Nigar Hüseynova



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə20/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   16   17   18   19   20   21   22   23   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

Başqırd v
ə Başqıdıstan
 
Rusiya  Federasiyasını  tәşkil  edәn  muxtar  cümhuriyyәtlәrdәn  biri  olub  Volqa  Federal 
Bölgәsinә bağlıdır vә bölg
әnin 
mәrkәzi Nijniy Novqoroddur. Muxtar cümhuriyy
әtin paytaxtı isә 
Ufa şәhәridir.
 Torpaq sahәsi 143 600 kvadrat kilometrdir. Ölkәdә 54 rayon, 21 şәhәr, 40 qәsәbә 
vardır, paytaxtı Ufa şәhәridir, әhali sayı 4 milyon qәdәrdir. Önәmli şәhәrlәri Sterlitamak, Beloret, 
İşimbay, Sibay vә Belebeydir. Ölkә, Ural vә orta Ural dağlarının qәrbindә, İdil çayı ilә onun bir 
qolu  olan  Ufa  Çayı  hövzәsindә  yerlәşib.  Şimalqәrbindә  Tataristan  vә  Udmurt  Muxtar 
Cümhuriyyәti,  şimalında  Perm  vә  Sverdlosk,  şәrqindә  Çelyabinsk,  güneyindә  Orenburq  bölgәsi 
ilә әhatәlәnib.  
Yeraltı  sәrvәtlәri  ilә  Rusiya  Federasiyasının  әn  varlı  ölkәsidir.  Neft,  qaz,  kömür,  torf, 
mis, sink, dәmir, manqan, alüminyum vә qızıl mәdәnlәrinә malikdir. 
Başqırd adı ilk dәfә 9-cu әsrin mәnbәlәrindә anılıb.  
8-ci әsrdә İdil vә  Güney Ural bölgәsindә yaşayan başqırdlar daha sonra Qәrbi Sibirә dә 
yayılıblar.  İndiki  torpaqlarında  is
ә
  9-cu  әsrdә  mәskunlaşıblar.  13-cü  әsrdә  Monqol  hakimiyyәti 
tәrәfindәn Qızıl Orda Dövlәtinә tabe edilib, 14-cü әsrdә Özbәk Xan zamanında İslam dinini qәbul 
ediblәr.  Qızıl  Orda  Dövlәti  lәğv  olduqdan  sonra  hәmin  dövlәtin  mirasçıları  tәrәfindәn 
bölüşülüblәr. Rusların Qazan Xanlığının işğalı ilә Başqırd yurdu da işğal edilib. Bu vәziyyәt hәlә 
dә davam edir. 
Ruslar yerli xalqın dillәrini dә dövlәt dili kimi 1990-cı illәrdә qәbul ediblәr, bununla da 
qardaş xalqlar arasına ayrıseçkilik salıblar. Bu siyasәt Tatar-Başqırd ziddiyәtinin yaranmasına vә 
ifrata çatdırılmasına xidmәt edir (Özbay 2013;
 2031-2040
). Başqırd Türklәrinin dili Tatar, Qazax, 
Noqay Türklәrinin dili ilә qohumdur (Binәr 2013;
 2048
). 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə