Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə37/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   33   34   35   36   37   38   39   40   ...   52
eli-kerim-2

 (gülür)

 hər gün 

işə guya sərxoş gəlirəm. O, rahat olur. Hamıya deyir ki, İxtiyar 

«nəticə  çıxarıb.  düzəlib».



  (Pauza).

  Artıq  sənin  haqqında  insti-

tutda  iki ayaqlı sözlər gəzir, başçıları Şahindir. 

Adil—Hə, o gün Fərhadlının yanında deyirdi ki, Adil tə-

miz adamdır. 

İxtiyar—Görünür  sən  məşğül  olduğun  elmi  yaxşı 

mənimsəməmisən.

 (Fərhadlının və Şahinin səsi eşidilir).

 

Fərhadlının səsi—Mən onun elmindən başdan-ayağa zövq 



aldığım  halda,  haqqında  belə  sözlər  eşidirəm.  Hayıf  o  elmdən, 

necə sözlər danışırlar. Onun uzünə deməyə adam utanır. 

Şahinin səsi—O sözlərin heç biri düzgün deyil. 

Fərhadlı və Şahin gəlirlər. 

Fərhadlı (

Şahinə)

—İndi neyləyək? 

Şahi —Mən deyilənlərə şahid olmadığı üçün susuram. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

126



Fərhadlı  —Amma  məsələ  burasındadır  ki,  fiziologiya, 

neyrofiziologiya  bir tərəfdə qalıb, telepatiya, parapisixologiya, 

hipnostika meydan sulayır. Camaat bir-birinə dəyib. İnstitutda, 

demək  olar  ki,  bütün  şəhərdə  işlər  dayanıb.  Beyinlər  ancaq 

Adillə, onun başabəla elmi ilə məşğuldur. Bu cinayətdir. 

Adil


 (gülür)

—Bu profilaktikadır. Psixoloji proflaktika! 

Şahin—Qoy mətbuatda məsələnin nə yerdə olduğu bütün 

mürəkkəbliyi və aydınlığı ilə şərh olunsun... 

Adil—Mənə  təcrübə  keçirmək  üçün,  adamların  indiki 

gərgin əhvali-ruhiyyəsi  lazımdır. Onların keçirdikləri psixoloji 

və fizioloji vəziyyətin lent yazısı lazımdır. 

Fərhadlı


  (nədənsə  zövq  alırmış  kimi)

—Bu  başqa  məsələ, 

çox  orijinal  məsələdir.  Bu  bütün  dünyaya  səs  sala  bilər.  Biz 

insan haqqında çox yeni fizioloji məlumat ala bilərik. 

Şahin—Akademik,  bu  olmadı.  Siz  axı,  eyni  zamanda 

inzibati işçisiniz. 

Fərhadlı—Elə etmək  istəyirəm ki, dostluqdan heç biriniz 

inciməyəsiniz. hətta, mən inciyim, amma siz yox. 

Şahin—Birimiz mütləq inciməliyik. 

Fərhadlı—Fikirləşmək  lazımdır



  (Gedir.  Lələnin  və 

Qubadın səsi eşidilir), 

Lələnin  səsi—Bir az da sən götür. 

Qubadın  səsi—Əə,  qədir  bilməzsən  ə,  mən  sizə  qibtə 

eləyirəm, sən donquldanırsan. 

İçəri girirlər. 

Lələ—Hamınızın sabahı xeyir. 

İxtiyar—Bura  bax,  o  çamadanı  birdəfəlik  buradan 

yığışdır! 

Lələ

 (Şahinə)

—Yığışdırım? 

Şahin—Olar. 

Lələ və Qubad çıxırlar. Koridor işıqlanır.  

Lələ çamadanını yerə qoyur. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

127



Lələ—Qubad,  dəyişilə  bilmirəm.  Sənə  demədim.  İçəri 

girəndə fikrimdə tutmuşdum ki, çamadanı atam üstünə. Deyim 

ki,  bəsdir  hamballığını  elədim.  Sənə  cənnət  kimi  çarhovuzlu, 

fantanlı bağ saldım Bilgəhdə



 (Pauza).

 İstəyirəm ki, mən bu gün 

təcrübə  qabağı  yüz  faiz  adam  olam.  Amma  Şahinin  gözlərinə 

baxan  kimi  gördüm  ki,  canlara  dəyən  oğuldur,  mən  də  mane 

olmadım, qoy dəysin canlara! Özüm də ki, bu gün girməliyəm 

qəfəsə, bəs mən neyləyim? 

Qubad—Çamadanı götür. 

İşıq sönür. Laboratoriya. 

Adil—Şahin, mən görürəm ki, çox vacib bir iş üçün sənə 

teleqram  vurublar.  Sən  isə  qorxudan  gedə  bilmirsən.




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə