Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


-cu Sxem. Risklərin sifarişçibr və podratçılar arasında



Yüklə 1,54 Mb.
səhifə43/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   39   40   41   42   43   44   45   46   ...   444
5-cu Sxem. Risklərin sifarişçibr və podratçılar arasında bölüşdürülməsi prosesinin ümumi konseptual modeli

82 Vaqif Niftullayev. Sahibkarlığın əsasları

Risklərin təhlilinin blok-sxemi aşağıdakı sxemdə göstərilmişdir

(sxem NL> 4).

Sahibkarlıq fəaliyyətində risklərdən itkilər maddi əmək, maliyyə, vaxt itkisi və xüsusi növ itkilər olmaqla fərqlənir.'

Maddi itkilər - bilavasitə layihədə nəzərdə tutulmayan xərclərlə bağlıdır.iBundan əlavə, maddi itkilər natural ifadədə maddi obyektlərin birbaşa itkisi ilə də (binalar, qurğular, məhsul, yarımfabrikat, xammal, materialllar, komplekləşdirilmiş məlumatlar) xarakterizə olunuK

Əmək itkiləri - iş vaxtı itkilərini ifadə edir ki, bu da təsadüfi və gözlənilməz şərtlərlə əlaqədardır.' İş vaxtı itkiləri adlanan adam-saat və ya adam-günlə ölçülür. ^

Maliyyə itkiləri - dəyər ifadəsində birbaşa dəyən zərərdən (sahibkarlıq fəaliyyəti ilə bağlı layihədə nəzərdə tutulmayan ödənişləri, cərimələri, vaxtı keçmiş proseslərə görə ödənişləri, əlavə vergiləri, pul vəsaitləri və qiymətli kağızların oğurlanmasından yaranan zərərləri) yaranır; Maliyyə itkiləri layihənin nəzərdə tutulmuş maliyyələşmə mənbələrindən pul vəsaitlərinin alınmaması və ya axıra qədər alınmaması, həmçinin borcların qaytarılmaması nəticəsində də yarana bilər.

\ Vaxt itkisi sahibkarlıq fəaliyyəti ilə bağlı proseslərin layihədə nəzərdə tutulmuş müddətdən gec yerinə yetirilməsi ilə bağlı hallarda yaradı lırJ Vaxt itkisi saatlarla, günlərlə, on günlərlə və aylarla ölçülür.

' Xususi növ itkilərə insanların həyatına və sağlamläşdırılmasına, ətraf mühitə dəyən zərərdən yaranan itkilər aid edili/ və əlverişsiz sosial-psixoloji faktorlarla şərtlənir. Xüsusi növ itkilərə siyasi xarakterli gözlənilməz faktorların təsirindən yaranmış itkilər də aid edilir. Bu faktorlara həmçinin yaranmış qarmaqarışıqlıq iqtisadi şəraitdə təsir edir ki, bu da istehsal-təsərrüfat fəaliyyətinin ritmini pozur. Nəticədə isə canlı və əşyalaşmış əmək məsariflərini artırır, mənfəət isə azalır. Risklərin siyasi faktorlarının tipik mənbələrinə insanların işgüzar fəaliyyətinin aşağı düşməsi, qəbul edilmiş qanunvericilik aktlarının icra olunmaması, ödəniş və qarşılıqlı hesablaşmaların pozulması, vergi dərəcələrinin sabitsizİiyi, məcburi ayırmalar və ödənişlər aid edilir.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə