Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə35/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   31   32   33   34   35   36   37   38   ...   444
64 Vaqif Niftullayev. Sahibkarlığın əsasları

Azad rəqabət şəraitində heç bir iştirakçı qərarların qəbul edilməsi zamanı digər iştirakçılara təsir göstərmək imkanına malik deyil. Bu isə ilk növbədə onunla bağlıdır ki, bazarda əmtəə istehsalçılarının sayı çoxdur və bundan əlavə hər bir istehsalçı və satışının əmanəti ümumi istehsalın həcmində daha doğrusu təklifin strukturunda nəzərə çarp- mır. Ona görə də ayrı-ayrı istehsalçıların öz məhsullarına qovduqları qiymət ümumi bazar qiymətlərinə təsir edə bilmir. Beləlikləfıazad rəqabət şəraitində qiymətin real səviyyəsi iqtisadiyyatın ayrı-ayrı subyektlərinin iradəsindən az asılı olur və hansısa “gözəgörünməz əl” vasitəsi ilə müəyyənləşdirilin

Təkmil (azad) rəqabətin iqtisadi nəticələri aşağıdakı 2 N9-Iİ sxemdə göstərilmişdir.

Azad rəqabət şəraitində tələb və təklifin tərəddüdləri dövri olaraq bir sahədə istehsalın həcminini artmasına, digər sahədə isə azalmasına gətirib çıxarır. Bir firmada gəlirlərin artımı, digərində onun aşağı düşməsi ilə müşahidə olunur. Xırda müəssisələr rəqabətə davam gətirmədiyindən iri müəssisələr tərəfindən özlərinə birləşdirilir. Bu da istehsalın təmərküzləşməsinə və mərkəzləşməsinə gətirib çıxarır. Bunlar isə öz növbəsində inhisarçılığın yaranmasına və bazarda hakimiyyətin zəbt olunmasına səbəb olur.

Qeyrl-təkmil rəqabət bazarı. Bazarın bu forması özündə xalis inliisarçılığı, inhisarçı rəqabəti, oliqopoliyanı birləşdirir.

Xalis (mütləq) inhisar o halda mövcud olur ki, bir firma məhsulun yeganə istehsalçısı kimi çıxış edir və bazarda həmin məhsul heç bir yaxın əvəzliyiciyə malik olmur. Xalis inhisar modeli özlüyündə aşağıdakı dörd xarakterik cəhəti birləşdirir:'



' - bazarda məhsul vahid satıcı tərəfindən təklif edilir;

  • realizə olunan məhsul unikal xarakter daşıyır. Mahiyyət etibarı ilə həmin məhsuldan keyfiyyətli məhsul və ona yaxın əvəzləyicisi yoxdur;

  • inhisarçı bazar hakimiyyətinə malik olur qiymətlərin səviyyəsinə mütəmadi olaraq nəzarət edir;

  • bazara daxil olmaq üçün inhisarçı tərəfindən müəyyən süni baryerlər yaradılır. 1

Təbiidir ki, birinci halda söhbət təbii inhisarçılıqdan gedir. Bu müəssisələr əsas etibarı ilə ictimai istifadəçilərə xidmət edir. Təbii inhisara - elektrik və qaz şirkətləri, su təchizatı, rabitə xətti və nəqliyyat müəssisələri aid edilir. Həqiqətən metropolitenlə rəqabət aparan hər hansı müəssisənin mövcud olduğunu demək olduqca çətindir. Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatına keçmiş ölkələrdə təbii inhisar müəssisələri əsas etibarı ilə dövlət mülkiyyətində saxlanılır və ya dövlətin ciddi nəzarəti altında fəaliyyət göstərir. Bu sahəyə süni maneələr, patentlər və lisenziyalar aid edilir.




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə