|
![](/i/favi32.png) Nigar HüseynovaQӘDİM TÜRK ӘDӘBİYYATI: POEZİYA VӘ NӘSRSON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)QӘDİM TÜRK ӘDӘBİYYATI: POEZİYA VӘ NӘSR
İslamdan qabaqkı dövrdә Türklәr Bozqır Mәdәniyyәtini yaradıb (Kafәsoğlu, 1998: 213-
214). Bu mәdәniyyәtin әn önәmli ünsürlәri at, ox vә yay idi. Kaşqarlı Mahmudun “Divanı
Lüğatit Türk” adlı әsәrindә
quş qanadı, Türk atı ilə
tәrzindә bir atalar sözü vardır (Kurnaz,
2004:103). Türklәr atla hәm azuqәlәrini tәmin edir, hәm uzaqları yaxın edir hәm dә onunla
düşmәn üstünә axınlar edәrәk qәlәbә çalırdı. Mifoloji çağlardakı dastan qәhrәmanları bu
mәdәniyyәtin axınçı tipini tәmsil edir. İslamdan öncәki dövrü qiymәtlәndirәrkәn dә Bozqır
Mәdәniyyәti vә bu mәdәniyyәtin әsas ünsürlәri nәzәrә alınaraq qiymәtlәndirilmәlidir.
İslamdan qabaqkı dövrün әdәbiyyatı dil, ifadә, duyğu vә zövq yönündәn milli xarakterli
bir әdәbiyyatdır. Bu dövr dә Göytürk vә Uyğur olmaqla iki hissәyә ayrılır, ancaq bu bölünmә dә
yazılı әdәbiyyata görәdir, çünki İslamdan qabaqkı dönәmdә şifahi әdәbiyyat örnәklәri yaradılıb
(Mәngi, 2015:16).
İslamdan öncәki çağlarda Türk әdәbiyyatı yad tәsirlәrdәn uzaq, dil saf olduğundan yad
sözlәrlә çirklәnmәmişdi. Ədәbiyyat, Bozqır Mәdәniyyәtinin atlı köçәri hәyatını әks etdirirdi. O
dövürdәn qalma әsәrlәrin әksәriyyәti anonim idi. Əsәrlәrin tamamında millәtin ortaq düşüncәsi
vә duyğusu hakimdi. Nәzm tәrzi dördlüklәrdәn ibarәtdi vә qafiyә sistemi dә
aaab, cccb
şәklindә
idi. Şeirlәr heca vәznindә yazılır, çoxluqla yarım qafiyә işlәdilirdi. Ən qәdim әsәrlәrdә belә
inkişaf etmiş bir dil hakimdi. O dövrün әsәrlәrindә vәtәn, tәbiәt, el sevgisi, böyüklәrә hörmәt әn
başda gedәn mövzulardı (Köprülü, 1981:81-82).
Qәdim Türk şairlәri, Tunqusların
Şaman
, Monqol vә Buryatların
Bo
vә ya
Buguə
, Saxa
Türklәrinin
Oyun
, Altay Türklәrinin
Qam
, Qırğızların
Baxsı
vә ya
Baxşı
, Oğuzların
Ozan
dediyi
şәxslәrdi. Onlar xalq arasında hәdsiz dәyәr verilәn insanlardı. Bunlar sәhrkarlıq, rәqqaslıq,
musiqişünaslıq, xalq hәkimliyini icra edәn vә dövlәtin әn etibar etdiyi kәslәrdi. Onların
müәyyәn zamanlarda vә mәkanlarda özlәrinә mәxsus libasları, musiqi alәtlәri vardı. Bunlar
müәyyәn vaxtlarda Tanrıya, göydәki hami ruhlara qurban tәqdim edir, ölәn şәxsin ruhunu yerin
yeddi qat tәrkinә yollaya bilir, cinlәrin әmәllәri olan pisliklәrә, xәstәliklәrә vә ölümlәrә mane
ola bilir, xәstәlәri müalicә edir, bәzi ruhları göyün müxtәlif qatlarına yollaya bilirdilәr (Köprülü,
2004:71-72).
Dostları ilə paylaş: |
|
|