Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə32/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   28   29   30   31   32   33   34   35   ...   52
eli-kerim-2

  (Şahin  çamadana 

baxsa da sanki heç nə görmür). 

Adil (Lələyə)—Hə, ilk patsientim, hazırsanmı?  

Lələ  (acınacaqlı)—Bəli.

  (Qubada)

  Sən  qal,  söhbət  elə, 

görək mən neyləyirəm. 

Qubad—Arxayın ol. 

İşıq sönür. Koridor işıqlanır.   

Lələ çamadanı yerə qoyur 

Lələ—Qubad, dünyada elə bil adam yoxdur ki, evdə, çöl-

də onun gizli bir işi, sirri olmasın.  Qoy sənin, mənim kimi lap 

düz  adam  olsun,  kim  istər  ki,  sirr  açıla.  Sən  bu  şoğərib  elmi 

bilirsən. Dünəndən də  Adil  ilə  bu  barədə ağzına  əziyyət verir-

sən. İndi də görək bu gündən necə ömr eləyək? Başımıza hansı 

daşı  salaq  ki,  heç  olmasa  yaralanaq,  daha  birdəfəlik  ölməyək, 

hə? 

Qubad—Çətin məsələdir, Lələ. 



Oğlanşah və Ağa gəlirlər 

Oğlanşah—Çətinlikdən qorxma. Adam kişi olar. 

Ağa—Ay Qubad, səni vurmayaçaqlar, öldürməyəcəklər... 

Qubad


 (onlarla razılaşırmış kimi)

—Bir çarə varsa da, tə-

miz yaşamaqdır. 

Lələ—Əəə, bunu hamı bilir ey. Amma heç kim əməl elə-

mir, söz de, söz olsun. 

Oğlanşah—Kişi bir özümü gördum 

Qubad—Qəzetdə yazılanlar düzdur. Adil başqa bir küçə-

də, şəhərdə, hətta istəsə uzaq bir ölkədə olan adamın da fikrini 

oxuya  bilər  (

Maqnitofonda  Lələnin  daxili  monoloqu  eşidilir. 

«Mən də deyirdim ki, baş götürüb qaçaram uzaq bir yerə»).

 

Qubad—İnsanın  başının  ətrafında  cərəyan  var 



(Lələgil 

əllərini başlarına çəkirlər.)

 Bu cərəyan beyindən axıb gəlir. O, 

başda olan fikrin də özüylə çıxardır. Aparatla bu cərəyanı tutub 

fikri də onunla bir çəkirlər.



 (Lələgil dəhşətə gəlirlər).

 

Lələ—Allah, özün saxla. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

116



Qubad—Necə ki, qəbuledici  ilə  haranı  istəyirsən  tutmur-

san, o da elə. 

Lələ—Vay,  vay,  vay...

  (Əlini  başının  ətrafına  sürtür).

 

Demək cərəyan var.



 (Diksinmiş kimi).

 Mən ölüm? 

Qubad—Hətta deyirlər ki, elə aparat var ki, onu başa bir-

ləşdirib evə işıq da çəkmək olar. 

Lələ

 (son dərəcə heyrətlə)—

Ayə


,

 dünyanın axırıdır... 

Qubad—Otur evdə,  işığın  da öz başından kəlsin.  Pulsuz. 

İstəyirsən  aparatı  öz  başına  birləşdir,  istəyirsən  arvadının,  ya-

xud uşağının. Uşağın baş işığı zəif olur. Ən yaxşısı odur ki, bir-

ləşdir arvadının başı qarışsın. Amma deyirlər arvadın işığı tut-

qun  olur.  Bu  da  məlumdur  ki,  başı  zəif  işləyir.  Amma  yenə 

məsləhət  arvaddır.  Başı  qarışar.



  (Hamı  Qubada  alimə  baxan 

kimi baxır).

 

Lələ—Əyə, arvad adama başından işıq verər? 



Qubad—Verməz, başın sağ olsun. 

Lələ—Qubad, sən əzizlərinin canı, dolamırsan bizi? 

Qubad—Sağ  ol,  vallah...  Kişi  kitabında  da  yazıb  ki,  hər 

bir məxluqun kəlləsinin ətrafında elektrik var.



 

 

Lələ



 (təəssüflə başını yelləyir)

—Təəssüf ki, yazıb.



 

Qu b a d—Qurtardı, getdi də... 

Lələ—Bəs  neyləsin  (

Oğlanşahı və Ağanı göstərərək),

 bu 


biçarələr. 

Q u b a d—Bir çarəniz var. 

Lələ—De  qurban  olum,  yaxşı  ki,  səni  işdən  çıxarmamı-

şam. 


Qubad—Bir  təmiz  adam  yadınıza  salın,  dönüb  olun  hə-

min təmiz adam. 

Lələ—Yəni, biz təmiz adam deyilik? 

Oğlanşah  —-Mən  dönüb  başqa  adam  olsam,  kişi  olma-

ram ki... 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

117



Qubad—Beyninizdəki bütün pis fikirləri atın, getsin. Baş-

layın  ən  yaxşı  şeylər  haqqında—yaxşılıq,  düzlük  haqqında  fi-

kirləşməyə. Və sizin bu yaxşı fikirləriniz də düşsün aparata. 

Lələ (



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə