34
elan etmək,
qərara almaq, sərəncam vermək,
təklif ver-
mək, müzakirə etmək və s.). Bu üslub üçün xarakterik cə-
hətlərdən ən başlıcası sabit söz birləşmələrinə daha çox
yer verilməsi və metaforaların, məcazların, epitetlərin, fra-
zaloji birləşmələrin işlənməməsidir.
Qeyd etmək lazımdır ki,
diplomatik sənədlərin və
dövlət qanunvericiliyi sənədlərinin dilində fərqlər olsa da,
bütün rəsmi sənədlərin dili vahid rəsmi üslubun daşıyıcı-
sıdır. Bu səbəbdən də rəsmi üslubun özünəməxsus leksi-
kası, standart ifadələri vardır.
2. Rəsmi üslubun leksikasına ümumxalq danışıq di-
lində, bədii dildə işlənən, lakin rəsmi sənədlərdə rəsmi xa-
rakter daşıyan sözlər və frazeoloji birləşmələr daxildir.
Məsələn: “qonaq”, “danışıq”, “görüş”, “elçi”, “söhbət”,
“səfər”, “razılıq” və s. Lakin ümumxalq danışıq
dilindən
və bədii üslubdan fərqli olaraq, bu sözləri rəsmiləşdirmək
üçün onların əvvəlinə “rəsmi” sifəti əlavə olunur: “rəsmi
görüş”, “rəsmi səfər” və s.
3. Rəsmi üslubun özünəməxsus terminləri vardır:
bəyannamə, bəyanat, diplomatik, konsul,
müqavilə, nota,
ultimatum, fərman, əmr, xasiyyətnamə, etibarnamə, arayış
və s.
4. Rəsmi üslub diplomatik sənədlərin, rəsmi sənəd-
lərin gücünü, təsirini artırmağa xidmət edir.
Qeyd olunanalarla yanaşı rəsmi üslubda danışığa
təntənəli xarakter vermək, xüsusi hörmət ifadə etmək üçün
“cənab”, “zati alilər” kimi xitablardan istifadə olunur.
“Şah”, “kral”, “əlahəzrət”, “şahzadə”, “ser” kimi titul bil-
dirən sözlərin işlənməsi də rəsmi üslubun özünəməxsus
xüsusiyyətlərindən biridir. Məsələn:
Dostları ilə paylaş: