Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə37/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   33   34   35   36   37   38   39   40   ...   444
Cədval I.




Sıra

Nü-si


Xarakterik

cəhətləri


Bazar modelləri









Azad

rəqabət


Xalis

inhisar


İstehsalçı

rəqabət

Oiiqopoliya


1.

Firmaların

sayı


Həddən

artıq çox



bir

çoxlu

bir neçə

2.

Məhsulun tipi

Standart

laşmış


unikal

differensial

standart və ya

differensial


3.


Qiymətə

nəzarət


İstisna

olunur


əhəmiyyətli

həddən artıq dar çərçivədə

məhdud və ya əhəmiyyətli dərəcədə gizli

razılaşmalar əsasında



4.

Sahəyə daxil

olmaq şərtləri



Çox

asan


məhdud imkanlarla

nisbətən

asan


mümkün qədər çətin

5.


Qeyri- qiymət rəqabəti

Yoxdur

demək olar ki, yox

keyfiyyətə, reklama, ticarət markalanna xüsusi diqqət yetirilir

məhsulun differensiallaş dığı şəraitdə xüsusi tipik xarakter daşıyır

Qeyri-qiymət rəqabəti yüksək keyfiyyətə malik, ən yaxşı etibarlılıq və xidmət müddəti, yüksək məhsuldarlığı, həmçinin geniş assorti- menti ilə şərtlənən məhsulun təklif edilməsini nəzərdə tutur. Qeyri- qiymət rəqabətində istehsal olunan məhsulda ekoloji şərtlər, eneıji tutumu, iqtisadi və estetik göstəricilər, onun təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. Daha keyfiyyətli məhsul istehsalı bazarda hakim mövqeyə malik olmaq üçün mühüm əhəmiyyət kəsb edir.

Bazarda rəqabət münasibətlərinin ən mühüm vasitələrindən biri əmtəənin markalandır. Əmtəə və onu istehsal edən və ya satan ticarət firmasının markası və onun nüfuzu məhsulun reallaşdırılması zamanı an mühüm şərtlərdən biri hesab edilir.



Rəqabət mühitinin ən əhəmiyyətli cəhəti istehsal xərclərinin aşağı salınması, məhsulun assortimentinin dəyişən tələbata uyğun surətdə yeniləşdirilməsi,onun keyfiyyətinin yaxşılaşdırılması, məhsulun və onu istehsal edən firmanın rəqabət qabiliyyətinin yüksəldilməsi, qanunvericilik yolu ilə dövlət tərəfindən hüquqi müdafiənin təmin edilməsi və inhisarçı fəaliyyətin məhdudlaşdırılmasıdır.

/// fasiL Sahibkarlıq raqahMi 69

Haqsız vo ya qeyri-xoş nıoramlı rəqabət. Əmtoə istehsalçıları arasında kəskin mübarizə şəraitində rəqabət qaydaları vo normalarının pozulması kimi nisbotən geniş yayılmış üsul və metodlardan istifadə olunur. Bu da iqtisadi ədəbiyyatda və praktikada haqsız və ya qeyri-xoş məramlı rəqabət fəaliyyəti adlandırılır. Praktikada haqsız rəqabəti xarakterizə edən ən başlıca cəhətlər aşağıdakılardan ibarətdir:

-dempinq qaydalarının tətbiqi, yəni məhsulun satışı zamanı qiymətlərin bilərəkdən maya dəyərindən aşağı müəyyənləşdirilməsi.

-rəqabət aparan digər firmaların fəaliyyəti üzərində aparıcı tir- manın nəzarət imkanları;

- bazarda tutduğu hakim mövqedən sui-istifadə;

- diskriminasiyalı (qeyri-bərabər) qiymətlərin ya kommersiya .V,

>rilərinin müəyyənləşdirilməsi;

-rəqabət səviyyəli məhsul istehsal edən müəssisələrin fəaliyyətinin məhdudlaşdırılması;

- məhdudlaşdırıcı şərtlərin məhsul satışı üzərində agent razılaş- dırmalarının tətbiq edilməsi (kimə qarşı nə vaxt);

- ticarətin həyata keçirilməsi zamanı aparıcı firmalar tərəfindən yjzli danışıqların həyata keçirilməsi;

  • yalan informasiya ya reklam;

  • məhsulların göndərilməsi daşınması ilə bağlı standartların po-

.ulması.

§ 2. Müasir şəraitdə rəqabətin inkişafı


İstehsalçılar arasında aparılan rəqabətin ən mühüm sahəsi satış bazarları və istehlakçılar hesab edilir. İqtisadçı alimlərin apardıqları tədqi- (|atlar göstərir ki, istehsalçı firmanın bazardakı mövqeyini və ya xüsusi çəkisini 10

% itirməsi mənfəət normasının öz hesabına 5-6 faiz aşağı (liişmosi deməkdir. İstehlakçılar uğrunda mübarizədə rəqabət aparan digər firmalann nəzərə alınmaması iri şirkətlərdə belə əhəmiyyətli itkilər baş verir, bəzi hallarda isə kəskin böhranlarla üzləşməli olurlar.

Məhsul satışı bazarları uğrunda mübarizə ilə yanaşı xammal, əmək resursları, kapital, elmi-texniki yeniliklərdən istifadə ilə bağlı rəqabət fəaliyyəti də geniş şəkildə inkişaf etmişdir. Xüsusilə son zamanlar əmək resursları və elmi-texniki tərəqqinin ən yeni nailiyyətləri sahəsində rəqabət mübarizəsi daha kəskin xarakter almağa başlamışdır. Bu isə əsas etibarı ilə istehsalın elmi tutumlu sahəsinin artması və mnovasiyaya olan tələbatın ödənilməsi və bu səviyyənin gücləndirilməsi ilə əlaqədardır. İnkişaf etmiş ölkələrdə firmaların yüksək ixtisaslı kadrlara artan tələbatının ödənilməsi heç də yüksək səviyyədə deyildir. Yaranmış bu problemləri həll emək üçün şirkətlər müxtəlif üsul və metodlardan istifadə edirlər. Belə ki, bu məqsədlə çox hallarda xüsusi li|ili yüksək ixtisas verən tədris müəssisələri yaradılır.

70

Elmi-texniki inqilab xüsusilə elm və texnika sahəsində rəqabət

mübarizəsinin daha da güclənməsinə gətirib çıxanr. Firmalarda istehsal olunan məhsulun daim və mükəmməl olaraq təkmilişdirilməsi onun təsərrüfat fəaliyyətinin daha da güclənməsinə gətirib çıxanr. Elmi-tədqiqatlar ardıcıl olaraq yeni və keyfiyyətli məhsul istehsal edən firma və şirkətlərin müvəffəqiyyətini daha da artırır. Məsələn, son illər Cənubi Koreyanın “Soni” və “Samsunq” videomaqnitafonlan və televizorları həmin firmalara çoxillik inhisarçı mövqeləri qazandırmışdır.

Lakin rəqabət heç də həmişə bilavasitə mübarizə ilə bağlı olmur. Əksər hallarda onlar bazara daha çox dolayı vasitələrlə təsir edirlər. Bundan əlavə tətbiq edilən bu vasitələr heç də həmişə eyni tipli olmur. Məsələn, 1979-cu ildə ABŞ-ın avtomobil sənayesində ən güclü şirkətlərdən olan “Kraysler” böhran dövrünü yaşayan zaman onun ən güclü rəqibi “General motors” şirkəti ona külli miqdarda kredit verdi. Bu cür mərhəmətin yeganə səbəbi isə “Kraysler”in müflisləşdiyi vəziyyətdə dünya avtomobil bazarına Yaponiya firmalarının daxil olması ehtimallarının güclənməsi idi. Amerika avtobiznesinin “Böyük üçlüyünün” üzvləri xarici rəqabətə qarşı çıxırlar. Bu da müasir rəqabətin ən tipik cəhətlərindən biridir.

Sahələrarası beynəlxalq rəqabət. Araşdırmalar göstərir ki, iqtisadiyyatda inhisarçılığın güclənməsi azad rəqabəti birmənalı şəkildə məhdudlaşdırmır, həm də onun xarakterini kəskinləşdirir. Son onilliklər ərzində istehsalda texniki nailiyyətlərin güclənməsi iri seriyalı məhsul istehsalının üstünlüyünü demək olar ki, aşağı salmışdır. Nəticədə isə kiçik müəssisələrin rentabelliyi, onların çevikliyi bazarın dəyişən tələbatlarına uyğunlaşmaq qabiliyyətinə görə yüksəlir. Kiçik və orta firmalarda təşəbbüskarlıq və risklərə meyllilik qabiliyyəti digər müəssisələrlə müqayisədə daha güclü olur. Kiçik və orta firmalar texnoloji yenilikləri tez mənimsəyir və xərclərin ödənilməsi qabiliyyəti də daha yüksək olur. Nəticədə isə onlann güclü təsərrüfat motivləş- məsi yaranır.

Dünya kapital bazarında və inkişaf etmiş ölkələrin iqtisadiyyatında xırda biznesin xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artması nəticəsində iri və ən iri inhisarçılarla orta, kiçik və ən xırda firmalar arasında rəqabət mübarizəsi mövcud olur. Rəqabət mübarizəsi daha çox beynəlxalq xarakter daşıyır. Bunların nəticəsində də rəqabət mübarizəsinin geniş formaları və metodları yaranır. Məsələn, yeni, daha təkmil məhsul istehsalının geniş reklam fəaliyyətini özündə əks etdirən qeyri qiymət rəqabəti inkişaf edir ki, bu da elmi-texniki tərəqqinin inkişafına daha fəal təsir göstərir. Qeyd etmək lazımdır ki, kapitalın inkişafının təmərküzləşdiyi və mərkəzləşdiyi müasir şəraitdə rəqabət mübarizəsi daha kəskin xarakter alır.

Araşdırmalar göstərir ki, investisiya fəaliyyətində də son zamanlar rəqabətin rolu getdikcə artmaqdadır. Burada iri investisiya layihələrinin

m fasiL Sahibkarltq rəqabəti 71

antiinhisar ekspertizası mühüm rol oynayır. Rəqabət daha çox müəssi- so vo fırmalann bazarda mövqelərinin qorunub saxlanmasına, yüksək monffət əldə edilməsinə yönəldilir. Bu isə daha çox elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin mənimsənilməsi, dəyişməkdə olan iqtisadi mühitə adaptasiya olunmaq qabiliyyəti ilə sıx əlaqədardır. Buraxılan məhsulun assortimentinin sürətlə yeniləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi bazar iqtisadiyyatı şəraitində müəssisələrin rəqabət qabiliyyətinin artmasını xarakterizə edən ən mühüm faktorlardan biridir.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə