115
- Afərin, Bəy! Bax bu cür söhbətlər olanda beynin az-çox dincələcək.
Bünyad bəy dedi:
- İndi doğrudan da bir az rahatlıq hiss eləyirəm, hərdən bu quyuyla bu meyidə gözüm
sataşamasa, hətta şərabın təsirini də itirirəm. Sakit, xumar kimi oluram.
- İç!
- Sağ ol, ay sadist. Beynimdə bir-iki sual fırlanır.
Səməd də şərab içdi, əlində kabab peyda oldu... - Musa1 Gəl Bəyə də kabab ver.
Musa kolların dalından dikəlib ordları çökələ-çökələ, məlahətlə gülürdü:
- Cəhənnəmin arabir belə cənnətliyi olmasaydı halın nə olardı, ay itəbaxan nökər?! Al. Zəhərlən.
Bu sakit vəziyyətin dəyişəcək.
Səməd dedi:
- Qoy hələ sualını desin!
Bəy kabab yeyə-yeyə daldabal iki sual verdi:
- Mənə də görüm, sənin sevimli Marksın Monarxiyanı niyə sevmir? Sən də sevmirsən.
EyOdƏrin iradəsi bütün Kainat üçün dəyişməz qanundusa, ən dəhşətli monarxiya deyilmi
Bağday?! Və ya elə o "Zülmət"in özü!
116
Haradansa, həm uzaqdan - İşıq gəmisinin düşdüyü tərəfdən, həm də elə lap beş addımlıqdan
cingiltili qadın, kişi gülüşləri şaqqıldadı. Bünyad bəy bu cür qəribə şaqqıltıdan tutulub Səmədə
baxdı.
Səməd dedi:
- OdAğÜzdə güldülər, sənin mühakimənə, ey kar, kor! Gülüşü gəminin planetlə daimi bağlı işıq
zehləri ilə bu yana ötürdülər ki, suallarının necə gülünc uşaq mühakiməsi olduğunu eşidəsən.
Kainatın "monarxiya"sı - MənƏrAğdı. Mən, yəni bütün ƏrAğ Aləmi, yəni bütün planetlərdə
"ins"an - ÜnƏslərin "Əxi" - AğEy icmalarında əbədi OdƏrlər əbədi həyat tərzilə
tərbiyələniblərsə, EyOdƏr Babamız da öz planetində, öz icmasında həmin həyat tərzilə
yaşayırsa, Yerin təhrif "Monarxiya"sını bizim MənƏrAğla yanaşı qoymaq olarmı, Bəy?! Yəni
təhrif sözü - mənasızlığı məna ilə yanaşı qoymaq olarmı? Mənəvi EvƏrƏslə mənasız "Pers"i
yanaşı qoymaq olarmı? Nə deməkdir "Pers", "Pars", "Fars", a Bəy? Bütün planetdə axtarırlar
"Fars" nə deməkdi?
Bəy dedi:
- AdıPünhan Muğanna, Lenini həm əvəzsiz müdrik insan sayır, həm də qan tökməyini Stalinlə
yanaşı qoyur.
- De görüm, Nəriman hardan öyrənmişdi SafAğ Elmini?
Bünyad bəy düşünmədən, dərhal dedi:
- “İdeal”da yazılıb ki, Şeyx Xorasan - Nəiminin türbəsindəki "Vərəsə" kitabxanadan öyrənib.
Səməd dedi:
- Bilirsən ki, Qrek Mirqəzəblə çekistləri də gedirmişlər Nəiminin türbəsinə. Niyə öyrənməyiblər
SafAğ Elmiri?
117
Bünyad bəy dedi:
- Öyrənirdilər. Əmma "İstoriya Midii" kitabının müəllifi Dyakonovdan dərs alırdılar.
Səməd ara vermədən soruşdu ki:
- Bəs niyə ağıllanmadılar? Niyə dağıtdılar Vərəsəni?
Bilmirsən, ey Təhrif!
Dyakonov kimi, onların beyinləri də təhrif dil üstündə qurulmüşdü. İrsiyyəti sağlam qalmış
Lenin, Dzerjinski təhrif dil, təhrif təsəvvür aləmində addımbaşı fəlakət törədib, özləri də o qədər
duymadan Stalinə uyub, "SSRİ" adlı fəlakət tarixi yaratdıqları kimi, sənin "müdrik Yevrey"
Dyakonovundan dərs alan "müdrik Yevreylər"in də addımbaşı tarix yaradıblar! "Dağılıb"
deyirlər. Yalandı. "Podpolnıy SSSR" var! Amerikayla döyüşür! Dərk eləyirsənmi dediyimi?
Bünyad bəy dedi:
Marksı sən həm dahi adlandırırsan, həm də "meymun beyinli Darvin"in səviyyəsinə endirirsən!
Səməd dedi:
- Təkrar eləyirəm: AdıPünhanın "Məhşər" romanında Nəimi öz xəlifəsi Movlana Tacəddinə
deyir: "Bizim kamilliyimizlə qeyri-kamilliyimiz arasında fərq yoxdu, övladım".
Niyə belə deyir nəimi, Bəy?
Bilmirsən, ey kar, kor təhrif!
118
Nəimi təhrif dil içində gizlənirdi, Firdovsi, Nizami kimi, Nəimi də Əxi - AğEy mühitindən
kənarda anlaşılmayan rəmzlər üstündə qurulmuüş təhrif dilli əsərlər yarada-yarada özündən asılı
olmayaraq bütün Şərq miqyasında "Din" adlı fəlakət tarixi yaradıb!
Bünyad bəy təəccüblənmişdi:
- Demək, təhrif dilli dünyanın kamil insanı ilə qeyri-kamili arasında fərq yoxdu?
Səməd dedi:
- SafAğ inansa Təhrif insanla yanaşı qoyma, ey təhrif! Leninə, Djerjinskiyə OdƏr dilində "Bağ"
dedirdən, Nərimanımın dili üstündədi bu söhbət. Get gir arxivlərə, yoxla, gör Nəriman bircə dəfə
ölüm cəzası kəsdiribmi ətrafındakf təhrif heyvanata. Bu SafAğ İnsan əməlidi. Əmma SafAğ
Nəriman danışdığı dilə görə həm də qeyri - kamil idi.
İndi qeyri-kamil cəhətə diqqət yetir... "Nadanlıq" pyesinin ilk variantında qəhrəmanın Adı EvƏr
olub. Yəni Evin İşığı. EvƏrim, bilirsən ki, "Tovrat"da, "İncil"də, "Quran"da "Avram", "İbrahim"
şəklindədi. Yəni təhrifdi. Nərimanov Ömər yazsa da EvƏrimin adını nəzərdə tutub. Çünki
EvƏrim də EvƏrEy də, EvƏr də çox vaxt eyni mənada işlənir. Arkadaşları Nərimana deyiblər bu
bircə kəlmənin - adın anlaşılması üçün gərəkdir ki, tamaşaçı SafAğ Elminə az-çox vaqif olsun.
Yaxşısı budu ki, ya ərəbsayağı "Ömər" yaz.
Başa düşürsənmi EvƏr adının Ömərə döndərilməsi pyeslə birgə Nərimanovun özünü də təhrif
eləyib. Gülüb doktor, deyib: "Pyesin adını qoydum "Nadanlıq". Yəni nə? Yəni Elmdən -
həqiqətdən məhrumlüq.
Bəs indi nə oldu, Bəy? OdƏr Nəriman özü həm nadan, həm kamil oldumu! Budu Nəimini üzən
dərd:"Bizim kamilliyimiz yoxdu, övladım".
Bəy əlini qaldırdı:
Dostları ilə paylaş: |