7
dövründә Bağçasaray, Balaklava, Sudak, Kәfә, Manqup vә Karasubazarda mәskunlaşıblar. Bunu
Övliya Çәlәbi dә öz sәyahәtnamәsindә qeyd edib (Tәmәlkuran-Çәvik-Aktaş 1980; 374-375, 377-
378, 394, 412-413, 441).
Xәzәrlәr, İdil çayı sahillәrindә vә Krım Yarımadası arasında öz xanlıqlarını yaradıblar.
Xәzәr, tәk başına bir xalqın adı deyildir. Ön Bulqarlar, Sabirlәr vә Qәrbi Göytürk boylarından
ibarәt bir topluluqdur. Öncәlәri Göytürk dövlәtinә tabe olan Xәzәrlәr 558-ci ildә Göytürk
dövlәtinin qәrbi qolu kimi Xәzәr Dövlәtini yaradıblar vә Şimali Qafqazda hakimiyyәtlәrini
möhkәmlәndirdikdәn sonra Persiya vә Bizans İmperiyası üstünә axınlar ediblәr. Göytürk Dövlәti
630-cu ildә dağılandan sonra öz müstәqilliklәrini elan ediblәr vә Xәzәr Dәnizinә öz adlarını
qoyublar. Öncәlәri Göytanrı İnamına malik olan Xәzәrlәr 742-ci ildә Musәviliyi qәbul ediblәr.
Şәrqdәn gәlәn Peçeneklәrin ardıcıl hücumları ilә dövlәtlәri zәiflәyib vә 1048-ci ildә dә Kiev
Knyazlığı tәrәfindәn lәğv edilib, xalqları da digәr Türk tayfalarının olduğu yerlәrә köçüb onlarla
qaynayıb-qarışıblar. Bir hissәsi Krıma, bir hissәsi dә Şәrqi Avropaya üz tudub (Güllüdağ 2013;
1959-1966).
İsrailoğullarının Xaxamları Hz. Musadan sonrakı dövrlәrdә Tövrata әlavәlәr ediblәr,
ancaq Karaylar bu әlavәlәri qәbul etmәyiblәr vә Tövratdakı “on әmr”i әsas götürüblәr.
İbadәtlәrini “
Kenesa
” adlandırdıqları ibadәtxanalarda yerinә yetirirlәr. Dini ibadәtlәrindә “Ey
İsrailoğlu” әvәzinә “Ay Karayoğlu” deyirlәr. İbadәtlәrini Karay Türkcәsi ilә edirlәr, Allaha
“Yәhova” әvәzinә “Tәngri” ya da “Alla” deyir, Kenesalara ayaqqabılarını çıxarıb daxil olurlar.
Dәstәmaza oxşar şәkildә әllәrini-üzlәrini yuyur, әllәrini açıb dua edir vә salavat çevirmiş kimi
üzlәrini sığallayırlar. Özlәrinә mәxsus rüku vә sәcdәdәn ibarәt namaz qılırlar (Kuzgun pdf; 1-4).
Dostları ilə paylaş: