Nəsr isa Muğanna



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə28/47
tarix28.06.2018
ölçüsü0,75 Mb.
#52120
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

 
107
 
 
- Yakov Sverdlov Rus Yevreyi idi: 
 
 
 
- Bağdaydan, ƏrÜz OdƏrliyindən xəbəri vardımı? 
 
 
 
- Bilirdi. 
 
 
 
- Hardan? 
 
 
 
- Mən yazmışdım. Lenin Nərimanovla təkbətək görüşüb demişdi ki, Stalinin Bakıdakı "Molla"sı 
Bünyad bəy, Komissarların çoxuna, o cümlədən Sverdlova yazıb: "Bağday - Midiya" tarixinə 
dair heç nə oxumayın və Nərimanovun o tarix barədə söhbətlərinə uymayın. Çünki "Midiya"nın 
ərazisi Olam (Olimp) adlanan ərazidən, Türkiyə də daxil olmaqla Sibirə qədər uzanır və etnik 
cəhətdən indi artıq başqalaşıb. Əgər Lenin Nərimanovun "Lenin və Şərq", "Şərqə hansı şüarlarla 
gedirik?" kitablarından taktiki nəticələr çıxartsa, Türk əhalisi Rusiyanın Yevrey əhalisindən 
dəfələrlə çox olar və bu, əlbəttə, bizi məhv edər"... Mənim bu məktubum Nərimanovla bərabər 
Leninin özünü də gözdən salmışdı. "Soratnik Lenina" Sverdlov əslində Stalinə işləyirdi. 
 
 
 
Qara şəhərdə özünün xüsusi müalicəxanası vardı Nərimanın. Həm də o müalicəxananın 
yanındakı gimnaziyada dərs deyirdi. Omar ağanın iki oğlunu, sonralar İsa əfəndi adı ilə Şəkər 
bəyin qalasında Osmanlı qoşunu ilə bir yerdə ölümə məhkum etdiyim Musanı ilk dəfə o 
gimnaziyada tanıdım. 
 
 
 
Görüşəndə arkadaşım Doktoru qucaqlayardım həmişə, Musası ilə bir yerdə bağrıma basırdım. İsa 
ilə Musanın arkadaşı Müşfiqlə qədəh döyüşdürürdüm. 
 
 
 
On dördüncü ilin yayından qoşuldum o cavanlara, əvvəlcə Göyçəyə Müşfiqin saz, söz ustadı 
Aşıq Ələsgərə, sonra Göy Qılınc yaylağına, Omar ağanın - EvƏr AğEyin özünün binəsinə qonaq 
getdim. Stalinin direktivası, Mikoyanın tapşırığı ilə Osmanlı qoşununu qıranda Omar ağanın ailə 
üzvü kimi bir şey idi bu Yevrey! 
 
 
 
Nər budlu, at ağızlı igid hacı Əli cumadan öləcəyini əvvəlcədən billə-bilə qaladan Musanı 
qucağında çıxartdı, gətirdi evə, Arvad - uşağı evdən qovub, tək özü üç gün qardaşına qulluq 
elədi. 
 


 
108
 
 
Cuma dəhşətli ağrılı olur, ay sadist. Musa ağrıdan qıvrıldıqca Hacı qardaşını bağrına basırdı. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Bax, o ağrını da çəkəcəksən, ey "ins"anlıqdan da məhrum bədbəxt. Danış! 
 
 
 
Bəy kənardan - kənara Səmədin üzünün ifadəsini görməyə çalışdı. 
 
 
 
- Heç cür inanmıram ki, Sultan Əmirli kimi SafAğ Aliminin tərbiyəsini alan adam mənə bu 
dərəcədə işgəncə versin. Qalanı danışıram. 
 
 
 
Musa Qara şəhərdəki o hərbi gimnaziyanın son kursundan çıxmışdı. Çünki cismən zəif idi. 
Əmma zərif yazıçı Nərimandan dərs alan zərif ziyalı idi. Bilirdi ki, hacı Əli özünü qurban verir 
qaldaşına. Təsəvvür elə, gör o iyirmi yaşlı zərif ziyalı BağSarın - Musa ağanın adını daşıyan o 
həssas oğlan nələr çəkib! Mən bilirəm bunu!  
 
 
 
Səməd dedi:  
 
 
 
- Bir sual da var, de görüm, fəlakətin tarixini incəliyinə qədər bilən adam səni danışmağa vadar 
edirsə, səncə nə deməkdir bu, Bəy!  
 
 
 
- Nərimanov da bilirdi, amma o da danışdırırdı məni. 
 
 
 
Dedi: "Harda təhsil aldığını, Bakıya nə üçün göndərildiyini bilirəm. Əmma bu "mollaça"nın 
istedadı məni əsir eləyib. Bizim arkadaşlarla sıx ünsiyyətdə olsan, millətin xeyrinə işlərsən, çox 
xeyir verə bilərsən". O qədər demokratik, insanpərvər adamdı ki, doktor, özümdən asılı olmadan, 
gülüb, açıq-açığına dedim: "Peterburq məndən hər altı aydan bir hesabat istəyəcək ki, neçə 
sosialist öldürmüsən, neçə türk "verbovat" eləmisən, nə kimi perspektiv planlar cızmısan". Bu 
cavabdehliyin altından necə çıxım, cənab doktor?!" Dedi: "Peterburqa, departamentə 
hesabatlarınla yanaşı, hətta çarın özünə elə məktublar tərtib edərik ki, hamısına inanar". Dedim: 
"məsələn?!” Dedi: "Firqəmizin kassasından pulla yanaşı, Odessa sosialistlərindən bir admirala 
məktub verərəm çara, məktubunda yazarsan ki, Bakıda sosialist firqəsi "Hummət"in rəhbəri 


 
109
Nərimanovun etibarını qazanıb, onun Odessadakı dostları ilə tanış oldum, ən fəal dənizçi 
sosialistlərdən filan-filan adamların da güllələnməsini təşkil etdim. O adamlar doğrudan da 
güllələniblər, əmma çarın şəxsən məlumatı yoxdu. Qisası, getdim... 
 
 
 
- Cinayətlərindən danışmalısan, konkret olaraq, - deyib səməd yenə əvvəlki sərbəstliklə bəyi öz 
fəaliyyət sferasına qaytardı. - getdin, yayın qızmarında lüt soyunub özünü verdin plyajda 
ofisiantkaların arasına, İra adlı on yeddi yaşlı gözəli quma başdırıb zorladın, verbovat eləyib, 
özünlə Bakıya apardın. Həmin 1906-cı ilin payızında "Hümmət"in yeməkxanasında ofisiant 
düzəltdiyin o bədbəxt İranın əli ilə neçə "Hümmət"çini zəhərlədin, ay zəhər Yevrey?! 
 
 
 
Bəy başını sinəsinə əydi. 
 
 
 
- Səndən heç nə gizlətmək olmaz. Əmma... niyə qoymursan özüm danı-şam? 
 
 
 
Səmədin səsinin sakitliyində boğuq qəzəb vardı: 
 
 
 
- O cinayətləri, axırda nəhayət, İranı boğub dənizə atdığını mənim səsim danışacaq, işgəncədən it 
kimi ulayacaqsan, ay it! 
 
 
 
Danış! 
 
 
 
- Nəyi? 
 
 
 
- Nərimanovun dərs dediyi qubernskaya voyennaya gimnaziyada nələr elədin? 
 
 
 
Danış! 
 
 
 
Bəy fışıltı ilə köksünü ötürüb, hətta: 
 
 
 
- Baş üstə, - dedi. 


 
110
 
 
 
Əmma Səməd yenə başqa sual verdi: 
 
 
 
- Dzerjinski kim idi, ona da yazmışdın? 
 
 
 
- Ondan qorxurdum, yazmamışdım. Feliks Dzerjinski Polyak Yevreyi idi. 
 
 
 
səməd gülümsündü: 
 
 
 
- türk Lenin niyə Yevreylərlə işəyirdi, Bəy? 
 
 
 
Bünyad bəy üz-gözünü qırışdırdı: 
 
 
 
- "Tatar Lenin" desən münasib olar. 
 
 
 
Səməd dedi:  
 
 
 
- Farsla Yəhudi arssında çaşqın Bünyad bəylə, Yəhudi Əliheydərlə qrek Stalinin milli 
mənsubiyyəti arasında fərq yoxdursa, Tatar Lenini Türk Lenindən, türk Lenini EvƏrEy Lenindən 
niyə ayırırsan?! 
 
 
 
Bünyad bəy tam səmimi: 
 
 
 
- Ürəyim götürmür, ay sadist! - dedi. - sənə də, mənə də aydındı ki, qədimdə əslində Qreklər də 
OdƏr olublar, GurAğ OdƏrləri adlanıblar. Əmma nə Stalinin özünün ürəyi götürürdü bunu, nə 
də mənim. Görüşəndə deyirdi: "Ne napominay mne, çto mı oba nesçastniye! Protiv 
sobstvennoqo natsiya rabotayem. Ya teper poçti zabıl drevnuyu istoriyu. Zabud qrekov. İnaçe 
prosto ubyu".  
 
 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə