15
sübut edir (Groot-Asena, 2010;99). Ancaq o dövrә mәxsus әlimizdә kifayәtli mәnbә olmadığına
görә o dövr haqqında hәr hansı fikri irәli sürmәk biraz çәtinlәşir.
Uyğurların Orxon Çayı әtrafında yaşayarkәn Bögü Kaqan vaxtında Mani dinini
mәnimsәmәlәri vә ardınca da Buddizmә yönәlmәlәri nәticәsindә hәr iki dinә mәxsus әsәrlәri
Uyğur Türkcәsinә tәrcümә ediblәr. Onlar qәbul etdiklәri 14 hәrfli әlifba ilә ölmәz әsәrlәr
yaradıblar. Türküstanda Qara Hoço bölgәsindә aparılan arxeoloji qazıntılarda tapılan әsәrlәrdә
dualar, ilahilәr, әfsanәlәr vә Mani kosmoqoniyası yer tutub. Buddizmә mәxsus әxlaqi dәyәrlәrә
malik “
Altun Yaruq
” adlı әsәrin orijinal dili Sanskritcәdir vә Uyğur Türkcәsinә Çincәdәn
tәrcümә edilib. 31 hissәdәn ibarәt olan “Altun Yaruq” Budda dini vә Buddanın hәyatı ilә bağlı
mәlumat tәqdim edir.
Uyğur Türkcәsi ilә yazılan bir digәr әsәr dә “
Səkkiz Yükmək
”dir. Əsәrin dili sadә,
cümlәlәr qısa vә aydın şәkildә yazılıb. Əsәr W.Bang, A.V.Gabain vә Rәşid Rәhmәti Arat
tәrәfindәn çap edilib. Bir digәr Uyğurca әsәr Turfanda tapılan “İki Qardaşın Hekayәti”dir ki,
Monqolca-Türkcә әlyazma әsәrdir (Banarlı, 1971:75-77).
Dostları ilə paylaş: