Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


§ 4. Biznes-planın və sahibkarlıq risklərinin aşağı salınması



Yüklə 1,54 Mb.
səhifə46/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   42   43   44   45   46   47   48   49   ...   444

§ 4. Biznes-planın və sahibkarlıq risklərinin aşağı salınması


Sahibkarlıq risklərinin aşağı salınması bazar münasibətləri şəraitində müəssisə və firmalarda biznes-planın mükəmməl işlənib hazırlanmasından və proqnozlardan daha çox asılıdır. Planlaşma və proq- nozlaşma müəssisənin həcmindən və onun mülkiyyətinin təşkilati-hü- quqi formasından asılı olmayaraq firmaların işgüzar fəaliyyətinin ayrılmaz tərkib hissəsidir.

Biznes-plan bu və ya digər konkret şəraitə uyğun olaraq biznesin genişlənməsi imkanlarının təhlilini əhatə edir. Biznes-plan mövcud imkanlardan səmərəli istifadə edilməsinə və bu sahədə mümkün olan risklərin dərəcəsini minimuma endirməklə bağlı dəqiq təkliflər hazırlanmasına imkan verir. Zəruri hesablamalara öz əsaslandırmalara malik dəqiq milli biznes-planı sahibkara və fəaliyyətini genişləndirməyə, baş verə bilən dəyişiklikləri və gələcək problemləri əvvəlcədən görməyə, cari əməliyyatlara nəzarət etməyə, fəaliyyətinin gözlənilən müvəffəqiyyətini qiymətləndirməyə, pul resurslarının ehtiyatım müəyyənləşdirməyə kömək edir. Biznes-planın tam şəkildə işlənib hazırlanması və layihənin genişləndirilməsi elmi proqnozlaşdırma ilə müşaiyət olunur.

Ehtiyat pul resurslarının formalaşması gözlənilməz xərclərin örtülməsinə xidmət edir. Pul resurslarının formalaşması potensial risklər arasındakı nisbətin müəyyənləşdirilməsini nəzərdə tutur. Bu da layihələrin yerinə yetirilməsi zamanı çatışmazlıqlann aradan qaldırılması üçün zəruri olan xərclərin həcminə və layihələrin dəyişməsinə təsir edir. Burada ən başlıca problem risklərin potensial nəticəsinin qiymətləndirilməsidir. Nəzərdə tutulmayan xərclərin örtülməsi yaradılan ehtiyatların həcmindən daha çox asılıdır. Yaradılmış ehtiyatların həcmi kifayət etmədikdə isə artıq vəsaitlərin xərclənməsi, yəni onların israfçılığı baş verir.

Qarşıya qoyulan problem nə qədər anlaşıqlı olarsa və yaxşı təhlil edilərsə, onda sahibkarlar öz fəaliyyətinə başlayarkən problemin həlli ilə bağlı daha səmərəli qərarlar qəbul etməklə risklərin dərəcəsim aşağı salmış olarlar. Ən optimal və səmərəli biznes-plan partnyorlarla və investorlarla razılaşdırılıb hazırlanan məsələləri özündə əks etdirir. Bunlar da aşağıdakılardan ibarətdir:



- nəzord.1tutulan fəaliyyət sahələri reallıq kəsb edirmi kifayət qədər

etibarlı səlahiyyətlidirmi?;

- fəaliyyəti həyata keçirmək üçün zəruri olan maddi-texniki baza kifayət qədər təkmilləşibmi?;

-istehsal olunacaq məhsula və göstəriləcək xidmətə olan tələb 3-5 il müddətinə davam edirmi?;

/I'psiL Sahibkarlıq riskləri 87

  • daxili xarici bazarda analoji məhsula olan tələb qiymətin dinamikası hansı səviyyədədir?;

  • əmək, maddi və maliyyə resurslarına çəkilən xərcləri əldə edilə- l ək mənfəət təmin edirmi?

(iöstorilən hesablamalar biznes-planın iqtisadi nöqteyi-nəzər- (l,Hi daha səmərəli variantının seçilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Optimal və səmərəli variantda hazırlanmış biznes-plan nəzərdə tutulan gəlirlərin əldə edilməsinin ehtimallıq dərəcəsini yüksəldir.

Ogər biznes-planın hazırlanmasında sahibkarın özü şəxsən iştirak ı-dıı sə, onda bu planda nəzərdə tutulan proseduralar risklərin aşağı sa- lımnasına daha çox təsir göstərməlidir. Çünki sahibkarın özü tərəfindən gələcək fəaliyyət prosesi modelləşdirilir, biznes-planın hazırlanması bütün mərhələlər üzrə yoxlanılır, qarşıya qoyulan məqsəd və və- /dələrə nail olmaq üçün nəzərdə tutulan və nəzərdə tutulmayan risk- ləım mövcudluğu müəyyənləşdirilir və xərclərin son nəticəsinin ope- laiiv uçotu aparılır.

Biznes-planın sahibkarlıq riskinin aşağı salınmasına təsiri o zaman qüvvəli olur ki, biznes-planın mərhələləri arasında qarşılıqlı əlaqələrdə ardıcıllıq nəzərə alınsın. Risklərin aşağı salınması məqsədilə hazır- laıulaıı biznes-planı aşağıdakı sxemdə (Sxem 5) göstərilir.



14


Sxem N? 5. Risk dərəcələrinin aşağı salınmasına təsir edən biznes-planın hazırlanması sxemi

I xüsusi fəaliyyət növünün və ya yeni kommersiya layihələrinin yaradılması haqqında qərarların qəbul edilməsi;

’ nəzərdə tutulan layihələrin reallaşması üçün xüsusi imkanların təhlili;

' layihənin məqsədi, iş və xidmət növlərinin seçilməsi;

I s a t ı ş bazannm mümkün variantının tədqiqi;

'• salışın həcmi ilə bağlı proqnozların tərtib edilməsi;

88 Vaqif NiftuUayev. Sahibkarlığın əsaslan


  1. - kommersiya və ya istehsal fəaliyyətinin həyata keçməsi üçün yerin seçilməsi;

  2. - istehsal planının işlənib hazırlanması;

  3. - təşkilati planın işlənib hazırlanması;

  4. - marketinq planının işlənib hazırlanması;

  5. - gələcək kommersiya fəaliyyətinin hüquqi sxeminin işlənib hazırlanması;

  6. mühasibat uçotunun təşkili ilə bağlı məsələlərin həlli;

  7. sığorta məsələlərinin həlli;

  8. maliyyə planının hazırlanması;

13 - biznes-planın xülasəsinin hazırlanması.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə