|
![](/i/favi32.png) Nigar HüseynovaCümhuriyyətini qurmağı qərara alıbSON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)Cümhuriyyətini qurmağı qərara alıb
. Hәmin il noyabrın 12-dә onlar bu işi gerçәklәşdirәrәk
Qaqauz Muxtar Sovet Sosialist Cümhuriyyәtini elan edәrәk hökumәt yaradıblar.
Moldoviya hökumәtinin susması 23.12.1994-cü ilәdәk davam edib. Hәmin ilin
noyabrında Moldoviya Mәclisi Qaqauz Yeri Muxtar Vilayәti yaradılması haqqında qanun qәbul
edib. Bu qanun qaqauzların Moldoviya tәrkibindә milli haqlarını qoruyaraq yaşamalarını nizama
salır
(Bulgar 1999:75).
Krım Tatarları
Qaradәnizin qüzeyindә yerlәşәn Krım Yarımadasının әsas xalqı olan Krım Türklәri, Türk
xalqının önәmli bir hissәsidir. 1944-cü ildә Stalinin sürgün siyasәti nәticәsindә hәr mahalda
ancaq 20 dәqiqә möhlәt verilәrәk şәxsi әşyalarını götürmәlәri tәlәb edilib vә heyvan qatarlarına
doldurulub Sibirin buzlu cәhәnnәminә sürgün edilmәzdәn qabaq Krımın güney sahillәrindә
Yalıboyu deyilәn yerdә yaşayan Krım Türklәri Oğuz Türkcәsinin hakim olduğu bir dildә
danışırdı. Çöl deyilәn bölgәdә yaşayanlar isә, yәni Krımın qüzey hissәsindәki düzlüklәrdә vә
Kәrç Yarımadasında yaşayanlar Qıpçaq xarakterli bir Türkcә ilә danışırdı.
Krımda İslam dini aralarında rusların
da yer tuttuğu şәrqi slavyan xalqlarını tәqribәn iki
әsr hakimiyyәti altında saxlayan Qızıl Orda Dövlәti zamanında buradakı Türklәr tәrәfindәn qәbul
edilib.
Krım xanlığı 15-ci әsrdә yaranıb vә Osmanlı Dövlәtinin tәrkibinә daxil olaraq üç yüz il
onunla birgә hәrәkәt edib. Ancaq 18-ci әsrdә Osmanlı Dövlәtinin qüdrәtini itirmәsi sәbәbi ilә
1768-ci ildә başlayıb 1774-cü ildә başa çatan Osmanlı-Rus hәrbindә Osmanlı ordusu mәğlub olub
vә Kiçik Qaynarca Sazişi imzalanıb. Bu sazişin imzalaması nәticәsindә Krım Osmanlının әlindәn
çıxıb, 1783-cü ildә dә Rusiya tәrәfindәn tamamilә hakimiyyәt altına alınıb. Bununla da Krım
Türklәrinin fәlakәti başlayıb. Tarixin müxtәlif dövrlәrindә sürgünlәr yaranıb. Ən dәhşәtlilәrindәn
biri 1928-ci ildә sovetlәşmә siyasәtinin yeridilmәsi nәticәsindә yaranıb vә on minlәrlә Krım
Türkü “kulak” olduqları iddia edilәrәk Ural bölgәsi, Sibir vә digәr yerlәrә sürülәrәk kütlәvi
şәkildә mәhv edilib. İkinci Dünya Müharibәsi әsnasında Krım Yarımadası Almanlar tәrәfindәn
işğal edilib, ancaq Alman ordularının mәğlubiyyәtә uğrayıb geri çәkilәrkәn keçdiklәri mәskun
mahalların tamamına od vurub yandırıb vә hәrbdә istifadә edә bilәcәklәri Krımlıları әsir götürüb
aparıblar. Ruslar, Krımı işğal etdikdәn sonra Krım Türklәrini Almanlarla әmәkdaşlıq etmәklә
ittiham edib vә Stalinin 11 May 1944-cü ildә imzaladığı qәrarnamә ilә 17-18 may gecәsi Krım
türklәrinin tamamı Sibirә, Orta Asiyaya sürgün edilib (Kırımlı;kirimdәrnәgi.org=456).
Sovet İmperiyasının can verdiyi 1988-ci ildә Krım türklәri kütlәvi şәkildә tәkrar doğma
vәtәnlәrinә qayıdıb, bu qayıdış yenә dә davam edir. Daha öncә Ukraynaya buraxılan Krım 2014-
cü ildә tәkrar Rusiya Federasiyası tәrәfindәn işğal edilib.
Dostları ilə paylaş: |
|
|