Nigar Hüseynova



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə84/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   80   81   82   83   84   85   86   87   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

 
ABAY KUNANBAYEV
  
Abay,  1845-ci  ilin  avqust  ayının  22-ci  günü  Qazaxıstanın  qәdim  şәhәri 
Karkaralı
 
vilayәtinin 
Şınqıs  dağının  Kaskabulaq
  yaylağındakı 
Karavıl
  kәndindә  dünyaya  gәlib.  Əsl  adı 
İbrahimdir.  Orta  Cüz  Qazaxlarından 
Arqın
  boyunun 
Tıbıktı
  qoluna  mәnsubdur.  Abay  isә, 
qazaxların dilindә İbrahimin qısaldılmış formasıdır. Abayın atası 
Öskenbayev
 varlı vә nüfuzlu bir 
bәydi. Abay, ibtidai  mәktәbi kәndlәrindә başa vurub. On yaşında Semey şәhәrindәki mәdrәsәyә 
daxil  olub  orda  dini  elmlәrlә  yanaşı  әdәbiyyat,  tarix,  riyaziyyat,  coğrafiya  kimi  elmlәrdә  tәhsil 
alıb.  Ədәbiyyata  daha  artıq  әlaqә  göstәrib  vә  şәrq  klassiklәrindәn  Nizami,  Əlişir  Nәvai,  Fizuli, 
Sәdi  Şirazi  vә  Hafizi  Şirazinin  әsәrlәrini  oxuyub.  Şeir  yazmağa  o  çağlarda  başlayıb.  Daha  çox 
әruz vәzni ilә şeirlәr yazıb. Digәr tәrәfdәn rus mәktәbinә dә davam edәrәk Rus dilini öyrәnib. On 
üç  yaşında  atası  hәccә  getdiyi  vaxt  boyunun  idarәsini  tәhvil  alıb  vә  tәhsilini  yarım  buraxıb. 
Belәliklә  xalqını  daha  yaxından  tanımaq  fürsәtini  әldә  edib.  Hökumәtә  müraciәt  edәrәk  idarәdә 
işlәmәk  istәyib.  1876-1878-ci  illәr  arasında 
Konır  Kökşe
  adlı  mahalın  idarәçisi  olub.  Siyasi 
qüdrәtini, xoşagәlmәz nahaq icraatlara qarşı işә salıb, ancaq bunda o qәdәr dә uğurlu ola bilmәyib 
vә  idarәçilikdә  adil  hәrәkәt  etmiyәn  atası  ilә  ixtilafa  düşüb.  Toplumun  üzlәşdiyi  çәtinliklәri  vә 
idarәdәki  sәhvliklәri  şeirlәri  ilә  hәcv  edәrәk  xalqı  oyandırmağa  çalışıb.  Ancaq  o  çağda  şairlәrә 
Qazaxlar ikrah hissilә yanaşıb onları tәhqir edirdi. Bu sәbәblә 1886-cı ilә kimi şeirlәrini ayrı bir 
adla yazıb-yaradıb. Ruslar onun ayıq bir ziyalı olduğunu görüb Semey bölgәsinә sürgün ediblәr. 
Abay  burada  rus  dilini  daha  yaxşı  öyrәnәrәk  Rus  әdәbiyyatının  görkәmli  şәxsiyyәtlәrinin 
әsәrlәrini  oxumaq  fürsәtini  tapıb.  Qırx  yaşına  çatdığı  vaxt  artıq  tamamilә  әdәbiyyat  sahәsinә 
yönәlib vә “
Jaz
” adlı şeirini ilk dәfә öz adıyla çap etdirib. Bu çağdan etibarәn yazdığı şeirlәrdә 
Qazax  xalqını  oyandırmağa  çalışıb.  1890-cı  illәrә  gәldikdә  xalqının  sevdiyi  vә  düşüncәlәrinә 
etimad  etdiyi  bir  ziyalı  şair  olub.  Yeni  nәsillәrә  örnәk  olub  vә  onun  yolunu  izlәyәn  şair  vә 
yazıçılar yetişdirib.  
19-cu  әsrdә  ilkin  örnәklәri  yaranmağa  başlayan  Qazax  yazılı  әdәbiyyatının  banisi  olan 
Abay müasir әdәbiyyatın da әn görkәmli nümayәndәsidir (Kurtuluş, 2002:373-374). 
Abay,  yalnızca  Qazax  xalqını  sevmәklә  kifayәtlәnәn  biri  deyildir.  O,  xalqının  inkişafı 
yolunda,  onu  ayıq  salmada,  milli  mәdәniyyәtini  vә  әdәbiyyatını  irәli  aparmaqda  böyük  tәsir 
bağışlamış bir şәxsiyyәtdir. 
 
MUXTAR AVEZOV
 
Qazax  әdәbiyyatının  klassik  şәxssiyyәtlәrindәn  biri  olan  Muxtar  Avezov  köçәri  bir  qazax 
övladı kimi 1897-ci ildә 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə