|
Nigar HüseynovaSON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)
ABAY KUNANBAYEV
Abay, 1845-ci ilin avqust ayının 22-ci günü Qazaxıstanın qәdim şәhәri
Karkaralı
vilayәtinin
Şınqıs dağının Kaskabulaq
yaylağındakı
Karavıl
kәndindә dünyaya gәlib. Əsl adı
İbrahimdir. Orta Cüz Qazaxlarından
Arqın
boyunun
Tıbıktı
qoluna mәnsubdur. Abay isә,
qazaxların dilindә İbrahimin qısaldılmış formasıdır. Abayın atası
Öskenbayev
varlı vә nüfuzlu bir
bәydi. Abay, ibtidai mәktәbi kәndlәrindә başa vurub. On yaşında Semey şәhәrindәki mәdrәsәyә
daxil olub orda dini elmlәrlә yanaşı әdәbiyyat, tarix, riyaziyyat, coğrafiya kimi elmlәrdә tәhsil
alıb. Ədәbiyyata daha artıq әlaqә göstәrib vә şәrq klassiklәrindәn Nizami, Əlişir Nәvai, Fizuli,
Sәdi Şirazi vә Hafizi Şirazinin әsәrlәrini oxuyub. Şeir yazmağa o çağlarda başlayıb. Daha çox
әruz vәzni ilә şeirlәr yazıb. Digәr tәrәfdәn rus mәktәbinә dә davam edәrәk Rus dilini öyrәnib. On
üç yaşında atası hәccә getdiyi vaxt boyunun idarәsini tәhvil alıb vә tәhsilini yarım buraxıb.
Belәliklә xalqını daha yaxından tanımaq fürsәtini әldә edib. Hökumәtә müraciәt edәrәk idarәdә
işlәmәk istәyib. 1876-1878-ci illәr arasında
Konır Kökşe
adlı mahalın idarәçisi olub. Siyasi
qüdrәtini, xoşagәlmәz nahaq icraatlara qarşı işә salıb, ancaq bunda o qәdәr dә uğurlu ola bilmәyib
vә idarәçilikdә adil hәrәkәt etmiyәn atası ilә ixtilafa düşüb. Toplumun üzlәşdiyi çәtinliklәri vә
idarәdәki sәhvliklәri şeirlәri ilә hәcv edәrәk xalqı oyandırmağa çalışıb. Ancaq o çağda şairlәrә
Qazaxlar ikrah hissilә yanaşıb onları tәhqir edirdi. Bu sәbәblә 1886-cı ilә kimi şeirlәrini ayrı bir
adla yazıb-yaradıb. Ruslar onun ayıq bir ziyalı olduğunu görüb Semey bölgәsinә sürgün ediblәr.
Abay burada rus dilini daha yaxşı öyrәnәrәk Rus әdәbiyyatının görkәmli şәxsiyyәtlәrinin
әsәrlәrini oxumaq fürsәtini tapıb. Qırx yaşına çatdığı vaxt artıq tamamilә әdәbiyyat sahәsinә
yönәlib vә “
Jaz
” adlı şeirini ilk dәfә öz adıyla çap etdirib. Bu çağdan etibarәn yazdığı şeirlәrdә
Qazax xalqını oyandırmağa çalışıb. 1890-cı illәrә gәldikdә xalqının sevdiyi vә düşüncәlәrinә
etimad etdiyi bir ziyalı şair olub. Yeni nәsillәrә örnәk olub vә onun yolunu izlәyәn şair vә
yazıçılar yetişdirib.
19-cu әsrdә ilkin örnәklәri yaranmağa başlayan Qazax yazılı әdәbiyyatının banisi olan
Abay müasir әdәbiyyatın da әn görkәmli nümayәndәsidir (Kurtuluş, 2002:373-374).
Abay, yalnızca Qazax xalqını sevmәklә kifayәtlәnәn biri deyildir. O, xalqının inkişafı
yolunda, onu ayıq salmada, milli mәdәniyyәtini vә әdәbiyyatını irәli aparmaqda böyük tәsir
bağışlamış bir şәxsiyyәtdir.
MUXTAR AVEZOV
Qazax әdәbiyyatının klassik şәxssiyyәtlәrindәn biri olan Muxtar Avezov köçәri bir qazax
övladı kimi 1897-ci ildә
Dostları ilə paylaş: |
|
|