Nigar Hüseynova


ŞӘKӘRİM (ŞAHKӘRİM) KUDAYBERDİYEV



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə92/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   88   89   90   91   92   93   94   95   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

ŞӘKӘRİM (ŞAHKӘRİM) KUDAYBERDİYEV  
Ömrünü  vәtәn  vә  millәt  yolunda  şam  kimi  әridәn,  lakin  siyasi  baxışlarına  görә  uzun  illәr 
adının çәkilmәsi belә qadağan olunan şәxslәrdәn biridir. Şahkәrim şair, yazıçı, tәrçümәçi, tarixçi, 
pedaqoq, filosof, bәstәkar bir şәxsiyyәtdir. 
 Şәkәrim  qazax-qırğızlar  arasında  mәşhur  olan 
Arqın
  tayfasının 
Tobıktı  (Tıbıktı)
 
nәslindәndir.  1858-ci  il  iyulun  11-dә  Rusiyanın  işğal  etdiyi  bölgәdә  yaratdığı  Semey 
(Semipalatinsk)  qәzasının 
Çınqıs  (Çingiz)
  nahiyyәsinin 
Genbulaq
  kәndindә  anadan  olub 
(Kalkan, 2002:313).  
Şәkәrim  5  yaşından  7  yaşına  kimi  kәnd  mollasının  yanında  tәhsil  alıb.  Kiçik  yaşda  atası 
dünyasını  dәyişdiyindәn  әmisi  tәrәfindәn 
böyüdülüb. 
İbtidai  sәviyyәdә  tәhsil  alsa  da  Abayın 
tәşviqiylә Ərәb, Fars ve Rus dillәrini öyrәnәrәk 19-cu әsr klassik Qazax әdәbiyyatının görkәmli 
bir şәxsiyyәti olub.  
Şәkәrim  kiçik  yaşlarından  at  minmәyi,  at  çapa-çapa  sәrrast  hәdәfi  vurmağı,  şahin  quşunu 
әhillәşdirib
  onunla  ov  etmәyi  öyrәnmәklә  yanaşı,  dombra,  qarmon  vә  digәr  musiqi  alәtlәrini  dә 
çalmağı,  musiqi  alәtlәri  düzәltmәyi,  rәsm  çәkmәyi,  dәri  aşılayıb  ondan  geyim  hazırlamağı  da 
öyrәnib. 
Gәnc  yaşlarından  әdәbiyyata,  tarixә,  fәlsәfәyә,  xüsusәn  fizikaya  böyük  maraq  göstәrib. 
Doğu  filosoflarının, 
xüsusәn  sufilәrin  tәsiri  altında  hәqiqәt  axtarışlarına  başlayıb.  Hafizin, 
Fizulinin,  Nәvainin,  Bayronun,  Puşkinin,  Lermontovun,  Tolstoyun  әsәrlәrini  tәhlil  edәrәk 
oxuyub.  Aleksandr  Puşkinin  “Dubrovski  haqqında  hekayәlәr”ini,  “Tufan”  әsәrini  nәzmlә,  Lev 
Tolstoyun “Asarxidon”, “Üç sual”, “Çar Krez” hekayәlәrini, Biçer-Stoyun “Tom dayının koması” 
povestini nәsrlә qazax dilinә çevirәrәk ana dilinin zәnginliyini göstәrib.
 
 
Qazax-qırğızların  tarixini  dәrindәn  öyrәnib,  xalqını  azadlığa  aparacaq  yolları  axtarıb. 
Şәkәrim,  bәdii  yaradıcılığa  nisbәtәn  gec  başlayıb.  1891-ci  ildә  “

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə