Nəsr isa Muğanna



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə25/47
tarix28.06.2018
ölçüsü0,75 Mb.
#52120
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

 
97
 
- Zaman, dövr, dövran nisbi məfhumlardı. Bəy! 
 
 
 
- Necə, necə?! Zaman - nisbi?! 
 
 
 
Səməd daha qəribə sual Verdi: 
 
 
 
- De görüm, Müaviyə kimdi milliyyətcə? 
 
 
 
Bəy qışqırdı: 
 
 
 
- Necə kimdi?! Ərəbdi də! 
 
 
 
Səməd elə gülürdü: 
 
 
 
- Özünü əbləh yerinə qoyma Bəy. "Ərəb" - Ərəbdi, ya yox?  
 
 
 
- Bəli, ƏrEv olub! 
 
 
 
- EvƏrƏs - "Pers", "Pars", "Fars", ƏrEv - "Ərəb", EvƏrEy - "Yevrey" və ya EyOd - "Yəhud", 
ƏrÜz - "Rus", AğÜz - "OğÜz", - Hamısı vahid ölkə Midiya - Bağday tərkibində, müxtəlif 
vilayətlərdə vahid xalq deyilmi?! 
 
 
 
- Olub! Sonra dağılıb! 
 
 
 
- Mən özümü EvƏrEy, ƏrÜz, AğÜz, ƏrEv, EvƏrƏs OdƏrlərinə mənsub bir ÜnƏs sayıram, sən 
isə özünü keçmiş Bağdaya dəxli olmayan "Yevrey" sayırsansa və təhrif babalarının "irs"inə, tam 
uyğun işlər görürsənsə, aydın deyilmi ki, Ulu Bağ ƏsƏlMən BağSar SağSana qılınc çəkənlərin 
icra etdikləri hökmü verən müaviyələrin hökmlərinin qəbri də sənin beynindədi?! 
 


 
98
 
 
Bünyad bəy qəribə üsyankar hayqırtı ilə: 
 
 
 
- Vaveyla! - dedi - Mənə həm "Fars Yevreyi" deyirsən, həm də Müaviyələrə bağlayıb "Ərəb 
Yevrey"i eləyirsən! Niyə? 
 
 
 
Səməd dedi:  
 
 
 
- İranda və Zversovxozda işləyən rus kəşfiyyatçıları içində ən müdrik adam sayılırsan, yüz on üc 
yaşında da yaxandan əl çəkmirlər ki, azdan-çoxdan yenə iş görəsən. Bu cür həqiqətən müdrik 
"ins"in yadından çıxmamalıdı ki, "Ərəb"in özünü "Yəhudi"yə əmioğlu çıxması boş-boşuna deyil. 
"Ərəb" dili "Fars" dili arasında indiki halında qırx-əlli faiz fərq var. EvƏr-Ey OdƏrlərinin İsrayıl 
səmtlərindəki indiki "İVR" dili, EyƏr Ey OdƏrlərinin "ƏrimEy"dili (keçmiş EvƏr EyOdƏr dili), 
"Ərəb", "Fars" dillərindən çoxmu fərqlənir, ey müdrik?! Məni məcbur eləyirsən yenə xatırladım 
ki, Bağdayın müxtəlif səmtlərində müxtəlif təhriflərə məruz qalanlarımız, bayaq da dedim bunu, 
vəhdətdə olmadıqlarına görə, təcridlə ayrıldıqlarına görə, sən Bünyad bəy vahid OdƏr xalqına 
mənsubluğunu qəşəngcə bilsən də, iş sahəndə hakim olan psixoloji etnik təfəkkürə qapılmısan. 
Odur ki, özünü "Fars Yevrey"i sayıb, həm də "Ərəb Yevrey"i olduğunu, Müaviyələrin hökmü ilə 
icra edilən cinayətlər zəminində cinayətlər tarixini rədd eləyirsən! Halbuki sənin cinayətlərin o 
keçmiş cinayətlərlə qırılmaz zəncirlə bağlıdı, Bəy! 
 
 
 
Bünyad bəy nəfəs çatmazlığı hiss edib, çaxır içdi. 
 
 
 
- Sənin məntiqinə etiraz eləmək əbləhlikdi - dedi - Əmma sünidi məntiqin, əlbəttə! Sofistikadı! 
 
