|
![](/i/favi32.png) Nigar HüseynovaSON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)Әrgənəkon Dastanı
Bu dastan, Türklәrin yenidәn özlәrinә gәlmәsini, öz birliklәrini vә dövlәtlәrini
yaratmasını mövzu götürәn bir dastandır. Hәmәdanlı Yәhudi bir ailәnin evladı kimi dünyaya
gәlәn Rәşidәddin Fәzlullahı Hәmәdaninin yazdığı tarixlә birlikdә bir çox mәnbәdә qeydә alınıb.
Müqәddәs dağ vә mağaralar, bir xaosdan sonra Türklәrin tәkrar öz dövlәtlәrinә vә yurdlarına
qovuşması dastanda dilә gәtirilib (Köprülü, 1986: 56-57).
Uyğurların Törəyiş Dastanı
Monqol tarixçisi Ata Mәlik Cüveyninin “Tarixi Cihanguşa” adlı әsәrindә dә qeydә alınıb.
Temir Buka adına ucaldılan Uyğur abidәsindә dә dastanla bağlı mәlumatlar mövcuddur.
Dastanda Uyğurların bir ağacdan dünyaya gәlәn beş uşağın nә cür Uyğur xalqını tәkrarәn
meydana gәtirdiyi mövzu götürülüb. Mani dinini qәbul edәn Bögü Kağan dastanın qәhrәmanıdır,
ancaq dastanda Mani dininin prinsiplәri әvәzinә qәdim Türk inamı olan Tenqriçiliyin/Tanrıçılığın
әsas motivlәri nәzәrә çarpır (Ögәl, 2010: 73-90).
Dostları ilə paylaş: |
|
|