|
![](/i/favi32.png) Nigar Hüseynova-cü il dekabrın 23-də Qaqauz Yeri Muxtar VilayətiniSON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)1994-cü il dekabrın 23-də Qaqauz Yeri Muxtar Vilayətini
yaradıblar
vә türk dilinin güney-batı (oğuz) lәhcәsindә danışırlar.
1957-ci ildən 1993-cü ilədək
kiril əlifbası əsasında yaradılmış əlifbadan istifadə ediblər
. Sovetlәr Birliyi dağıldıqdan sonra
bir çox türk xalqları kimi onlar da 1996-cı ildәn latın әlifbasına keçiblәr
(İsayev 1998:89).
Qaqauz Yeri Muxtar Cümhuriyyәtinin paytaxtı Komratdır. Bölgә bu gün dә xalq arasında
vә coğrafi vahidlәrdә Bucaq adlanır.
Qaqauz türklәrinin әdәbi dilinin inkişafında 20-ci yüzilliyin ilkin on illiklәrindә yaşamış
nüfuzlu din xadimi
Mixail Çakır
ın yazdığı vә tәrcümә etdiyi Xristian dininә mәxsus duaların,
tarixi vә etnoqrafik mәqalәlәrin rolu olsa da, әsaslı dәyişiklik 1957-ci ildә Kiril әlifbasının
qәbulundan sonra baş verib. Orta mәktәblәrdә dәrslәr ana dildә keçirilmәyә başlanıb, qәzetlәrdә
qaqauz türkcәsindә sәhifәlәr hazırlanıb, dәrsliklәr çap olunub.
Qaqauz türklәrinin yazılı әdәbiyyatının formalaşmasında Mixail Çakırdan (1861-1938)
sonra Nikolay Arabacı (1893-1960), Nikolay Tanasoğlu (1895-1979), Dionis (Dәniz) Tanasoğlu
(1922-2006), Todur Zanet (1958) vә özgәlәrinin böyük әmәyi olub.
Qaqauz folklorunu ilk dәfә
V. Moşkov
toplayıb. Varşovadakı Rus ordusunun hәkimi V.
Moşkov kәnd-kәnd gәzәrәk folklora vә etnoqrafiyaya aid materialları toplayaraq 1904-cü ildә çap
etdirib, ancaq o qaqauzları ayrı bir millәt kimi qәlәmә verib (Moşkov 1904).
Atanas Manov
da, V.
Moşkov kimi qaqauzları fәrqli bir millәt kimi öyrәnmәyә çalışıb (Manov 1939:107). Bütün
bunların arxasında Rusiyanın parçalayıcı siyasәti dayanır.
Dostları ilə paylaş: |
|
|