 
 
- Nə?! Nə?! - Səməd elə bil əməlli - başlı yanıb-yaxılıdı. - A kişi!.. Diqqətlə dinlə! OdAğÜzdən 
mənə təsir edən əcdadımın neçə min yaşı var?! Mən niyə belə bağlıyam o bağa?!. Sənin 
əcdadların OdAğÜzə getməyiblər, qəbirlərdə çürüyüblər. Sən niyə belə bağlısan o çürüntülərə?!. 
İndi bir də cavab ver: zaman nisbidi, ya yox?! Bu küllüyün qədim tarixi sənin cinayətləiyin 
qədimliyi deyilsə, bəs nədi, ey əsrlərin cinayət tarixi bünyad bəy! danış! 
 
 
 
- Çaşdırdın yenə məni. Nədən, kimdən başlayım? 
 
 
 
Səməd acı-acı güldü: 
 


 
99
 
 
- Yerin yaddaşı yoxdu. Mən nə soruşdum Məmməd ağa - Xozeyin Məmməd barədə?  
 
 
 
- Hə, bildim... - Bəyin səsi rəvanlaşdı - Yaxşı... İmkan versən indi xeyli şey deyərəm. 
 
 
 
Otuz doqquzuncu ilin yayında Böyükkəsik stansiyası ilə razyezdin arasında paravozun qabağına 
itələdim məmməd ağanı. Stansiyadan Muğanlıya gedən adamlara dedim üzü küləyə getdiyinə 
görə paravozun səsini eşitmirdi Məmməd xozeyin. İnandılar. 
 
 
 
Mir Cəfər Bağırov Mirqəzəbin vaqonu Ağstafada idi o günü. Haman paravoza mindim getdim 
Ağstafada düşdüm, keçdim vaqona. Dedim: "On myortv". Mirqəzəb dedi: Za to, çto tı pokonçil -
----------------------------------s poslednim millionerom, za eto ya daryu tebe million zolotom. No, 
za to, çto tı ostavil lişayu tebya qeneralskoqo zvaniya". "Snimok” “porol" indiki Pünhanınızın 
otuz dördüncü ildə Göy qılınc yaylağında çəkilmiş şəkli idi. Şəkilin biri Pünhanımızın atası 
Mustfada, biri Sultan Əmirlidə, biri sənin atan Mədəd Əmirlidə, ikisi isə Təbrizdəki Əmirli 
Muğannalarda, Ağ Əmirlə Boz Əmirdə idi. Təbrizdəki Əmirli - Muğannaları heç kəs tanımırdı 
bu tayda Stalin Mirqəzəbə yazmışdı ki, iki ildən sonra müharibə genişlənəndə Təbrizdəki Bağlar 
Xalxalını1 sürgündən qurtarib həmin parolla bu taya keçirəcəklər, Əlincə qalasının yanında, 
"Şeyx Xorasan" türbəsində görüş olacaq, Cənubi Azərbaycanda Milli hökümətin təşkili üçün iş 
planı tutulacaq. "Snimok-parol" lazım idi ki, Stalinin direktivası əsasında, Sovet agenti keçə 
bilsin o görüş yerinə. 
 
 
 
Mirqəzəb qızıl kisəsini çıxartdı, göstərdi, dedi: "Ruka Lavrentiya2 koşnulas etoqo meşka. Ne 
dostaneş parol, ruka Lavrentiya kosnetsya tebya. Beri maşınu sekretarya raykoma Akopova3, 
poezjay". 
 
 
 
Getdim. 
 
 
 
Elektrik yox idi o vaxt Muğanlıda. Qaranlıqda Məmməd xozeyinin evinin qabağında camaata 
qarışdım. Dedim: "Rəhmətliyin dəfnində iştirak eləyəmmədim. Olarmı sovxasının üstündə 
Quran oxuyum?" 
 
 
 
Apardılar, paltarı tökdülər qabağıma. Gördüm pencəyin, köynəyin cibləri boşdu. Dedim: 
"Kişinin paltarının ciblərindən nə çıxıb, yaylığına qədər, hamısını gətirin qoyun, qırx 
bağlayacam". 
 
 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə