Demərəm ürəyi qoparım, üzüm,
Yerində ən incə duyğular olsun,-
kimi tərcümə etməkdə düzgün deyil. Əvvəla, yerindən qoparılmış, üzülmüş ürəkdə
hansı duyğular ola bilər? Bir də axı, A. Tvardovski ikinci misrada təkid edir ki, ürək
öz yerində qalsa yaxşıdır.
Biz arzu edərdik ki, T. Bayram A. Tvardovskidən gələcək tərcümələrindən
orijinalın ruhuna sadiq, mənasına daha həssas olsun.
Burada
üzərində nisbətən ətraflı dayanılan, siyahılarda xatırladılan və adları
çəkilməyən tərcümələr, nəhayət, Qorki əsərlərinin Azərbaycan dilindəki 15 – cildliyi,
Şoloxov əsərlərinin 8 – cildliyi Lermontov əsərlərini 4 – cildliyi, Turgenov
əsərlərinin 2-cildliyi, Dostoyevskinin, Lev Tolostoyun romanları bədii tərcümə
sahəsindəki digər mühüm nailiyyətlərlə yanaşı mövcud nöqsanlar haqqında da
müəyyən təsəvvür yaradır. Həm 15–cildliyin, həm də 8–cildliyin tərtibində
redasksiya heyətləri həmçinin verdiyi imkanlar daxilində bu sənətkarların
əsərlərinin müvəffəqiyyətlə seçmişlər. Həmin nəşrlər vasitəsilə Azərbaycan oxucusu
Qorkinin demək olar ki, bütün məşhur hekayə və dramları, “Ana” romanı, “Uşaqlıq”,
“Özgə qapılarında”, “Mənim universitetlərim” trilogiyası, “Klim Samginin həyatı”
epopeyası, şer və publisitikası ilə bir küll haqqında tanış ola bilmişdir. Şoloxov 8 –
cildliyinin tərtibində isə əsas yer ədəbin əvvələrdə dilimizə tərcümə edilmiş “Sakit
Don” və “Oyanmış torpaq” romanlarına verilmişdir. Sovet ədəbiyyatının, sosializm
realizminin yaradıcılıq metodununu böyük ideya və sənətkarlıq imkanlarını parlaq
surətdə təmsil edən bu iki qüdrətli ədibin əsərlərinin belə geniş miqyasda tərcüməsi
və nəşri tamamilə təbii və gələcəkdə də davam etdirilməsi vacib olan qanunauyğun
bir prosesdir. Ümumən çoxcildliliklərdəki əsərlər xüsusilə də Qorkinin və Şoloxovun
romanları bu nəşrlər üçün hazırlanarkən onların tərcüməsi üzərində əsaslı
təkmilləşdirmə işi aparılmışdır. Bu cəhətdən “Sakit Don” və “Oyanmış torpaq” ın 8 –
cildlik üçün hazırlanmasında mərhum Cahanbaxşın çəkdiyi yaradıcılıq zəhmətini
ehtiramla yad etmək lazımdır. “Sakit Don”– un 1961-ci il nəşrində Qriqorinin çayı
keçib həyətlərində öz oğlu ilə görüşərkən yaşadığı həyacanın təsviri belə tərcümə
edilmişdir:
“Meşədə ikən uşaqlarını xatırladığı zaman gecələr axtarıb tapdığı bu nəvazişkar
və zərif sözlərin hamısı indi Qriqorinin hafizəsindən çıxıb getmişdir. O, dizi üstə
çökərək oğulcuğazının soyuqdan qizarmış balaca əllərini öpə-öpə boğuq səsi ilə
yalnız bircə kəlməni deyib dururdu.
- Oğulcuğazım... Oğulcuğazım...
Qriqori
onu
qucağına götürdü. Oğlunun çöhrəsinə quru, hədəqədən çıxmış bir
şəkildə yanan gözləri ilə həris–həris baxaraq soruşdu:
- Necəsiniz? ... Xalan necədir, Полюшка, - hamısı salamatdırmı?
14
... Dünya xalam sağ–salamatdır, amma Полюшка payızda öldü, Boğaz
xəstəliyindən”.
15–il sonrakı nəşrində isə həmin parça aşağıdakı vacib təshihə məruz qalmışdır:
Orada, meşədə uşaqlarını andığı zaman gecələr dilində əzbər etdiyi şirin sözlərin
hamısı yadından tamam çıxmışdır. O, oğlunun qarşısında diz çökərək onun
soyuqdan qızarmış balaca əllərindən öpə-öpə, boğuq səslə yalnız bircə söz deyirdi:
-
Oğlum ... Oğlum...
Qriqori onu qucağına götürdü. Dəlicəsinə alışıb yanan gözlərini üzünə
zilləyərək soruşdu:
-
Siz burada necə yaşayırsınız... Bibim, Полюшка sağ salamatdırmı?
- …
Amma
Полюшка payızda öldü.
-
“Boğaz ağrısından”.
Kursivlə verdiyimiz təshihlər, əvəzetmələr yeni söz və ifadələr son nəşrin
əvvəlkinə nisbətən xeyli təkmilləşdiyini əyani surətdə nümayiş etdirir.
Ümumiyyətlə
bu nəşrdə əsərin dili daha da rəvanlaşmış, orijinalla tərcümənin tərkib hissələri
arasında adekvatliq artmış, başlıcası isə, tərcümənin bədii səviyyəsi yüksəlmiş,
Şoloxov mətninə əvvəlkindən xeyli artıq uyğunlaşdırılmışdır.
Bu
nə qədər qeyri-normal və xoşa gəlməz olsa da, təəssüflə qeyd etmək
lazımdır ki, bizim bəzi tərcümələrimiz də mətni təhrif çox ciddi qüsurlar müşahidə
olunmaqadır. F. Engelsin Birinci İnternasionalın baş katibi F.A. Zorgeyə yazdığı
23 aprel 1887–ci il tarixli məktubunda öyrənirik ki, böyük alim bəzi əsələrinin
tərcümə keyfiyyətindən çox narazı qalmışdır. “... İngilis dilində yazılmış əsərlərinin
başqası tərəfindən almancaya tərcüməsinin, həm də səhvlərlə dolu olub, orijinalın
mühüm yerlərini təhrif edən tərcüməsinin çapdan çıxmasına yol verə bilmərəm... Mən
xahiş etdim orijinalı qaytarsın ki, onu özüm tərcümə edim.Əsərin elə yerləri var ki,
hər sözü elmin qızıl tərəzisində çəkilməlidir...”
Öz – özünə aydındır ki, ədəbi əsərlərin də həm elmi, həm də bədiiyyatın qızıl
tərəzisində çəkilməli məqamları var və tərcümə zamanı onların
vəzncə yüngül və ya
ağır olmasına yəni təhrifinə əsla yol verilməlidir. Bədii tərcümənin eybəcər
üsullarından olan təhrif orijinala, onun məna xüsusiyyətlərinə diqqətsizliyin,
laqeydliyin, tərcümədə yüngül müqavimət deyilən bədnam yolla getməyin ağır
nəticələrindəndir.
M.Qorkinin “Oxucu” hekayəsinin tərcüməsində belə bir parça ilə rastlaşanda
təəccüb etdik.
“Gecə vaxtı idi, mən evdən küçəyə çıxdım, çap olunmuş hekayəmi yaxın
adamlarımın çevrəsində oxudum. Bu hekayəyə görə məni çox təriflədilər”.
Burada qüsur təkcə ondan ibarət deyil ki, mütərcim “yaxın adamlarımın
çevrəsində” kimi mənasız bir söz yığımından istifadə etmişdir. Başlıca qüsur budur
ki, “Была ночь, тогда вышел на улицу из дома, где в кругу близких мне люди
читал свой напечатанный рассказ» kimi sadəcə bir cümləsini sintaktik quruluşu
mütərcim üçün anlaşılmaz qalmışdır. Orijinalda birinci şəxs çap olunmuş birinci
15