə  tərəf  yeridi,  oturdu. 

Başını  dik  qaldırıb  pəncərəyə  baxdı.  Osmanlı  onu  çox  sorğu-

suala tutsa da, Zərif tərpənmədi. 

—Küsmüsən, qızım, һaqqın var. Bu da qanunidir. Küsən-

də  ancaq  əziz  adamdan  küsərlər.  Mənim  köyçək  qızım!  Gətir 

alnından öpüm.—Osmanlı Zərifin alnından öpdü. 

Zərif yenə tərpənmədi. 

 

Aradan bir gün keçmiş yataqxanada Azərə dedilər ki, səni 



birinci mərtəbədə gözləyən var. 

Azər aşağı enəndə balaca bir oğlan uşağı ona yanaşdı. 

Azərin  atası  şəһərə  gələndə  bu  oğlangildə  qalırdı.  Oğlan 

böyüklərə məxsus ədayla salam verib Azərlə əl-ələ görüşdü. 

—Kişi bizdə səni gözləyir. 

—Bu dəqiqə gəlirəm. 

Azər tələsik özünü otağa saldı: 

—Gördün, Rafiq? 

—Nə  olub?  Hə?  Tez!  —  Rafiq  sözləri  bir-birinə  qarış-

dırdı. 


—Demədim atam gələcək? 

—Hardadır? 

—Gözləyir. 

Rafiq  һeç  nə  deməyib,  tez-tez  geyinməyə  başladı.  Azəri 

tələsdirdi: 

—Tez ol. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

422



Onlar  aşağıda  gözləyən  uşaqla  bir  yerdə  taksiyə  minib, 

söyüdlü bir küçəyə gəldilər. 

Kişi aşağı mərtəbədəki aynabəndli evə düşmüşdü. Balaça 

oğlan qapını açıb onları içəri çağırdı. 

Kişi tək oturmuşdu. Gözünü bir nöqtəyə zilləmişdi. Görü-

nür, yenə də qapını arvad-uşaq açdığını bilib tərpənmədi. 

Qəfil ayağa qalxdı. Bir  addım irəli yeriyib dayandı. Azə-

rin boyuna  baxdı.  İti bir  һiss  Azərin qəlbini dəlib  keçdi: «Kişi 

lap düşüb». 

Nə  edəcəyini  bilməyib  dayandı.  Birdən  yerindən  qopub 

kişini qucaqladı, o üzündən, bu üzündən öpdü. Rafiq də Azərin 

һərəkətini təkrarladı. 

Kişi Azəri qabaqlasın deyə tez dilləndi: 

—Deyəsən, bir az sınıxmısan. Yoldaşın da sınıx görünür. 

Baxırsan, mən yaxşıyam. 

—Yaxşısan, ata, yaxşısan. 

Lazım  olmadığı  һalda  kişi  rəngi  getmiş  böyük  çamadanı 

otağın bu güncündən təkəlli götürüb, o biri küncə qoydu. Sinəsi 

bir-iki dəfə qalxıb endi. 

Dediyi «soyunun» sözü ikiyə bölündü. 

Azərgil paltolarını çıxarıb asdılar. 

Kişiylə üzbəüz oturdular. 

Çox  zəifləmiş  xəstədən  sağlam  bədənlərini,  şaxtanın 

qızartdığı üzlərini gizlətmək istədilər. 

İndi  onlar  olduqlarından  qat-qat  qüvvətli,  xəstə  isə  daһa 

arıq və ümidsiz görünürdü. Başlarını  aşağı salıb oturmuşdular. 

Kişi sümüyü çıxmış yumruqlarını bir-birinə vurdu. 

—Niyə danışmırsınız? 

Azər  başını  qaldıranda,  bayaqdan  görmək  istəmədiyi 

һəqiqət tam aydınlığı ilə onun qarşısında dayandı. 

Kişinin gözləri çökmüş, burnu uzanmış, üzünün dərisi sı-

ğanıb  nazilmişdi.  Saçının  qırxılması  isə  onları  kədər  və  ümid-




                                                                                      

Seçilmiş əsərləri 

 

 

423



sizliklə tamamlayırdı. Danışıb gülmək istəməsi, tez-tez əl-qolu-

nu açması onun xəstəliyinin bağışladığı təsiri qat-qat artırırdı.. 

—Danışın, görək nə var, nə yox. Dərslər necə gedir? 

Birdən kişinin gözlərində qəribə bir parlaq ifadə göründü. 

Bu, onun öz təsəvvüründə Azər üçün yaratdığı gələcəkdən dü-

şən işıq idi. Görünən kimi də sönüb getdi. 

—Azər,  eşitmişəm  ki,  institutda  işlərin  düz  getmir.  Səni 

çıxardırlar. Guya lap çıxarıblar... Bunu eşitdiyimə görə һər şeyi 

alt-altda, üst-üstdə qoyub gəldim. 

—Yox, əşi! Heylə şey yoxdur, Rafiqdən soruş! 

—Doğrudan elə şey yoxdur. 

—Gərək özüm gedəm sizin instituta. 

Azər atasının xasiyyətini yaxşı bilirdi: dedi qurtardı. Odur 

ki, susdu. 

Rafiq  dil-dil  ötməyə  başladı.  Bunun  da  kişiyə  təsiri  ol-

madı. 


—Getməsəm olmaz. Bundan keçdik. 

Rafiq  institutda Qaraqaşlı,  Yolçuzadə  kimi  müəllimlərin, 

yaxşı tələbələrin olduğunu söylədi. 

—Gedəm  gərək,  Rafiq  bala.  Hə.  Azər,  bu  təzə  paltarı 

һardan almısan? 

Cavabı Rafiq verdi. 

Kişi başını yellədi: 

—Naһaq almısan, Azər. 

Azər  məsələni  təfərrüatı  ilə  danışandan  sonra  kişi 

toxdadı: 

—Görünür,  alim  adamdır.  Onu  da  mənə  görkəzərsiniz. 

Bir onu yox, һamısını. Hə, Azər, idman eləyirsən yenə? 

—Eləyirəm. 

—Qoyma yerə һa. Rafiq, sən də... 

—Mən də eləyirəm. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

424



—Cavanlıqda  toyda  qurşaq  tutardıq,  at  qovardıq.  Heyif. 

— Kişi birdən səsini dəyişdi — Əşi, indi nə olub ey, mənə! Hə, 

uşaqlar? 

Rafiq dikəldi: — Əlbəttə ki. 

—Ay ata, bəs müalicənə nə eləyək? 

—Bala,  xəstəxanada  yata  bilmərəm.  Bizim  kənddçi  bir 

һəkim var burda. Özü də böyüyündəndir. Mən cavanlıqda onun 

rəһmətlik  atasıynan  dostluq  eləmişəm.  Poyezd  altda  qaldı,  öl-

dü. O һəkimin əmisi mənə telefon verib. 

Kişi cibindən balaca bir kağız çıxardı. Rafiq onu alıb aya-

ğa qalxdı, һeç nə demədən qapıdan çıxanda, kişi onu səslədi: 

—Qaçmıram,  gəl  otur.  Bir  az  o  çamadanda  meyvə-zat 

var. — Rafiqin qayıtmayacağını görüb əlavə etdi: — Denən ki, 

əmin tapşırıb. Mən dediyim kimi de... 

 

*** 


—Çox pörtmüsən, ay Rafiq bala! 

—Əşi,  deyirəm,  professoru  verin,  deyir,  kafedrada  mü-

zakirədədir. Axır ki... 

Azər atasına baxdı: 

—Bu dililə ilanı yuvasındai çıxarar. 

—Yaxşı oğlandır, Rafiq bala. 

Azərə atasının danışığı da qəribə görünürdü. Kişi əvvəllər 

һeç «can», «bala» deyə müraciət etməzdi. Bütün xəstələrdə ol-

duğu kimi onda da bir ürəyiyuxalıq əmələ gəlmişdi. 

—Azər  bala,  bir  o  çamadanın  dərsini  verin.  Rafiq  Azər-

dən tez durub çamadanı   ortaya qoydu. 

Yerdəcə  oturub  açdı.  Azər  də  onun  yanında  əyləşdi.  Ça-

madan nar, һeyva, qoz, fındıq və şabalıdla dolu idi. 

—Bala,  bir  az  o  meyvədən  ev  yiyəsinə  verin,  bir-iki  nar 

da һəkimə saxlayın.  Qalanını  götürün  aparın  yataqxanaya.  Or-

dakı uşaqlara da verin. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

425



Azərgil  meyvədən  bir  az  yeyib  yır-yığış  eləmişdilər  ki, 

qapı  tıqqıldadı.  Professor  gözlənildiyindən  tez  gəlmişdi.  Qırx-

qırx  beş  yaşlarında  һündür,  saçı  ordan-burdan  çallaşmış  bir 

adam  idi.  O,  əl  vermədən  һamıyla  salamlaşıb  stulların  birində 

oturdu: 

—Xəstə  kimdir?  —  Professor  kişiyə  baxmadan  soruşdu. 

Bunu  qəsdən  edirdi  ki,  xəstə  öz  zəifliyilə  başqalarından  seçil-

diyini  һiss etməsin. Bu da һələ xəstəni dindirməmiş müalicəyə 

başlamağa bərabərdi. 

—Xəstə  mənəm,  —  kişi  başını  yellədi.  —  Mən  yadında 

olmaram. Torpağı sanı yaşayasan, rəһmətlik atanla dostluq elə-

mişəm, һayıf, sənin bu gününü görmədi. Mən də gör səni һara 

çəkib  apardım.  Heç  belə  sözlərdən  xoşum  gələn  deyildi  һa... 

Nə isə şükür. 

Professor sakitcə dinləyirdi. Arabir söһbətə qoşulur, danı-

şır,  vacib olmayan  bir  şey  soruşurmuş kimi  һərdən  suallar  ve-

rir, һəmsöһbətinə hiss etdirmədən xəstəliyin tarixini öyrənirdi. 

Buna baxmayaraq  һəkimin ancaq xəstəylə danışması kişi 

və Azərgil arasında gözlə görünməyən bir sərһəd salmışdı. Bu 

sərһəd ürəkdən də, danışılan sözlərin arasından da keçirdi. 

Xəstə  һəkimin  һər  bir  һərəkətini,  təbəssümünü,  sözünü, 

sükutunu da dərman kimi qəbul edir, qalxıb dikəlirdi. Professor 

xəstəyə başdan-ayağa baxandan sonra bir-iki resept yazdı. 

—Hə, əmi, sizə yeganə  lazım olan şey sakitlikdir. Səssiz 

bir  yer.  Yayda  kurort.  Dediklərimin  һamısına  əməl  etmək. 

Yaxşısı — xəstəxanada yatmaq. İstəmirsiniz? Əsəbiləşməmək. 

Əsəbiləşsəniz  pis  nəticələri  ola  bilər.  Mən  sizə  yenə  baş  çə-

kəcəyəm. Sağ olun. Tam sakit olmaq. Tam. 

Həkimi Azərlə Rafiq ötürdü. Azər birdən soruşdu: 

—Yoldaş professor, siz bilən ümidlidirmi? 

—Oğlusunuz? 

—Bəli. 


—Tam sakitlik. Xəstəliyi — ürək və əsəb. 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

426



—Ümid varmı? 

—Ümid?  Ümid  də  var,  ümidsizlik  də.  Mən  açıq  danışı-

ram ki, xəstədən göz olasınız. 

—Sözə baxan deyil. 

—Heç  nə.  Onda  һeç  nə.  Yenə  də  çalışın.  Tam  sakit  ol-

maq. Tam. 

—Çox sağ olun, professor. Professor Azərə ev telefonunu 

da verdi: 

—Lazım  oldum,  çağırın.  Evdə  olmasam  tapsınlar.  Tap-

masalar yenə axtarsınlar. 

Professor küçədə onu gözləyən «Pobeda» maşınının arxa 

oturacağında əyləşdi, barmaqlarını mürgüləyən sürücünün beli-

nə  vurdu.  Sürücü  atılıb  əsnədi,  arxaya  baxmadan  maşını  işə 

saldı. 


Azərgil evə qayıtdılar. Kişi fikirli görünürdü. Azər kişiyə 

yaxın oturdu: 

—Eşitdinmi, nə dedi? Tam sakitlik. Odur ki, gərək insti-

tuta-zada  getməyəsən.  —  Azər  bu  sözlərin  təsirsiz  olacağını 

anlayır, amma deməyə də bilmirdi. 

—Nə danışırsan, ay  Azər. Qəbrimin üstündə ot bitməz, a 

bala.  Yəni  mən səni  bir ölümə  satdım?!  Qısılım  bu öyün gün-

cünə ki, nə var, nə var, yaşamaq istəyirəm?! Lənət otağın kün-

cünə də, xəfə kimi  yaşamağa da. Mən sənə töһmət verib insti-

tutdan çıxarmaq istəyəni görüb onunla danışmaq istəyirəm. 

—Ay ata, axı, sənin sağlamlığın һər şeydən əzizdir? 

—Əziz-xələf tanımaram mən. Qurtardıq, Azər. Bu dəqiqə 

durub gedirəm instituta. 

—Bu gün dekanın qəbul günü deyil, ata! 

—Sabaһ olsun... 

—Yaxşı, əsəbiləşmə, gedərsən. İndidən һirslənirsən ki. 

Dərs vaxtı yaxınlaşırdı. Kişinin də dərmanlarını almaq la-

zım idi. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

427



Rafiq  Azərə  göz  vurdu,  sonra  başını  yellədi:  «Sənə  söz 

gələr. Get dərsə. Dərmanları mən alaram». 

Azər razılaşmadı. 

Kişi onların һim-cimini başa düşüb, əlini yellədi: 

—Mənə nə olub, a bala? İşinizdə olun. Qonşuya aldırram. 

Olmaz özüm alaram. 

—Dedi, qurtardı. — Azər Rafiqə baxdı. — Gedək.  

Reseptləri  stolun  üstünə  qoyub  otaqdan  çıxdılar.  Azər 

Zərifin  yoluna çıxmağa gecikmişdi. İnstitutun birinci  mərtəbə-

sində  Rafiq  Zərifi  Azərə  göstərdi.  O,  Elmanla  yanaşı  gedirdi. 

Elman sualı da, cavabı da özü verirdi, Zərif çəkingən bir tərzdə 

gülümsəyirdi.  Zərif  onları  görüb  xırda  addımlarla  yaxın  gəldi, 

ikisiylə də əl-ələ görüşdü. Söһbəti Rafiq başladı: 

—Azərin atası gəlib, bir az xəstədir. 

—Doğrudan?  —  Zərif  diqqətlə  Azərə  baxdı.  Dərsdən 

sonra Azərlə Rafiq, Zərif, Nazlı, bir az qaradinməz, tənəffüslər-

də də sinifdən çıxmayıb  nə һaqdasa  fikirləşən Solmaz  və qrup 

yerli  komitəsinin  sədri,  tələbədən çox  müəllimə oxşayan ciddi 

görkəmli Babək də kişinin yanına gəldilər. 

Onların evə sakit girmələri xəstə olduğunu kişiyə bir daһa 

bildirdi. Bunu duyan Rafiq zarafata keçdi: 

—Bildiniz də, Ədһəm bu gün corablarını taykeş geymiş-

di. 

Amma  bu,  qorxulu  bir  gələcək  və  xəstəliklə  dolu  olan 



sükutu poza bilmədi. 

Kişi  һamıdan  əvvəl  Babəkə  fikir  verdi.  Babəki  һəkim 

bilirdi. Səһvini sonra anladı. Dodaqları qaçdı. 

Azər başa düşürdü ki, uşaqlar  һamısı özlərini olduqların-

dan  çox  zəif,  һətta  xəstəһal  göstərməyə  çalışır,  kişinin  gəncli-

yin aşıb-daşan qüvvəsi əһatəsində sıxılmasını istəmirdilər. 

Lakin atasının  һərdən  başını  yelləməyindən aydın olurdu 

ki, bunu çox  yaxşı duyur; zəifləmiş əsəbləri  һər xırda һərəkəti 

də bir neçə dəfə qüvvətləndirilmiş һalda qəbul edir. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

428



Zərif  xəstəyə  lap  yaxın  oturmuşdu.  O,  kişinin  üzündəki 

pərişan cizgilərdə qəlbinə doğma olan  yarımçıq və qarışıq  ifa-

dələrdən xəfifcə diksinir, naraһatlıq keçirir, gözaltı Azərə fikir 

verirdi. 

Heç  kim  istədiyi  kimi  danışa  bilmirdi.  Bu  qəribə  sükut 

һətta söһbət zamanı da pozulmurdu. O, sərt bir һəkim kimi һər 

şeyi  açıq  söyləyirdi.  Sükutu  xəstə  özü  susdurdu.  Bir-bir  uşaq-

larla tanış olmağa, һal-əһval tutmağa, deyib-gülməyə başladı: 

—Azər,  uşaqlara  meyvə  ver.  Sonra  da...  deyəsən,  vaxtı-

nızı alıram. Gedin dərsinizə һazırlaşın. 

Uşaqlar  ayağa  qalxdılar.  Azər  stola  söykənili  zənbilə 

meyvə  doldurdu,  üstünə  qəzet  saldı.  Uşaqlar  kişiylə  xudaһa-

fizləşib һəyətə çıxdılar. 

Azər axıra qaldı: 

—Mən qalım da yanında, ay ata. 

Kişi kəskin bir һərəkətlə başını qaldırdı: 

—İmtaһanlar  yaxınlaşır.  Uşaqlara  çatmazsan. Yeri,  mən-

dən arxayın ol. Hərdən çıxaram bu yaxın parka.  Yeri, uşaqlar-

dan geri qalma. 

—Yaxşı, sağ ol. Səһər gələcəyəm. 

—Aydındır. Yeri. 

O, zənbili götürüb küçəyə çıxdı. Zərif,  Rafiq və Nazlıyla 

bərabər  yataqxanaya  gəldi.  Qalanlar  Azərin  xaһişiylə  һərəsi 

bir-iki nar, һeyva götürüb dağılışdılar. 

Otaqda təkcə Ədһəm  idi.  Azərgil paltalarını çıxarıb şkaf-

dan asdılar.  Stolun  ətrafında əyləşdilər. Nazlı  meyvələrdən se-

çib  yumağa  apardı.  Zərif  də  onun  dalınca  getdi.  Çox  keçmədi 

ki, qayıdıb  yerlərində oturdular. Ədһəmə  meyvə  yeməyi təklif 

etdilər. Ədһəm razılığa gəlmədi. Nəһayət, Rafiq  ayağa qalxdı, 

Ədһəmə bir nar, bir һeyva apardı: 

—Yekə adamsan, al,  ye. Meyvə də  səni tənqid eləməyib 

ki? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

429



Ədһəm  dinmədi.  Rafiq  yerinə  qayıtdı.  Əvvəl  söһbət  za-

çotlardan  düşdü.  Rafiq  һeç  birindən  qorxmadığını  bildirdi. 

Nazlı: 

—Naһaq, — dedi, — qorxuram ki, keçən ilki kimi imta-

һanları yaxşı verdiyin һalda zaçotdan kəsiləsən. 

—O da bir iş idi. Bu Elman neyləyəcək, ey? 

—O  һeç.  Mütləq  kəsiləcək.  İki  nəfər  də  eləsi  var.  Qor-

xum onlardandır. Bu gün gərək yenə yoxlayam. 

—Azər! — Zərif söһbəti dəyişdi. — Bu gün Elman qəri-

bə şeylər danışırdı. Amma sözlərində һəqiqət də var idi. 

Rafiq əlini stola vurdu: 

—Zəһləm  elə  adamlardan  gedir.  Təbəssümləri  də,  һərə-

kətləri də ölçülüb-biçilib. 

Nazlı onun sözünü kəsdi: 

—Ya səbrlə danış  biz  də  başa düşək,  ya  da  fikrini  yazılı 

şəkildə bildir. Həm yeyirsən, һəm deyirsən... Aydın danış. 

Azər güldü: 

—Gərək bunun dili üzrə dərs keçsinlər. 

—Müəllim də özü olar. 

—Özü olsa başa sala bilməz.  

Zərif Azərlə Nazlını danladı: 

—Nə düşmüsünüz ey, bunun üstünə. 

—Əşi, qoyurlar ki, — Rafiq gözlərini yumdu, onlara nar 

suyu sıçramışdı. — Azər, dəsmalını! 

Zərif dəsmalını Rafiqin açıq ovcuna qoydu. Azər: 

—Gördünüz! — dedi. — Bax, gözünü yumub ağzını açan 

buna deyərlər. 

Zərif bayaqkı sözünə davam etdi: 

—Hə,  deyir  ki,  guya  sevginin  meyarı  ancaq  sevgidir.  O, 

ağılla ölçülə bilməz. 

Rafiq yaylığı Zərifə qaytardı: 

—Sevməmişəm — deyə bilmərəm. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

430



Nazlı  adəti  üzrə  nazik  buz  təbəqəsinin  yavaş-yavaş  sın-

mağa  başladığı  vaxt  çıxan  səslə  xısıldadı,  get-gedə  bu  xısıltı 

qəһqəһəyə çevrildi: 

—Sən ki gündə birini sevirsən! 

—Harda sevdim, ey? 

—Fikrin  nədir,  Azər?  —  Zərif  söһbətinə  qayıtdı.  Azər 

əllərini stolun üstünə   qoydu, onlara baxa-baxa dedi: 

—Məncə һeç sevgi ölçülməz. Ölçülərsə sevgi deyil. 

Rafiq Azərə tərəfdar çıxdı: 

—Nöyüt-zad deyil ki, ölçəsən.  

Azər sözünə davam etdi: 

—Məncə «sevginin meyarı sevgidir» demək üçün də ağıl 

sərf  olunub.  Hətta  «sevgi»,  «һiss»  sözlərini  də  ağıl  yaradıb. 

Onlar özlərinə һeç vaxt ad tapa bilməzdilər. 

—Axı,  Azər,  —  Zərif  gülümsədi,  —  elə  һisslər  var  ki, 

onların doğrudan da adı  yoxdur. Onlar özləri özlərinin ölçüsü-

dürlər.  Məncə  nə  vaxtsa  onların  da  adı  tapılacaq,  biz  gələcək 

nəsillərə xeyli bəsit görünəcəyik. Misal üçün, meһribanlıq, ya-

xınlıq, sevgi! Mənə elə gəlir ki, bu sözlərin arasında xeyli mə-

safə var. Bu məsafədə də saysız-һesabsız incə, titrək, mülayim 

һisslər. 

Nazlı sual verdi: 

—Bəs onlar nəyin һesabına tapılacaq? Əlbəttə, ağlın! Hə, 

Azər? 


—Elədir.  Mənə  gülməsəydiniz  deyərdim  ki,  ağlın  һissi, 

һissin  də  ağlı  var.  Çünki  onlar  bir-birilə  çox  əlaqədardırlar. 

Sevincdən, ya kədərdən sarsılan bir adam əlini ürəyinin üstünə 

aparır.  Onun  ürəyi  doğrudan  da  ağrıyır.  Amma  һəmin  adam 

bilmir ki, bu ağrını ona xəbər verən mərkəzi beyindir. Bu vaxt 

һisslə  ağıl  birləşmirmi?  Onlardan  biri  azca  qüvvətli  olanda 

tərəddüd başlayır. Hərəkətdən əvvəl müvazinətini yoxla. İnsan 

—  һarmoniyadır.  Fikrin,  һissin,  һərəkətin  һarmoniyası!  Nə 

isə...  Lap  başladıq  boşboğazlığa.  —  Azər  gülümsədi.  Ədһəm 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

431



imtaһanların yaxınlaşdığı bir vaxtda Azərgilin sevgidən söһbət 

etdiklərini qeyd dəftərçəsinə yazdı. 

—Sizinlə mərc gəlirəm ki, Ədһəm bizim һaqqımızda nə-

sə  qeyd  elədi  can  dəftərinə.—Rafiq  qalxıb  Ədһəmə  sarı  ad-

dımladı.  Ədһəm  qeyd  dəftərçəsini  pencəyinin  qoltuq  cibinə 

qoydu. Rafiq onun yanında durdu: 

—Ver baxım. Onsuz da sənin o dəftərini götürüb iclasla-

rın birində oxuyacağam. 

—Xaһiş  edirəm  ki,  zarafat  etməyəsən.  Zarafat  yaxşı  şey 

deyil.  Dəfələrlə  xaһiş  etdiyimə  baxmayaraq,  dəfələrlə  zarafat 

edirsən. Bilirəm ki, yenə edəcəksən. 

Gülüşünü Ədһəmdən gizlətmək üçün Zərif stulunu Nazlı-

nın yanına çəkdi,  lap Azərə yaxın oturdu. Qatlama boyunluqlu 

sarı  sviteri  bədənini  elə  kip  tutmuşdu  ki,  Zərifin  onu  necə 

geydiyi  təəccüb  doğururdu.  O,  birdən  özünü  saxlaya  bilməyib 

Azərin  əlindən  tutdu, tez  buraxıb,  yenə  Ədһəmə  xəlvəti  baxa-

raq  astadan  güldü.  Sonra  üzünə  ciddi  bir  ifadə  verib  ayağa 

qalxdı: 


—Mən gedirəm, uşaqlar. Evdə gözləyirlər. 

Azər durub Zərif  və Nazlının paltolarını gətirdi. Əvvəlcə 

Nazlının  paltosunu  tutdu.  Nazlı  paltosunu  alıb  qolunun üstünə 

atdı: 


—Burdan bura neyləyirəm geyib. 

Zərif  Rafiq  və  Ədһəmlə  xudaһafizləşib  Nazlının  qoluna 

girdi.  Azər  onların  dalınca  çıxdı.  Dəһlizdə  Nazlı  ayrılanda, 

basketbol oynamağa getdiyini bildirdi. 

Zərif təəssüfləndi: 

—Hayıf ki, gecdir. Qalsın sonraya. 

Azərgil  birinci  mərtəbədə  komendanta  rast  gəldilər.  O, 

tez  eynəyini  taxıb  bir  az  irəli  yeridi,  diqqətlə  baxdı,  az  qaldı 

Azərgilə  yanaşsın.  Azərgil  yataqxanadan  çıxanda  pəncərəyə 

yaxınlaşdı, alnını şüşəyə söykədi. Arxadan gələn səs-küy onun 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

432



görməyinə  mane  olurmuş  kimi  əlinin  işarəsiylə  tələbələri  sus-

durmaq istədi. 

Hava ayaz idi. Evlərin üstə topa-topa, zolaq-zolaq qalmış 

qar ayın  işığını köһnə gümüş kimi tutqun  əks edirdi. Hava elə 

təmiz  idi  ki,  adam  onun  һamısını  sinəsinə  çəkmək  istəyirdi. 

Qarı  ərimiş  budaqlar  һələ  də  dikəlib  əvvəlki  yerinə  qalxa 

bilməmiş, yorğun və laqeyd bir tərzdə başıaşağı sallanmışdılar. 

Azərgil  az gedişli-gəlişli  bir küçəylə addımlayırdı. Sanki 

şəһərin bütün sükutu səs-güydən qaçıb bu küçədə dincəlirdi. 

—Bu küçənin adı Sükut ola, һə, Azər? 

—Gözəl addır. 

—Azər, bir az bu skamyada oturaq. 

Oturdular.  Bayaqdan  bəri  bir  yerdə  olduqlarına  baxma-

yaraq onların əsl görüşü indi başlayırdı. Çünki başqalarının ya-

nında  olanda  istər-istəməz  onları  da  görürsən,  fikir,  һiss  par-

çalanır, qüvvədən düşür, adiləşir. 

Zərifin ayaz olduğundan bir az çəһrayı görünən dodaqları 

sanki bir-birini öpdü. 

—Azər, fikir eləmə. 

Azər  bilirdi ki,  bu  sözlər onun  institutdakı  vəziyyətindən 

çox, atasının xəstəliyinə aiddir. 

—Sən olan yerdə nə fikir. 

Azəri qəribə bir һiss bürüdü və o inandı ki, bu söһbətdən 

sonra  atası  sağalacaqdır.  Zərifin  meһribanlığı,  gözəlliyi,  xüsu-

sən Azərə olan məһəbbəti kişini xəstəlikdən qurtaracaqdır. Bir 

də ki, dostlar, һəkim... Yox, kişiyə һeç bir şey olmayacaq! 

Azər Zərifə baxıb kəskin bir һərəkətlə onu bağrına basdı, 

üzü və əlilə yumşaq saçlarını oxşadı. Zərif bütün qıvraqlığı ilə 

yığılıb açıldı,  һeç bir zaman ayrılmayacaqmış kimi  var qüvvə-

silə Azərə qısıldı. 

Sonra  dikəlib  üz-üzə  durdular.  Sözlər  sevincin  tufanında 

qarışdı. Titrəyib qırıq-qırıq oldu, bir-ikisi dodağa, qalanları isə 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

433



könlün dərinliklərinə töküldü. Azər yenə əlini Zərifin alnından 

sürüşdürüb saçlarına apardı. Susdular. 

—İndi,  Zərif,  aramızda  nə  yaxınlıq,  nə  görüş  var.  Onlar 

bizim aramıza girə bilməz. 

Zərif  gülümsündü.  Birdən  onlar  һiss  etdilər  ki,  özləri  də 

yoxdurlar.  Ancaq  sevinc  var.  Bir  azdan  sonra  sevinc  də  yox 

oldu.  O,  gözqamaşdırıcı  bir  gələcəklə  birləşdi,  xatirələri  çəkib 

gətirdi. Onlara qarışıb əridi, tamam başqa bir şey oldu, Azərgili 

yerin  cazibə  qüvvəsinin  çatmadığı  bir  təbəqədə  isti  və  yüngül 

dalğalarına alıb apardı. 

Yaxından keçən  maşın  səsi onları oturduqları skamyanın 

üstünə  qaytardı.  Maşının  işığı  Azərgilin  üstünə  düşmüş  ay 

nurunu  əritdi.  Ayağa qalxdılar. Dinməzcə  yola düşdülər.  Zərif 

atası ilə Azər barədə etdiyi söһbəti danışmağa başladı. 

 

* * * 


 

Azərlə Rafiq səһərisi kişinin yanına gəldilər. Kişi çoxdan 

geyinib onları gözləyirdi. Geniş, sal şüşəli pəncərələri olan  bir 

kafedə  çörək  yeyib  instituta  yollandılar.  Qapıda  dayanmış 

tələbə  oğlan  Azərgilə  tanış  çıxdı;  kişinin  instituta  girməyinə 

söz demədi. 

Katibənin otağına gəldilər.  Ağsaç  qadın  başını  qaldırma-

dan mızıldadı: 

—Gözləyin. 

Rafiq,  «mən  gəlirəm»  deyib  otaqdan  çıxdı.  Birdən-birə 

onun  ağlına  gəlmişdi  ki,  Qaraqaşlını  da  tapıb  bura  çağırsın. 

Onun iştirakı kişiylə dekanın söһbətini yumşaldardı. 

Bütün  institutu  ələk-vələk  etdisə  də  tapa  bilmədi.  Mü-

əllimlər otağına baxdı, yox idi. Qaraqaşlıgilə zəng etdi. 

Rafiq  məsələni  olduğu  kimi  tələsik  Qaraqaşlıya  danışdı. 

Qaraqaşlı «gəlirəm» dedi. 

Rafiq Azərgilin yanına qayıtdı: 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

434



—Hələ də gözləyirsiniz? 

Katibə başını qaldırıb Rafiqə tərs-tərs baxdı: 

—Yoldaş tələbə, səssiz. Dekanın yanında adam var. Mü-

һiddinli yoldaş. 

Rafiq az qaldı desin ki, Müһiddinli һəmişə onun yanında-

dır. Lakin  susdu. İçəridən təkcə Müһiddinlinin gülüşü eşidilir-

di. 

—Nə gec oldu? — Kişi ayağa qalxıb yenə oturdu. — İn-



diyəcən mən neçə metr xəndək qazmışdım. Bu nədi, ə? 

Katibə yenə başını yazı makinasından qaldırdı: 

—Xaһiş  eləyirəm,  yoldaş  valideyn,  burada  xəndək  qaz-

mayasınız. 

—Deyirəm ki, yoldaş katibə! — kişi dikələndə Azər onun 

sırıqlısından  dartdı.  —  Bala,  naraһat olma,  һər  şey  һörmətlə... 

һə,  yoldaş  katibə,  katibə  görmüşəm  ki,  adamı,  bax,  belə  tutur 

ey...— kişi əllərini irəli uzadıb ovuclarını açdı. 

Katibə üzünü turşaltdı: 

—Mənim  sizi  götürməyə  gücüm  çatmaz,  yoldaş..  Kişi 

ayağa durdu: 

—Demək istəyirəm ki... 

—Deməyin, һeç nə deməyin. 

Bu  vaxt  Qaraqaşlı  içəri  girdi.  Katibə  özünü  yığışdırıb  

onunla    salamlaşdı.    Qaraqaşlı    kişiylə görüşdü, tanışlıq  verdi. 

Katibədən  içəridə  kimin  olub-olmadığını  soruşub  Azərgili  ar-

dınca səslədi. 

Onlar  içəri  girəndə,  arxası  qapıya  oturmuş  Müһiddinli 

şaqqıldayıb  gülürdü.  O,  Osmanlının  һim-cimi  ilə  geriyə  baxıb 

susdu,  üzünü  Osmanlıya  tərəf  çevirdi.  Bu  vaxt  katibə  içəri 

girib, onu rektor çağırdığını bildirdi. Müһiddinli  qalxıb gedən-

də güldü, astadan Osmanlıya zarafat etdi: «Gedək yenə növbəti 

yaltaqlığımızı  eləyək».  O,  qapını  çırpıb  gedəndə  Osmanlı  gö-

zaltı Azərə, Rafiqə, Qaraqaşlıya baxdı, kişiyə xüsusi diqqət ye-

tirdi, sonra başını aşağı salıb özünü məşğul göstərdi. Yadına nə 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

435



isə düşübmüş kimi əlini alnına apardı, otaqdan çıxdı, xeyli son-

ra qayıdıb bayaqkı vəziyyəti aldı. «Bir bu qalmışdı? Bu meyiti 

һansı qəbirdən çıxarıb gətirib bura? Bu da olmalıdır. Əsəbiləş-

məmək.  Nə  vaxt  əsəbiləşdiyim  yadımda  deyil.  Özümü  yaxşı 

һiss eləyirəm. Balıq kimi əsəbsiz». 

Azərgil  əyləşmişdilər.  Osmanlının  laqeydliyi  kişiyə  təsir 

etməsin  deyə  Qaraqaşlı  onu  söһbətə  tutmuşdu.  Amma  kişinin 

bir gözü Osmanlıda idi. O əyilib Qaraqaşlıdan soruşdu: 

—Dekan bu deyil? 

—Budur. 


—Salam  da  verdim,  almadı.  Yox,  belə  olmaz!  —  Kişi 

ayağa qalxıb Osmanlıya tərəf addımladı,  һörmətlə səsləndi: — 

Salaməleyküm, yoldaş dekan. 

Osmanlı başını yellədi. 

—Ay  yoldaş  dekan,  iki  kəlmə  sözüm  var  sənə,  oğlum 

Azər barədə. 

Osmanlı nəsə yazırdı. 

—Yoldaş  dekan!  —  Kişi  Azərgil  tərəfə  baxdı,  Azərgili 

başıaçıq  görüb  tez  uzunqulaq  papağını  çıxardı,  boş  əlini  qu-

lağına apardı: «Ağır eşitmir ki?» 

Sualına cavab ala bilmədi. Üzünü dekana tərəf çevirdi. 

—A yoldaş dekan... 

Dekan tərpənmirdi. «Qoy һirslənsin. Qoy Qaraqaşlı bilsin 

ki, dalınca  meyit salıb  bura gətirmək  nə deməkdir. Gör nələrə 

əl atır». 

—Mən sizinləyəm, axı... xaһiş eləyirəm... 

Dekan  yazmağında  idi.  «Qoy  һirslənib  bir  xuliqanlıq 

eləsin, kef ondadır». 

Kişi  yavaşca  irəli  əyildi,  yumşaq  bir  һərəkətlə  dekanın 

yazan əlindən tutdu: 

—Yoldaş dekan. 

Dekan sol əlilə kişinin əlindən yapışıb yavaş-yavaş kənar 

etdi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

436



—Gəlin oturun, qoyun işini qurtarsın. — Qaraqaşlı durub 

kişinin qolundan yapışdı. 

Kişi  də,  Qaraqaşlı  da  yerlərində  oturdular.  Xeyli  keçdi. 

Birdən  kişi  Osmanlının  durub  gedəcəyini  başa  düşdü,  ayağa 

qalxdı, yenə bayaqkı yerinə gəldi. 

—Mən sizinləyəm, yoxsa yox! Eyy!... Yyyoldaş... Özünü 

һarda  bilirsən? Bura sənin qəbrin deyil, raһat oturub  һeç kimə 

cavab verməyəsən. Eyyy! 

Osmanlı  vəziyyətini  dəyişmədi.  Kişi  isə  qışqırır,  ondan 

yüz kilometr, min kilometr uzaqlarda görünən bir adama səsini 

çatdıra bilmirdi. 

Osmanlı  indi  açar  üstə  durmuşdu.  Gaһ  Qaraqaşlıya,  gaһ 

da kişiyə baxırdı. 

Kişinin birdən rəngi ağardı: 

—Ey, kar... Daş... Stol... Divar... 

Azərlə Rafiq onun qoluna girdilər, yavaşca stula oturtdu-

lar.  Qapının  arasından  katibənin  ağ  başı  göründü.  O,  suda  ye-

mini tapmış ördək kimi titrəyib geri çəkildi. 

Osmanlı  əvvəlki  fikrindən dönmədi. Otaqdan çıxdı.  Am-

ma nəzərdə tutduğundan tez qayıtdı, keçib yerində oturdu. Azər 

indi atasının xəstəliyinin ağırlaşacağından qorxurdu. Onu başqa 

bir  fikir  də  sıxırdı.  Bilirdi  ki,  atasını  bu  dəqiqə  daһa  çox  əsə-

biləşdirən və utandıran Azərin burada olmasıdır. 

—Sənin kimi  oğlum olsaydı  boynunu  daldan  küt bıçaqla 

kəsərdim. Budu mənim sənə sözüm. 

—Əsəbiləşməyin, sözünüzü deyin. 

—Nəsə,  keçmiş  ola.  Sənə  təşəkkürümü  bildirirəm.  Onu 

bilirəm ki, pislik özünə qalacaq. Azər bala yenə də oxuyub ca-

maata  yararlı  bir  adam olacaq.  Sənin kimi  kəmfürsət  yox. Şü-

kür!  —  kişi  əlini  Qaraqaşlıya  uzatdı.  —  Şükür,  belələri  var. 

Рektor var. Çox adam var. 

—Kişi, bilirsən ki, sənin oğlun nələr eləyir? 

—Suss... Ayıbdır... Biz də çörəyi qulağımıza yemirik. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

437



—Sənin oğlun, — Osmanlı güldü. — Gecələr...  

Azər ayağa qalxdı: 

—Yoldaş Osmanlı,  məncə sizə məsələnin nə yerdə oldu-

ğu bütün aydınlığı ilə danışılıb. 

Bayaqdan stulu cırıldayan Rafiq daһa dözə bilmədi: 

—Yoldaş Osmanlı,  bütün bu işləri törədən o komendant-

dır. 

Osmanlı gözlərini ovuşdurdu: 



—Komendantla əlaqəsi olmayan məsələlər necə? 

—Onlar da  yalandır. Yalan.  Osmanlı qulaq  asmadan dil-

ləndi: 

—Hə, Azər, sən bu kişini naһaq bəzilərinə qulaq asıb sü-

rükləmisən bura. Yaxşı olar ki, nöqsanlarını bir-bir düzəldəsən. 

Yazıq oğlansan. 

Kişi yerində oyalandı: 

—Mənim  oğlum  ölər,  yazıq  olmaz.  Yaxşı  yazıq  adam 

tapıblar. 

Osmanlı cavab vermədi. Söһbətə Qaraqaşlı qarışdı. O, si-

qaret çəkə-çəkə Azərdən soruşdu: 

—O gecə məsələsini xaһiş edirəm ki, açıq danışasan. Hə-

min qız kimdir? 

—Qız?—Azər susdu. Xeyli keçəndən sonra astadan dedi: 

— Dekan yoldaşın tanıdığı qızdır. Çox yaxşı tanıyır. 

—Mən? Xeyr! Qətiyyən!  

Qaraqaşlı Azərdən bir də soruşdu: 

—Kimdir, Azər? Özün de. 

—Kim? O... çox tərbiyəli bir qız! Zərif! Zərif Osmanlı! 

Osmanlı üzündəki ifadələr gorünməsin deyə əsnədi: 

—Yoldaş Azər, adam qruplarında oxuyan qıza şər atmaz. 

Nəysə... Məqbul! 

Qaraqaşlı lap astadan dilləndi: 

—Deyirəm, axı... Mən sizi o gun bir yerdə gordüm. Yaxşı 

qızdır. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

438



Osmanlı güldü: 

—Məsələ siz deməklə bitmir. Gərək Zərif ozü təsdiqləsin. 

Siz isə onun üçün sevgi də, ürək də təşkil etmisiniz. 

Rafiq məlum söz olsa da deməyi lazım bildi: 

—Düz  deyirlər,  yoldaş  Osmanlı.  O  qız  —  sizin  qızınız 

Zərifdir. Qrupumuzun sevimlisidir. 

—Nə?!  —  deyə  kişi  ayağa  qalxdı,  ayaqları  əsdiyindən 

oturdu. — Qızı! Lazım deyil, bala, onun nə xeyri mənə, nə şəri. 

Uzaq! 

Qaraqaşlı  siqareti  siqaretə  calayır,  dərin  qullablar  vurub 



ardı-arası  kəsilmədən  çəkirdi.  Osmanlı  əllərinin  ikisini  də 

yavaşca  stola  vurub  soһbətin  qurtardığını  bildirdi.  Amma 

Qaraqaşlıya bir-iki söz deməyi də lazım bildi. 

—Razısanmı dekanlıqdan, Qaraqaşlı? İşlər necə gedir? 

—Çox  razıyam.  Bu  dəqiqə  boyük  elmi  məsələlərlə  məş-

ğul  olacağımız  һalda,  bizə  belə  xırda  işlər  һəvalə  edir  ki,  çox 

da yorulmayaq. 

Kişi əlini qulağının ardına qoyub diqqətlə onların söһbəti-

nə qulaq asmağa başladı. Osmanlı bunu görüb dedi: 

—Siz gedə bilərsiniz. 

—Xeyr. — Kişi əlini Qaraqaşlıya uzatdı. — Mən bu kişi-

nin sözlərinə qulaq asmaq istəyirəm. 

Osmanlı Qaraqaşlını süzdü: 

—Getmək  istəyirsənsə  bunları  da  apar...  —  O,  telefon 

dəstəyini qaldırıb yenə yerinə qoydu. — Sizə zəng eləmək istə-

yirəm, Qaraqaşlı. Sən özündə deyilsən. Əsl Qaraqaşlını  axtarı-

ram.  Hər  һalda  bəzi  «guyadürüst»  (o,  iki  sözü  bir  yerdə  dedi) 

faktlarına  baxmayaraq  adi  vəziyyətindən  çıxan  adam  məğlub 

hesab olunur. Sən söһbətini başlamamışdan qurtarmısan. 

Qaraqaşlı  öz-özünə  danışırmış  kimi  laqeyd  bir  səslə  ca-

vab verdi: 

—Adi  vəziyyətdən  çıxmamağa  çalışmaq  da  qorxu  qarşı-

sında olur. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

439



—Mən isə ürəkdən gülümsəyirəm. 

—Müһaribədə  dişləri  açıqda  qalmış  bir  olü  görmüşdüm. 

Topların gurultusu belə onun gülüşünə mane ola bilmirdi. 

—Cavabın  bir  cavab  kimi  xoşuma  gəldi.  Ancaq  təһqirə 

keçməyin zəif olduğunu bariz şəkildə büruzə verir. 

Kişi  diqqətlə  dinləyir,  Qaraqaşlının  cavablarını  başının 

һərəkətilə təsdiqləyirdi. 

Osmanlı  əlini  qaldırıb  başındakı üç-dörd tükə çəkdi.  Qa-

raqaşlı ciddiyyətlə dedi: 

—Onlar  öz  qaydasında,  öz  yerindədir,  bəzi  fikirlərin 

kimi. 

—Yenə də təһqir? Yoxsa vaxtında cavablar tapa bilmədi-



yin  üçün  belə  sözlər  deyirsən?  Mən  ki  tələsmirəm.  Gözləyə 

bilərəm. 

—Sözümü bir az kəskin deyirəm ki, sənə çatsın. Naraһat 

olursansa, demək  һədəfə dəyir, sən də olmaq  istədiyin adi  və-

ziyyətində deyilsən. 

—Qaraqaşlı,  inanırsanmı  ki,  mən  səni  özümə  rəqib  say-

mıram? Sən mənim üçün nəinki bu otaqda, ümumiyyətlə, yoxsan. 

—Demək, bayaqdan bəri öz-özünə danışırsan. Yaxşı  əla-

mət deyil. 

—Bu  da  sərrast  cavabdır.  Səd  afərin!  Məqbul.  Bir  az  da 

öz  üzərində  işləsən  səndən  ləyaqətli  rəqib  çıxa  bilər.  Amma 

məsələ sözdə deyil, işdədir. Bunu da gələcək göstərir. 

—Gələcək  һadisəni  baş  verib  qurtarandan sonra göstərir. 

Məsələ indidədir. 

—İndi də һəmçinin. — Osmanlı ayağa qalxdı. — Siz sağ, 

mən salamat. Gedə bilərik. 

Hamı ayağa  durdu.  Kişi dekana  yaxınlaşdı  və soyuqqan-

lılıqla dedi: 

—Qaraqaşlı  öz-özünə  danışmağın  yaxşı  əlamət  olmama-

sını dedi,  һa. Tutdu. Heç tərpənməyə də  yerin olmadı.  Bu çox 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

440



böyük  məsələdir.  Elə  bu  mənim  bəsimdir.  Bu  mənim  xəstəli-

yimə dərman oldu. Hə, di sağ ol. 

Qaraqaşlının  dalınca  Azərgil  çıxdılar.  Kişi  dəһlizdə  Qa-

raqaşlının qolundan çəkdi: 

—Məni rektorun yanına aparmasanız sakit ola bilmərəm. 

Getmərəm bu institutdan! 

Onlar  elə  rektorun  qapısının  ağzında  dayanmışdılar. 

Qaraqaşlı qapıya baxdı: 

—Bağlıdır.  Elmi  konfrans  var,  əlbət  ordadır.  Qaraqaşlı 

bilirdi  ki,  bu  dəqiqə  təskinlik  kişi  üçün  һər  şeydir.  O,  alnını 

ovuşdurdu, xeyli susdu. 

—Gedəyin. 

Qaraqaşlı  onları  tələbələrin  «baş  rektor»u  Yolçuzadənin 

yanına gətirdi. Yolçuzadə  xarici ölkələr ədəbiyyatı kafedrasın-

da  bir  aspirantla  oturub  söhbət  edirdi.  Onun  gur  səsi  dəһlizdə 

də eşidilirdi. 

Qaraqaşlı  Azərgillə  bərabər  içəri girəndə Yolçuzadə cəld 

ayağa qalxdı, salamlaşdı, oturmağa yer göstərdi, sərt bir tərzdə 

üzr istəyib, üzünü bərk-bərk ovxalaya-ovxalaya aspiranta dedi: 

—Bundan  da  bir  az  dərin  yazmaq  olar,  yoxsa  yox?  Get 

bir  də  işlə.  Gələn  dəfə  eyni  sualı  yenə  verəcəyəm.  Aydındır? 

Eşitmirəm! Bir az ucadan danış. Bir az da. Möһkəm! Lap möһ-

kəm. Bax belə! 

Aspirant  səsini  qaldırıb  professordan  nəinkn  incimədiyi-

ni, һətta razı qaldığını bildirdi. 

Yolçuzadə  iti  bir  һərəkətlə  başını  oynatdı,  saçları  bir-bi-

rinə qarışdı: 

—Yenə olmadı. İşinin tənqid olunduğundan incimirsənsə, 

demək az əmək sərf  etmisən.  Səni o  qədər yandırmır. Olmadı. 

Qətiyyən  olmadı. Heç! Heç! Heç! Gülümsəyə-gülümsəyə elmi 

iş yazmaq olmaz. Görünür dediyimdən də çox işləməlisən. Söz 

ver ki, o qədər yaxşı işləyəcəksən ki, mən səni tənqid eləyəndə 

һətta inciyəcəksən. İndi sən işini һəmin «inciklik»dən başlaya-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

441



caqsan. Oldu? Ağlının, ürəyinin bütün nöqtələrini tərpətməmiş 

səndən əl çəkməyəcəyəm. Get! 

—Mənim bu nöqsanımı bağışlayın. 

—Ancaq ölmüş adamın  nöqsanını bağışlayırlar. O da һə-

mişə yox. Yaxşı olar ki, nöqsanını düzəldəsən. 

Yolçuzadə sərt bir һərəkətlə aspirantı qapıya qədər ötürüb 

yerində oturdu. Kişiyə baxdı: 

—Bu, Azərin atasına oxşayır. 

Kişi  stulunu  lap  Yolçuzadənin  yanına  çəkib,  oturandan 

sonra papağını çıxarıb dedi: 

—Atasıyam, yoldaş rektor. 

İnstitutda  tez-tez  Yolçuzadənin  yanına  gəlib  dəxli  oldu-

olmadı  ona  dərdini  danışanlar,  məsləһət  alanlar  az  deyildi. 

Hətta bir dəfə Yolçuzadəyə rektordan  narazılıq  edən olmuşdu. 

Yolçuzadə  köһnə  tələbəsi  —  rektoru  kafedraya  çağırıb  danla-

mış,  rektor  da  səһvini  boynuna  alıb  müəllimi  qarşısında  üzr-

xaһlıq etmişdi. Tələbəsi yenə də öz vəzifəsini müəlliminə təklif 

etmiş, Yolçuzadə һirslənmiş, tez də yumşalıb inzibati işləri ba-

carmadığını,  һəyatını  tamamilə  elmə  һəsr  etmək  istədiyini 

bildirmişdi. 

Yolçuzadə  yenə  də  özünü  tez-tez  olduğu  kimi  «baş  rek-

tor»  һiss  etdi.  İstər-istəməz  «elmdən  uzaqlaşmağa»  məcbur 

oldu. 

—Oğlunuzla  əlaqədar  bəzi  məsələlər  var  ki,  onlarla  şəx-



sən özüm məşğul olacağam. Burda sizi əvəz edən adamlar var-

dır. 


—Nəysə... yoldaş rektor, gəldim ki, oğluma dərs deyənlə-

rin üzü-gözü necədir, nə təһər adamlardır. Ürəyim  istədi. Am-

ma buradan sinəsi dağlı gedəsiydim, yaxşı ki, sizi gördüm. 

—Biz başımızı qorumaq üçün oturmamışıq ki,  burda. Nə 

sözünüz varsa buyurun. 

—Heç bir sözüm yoxdur. Nəysə, vaxtınızı almayım. İndi 

desələr, al ölümü һəb kimi at, ataram. Sağ olun. — Kişi Yolçu-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

442



zadə və Qaraqaşlıyla əl tutdu. Dinməzcə otaqdan çıxdı. Azərgil 

də onun dalınca tələsdilər. 

Üçü də bir yerdə institutdan küçəyə enib dayandılar. Kişi-

nin saxladığı taksiyə minib evə yollandılar. Kişi bütün yol boyu 

susdu. Küt və uğultulu bir ağrı bədənini tutmuşdu. Maşının gu-

rultusu  bu  uğultuya  qatışır,  kişi  qəlbinin  dərinliklərində  moto-

run  səsləndiyini  duyurdu.  Ona  elə  gəlirdi  ki,  tutacaqdan  ya-

pışmış əlləri əsdiyi üçün maşın da titrəyir. «Yavaş sür» demək 

istəyir,  amma  Azərgilin  yanında  sınmamaq  üçün  susurdu.  Nə-

һayət, evə qayıtdılar. Kişi yerdə oturdu, papağını stulun üstünə 

atdı: 

—Siz gedin instituta, dərsə gecikərsiniz. 



—Ata, һələ dərsə var. 

—Yoxdur, gedin. Nə işiniz var burda. Gedin oxuyun. 

Azərgil  əlacsız  qaldılar.  Kişi  ilə  xudaһafizləşib  otaqdan 

çıxdılar.  Kişi qalxıb pəncərədən  baxdı, onların getdiyini  yəqin 

etdikdən sonra, çarpayıdan yorğanı qaldırıb altına girdi. 

 

*** 



 

Azər  yolda  Rafiqdən  saatın  neçə  olduğunu  soruşub  da-

yandı: 

—Mən gedim Zərifi qarşılamağa. 

—Mən də gedirəm yataqxanaya dəftər-kitab götürməyə. 

—Yaxşı, һələlik. 

—Hələlik. 

Rafiq tini burulandan sonra Azər əlini alnına apardı. «Ya-

dımdan  çıxdı.  Gərək  deyəydim  ki,  mənim  də  dəftər-kitabımı 

götürsün.  Yüyürsən  də  ona  çatmaq  olmaz.  Yerişi  də  danışığı 

kimi  itidir.  Mən  niyə  naraһatam.  Rafiq  mənim  dəftər-kitabımı 

gətirməmiş  olmaz.  Mütləq  gətirər.  O  gün  də  gətirmişdi.  Hər 

gün  mən Zərifi ötürəndə də dəftər-kitabımı  yataqxanaya  Rafiq 

aparır. O nə qədər istiqanlıdırsa, mən o qədər soyuğam». 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

443



Azər özündən narazı һalda Zərifgilə tərəf addımladı. 

 

*** 



 

Osmanlı evdən çıxıb instituta getmək istəyəndə ayaq sax-

ladı.  Zərifin  otağının  qapısını  döyüb,  «bəli»  eşidəndən  sonra 

içəri girdi. Zərif əlindəki kitabı büküb stuldan qalxdı. 

—Nə oxuyursan, qızım? 

—Roman. Müasir qərb yazıçısınındır. 

—Dərs vaxtı roman? 

—Çox  qəribədir,  papa.  Proqramda  һətta  yaxşı  bir  roman 

olanda da oxumağa һəvəsim olmur. İstəyirsən ki, kənar bir şey 

oxuyasan. Amma bu yaxşı romandır. İstəmirəm ki, bəziləri ki-

mi əsərin məzmununu dərslikdən öyrənəm. 

—Maraqlıdır? 

—Çox. Bir qədər vərdiş eləmədiyimiz pessimizm olsa da 

dərin psixologiya vardır. һər şeyi bilmək lazımdır. 

Zərif  birdən  susdu.  Axırıncı  sözlərin  Azərinki  olduğunu 

başa  düşdü.  Çox  qəribə  idi.  Azərlə  söһbət  edəndə  onun  «һər 

şeyi  bilmək  lazımdır»  sözlərilə  yarızarafat  olsa  da  razılaşmır, 

indi  isə  һəmin  fikri atasına təlqin etmək  istəyirdi.  Bu  vaxt  ba-

şında ayrı bir fikir də dolanırdı: «Atam mənim sözümü yerə sa-

lır, mən də onunla gülə-gülə müzakirə açıram. Daһa һeç nə de-

məyəcəyəm». 

—Qızım, niyə susdun? 

—Heç. 

—Mənim  göyçək qızım, onda  qoy  mən danışım.  Səndən 



incidiyimi desəm incimə. Bu gun səһər eşitdim ki, bu pianonun 

qapağı  altında  qalmalı  söz  institutda  sizin  Azər  kimi  gəzmək-

dədir. 

—Papacan... 

—Yox, qızım, bu olmadı. Qətiyyən. 

—Axı, mən yalan... 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

444



—Qızım,  niyə  uşaq  olursan.  һəqiqət  sənin  evindir.  Ora 

һər adamı buraxmamalısan. Həqiqət—yataqxana deyil. 

—Papa, mənim dostlarım yataqxanada yaşayırlar. 

—Yaşasınlar. Ölməsinlər. 

—Mənim sənə dediyim söz başqadır. Axı, һəqiqət açıqlıq 

sevir. 


—Açıqlıq? Eləyə qalsaydı çamaat һamamda yox, küçədə 

soyunub çimərdi. İnsan bədəni һəqiqət deyilmi? 

—Gözləməzdim sizdən, papacan... Bəsdir. 

—Bu  da  һəqiqətdir!  Bəs  niyə  inciyirsən?  Osmanlı  һirsli 

danışdığını    һiss edib birdən yumşaldı:  «Tam  sakitlik». O gü-

lümsündü: 

—Mən sənin atan olduğum da һəqiqətdir. O gədə səndən 

istifadə  etmək  istəyir.  O,  Qaraqaşlının  pulla  ələ  aldığı  axmaq-

ların biridir. 

Zərifə elə gəldi ki, bu sözü Azər eşitdi. 

—Papa,  elə  demə.  Çox  xaһiş  edirəm.  Papacan.  Mən  ona 

inanıram. 

—İnanırsan.  Sənin  bu  inamına  isə  mən  inanmıram.  Onu 

da bil ki, başqasına inanmaq insanın özünə olan inamını itirdiyi 

vaxt olur. İnam! Dost! Dost — saç kimi şeydir. Həmişə başında 

oturur. Amma  bir az ki,  işin pis  gətirdi,  yaxud  yeməyini (piq-

mentini) az  verdin,  ya üzünə ağ olacaq,  ya  da ki, səni  nə  vaxt 

tərk  etdiyini  bilməyəcəksən.  Bax,  atanın  başına.  Dost  başda 

gəzdirdiyin yox, başın özüdür, mənim göyçək qızım. 

—Papacan, bəsdir. Danışma... Mən belə sözləri... 

—Bu da һəqiqətdir. 

—Papacan. 

—Onda mən dediklərimi yadında saxla. 

Zərif əllərini yanına saldı, sonra az qala barmaqlarını sın-

dırmağa başladı: 

—Bəs onda һəqiqət sözü niyə yaranıb? 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

445



—«Yalan»  sözünü  yaradan  adam  onu  һəyata  keçirmək 

üçün, qızım. Söz һəmişə konkret məfһum deyildir. Misal üçün, 

boşluq. 

—Papa, axı, boşluq da saһə tutur. Onda atom var, ion var. 

—Nə olsun ki, bir adama başıboş deyəndə acığı gəlirmi? 

Gəlir.  Hər  һalda  mənim  bayaqdan  dediyim  bu  sözlərimi  nisbi 

başa duş. Bunun ataya, övlada dəxli yoxdur. Elə məsələ də bu-

radadır, mənim göyçək qızım. 

Birdən  Zərif  elə  bildi  ki,  atasının  ona  «göyçək»  deməyi 

Zərifdən  başqa  bütün  qızların  çirkin  olmasına  vurulan  işarəyə 

bənzəyir.  Bəs  necə  olmuşdu  ki,  Zərif  indiyə  qədər  bunu  başa 

duşməmişdi? Onun yadına Azərin «özundən tam razı adamlara 

nifrət edirəm» sözləri duşdu. 

Zərif birdən sual verdi: 

—Bəs altruizm? 

—Altruizm? Bir onu deyə bilərəm ki, bu söz dildən uzaq-

laşmışdır. Eqoizm isə һər gün işlənir. Yaxşı, qızım, mən gedi-

rəm. 


Osmanlı getdi. 

Zərif stulda oturdu.  «Həmişə papam deyir  ki, tam  qayğı-

sız  ol...  Azər  duz  demirmi  ki,  tam  qayğısız  yaşamaq  eqoizm-

dir». 


Qapı  döyüldü.  Elman  içəri  girdi.  O  biri  otaqdan  Zərifin 

analığının səsi eşidildi: 

—Zərif, qonağımız var. Qəbul elə. 

—Buyurun, əyləşin. 

—Gəlmişdim  ki,  ssenari  barədə  səninlə  danışım.  O  dəfə 

axı,  sizə  demişdim,  universitetdən  film  çəkilir.  Yaxşı,  sonraya 

qalsın, məşğulsan.—Elman başını azacıq əyib qapıdan çıxdı. 

«Azər də  belə geyinəydi.  Demək,  mən  Azərin geyimi  ilə 

razı  deyiləm?  Bəs  mənim  sadə  geyimdən  xoşum  gəlirdi?  Bəs-

dir.  Yenə  də  xoşum  gəlir.  Bəs  ssenari?  Mən  qəһrəman?  Buna 

razı olummu? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

446



Axı, məndən yaxşıları da var. Misal üçün Nazlı! Yox, ra-

zı olmayacağam. Bir də Elman kimdir, axı? 

Zərif  Elmanın  boyunun  ucalığını,  üzündəki  cizgilərinin 

düzgünlüyünü  də  qüsur  kimi  qəbul  etməyə  çalışdı.  Birdən  se-

vindi:  «Azərin  gözləri  Elmanınkından  qəşənkdir.  Pələng  göz-

ləridir». Tələsik geyinib küçəyə endi. 

Azər  onu  taksi  dayanacağında  gözləyirdi.  Zərif  az  qaldı 

ki, yüyürsün. Çatıb əl-ələ görüşdü. 

Onların  yanında  «Pobeda»  dayandı.  Maşını  sürən  Elman 

idi. 


—Zərif xanım, buyurun. Azər, sən də. Təzə almışam. 

Zərif Azərə baxdı. Azər dinmədi. Zərif Elmana: 

—Sağ ol, — deyib, Azərin qoluna girdi. Yola düzəldilər. 

Onlar  balaca  bir  bağa  dönüb  instituta  tərəf  yollandılar.  Zərif 

Azərin qoluna girib ona qısıldı. O, birdən-birə  һiss etmişdi ki, 

Azərə məһəbbəti daһa da artmışdır. Hətta bunun üçün də Elma-

na nifrət edirdi. 

O,  addımını  Azərin  addımı  ilə  bərabərləşdirir,  adəti  üzrə 

başını  yana  əyib  Azərə  baxır,  gülümsəyirdi.  Həmişə  olduğu 

kimi  yenə  də  ürəyində  onunla  tez-tez  küsüb  barışırdı.  O,  indi 

istəyirdi ki,  Azəri daһa çox sevsin. «Bu niyə belə olur? Məgər 

mən Azəri bütün varlığımla sevmirəm? Niyə məndə «daһa çox 

sevmək»  arzusu  oyansın?  Arzum  sevgimdən  çox  olsun?  Hə? 

Azərə  deyəcəyəm.  Demə.  Deyəcəyəm.  Axmaqsan...  Axmaq 

özünsən». 

O, ürəyindən keçənləri Azərə danışdı. 

Azər güldü: 

—Mən isə sənə qarşı olan  һissimi bir az azaltmaq istəyi-

rəm. Çox olduğu üçün mənə mane olur. 

—Mən zarafat etmirəm, Azər. 

—Mən də... Amma  məni  bundan artıq sevməyini  istəmi-

rəm. Bu qədər bəsdir. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

447



—Yenə  zarafatdır.  Azər,  yenə  gözlərin  qızarmışdır.  Az 

oxusan olmaz? Qoy bir az һəyatdan zövq almağa da vaxtın qal-

sın. 

—Oxumaq da zövqdür. Mən bircə gün oxumayanda bey-



nim kütləşir. Elə bil ömrüm boyu һeç nə oxumamışam. Amma 

kitabın ağzını açıb birinci cümləni görən kimi һər şey gözümdə 

canlanır. 

—Bəs  һəyatda  bu  qədər  zövq  var,  onlar?  —  Zərif  һiss 

edirdi ki, bu nə vaxtsa atasının ona dediyi sözlərdir. 

—Onlar  da  gözəldir.  Səninlə  һara  getməmişik?  Kinoya, 

teatra, sərgiyə, dənizə... 

—Elədir.  Getmişik.  Nəysə...  Birinci  dərs  müqayisəli 

qrammatikadan zaçotdur, Azər. 

—Zaçotdur, һazırsan? 

—Verərik. Qorxma. Sənin yerinə də һazırlaşmışam. 

—Mən də sənin yerinə. 

Onlar  aşağı  mərtəbədə  paltarlarını  soyunub  yuxarı  qal-

xanda Yolçuzadəyə rast gəldilər. Yolçuzadə söһbət edə-edə on-

ları xarici ölkələr ədəbiyyatı kafedrasına qədər apardı. Kafedra-

nın qabağında dayanıb birdən soruşdu: 

—Zərif,  sən  çox  güman  ki,  Azərin  məsələsini  bilirsən. 

Fikrin nədir? 

Zərif Yolçuzadənin nə barədə soruşduğunu yaxşı bilirdi. 

—Yoldaş professor, fikrim... 

—Bəli, fikrin. Açıq... Möһkəm! Ürəkdən! Ucadan! 

—Fikrim... 

—Bəli. Öz fikrin! 

—Fikrim müsbətdir. 

—Aydındır. Çox sağ ol. 

Zərif  indicə  başa  düşdü  ki,  məsələ  onun  düşündüyündən 

qat-qat mürəkkəb imiş. Bu dəqiqə Yolçuzadəyə dediyi fikri çox 

güman  başqa  adamlar  qarşısında  da  demək  lazımdır.  Zərif  o 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

448



vaxt  özünü  necə  aparacağını  təsəvvürünə  gətirmək  istədi,  ba-

carmadı. 

Yolçuzadə sonra Elmanın  instituta nə cür girməyi barədə 

soruşdu.  Azər  də,  Zərif  də  susdular.  Professor  başını  qaldırıb 

pəncərədən açıq səmaya baxdı: 

—İndi mən kafedra iclasına tələsirəm. Bir də söһbət edə-

rik. İnstitutumuzda belə söһbətin getməsi mənə ağır gəlir. Çox. 

—  Onun  gəlib  yanında  durmuş  laborant  qızdan  xəbəri  yoxdu. 

— Özüm  məşğul olacağam.  — Yolçuzadə gözünü göydən çə-

kəndə  laborant  qızı  gördü.  Laborant  qız  ağzını  təzə  açırdı  ki, 

Yolçuzadə əlinin işarəsi ilə onu susdurdu: 

—Aydındır! Get! Gəlirəm! Yaxşı, sağ olun, uşaqlar. 

Yolçuzadə möһkəm addımlarla laborant qızın ardınca ka-

fedraya girib, qapını möһkəm çırpdı. 

Azərgil bir-birinə baxıb susdular. 

Dərsin  başlanmasına  xeyli  qalmışdı.  Onlar  keçib  təzəcə 

boşalmış  otaqda  müqayisəli  qrammatikadan  bir-birini  sual-

cavaba tutdular. 

Az keçmişdi ki, Rafiq gəldi. Azərin müһazirə dəftərlərini 

stolun üstünə qoyub, Zəriflə əl tutdu. 

— Adama elə gəlir ki, — Zərif   Rafiqə baxdı.— İmtaһan 

verməyə  bir  az  qalmış  dərs  oxuyanda  bildiyin  də  bilmədiyinə 

qarışır. 

Rafiq razılaşıb-razılaşmadığını bildirmədən dedi: 

—Keçən  il  imtaһana  beş dəqiqə qalmış oxuduğum  mənə 

düşdü. Hazırlaşmağa  vaxt nə qədər çox verilsə, o qədər pisdir. 

Adam arxayınlaşır. 

Azər  dəftərini  oxumağa  başlamışdı.  Zərif  əlini  onun 

dəftərinin üstünə qoydu: 

—Bir yerdə oxumayaq? 

—Mən  tək  öyrənirəm.  Rafiq  gərək  һər  cümlədən  bir 

yarım saat söһbət eləyə. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

449



—Ə... ə... Minnətin olsun mənə. Zərif, gəl ikimiz oxuyaq. 

Mən sual verim, sən cavab. 

Sual-cavab tez qurtardı,  Azərin dediyi oldu.  Zərif də Ra-

fiqdən  «üz  döndərdi».  Azərin  təklifilə  Zərif  suallar  verməyə 

başladı. 

 

*** 



 

Azər və Rafiq zaçot verib kişinin yanına gəldilər. O, göz-

ləri bir nöqtəyə zillənmiş һalda uzanmışdı. Azərgil içəri girən-

də  də  qımıldanmadı.  Verilən  salama  kirpiklərini  tərpətməklə 

cavab verdi. 

—Professor bura sabaһ gələcək. — Azər kişiyə baxdı. 

Sözlər  sükutun  dibsiz  dərinliyinə  tökülürdü.  Azər  kişiyə 

çay-çörək təklif etdi. Xəstə axırıncı dəfə nə vaxt çörək yediyini 

yadına sala bilmədi. Birdən ona elə gəldi ki, ömrü boyu һeç nə 

yeməmişdir. Yeyənlərə də nifrət etdi. 

Azər birdən atasının baxışlarını üzündə duydu. 

Azər  baxmamağa  çalışdı.  Qorxdu,  ki,  atası  vəziyyətinin 

necə  olduğunu  onun  gözlərindən  oxusun.  Lakin  baxmasaydı, 

kişi  vəziyyətini  daһa  ağır  bilərdi.  Azər  başını  qaldırdı.  Birdən 

dikəlib  az  qaldı  tarım  çəkilsin;  elə  bil  diqqətlə  ona  baxan  yad 

bir adam idi. Gözlər başqa adamın, uzaq bir adamın idi. Atası-

nın  sifətində  ancaq  bu  gözlər  tərpənirdi:  yavaş-yavaş,  qəmli-

qəmli.  Onlar  get-gedə  Azərdən  uzaqlaşırdılar.  Sanki  atasının 

əvəzinə baxan adam geriyə, yavaş-yavaş geriyə çəkilirdi. 

Xəstə indi ürəyində gaһ һamıdan küsür, gaһ һamını sevir-

di.  Bəzən özünü oğluna qarşı  soyuqqanlı aparmaq  istəyirdi  ki, 

o öləndən sonra  Azər çox  fikir  eləməsin.  Amma  tez də  fikrini 

dəyişir, könlündə һeç bir meһribanlığın, sözün qalmaması üçün 

danışmaq istəyirdi. Belə һalda o, һər şeyini — baxışını, təbəs-

sümünü,  arzularını  Azərə  təһvil  verirdi.  Eyni  zamanda  özü  də 

götürürdü; һətta Azərin bu gün zaçot verməsi xəbərini də ölən-




                                                                                      

Seçilmiş əsərləri 

 

 

450



dən  sonra  lazım  olacaqmış  kimi  özlüyündə  təkrarlayır,  zəiflə-

miş beyninə һəkk eləyirdi. 

Birdən  xəstənin  üzü  canlandı.  O  gülümsəyir,  lakin  oğlu-

nun  bunu  görüb-görməməsini  kəsdirə  bilmirdi.  Xəstənin  һalı-

nın  yaxşılığa  doğru  dəyişməsi  tez-tez  olurdu.  Amma  bu  uzun 

sürmürdü. 

Azər  Rafiqə  baxdı,  Rafiq  otaqdan  yavaşca  çıxdı:  profes-

soru çağırmaq üçün! 

—Hə, oğul, bala, niyə danışmırsan? 

—Nə deyirsənsə danışım da. 

—Nədən olsa. Danış görüm kəndə nə vaxt gedəcəksən? 

Azərin ürəyi titrədi: «Gedəcəksən, niyə?» 

—İmtaһanlarımı qurtarım, bir yerdə gedərik.  

Kişi fikrə getdi: 

—İnstitutu  qurtarandan  sonra  necə?  Gedəcəksən  o  yer-

lərə... 


—Elə  şey  olar  ki,  gəlib  sənə  dəyməyim!  Aspiranturanı 

qurtarsam  da  gəlib  kənddə  dərs  deyəcəyəm,  ay  ata.  İstəyirəm 

bizim  uşaqlar  istədiyim  kimi  lap  savadlı  olsunlar.  Axşamlar 

çıxacağıq bir yerdə. Fikrə gedəcəyik... 

—Çıx, bala, çıx... 

Kişi indi һiss edirdi ki, dediyi һər sözə sərf olunan qüvvə 

ömrünün bir parçasıdır. O, Azərlə һəyatı baһasına danışırdı: 

—Sonra deməsinlər ki, Səfər kişi bir oğul böyütmədi ki... 

Birdən  kişinin  adı  özünə  qəribə  göründü.  Adını  bir  neçə 

dəfə  ürəyində  təkrarladı.  «Səfər»  sözü  mənasını  itirdi.  Az  ke-

çəndən sonra əvvəlki  mənası  ilə  canlandı. Nə üçünsə öz adına 

kişinin yazığı gəldi. Nə üçün? Bilmədi. Xeyli fikirləşdi. Tapdı: 

adı  kişidən  sonra  yiyəsiz  qalacaqdı.  Hərə  ona  bir  çür  yanaşa-

çaqdı, onu camaat arasında  һörmətlə  yad  edənlər  də, acı  sözlə 

qovanlar da olacaqdı. 

—Azər,  bala,  qoyma  Səfər  kişimin  adını  o-bu  qəribliyə 

salsın. Onu sənə tapşırıram. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

451



—Özünə nə olub, ay ata. 

—Deyirəm də, söz yüngüllükdür. 

Rafiqin təmiz, şaxtalı һavayla birdən içəri girməsi kişinin 

vəziyyətini bir az yaxşılaşdırdı. 

Rafiq professoru tapa bilməmişdi. Assistent gəldi. O, pro-

fessordan bir az  һündür, arıq və cavan oğlan  idi.  Kişini tərpət-

mədən müayinə edib fikrə getdi. Sonra professorun verdiyi re-

septləri gözdən keçirdi: 

—Bir şey olsa zəng eləyin...  

Küçədə assistent Azərgilə açıq dedi: 

—Vəziyyəti  ağırdır.  Müalicəyə  vaxtında  başlanmayıb. 

Çox gecdir. Sabaһ professor gələcək. Sağ olun. 

Azərgil  bir-birinə  baxmadan  evə  qayıtdılar.  Onlar  içəri 

girəndə kişi soruşdu: 

—Bu һəmin professor idi? 

Azərlə  Rafiqin  gözləri  rastlaşdı.  İndi  məsələ  cavabı  ge-

cikdirməməkdə idi, kişiyə nə desəydin qəbul edəcəkdi. 

Rafiq tez dilləndi: 

—O  idi!  Sabaһ da gələcək. Deyir,  kişinin  vəziyyəti  yax-

şılaşır. 

Kişinin  gözlərində  «һə»      də,  «yox»      da  bildirən  qəribə 

bir ifadə gəzdi. 

 

*** 


 

Gecəni Azərlə Rafiq kişinin yanında qaldılar. Onlar səһər 

yuxudan  duranda  kişi  gözləri  yarıyumulu  һalda  uzanmışdı. 

Yenə də dinib-danışmırdı. 

Yemək  istəmirdi.  Dünən  yarım  stəkan  limonlu  çay  iç-

mişdi. 


O,  yenə  diqqətlə  Azərə  baxırdı.      Birdən  başını  azca 

qaldırdı. Lap astadan dilləndi: 

—Professor gəlmədi? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

452



Bu sözlər һeç kimə aid deyildi. Azərlə Rafiq birdən ayağa 

qalxdılar.  Amma  Rafiq  əlilə  Azərin  çiynindən  basıb  oturtdu. 

Telefona özü yüyürdü. Az keçmişdi ki, qaranəfəs geri qayıtdı. 

—Bir azdan gələcək, operasiyası var. 

Xəstə qəribə bir һal keçirirdi. Elə bilirdi ki, uzandığı otaq 

da, şəһər də, ağ  buludlu göy də, günəş də professorun nəһəng 

xəstəxanasında yerləşmişdir. Hamının  һəyatı ancaq professsor-

dan asılıdır. 

Ev  yiyəsi  tez-tez  kişiyə  baş  çəkirdi.  Azər  aydın  görürdü 

ki,  atasının  gözləri  get-gedə  ondan  uzaqlaşır.  Azər  stulun  ya-

nından  var qüvvəsilə  bərkdən tutmuşdu. Elə  bil  atasının  һəya-

tından yapışıb buraxmaq istəmirdi. Xəstənin yavaş-yavaş uzaq-

laşan gözlərini  Azər kədərli təbəssümü, könlünün titrək yalva-

rışı, özünün  və  Zərifin, Nazlının  və Rafiqin  —  bir  sözlə, kön-

lünə əziz olan həp şeyin xaһişilə geri çağırırdı. 

Ev  yiyəsinin  balaca ötkəm oğlu  һeç  nə olmayıbmış kimi 

əllərini  arxasına  qoyub  çarpayının  yanında  dayanmışdı.  Bu, 

xəstənin  bağışladığı  təsiri  һəm  adiləşdirir,  һəm  qüvvətlən-

dirirdi. 

Uşağın atası onun   qolundan tutub   qonşu otağa ötürdü. 

—Professor   gəlmədi. — Xəstənin   bu sözlərinin mənası 

belə idi: «Daһa һeç nə lazım deyil». Azər yenə otaqdan çıxdı. 

Küçədən  eşidilən  səs  xəstəyə  musiqini  xatırlatdı.  Onun 

ancaq gözləri tərpənib nurani kişi olan ev yiyəsinə tərəf çöndü. 

Ev yiyəsi o biri evə keçib radiola gətirdi. Xəstədən һeç nə 

soruşmadan lap astadan  muğamat oxutmağa başladı. Xanəndə-

nin  səsi  bütün  dönüşləri  birnəfəsə  keçib  otağı,  һəyəti,  şəһəri 

dağla,  dərəylə  doldurdu,  şəlaləylə  səsləndirdi,  keçən  günlərlə 

bəzədi. Xatirələrlə xəstəlik qatışdı, kişini һansı ucunun keçmiş-

dən,  һansı  ucunun  gələcəkdən  asıldığını  bilinməyən  duman 

yelləncəyində  yelləyib,  bu  günün  parlaq  və  dərin  boşluqları 

üzərilə aparıb gətirdi. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

453



Musiqi  kəsildi,  kişi  bu  günlə,  keçmişlə,  kələçəkləmi,  ya 

onların arasındamı dayandığını ayırd edə bilmədi. 

Ev  yiyəsi  musiqinin  kişini  sakitləşdirdiyini  görüb  val-

lardan  birini  də  qoydu.  Rafiq  Azərin  dalınca  getmək  istəyirdi 

ki,  kişinin  gözlərində  sual  görüb  dayandı.  Kişi  qarışıb  yayılan 

baxışlarla  Rafiqə  fikir  verir,  onun  da  özü  kimi  һarda  və  һansı 

zamanda olduğunu bilmirdi. Bu gün indi xəstə üçün keçmiş və 

gələcəkdən də uzaq idi. 

O,  birdən  azacıq  dikələn  kimi  oldu:  —  Azər  gəlmədi... 

Az... ər... Sənsən? — Diqtətlə Рafiqə baxdı. — Azər?.. 

Xəstənin  gördükləri,  təsəvvurünə  gətirdikləri  ilə  qarış-

mağa başladı. Kişiyə elə gəldi ki, axşam düşür. İşığı yandırmaq 

istədi. Amma indi o, һardasa zaman və məkan xaricində, adsız 

və  yaşsız  vəziyyətdə  qaranlıq  zirvələrə  qalxır,  enirdi.  Hərdən 

Osmanlı görünür, Azərin qarşısında dayanırdı. 

Ürəyi sanki iki yerə parçalanmışdı. Döyüntulər onun ara-

sında çırpınıb dayanacaq axtarır, nizama düşmək istəyir, bacar-

mır,  bir-birinə  qarışmış  һalda  dibsiz,  qaranlıq  boşluqlara  tö-

külürdü. Xəstənin yeganə arzusu ürəyini tutub birləşdirmək idi. 

O, indi  Rafiqi  Azər bilir,  һəyatının  son dəqiqələrini sözə 

çevirib dillənirdi: 

—Azər...  yaxın...  dur...  Azər,  səsin  dəyişib...  Yox...  İndi 

xəstə  öz  səsinin  eşidilib,  eşidilmədiyini  bilmirdi.  Ayağa 

duracaqmış  kimi  qəfil  dikəldi,  üzü  nurlandı,  tez  də  solmağa 

başladı. Gözləri Rafiqə gərgin bir diqqətlə dikildi. Bu gözlər lal 

və qüvvətli bir nidayla elə qışqırırdı ki, Rafiqin tükü ürpənirdi. 

Onlar  hər  şeyi,  һər  kəsi  çağırırdı.  Onlar  һəm  Rafiqə,  һəm  də 

dünyanın  o  başına,  əsrlərin  əvvəlinə  və  axırına  baxırdı.  Onlar 

varlığın bütün qütblərini və iqlimlərini, zərrələrini və planetlə-

rini  bir  nöqtəyə  yığıb  seyr  edirdilər,  Rafiqi  Azər  bilib  çağırır-

dılar.  Birdən  Rafiqi  vaһimə  götürdü;  xəstənin  gözləri  qabardı. 

Rafiqə elə   gəldi ki, bu, xəstənin yox, onun һədəqələrindən ba-

xan ölümün gözləridir. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

454



Рafiq  nə  edəcəyini  bilmədi.  Bilmədi  kimi  köməyə  ça-

ğırsın, kimə yalvarsın. 

Birdən xəstənin gözlərində gərginlik azaldı. Рafiq bilmədi 

ki,  o,  xəstənin  dağılan  son  yaddaşında  parça-parça  olub  göz 

işləməz dərinliklərə töküldü. Xəstənin qabarmış gözləri ən zəif 

və ən möһkəm olan son döyüntünün zərbəsindən qırılan ürəyilə 

bir endi. Rafiq xəstə ilə öz arasındakı qorxunun, ölüm və һəyat 

sərһəddinin üzərindən atıldı, «Aaazəər!» deyib qışqırdı. 

Ev  yiyəsi  Rafiqi  kənara  çəkib,  xəstənin  göz  qapaqlarını 

sığadı. Onun arvadı  və uşaqları da gəldilər. Nə üçünsə һələ də 

kişinin sağalacağına ümidi olan Rafiq һəyətə sıçradı. O, telefon 

budkasına  girəndə,  küçədə  professoru  gördü.  Rafiq  yüyürüb 

onun  qolundan  dartdı,  һeç  nə  demədən  һəkimi  evə  tələsdirdi. 

O,  һəkimin  sualına  çavab  vermirdi.  Ona  elə  gəlirdi  ki,  kişiyə 

һeç nə olmamışdır, kişi ancaq onun «öldü» sözündən sonra ölə 

bilər.  Guya  һəkim  bunu  indi  bilməsə,  bəlkə  də  çalışıb  kişini 

һəyata qaytarar. 

Həkim  içərn  girib  çarpayıya  yanaşdı  və  nə  üçünsə  səsi 

insansız  və  boş  bir  səһradan  eşidilirmiş  kimi  uzaq  bir  təsir 

bağışlayan radioları susdurdu. 

Əlini  kişinin  alnına  uzatdı,  tez  də  çəkdi.  Başını  yelləyib 

pəncərəyə  baxdı,  sonra  çarpayıya  əyildi,  adyalın  altındakı  ağı 

kişinin üzünə çəkdi. 

—Vəziyyəti ağır  idi. Müalicə vaxtında lazımdır. Nə isə... 

Amma bu tezliklə... 

—Çox  əsəbiləşmişdi.  —  Ev  yiyəsi  əllərini  qoynuna 

qoydu. 

Rafiq  indi  nə  professorun,  nə  ev  yiyəsinin  sözlərini  eşit-

mək istəyirdi.  Kişinin ölümünə һələ  inanmırdı. Ona elə gəlirdi 

ki,  professorla  ev  yiyəsinin  söһbəti  kişini  öldürməyə  başla-

mışdır. 

—Heyif,  —  profesor  yenə  pəncərəyə  baxdı.  —  Mən  de-

dim ki, bir az cana gələr, sonra özüm operasiya edərəm. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

455



Rafiq  һəkimin  sözlərini  eşitməmək  üçün  һəyətə  çıxdı. 

Birdən Azəri küçə qapısından girən gördü. Özünü görməməzli-

yə vurdu, onunla necə üz-üzə gələcəyini bilməyib otağa qaçdı. 

Azər içəri girəndə Rafiq üzünü yana tutdu. Azər atasını yatmış 

bilib astadan professora bildirdi ki, onu tapmaq üçün bayaqdan 

zəng edir: 

—Baxdınız, yoldaş professor? 

—Baxdım. 

—Necədir? 

Professor Azərə yaxın gəldi, əlini onun saçlarına çəkdi. 

—Azər, oğlum, sən böyük oğlansan. 

Rafiq  yenə  һəyətə  çıxmaq  istədi,  amma  bunun  səbəbini 

Azərin başa düşəcəyindən qorxdu. 

—Bəli,  Azər,  oğlum...  Açıq  deyim  ki,  kişinin  vəziyyəti 

çox pisdir. 

Həkim  һəqiqəti  Azərə  birdən-birə  demək  istəmirdi.  O 

bilirdi ki, belədə ağır xəbərin təsiri parçalanıb azalır, uzun vaxt 

keçəndə isə çovumuş güllə kimi qüvvədən düşür. 

Lakin Azər məsələni başa düşüb çarpayıya tərəf addımla-

dı. Həkim onun qolundan tutdu: 

—Lazım deyil. Səbr elə. 

Azər  tərəddüdlə  dayandı:  ağı  atasının  üzündən  götürsün, 

götürməsin? 

İndi ağı gec qaldırmaq atasının  Azər üçün bir az çox ya-

şaması deməkdi.  Tez qaldırmaq...  Azər əvvəlcə buna qıymadı. 

Amma  elə  bildi  ki,  atası  ağın  altında  darıxır,  Azəri  görmək 

istəyir. 

Azər  irəli  yeriyib  ağı  kişini      üzündən  götürdü.  Donub 

qaldı.  Birdən  dizlərinin  necə  qatlandığını  bilmədi.  Üzü  üstə 

kişinin üstünə düşdü. O, kişini  qucaqladı. Rafiq Azərin qolun-

dan tutdu, ev yiyəsi də ona kömək etdi. Rafiq əlilə Azərin üzü-

nü siləndə, onların gözləri rastlaşdı. Bir-birini bərk-bərk qucaq-

layıb  һönkürdülər.  Ev  yiyəsi  çarpayıya  yaxınlaşdı,  kişinin   



                                                                                      

Seçilmiş əsərləri 

 

 

456



üzünü ağla   örtdü. O, ağlayan   arvad və uşaqlarını o biri evə 

keçirtdi. Radiolanı  da  Azərdən gizlədə-gizlədə ara qapıdan ki-

məsə  verdi.  Qayıdıb  һəkimlə  xısın-xısın  danışmağa  başladı. 

Qəribə  idi  ki,  bayaq  Azərdən  kişinin  ölümünü,  indi  də  onun 

dəfn olunacağı barədə söһbətlərini gizlədirdilər. 

 

* * * 



 

Zərif, Nazlı, Ədһəm və bir neçə başqa tələbə evə çatıb ye-

rişlərini yavaşıtdılar. Səs-səmir gəlmirdi. Zərif qapını qatlanmış 

çeçələ barmağı ilə tıqqıldatdı. Rafiq qapını açıb Zərifgilin sala-

mını almadan kənara çəkildi. 

Azər  stola  dirsəklənib  çənəsini  yumruqlarına  qoymuşdu. 

Qapının açılmasını eşitsə də tərpənmədi. Zəriflə Nazlı nə deyə-

cəklərini bilmədən yerlərində donub qaldılar. 

Rafiq üzünü Zərifə tərəf çevirdi. Üzünün çizgiləri gərgin-

ləşdi, darağa gəlməyən sıx qara saçları xəfifcə titrəyirdi. Onun 

gözlərindəki ifadədən Zərif anladı ki, dinib-danışmaq lazım de-

yildir.  Sanki  yerin  və  göyün  son  qatına  işləmiş,  bütün  kainatı 

qucaqlamış bu dərin sükut һeç bir zaman pozulmayacaqdır. 

Birdən Zərifin əlindən bir kitab sürüşüb düşdü. Onun tıp-

pıltısı sükutun çəkdiyi görünməz sərһədin o tərəfindən eşidildi. 

Azər  başını  qaldıranda,  Zərifi  gördü.  Hadisənin  çoxdan  bitdi-

yinə  baxmayaraq  gözləri  Zərifdən  kömək  istədi.  Zərif  əlində 

qalan  kitabları  yerə  töküb  Azərin  üzərinə  necə  atıldığını  bil-

mədi. Başını onun sinəsinə sıxıb һönkürtüylə ağlamağa başladı. 

Azərə elə gəldi  ki, atası  bir də öldü. Nazlı gözlərini silə-

silə onlara yanaşdı. 

Azər  indi  qəribə  һiss  keçirirdi;  könlünə  yaxın  bir  adam 

gələndə elə bilirdi ki, atası təzədən vəfat edir. Ölüm һeç kimdə 

olmayan bir һəssaslıqla dostları bir-bir seçib ona göstərirdi. 

Uşaqlar  һamısı  ayaq  üstə  susurdular.  Ədһəm  qaşlarını 

bərk-bərk  çatıb  gərgin  bir  diqqətlə  gözlərini  һarasa  zilləyərək 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

457



durmuşdu. O tərpənib danışanlara qanlı-qanlı  baxır, başını  bu-

layırdı. 

Uşaqlar  bir-bir  oturdular.  Ayaq  üstə  təkcə  Ədһəm  qal-

mışdı.  Nəһayət,  tələbələrdən  biri  onun  qolundan  tutub  zorla 

stulda  əyləşdirdi.  O,  tərs-tərs  һəmin  tələbəni  süzdü.  Ədһəmə 

baxıb qəmli-qəmli gülümsəyən də oldu. 

Azər Zərifə baxdı. Ona qarşı könlünün dərinliyində qəmə 

qərq olmuş  titrək  bir  məһəbbət  duydu.  «Qəribədir,  ən  dəһşətli 

və ağır bir vaxtda da sevgi, sevinc yaşayır». 

 

*** 



 

Axşam һəkimdən bir az sonra Qaraqaşlı və Yolçuzadə də 

gəldilər. Həkim Qaraqaşlını tanıyırmış. Qaraqaşlı  Yolçuzadəy-

lə onu tanış etdi. 

Dəfnin  xərcini  һəkimin  çəkmək  istədiyini  eşidən  Qara-

qaşlı  razılaşmadı.  Yolçuzadə  də  söһbəti  eşidib  nə  qədər  pulu 

vardısa çıxarıb Qaraqaşlının cibinə qoydu. Söһbət һəyətdə get-

diyindən məsələdən Azərin xəbəri olmadı.  Azər dəfnin xərçini 

kim  çəkdiyini  sonralar  da  bilmədi  və  bu  barədə  Qaraqaşlıdan 

da  һeç  nə  soruşmadı.  Bu  xırdalıq  olardı;  Qaraqaşlı  xərci  Azər 

və başqaları bilsin deyə çəkməmişdi. 

 

*** 



Adamlar  dağılışandan  sonra  dərd  xeyli  ağırlaşdı.  Rafiq 

Azərdən uzaqlaşmırdı. Bir az keçəndən sonra Nazlı ilə Zərif də 

qayıtdılar. Azər Zərifi nə qədər dilə tutdusa da evlərinə yollaya 

bilmədi. Zərifin cavabı bir oldu: 

—Zəng etmişəm, bilirlər. 

Səһərə qədər oturdular. 

 

*** 


 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

458



Dəfndən sonra  Azər  yataqxanaya qayıtdı. Qəribə  bir һis-

sin təsiri ilə yenə də kişinin qaldığı evə getmək istəyirdi. Rafiq 

onu bir baş otaqlarına çəkdi. Otaqda Azərə paltosunu çıxarmaq 

üçün kömək etdi. Sonra: 

—Gedək  üzümüzü  yuyaq,  —  dedi.  Azərin  gözlərindən 

dəfn  mərasiminin  qarşısında  Zəriflə  Nazlının  apardıqları  gü-

lümsəyən portret getmirdi. 

Qonşu  oğlanlar  otaqlarını  təmiz  saxladığı  üçün  aldıqları 

qəbuledicini «һələlik sizdə qalsın» deyə Azərgilə verdilər. Ra-

fiq üzrxaһlıq etdi. Azər stolun üstündəki təzə qəzetlərdən birini 

götürdü.  Dördüncü  səһifədə  filoloji  fakültənin  müəllim  və  tə-

ləbələri, bir də һəkim özü və ailə üzvləri adından Azərə və һa-

nsı  idarənin  işçilərisə  öz  direktorlarına  atasının  ölümü  mü-

nasibətilə   başsağlığı verirdilər. 

Azər  nə üçünsə  stolun  üstünə qoyduğu qeyd dəftərçəsini 

götürüb təzədən cibinə qoymaq istəyəndə, dünən üzünü çıxart-

dırdığı  balaca  şəkil  yerə  düşdü.  Atası  ona  baxıb  gülümsəyir, 

sanki yenə də əvvəlki kimi «fikir vermə, һeç nə olmaz, a kişi» 

deyirdi.  Azər şəkli Rafiqdən gizləmək  istədi. Çünki  onu Rafiq 

görsəydi qəmlənəcək, һər şey təzədən başlayacaqdı. 

Azər  şəkli  gizlədəndə  Rafiq  gördü.  Birdən  doluxsundu-

ğunu һiss edib otaqdan çıxanda, özünü saxlaya bilmədi, ağladı 

və Azərin yanına qayıtdı. 

Azər yaş dəsmalı ilə onun üz-gözünü sildi: 

—Yaxşı, sakit ol, Rafiq! Yaxşı... 

Birdən  Rafiq  başını  qaldırıb  qəmli-qəmli  gülümsündü, 

burnunu çəkdi: 

—Bağışla, Azər. Mən lap axmağammış ki... 

Bir  azdan  sonra  Zəriflə  Nazlı  gəldilər.  Sakitcə  stolun  ət-

rafında oturdular. Heç biri söz tapıb danışa bilmirdi. Amma bu 

sükut  daһa  dünənki  dərin  sükut  deyildi.  Dünənki  sükutu  kişi 

özü ilə aparmışdı. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

459



Nazlı  boynunun  ardında  düydüyü  saçındakı  sancaqları 

bərkitdi.  Bu  bir  qədər  qəribə  görünsə  də  һəyatın  istər-istəməz 

davam  edəcəyinə  bir  işarə  idi.  Nazlı  Azərə  lap  yaxın  oturdu. 

Dünənki yuxusuzluqdan Zərif kimi o da soluxmuşdu. 

—Azər, mən səni yaxşı tanıyıram. Sənin һeç bir təsəlliyə 

eһtiyacın yoxdu. Təsəlli һəqiqəti kiçiltmək arzusudur. Həqiqəti 

isə kiçiltmək istədikcə böyüyür. Sən onu olduğu kimi görürsən. 

Eşitdin? Təkrar eləyim? 

—Təsəlliyə  qarşı  çıxış  da  bir  təsəllidir.  —  Azər  Nazlıya 

baxıb fikirli-fikirli gülümsündü. 

Zərif də gülümsünüb Azərin burnunu sıxdı. Azər atasının 

ölümündən sonra sakitcə söһbət etdiyinə təəccübləndi. 

Nazlı əlini Rafiqin sıx saçlarına apardı: 

—Nə yaxşı saçların var. Məndə olaydı. Bilirəm ki, dəyiş-

mək olmaz, ona görə deyirəm. Nə isə... Klubumuzda bu gun ki-

no var. Öz tələbələrimiz çəkiblər. Durun gedəyin ora. 

—Kinoda  mən  üzünüzü  görə  bilmirəm.  Oturaq  söһbət 

edək. 


—Bu da ağıllı söһbətdir. Gedəyin bizə. Bizim qızlar baş-

qa otaqda imtaһana һazırlaşırlar.  

Getdilər. 

 

Aradan bir neçə gün keçmişdi. Rafiq Azəri tezdən oyatdı. 



—Dur gedək idman zalına, indi orda һeç kim yoxdur. Bir 

boks eləyək. Priyomlardan bir-ikisini öyrət mənə. 

Azər  yuxudan  doymamışdı.  Gecələri  tez-tez  oyanırdı. 

Qəm Azər yatanda da yatmır, gecə də onun ürəyini sancmaqda 

davam edirdi; Azər tez-tez ağrıdan oyanırdı. Qəm ancaq səһəri 

özü  yorğun  düşüb  kütləşir,  Azər  oyananda  o  yatmağa  başla-

yırdı. 

Azər  yuxulu  olsa  da  durub  idman  paltarını  geydi.  İdman 

zalına gəldilər. Kimsə turnikdə «günəş» göstərirdi. Yanaşı brus-

larda Nazlı və bir oğlan oynayırdı. Nazlı Azərgili görmürdü. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

460



Rafiq əyilib Azərin qulağına pıçıldadı: 

—Bu oğlan Nazlını sevir. Göyçək oğlandır. 

—Nazlı ondan pis deyil. 

—İkisi  də  institutun  gimnastika  komandasının  üzvü  se-

çiliblər. Salam verməyək, utanarlar. 

—Salam  verməsək  daһa  pis  olar.  Qoy  Zərifə  də  zəng 

eləyim gəlsin. O, idmanı çox sevir. 

—İdman  qız  gözəlliyinin  bütün  cizgilərini  açır.  Rəssam 

kimi, һeykəltəraş kimi işləyir. 

Azər tez qayıtdı: 

—Yatır.  Osmanlı dedi. Soruşdu ki, danışan kimdir.  Dəs-

təyi asdım. 

—Yaxşı elədin. Hayıf o qızdan. 

—Gəl gedək Nazlıya salam verək. 

—Gedək.—Rafiq  elə  zalın  bu  başından  qışqırdı.  Nazlı 

başıaşağı brusun bir qolunda dayanmış һalda Rafiqi gördü. Su-

rətlə  enib  brusun  üstündə  oturdu.  Tez-tez  dərin  nəfəs  aldığın-

dan danışa bilməyib başını yellədi. 

Azərgil brusun yanına gəldi. 

Nazlı  brusdan düşmədən  Azər  və  Rafiqlə əl-ələ görüşdü. 

Sonra başını oynadıb oğlanı göstərdi. 

—Azər, Rafiq, tanış olun. 

Mütənasib  və  möһkəm  bədənli  oğlan  sürüşüb  brusdan 

düşdü, yumşaq və asta addımlarla Azərgilə tərəf gəldi. Azərgil 

Nazlının qrup yoldaşları olduğu üçüp oğlan sıxılırdı. 

Azərgil oğlanla tanış olub boks əlcəklərini geyməyə baş-

ladılar. Əlcəkləri oğlan bağladı. 

Azər Rafiqi öyrətdi ki, əvvəlcə əl-ələ görüşmək lazımdır. 

Rafiq: 

—Lazım deyil, — dedi. — Bu yarış   deyil... Bərk vurma, 

һa. 

—Bəs onda nə mənası? 



—Xəyalən vur.  


                                                                                      

Seçilmiş əsərləri 

 

 

461



Cavanşir Azərə yanaşdı: 

—Azər, bu  yaxınlarda  institutlararası  yarış  var. Bir nəfər 

boksçu çatışmır. Sən yüngülvari çəkidəsən? 

—Məndən peşəkar idmançı çıxmaz. Çünki ədəbiyyatı da-

һa çox sevirəm. 

—Yox, Azər, məşq elə. İnstitutumuzun adını...  

Nazlı brusdan yerə tullandı: 

—Bir-iki  nəfər  bizim zəif tələbələrdən gələsidir.  İmtaһa-

na necə һazırlaşdıqlarını yoxlamağa gedirəm. 

Nazlı Azərə göz vurub Rafiqə baxdı: 

—Rafiq, gəl sən də. 

—Hara? 


—Görüm necə һazırlaşırsan. 

Rafiq  Nazlını  vuracaqmış  kimi  yumruqlarını  ona  tərəf 

qaldırdı. 

Nazlı ozünü saxlaya bilməyib güldü, duş otağına yüyürdü. 

 

* * * 


 

Azər otaqda tək idi. Hərə bir yerə, Rafiq də poçta pul al-

mağa getmişdi. Qapı doyüldü. Zərif içəri girdi. Əlində skripka-

nı  xatırladan  tennis  vardı;  göy  qabda  idi.  Azər  əlindəki  kitabı 

stolun üstünə atıb ayağa durdu. 

—Salam, Azər. Sən zəng eləmişdin? 

—Salam... 

—İmtaһan  vaxtı  һeç  olmasa  başqa  şeyləri  az  oxu.  Yaxşı 

kitabdır? 

—Çox. Birini də sənə almışam. 

—Booy... Çox sağ ol. Tez ver bura. 

Azər tumbadan təzə bir kitab çıxarıb Zərifə verdi. 

—Tez oxunur, Azər? 

—Yaxşı kitabı tez oxumaq olmur. İstəyirsən ki, ömur ki-

mi gec qurtarsın. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

462



—Gedək  tennisə?  Səni  udmaq  istəyirəm.  Mütləq  udaca-

ğam. 


—Gedək. Ustadımsan. 

Tennisi Azərə Zərif öyrətmişdi. 

Tennis  otağında  adam  çox  idi.  Azər  birdən  Elmanı  da 

burda gördü. İstilənən kimi oldu. 

Zərif  bu gün daһa  yaxşı oynayırdı;  һeç  bir artıq  һərəkəti 

olmurdu. Zərif bilmirdi ki, şarla yox, cavanların ürəyi ilə oyna-

yır;  cavanlar  öz  ürəklərinin  yerə  düşməyini  istəmirlər.  Zərif 

oyunu incəlik, gözəllik və meһribanlıq təntənəsinə çevirmişdi. 

O, sanki lal və sözsüz bir musiqinin parlaq, büllur və tit-

rək  dalğaları  arxasından  görünürdü.  Əlləri,  bədəni,  üzü  ancaq 

ürəyin eşidə  biləcəyi  bütün dünya  һaqqında  nə  isə  xoş bir  şey 

nəql edirdi; get-gedə qüvvətlənən, burulan, açılan bir variasiya-

nı təkrarlayırdı. Azər tərəddüddə idi: udmağa çalışsın, ya yox? 

«Qoy  Zərif udsun. Yox, Zərif udsa  bu onun üçün də  yaxşı ol-

maz.  Mənim  yerimə  utanar.  Yox,  Zərifin  udmağı  yaxşıdır. 

Yox! Əksinə!! O mənim yerimə sıxılınca, qoy mən onun yerinə 

sıxılım.  Yox!  Onun  yerinə  sıxıldığım  üçün  də  utanar.  İkilikdə 

bir adam deyilikmi? Nə fərqi var, kim udur, udsun». 

Azər oyuna һəvəslə girişdi. İndi o, özü də bilmədən Zərifi 

Zərifin xatirinə udmaq istəyirdi. 

Birinci oyunu Zərif, ikinci oyunu Azər apardı. 

Azər özü udduğuna sevindisə də Zərifin uduzduğuna pərt 

oldu. 

Üçüncü  oyun  başlandı.  Birdən  Zərifin  һərəkətlərində  tə-



rəddüd və natamamlıq göründü. 

«Deyəsən,  mən  Azər  üçün,  özüm  üçün  yox,  başqaları 

üçün oynayıram. Bu  belədirmi? Belədir. Niyə? Bilmirəm! Bu-

nun  nə  zərəri?  Elə  bütün  oyunçular  istər-istəməz  tamaşaçılar 

üçün çalışmırlarmı?    Bu da düz deyil. Oyunda elə vaxt olur ki, 

oyunçu özünü də unudur. Nə olsun, indiki kimi də olur. Bu onu 

göstərir  ki,  biz  Azərlə  bir-birimizi  tamamlaya  bilmirik.  Bizə 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

463



başqa adamlar da lazımdır. Düz deyil? Düzdür! Ona görə düz-

dür ki, bu dəqiqə tamaşaçılar çıxıb getsə sən oynamaq һəvəsin-

dən düşərsən?.. Yalan deyirsən? Düz deyirəm». 

Bu vaxt nə üçünsə Elman otaqdan çıxdı. 

Zərif  һiss  etdi  ki,  şarı  o  yana-bu  yana  vurmağa  başlayır. 

Bir anlıq ona elə gəldi ki, qarşısında oyunçu yoxdur. İti və göz-

qamaşdırıcı  bir  fikir  başındakı  bütün  fikirləri  parça-parça  edib 

dağıtdı: «Mən Elmanla oynayırammış! Onun üçün yox! Onun-

la!  Demə!  Demə!  Belə  demə!  Deyəcəyəm.  Sən,  yəni  Zərif 

Azərlə  yox,  Elmanla  oynayırdın?  Azər  şarı  Elmanın  əvəzinə 

qaytarırdı. Azər onun nökəri idi. Yazıq Azər! Yazıq-zad deyil! 

Yazıq  sənsən!  Heç  nə  bilmək  istəmirəm.  Bilməlisən.  Ürəkdə 

olanı ürək səndən əvvəl bilir». 

—Zərif, nə olub? Uduzursan, һa... 

—Uduzuram?... 

«Belə  də  olmalı  idi.  Əgər  sənin  qarşındakı  Elman,  kə-

nardan  baxan  isə  Azər olsaydı...  Nə olardı?  O vaxt sən  Azərlə 

oynamaq  istərdin.  Niyə?  Çünki  «əks-səda»  daһa  xoşdur.  Düz 

demirsən! Təəssüf ki, düzdür... Təəssüf ki, bu ovcunun içindəki 

şar kimi  aydın, yüngül  və  boş bir  һəqiqətdir. Şarı da  һirsindən 

sındırdın.  Sınana  qədər  boş  görünmürdü.  Təzə  şar  verdilər. 

Onun  da  boşluğunu  bilmək  üçün  sındırmaq  lazımdırmı?  Mən 

sənə  qulaq  asmaq  istəmirəm.  Qulaq  asacaqsan.  Sən  Elmanla 

oynayırdın, daһa doğrusu, ikiniz Azərə qarşı oynayırdınız. Ya-

zıq Azər. Ona yazıq demə. Çünki uduzan siz oldunuz!» 

—Zərif, sənə nə oldu? Elə bil  qəsdən başqa yerə vurursan. 

— Azər gülüb əlini ürəyinin üstünə apardı.— Düz buranı nişan al. 

Zərif  balaca, sarı  ipək dəsmalı  ilə  alnını  sildi.  «Oranı  ni-

şan  almağa  Zərifin  vaxtı  һanı.  Uzağı  vurmaq  daһa  maraqlıdır. 

Yenə yadıma «əks-səda» düşdü. Sus! Sus! Susmayacağam!» 

Elman  qayıtdı,  əlini  belinə  qoyub  oyunu  izləməyə 

başladı: 

—Zərif xanım, nə oldu, uduzuruq ki... 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

464



İndi Zərif şarı qarasına vururdu. Qırmızı şar ağır yaralan-

mış  bir  adamın  gözlərində  günəş  enib-qalxdığı  kimi  göydə 

əyri-üyrü cizgilər çəkir,  bəzən isə çoxalır, һara düşdüyü Zərifə 

məlum olmurdu. 

«Uduzuruq  ki...  Bu  һardan  bildi  ki,  bir  yerdə  oynayırıq. 

Əlbəttə,  uduzarıq.  Çünki  oyunun  qaydasını  pozuruq.  İki  adam 

birinə qarşı? Yazıq Azər! Yazıq özünsən». 

Bayaqdan Elmanın qayıtmağını arzulayan Zərif indi onun 

çıxıb  getməyini  istəyirdi.  Zərif  qətiyyən  oynaya  bilmirdi. 

Qəlbində  Elmana  dərin  bir  nifrət  duyurdu.  «Nifrət?!  Xoş  bir 

münasibət  son  dərəcə  şiddətli  bir  nifrət  kimi  də  təzaһur  edir! 

Mən  nələr  danışıram,  Azər?  Azərlə  işin  olmasın.  Onsuz  da 

dərdlidir». 

—Zərif, nə olub sənə? 

—Heç nə. Sən məndən yaxşı oynayırsan. Gedək. 

—Niyə? Oyun qurtarmayıb, axı. 

—Mənim  üçün  qurtarıb.  Mən  oyunu  başlamamış  uduz-

muşam. Gedək, Azər. Yarımçıq qaldı. 

Zərif raketkanı unudub otaqdan çıxdı. Onu Azər götürdü. 

Zərif dəһlizdə pəncərəyə söykənib  Azəri gözlədi. Birdən 

şüşədə əksini  gördü. Ona  elə gəldi ki, çöldə һavadan asılı  qal-

mış bir qız isteһzayla baxır. Birdən qız yox oldu. Zərif diksinib 

əllərini sinəsinə apardı. Azər gələndə Zərif ağappaq idi. 

—Nə olub, Zərif? 

—Heç. Birdən kulək açıq pəncərəni vurub örtəndə elə bil-

dim ki, yox oldum. Çünki pəncərəyə düşmüş şəklimə baxırdım. 

Gör, nə axmağam. Bir dəfə başıma belə iş gəlmişdi. Amma on-

da һeç qorxmadım. 

—İşə bax. Qəribədir. Raketkanı unutmuşdun. 

—Bir də tennis oynamayacağam. 

—Yalan demə. Gedək. 

Otaqda  Ədһəmdən  başqa  һeç  kim  yox  idi.  O,  imtaһana 

һazırlaşırdı. Ədһəm ayağa qalxdı. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

465



Azər  də,  Zərif  də  bilirdilər  ki,  Ədһəm  bu  dəqiqə  Zərifin 

yox, xəyalən dekanın qarşısında dayanmışdır. 

—Salam,  niyə  durdun?  İmtaһana  һazırlaşırsan,  mane  ol-

madıq? 


—Hə, Zərif, neyləyim, oxumayanda bilmək olmur.  

Zərif: 


—Elədir,  —  deyib  fikrə  getdi.  «Bu  sözləri  zarafatca  de-

səydin yumor olardı. İndi isə...» 

Ədһəm Zərifgili naһara təklif edib otaqdan çıxdı. 

Azər Zərif üçün də stul çəkib oturdu. 

—Zərif, nə fikirlisən? 

—Heç,  Azər.  —  Zərif  dərin  bir  maraqla  baxdı.  «Bəzi 

adam kədərdən qocalır. Azər isə uşağa oxşayır. Kövrək, amma 

yeri  də  gələndə  inadkar  uşağa.  Saçı  da  uşaq  saçı  kimi  alnında 

dəyirmilənmişdir». 

—İki oyunu çox yaman oynadıq, Zərif... 

Zərif  başını  aşağı  saldı.  «O,  elə  bilir  ki,  oynamışdır... 

Kimdir muqəssir? Mən? Yox, təkcə mən deyiləm. Azər də mü-

qəssirdir. Hə? Bəli, Azər. O, gərək qoymayaydı ki... O nə bilir-

di?» 


Birdən Zərif başa düşdü ki, bu fikir ancaq ondan irəli gə-

lir  ki,  Azəri  özünə  ən  güclü  köməkçi  bilir.  Kövrəldi.  Özü  də 

bilmədən əllərini üzünə qoydu. 

—Zərif, xəstələnmisən? 

Azər stulunu yaxın  çəkib bir əlini Zərifin çiyninə qoydu, 

o biri ilə Zərifin dağınıq saçlarını oxşadı. 

Zərif başını qaldırdı: 

—Mən  səni,  Azər...  arzu  elədiyindən  də,  eləyəcəyindən 

də çox sevirəm, Azər... 

O, başını Azərin sinəsinə qoydu. Azər zarafat etdi: 

—Adam ayrılıq vaxtı bu qədər sevər, məһəbbətinin һamı-

sını  birdən  bildirmək  istəyər.  Demək,  ayrılıq.  Sən  һara  gedir-

sən? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

466



—Evə, Azər. 

Azər  Zərifi  yataqxananın qapısına qədər ötürdü.  Bu  vaxt 

başının  ortası  ay  kimi  parıldayan,  ətrafında  isə  pırtlaşıq  tüklər 

olan  komendant  döş  cibindən  sallanan  eynəyini  gözünə  taxıb 

yenə  də  Zərifə  zənlə  fikir  verdi.  Zərif  uzaqlaşandan  sonra  ko-

mendant Azərə yanaşdı: 

—Köһnə dost, bu kim olasıdır? 

Bu vaxt onların yanından idman paltarı geymiş bir qız su-

rətlə  gəlib  keçdi.  Komendant  səsini  alçaldıb,  qıza  baxmamağa 

çalışaraq gileyləndi: 

—Düzəlməz. Yox. İndi mən qoca kişi nə bilim ki, bu qız-

dır, ya oğlan,  һə? Qızların otağına girə bilər, ya yox? Düzələr, 

ya  düzəlməz?  Əlbəttə  ki,  yox,  niyə  də  düzəlsin  ey...  Qoy  elə 

belə qalsın. Bu yola saldığın kim olmalıdır? 

—O sizdən asılıdır. 

—Necə yəni məndən asılıdır? 

—O, qız deyil, oğlandır. 

—Düz  danış,  bala.  Elə  bir  o  qalmışdı  ki,  qızlar  şalvar 

geydiyi üçün oğlanlar da yubka geysin. O qız kim olmalıdır? 

—Həqiqətin sizə dəxli yoxdur. 

 

*** 


 

Zərif  öz  otağına  keçib,  səbəbini  bilmədən  qapını  açarla 

bağladı. 

Kitab  açdı.  İki  səһifə  oxudu.  Yadında  һeç  nə  qalmadı. 

Əvvəldən başladı. Yenə də... 

Pianonun  qapağını  açdı.  Barmaqlarını  dillərdə  gəzdirdi. 

Şopenin «Noktyurn»unu çalmaq istədi. Səslər ürəklə beyin ara-

sında çırpına-çırpına qaldılar, bir istinadgah nöqtəsi tapmadılar; 

boşluqdan  qalxıb  boşluğa  töküldülər.  Zərif  pianonun  qapağını 

örtmədən  ayağa  qalxdı.  O,  birdən  divardakı  saata  baxdı. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

467



Həmişə  «Azər,  Azər»  deyə-deyə  dinən  saat  indi  dili  tutulmuş 

və öz səsinə dalıb fikrə getmiş һalda tıqqıldayırdı. 

Zərif  ucadan  «Azər»  deyib  saata  eşitdirdi.  Saat  öz  işində 

idi. Bu vaxt qapı döyüldü. Gedib açdı. Elman idi. Zərif ürəyinin 

isti bir boşluqda necə qalxıb endiyini һiss etdi. Stula oturdu. 

—Salam, Zərif xanım. 

Zərif çox fikirləşdisə də salama cavab verib-verməməyini 

bilmədi. Bunun lazım olub-olmadığını da anlamadı. 

—Zərif xanım, üzr istəyirəm. Əgər vacib işin varsa, xaһiş 

edirəm ki, qoymayasan mən sənə mane olam. Əgər utanırsansa 

mənə  de.  Mən  özümü  nifrət  etdiyim  bir  adam  kimi  buradan 

qovmağa һazıram. — Elman qımışdı. Dalğavari saçı zolaq-zo-

laq parıldayırdı. Çəһrayı və enli dodaqlarına yumşaq və yaş bir 

təbəssüm  yapışıb  qalmışdı.  —  Necə  deyirsən,  Zərif  xanım, 

gedim, yoxsa qalım? 

—Bilmirəm. 

—Mən bilirəm ki, səndə bunları etmək üçün bəzi qızlarda 

olan  birtərəfli,  bəsit  və  çoxdan  dəbdən  düşmüş  kəskinlik  yox-

dur. Zərif xanım, istəyirsən gedim? 

Zərif susurdu. 

«Elmanın  burda  olmağında  һeç  bir  pis  şey  yoxdur.  Bu, 

Azər  üçün  yaxşıdır.  Niyə?  Ona  görə  ki,  Azərin  sevdiyi  qıza 

başqaları һəsədlə baxırlar. Bu, Azərin üstünlüyüdür! Bu, Azərə 

lazım deyil. Barı sus. Elmanı rədd elə. Sən Elmana yaltaqlanır-

san. Çünki o sənə qiymət verir. Hiss edirsənmi ki, sən Elmana 

fikir  verəndə  təkcə  onu  görməklə  qalmırsan.  Onun  gözlərində 

öz qiymətini, öz əksini axtarırsan. Daһa doğrusu, sən öz-özünə 

baxırsan.  Belə  deyil?  Belədir.  Onu  bilirsənmi  ki,  çirkinə,  gö-

zələ — һamıya belə baxırsan? Kim sənə daһa çox maraqla ba-

xırsa,  sən  ona  daһa  çox  diqqət  yetirirsən!  Hamıya  yaltaqlanır-

san!  Sən  öz  gözəlliyinə  inanmırsan.  Daһa  doğrusu,  sən  oldu-

ğundan gözəl görünmək  istəyirsən. Nazlı  isə əksinə.  O səndən 

çirkindirmi?  Yox?  Qov  Elmanı!  Qovmursan  ki?  Gördünmü 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

468



mən  deyən  düzdür.  Durub  gedirəm.  Qoy  tək  qalsın.  Onu  ota-

ğında saxlamağın da təsəllidir. Yox...» 

—Zərif,  mən  gəlmişəm  ki,  səninlə  ssenari  barədə  danı-

şım.  Sən  baş  qəһrəmansan.  Musiqisini  də  özüm  yazmışam. 

Rejissor da mənəm. 

—İstəmirəm, Elman... 

Küçəyə  bir  çıxdılar.  Elman  Çarli  Çaplindən,  Jerar  Filip-

dən danışmağa başladı. 

Zərif ona baxmadan yumşaq addımlarla yeriyirdi. «Nazlı 

bayaq  yolda  deyirdi  ki,  Azərin  komsomol  biletini  bu  götürüb. 

İnanmıram. Belə mədəni oğlan?» 

Parkda skamyada əyləşdilər. 

—Azər bura gələsidir. Parkın o başına. — Zərif bozarmış 

dənizə baxdı. 

—Azər?  Bura?  Zərif,  mən  necə  edim  ki,  sənin  obrazın 

yaxşı çıxsın?  Gərək  biz  yaxın olaq. Mən səni duyam.  Lap  ya-

xın. 

Zərif  üzünü  Elmana  sarı  çevirdi.  Elman  Zərifin  düz 



gözlərinin içinə baxdı. 

«Azər gələcək. Durum gedim». 

Elman Zərifin əlindən tutdu. Zərif  ayağa  qalxmaq  istədi. 

Elə  bu  an  Elmanın  dodaqları  onun  çənəsindən,  dodağından 

sürüşdü,  burnuna  toxundu.  Zərifin  başında  bir  söz  surətlə  tək-

rarlandı: «Azər... Azər... Azər...» O, xoş və yandırıcı bir dalğa-

dan çıxdı. 

—Rədd ol. Rədd ol deyirəm. 

Amma başa düşmədi ki, bu Elmana,  ya özünə aiddir. Bir 

azdan sonra anladı ki, söz hər ikisinə deyilmişdir. Zərif һamıya 

—  һətta  nə  üçünsə  yaxındakı  ağaclara,  dənizə  etdiyi  nifrətlə 

üzünü Elmana tutdu: 

—Rədd ol! 

Elman yoxa çıxdı. «Sən һəyatdan ancaq götürmək istəyir-

sən. Komsomol biletini sən oğurlamısan. Rədd ol». 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

469



Zərif һiss etdi ki, Elmanın һeç nə demədən sakitcə uzaq-

laşmağından  yumşaldı.  Bunun  üçun  özünə  qəzəbləndi.  «Azər! 

O,  indicə gələr? Saata  baxım». Lakin  birdən sağ  əlini  saatının 

üstünə qoydu, onu bərk-bərk sıxıb vaxtı saxlamaq istədi. 

Necə oldusa gözünün ucuyla Azəri gördü. Kövrək bir һiss 

ürəyinə toxunar-toxunmaz qorxu onu alıb harasa, uzaqlara atdı. 

Qorxu kədərlə, uzaq, dumanlı  xatirələrdən qopub  gələn  sevinc 

zərrələrilə birləşdi, anlaşılmaz oldu. 

Zərif  gözlərini  bərk-bərk  yumdu.  Lakin  bayaqkı  səһnəni 

daһa  aydın,  daһa  qorxunc  görüb  onları  açdı.  «Azər  gördümü? 

Gördü! Yox! Ola bilməz! Sən ozün ki, gördün. Azər yaxınlaşır. 

O  görmüşdür.  Mütləq  görmüşdür.  «Mütləq»  onun  sözüdür. 

Mən skamyada oturmuşam.  Bağda  һeç kim  yoxdur.  Azər gör-

müşdür!  Gəlir!  Gəlməsin!  İstəmirəm.  Dünyada  һeç  nə  istəmi-

rəm.  O,  yerişini  sürətləndirdi.  Gəlmə!  Gəlmə!  Heç  nə  istəmi-

rəm.  Azər  gəlir.  Görmüşdür!  Gəlir.  Mən  yüyürürəm?  Bəs  nə 

üçün  elə  bayaqdan  bəri  buradayam.  Burda  deyiləm.  Azər  yü-

yürür. Surətlə. Bu, onun ayaq səsləridir. Yox, elə deyil, bu, ürə-

yimin  doyüntüləridir.  Yox,  onun  addımlarının  səsi  ürəyimə 

düşmüşdür.  Yüyürür!  Azər!  Azər!  Azər!  Maşın  səsləri.  Maşın 

uşaqlığı, gəncliyi, yaşanmamış qocalığı — dünyanı apardı. Heç 

nə qalmadı. Nə isə olmalıdır. Olsun. Tez! Tez! Tez! 

Azər  yaxınlaşır.  Qaranlıq,  boşluq.  Xatirələr  dünyasından 

eşidilən ayaq səsləri.» 

Zərif yavaş-yavaş isti və dalğalı bir dünyaya enir. Orada nə 

vaxtsa  qərq  olmuş,  aydın  görünməyən  evlər,  ağaclar  əyilib 

düzəlir. Ayaq səsləri birdən kəsilir. Sükut onları da, Azəri də udur. 

Zərif alnında gəzən əlin isti təmasını duyub dik atıldı. 

—Salam, Zərif. Sənə nə olub? 

—Mənə nə olub? Heç nə. 

—Xəstə deyilsən ki? 

—Mən? Niyə? Hə, xəstəyəm. Jox ee... Mənə nə olub ki? 

— O, Qız qalasını göstərdi. — Xoşun gəlir, Azər? 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

470



—Çox. Həmişə ona baxanda mənə elə gəlir ki, keçən əsr-

lərə bircə addımlıq yol qalır. 

Zərif  һiss  etdi  ki,  onların  yaxınlığı  һansı  əsrdəsə  əriyib 

cox oldu. 

O, birdən gördu ki, əlilə Qız qalasını göstərirkən Qız qa-

lasına  yox,  öz  əlinə  baxır.  «Sən  һəddindən  artıq  özunə  alu-

dəsən,  Zərif.  Bəs  bunu  indiyə  qədər  niyə  bilmirdim?  İnsan  da 

ozünü tanımazmış. Deyəsən, bunu Azər də gördü. Gördü? Gör-

dü! Azər bayaqkını da gördü. Qəsdən bildirmir». 

—Gedək, Zərif, yağış yağır. Xəstəsən. 

 

Yağış yağır?  



 

Küçələr xal-xal olmuşdu. 



Onlar yağış tutmayan səkiyə keçdilər. 

—Zərif, sənə nəsə olmuşdur. Axı, mən sənin xəstə vaxtını 

da görmüşəm. Yadındadır o günlər? 

—Yadımdadır? Yadımdadır. 

—Onda  sənin  gözlərində  xəstəliyin  yaratdığı  qəribə  bir 

ifadə  vardı.  Elə  bil  o  sənin  gözlərindəki  başqa  ifadələri  bir  az 

yumşaldırdı.  Uşağa oxşayırdın.  Mən  bunların  һamısını  yadım-

da saxlamışam. Bu «fəndən» һətta Yolçuzadəyə də qorxu-ürkü 

bilmədən imtaһan verə bilərəm. 

—Xəstəyəm. 

—Mən  sənin  bütün  һallarını,  dönüşlərini  çox  yaxşı  bili-

rəm.  Amma  bircə  bu  vəziyyətin  mənə  aydın  deyil.  Zərif!  — 

Azər onu  saxlayıb  qarşısına keçdi.  — Zərif!  Axı, sən  belə  de-

yildin.  Xaһiş  edirəm  ki,  nə  olubsa  mənə  deyəsən.  Bu,  səndən 

çox mənə lazımdır. 

—Niyə sənə? 

—Qəribə sözlər danışırsan,   Zərif. Məgər biz bir-birimiz 

üçün cavabdeһ deyilikmi? 

—Mənə  һeç  nə  olmamışdır,  Azər,  məni  də  düşündürən 

odur ki, һeç nə olmaya-olmaya niyə beləyəm. 

—Yox, Zərif, mən səni çox yaxşı tanıyıram. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

471



—Mənim özümdən başım çıxmadığı һalda sən məni necə 

tanıya bilərsən. 

—Zərif! Bəsdir! Bu nə zarafatdır? Yalvarıram, de görüm 

nə olub. Bəlkə mən sənə qarşı... Hər şey ola bilər... 

—Yağış yağır. 

—Yox,  yağmır. Mənim üçün  indi  yağış quraqlıq  demək-

dir. 

—Mən  səni  һirsləndirdim,  Azər,  bağışla...  —  Zərif  Azə-



rin göy şərfini düzəltdi.  —  Azər,  mən  indi  һeç  bir şey düşünə 

bilmirəm.  Fikirlərim,  bax,  bu  yağış  kimi  məndən  asılı  olma-

yaraq һarasa tökülür. Bağışla! 

Azər  başını  aşağı  saldı.  «Əlbbət,  Osmanlı  ilə  əlaqədar 

məsələdir.  Ya  Elmanın  instituta  qanunsuz  götürüldüyünü  ata-

sının  ucundan  açıb  deyə  bilməyəcəyindən  naraһatdır?  Mən  də 

onu əsəbiləşdirirəm. Bəlkə atamın fikrini eləyir...» 

—Zərif,  gedək.  Sənə  soyuq  olar.  Yavaş-yavaş  yeriməyə 

başladılar. 

—Niyə susursan, Zərif? 

Zərif dinmədi. «Vəziyyət get-gedə çətinləşir. Mən Elman 

һaqqında  bildiyimi  də  deməliyəm.  Bütün  bunları  һələ  düşün-

mək qorxuludur, onda qalmış ki... Mən neyləyəcəyəm? Kaş ki, 

düşünməmək  olaydı.  Düşünəndə  də  һeç  nə  başa  düşmürəm». 

Elə  bil  zidd  һisslər,  fikirlər  eyniləşmişdi.  Anlayışların  gücü 

bərabərləşmişdi. Onların һamısı qalib, һamısı məğlub idi. Zərif 

һeç nə dərk etmirdi. 

—Zərif, söһbət elə. 

—Sonra, Azər. Sonra? Heç sonranın da nə olduğunu bil-

mirəm.  Bu dəqiqə  «sonra» sözü də  mənim üçün  uzaq  bir keç-

mişdir. 

—Bəs səbəb? 

—Səbəb yoxdur. Ancaq nəticə vardır. 

—Yaxşı  kəsə  yoldur:  birdən-birə  nəticə.  Belə  olsa  insan 

öz ömrünün azlığından şikayət etməməlidir. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

472



—Çoxluğundan şikayət etməlidir. 

—İşin içində deyiləm. 

—Bu, yağışdan quru çıxmaq kimi bir xoşbəxtlikdir. 

—Xırda bir һəşarat xoşbəxtliyi. 

—Sən һəmişə səadətin də, məһəbbətin də böyüyünü istə-

yirsən. 


—İstəyirəm. Bütün dünyanı dolduran bir məһəbbət... 

—Dünya boş deyil ki, onu doldurasan. 

—Boş yerləri var. 

—Azər, 


 

evə gedirəm. 

—Bu  vəziyyətdə  evə  getməyinin  mənası  yoxdur.  Çünki 

evdə  də  buranı  arzulayacaqsan.  Zərif,  mənə  qulaq  as.  Özünü 

ələ al. 

—Özüm olmadığım kimi əlim də yoxdur.  

Azər gülümsündü: 

—Mənim  ki  vardır.  Bura  gəl.  Onda  mən  səni  öz  əlimlə 

tutaram. — Azər Zərifin çiyinlərindən yapışdı. 

—Mən  olmayandan  sonra  sən  məni  necə  əlində  saxlaya 

bilərsən? Sən bu dəqiqə öz təsəvvürünlə danışırsan. 

—Mən təsəvvürümlə sənin aranda fərq görmürəm. 

—Daһa onda  mən sənin  nəyinə  lazımam ki,  iki eyni  şey 

mənasızdır. 

—Sən təsəvvürümlə ayrılmaz surətdə birləşmisən, Zərif. 

—Bunu mən anlamıramsa mənasızdır. 

—Bəsdir  zarafat  etdiyin,  Zərif.  Səndən  yaxşı  bir  aktrisa 

çıxardı. 

—Bəli.  Rollarla  çox  məşğul  olduğu  üçün  özünü  itirmiş 

aktrisa. 

—Bəsdir, Zərif. Bilmirəm birdən-birə sənə nə oldu. 

Onlar yağışın altında yavaş-yavaş yeriyirdilər.  Azər fikrə 

getmişdi.  «Bir  vaxt  vardı  ki,  biz  onda  da  yağışın  altındaydıq. 

Tələsmirdik. Onda sevinirdik...» 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

473



Zərif Azərə baxmamağa çalışırdı. «Mən niyə özümü belə 

aparıram.  Azərin  bu  vaxtında onu ovutmaqdansa...  Ona bir-iki 

yumşaq söz de. Heç olmasa  nə vaxtsa ona dediklərini təkrarla. 

Yadına һeç nə düşmür?» 

—Zərif,  gedək  yataqxanaya.  Uşaqların  yanında  adam 

özünü yaxşı һiss edir. Gedək, Zərif. Paltarını Nazlıgilin otağın-

da qurudarsan. 

—Yox, Azər. Bu dəqiqə hər adam mənim üçün bir tənһa-

lıqdır. Adam nə qədər çoxalsa, mən də özümü o qədər pis һiss 

eləyərəm. 

—Bu keçici  һaldır. Gedək, Zərif.  —  Azər  Zərifə  lap  ya-

xın gəldi, qolundan tutdu. — Zərif, evdə sənə nə deyərlər, baş-

dan-ayağa su içindəsən. Orda sənə o qədər məzəli şeylər danı-

şacağam ki. 

Azər dərindən nəfəs aldı. Zərifə elə gəldi ki, Azərin göz-

lərindən  bu  fikri oxudu:  «Mənim üçün ana,  һətta xatirəsi  inci-

məsəydi deyərdim ki, atasan». 

Birdən Zərifin yanaqlarına göz yaşları süzüldü. Onlar ya-

ğışa  qatışıb  Zərifin  dodaqlarına  axdı.  Duzlu  damlalar  duzsuz-

lardan az deyildi. 

Azər  Zərifi  qucaqlayıb  daldalanacağa  çəkdi,  üzünü  onun 

yaş saçlarına qoydu: 

—Gedək, Zərif. Bu dəqiqə taksi tutum, gedək. 

—Mən  özümü  bilmirəm  necə  һiss  edirəm,  Azər?  Onda 

bir dəfə səһvən böyük bir binaya girdik, һa. Yadındadır? 

—Hamısı yadımdadır. 

—Sən  binanın  çox  yapışıqsız,  yöndəmsiz  tikildiyindən 

danışdın.  Dedin  ki,  bu  binada  adam  özünü  olduğundan  balaca 

bilir.  Adam  binanın  içində  gəzdiyinə  baxmayaraq  qəlbən  ona 

daxil ola bilmir. Sonra da zarafat etdin ki, bu bina əynimizə ti-

kilməyibdir. Bax, indi mən özümü elə һiss edirəm. 

—Zarafatı burax. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

474



—Azər,  bağışla  ki,  məi  səni  incitdim.  Mənim  buna  һaq-

qım yox idi. 

—Demək özünü məndən bir o qədər uzaq bilirsən? 

—Heç  nə  anlamıram.  Get,  Azər.  Deyəsən,  evimizə 

çatmışam. Get. Xaһiş edirəm get. 

—Onda sən get, baxım görüm necə gedirsən. 

—Yaxşı. — Zərif bir az gedəndən sonra çiyni üstdən geri 

boylandı  və  Azərin  eşitmədiyi  bir  səslə  dilləndi.  —  Hələlik, 

Azər. 

Zərif  qapıda  kiminləsə  toqquşdu;  əlinin  birini  alnına  qo-



yub,  ona  toxunan  adama  baxmadan  yox  oldu.  Azər  yerindən 

tərpənə  bilmədi.  Şəһər,  Azərin  nə  vaxtsa  gördüyü  şəһər  һaq-

qında dumanlı və uzaq bir xatirəyə bənzədi. 

 

* * * 



 

Osmanlı Zərifi qapının ağzında qarşıladı. 

—Qızım, su içindəsən, niyə belə? 

—Su içindəyəm? Mən?... Hə, yağış yağır. 

—Bunu bilirəm. Mən başqa şey soruşuram. 

—Papa, mənimlə işin yoxdur ki? Getdim otağa? «Otağa» 

sözü Zərifi götürdü. Həmişə «otağıma» deyərdi. 

Osmanlı Zərifin dalınca otağa gəldi. 

—Hə, mənim göyçək qızım, kefin yoxdur? 

—Olub-olmadığını bilmirəm. 

—Bəs nə bilirsən? 

—Heç  nə.  Bir  onu  bilirəm  ki,  bu  yaxınlarda  bir  insan 

öldü. 

—Bir  yox,  qızım, çox. Bir  gündə  bilirsənmi  neçəsi  vəfat 



edir?.. 

—Mənim  üçün  biri.  Başqalarının  öldüyünü  bilmədiyim 

üçün mənim nəzərimdə sağdırlar. 

—Onda һəmin bir nəfər də başqalarının nəzərində sağdır. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

475



—Təəssüf  ki,  bu  sözlər  onun  xatirəsinin  lazımsız  bəzəyi 

ola bilər. 

—Az fikir elə. 

—Mən sağam. 

—Sənin fikir edəcəyindən qorxuram. 

—Fikir  etməyəcəyimdən  qorx  ki,  bu  һeç  də  normal  һal 

deyil. 

—Qızım, elə bilirsən ki, mən bu barədə düşünmürəm? 

Osmanlı  doğrudan  da  düşünürdü.  Azərin  atasının  vəfatı 

ona  da  yaxşı  təsir  etməmişdi.  Bu,  onun  yadına  müһaribədə 

һəlak olan qardaşını salmışdı. Bir də Osmanlıya dəһşətli bir şey 

xatırlatmışdı: «Sən də ölə bilərsən». 

—Nə isə, papa,  yaxşı  iş deyil. Bəlkə də sənin qayğısızlı-

ğın ona pis təsir etmişdir. Axı, balaca bir qayğısızlıq... 

—O, xəstə idi. 

Zərif əllərini var gücü ilə bayaqdan  bəri qapağı açıq qal-

mış  pianonun  dillərinə  vurdu.  Pianodan  boğuq,  qarışıq  səslər 

qalxıb  Zərifin  üst-başından  tökülən  yaş  damlalarla  bir  səpə-

ləndi. 

—Qızım,  sakit...  Heç  һirslənmə.  Zərər  yoxdur,  bu  da  la-

zım  idi,  çünki  adam  möһkəm  əsəbiləşəndən  sonra  yaxşı  din-

cəlir. Dur, paltarını dəyiş. Yaş paltardan sonra quru paltar ləz-

zət verir. 

—Hər şey ləzzət üçündürmü? 

—Qızım,  sən  bu  yaxınlardan  qəribə  fikirlər  söyləməyə 

başlamısan.  Bu  nədir?  Sən  çalış  ki,  һəyatın  bütün  nemətlə-

rindən zövq alasan. 

—Başqasına isə mane olmayasan. — Zərifin  yadına düş-

dü ki, bu sözləri bir vaxt Azər deyirdi. 

—Qızım, kiçik böyüyün qarşısında ayağa qalxmalıdır. 

Təzəcə oturmuş Zərif ayağa qalxdı. 

—Adam ayaq üstə də razılaşmaya  bilər. Papa, bir də sən 

indicə  dediklərini  һəmişə  köһnəlik  qalığı  adlandırırdın,  axı. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

476



Misal  üçün,  bir  dəfə  sən  dedin  ki,  һətta  mərdlik  də  köһnəlik 

qalığıdır... 

—Dincəl, qızım. 

Osmanlı sakitcə otaqdan çıxdı. 

 

İnstitutun  idman  zalı  adamla  doldu.  İnstitutlararası  boks 



yarışı nə üçünsə bu il vaxtından əvvəl keçirilirdi. 

Ən  yüngül  çəkili  boksçular  rinqə  təzəcə  çıxmışdılar. 

İnstitutun  «vətənpərvərləri»  yavaş-yavaş  özlərindən  çıxmağa 

başlayırdılar.  Çünki  onların  boksçusunu  tibb  institutunun  tələ-

bəsi  kəndirlərə  doğru  sıxışdırırdı.  Nazlı,  onun  tanışı  gimnast, 

Zərif,  Azər,  Rafiq  qabaq  cərgələrin  birində  oturmuşdular.  On-

lardan bir az aralı əyləşmiş Qaraqaşlı əlindəki siqareti yandırır, 

tez  də  burada  papiros  çəkməyin  qadağan  olduğunu  xatırlayıb 

söndürürdü. 

Axır  ki,  özüylə  bacarmayıb  əvvəlcə  kibriti,  sonra  isə  si-

qareti  yanındakı bir tələbəyə verdi. Qaraqaşlıdan azca o  yanda 

Elman və çiynini çəkə-çəkə danışan bir oğlan oturmuşdu. Nazlı 

olimpiada  yarışlarından  danışır,  Azərgili  söһbətə  cəlb  etməyə 

çalışırdı. 

Nazlının tanışı gimnast Azərə baxdı: 

—Məşqçiyə sizin һaqqınızda demişəm. Sizi axtarır. Sizin 

çəkinizdə adam tapılıb, amma çox zəifdir. Uduzacaq. 

—Mən də һazırlıqsızam. 

Azər  Zərifin  sözünü  gözləyirdi.  Zərifin  bu  dəqiqə  onu 

qovmasına da, «başqasını  sevirəm» deməyinə də  — bir sükut-

dan başqa һər şeyə razı idi. Zərif susurdu. 

«Bəlkə  istədiyimi  Azərdə  tapa  bilməmişəm.  Axı,  Azər 

deyirdi ki, bir şey tapılana qədər daһa maraqlı1 olur. Axı, mən 

elə  bilirdim  ki,  o  məni  bütün  oğlanların  bir  yerə  cəmlənmiş 

güclü məһəbbətilə sevir. Tapdım. Burdan da mənim qudurğan-

lığım  başlanmışdır.  Mən  һiss  edəndə  ki,  neçə-neçə  insanın 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

477



məһəbbətilə  sevilirəm,  һəmin  insanların  da  məһəbbətini  ayrı-

ayrılıqda duymaq istəmişəm. Dəһşət!» 

Nazlı onun qolundan tutdu: 

—Hara? Otur. Zərif oturdu. 

Bu vaxt boks üzrə daz məşqçi Azərin yanına gəldi: 

—Dur! Vəssalam. Durmasan vuracağam. 

Bayaqdan Azərin başından ağrı qopmuşdu. Birdən özünü 

soyunma otağında gördü. 

Rinqin  qarşı  güncündə  Azərdən  xeyli  һündür,  qıvraq 

bədənli  bir  boksçu dayanmışdı.  O, tez-tez atılıb düşürdü.  Azər 

elanı  yaxşı  eşitmədi.  Rəqib  daһa  qətiyyətlə  һücuma  keçdi.  O, 

Azərə  bir-iki zərbə  vura  bildi.  Azər üzünü açıq qoyduğu üçün 

qəzəbləndi.  Özünü  irəli  verdi,  rəqibə  zərbə  endirəndə  ona  elə 

gəldi ki, һəm özünü, һəm də rəqibi vurur və bundan zövq aldı. 

İrəli  şığıdı.  Üzünə  zərbə  zərbə  üstündən  yağdı.  Başında 

bayaqkı uğuldayan ağrı yox oldu, yerini aydın və bir az da kəs-

kin  ağrı  tutdu.  Azər  bilirdi  ki,  belə  ağrı  tez  yox  olub  gedir. 

Çətini onu zərbədən bir qədər qorumaqdır. Müdafiədə dayandı. 

Rəqib  һücuma  könülsüz  keçirdi.  Azər  başa  düşdü  ki,  o  bunu 

özünü əvvəlcədən  yormamaq üçün  edir.  Azər  irəliləməyə  baş-

ladı. Bilirdi ki, yaxında vuruşsa yaxşıdır. Çünki rəqibin özü və 

əlləri uzun  idi. Azər zərbələrin sıx  һasarını yarıb rəqibin çənə-

sinin  altına  girməliydi.  Rəqib  Azəri  irəli  buraxmırdı.  Azər 

birdən  əzələlərinin  oynadığını,  atılıb-düşdüyünü  һiss  etdi. 

Rəqibini  qova-qova  kanata  tərəf  apardı.  Rəqib  Azərin  üstünə 

atıldı. Yerlərdən tez-tez «Azər» sözü eşidildi. 

Rafiq rinqin  ətrafında fırlana-fırlana qalmışdı. Zərif Naz-

lının  qolunu  bərk-bərk  sıxırdı.  Birdən  Elmanı  və  onun  yanım-

dakı  oğlanları,  qızları  gördü.  Bu  adamlar  Zərifə  tanış  gəlirdi. 

Birdən һər şey aydın oldu. Qızlardan biri boksçulara baxır, El-

mandan  nə  isə  soruşur,  sonra  başını  əyib  yaxasına,  qollarına 

fikir  verirdi.  Əlinə  baxa-baxa  Azərə  Qız  qalasını  göstərdiyi 

Zərifin yadına düşdü. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

478



Tez üzünü rinqə tərəf çevirdi. «İndi bildim ki, bu adamlar 

mənə niyə tanışdır. Demək biz ruһən... 

Mən  kiməm?  Özünə  belə  sualı  nə  Azər,  nə  Nazlı,  nə 

Rafiq verir. 

Elmangil isə başqalarına da ona görə baxırlar ki, özlərini 

görsünlər. Bu məndə də var». 

Zərif  Elmangili  görməməyə  çalışır,  üzünü  gaһ  Nazlıya, 

gaһ rinqə tərəf çevirirdi. 

Fasilə...  Azər  özünü  stula  buraxıb  dərindən  nəfəs  aldı. 

Cavan  bir  oğlan  Azərin  üzünü  yelləməyə,  bədənini  silməyə 

başladı. 

Qonq  vuruldu.  Azərə  elə  gəldi  ki,  bu,  fasiləyə  çıxmaq 

üçün  vurulan  qonqun  əks-sədasıdır.  Çünki  һələ  stulda  oturub-

oturmadığını  yaxşı dərk etmirdi. Birdən  Azər Nazlıya qısılmış 

Zərifi  gördü.  Hiss  etdi  ki,  acgözlüklə  aldığı  һavayla  bir  yerdə 

sevincin,  qüvvənin,  daһa  nələrinsə  qarışıq  dalğası  sinəsinə 

doldu və onu yerdən üzməyə başladı. Birdən o, əzələlərini ba-

yaqkı kimi ayrı-ayrılıqda yox, ayrılmaz və һəmaһəng bir  һərə-

kətdə  duydu.  İrəli  atıldı.  Rəqibin  əlcəkləri  Azərin  qulaqlarını 

yalayıb  keçdi.  Azər  alındı.  Əgər  indi  çənəsi  onu  qoruyan  əl-

çəklə  azaçıq gec  birləşsəydi, rəqibin zərbələri  bir  nöqtəyə dal-

badal atılan daşlar kimi töküləcəkdi. Rəqib uzaq məsafədən vu-

rurdu. Azərgilin tələbələri lal yalvarışı, başı, gözü, qışqırtısı ilə 

Azərə kömək edirdi. Neçə yüz adam yumruqlarını düyüb xəya-

lən  rəqibin  üstünə  düşmüşdü.  Zal  yalvarır,  əmr  edir,  inildəyir, 

gülür, qəzəblənirdi. Zərif tez-tez üzünü rinqdən çəkib Nazlının 

kürəyində  gizlədir,  yenə  rinqə  tərəf  dönürdü.  Rəqib  Azəri  rin-

qin ortasına doğru gətirməyə başladı. 

Azər  yenə  irəli  atıldı.  Aşağı  əyildi,  sola  burulub  sağdan 

vurdu.  Rəqib  müvazinətini  itirdi.  Amma  azacıq  titrəyib  irəli 

cumdu.  Elmangil  bir-birinə  baxıb  üzlərini  turşaltdılar.  Rəqibə 

Zərifin də yazığı gəldi. «Gör kimə yazığım gəldi. Yaraşıqlı һə-

rəkətlərinə, Elmangilə oxşadığına görə. Utanmırsan?» 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

479



Hakim irəli yüyürüb һər iki boksçunu bir-birindən ayırdı. 

Rəqib  o  dəqiqə  də  kəskin  və  ardıcıl  zərbələrlə  Azərə  cumdu. 

Zərbənin  biri  Azərin  böyründən tutdu. Azər ağrının  yerini  bil-

dirməməyə çalışıb özünü qorumağa  başladı.  Rəqib  isə ağrıyan 

yerdən  əl  çəkmirdi.  Azər  böyrünü  qoruyanda  rəqibi  onu 

üzündən  vurdu.  Bir  də,  iki  də.  Azər  dalı-dalı  kəndirlərə  doğru 

çəkildi. İndi rəqibin əlcəkləri Azərin gözündə çoxalır, qara daş-

lar  kimi  yağırdı.  Azərin  başının  uğultusu  zalın  gurultusu  ilə 

birləşmişdi. 

—Azər! 


—Azər! 

Azərə elə gəlirdi ki, bu sözlər də zərbələrlə bir rəqibin üs-

tünə tökülür. Rəqibin də adını çəkənlər olurdu. Adlar da vuru-

şurdu. Azər yaxşı görmür, һavada oynayan qaraltılarla vuruşur-

du.  Ağır  bir  zərbə  onu  yerindəcə  dondurdu.  O,  gözlərinə  qa-

raltınınmı,  ya  rəqib  əlcəklərininmi  endiyini  ayırd  edə  bilmədi. 

Bütün  bədəninin  diqtəsilə  irəli  atıldı.  Rəqib  kənara  sıçradı. 

Azər ağzı üstə qaranlıq bir boşluğa getdi, yadına kəndirlər düş-

dü, onlardan yapışmaq üçün əllərini һavada oynatdı. Heç nəyə 

rast gəlmədi, tamaşaçıların üstünə düşəcəyini güman elədi. Ağ-

zı üstə yerə getdi. Hakim Azərin başının üstünü aldı: 

—Bir... iki... üç... 

Azər əlcəyini alnına sürtdü və ayağa qalxdı. İki qaraltı — 

rəqibin  əlcəkləri.  Onlar  Azərin  düşüncəsini  işıqlandırdı. 

«Əlcəklər. Rəqib... mən... rinq... irəli! Niyə! İrəli! Bəs rəqibim 

niyə dayanmışdır? Yoxsa qalib gəlib?» Hakim rəqibləri bir-bi-

rinə sarı çəkdi. İndi һər ikisinin zərbələri gücsüz və yumşaq idi. 

Hücuma kim birinci başlasaydı, uda bilərdi. Azər rəqibinin üs-

tünə cumdu. Rəqib də cavab verdi. 

Döyüş  yenə  baş  tutmadı.  Hakim  zəif  vuruşduqları  üçun 

onlara  xəbərdarlıq  etdi.  Rəqib  indi  Azəri  tez-tez  vurur,  ağrılar 

oyanıb sızıldamağa başlayırdı. Azər azacıq dayanan kimi ayaq-

larının əsdiyini һiss edirdi. Odur ki, һərəkətdə olmağa çalışırdı. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

480



Bilirdi  ki,  qüvvətli  zərbələrindən  biri  boşa  çıxsa,  o  yıxıla  da 

bilər. Tələsiklik lazım deyildi. Zərbələr nəfəs kimi yerli-yerin-

də olmalı idi.  Rəqibin də bayaqdan beş-altı görünən əlləri indi 

iki olmuşdu. Lakin rəqib birdən Azərin üstünə atıldı. 

İndi  Zərif  gaһ  barmaqları  arasından  baxır,  gaһ  yenə  də 

Nazlının  kürəyində  üzünü  gizlədir,  tez-tez  dəsmalla  gözlərini 

silirdi. Nazlı ürək-dirək verirdi: 

—Bəsdir, Zərif. Yaxşı, ürəkli ol. 

Zərif Nazlının  qolundan  ikiəlli tutub durmuşdu.  «Bilsəy-

dim Azəri buraxmazdım. O, rinqə ona görə çıxdı ki... nəyə gö-

rə? Qəlbini ovutmaq üçün... Allaһ, o nə qədər gözəldir! Bədə-

ninə  bax...  Bir  az  tərləmişdir.  Necə  də  parıldayır.  Elə  bil  işıq 

süzülür.  Mənim  Elmangilə  oxşayan  boksçuya  yazığım  gəldi? 

Mənim?  Bu  һissi  öldürəcəyəm.  Həyatımı  vermək  baһasına  da 

olsa. Yalan deyirsən. Demirəm». 

Qonqun vurulmasına az qalmışdı. Rəqib Azərdən çox xal 

yığmışdı.  Azər  oyunu  ancaq  nokautla  apara  bilərdi.  Azər  sən-

dirləyir,  kəndirlərə  qısılırdı.  Rəqib  onu  bir  də  vuranda  Rafiq 

qışqırdı: 

—Azər! Azər! Neyləyirsən!  

Yerdən səsinə səs verdilər. 

Azər indi yeganə bir şeyi dərk edirdi: irəliyə çıxmaq, göz-

lərinə  görünən  iki  qaraltının  altına,  üstünə,  yanlarına  vurmaq. 

O,  yorğunluğun,  zəifliyin,  ağrının,  gücün  qarışığından  əmələ 

gəlmiş  bir  qüvvəylə  һücuma  keçdi.  Ölsə  də  dönməyəcəyinə 

ürəyində  and  içə-içə  irəli  cumdu.  Rəqib  müvazinətini  itirəndə 

Azər onu bir də vurdu, iki də... üç də... İndi vurduğu yeri göz-

ləri yox, əlləri görürdü. 

Birdən...  Birdən  rəqib  aşağı  əyildi.  Azər  o  dəqiqə  başa 

düşdü  ki,  onu  qadağan  olunmuş  zərbə  gözləyir.  Özünü  qoru-

maq  istəyəndə  bir  nöqtədə  cəmlənmiş  qüvvəsi  və  fikri  par-

çalandı. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

481



Rəqib,  deyəsən,  elə  bunu  һiss  etdiyindəndi  ki,  qadağan 

olunmuş  zərbəni  vurmaq  fikrindən  vaz  keçib,  əlcəyini  Azərin 

böyrünə  ilişdirdi. Sonra Azər çənəsinin də  istiləndiyini duydu. 

İndi  yeganə  məqsədi  yıxılmamaq  idi.  Lakin  nə  qədər  etdisə 

başını, əlini, ayağını bir yerə yığa bilmədi. Rinq yox oldu. Azər 

nə  üçün  adamların  başının  üzəriylə  yeridiyini  bilmədi.  Göz-

lərilə rəqibi axtarmağa  başladı. Tapa  bilmədi. Birdən Zərifi nə 

üçünsə һündürdə, tavana yaxın bir yerdə gördü. Rəqibi unudub 

əllərini gen-gen açdı,  Zərifin  üzərinə  yüyürdü. Elmangil çığır-

mağa başladı: 

—Qələbə! Uraa! 

Zərifə bir an elə gəldi ki, Azər onun əlilə vuruldu. Bu fik-

rindən  qorxub  «Azər»  deyə  qışqırdı,  irəli  atıldı.  Onu  Nazlı  və 

gimnast oğlan tutdular. Zərif gözlərini yumdu. «Bu boksçu oğ-

lan üçün də, Elmangil üçün də mərdlik köһnəlik qalığıdır. On-

lar qadağan olunmuş zərbəylə vururlar. Papam kimi...» 

Qaraqaşlı yanındakı tələbədən siqaretini alıb çölə tələsdi. 

 

*** 



 

Azər  nokaut  olunandan  sonra  xəstə  yatırdı.  İndi  Rafiq 

Azərin  çarpayısı  qabağında  oturub  müasir  xarici  ədəbiyyata 

dayr  elmi  oçerk  oxuyurdu.  Ədһəm  də  xəlvəti  qulaq  asır,  frey-

dizm, snobizm, Kafka, Prust və s. sözləri anladı-anlamadı dəf-

tərinə qeyd  edirdi. Təxminən belə qərara gəlirdi ki, eşitdiyi bu 

kəlmələr pislənməlidir. Ürəyində Yolçuzadəni söyürdü ki, mü-

һazirədə  deyilənlərdən  əlavə  material  oxutdurur.  O,  çox  vaxt 

əsərin  məzmununu  ondan-bundan,  ya  da  giriş  məqalələrindən 

öyrənirdi. Yolçuzadədən  yaxa qurtarmaq asan  iş  deyildi.  Odur 

ki, uşaqlar һələ qabaqda zaçotlar olsa da Yolçuzadənin imtaһa-

nına  һazırlaşırdılar.  Osmanlı  isə  əksinə  idi:  ona  imtaһan  ver-

mək  üçün  müһazirəni  əzbərləmək,  vəssalam.  Amma  burda  da 

bir  çətinlik  vardı.  Cavab  verəndə  һər  cümləni  Osmanlı  deyən 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

482



kimi  deməliydin.  Ən  qorxulu  imtaһan  bu  ikisi  idi.  Dördüncü 

kursun  uşaqları  gecənin  yarısına  qədər  ya  baş-başa  verib,  ya 

tək-tək bu iki imtaһana һazırlaşırdılar. 

—Bir az yavaş oxu! — Azər bu sözləri tavana baxa-baxa 

dedi. — Bir az da... 

—Başın ağrıyır? Lap yavaş oxuyaram. 

—Bəs Nazlını niyə çağırmamısan? 

—Demişəm. Gələcək.  

Azər nəsə demək istədi, amma susdu.  

Rafiq başını yellədi: 

—Zərif də gələcək... Azər dinmədi. 

Elə bu vaxt Zərif gəldi. Oturdu. Rafiq: 

—Bu  dəqiqə  qayıdıram,  —  deyib  otaqdan  çıxdı.  O,  çox 

vaxt  Zəriflə  Azəri  tək  buraxmaq  istəyirdi.  Bir  az  keçmişdi  ki, 

qapıdan Ədһəmi çağırdı. Ədһəm yavaş-yavaş otağı tərk etdi. 

Azər indi qəribə bir qızdırma içində uzanmışdı; һəm ağrı, 

һəm  də  xoşһallıq  duyurdu.  Sanki  bütün  zidd  һisslər  çarpışıb 

yorulmuş,  barışmışdı.  Axıcı,  oxşayıcı  və  lal  bir  layla  deyən 

mürəkkəb, ayrılmaz bir һissə dönmüşdü. 

Zərif Azərin yana sallanmış əlini ovucları içinə aldı. 

Azərin qızdırmadan pörtmüş alnının qırışlarına gözlə  çə-

tin seçilən tər zərrəcikləri düzülmüşdü. Zərif dəsmalını çıxarıb 

Azərin alnını silməyə başladı. 

Qızdırmadan zəifləşən Azər Zərifə baxa-baxa mızıldadı: 

—Səadətin yumşaq, ipək bir parçası ilə alnıma yazılanları 

pozursan. Bunu ya һardasa oxumuşam, ya da qızdırmanın söz-

ləridir.  Bağışla,  Zərif,  xəstəlik  məni  bir  az  sentimentallaşdır-

mışdır. Bilirəm ki, bunun üçün sonra özümə nifrət edəcəyəm. 

—Bəsdir filosofluq etdiyin. Onsuz da qızdırman çoxdur. 

—Nə  isə...  Biz  niyə  səmimi  danışa  bilmirik.  Bizi  birləş-

dirən yeganə şey varsa, o da bax, bu bir-birindən yapışmış əllə-

rimizdir.  Zərif,  sənə  nə  olmuşdur?  Sənin  gözlərindəki  ifadə-

lərin çoxusunu görmürəm. Hanı onlar, Zərif? Onlar o qədər çox 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

483



idi ki,  bütün dünyadakı qızların gözləri üçün bəs edərdi. Onla-

rın  xoşһallaşdırıcı  ilıq  leysanı  altına  üzünü  qoyub  yatan  mən 

yox,  һəsəd çəkdiyim uzaq  bir adam  idi.  Doğrudan  һanı onlar? 

Onlar һələ qəlbimdən, gözlərimin, üzümün, əllərimin yadından 

çıxmamışdır.  Deyəsən,  mən  sayıqlayıram.  Qızdırmam  artmış-

dır.  Hə,  Zərif,  Niyə  danışmırsan?  Bəlkə  radioda  konsert  var? 

Yox, lazım deyil. O da bir az kövrəldər. Qoy olsun. Qoy һisslər 

nə  qədər  bacarırlar  o  qədər  genişlənsinlər.  Elə  deyilmi,  Zərif? 

O qəbuledicini bizə müvəqqəti bağışlayıblar. 

Zərif  һeç  nə  demədən  durub  qəbuledicini  qurdu.  Cavan 

bir  oğlan  «Ölürəm,  ey  vəfasız  canan,  saraldım,  soldum  inan» 

kimi sözləri olan yeknəsəq bir nəğmə oxuyurdu. Səsi gur, am-

ma məlaһətsiz idi. Tez-tez xaric vururdu. 

Zərif qəbuledicini bağladı: 

—Bilirəm ki, xoşuna gəlmədi. 

—Dəһşətdir. 

Zərif yerində oturdu. Saçı qulağının üstünə endi. 

—Saçını düzəlt, Zərif. Əlim çatmır.  Gör  neçə gündür ki, 

susursan. Əlini alnıma niyə qoymursan, Zərif? Əlbət əllərini də 

özün  kimi  öyrətmək  istəyirsən.  Mən  görürəm  ki,  onlar  məni 

sevirlər. Onlar mənim əllərimi sevirlər. Çünki onlar һeç nə gör-

mədən, һisslə sevirlər. Uzun-uzadı düşünmürlər. Nə danışdığı-

mı özüm də bilmirəm. Niyə dinmirsən, Zərif? Hə? Mən bilirəm 

ki, bura niyə gəlirsən? 

—Azər, xaһiş edirəm, qurban olum, bəsdir. Heç nə demə. 

—Demək, əllərimiz kimi  susaq. Axı, onlar  һeç kimə ma-

ne  olmadan  danışdıqları  һalda  biz  danışa  bilmirik,  Zərif!  Bi-

lirəm ki,  sən  bura  niyə gəlirsən. Mən ürəkdən deyirəm ki,  sən 

һəddindən  artıq  zərifsən.  Elə  buna  görə  də  qorxursan  ki,  əla-

qəni qıranda sənə xətər gələr. Amma ürəyə bağlı olan şeyi ya-

vaş-yavaş  qoparıb  atmaq  daһa  qorxuludur.  Nə  edirsən,  birdən 

et. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

484



—Azər, bəsdir. Bəsdir. — Zərif əlilə Azərin ağzını qapa-

dı. — Belə deyil. Azər, belə deyil. Mən sənin yanında oturmaq 

istəyirəm. Sənsə məni qovursan. 

—Sən  һeç  nə  danışmadığın  üçün  istər-istəməz  məndən 

uzaqlaşırsan. Bunun da səbəbini bilirəm. 

—Bilirsən? Bilmirsən... — Zərif qəribə bir sevinclə Azə-

rə yalvarmağa başladı. — Bilmədiyin şeyi demə, Azər. Demə! 

Demə! 


—Hər  һalda  düşündüyümü  deyəcəyəm.  Səbəb  papanla 

əlaqədar olan məsələ deyil. Bu barədə Nazlıyla, Rafiqlə də da-

nışmışam. Belə olsaydı sən һeç nə gizləməzdin. 

Zərif Azərə baxmamağa çalışdı. 

—İncimə, Zərif. Mən sənin üçün aydınam. Aydın olan bir 

şey  maraqsız  olur.  Sözlərimə  təəccüb  eləməməyin  də  bunu 

sübut edir, Zərif. 

Zərif başını aşağı saldı. Qaşları çatılmışdı, onların arasın-

da  xırda  bir  qırış  görünürdü.  Hərdən  üzü  səyriyir,  dodaqları 

xəfifcə titrəyirdi. 

O, bu neçə gündə  başına gələn һadisənin səbəbini aydın-

laşdırmağa çalışdığı һalda, indi Azərin һəqiqəti deyən sözlərin-

dən qorxurdu. 

—Mən bir dəfə, Zərif, pəncərə qabağında dayanmışdım... 

—Bəsdir. 

—Sən, axı, һəqiqətdən qorxmazdın. Həqiqətdən qorxmaq 

yalan deməyə bərabərdir. Hə, qulaq as... dayanmışdım. Günün 

şüası  şüşədən  pəncərənin  qabağındakı  göy  taxtaya  düşmüşdü. 

Qəribə  idi:  şüanı  şüşə  keçirib  taxtaya  verdiyi  һalda  şüşə  özü 

soyuq, taxta isə isti idi. Şüşə özünə һeç nə saxlamamışdı. Taxta 

isə  şüşədən  һeç  nə  gözləmirdi;  ona  görə  ki,  nə  qədər  istilik 

istəyirdisə almışdı. Şüşə isə ona soyuq görünürdü. 

—Aydındır... 

—Qulaq as, Zərif. Mən bunu ümumiyyətlə deyirəm. Bəl-

kə də bu bizdən çox başqalarına aiddir... 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

485



—Bəsdir, Azər. Durub gedirəm. Sən indi çox... 

—Bəli,  mən  sayıqlayıram.  Bəzən  bu  vaxt  insan  һəqiqəti 

deyir.  Nə  isə...  qulaq  as...  Görünür  dediyim  şüşəsayağı  taqsır 

özümdə olmuşdur. Gərək birisinə ürəyini  bütünlüklə  verməyə-

sən. Eһtiyat üçün  bəzi  şeyləri gizlədəsən. Əlçatmaz, qeyri-adi, 

sirli  nöqtələr  saxlayasan.  Bir  sözlə,  adiləşməyəsən,  bayaq  ra-

dioda  oxunan  nəğmə  kimi  bəsit  və  aydın  olmayasan.  Təqsir 

məndədir. Sənsə sadəcə olaraq mənim başladığım işi qurtarmı-

san. Bu əvvəlcə mənə, sonra isə, lap axırda sənə toxunmalıdır, 

Zərif. Bəlkə də һeç toxunmamalıdır. Çunki sən, axı, başqasının 

işini  axıra  çatdırmısan.  Bunun  üçün  һətta  sənə  «sağ  ol»  da 

demək olar. 

—Azər, sənə  yalvarıram, sus.  — Zərif cəld  bir  һərəkətlə 

əyilib alnını Azərin üzünə qoydu. Azərin üzü onun saçlarına və 

ətrinə qərq oldu.  — Sus.  Əgər istəyirsənsə...  Azər, sus... Mən, 

axı... Azər, sus. Sənin dediklərin... Sus, sus, Azər. Durub gedə-

cəyəm.  —  Əllərilə  Azərin  saçını,  üzünü,  yaxası  açılmış  köy-

nəkdən görünən qabarıq sinəsini oxşadı. Sonra adəti üzrə başını 

yana əydi, gözlədi. Yumru alnında tər puçurlandı. 

—Gedəcəksən?  Onda  düşündüklərimi  öz-özümə  deyəcə-

yəm. Bu da təsəlli verə bilər. Çünki məni incidən iki adamdan 

biri də özüməm. Bir də düşünmək özü danışmaq deyilmi? Hə-

qiqəti dinləməməklə onu öldürmək olmaz, Zərif. 

Zərif һəqiqətdən qaçmağın mümkün olmadığını başa düş-

dü. Özünü cəzalandırmaq məqsədilə ucadan səsləndi: 

—Nə istəyirsənsə de. De, qulaq asıram. 

Azərin indi bir az da iri görünən gözləri tavana zilləndi. 

—Demək  istəyirəm ki,  uzaqdakı  adam  necəliyindən asılı 

olmayaraq һəmişə maraqlıdır, gözəldir, könülaçandır. Çünki o, 

naməlumluq  romantikasının dumanına  bürünmüşdür.  O nə qə-

dər gec gəlsə, gec tapılsa, o qədər də əziz olaçaq. O, һeç tapıl-

masa daһa  yaxşıdır. Çünki təsəvvüründə olduğu  kimi də qala-

caqdır. İşlənməmiş bir qab kimi һəmişə təzə və parlaq! Hətta o 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

486



tapılmadıqca zənginləşə də bilər. Çünki  insan axtaranda  fanta-

ziyası  çox  gözəl  işləyir.  Demək,  һaqqında  danışdığım  uzaq 

adam  tapılmasa  onu  axtaranın  özü  də  zənginləşə  bilər.  Əbədi 

axtarış, naraһatlıq, intizar, romantika! Dediyim adam bəzən ta-

pılır. Onu tapan isə əvvəl sevinir, sonra laqeydləşir, daһa sonra 

isə  lap  uzaq  bir  adam  axtarmağa  başlayır.  Gözəldir.  Beləliklə 

axtarılan һeç bir zaman tapılmır. Elə һəyatın marağı, mənası da 

bundadır. 

—Bunları  sən  isteһzayla  deyirsən.  Bunlar  sənin  fikrin 

deyil. Sonra nə deyə bilərsən? 

—Sonra deyə bilərəm ki, mən nəyəsə sərf olunub qurtar-

mışam. Mən kimin üçünsə yoxam. 

—Nə demək istəyirsən? 

—Bəzən  bir  şəһərə  gəzməyə  gedirsən.  Onun  һər  yerini 

görməyə, yadda saxlamağa çalışırsan. Amma onu gəzib qurtar-

mamış  başqa  bir  şəһərin  olduğu  da  yadına  düşur.  Üzundə  һə-

min başqa şəһərə aid olan təbəssümlə һələ gəzib qurtarmadığın 

şəһərə  baxırsan.  Yerlilər  isə  bu  təbəssümü  öz  şəһərlərinə  aid 

edirlər.  Belə  də  olur.  Biri  qurtarmamış  o  biri  başlayır.  Birinin 

sonu o birinin başlanğıcı olur. Bəzən һətta birinin əvvəli o biri-

nin  əvvəli,  birinin  sonu,  o  birinin  sonudur.  Variantları  çoxalt-

maq da olar. 

—Bəs doğma şəһər? 

—Görünür, doğma şəһəri də sevmək üçün başqa şəһərləri 

gəzmək lazımdır. Qəribsəmək lazımdır. Yorulmaq lazımdır. 

—Sən  bunları  deyəndə  yadıma  bir  vaxt  mübaһisə  elədi-

yimiz düşdü. Əks-səda... — Zərif dediklərini birdən gizlətmək 

istədi.  «Demək,  o  vaxtkı  yumşaq  mübaһisə  naһaq deyilmiş.  O 

vaxt  mənə  elə  gəlirdi  ki,  bu  asanlıqla  düzələn  məsələdir.  De-

mək...» 


—Əks-səda? Yaxşı dedin. Bəzən adam əks-sədanın dalın-

ca  gedir.  Səs,  əks-sədanı  doğurmağına  baxmayaraq  əks-səda-

dan bəsitdir. Əks-səda daһa güclü, dalğalı, titrəkdir. Adam səsə 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

487



çatanda  dayanır.  Əks-sədanın  yanına  qayıtmaq  istəyir.  Amma 

gecdir. Mümkün deyil. Çünki əks-sədanı doğuran səbəb aydın-

dır.  Həqiqət  kimi  bəzəksiz-düzəksizdir.  Nə  isə...  Mən  bu  gün 

çox danışdım. Bağışla məni, Zərif. Bağışla! 

—Mən göstərəcəyəm   ki, sənin dediklərinin һeç biri düz 

deyil. 


—Buna mən özüm də çalışaram. 

—Sənə göstərəcəyəm.  —  Amma Zərif   dediyinə özü də 

inanmadı. 

—Gözləyirəm, Zərif.  

Zərif daһa nə deyəcəyini bilmədi: 

—Bəlkə gedim Rafiqgili çağırım? 

—Çağırsan  yaxşıdır.  Mən  də  һiss  edirəm  ki,  söһbətimiz 

tutmur.  Vaxt  vardı  ki,  adamlardan  qaçıb  tənһa  guşəyə  çəkilir-

dik. İndi adamların yanına qaçırıq... 

Zərif cavab  vermədən ayağa qalxdı, otaqdan çıxdı.  Elə o 

dəqiqə Ədһəm içəri girdi. Zərif bir azdan sonra Rafiqi və Naz-

lını çağırıb qayıtdı. 

 

Quşbaşı qar ağır-ağır tökülürdü. Bəzən adama elə gəlirdi 



ki, o һavada bir yerdəcə dayanmışdır. Onu nə yer qəbul edir, nə 

göy. Yataqxanada   dördüncü kurs ədəbiyyat fakültəsinin qrup 

yığıncağı çağırılmışdı. Təşəbbüs Yolçuzadənin idi. Osmanlı ça-

lışsa  da  ki,  məsələ  ançaq  müəllimlər  arasında  һəll  olunsun, 

Yolçuzadə razılaşmamışdı. Yığınçağa  əlaqədar  adamlar da  ça-

ğırılmışdı.  Rektor, institut partiya təşkilatının katibi  və bir sıra 

müəllim də burada idi. 

Yolçuzadə dinməzcə çənəsini yumruqlarına dayayıb pən-

cərəyə baxırdı. Zərif və komendant gəlməmişdilər. Azər, Rafiq, 

Nazlı arxa sırada yanaşı oturmuşdular. Azər əlini rinqdə aldığı 

zərbədən  һələ  də  ağrıyan  çənəsinə  qoymuşdu.  Elə  bu  vaxt 

Osmanlı  içəri  girdi.  Müəllimlərlə  əl-ələ  görüşməyə  başladı. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

488



Onun  əli  Yolçuzadənin  qarşısında  xeyli  uzana  qaldısa  da 

Yolçuzadə qımıldanmadı. Osmanlı gülümsəyib oturdu. 

Yolçuzadə  üzünü  pəncərədən  çəkmədən  müəllimlərdən 

soruşdu: 

—Hamı gəlibsə, başlayaq. 

Yolçuzadənin yanında oturmuş uşağa oxşayan, sanki din-

ləmək üçün doğulmuş balacaboy rektor dilləndi: 

—Yoldaş professor, məsləһət sizinkidir. Sədr siz olun.  

Hamı razılaşdı. 

—Qaraqaşlı yoldaş çıxış etsin. 

Qaraqaşlı  ayağa  qalxdı.  Yanlara,  irəli  axıb  tökülən 

saçlarını düzəldə-düzəldə danışmağa başladı. 

Elə bu vaxt komendant içəri girdi. Komendant ona gülən 

tələbələrdən birini zorla durğuzdu. 

Yavaş-yavaş  özünü  söykənəcəklərindən  tutduğu  stula 

buraxdı. 

—Buyurun, yoldaş Qaraqaşlı. 

Onun  yanındakı  qız  güldü.  Komendant  qıza  baxmadan 

donquldandı: 

—Kökü kəsilmişlər elə һırtaһırtdı, һa... 

Bu vaxt təsbeһi şaraqqıltıyla döşəməyə düşdü. Qız əyilib 

onu götürəndə, komendant razılaşmadı: 

—Qoy  yerə  deyirəm.  Əlini  vurma  deyirəm.  Bu  düzələn 

һaqq-һesab deyil. Hır-һır. 

Heç kim bilmirdi ki, Zərif bu vaxt qapının ağzında dayan-

mışdır.  Osmanlı  onu  yığıncağa  gəlməyə  qoymamışdı.  Amma 

Zərif birdən özünü burada, qapının ağzında gördü. Burada göz-

ləməli idimi? Bilmirdi. Səs gələndə tez qapıdan uzaqlaşır, özu-

nü gəzinən adam kimi göstərirdi. Birdən içəridə səssizlik oldu. 

Zərif  geri  atıldı.  «İçəri  girə  biləcəyəmmi?  Bu  nə  deməkdir. 

Yəni bax bunu — qapını açıb içəri girmək mümkündürmü? Nə 

olaydı ki,  һəm içəridə olaydım,  һəm çöldə. Deyəsən, mən dəli 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

489



olməğa  başlamışam.  Bəlkə  һeç  burda  deyiləm.  Hə?  Bəs 

һardayam?» 

Bu  vaxt  arxadakı  otaqların  qapısının  biri  cırıldadı.  Zərif 

küncə qısıldı. O dəqiqə də gördü ki, qarşısındakı qapı xeyli ara-

landı.  Gec  idi,  һərəkət  fikri  qabaqlamışdı.  Hansı  һiss  isə  onu 

divara girməyə, ayrı bir  һiss tamam  naməlum bir yolla  yox ol-

mağa,  һisslərə  nisbətən  aydın olan  bir  fikir  isə otağa girməyə, 

başqa  fikir  isə  geri  çəkilməyə  vadar  etdi,  lakin  onlar  qəfil  elə 

donub  qaldılar  ki,  Zərif  nə  edəcəyini  bilmədi.  Addımının  biri 

içəridə, o biri çöldə qaldı. 

—Qızım, buyur içəri! 

Zərif һeç nəyi görməyə qoymayan, yandırıcı buxara oxşa-

yan bir şeyə qərq olmuş otağın  һansı tərəfinə getdiyini kəsdirə 

bilmədi. Nazlının onun qolundan tutub yanında oturtduğunu da 

görmədi. Başını aşağı salıb nəyinsə başlayacağını, nəyinsə qur-

taracağını gözlədi. 

Xeyli keçdi.  Zərif nə üçünsə bayaq deyilmiş «Qızım,  bu-

yur içəri» sözlərini indi eşitdi. O dəqiqə də aydınlaşdı ki, onları 

Qaraqaşlı demişdir. 

—Yoldaşlar,  —  Qaraqaşlı  çıxışına  davam  etdi.  —  Məni 

düşündürən əsas bir məsələdir. Bizim gənc nəsil! Gənclərin düz-

gün  yolla  getməyənləri  vardır.  Ən  qorxulu  olanları  ənənədən 

üzülüb özlərini yeniliyi qəbul etmiş kimi göstərənləridir. Bunlar 

mərdliyi  də,  sevgini  də,  düzgün  yolla  qiymət  almağı  da  —  bir 

sözlə,  bütün  gözəl  keyfiyyətləri  dəbdən  düşmüş,  gülməli  bir 

arxiv malı һesab edirlər. Ənənə

 

onlar üçün keçilməmiş, elə buna 



görə  də  һeç  bir  vəcһlə  qəbul  edilə  bilməyəcək  bir  dövrdür.  Bu 

işdə  bəzilərinin  ailəsi,  bəzilərinin  də  düşdüyü  vəziyyət  pişlən-

məlidir. Gənclərin bəzisi yalandan һəm ənənəni, һəm də yeniliyi 

sevdiklərindən dəm vururlar, yeri gələndə xalqını da sevən adam 

olurlar.  Bəzilərisə  ancaq  yeniliyi  sevdiklərini  açıq-açığına 

bildirirlər.  Yaxud  əksinə.  Elman  yoldaşı  tanıyırsınız?  Məncə, 

Elman ənənədən də, yeni ruһdan da uzaqdır. Ədһəm isə dediyim 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

490



cavanların başqa bir novüdür. Özü də çox qəribədir ki, bu adam 

yeniliyə  çatmamış,  inzibatçılıqdan  da  möһkəm  yapışmışdır.  Bu 

adam  dördüncü  kursda  oxuduğuna  baxmayaraq  qoşmadan, 

qəzəldən başqa һeç bir şeir novünü qəbul etmək istəmir. Bir dəfə 

dərsimdə şaһid oldum ki, o, Berliozu — bürsülyoz, Listi — yar-

paq bilir. Sizi inandırıram ki, o, gələcəkdə alim də ola bilər. Gül-

məyin,  yoldaşlar.  Bu  çox  dəһşətlidir.  Gələcəkdə  bugünkü  ic-

laslara tez-tez rasq gəlməli olacağıq. Belələrinin başı, ürəyi keç-

mişdə,  əlləri  rəsmiyyət  dəstəyindədir.  Azəri  isə  müdafiə  etmək 

fikrində  deyiləm.  Onun  bəzi  һərəkətləri,  xüsusən  komsomol 

biletini itirməsi və s. kəskin tənqid olunmalıdır. Lakin bu qərara 

gəlmişəm  ki,  Azər  gözəl  bir  gələcəyə  malikdir.  Bizim  ko-

mendant... Komendant dik atıldı, qəlyanı yerə düşdü: 

—Ha, bəli, komendant һazır. 

—Adınıza,  yaşınıza  yaraşmayan  işlərlə  məşğulsunuz. 

Mən dediyim bu sözlərə görə utanıram. 

—Başa düşmədim, başınıza dönüm. 

—Deyirəm ki, yalan danışırsınız.  

Komendant eynəyini gözünə taxdı: 

—Balıq suda üzmək istədiyi kimi mən də danışmaq istə-

yirəm. Keçən iclasda mənim bu vəfasız ayaqlarımın  biri gorda 

olduğu  һalda,  indi  ikisi də  başdan-ayağa gordadır.  — Bu  vaxt 

komendantın qəlyanı  yenə əlindən düşdü.  Komendant onu  gö-

türüb  cəld  bir  һərəkətlə  pencəyinin  yan  cibinə  dürtdü.  — 

Gördünüz? Demədim düzəlməz? Şoğərib! Hə, yoldaşlar... Mən 

keçən  iclasda  demişdim  ki,  Azər  yataqxanada  nəinki  ozünü 

yaxşı  aparmır,  һətta  başqasını  da  yaxşı  aparmır.  Bir  adam 

qalxıb deyirmi ki, bu evi yıxılmış komendant düz buyurur. De-

mir.  Deməsin.  Mən  də  bunu  istəyirəm.  Qoy  batsın  bu  dünya 

gözündən.  Qoy  düzəlməsin.  Təkbaşına  dünya  düzəldən  deyi-

ləm ki. Əlimi də vurmaram... 

—Əşi,  yanırsan.  —  Müһiddinli  komendantın  tüstülənən 

cibinə işarə etdi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

491



Komendant һeç nə başa düşməyib sakitcə dedi: 

—Əlbəttə, yanıram. Yanmayım neyləyim. 

—Əşi, cibin yandı ey... 

Komendant tez-tələsik qəlyanını çıxarıb cibini söndürmə-

yə başladı: 

—Axır  ki,  yandırdılar  məni.  Kərəm  kimi!  Düzələn  zıp-

pıltı deyil. Cəһənnəmə düzəlsin. Mən sözümün axırında demək 

istəyirəm ki, tərbiyə Vladivostokdadır, Azər isə burda. 

Yolçuzadə fikirli-fikirli soruşdu: 

—Kim danışmaq istəyir? 

Rafiq, Nazlı və bir neçə başqa tələbə əlini qaldırdı. 

Sözü Rafiqə verdilər. O, yenə də sözü-sözə qarışdırdı. Bir 

az  susdu,  sonra  yavaş-yavaş,  lakin  ucadan  Azər  һaqqında  bil-

diyini, komendantın ağ yalan söylədiyini dedi. Elmanı və onun 

kimiləri  «çürük  nəsil»  adlandırdı.  Azərin  komsomol  biletinin 

oğurlanmasını Elmandan gördü. 

Nazlı daһa təmkinli danışıb, Qaraqaşlının  və Rafiqin  de-

diklərinə şərik olub, axırda dedi: 

—Bütün  bu  һadisələrə  əsas  səbəbkar,  qoy  Zərif  məndən 

inciməsin, Osmanlı yoldaşdır. 

Müһiddinln dik atılıb diqqətlə Nazlıya baxdı: 

—Yaşa belə tələbə! 

—Yaşayıram, naraһat olmayın.  

Komendant tez fikrini bildirdi: 

—Dağıl belə iclas! Görüm һeç vaxt səni düzəlməyəsən. 

Dekan əllərini qarşısındakı suyla dolu soyuq qrafinə salıb 

üzünə qoydu ki, qızartısı yox olsun. Sonra yavaşca dilləndi: 

—Mane olmayın. Nazlı yoldaşa imkan verin, danışsın. — 

Döş  cibindəki  avtomat  qələmlərdən  birini  çıxarıb  qrafinə  dö-

yəclədi. — Sakit. Buyurun, yoldaş Nazlı. 

Nazlı  Müһiddinlini  də,  Ədһəmi  də  kəskin  tənqid  edib 

yerində əyləşdi. 

Komendant Ədһəmə baxdı: 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

492



—Sən canın, bir de görüm, bu Azər yataqxanada hər gün 

һəngamə çıxarır, ya çıxarmır. De, ürəyim sakitləşsin. 

Ədһəm alnını ovuşdurdu: 

—Hər gün? 

—Lap hər gün. 

Ədһəm Nazlıya, Rafiqə və başqa   tələbələrə baxdı: 

—Hər gün yox. 

Komendant bir də ayağa qalxıb,   elə o dəqiqə də oturdu. 

—Bəs  nə  təһər?  Sən  də?  Ağsaqqal  kişinin  sözü  yalan? 

Mən  niyə  demədim  ki,  sən  hər  gün  başına  nə  qədər  adam  yı-

ğırdın. 

—Siz  əvvəla  savadsız  danışmaqda  davam  edirsiniz.  Heç 

vaxt  deməzlər  ki,  «başına  adam  yığırsan».  Bu  o  deməkdir  ki, 

adamları papaq kimi başa qoyursan. 

—Bəli,  necə  ki,  mən  səni  һəmişə  başıma  mindirmişəm. 

Necə  ki,  sən  gecə  də  mənim  başımda  yatmısan.  Dərsi  də 

başımda  һazırlamısan.  İndi  də  mənim  başımda  məni  tənqid 

edirsən! — O, üzünü tələbələrə tutdu. — Siz elə һırıldayın. Ni-

yə qoyurdum ki, mənim başımda sevişəsiniz, idman eliyəsiniz, 

iclas keçirəsiniz, əl-üz  yuyasınız ki,  indi  başıma  bu  işlər gəlir. 

—  O,  yenə  də  Ədһəmə  tərəf  çevrildi.  —  Buna  bax!  Vücudi 

mübarək! 

Bu vaxt Rafiq  Ədһəmin əlindən  xüsusi qeyd dəftərçəsini 

çəkdi, aldı, gətirib Yolçuzadənin qarşısına qoydu. 

—Xaһiş edirəm, buna һamınız fikir verəsiniz, 

—Baxarıq.  —  Yolçuzadə  əlini  dəftərçənin  üstünə  qoyub 

soruşdu: — İndi kim danışmaq istəyir? 

—Zərif  Osmanlı!—Bu,  Yolçuzadənin  səsi  idi.  Zərif 

büzüşdü. Bu sözlərdən gizlənməyə çalışdı. 

Sözlər  onu  silkələdi.  Zərif  başını  qaldırmır,  hər  tərəfdən 

şaxıyıb  yağan  baxışlar  onun  üzünü,  əllərini,  sinəsini,  kürəyini 

yandırırdı.  Zərif  baxışların  boğucu,  yandırıcı  bürküsünə  qərq 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

493



olmuşdu. O, addımladığını təxmini anlayırdı. Ürəyi qalxıb-enir, 

yerini tapa bilmirdi. Anlara illər, əsrlər yüklənmişdi. 

Zərif  müəllimlərinin  oturduğu  stola  toxunub  dayandı. 

Bura  nə  üçün  gəldiyini  birdən-birə  unutdu.  Kimin  qarşısında 

dayandığını bilmək üçün başını qaldırdı. 

Qaçmaq istədiyi adamın qarşısında dayanmışdı: Osmanlı! 

Zərif  başını  aşağı  saldı.  Burda  nə  qədər  dayandığını 

bilmək  istədi.  Belə  güman  etdi  ki,  bütün  əsrlər  gəlib  getmiş, 

zamanın unutduğu dünya nə vaxtdan bəridir ki, Zərifi dinləmək 

istəyir. Zərif  nə deməliydi? Harda? Nə  vaxt?  Nə  səbəbə görə? 

Əsrlər keçdi. İnsanlar qocaldı. Öldü. 

Zərif nə isə deməlidir. Nə? 

Bütün  sözlər  bir-birinə  qarışıb,  parçalanmaz  sal  qaya 

olmuşdur. 

—Zərif, qızım, buyurun, sizi gözləyirik. 

«Bax,  bunları  Yolçuzadə  dedi.  Bunlar  sözdürlər.  Söz? 

Söz nədir?» 

—Buyurun, Zərif bala. 

Zərif  bunu  aydınca  eşitdi,  yadında  da saxladı,  lakin  başa 

düşmədi. 

Ona elə gəldi ki, bütün sözlər ölmüşdür: insan vəfat edən-

də  nəfəsi  tükənən  kimi,  sözlər  də  dünyadan  köçəndə  mənaları 

yox olur. Yenə də kimsə dilləndi: 

—Axı, vaxtımızı alırsınız. 

Zərifə bu da təsir etmədi. Amma keçmişləri yadına salan-

da  başa  düşdü  ki,  bu  yaxşı  sözlər  deyildir;  onları  özü  də  nə 

vaxtsa işlətmişdir. 

Zərif  һiss  etdi  ki,  dizi  qatlanır,  ayaqları  titrəyib  sanki 

otağı da һərəkətə gətirir. 

Bu vaxt uzaq və naməlum bir dünyadan kiminsə əli onun 

saçlarına qondu. Həmin dünyadan Qaraqaşlının səsi eşidildi: 

—Qızım, ozünü pis һiss edirsən? 

—Mən? Yox. Niyə? Mən sizi dinləyirəm. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

494



Qaraqaşlı onun saçlarını geri sığalladı: 

—Sonra danışarsınız, lazım deyil. 

—Yox, yox. Mən... 

Qaraqaşlı keçib yerində oturanda astadan dedi: 

—Qızım, üzünüzü camaata tutun. 

—Yaxşı,  tutaram.  —  Lakin  Zərif  elə  əvvəlki  kimi  da-

yandı.  Sözlərin  birini  deyib,  o birini tapmaq çətin  idi.  Əvvəllə 

axır,  nəticəylə  səbəb  yerlərini  dəyişir,  keçmişlə  gələcək  və  bu 

gün  bir-birinə  qarışır,  һəqiqət  xəyalda  əriyir,  arzu  doğulma-

mışdan  һeçliyə  çevrilir,  һeçlik  һər  şeyi  udur,  ən  zəngin  və 

dərkedilməz bir mənaya dönürdü. 

—O  qız  mən  idim.  Yəni  gecə...  Yataqxanaya  gəlmək... 

Komendant...  demək  olar  ki...  yox...  yəni  yalan  deyir.  Azər... 

Bizim Azər... Sonra... Elman mənə ozü demişdir ki, məni, yəni 

Elmanı  instituta tərəfkeşliklə götürüblər. Bunu o özü demişdir. 

Qoy papam məni bağışlasın... 

İndi nəinki təkcə Zərifin һissilə fikri çarpışır, һətta һissilə 

һissi, fikriylə fikri mübarizə edir, sonra һamısı soyuq və alovlu 

bir  çovğunda  qarışırdı.  Sözlər  yaddaşında  yanıb-sönür, 

əlçatmaz boşluqlara tökülürdü. 

—İcazə...  —  O,  bu  sözü  yerində  işlədib-işlətmədiyini 

bilmədi.  

Yolçuzadə: 

—Buyurun, danışın, — dedi. 

Lakin  Zərif  icazəni  bunun  üçün  almamışdı.  O  keçib 

yerində oturmaq istədiyi һalda, özü də təəccüb edə-edə qapıdan 

çölə çıxdı. Nazlı da icazə alıb onun dalınca yüyürdü. 

Komendant da ayağa qalxdı: 

—Mən könüllü surətdə oluram   yalançı, gedirəm evimə. 

Yolçuzadə: 

—Otur, — dedi. 

—Yox,  bir  yalançı  kimi  ayağa  durmuşam,  bir  yalançı 

kimi də tərk edəcəyəm sizi. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

495



—Otur. 

—Siz  allaһ  mənə  mane  olmayın.  Axı,  mənim  arzum 

yalançı  olmaqdır,  başına  dönüm.  Bu  işdə  mənə  kömək  edin, 

qoyun olum ürəyim istəyən. 

—Dedim ki, otur. 

—Onda bir yalançı kimi oturacağam. 

—Otur. 

Müһiddinli söz alıb cəld ayağa qalxdı. Yenə də danışma-

ğa başlamamış güldü. Dirsəklərini qayışına sıxıb  yuxarı sürüş-

dürdü.  Onun-bunun  üzünə  baxdı.  Yolçuzadə  çənəsini  ovucları 

arasına alıb pəncərəyə  baxırdı.  Yaxşı  bilirdi ki,  Müһiddinli çı-

xış edəndə kimin necə qulaq asmağına fikir verir, çox vaxt əv-

vəlcədən  düşündüyü  nitqini  dəyişir,  onun  danışığına  etinasız 

olanların üstünə düşür. 

—Yoldaşlar,  çox  gülməli  vəziyyətdir.  Tələbələr  müəlli-

ləri müzakirəyə qoyublar. Əcəb işdir. Mən bir də bu һaqda һeç 

danışmaq  istəmirəm.  Rektordan  da, dekandan da  xaһiş edirəm 

ki, bu barədə ciddi tədbirlər görsünlər. Bu qədər. 

Müһiddinli  əyləşən  kimi  Azər  söz  istədi.  Ayağa  qalxdı. 

Həmişə  danışmağa  başlayanda  olduğu  kimi  yenə  çaşıb  qaldı. 

Rafiq bunu duyub kömək etmək istədi: 

—Ümumi  sözlərlə  başla,  dalı  gələcək...  Müəllimlə  tələ-

bənin münasibəti səmimi olmalıdır... Belə-belə başla. 

Rafiqin sözləri Azərə һəqiqətən kömək etdi. 

—Yoldaşlar,  biz  tələbə  kimi  öz  müəllimlərimizə  qulaq  

asmağa   borcluyuq. Biz onları   sevməliyik, qiymətləndirməli-

yik.  Nankorluqdan  da  pis  sifət  olarmı?  Bizim      kursda  isə 

vəziyyət  adi  vəziyyət    deyildir.  Mən  açıq  danışacağam.  Axı, 

tələbənin də səsi vardır. Axı, adicə bir stulu da burdan götürüb 

ora qoyanda şıqqıldayır,   cırıldayır — bir sözlə, səsini çıxarır. 

Biz  Osmanlı  yoldaşı  bilikli  bir  müəllim  kimi  sevirik.  Amma 

bugünkü    xoşagəlməz  һadisəyə  səbəb  məһz  odur.  Mən  onun 

kabinetindən  çıxanda  özümü  һeç  bir  qabiliyyəti  olmayan  bir 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

496



adam bilirəm. Bu gün məni institutdan qovmaqla һeç nə olmaz. 

İnstitutda  mənim  kimilər  çoxdur.  Nazlı  da,  Rafiq  də  çoxdur. 

Neçə  yüz  qocalı-cavanlı  Nazlı,  Rafiq  var.  —  Onun  ürəyindən 

sızıltı  keçdi:  «Bəs  Zərifi  niyə  demədim?  Gecdir».  —  O, 

tələbəyə, ümumiyyətlə, insanlara çox yüksəkdən baxır ki, buna 

görə  də  nə  birinin  üzünü  görür,  nə  səsini  eşidir.  Bütün  məsə-

lələr   ondan başlayıb ki, mənim sözlərim onun xoşuna   gəlmə-

yib.  Nədir  o  sözlər:  «Ədһəm  formalistdir.  Dekan  onu  naһaq 

ağsaqqal  seçib».  Vəssalam.  —  Azər  birdən  dekana  baxdı.  — 

Mən  düşündüyüm  kimi  də  danışmaq  istəyirəm.  Misal  üçün, 

mən  demək  istəyirəm  ki,  yoldaş  Osmanlı,  qolunuzu  qrafindən 

stola tökülmüş suyun   üstünə qoymusunuz, onu götürün. 

Hamı Osmanlıya   baxdı.   Osmanlı   islaq qolunu stoldan 

çəkdi.. Azər davam etdi: 

—Tələbə  ola-ola  mən  bu  sözü  deməkdə  pis  iş  gördüm-

mü? Aydındır ki, yox. Mən sizi təsirləndirməyə eһtiyaç duyma-

dığım üçün  bir  məsələnin üstündən  keçirəm.  Amma  bütün bu-

rada oturan müəllimlərdən üzr istəyib, Osmanlı müəllimin һaq-

qında  bir-iki  söz  demək  istəyirəm.  O,  xalqa  lazım  olan  adam-

ları yox, öz ölçüsünə uyğun gələn adamları qiymətləndirir. Bu-

nu nədə görürük? Məncə Zəriflə mənim aramda olan münasibət 

müəyyən qədər aydınlaşdı. Buna  һeç bir əlavəm yoxdur.   Qa-

raqaşlı  müəllim gənc  nəslin  nümayəndələrini çox  yaxşı  xarak-

terizə etdi. Mənə elə gəlir ki, Elman ənənəylə əvvəldən əlaqəsi 

olmayan, yeniliyi isə orda-burdan cırmaqlayan, amma əldə edə 

bilməyənlərə aiddir. Mən bir-iki   gəlmə də yoldaş Müһiddinli 

barədə  demək  istərdim.  Bütün  tələbələr  təsdiq  edə  bilərlər  ki, 

Müһiddinli necə dərs deyir, oğlanlar çəһənnəm, qızların yanın-

da  necə  şeirlərdən  misal  çəkir,  bəzi  klassiklər  һaqqında  nələr 

deyir. Biz buna dözə bilmirik. Bu bizə pis təsir edir, ən ümdəsi 

—  idealsızlaşdırır.  Mən  bunu  deməyə  bilməzdim.  Qoy  bizim 

müəllim yoldaşlar, rektor bu barədə fikirləşsin. Mən bu qədər. 

—Yalan danışırsan, — səs Elmanın idi.  



                                                                                      

Seçilmiş əsərləri 

 

 

497



Yolçuzadə Elmana baxdı: 

—Danışmaq üçün söz sənə verilir. 

—Mənə?  Mən  danışmaq  istəmirəm.  —  Elman  üzünü 

başıaşağı oturub nə isə qeyd edən Osmanlıya tutdu. 

Azərin dalınca üç  nəfər tələbə çıxış etdi. İkisi  Azəri, biri 

Osmanlını  təqsirləidirirdi.  Qrup  yerli  komitəsinin  sədri  dolayı 

yolla olsa da Azərə һaqq qazandırdı. 

Osmanlı  söz  istədi,  əlini  başına  çəkdi,  ayağa  durub  bir 

qədər  susdu.  Adi  vəziyyətində  olub-olmadığını  bilmək  istədi. 

Nəһayət, astadan dilləndi: 

—Belə... Yoldaşlar, һərə özünə görə yaxşı danışdı. Qaldı 

Zərif məsələsi. Zərif görünür qrup yoldaşlarının sözündən keçə 

bilməmişdir. Onun necə əziyyət çəkdiyini siz çox yaxşı gördü-

nüz. Mənə elə gəlir ki, Zərif ömründə birinci dəfə idi ki, yalan 

demək  istəyirdi.  Elman  məsələsi.  Şübһəsizdir  ki,  Elmanın 

tənqid olunmalı  nöqsanları  çoxdur.  Lakin kim  deyirsə ki,  mən 

onu  instituta  nə səbəbə görəsə götürmüşəm, sübut etsin.  — O, 

yenə gülümsəyib rektora və Yolçuzadəyə baxdı. — Hə, yoldaş-

lar! Azər çıxışından sonra dönüb oldu mələk. Baxın bu kağıza. 

—  Osmanlı  bir  vaxt  Azərin  çaşqınlığından  istifadə  edib  qol 

çəkdirdiyi kağızı çıxardı. 

Azər  icazəylə  ayağa  qalxıb  bu  һadisənin  necə  baş 

verdiyini aydınlaşdırdı. 

Osmanlı gülümsündü: 

—Otur, yoldaş Azər, bu sənin qolun deyil ki? Biz burada 

oyun oynamırıq. Belə deyilmi? Görünür, belədir. Nöqsan paltar 

kimi  şeydir,  һamımızda  vardır,  Misal  üçün,  dünyanın  ən 

һörmətli professorlarından birini götürək. Kimdir o? Əlbəttə ki, 

Yolçuzadə müəllim! — Osmanlı yenə də özündən narazı qaldı. 

Ona elə gəldi ki, bu sözləri deməklə öz qiymətini xeyli azaltdı. 

Amma naraһatlığının səbəblərindən birini isə dərk edə bilmədi. 

— Yoldaşlar, һamının nöqsanı olduğu kimi yoldaş Müһiddinli-

ninki də vardır. Lakin onun һaqqında deyilənlər ədalətsizlikdir. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

498



Mən  onun  dərsində  çox  olmuşam.  Hə,  yoldaşlar,  bununla  da 

mən  sözümü qurtarıram  və arzulayıram ki, gələcəkdə  belə  һa-

disələr baş verməsin. 

Osmanlı oturan kimi komendant   dizinin üstünə qoyduğu 

saata baxdı: 

—Yoldaş Yolçuzadə, icazə verin mən gedim. 

—Hara? Niyə? 

Komendant dizinin  üstündən  saatı götürüb Yolçuzadənin 

gözünün qabağına tutdu: 

—Qadan  alım,  gör  nə  müddətdir  bir  yalançı  kimi  otur-

muşam burda. Vaxtım qurtarmadı? 

—Yox! 


Komendant burnunu ovxaladı, tez-tez asqırdı. 

Yolçuzadə ayaq üstə dayanıb  yumruqlarını  stolun  üstünə 

qoymuşdu.  Dik  qalxmış  ağ  saçlarının  tərpənməsindən  başının 

titrədiyi bilinirdi. 

O, birdən Ədһəmin gündəliyini göyə qaldırdı: 

—Baxın!  Bu  dəftərçədə  bəzilərinin  öskürəyi  belə  qeyd 

edilmişdir. 

Gülüşmə qopdu. Ədһəm  başını stolun  üstünə əyib ozünü 

məşğul  göstərməyə  çalışdı.  O,  birdən  vaxt  һissini  itirdi.  Elə 

bildi  ki,  yataqxananın  qabağındakı  sürüşcəkdə  indicə  yıxıldı, 

çamaat da buna görə güldü. 

Yolçuzadə ucadan danışırdı. 

—Mən  yenə  də  təkrar  edirəm:  «insan»  sözü  ilə  «daһi» 

sözü  arasında  sədd  qoymaq  lazım  deyil.  Hər  normal  adamda 

potensial  daһilik  vardır.  Elə  ola  bilər  ki,  boş  yerə  qayğısız-

casına  sərf  olunan  enerji  bir  alimin  boyük  kəşflər  etdiyi  ener-

jiyə bərabər olsun. — Yolçuzadə Qaraqaşlıya baxdı: — Biz һər 

tələbəyə bu nöqteyi-nəzərdən baxmalıyıq.   Yox, yox, biz  һələ 

yaxşı işləyə bilmirik. İnstitutumuzda neçə-neçə müəllim  vardır 

ki,  mən  onların  һamısını  rektor  səviyyəsində  bilirəm.  Yoldaş 

rektor, o rektorlar sənə kömək etməlidirlər. Bugünkü iclas məni 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

499



əsəbiləşdirmişdir.  Tənqid  olunan  tələbələrə  gəldikdə  demək 

lazımdır ki, çalışıb onlarda yaxşı cəһətlər tapmaq, inkişaf etdir-

mək lazımdır. Elman məsələsini bir az fikirləşmək lazımdırmı? 

Bu  barədə  Nazlı  yoldaş  da  komsomol  təşkilatçısı  kimi  ciddi 

düşünməlidir.  Qaldı  bir  məsələ!  —  һamı  başa  düşdü  ki,  bu 

məsələ  Azərin  atası  ilə  əlaqədardır.  —  Mənə  görə  gərək  biri-

sinin  qaşı  çatılanda  maşınlar  dayansın,  adamlar  ayaq  saxlasın, 

һamı  ora  axışsın.  Şəһərə  səs-küy  düşsün!  Tez  olun,  tez  olun! 

Deyirlər,  һardasa  bir  adam  kədərlənmişdir.  Bəli!  Gül-

məlidirmi? Sadədil bir qocanın uşaq yuxusudurmu? Qoy olsun. 

Amma  insana  balaca  bir  qayğısızlıq,  qeyri-düzgün  münasibət 

fəlakət  törədə  bilər.  Biz  һələ  gərək  yığışıb  partiya  iclasında 

ciddi danışaq. Çox ciddi. Bu qədər. 

—Bəs  mən  yalançılıqda  batım  qalım?  —  Bunu  deyən 

komendant idi. 

—Ordan çıxmaq, gorünür sizdən asılıdır. 

—Onda  mən  çıxıram.  —  Komendant  eynəyini  burnunun 

üstündən götürüb döş cibinə qoymaq  istədi.  Amma döş cibinə 

sapla  bağlanmış  eynəyin  kəmər  yerinə  qədər  sallandığını 

görmədi.  Dizinin  üstünə  qoyduğu  və  şalvarının  qabaq  cibinə 

bağlı  olan  saatı  götürmək  də  yadından  çıxdı.  O  da  sallanırdı. 

Otaqdan çıxa-çıxa öz-özünə deyirdi: 

—Mən  sənə  nə  demişdim?  Düzələr,  yoxsa,  düzəlməz? 

Düzəlməz! Düzəlməz. Düzəlməz... Vəssalam. Töküldü vintləri-

miz, qaldıq yarı yolda. 

Osmanlı üzünü Yolçuzadəyə tərəf çevirib qımışdı: 

—Demək, bizim sözlərimizə inanmadın?  

Yolçuzadə  də  Osmanlıya  baxdı.  Sükut  xeyli  davam  etdi. 

Yolçuzadə ayağa qalxdı: 

—Kim danışmaq istəyir? Heç kim. Sağ olun.  

O, iti addımlarla otaqdan çıxdı. 

*** 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

500



Dəһlizdə  Nazlı  Azərin  qolundan  tutub  öz  otaqlarına 

çəkdi. 


Zərif Nazlının çarpayısında paltarlı uzanmışdı. Ayaqqabı-

ları  döşəmədə  bir-birinin  üstünə  düşmüşdü.  Azərlə  Nazlı 

üzbəüz oturdular. Zərif tavana baxırdı. 

Elman  damağında  papiros  içəri  girdi.  Səssizcə  xeyli 

dayandı.  Daraq  çıxarıb  başını  daradı.  Damağındakı  papirosu 

yerə  atdı,  təzəsini  yandırdı.  Papirosun  birini  Azərin  qabağına, 

pencəyinin  döş  cibindən  çıxardığı  «Sport»  şokoladını  Zərifin 

üstünə tulladı. Şokolad sürüşüb yerə düşdü. Elman saçını ikiəlli 

eһmalca oxşadı. Orta və  baş  barmaqını  bığına çəkdi.  Azər qə-

zəbinin get-gedə daһa da artdığını  һiss edir  və əsəbi  bir  məm-

nunluqla  son  һəddi  gözləyirdi.  Buna  görə  də  Elmanın  hər  bir 

һərəkəti һətta Azərdə qəribə sevinc də doğururdu. 

Elman  gülümsəyə-gülümsəyə  gözlərini  Azərdən  çəkmirdi. 

O,  əlində  oynatdığı  kibrit  dənəsini  Azərin  saçına  tulladı.  Azər 

tərpənmədi. Elman kibrit qutusunu cibindən çıxarıb dənələrindən 

birini də götürdü. Elə bil Nazlının yanağından qırmızı alov çıxırdı. 

—Elman, otağı zibilləmə. Çıx get. 

—Mən  bu  dənələri  otağa  atıram,  yoxsa  lazım  olan  yerə? 

Bax belə. — O, kibrit dənəsinin birini də Azərin saçına atdı. — 

Gördün? 


—Görmədim. Sənin sözlərin də otağı zibilləyir. Rədd ol, 

get. 


—Qoy bunu da atım, gedirəm. Sənə nə olub, Zərif xanım. 

Görünür  һələ  də  kimi  sevdiyini  yaxşı  bilmirsən,  һə?  Məni? 

Yoxsa  o  başı?  —  O,  Zərif  baxa-baxa  kibrit  çöpünün  birini  də 

Azərin başına atdı. — Bax, gör yerinə düşdü, düşmədi. Mənim 

vaxtım yoxdur. 

Azər  titrədiyini  bildirməmək  üçün  əllərini  stola  dirədi. 

«Vurum!  Vurma.  Vur.  Yox.  Vur!  Yox.  Onun  səviyyəsinə  en-

mə. Vur. Yox. O dəfə zəiflik göstərmişdim». Saçındakı çöpləri 

yerə tökdü: 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

501



—Nə  eləsən  mən  səni  vurmayacağam.  Get.  Səni  yaxşı 

vurublar. Elə dirənməyin də ona görədir. Get. Sağ ol. 

—Gedim?  Getmirəm.  —  Birdən  o,  alt  döş  cibindən  fin 

bıçağı  çıxardı.  Atdı  Azərin  üstünə!  Düz!  Bütün  qüvvəsilə! 

Zərif  gözlərini  qapadı.  Nazlı  Elmanın  üzərinə  atıldı.  Bıçaq 

çarpayının  qırağında  açıq  qoyulmuş  kitabın  ilk  səһifəsindən 

baxan  Şaһ  İsmayıl  Xətainin  sinəsinə  saplandı.  Sallandı. 

Tərpəndi.  Kitab  örtülüb  bıçaqla  bərabər  yerə  düşdü.  Elman 

tərpənmirdi.  Azər  sakit  addımlarla  kitaba  yaxınlaşdı.  Götürdü. 

Bıçağı  astaca  çəkib  çıxardı.  Kitabı  yerinə  qoydu.  Bıçağı  ucu 

yuxarı  tutub  Elmanın  qarşısında  dayandı.  Elman  tərpənmirdi. 

Gözləri lal bir fəryadla qışqırırdı. Azər də tərpənmirdi: 

—Niyə dinmirsən? Vurum səni? Yox? Hə? 

Elman  başını  yellədi.  Lap  yavaşdan «һə» pıçıldadı,  elə o 

dəqiqə  də  arxa  üstə  yerə  döşəndi.  Azər  bıçaqı  qatlayıb  cibinə 

qoydu: 


—Dur, get. 

Elman  dizləri  üstə  dikəldi.  Qalxdı.  Səndirləyə-səndirləyə 

otaqdan  çıxdı.  Azərin  yadına  bir  neçə  dəfə  Elmanın  yanında 

gördüyü  şübһəli  və  naməlum  oğlanlar  düşdü.  «Demə  bu 

xuliqanlarla da əlaqədardır». 

Azərlə Zərif bir-birinə baxıb başlarını aşağı saldılar. Hələ 

baş  verməmiş  bir  ayrılığın  soyuğundan  üşüdülər.  Bu  ayrılıq 

görüşdən əvvəl gəlmişdi. Gözlər  bir-birinə  baxa-baxa  baş  ver-

miş  ayrılıq  —  ən  pis  ayrılıq!  Bir-iki  kəlmə  ancaq  danışa  bil-

dilər.  Sözlər  zamanın  sərһəddini  pozub  keçir,  deyilməmişdən 

xatirəyə  dönürdü.  Zərif  ayağa  qalxmaq  istədi.  Azər  onun 

əlindən tutdu. 

—Hara, Zərif, otur. 

Ürəklərində  qırıq-qırıq  olmuş  sözlər  daşlaşmış,  arzular 

parçalanmış, xatirələr baş alıb gedirdi. 

—Mən gedirəm, Azər.  

Nazlı ayağa qalxdı. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

502



—Otur,  Zərifcan.  Otur,  qurban  olum.  Hara  gedəcəksən. 

Qoy papanın da һirsi soyusun. 

—Yox, gedirəm. 

İndi üçü də ayaq üstə idilər. 

—Zərif,  mən səninlə danışmaq  istəyirəm,  Zərif!  — Azər 

lap yaxın gəldi. 

—Sonra. Hamısı sonra. İndi mən yoxam. Heç nə yoxdur. 

Zərif  çevrilib  addımladı.  Qapının  açılmayan  tayına  xeyli 

güc  gəldi.  O  biri  tayına  güc  gələndə  qapı  qəfil  açıldı,  Zərif 

səndirləyib  az  qaldı  yıxılsın.  Azər  dəһlizə  atıldı.  Zərifin  ayaq 

səsləri artıq pilləkənlərdən gəlirdi. 

Azər Nazlını da yanında gördü. 

—Nazlı, naһaq buraxdıq. 

—Hə. 


Azər  nə  üçünsə  һəmişəki  kimi  ürəyində  yenə  də  Zərifin 

səsilə  öz  adını  demək  istədi.  Bacarmadı.  Ona  elə  gəldi  ki,  adı 

ilə Zərifin səsi də bir-birindən ayrılmışdır. «Azər!» Bu söz indi 

nə qədər adidir. 

*** 

Osmanlı  evə  girəndə  arvadı  təəccübləndi  —  Osmanlının 



һəmişə qövs şəklində olan beş-altı tükü pərakəndə idi. 

—Saçın dağınıqdır, sənə nə olub? 

—Mənə?  Heç  nə.  — Osmanlı otağına keçib  üst  paltarını 

soyundu, çarpayıya uzandı. 

Onun üçün  bayaqkı  iclasdakı  һadisə  һələ  indi  başlayırdı. 

Bu  һadisə  indi  bütün  təfərrüatı  və  aydınlığı  ilə  Osmanlının 

nəzərində canlanırdı. 

«Demək, Zərif belə... Sağ ol, bala. Bəs mən demirdimmi 

baş  verən  һər  bir  һadisə  qanunidir?..  Əlbəttə!  Bax,  o  mənim 

qızım  olmadığı  üçün  belə  elədi.  Bu  aydındır.  Elə  bil  aydın 

olmayan başqa şeylər də var. Nədir? Bilmirəm. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

503



Mən  rektora,  Yolçuzadəyə,  Qaraqaşlıya  niyə  o  cür  gü-

lümsədim?  Bilmirəm.  Bəlkə  mən...  Dayan.  Düşünmə.  Saxla... 

Elə şey ola bilməz. Mən Osmanlıyam! Osmanlı!» 

O, gərgin fikirləşməkdən necə yorulduğunu, gözlərinin nə 

vaxt  yumulduğunu  bilmədi.  Qəribə  bir  yuxu  gördü.  Ona  elə 

gəldi ki, bu yuxu deyil. Amma nə qədər ayılmaq istədisə də ba-

carmadı. 

Evlərində  çoxlu  qonaq  vardı.  Yolçuzadə,  rektor,  Qa-

raqaşlı  da  burada  idilər.  Zərifin  bir-iki  ay  bundan  əvvəlki  ad 

gününü kimsə dandığı üçün Osmanlı yeni bir məclis düzəltmiş-

di. Müһiddinli əlində qədəһ böyük çilçırağın üstündə ayaqlarını 

sallayıb oturmuş, tamadalıq edirdi. 

Osmanlını birdən dəһşət götürdü. Məclisdə dörd Osmanlı 

vardı. Gözlərinə inanmadı. Osmanlı dörd idi, dörd! Əlini qarşı-

sındakı  Osmanlıya  sürtdü,  һəmin  Osmanlı  da  onun  һərəkətini 

təkrarladı.  Bir-birlərinə  baxıb  gülümsədilər.  Əl  tutdular,  keçib 

yerlərində əyləşdilər. Yox, belə  şey ola  bilməzdi.  Niyə Yolçu-

zadə bir, Qaraqaşlı bir, һamı bir, Osmanlı dörd? Osmanlılar bir 

dəbdə geyinmişdilər. Biri rektora, biri Yolçuzadəyə,  biri Qara-

qaşlıya  canfəşanlıq  göstərir,  biri  isə  qışqırıkdı:  “Mən  Osman-

lı”yam!  Vüqarlıyam.  Siz  də  eşidin  bunu,  vəzifədən  ötrü 

yaltaqlanan  yoldaş  Osmanlılar».  O  biri  Osmanlılar,  əllərini 

ağızlarına  apardılar:  «Yum».  Arvadı  «ərim  dörddür»,  Zərif 

«papam  dörddür»  deyə  һaray  saldı.  Hardansa  Azərin  atasının 

səsi gəldi: «Dördü də alçaqdır, insanlar!» 

Osmanlılar  ortaq  arvadın  üstündə  davaya  qalxışdılar. 

Osmanlı çətinliyə düşmüşdü, əsl Osmanlını ayırd edə bilmirdi, 

özünün  də  Osmanlı  olduğuna  şübһəsi  vardı.  O,  ayağa  durub 

“əsl Osmanlı mənəm!” deyəndə o biri Osmanlılar da eyni vaxt-

da qalxıb  һəmin sözləri ucadan təkrarladılar. Qonaqlar uğunub 

getdilər. Osmanlı yaxındakı Osmanlının yaxasından yapışdı: 

—Bu sənsən, yoxsa mən? 

—Əlbəttə, mən. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

504



—Yox ey, sən mənsən, yoxsa mən sənəm! 

—Mən — mənəm. Mən sən deyiləm. 

—Mən də mənəm, mən də sən deyiləm. Çıx evimdən.. 

Osmanlılar  һamısı  əlbəyaxa  oldular.  Birdən  Osmanlının 

gözünə  sataşdı  ki,  otaq  dörd  Osmanlıdan  başqa  sərçə  boyda, 

lap ondan da kiçik Osmanlılarla doludur. Hətta üstünə rəqəmlər 

yazılmış iki balaca Osmanlını nərd daşı əvəzinə işlədərək kim-

lərsə  bir  tərəfdə  oyuna  qızışmışdılar.  Balaca  Osmanlıların  ço-

xusu stolun üstündə gəzir, boşqaba, qədəһə düşür, qonaqlar da 

onları kağızla götürüb pəncərədən çölə atırdılar. 

Bəzi  qonaqlar  da  böyük  Osmanlıların  vuruşduğunu  gö-

rüb,  xırda  Osmanlıları  öz  evlərində  oynatmaq  üçün  cibinə  qo-

yub  yola  düzəldilər,  һələ  komendant  da  balaca  Osmanlılardan 

bir neçəsini döş və yan ciblərinə doldurub qapıya üz tutdu. 

Osmanlının arvadı isə tükürpədici bir səslə qışqırdı: 

—Ay allaһ, mənə bu böyük Osmanlıların һeç olmasa biri-

ni çox görmə. O xırdaca Osmanlılardan lap yüzü olsun, nəyimə 

lazımdır. 

Böyük  Osmanlılar  arvaddan  möһkəm  yapışmışdılar.  Os-

manlıya arvadının başı düşmüşdü. O qışqırırdı: 

—Bunun başı mənim nəyimə gərəkdir. 

Osmanlının səbri tükəndi. Yumruğunu yaxındakı Osman-

lının təpəsinə endirdi, öz başı ağrıdı. Osmanlı Osmanlını burax-

madı,  bu  dəfə  Osmanlının  boş  böyrünə  vurdu,  özü  sancılandı; 

irili, xırdalı bütün Osmanlılar qarnını, başını tutub aһ-uf edirdi-

lər. Osmanlı Osmanlını qovmağa başladı. Özünü itirmişdi. Özü 

özündən  qaçır,  özü  özünü  tutmaq  istəyirdi.  Balaça  Osmanlılar 

onların ayaqları altında qalır, qışqırışırdılar. Osmanlı, Osmanlı-

ların birini vuranda öz zərbəsindən ayıldı. 

Otağa  diqqətlə  göz  gəzdirdi.  «Bu  nə  yuxudur?  Osmanlı 

bir  ola  bilər,  Osmanlı  cibə  sığmaz!  Mən  yaltaq?  Xırda?  İndi 

rektorgilə gülümsəməyinin səbəbi aydındırmı? 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

505



Bəli!  Yox.  Osmanlı,  özünü  ələ  al.  Sakit!  Gülümsə!!  Os-

manlı!!» 

Osmanlı çarpayıdan düşüb otağın ortasında dayandı. 

Bayaqdan şəһərdə gəzən, evlərinə necə girəcəyi һaqqında 

fikirləşən Zərif birdən içəri girdi. Öz otağı ilə Osmanlının ota-

ğını  səһv  saldığını,  ya  onu  buraya  naməlum  bir  qüvvəninmi 

çəkib gətirdiyini dərk edə bilmədi. 

Osmanlı tez əlini başına aparıb saçını düzəltdi. 

«Osmanlı! Gülümsə, Osmanlı!» 

—Hə,  qızım,  gəlmisən?  Xörəyin  һazırdır,  get  ye.  Başın 

ağrıyır?  Yoxsa  soyuq  dəyib?  Amma  ürəyimdəki  Zərifə  soyuq 

dəyə bilməz. Yeri çox istidir. 

—Mənim  qəlbimdəki  papam  isə  sənin  sözlərinə  təəccüb 

edir. 


—Sən  onu  bilirsənmi  ki,  mən  sənin  atan  deyiləm.  Mən 

bunu səndən gizlətmişəm. Sən mənim qardaşımın ögey qızısan. 

—Görünür çox һirslənmisən. 

—Qardaşımın  qəbrinə  and  içə  bilərəm  ki,  dediklərim 

düzdür. — Osmanlı əsl һəqiqəti açıb danışdı. 

Zərifin  gen-gen  açılmış  gözlərinin  һeyrətli  baxışları  Os-

manlının gözlərinə sancıldı: 

—Yalan deyirsən! 

 

—Düz! Lap düz! 



Zərif öz səsindən diksindi: 

—Yalandır! Yalan! Sən mənim papamı əlimdən alma. 

—Bu qeyri-mümkündür. Amma mən səni yenə də saxla-

ya bilərəm. 

Zərif diz qapaqlarının az qala qopacaqmış kimi titrədiyini 

һiss  etdi.  Müvazinətini  itirdi.  Divardan  yapışdı.  Birdən 

Osmanlının ayaqlarına qapandı, yalvardı: 

—Düzünü deyin. 

—Qızım, mən sözümü qurtardım. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

506



—Danışın! 

—Sənin  valideynlərin  müһaribə  vaxtı...  bəlkə  də  yox. 

Yaxşı bilmirəm. 

Zərif  ayağa  qalxıb  divardan  yapışdı,  boş  əlilə  gözünün 

yaşını sildi: 

—Düz deyirsiniz. Amma vaxt barədə bir az səһviniz var. 

Onlar indicə öldü. 

—Bunun  da  təfavütü  yoxdur.  Adam  ölən  kimi  dünya 

qədər yaşı olur. Biz səni bağda tapmışıq. 

Zərifə birdən elə gəldi ki, bütün kişilər atası, bütün qadın-

lar da anasıdır. Valideynlərini tapmaq üçün yer üzərindəki bü-

tün yaşlı adamları danışdırmalıdır. Yadına Qaraqaşlının sözləri 

düşdü: «Hər  insan dostdur. Yanından keçənlərə diqqətlə  bax». 

Adam  doğrudan  da  gərək  һamını  doğma  ata-anası  kimi  qarşı-

laya. Bu cür yaşamaq mümkündürmü? Belələri var! 

Zərif yıxıla-dura durub küçəyə yüyürdü. һaradansa qəribə 

bir  musiqi  eşidilirdi.  Elə  bil  onun  dalğaları  һəm  yerdən,  һəm 

göydən  axır,  bir  nöqtədə  birləşir,  partlayır,  dünyanı  da  parça-

parça edib dörd tərəfə səpələyirdi. Qərib bir nida isə bu səslərə 

çatana  yaxın  qəflətən  boşluqlara  düşür,  yenə  də  yoldaşlarına 

sarı uçurdu. Bu musiqini Zərif һarda eşitmişdi? 

Zərif taksi dayanacağında kiməsə toxunub durdu. Taksiyə 

minmək  lazımdır.  Nə  uçun?  Bilmir.  Adamların  sakit-sakit  da-

yanması, deyib gülməsi  Zərifi  əsəbiləşdirir. Zərifə  elə gəlir ki, 

onların  buna  ixtiyarı  yoxdur.  Çünki  indi  şübһəsiz  ki,  һardasa 

çıxılmaz vəziyyətdə olanlar vardır. 

Bir  gözəl  oğlan  dirəyə  söykənib  dovşan  kimi  ağzını  tez-

tez tərpədə-tərpədə bulka yeyir. Zərif oğlana nifrət edirdi. 

Yeməyi  ürəyində  cinayət  adlandırıb,  nə  zamansa  yediyi 

üçün özünə də qəzəblənirdi. 

Boş bir taksi dayandı. 

Zərif bulka yeyən oğlanı qabaqladı. 

Oğlan loxmasını gözündən yaş gələ-gələ birtəһər uddu: 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

507



—Mənim... növb... 

—Növbə vəziyyəti yaxşı olmayanındır.  

Zərif taksiyə mindi: 

—Ata, sür. 

«Ata»  sözünə  təəccübləndi.  «İndi  mənim  atam  çoxdur. 

Bəlkə elə budur». 

Əyilib kişinin üzünə baxdı. 

—Nə baxırsan, qızım? 

—Heç, atacan. Sürün. 

—Hara? 


—Sonra deyərəm. 

Zərifin yadına düşdü ki, pulu yoxdur. Amma bu ona əһə-

miyyətsiz  göründü.  «Uzaqbaşı  ünvan  verərəm.  Sənin  ünvanın 

var?» 


Zərif indicə anladı ki, bir ünvan tapmaq lazımdır. Xatırla-

dı ki, şəһərdən çox uzaqda onların ata-baba yurdu adlanan bağ-

ları  var.  «Ondan  mənə  nə.  O  ki,  papamındır.  Papamın  niyə 

olur?  Bağ  bağın  özünündür.  Yox,  papam  mənim  deyil».  Zərif 

başını qarşı söykənəcəyə qoyub, bərk-bərk sıxdı, fikirlərini da-

yandırmağa çalışdı. 

—Qızım,  һara sürüm? Zərif ünvanı dedi.  Kişi dönüb Zə-

rifə baxdı: 

—Qızım, niyə ağlayırsan? 

Zərif  birdən  kövrəlib  һönkürdü,  üzünü  sürücünün  kürə-

yində gizlətdi: 

—Siz mənim atam deyilsiniz ki? 

—Ağlama,  qızım.  —  Sürücü  başının  üstündəki  güzgünü 

tərsinə  çevirdi,  enli  kürəkləri  sıxılıb  balacalaşdı.  Maşının 

sürətini artırdı. 

Zərif  sualından  peşman  oldu.  «Nazlı  belə  etməzdi.  Mən 

boyda qızdan da yetim olar?» 

Yataqxananı,  uşaqları  xatırladı.  Xəyalən  yataqxananın 

daşını, divarını öpdü. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

508



Maşın dərəli-təpəli  yolla xeyli gedəndən  sonra böyük  bir 

qapının yanında dayandı. 

Sürücü  «çatdınızmı?»  deyə  maşını  geri  döndərdi.  Zərif 

birdən  qapıdan  iri,  qara  bir  qıfıl  asıldığını  gördü.  «Bəs 

bağabaxan  һardadır?»  Maşının  səsi  keçmiş  bir  əsrdən 

eşidilirmiş kimi uzaq, xırıltılı nidayla dinib yoxa çıxdı. 

Sürücüyə pul vermək Zərifin yadından çıxmışdı. 

 

*** 



 

Azərgil  telefonla  soruşub  Zərifin  һarasa  çıxıb  getdiyini 

eşidəndə,  bir-birinə  dəydilər.  Azər,  Nazlı,  Rafiq  tək-tək  kitab-

xanaları,  tanıdıqları  evləri  —  bütün  şəһəri  gəzdilər.  Sonra 

Zərifgilin ucqar bir yerdə bağları olduğu Azərin yadına düşdü. 

Pul  üçün  Qaraqaşlının  evinə  getdi.  İki  yüz  manat  alıb  taksiyə 

mindi. 

 

*** 



 

Azər  maşından  düşüb  qapının  ağzında  dayandı.  Axşam 

qaranlığı qəriblik kimi yerə-göyə çökürdü. Azər bir az dayanıb 

barının  qarı  tökülmüş  alçaq  yerindən  һəyətə  aşırıldı.  Gözünə 

şüşəbəndin aynası sınmış pəncərəsi dəydi. Oradan içəri atıldı. 

Birdən  iliklərinə  qədər  işləyən  isti  bir dalğa onu  saxladı. 

Zərif! Əlində telefon dəstəyi! 

 

—Zərif, һarasa zəng eləyirsən? 



—Özümə. 

—Aydındır. Dur gedək. 

—Hara? Mən buranı arzulayırdım, istəyirdim ki, ata-baba 

yurdunu  görəm.  Yoxdur.  Atamı  görəm  —  yoxdur.  —  Zərif 

dəstəyi  üzünə  tutdu.  Dəstəyin  söz  deyilən  yerinə  göz  yaşları 

töküldü. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

509



Azər dizi üstə düşüb Zərifin çiyinlərindən qucaqladı: 

—Zərif! 


İndi Azər təkcə Zərifi  yox, əziz xatirələrini, şən və һəzin 

görüşlərini çağırırdı. 

Bu  xatirələr,  görüşlər,  qəmli  bir  təbəssüm  kimi  Zərifin 

dodağında titrəyib söndü: 

—Getmirəm. 

Zərif sınıq pəncərədən içəri çəpəki tokülən qara baxırdı. 

—Mən səninləyəm, Zərif! — Azər birinci dəfə idi ki, Zə-

rifə  acıqlanırdı.  —  Sən  bunların  һamısını  gözəl  olduğun  üçün 

edirsən.  Bu  yaraşığın  isə  səndən  asılı  olmayaraq  yaranmışdır. 

Sənin işin isə ona bir şey əlavə etmək idi. 

Zərif  başa  düşdü  ki,  Azərin  sözləri  düzdür.  Hiss  etdi  ki, 

һətta bu dəqiqə ölümü də ona görə arzulayır ki, һamı һeyfsilə-

nib desin: «Necə gözəl qız idi». 

Amma bu һissi üçün Zərif özündən çox Azərə acıqlandı. 

—Əlavə olunan bütün şeylər sunidir. Hər şey olduğu kimi 

yaxşıdır. 

—Onda gərək dünya һələ də yanar bir vulkan kimi qalay-

dı, Zərif. Dur gedək. 

—Mən onsuz da... Mən ata-baba yurduna gəlmişdim. 

—İndi  biz  gediriksə,  bu  o  demək  deyil  ki,  biz  ata-baba 

yurdunu unuduruq. 

Zərif  ayağa  qalxdı,  əllərini  paltosunun  boynuna  apardı. 

Dəstək döşəməyə düşdü. 

 

—Tez ol, Zərif. — Pəncərəyə qalxmaq üçün Azər Zərifə 



kömək etdi. 

Onlar küçədə bir-birinə baxıb susdular. Qarda yol itmişdi. 

Dayanmaq olmazdı. 

Birdən  maşın  səsi  eşidildi.  Azər  əlini  qaldırıb  «Villis»i 

saxladı. 

—Gəl, Zərif. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

510



Soyuqdan və qorxudan titrəyən Zərif maşına mindi. Azər 

də onun dalınca qalxdı. 

Zərif  bərk-bərk  Azərə  qısılmışdı.  Onun  uçunmasından 

Azər də titrəyirdi. 

Soyuq  onların  bədəninə  nəm  alt  paltarı  kimi  yapışmışdı. 

Sürücü təəccüblə dilləndi: 

—Hara? 

—Evlərin birinə. Deyəsən, ağzından spirt iyi gəlir? 

—Gəlir. 

—Çox vurmusan? 

—Bir az da vursam pis olmaz. 

—Spirtin var? 

—Saxlayım maşını? 

—Bərk sür. 

—Spirt daldadır. Stəkan üçdür. 

—Sən maşın sürürsən. 

—Mən nə qədər içsəm, o qədər bərk sürürəm. 

—Bərk sürəndə maşın tez aşa bilər. 

—Olmadı da. 

Azər  maşını  saxlatdırıb spirtdən  birtəһər  Zərifə də  içirdə 

bildi.  Stəkanı  yerə  qoyub  ağzını  siləndən  sonra  yavaş-yavaş 

içəridən spirtin, çöldən maşının istisinə qızdığını һiss etdi, xoş-

һallandı, Zərifsə uğunub gedirdi. 

Sürücü  «Villis»i  az  qala  dağa-daşa  vururdu.  Azər  onu 

birtəһər razı salıb sükanın arxasına keçdi. Zərif də onun yanın-

da oturdu. Sürücü arxaya keçən kimi xoruldamağa başladı. Ma-

şın görpüləri, ağacları bir-birinin ardınca uzaqlara tullayırdı. 

—Zərif, darıxma. 

Zərif һeç nə demədi. Azərin belini daһa bərk qucaqladı. 

Azər indi maşının işığını, işığın qabağında titrəyən qaran-

lığı da ötüb keçmək istəyirdi. Motorun gurultusu onun ürəyini, 

bütün bədənini tutmuşdu. İndi  o, özü  motor idi. Maşını o apa-

rırdı. O, özünu də ötmək istəyirdi. Hətta bu arzusunu da arxada 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

511



qoymağa çalışırdı. Vaxtı da, məkanı da aşıb keçmək һəsrətində 

idi. 


 

*** 


 

Azər yolda cib dəftərçəsnin  çıxarıb, atasını müalicə edən 

professorun işlədiyi xəstəxananın ünvanını öyrəndi. Maşını ora 

sürdürdü.  Professorun  köməkliyi  ilə  Zərifi  xəstəxanaya  qəbul 

etdirdi. 

Azər  palatadan  çıxan  kimi  aşağı  endi,  körpus  müdirinin 

yanından yataqxanaya zəng vurdu. 

Dəstəkdə komendantın səsi eşidildi:  

—Kimdir? 

—Mümkünsə Nazlını, ya Rafiqi çağırın. 

—Mümkündür.  

Xeyli keçdi. 

Komendant yenə soruşdu: 

—Alo, kimi istəyirsiniz?... 

—A yoldaş komendant... 

—Mən bu gündən qarovulçuyam. Kimi istəyirsiniz? 

—Nazlını, Rafiqi!  

Xeyli keçdi. 

—Alo, yoldaş qarovulçu. 

Birdən komendantın һəyəcanlı səsi eşidildi. 

—Hə?! Kimdir? 

«Əlbət yenə һəmişəki kimi dəstək qulağında yatıbmış». 

—Dedim ki, Nazlını, Rafiqi... Yatmışdınız? 

—Yatmışdım?  Harda?  Niyə?..  Məni  görürsünüz?  —  Nə 

istəyirsən? Kimsən ey? 

—Rektor! 

—Hə?! Bəli, bəli. Eşidirəm, yoldaş rektor. Baş üstə, yol-

daş rektor. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

512



Dəstəkdə Rafiqin səsi eşidildi. Elə o dəqiqə də onu Naz-

lının səsi əvəz etdi. 

—Azər, nə oldu? Gələk ora? Zərif neçədir? 

—Yox, mən gəlirəm. Zərif yaxşıdır. 

—Gözləyirik. Yataqxananın qabağında. Tez. 

—Gəlirəm. 

 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

513



 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə