Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


Sahibkarlıq sirri və rəqabət



Yüklə 1,54 Mb.
səhifə41/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   37   38   39   40   41   42   43   44   ...   444
Sahibkarlıq sirri və rəqabət. Yeni təsərrüfatçılıq subyektlərinin, o cümlədən sahibkarlıq təşkilatının rəqabət qabiliyyətinin yüksəldilməsində sahibkarlıq və ya kommersiya sirrinin mühafizəsi zəruridir.

Sahibkarlıq sirri - müəssisələrin və sahibkarların qanunvericilik volu ilə qorunmaq hüququ vermiş müəssisənin və firmaların fəaliyyəti haqqındakı məxfi sənədlər və arayışlardır ki, hansı ki, onların yayılması təşkilatın maraqlarına zərər gətirir. Müəssisələr və sahibkarlar öz löaliyyətinin bütün tərəfləri haqqındakı informasiyanı qoruyub saxlamaq hüququna malikdirlər. Sahibkarlıq sirrini təşkil edən informasiya

78

lara o məlumatlar daxildir ki, onlann açıqlanması və yayılması uyğun olaraq bazarda mövqelərin zəifləməsinə gətirib çıxanr. Bu da rəqabət aparan subyektlərin mənafeyinə xidmət edir.



Sahibkarlıq sirri - hər şeydən əvvəl istehsal sirri olub, elmi-tədqiqat layihə-konstruktor, texniki tədqiqatlar və istehsal prosesində yaradılan konkret məsələlərin həllini əhatə edir. Sahibkarlıq sirri həmçinin texniki və istehsal texnikası, layihələşdirilən və hazırlanan yeni məhsul növlərinin buraxılışını, onun maya dəyərini, qiymət və istehsalın təşkili ilə bağlı məlumatları da nəzərdə tutur. Eyni zamanda bu proseslərə konkret istehsal məsələlərinə aid idarəetmə metodları ilə bağlı xüsusi texniki qərarlar aid edilir. Sirrin xüsusi kommersiya aspektləri əməliyyatın hazırlanması və həyata keçirilməsi ilə əlaqədardır.

Firmalar öz fəaliyyətinin nəticələri, bu və ya digər kommersiya və istehsal nailiyyətlərini xarakterizə edən göstəriciləri, həmçinin alıcılar və kreditorlar tərəfindən onlara göstərilən etimadla bağlı informasiya vasitələrinə məlumatlar verirlər.

Keçmiş İttifaqın iqtisadiyyatında kommersiya sirri dövlət sirri ilə əvəz olunmuşdu. İqtisadiyyatda bazar münasibətlərinin formalaşması kommersiya sirri ilə bağlı hüququn da bərpa olunmasına gətirib çıxarmışdı. Kommersiya sirrinin mövcudluğu müəssisə və təşkilatlan xoşməramlı olmayan tərəf müqabillərindən, intellektual fəaliyyətin məhsullarından (ixtiralar, innovasiyalar, kompüter proqramları, idarsetmə q3rar- ları) pulsuz istifadə edilməsindən müdafiənin zəruriliyini formalaşdırdı.

Antiinhisar tənzimlənməsi ilə bağlı qanunvericiliyə müvafiq olaraq müəssisə və təşkilatlar dövlət orqanlarına kommersiya sirrinin məzmunu ilə bağlı informasiyalar təqdim etməmək hüququna da malikdir. Kommersiya sirrinin tərkibinə daxil olan məlumatlann siyahısı müəssisə və təşkilatın rəhbərliyi tərəfindən müəyyənləşdirilir. Eyni zamanda istər dövlət və istərsə də xüsusi seksiyaya daxil olan müəssisə, şirkət və firmalar ümumdövlət sisteminə daxil olan iqtisadi inkişafın işlənməsi ilə bağlı məlumatlan, o cümlədən öz fəaliyyətləri ilə bağlı zəruri olan informasiyaları təqdim etməyə borcludurlar.



Qanuna müvafiq olaraq dövlət tərəfindən müəyyənləşdirilən və təqdim edilməsi zəruri olan kommersiya sirrinə aid edilənlərə aşağıdakılar daxildir:

  • təsis sənədləri, qeydiyyat vəsiqəsi, patentlər lisenziyalar;

  • dövlət büdcəsinə vergi və digər ödəniş və ayırmaların düzgünlüyünü yoxlamaq üçün zəruri olan müəyyən hesabat formaları;

~ müəssisənin ödəniş qabiliyyəti haqqında sənədlər;

- müəssisədə işçilərin sayı, tərkibi, onların əməkhaqqı, əmək şəraiti, həmçinin boş iş yerlərinin sayı haqqında məlumatlar;

  • vergi digər məcburi ödənclərin ödənilməsi haqqında məlumatlar;

  • ətraf mühitin çirklənməsi, antiinhisar qanunvericiliyi ya əmək şəraiti təhlükəsizliyinə aid tələblərin, əhalinin sağlamlığına mənfi təsir edən məhsulların satışı və digər qanunvericilik aktlarının pozulması haqqında məlumatlar.

79

  1. FƏSİL.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə