(Lələyə)
—Demək bu gün sənin kim olduğun aydın
olaçaq.
Lələ—Əyə, beşcə dəqiqə də adam ol, əyə
(yumşaq)
doğ-
rudan,
(hirsli)
Qubad, mən necə eləyim ki, o şeytan qəfəsində
yaxşı bir adam olum? Baba müəllim
tərs-tərs onlara baxa-baxa
keçir. Arxadan
«Baba müəllim salam deyir»!
(Baba müəllim
çavab vermədən gedir).
Lələ
(Qubada)
—Hə, necə eləyim.
Qubad—Bəli. Axşam yenə bu barədə oxuyurdum. Qəribə
bir fikrə ilişdim.
Lələ—Hə... hə...
Qubad—Yazırlar ki, əgər sən özünü başqa adamın yerinə
qoysan da, bilinər.
Lələ—Əlac?!
Qubad—Gərək tez-tez dəyişəsən ki, səni tuta bilməsinlər.
Lələ—Necə yəni hər dəqiqə bir köpək oğlu olum...
Oğlanşah—Əə, Lələ, ömrün boyu dəyişə-dəyişə yaşama-
mısan? Nə çətin iş imiş...
Lələ—Mən ölüm, heç olmasa üçcə dəqiqə adam ol. (
Qu-
bada),
söylə görək.
Seçilmiş əsərləri
124
Qubad—Gərək beynini əsaslı surətdə dəyişəsən.
Lələ—Nə yolla?
Qubad—Gördün də, Baba müəllim gedəndə. O,
tələbə-
lərini yuxuda elmləndirmək üçün gedir. Yaddaşını təmir
eləmək üçün gedir. Sən bu gün siviş gəl laboratoriyada üç-dörd
gün yat. Mən sənin beynini elmlə doldurum. Kitab oxuyum,
hamısı cərəyan vasitəsilə dolsun başına. Bir səhər ayıl gör ki,
alimsən. Hətta xarici dil də bilirsən.
Lələ—(
sevinir)
—Sən öl, alimsən.
Oğlanşah
(İçib əlini bığına çəkir).—
Əyə, ağıllı adam da
alim olar? Onların maaşı nədir, ə? Belləri əyri, sir-sifətləri sarı,
ömürləri də az. Bir kişi məclisində hörməti yox dərəçəsində.
Lələ—Sən öl, Oğlanşah, yaxşı yadıma saldın! Yoxsa ra-
zılaşmışdım. (
Qubada
). Yox, qardaş, mənim bir çətən arvad-
uşağım var.
Qubad—Yaxşı, elə belə qalın, mən getdim.
(Gedir. Lələ-
nin oxşarı gəlir)
Lələ—Gəl, canım, gözüm. Sənə bir balaca əziyyət verə-
cəyəm.
Lələnin oxşarı—Nə əziyyət? Onsuz da gələsi idim.
Lələ
(təəccüblü) –
Niyə, ay canım? Qorxmursan? Mala-
des. İşimizi qurtaraq gedək bizə
(gülür).
Mənim əsas həm-
sifətim, arvad da bizə... hə, arvad hörmət və izzətlə bir zəfəranlı
plov... Yox! Əşi arvad «İnturist»dən yaxşı olmayacaq ki.
İşıq sönür, laboratoriya işıqlanır. İxtiyar və Adil üz-üzə
oturmuşlar.
Adil—Bu gün dünyanı düzəldə bilmisiniz?
İxtiyar—Ancaq yarısını, yüz əlli çatışmır.
Adil—Qoymarıq dünyanın yarısı əyri qalsın.
İxtiyar
(göyə baxır)
—İkar indi xeyli yol gəlmiş olar. De-
mək, sən bu gün həqiqəti, mücərrəd məhdudluqdan çıxarırsan.
Boşluğu predmetləşdirirsən.
Seçilmiş əsərləri
125
Adil—Qismət olsa.
(Pauza.)
Siz yox idiniz, səhərdən Si-
zin yanınıza azı on-on beş adam gəlib. Mənə elə gəlir ki, Sizin
vəzifənizin adını alıblar, özünü isə almağa gücləri çatmayıb.
İxtiyar—Xahiş edirəm, bunu başqa yerdə danışmayasan.
Mən rahat işləmək istəyirəm, uşaqlarım isə rahat yaşamaq.
Mən duyuram ki, tənhalığı səninlə əvəz etmək olar. Bu gün
həm bizim institutda, həm də şəhərdə sənin simvolik təcrübən
qarşısında kimi olduğu, kimi ola biləcəyi, kimə çevrilə biləcəyi
haqqında fikirləşirlər. Mən isə özümə çevrilmək haqqında fikir-
ləşirəm. Bu isə mümkün deyil. Mən gizlin yazdığım doktorluq
işimi qurtarmalıyam. Bunun üçün əyyaş olmalıyam, çünki bu
adı mənə veriblər və mən də onların fikrini doğrultmalıyam.
Əvvəlcə gördüm ki, mən içməyəndə də «içir» deyirlər. Odur ki,
içdim. Bu xoşlarına gəldi, sonra gördüm ki, mən içdikcə geri
qalıram, odur ki, məxfi ayıqlığa keçdim. Mən onları içkinin iyi
ilə aldadıram. Onlar da məni sərxoş, başıqarışıq, zərərsiz və
məzəli bir adam kimi tanıyırlar. Şahin bu gün bilsə ki, mən
ayığam, haray qaldırar ki, içir. Odur ki, mən də
Dostları ilə paylaş: |