Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


§ 4. Rəqabət fəaliyyətinin dövlət tənzimləmə sistemi



Yüklə 1,54 Mb.
səhifə39/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   35   36   37   38   39   40   41   42   ...   444

§ 4. Rəqabət fəaliyyətinin dövlət tənzimləmə sistemi


Dövlətin antiinhisar tənzimləmə sistemi iqtisadiyyatı bazar münasibətləri əsasında inkişaf edən bütün ölklərdə formalaşmışdır. İstehsalçı tərəfindən bazarın inhisara almaq imkanlarının məhdudlaşdırılması məqsədi ilə dövlət inzibati və iqtisadi tədbirlərdən əlavə digər tənzimlənmə tədbirləri də həyata keçirir. Bu sistemə hüquqi tədbirlər daxildir.

Bazar rəqabəti üçün zəruri olan əlverişli şəraiti təmin etmək vo is- lehsalçmın bazarı inhisara almaq cəhdlərini və imkanlarını məhdudlaş- ılırınaq məqsədi ilə dövlət iqtisadi, inzibati aktları həyata keçirir. Bu kompleks tədbir dövlətin antiinhisar tənzimlənməsi adlandırılır.

Antiinhisar tənzimlənməsinə rəqabət və istehsalın inhisarçılıq səviyyəsinin tənzimlənməsi, müəssisənin taktika və strategiyası, xarici iq- lisadi fəaliyyətin idarə edilməsi, qiymət və vergi tənzimlənməsi daxil- tlir. Antiinhisar qanunvericiliyinin yaradılması və istifadəsi, həmçinin bazar münasibətlərinin dövlət tənzimlənməsinin zəruriliyi iqtisadiyyatın somərəliliyinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.

İnhisarçı razılaşmaları qadağan edən ilk qanun 1889-cu ildə Kanadada, sonralar isə ABŞ-da 1890-cı ildə iqtisadi azadlıq xartiyası adı ilə məşhur olan Şerman qanunu qəbul edildi. Bu qanunla əlaqədar inhisarçılığın yaradılması cinayət hesab edilirdi və 5000 dollara qədər və ya ilk müddətdə həbs cəzası müəyyənləşdirilirdi. Tezliklə bu cür qanun Avstraliya və Yeni Zellandiyada qəbul edildi. ABŞ-da qəbul olunmuş Şerman qanununa 1914,1936, 1959-cu ildə müxtəlifəlavələr edilmişdir. Avropa ölkə- lərində antiinhisar qanunu 30-cu ildə (Belçikada 1935-ci ildə, Niderland- ıld 1935-ci ildə, Danimarkada l937-ci ildə) qəbul edilmişdir.

ABŞ-da yerli və ya ümumilli bazarın inhisarlaşması hər hansı struk- iıımn bazardakı xüsusi çəkisinin 60 %-ni ötdükdə qəbul edilir. ABŞ qanunları üzrə şirkətin bazardakı xüsusi çəkisinin 90-100 %-ə bərabər olması artıq tam inhisar sayılır. Bu halda inhisarçı şirkət bazardakı möv- ı|oyini qeyd-şərtsiz ləğv edir və dövlətin sərt nəzarəti altına düşür.

Antiinhisar qanunvericiliyinin xüsusiyyətləri. Ölkənin iqtisadiyyatında inhisarçılıq özünəməxsus xarakter daşıyır. Bu baxımdan ay- 11 -ayrı suveren respublikalarda antiinhisar qanunvericiliyi dünya təcrübəsi nəzərə alınmaqla formalaşır. Burada hər bir ölkənin təbii-iqtisadi \ ə etnik milli xüsusiyyətləri əsas götürülür. Keçmiş İttifaq və o cümlədən Azərbaycan Rsepublikasmda qəbul edilən “Rəqabət və antiinhisar fəaliyyəti haqqında” qanun ilk növbədə xalq təsərrüfatının idarə edilməsi sferasında inhisarçılığa qarşı yönəldilir.

Antiinhisar fəaliyyəti haqqında qanun aşağıdakı halların qadağan edilməsini nəzərdə tutur:

- müəssisənin sahibkarların məhsul istehsalı satışı sahəsində miisl.yqilliyinin məhdudlaşdırılması ilə bağlı;

74 Vaqif Niftullayev. Sahibkarlığın əsasları

-ayrı-ayrı təsərrüfat subyektlərinin fəaliyyəti üçün ayrıseçkilik və ya qeyri-bərabər şəraitin yaradılması ilə bağlı (o cümlədən satış hüququnun məhdudlaşdırılması, yeni təsərrüfat subyektlərinin yaradılmasına qarşı süni maneələr, müəyyən alıcı qruplarına məhsulun növbədənkənar göndərilməsi ilə bağlı göstərişlərin verilməsi s.);

- bazarın normal fəaliyyətinə mane olmaq üçün idarəetmə orqanları arasında razılaşmaların mövcudluğu ilə bağlı (o cümlədən qiymətlərin artması və ya azalması, bazarın ərazi prinsiplərinə bölünməsi, təsərrüfat subyektlərinin bazara daxil olmasının məhdudlaşdırılması və s.) fəaliyyətini qadağan edir.

Bu qanunda həm də ayrı-ayrı təsərrüfat subyektlərinin bazarda hegemon mövqe tutması və rəqabət məhdudlaşmasına səbəb ola biləcək fəaliyyəti qadağan edilir. Bu cür fəaliyyətə ilk növbədə qiymətlərin yüksəlməsi və bazarda məqsədli şəkildə süni qıtlıq yaratmaq məqsədi ilə əmtəələrin tədavüldən çıxarılması və istehsalçılarla bağlanmış müqavilə şərtlərinin pozulması, onlar üçün əlverişli olmayan şərtlərin daxil edilməsi və

s. aiddir. Bundan əlavə rəqabəti məhdudlaşdırmaq və bazarda hakim mövqe tutmaq məqsədi ilə ayrı-ayn təsərrüfat subyektlərinin qadağan olunan fəaliyyəti aşağıdakı cədvəldə göstərilmişdir.

Antiinhisar fəaliyyəti haqqında qanuna müvafiq olaraq həmçinin haqsız, yəni xoşməramlı olmayan rəqabətə də yol verilir. Antiinhisar fəaliyyəti ilə bağlı qanunda digər tədbirlər də nəzərdə tutulur. Belə ki, bu tədbirlərə mövcud olan inhisar strukturlarının parçalanması qaydaları və formaları, həmçinin təsərrüfat subyektlərinin təşəbbüskarlığı ilə onlann süni bölüşdürülməsi və idarə tabeçiliyindən çıxarılması, sahibkarlığa yardım və rəqabətin inkişaf fondlannm yaradılması ilə bağlı proseslər daxildir.

Antiinhisar tənzimlənməsi böyük əmtəə qrupları üzrə qiymətlərin liberallaşdırılmasını əhatə edən müvafiq qiymət siyasətini də nəzərdə tutur. Yuxarıda adları çəkilən bu kompleks tədbirlər əsas etibarı ilə qısamüddətli xarakter daşıyır. Orta və uzunmüddətli antiinhisar tənzimlənməsi sisteminin tərkibinə aşağıdakılar daxildir:


  • rəqabətin həvəsləndirilməsi;

  • daxili bazara xarici əmtəə istehsalının buraxılmasına nəzarət;

  • istehsalçı strukturların (maliyyə, vergi və kredit mexanizmi ilə bağlı) stimullaşdınlması üzrə tədbirlərin hazırlanması;

  • inhisarçılığa qarşı fəaliyyət göstərə bilən strukturların həvəsləndirilməsi.

Araşdırmalar göstərir ki, qiymət və qeyri-qiymət rəqabətinin müxtəlif metodları var ki, bunlar da ilk növbədə satışdan sonrakı xidmət, daimi alıcılara qiymətdə güzəştlər, satış üçün kredit və s. daxildir. Bu baxımdan istər bazar münasibətlərinin və istərsə də antiinhisar tənzimlənməsinin inkişafı üçün cəmiyyətdə sosial- siyasi və psixoloji iqtisadiyyatın yaradılması, sahibkarlığın və rəqabətin həvəsləndirilməsi, o cümlədən kiçik biznesə və ailə tipli istehsala yardım göstərilməsi birinci dərəcəli əhəmiyyət kəsb edir.

lU fəsil. Sahibkarlıq rəqabəti 75


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə