Nigar Hüseynova



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə80/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   76   77   78   79   80   81   82   83   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

Issıkkul  Forumu
  adlı  uluslararası 
intellektual  hәrәkatın  tәşәbbüskarı  kimi  vәzifә  yeridib.  2008-ci  ilin  İyun  ayının  10-cu  günü 
Almaniyanın Nürnbәrg şәhәrindә müalicә olunduğu xәstәxanada Haqqa köçüb.  
Əsәrlәri: 
Gün  var  əsrə  bərabər

Fuji-Yama

Ağ Gəmi

Əlvida Gülsarı

Cəmilə

Dağlar 
və  Seteplərdən  Nağıllar

Torpaq  Ana

Çingiz  Xana  Küsən  Bulud

Edam  Kötüyü

Uşaqlığım

Qırmızı Alma

Dəniz Kənarıyla Qaçan Alabaş

Əsrdən Uzun Gün

Köşək Gözü

Ana Tarla

İlk 
Durnalar

Dağlar Düşəndə
 romanı 2007-ci ildә yazdığı son әsәridir. 
Qırğız  әdәbiyyatının  әn  önәmli  ünsürü  “
Akınlık
”  gәlәnәyidir.  Bunların  әn  görkәmli 
nümayәndәlәrindәn biri 
Arstanbek Buylaş Uulu
dur. 
Ozan,  qopuz  ustası  vә  bilgә  şәxsiyyәt  olan  Buylaş  Uulu  1824-cü  ildә  Narında  dünyaya 
gәlib,  1878-ci  ildә  Qırığızların  müqәddәs  qәbul  etdiyi  Issık  Kulun 
Çıçkan
  kәndindә  vәfat  edib. 
Buylaş  Uulu  hәlә  16  yaşındaykәn  ozan  kimi  tanınıb  vә  Qırğızstanın  bütün  bölgәlәrini  dolanıb. 
Hәtta  Xokand  Xanlığı  bәylәrinin  әmriylә  tutulub  zindana  salınan  atası  Buylaşı  xilas  etmәk 
mәqsәdiylә  Xokanda  gedib,  bir  il  oralarda  qalaraq  qopuzunu  çalıb  dastanlar  söylәyәrәk  geri 
qayıdıb.  Çar  Rusiyasının  19-cu  әsrin  ortalarından  tutmuş  Qırğızstanı  işğalına  qarşı  mübarizә 
edәnlәrin  әn  başında  dayanıb.  Beş  yüzә  yaxın  qopuz  bәstәsi  çalıb  ki,  onların  tәqribәn  iki  yüz 
qәdәrini özü bәstәlәyib (Kayıpov, 2005:276).  
Toqolok Moldo 
Toqolok Moldo Qırğızların әn tanınmış şairidir. Narın bölgәsinin 
Kurtka
 kәndindә 1860-
cı ildә kasıb bir ailәnin evladı kimi dünyaya gәlib. Əsil adı 
Bayımbet
dir. Ərәb dilindә oxu-yazı 
bildiyindәn vә biraz da gödәrәk olduğuna görә ona Toqolok Moldo yәni Yumru Molla deyiblәr. 
14 yaşındaykәn atası vәfat edib, özündәn kiçik  beş qardaşı  ilә yetim qalıb. Kәndlәrinin mollası 
Muzoke
nin  yanında  qalıb  ondan  әrәb  dilini  öyrәnib.  Muzokenin  özü  böyük  bir  dastançı 
olduğundan  Moldoya  qopuzu  vә  dastanları,  hekayәlәri,  şәcәrәlәri,  nağılları  daim  danışaraq 
Moldonun istedadının inkişafına kömәk olub. Ancaq Muzoke dә vәfat edincә Toqolok Moldo tam 
mәnasıyla yetim qalıb. Qohumlarıyla birlikdә 
Çü
 bölgәsinә köçüb, orda varlı Rus vә Qırğızların 
yanında  işlәyib.  Oxu-yazı  bildiyindәn  şeirlәrini  qeydә  alıb,  ancaq  Kommunist  inqilabına  kimi 
Qırğızstanda  mәtbәә  olmadığından  әsәrlәri  çap  edilә  bilmәyib.  Kommunizmin  Qırğızstanda 
hakimiyyәt qurmasından sonra şeirlәrindәn ibarәt “
Nəsihət
” adlı әsәri 1925-ci ildә Moskvada çap 
olunub. 
Toqolok  Moldo  Qırğızların  tanınmış  Manasçılarından  biridir.  Özünün  yazdığı  ayrı  bir 
Manas Dastanı vardır. O, Qırğız xalqının adәt vә әnәnәlәri, folkloru ilә şifahi xalq әdәbiyyatına 
dәrinlәmәsinә vaqif olan bir şairdir. Xalqının әdәbiyyatına qazandırdığı bәhrәlәrә görә “Lәyaqәt 
Medalı” ilә tәltif olunub (Kayıpov, 2005:304). 
 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə