Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə34/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   30   31   32   33   34   35   36   37   ...   52
eli-kerim-2

II hissə 

 

Səhnə üç yerə ayrılmışdır. Əvvəlinci hissədə gördüyümüz 



laboratornya,  koridor  və  iki  pəncərəsi  görünən  həyətin  xırda 

hissəsi.  Skamya.  Səhərdir,  həyət  və  iki  pəncərə  işıqlanır.  Pən-

cərələrin birindən Lələnin arvadı ilə söhbət edən görürük.   

Lələ—Arvad, dünyada ən təmiz adam kim ola? 

Arvadı—Vallah, bu barədə fikirləşməmişəm. 

L ələ—Bəs sənin işin-peşən nə idi? 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

120



Arvadı —Ev işi. 

Lələ—Bəs  evdə  təmiz  adam  olmaz?



  (Pauza)

  Yaxşı,  de 

görüm yüz faiz təmiz adam ola bilər? Hə? 

Arvadı—Bilmirəm. 

Lələ— Arvad, qohum-əqrabandan təmiz kim olub? 

Arvadı—Atamı deyirlər. 

Lələ—Nə cür təmiz olub ey? 

Arvadı—Əliəyri olmayıb. 

Lələ—

hansı yolla, üsulla (əlini qatlayır). 

Əl elə əyri olar 

da. Məsəl üçün

 (əlini şax tutur)

 əlini belə tutsan ağzına bir tikə 

də qoya bilməzsən. Boynuna al ki, bütün kürreyi-ərzdə heç ki-

min əli düz ola bilməz. Qolları qələm tutan həzrət Abbas haqqı, 

belədir.  Yaxşı,  deyək  ki,  atanın  ağzına  loxmanı  başqaları  qo-

yurmuş.  Bəs  o, oturub-duranda  beynindən  nə  kimi  fikirlər  ke-

çirmiş? 

Arvadı—Onu deyə bilmərəm. Şəklinə bax. 

Lələ—Əşi, rədd ol onda (

divardakı əllərini qoynuna qoy-

muş,  şalvarının  ətəyi  yığcam,  boynu  bantlı,  döş  cibi  zəncirsa-

atlı  ziyalının  şəklinə  baxır).

  İndiyəcən  heç  fikir  verməmişəm. 

Yaxşı, onun boğazındakından sandığında qalmış olmaz ki? 

Arvadı—Neçə  il  bundan  qabaq  sənə  verdim.  Dedin  at  o 

yana. Bir də gördüm ki, güvə yeyib. 

Lələ—Bəs indikilərdən təmiz adam kimi tanıyırsan? 

Arvad—İşə gedib-gəlirəm ki... 

Pəncərə qaralır. O biri pəncərə işıqlanır. Pənçərədə 

Oğlanşah görünür. Hiss olunur ki, o, da bütün gecəni 

yatmamışdır. 

Oğlanşah—Demək mən aparat qarşısında bircə dəfə arva-

da  gözünün  ucu  ilə  baxmayan,  mal-dövləti  olmayan,  xuliqan 

Ağanı qətiyyən tanımayan, acından yatıb günorta duran Səfi ol-

malıyam.  Səfi  də  olar 



(əlini  döşünə  vurur),

  mən—Oğlanşah? 

Əclaf, dələduz, gicbəsər dostum Səfi olmalıyam. İndi mən Sə-

fiyəm.  Səfi.  Görəsən  məndən  Səfi  çıxar?  Səfayə  mənim  ar-




                                                                                      

Seçilmiş əsərləri 

 

 

121



vadım deyil (

arvadının silueti görünür).

 oğlum Səfər də mənim 

belimdən gəlməyib

 (arvadı görünür).

 

Arvadı



  (dəhşətlə)

—Nəə!  Ay  yaramaz!  Necə  yəni,  Səfər 

mənim belimdən gəlməyib, ay beli qırılmış? 

Oğlanşah—Səbr elə, canım!



 (Pauza).

 Məşq eləyirdim. 

Arvadı—Artistsən? 

Oğlanşah (özünü



 itirmiş halda,  yazıqcasına)— 

Bəli.


 

Arvadı—«Bəli» gözünə girsin. Qurumsaq! 

Oğlanşah

  (çox  mehriban)

—Mənə  qurumsaq  deyənin 

atasını belinə şəlləyərəm, Səfayə, anam canı.  

Arvadı—Anan ölsün. 

Oğlanşah

 (qəzəbli)—

 Mən səni sevirəm, anam haqqı. 

Arvad—Anan gorbagor olsun. 

Lalənin pəncərəsi işıqlanır. L ə l ə pəncərədən boylanır. 

Lələ—Bu  nə  solaxay  səsdir,  ə...


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə