Nigar Hüseynova



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə38/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   34   35   36   37   38   39   40   41   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

 
Saqu:
  Qәdim  vaxtlarda  yaradılan  әdәbiyyat  şifahi  idi  vә 
saqular
  da  şifahi  şәkildә  dilә 
gәtirilir,  xalqın  yaddaşına  hәkk  olunur,  nәsildәn  nәslә  ötürülürdü.  Bunlar  ölәn  qәhrәmanların 
ardınca  tәşkil  olunan  “yuğ”  mәrasimlәrindә  dilә  gәtirilir  vә  hәmin  qәhrәmanların  yaxşılıqları, 
igidliklәri  ifa  edilirdi.  Şifahi  әdәbiyatımızın  ilkin  örnәklәrindәn  biri  dә  Sak  hökmdarı  Alp  Ər 
Tunqanın ölümü münasibәti ilә yazılan bir saqudur.  
Alp Ər Tunqa öldi mu Alp Ər Tunqa öldü mü? 
İsiz ajun kaldı mu Qarı dünya qaldı mı? 
Ödlәk öçin aldı mu Fәlәk öcün aldı mı? 
Əmdi yürәk yırtılur. İndi ürәk yırtılır. 
 
Ulşıp әrәn börlәyü Kişilәr, qurdlar kimi ulaşır 
Yırtıp yaka orlayu Yaxa cırıb hönkürür 
Sıkrıp üni yurlayu Fit çalar tәk fәryad edir 
Sıqtap közi örtilür. Ağlamaqdan gözlәr yaşlı… (Kurnaz,2004;108) 
 
Sav:
 Millәtin hәyatla bağlı tәcrübәsini әks etdirәn atalar sözlәridir.  
Bu  әdәbi  növlәrlә  bağlı  mәlumatlar  Kaşqarlı  Mahmudun  tәrtiblәdiyi  “Divanı  Lüğatit 
Türk” adlı әsәri vә Çin salnamәlәrindә yer tutub.  
Kanıq  kan  birlə  yumas
  (Qanı  qanla  yumazlar), 
kişi  sözləşü,  yılkı  yıdlaşu
  (İnsan 
danışaraq, heyvan qoxlaşaraq dil tapar) o dövrün atalar sözlәridir (Kurnaz, 2004; 110). 
Türk  dilinin  yaşı  tarixi  qeydlәrә,  әldә  edilәn  әn  qәdim  mәnbәlәrә  әsasәn  eradan  qabaq 
3500 illәrinә kimi gedib çıxır. Dilimizin bu qәdәr qәdim olmasına baxmayaraq tapılan ilk yazılı 
mәnbәlәr  5-ci  әsrdәki  Yenisey  vә  8-ci  әsrdәki  Orxon  abidәlәridir.  Bu  sahәdә  araşdırmalar 
aparan  dilçi  alimlәr  әn  qәdim  vaxtlardan  VI-cı  әsrә  kimi  olan  dövrü 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə