Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə38/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   34   35   36   37   38   39   40   41   ...   52
eli-kerim-2

  (Şahin 

əlindəki teleqramı əzişdirir. Sonra cibinə soxur).

 

Şahin—Sən işində ol. 



Hirsli-hirsli gedir. 

Fəridə—İxtiyar,  sən  allah  etiraz  eləmə



  (

Əlindəki  bükülü 

kağızı açır). Səndən bir-iki adam bəzi şeylər öyrənmək istəyir. 

Sənin yanına gəlməkdən qorxurlar. 

İxtiyar—Heç  mən  işdən  çıxanda  birinizin  səsi  çıxırdı? 

İndi niyə belə şirin olmuşam? Apar o kağızı ver əzizin Şahinə. 

Bir də tapşırmışdım ki, sənə öyrətdnklərim haqqında heç kimə 

bir  kəlmə  deməyəsən.  Sənin  köməkliyinlə  aləmə  yayılıb  ki, 

mən şöbənin mərkəziyəm.  

Fəridə—Bıy, sən də danışırsan? Heç Şahin də hiss eləmə-

yib ki, mən onun suallarına cavabı səndən alıb aparıram. 

İxtiyar—Xahiş  edirəm  ki,  o  kağızı  bükəsən.  Daha  döz-

mək mümkün deyil. 

Hirsli-hirsli kedir 

Fəridə—Buna nə olub? 

Adil—Heç nə, düz danışır. 

Fərid ə—Ona sənin parapsixologiyan təsir edib. 

Adil—Dünəndən səni kefsiz görürəm. 

Fəridə—Səbəbsizdir. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

128



Adil—Mən  bu  yaxınlarda  oxudum  ki,  günəşdə  maqnit 

tufanları  baş  verəndə  bəzi  xəstə  adamların  səhhətinə  pis  təsir 

edir

 (səmimi).

 Bəlkə xəstəliyin var? 

Fəridə—Mən sənin kimi günəşlə əlaqədar adam deyiləm. 

Mən ölüb gedəcək sadə adamlardanam. 

Adil—Günəş üçün bunun əhəmiyyəti yoxdur. 

Fəridə—Sən məni görəndə nə edəcəyini bilmirsən. Özünü 

elə göstərirsən ki,  guya  yenə  məni  sevirsən.  Axı  böyük adam-

ların sevgisi də böyük olur. 

Adil  —Hər  halda  sən  məni  düşünürsən.  Mən  sənin  xoş-

bəxt və müstəqil adam olmağını arzulayıram. 

Fəridə  —Mənim  Şahinin  insanlığına  hörmətim  var.  Bir 

də sənin indi dediyin sözlər İxtiyarın eyhamlarından çıxarılmış 

nəticədir. Şahin mənim yaman gündə əlimdən tutubdur. O, baş-

qaları  üçün  də  belədir



  (birdən-birə  mehribanlaşır).

  Adil,  sən 

gəl mənim sözümə bax. Bura gələn o qızı sənin üçün alaq, yox-

sa  sən  ayda,  ildə  mənim  gözümdə  köhnə  bir  ifadəni  görməklə 

xoşbəxt ola bilməzsən. Sənə hər saat, hər dəqiqə xoşbəxtlik la-

zımdır.  Sən  ağıldan  çox,  əhval-ruhiyyə  adamısan.  Camaata 

həqiqət təlqin elədiyin halda məni və özünü aldatma. Mən sən 

bura  gələndən  kim  olduğum  haqqında  daha  çox  fikirləşirəm. 

Sənin haqqında da. 

Adil—Sən  mənimlə  elə  danışırsan  ki,  guya  Şahin  eşidir. 

Mən  bilirəm  ki,  bizdən  romanlardakı  üçlük  çıxmaz.  Amma 

Şahinin sənə etdiyi necə yaxşılıqdır ki, sən onun ağırlığı altında 

əzilirsən.  Yoxsa  sən  bir  vaxt  mənə  göstərdiyin  etinasızlığın 

ucundan düşdüyün vəziyyətin intiqamını almaq istəyirsən. 

Fəridə—Mən  öz  şənimə  sığışdırmıram  ki,  gəncliyimi 

başqasına  verim  və  indi  boş  qalmış  əllərlə  səni  qucaqlayım.



 

(Fəridə  getmək  istəyir.  Bu  vaxt  Rəfiqə  gəlir).

  Bax,  mənim 

gəncliyim gəldi. 

Rəfiqə—Salam. 

Fəridə—Salam, ay Rəfiqə. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

129



Rəfiqə—Doğrudanmı  biz  kim  olduğumuzu  bu  gün 

biləcəyik? 

Adil—Əvvəl bilmirdiksə, hə. 

Rəfiqə—Sizinlə danışmaq çətindir. 

Adil—Sən bu çətinliyə üstün gələ bilərsən. 

Fəridə—Mən sizi tək, daha doğrusu cüt buraxıram. 

Gedir laboratoriyaya, mavi işıq yanır. 

Rəfiqə—Mən  bu  gün  sizin  təcrübənizə  baxıb,  sonra 

buraya ayaq basmayacağam. 

Adil—Ağlım kəsmir. 

Rəfiqə


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə